■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
M U L T İ K U L T U R A L İ Z M
YUSİF AĞAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru
MƏDƏNİYYƏTLƏRARASI DİALOQ PROSESİNİN
TƏMİN OLUNMASI PROBLEMİ
(ŞƏRQ VƏ QƏRB İNTİBAH MƏDƏNİYYƏTLƏRİ ƏSASINDA)
Azərbaycan tarix boyu m üxtəlif siviliza
siyaların qovuşduğu bir məkan olmuşdur. Möv
cud şəraitin formalaşmasında Azərbaycanın
tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin
etnik tərkibi və digər amillər böyük rol oyna
mışdır. Min illərlə mövcud olmuş tarixi şərait
m üxtəlif dinlərin birgə mövcudluğuna hər cür
imkan yaratmışdır. Tarixin ayrı-ayrı dönəm-lə-
rində Azərbaycan ərazisində bütpərəstlik, zər
düştilik, xristianlıq, islam və bir çox başqa dini
inanclar bu və ya digər səviyyədə yayılmış,
bir-birinə qarşılıqlı təsir göstərmiş və bütöv
lükdə mənəvi həyatın özəlliyini səciyyələndir
mişdir.
Belə bir şəraitdə bəşər sivilizasiyanın
m üxtəlif mədəniyyətlərinin qorunması üçün
dinlər və mədəniyyətlər arasında dialoqun
yaranması böyük əhəmiyyət kəsb edir.
Müasir dövrün yeni çağırışlarının həyatı
mıza və təfəkkürümüzə gətirdiyi yeniliklər
həyatın m üxtəlif sahələrini əhatə etdiyi kimi,
düşüncə tərzini, yeni ideologiyaların yaranma
sını gündəmə gətirməyə, onları yeni dövrün
dəyərləri baxımından müzakirə etməyə zəmin
yaradır [4, s. 10].
Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyev Azərbaycanda başlanan yeni
tarixi dövrdə milli-mənəvi inkişafın bütün
istiqamətlərini əhatə edən strateji kursu həyata
keçirməklə, bu sahəni dövlətçiliyin mənəvi
dayaqlarından birinə çevirdi [1, s.217]. “Tole
rantlıq, dözümlülük çox geniş anlayışdır. O
həm insani münasibətlərin, həm insan cəmiy
yətində gedən proseslərin, həm də dövlət-
lərarası, millətlərarası, dinlərarası m ünasi
bətlərin bir çox cəhətlərinə aiddir... O, dinlərin
bir-birinə dözümlülüyü ilə yanaşı həm də
bir-birlərinin adətlərinə, mədəniyyətlərinə dö
zümlülük deməkdir” [13]. Şərq və Qərb mədə
niyyətləri arasında əlaqənin əsasında intibah
mədəniyyəti dayanır. Bu tarixi prosesi dialoq
mədəniyyətinin inkişaf etdirilməsi effektiv
olmaz.
İntibah dövrü haqqında m üxtəlif elmi
mülahizələrin olmasına baxmayaraq, mövzu
istər Şərq, istərsə də Qərb üçün öz aktuallığını
itirməmişdir. Avropa ölkələrinin tarixində baş
vermiş qlobal hadisə kimi tədqiqat obyektinə
çevrilmiş intibah dövrü Şərq xalqlarının tarixi
keçmişində də təzahür etmişdir. Ümumdünya
fikir tarixində ən parlaq mərhələlərdən birini
təşkil edən intibah dövrü bütün xalqların
tarixində və mədəniyyətində öz təsirini qoy
muşdur. Dünya tarixində mədəni inkişafın ən
parlaq dövrlərindən birini intibah dövrü təşkil
edir. Bir müddət bu anlayış yalnız Qərbi Avro
pa xalqlarının mədəni tərəqqisinə aid edilmiş,
Şərq xalqlarının elmi, ədəbi və s. sahələrdə heç də
Qərbi Avropa xalqlarının mədəni tərəqqisindən
geri qalmamasının düzgün izahı verilməmiş,
Şərq ölkələrinin yaşadıqları intibah dövrü sanki
kölgədə qalmışdır. İngilis alimi V.K.Ferquson
Qərbi Avropada baş verən mədəni hərəkatların
əsasını Şərqdən gələn bəşəri dəyərlərdə axtar
mağı lazım bilir [8, s.28]. Son zamanlar intibah
mədəniyyətinin və ədəbiyyatının öyrənilmə
sinə diqqətin artdığının və bu sahədə müəyyən
irəliləyişin şahidi oluruq. Lakin tədqiqatçıların
--------------------------------------------------------- ■
249
■
■
4
(
60
)
2017
■
■ Y.Ağayev ■
intibah mədəniyyətinə və ədəbiyyatına müna
sibəti heç də birmənalı olmamışdır. Tədqiqat
çıların səciyyələndirdiyi cəhətlər əsasən antik
dövrə qayıdış, humanizimin təsdiqi, ilkin
burjua mədəniyyətinin təşəkkülü dövrü və
XIV-XVI əsrlərdə Qərbi Avropa mədəniyyə
tinin çiçəklənməsi kimi məsələlərə şamil edilir.
Zaman keçdikcə, mürəkkəb və çoxşaxəli ha
disə olduğu bilinən intibah və onun mahiyyəti
haqqında təsəvvürlər daha da dəqiqləşərək
məkan və zaman baxımından düzgün qiymət
ləndirilir. İntibah və onun mahiyyəti haqqında
araşdırmaların xülasəsi onu deməyə əsas verir
ki, intibah sənət və ədəbiyyat hadisəsi olmaqla
yanaşı eyni zamanda ictimai və mədəni həyatı,
insan təfəkkürünü əhatə edərək ictimai-siyasi,
fəlsəfi, ədəbi və sair sahələrə ciddi təsir edib.
İntibah ümumi inkişafa söykənir. Professor
Yaşar Qarayevin fikri Avropa intibahının daha
dərindən dərk edilməsinə və onun Şərq inti
bahı ilə ümumi və fərqli cəhətlərinin anlaşıl
masına aydınlıq gətirir. Alim Avropa intibahını
mərhələlərə ayıraraq yazır: «Avropa intibahı
üç müxtəlif və müstəqil tarixi mərhələnin bir-
biri ilə üçtərəfli qarşılıqlı əlaqəsi zəminində
meydana çıxır; keçmişin, antik dövrün əsa
sında, indinin («tutqun» orta əsrlərin) inkişafı
prosesində və nəhayət gələcəyin (orta əsrləri
əvəz edən «Yeni zamanın») yaranm ası şək
lində, Şərqdə intibah səciyyəli mədəniyyətcə
eyni bir sürəkli və mürəkkəb epoxa daxilin
də - orta əsrlərdə cərəyan edir. Şərq intibahı
Şərqdə orta əsrlərin və feodalizmin ictimai ba
zisinin sərhədləri ilə çərçivələnir və tipoloji
ədəbi-bədii məzmun baxımından Şərq Orta
əsrləri Avropanın Orta əsrləri ilə yox, intibah
dövrü ilə qarşılıqlı analoq təşkil edir» [6, s.35].
İntibahı tarixi-regional sərhədlərlə məh-
dudlaşdıranlar əsasən Qərbi Avropa intibahına
istinad etməklə kifayətlənmişlər. Bu fikirlərdə
bəlkə də zaman və məkan baxımından qanuna
uyğunluq görmək mümkündür. Çünki Qərb
tədqiqatçılarının çoxu Şərq xalqlarının mədəni
və ədəbi irsi haqqında kifayət qədər elmi təsəv
vürlərə malik olmamışlar. Bu da nəticə etibarı
ilə intibahın Şərq zəminini kölgədə qoymuş
dur. Lakin son əsrdə intibahla bağlı olan təd
qiqatlar sübut etdi ki, intibah öz mahiyyəti
etibarı ilə hər bir xalqın taleyində mövcud ol
muş, həmçinin Şərq xalqlarının tarixində inti
bah meylləri parlaq şəkildə öz əksini tapmışdır.
Şərq intibahı, onun mahiyyəti və dövürləşməsi
barədə dünya elminə bəxş olunan fundamental
əsərlərin əksəriyyətini Avropa və Rusiya
alimlərinin araşdırmaları təşkil edir.
Bu alimlərin gəldikləri nəticə bir daha Şərq
intibahının dərin kökləri olduğunu sübut edir.
Qərb intibahında əsas ideya qaynaqları huma
nizm, real insan həyatı, ağlın, düşüncənin
qələbəsi, x o f və vahimənin rədd edilməsi
olmuşdursa, Şərq intibah ədəbiyyatı bu kimi
insani dəyərlərə bir neçə əsr əvvəl yer vermiş
və bunlar ədəbiyyatda öz təsdiqini tapmışdır.
Avropa intibahında olduğu kimi Şərq inti
bahında da humanizm prinsipi əsas mənəvi
qaynaq olaraq, orta əsr ədiblərinin yaradıcı
lığında tərənnüm edilərək, Şərq intibahının
mənəvi sərvətinə çevrilmişdir. Bu sərvətin
daşıyıcılarından İbn-Sina, Məərri, Biruni,
Firdovsi, Nizami, Füzuli, Rumi, Nəsimi, Ha
fiz, Tusi, Ömər Xəyyam və başqalarını misal
çəkmək olar. Son zam anlar bir çox alimlər
Avropa intibahının yaranmasında antik mədəni
irsə qayıdışla bərabər orta əsr Şərqinin mədəni
irsinin də mühüm rol oynadığını etiraf etmək
dədirlər. Bəzi alimlər belə hesab edirlər ki,
Qərb intibahından bəhs edərkən, onun köklə
rini Şərq-Qərb mədəni sintezində görmək daha
elmi yanaşma olar. Bu isə müəyyən müsbət
nəticələr əldə etməyə imkan verir. «İntibah
özünün klassik formasında Qərbi Avropada,
hər şeydən əvvəl isə İtaliyada meydana gəl
mişdir. Lakin analoji proseslər Şərqi Avropada
və Asiyada da özünü göstərmişdir» [5, s. 11 ].
Eyni fikir daha dəqiq və əsaslandırılmış şəkil
də Y.Qarayevin tədqiqatında da öz əksini tapır:
«Vahid dünya ədəbi prosesinin orbitini, onun
vüsət və yüksəklik ölçülərini Şərqin müəyyən
etdiyi əsrlər - Şərqdə məhz «orta əsrlər»
olmuşdur. Dünya ədəbi prosesinin inkişafı
tarixində Antik mədəniyyətlə intibah Avropası
arasında ara zirvə kimi orta əsrlərin Şərq
■
250
■
■ Oktyabr - Noyabr - Dekabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
humanizmi durur». Şərq intibahı əsasən orta
əsrləri, Ərəb və İran mədəniyyətlərinin tərəq
qisi ilə səciyyəvidir. Bu coğrafi ərazilərin ədə
bi-tarixi irsi intibah mə-dəniyyəti üçün antik
dövr hesab edilə bilər. İntibahın əsas ideya
qaynaqlarını istiqamətləndirən cəhət isə Şərq
də islam dininin insana, elmə, zəkaya, əxlaqa,
azadlığa, humanistliyə yaxın olması və bu
ideyaları özünün təməli hesab etməsidir. Son
araşdırmalarda Avropa Renessansının bir çox
cəhətdən Şərq-Qərb mədəni sintezinin nəticəsi
kimi meydana çıxması faktı daha əhatəli
şəkildə öyrənilir və Avropada mədəni inkişafa
Şərqin birbaşa təsiri tarixi dəlillərlə öz şərhini
tapır. Misal olaraq, bu fikrə diqqət yetirək
«Şübhəsiz ki, Yaxın Şərq və Orta Asiya Avropa
üçün istinad mənbəyi hesab edilmiş və ondan
bəhrələnmişdir... Demək olar ki, Avropa ölkə
lərində mədəniyyətin hər bir yüksəlişi Şərqdə
baş verən ixtiraların əlaməti idi» [7, s. 19].
Yaxın və Orta Şərqdə öz təfəkkürü, kamilliyi,
və yaradıcılığı ilə insanların mədəni və elmi
oyanışlarına təkan verən, mədəni inqilablar
yaradan dahilər intibah dövrünün səciyyəvi
xüsusiyyətlərini Şərqə aid etməyə əsas verir.
Şərqin yaşamış olduğu bu dövr intibah adı
altında izah olunmasa da, Qərbi Avropa ölkə
lərinə şamil edilən İtaliyada incəsənətin misil
siz dərəcədə tərəqqisi, Fransa və Almaniyada
müasir ədəbiyyatın yaranması, bu ölkələrin hər
üçündə, eləcə də İspaniyada klassik ədəbiyya
tın yaranması və bu amillərin intibah ideyaları
na söykənməsi kimi mədəni dəyərlər Şərq
mədəniyyətinə də aid edilə bilər. «Avropada
intibah dövründə ədəbiyyat və mədəniyyət
irəli getmək üçün əvvəlcə «geriyə» dönür. Bu
zaman antik heykəllər və abidələr bir-bir torpa
ğın dərin və qara qatlarından təmizlənib üzə
çıxdığı kimi, real-dünyəvi və təbii-insani duy
ğular da dini qadağan və vahimələrin, mistik
örtük və pərdələrin qara çatlarından təmizlənib
açıq havaya, dünya işığına çıxarılır. Şərqdə bu
mənada intibaha keçid üçün nə arxeoloji
obyektlərdə, nə də düşüncə və fikirlərdə ayrıca
bir «qazıntı» işinə ehtiyac olmamışdır. İntibah
əlamətləri sənətdə və poeziyada m üxtəlif
ictimai və bədii səviyyələrin enişli-yoxuşlu
əyriləri şəklində, lakin fasiləsiz davam etmiş
dir» [9, s.29]. İntibaha baxış bəzən məsələnin
mahiyyətinə görə deyil, zahiri və regional
xüsusiyyətlərinə görə müəyyənləşdirir ki, bu
da nəticə etibarilə Şərq intibahını kölgədə
qoyur. Bunun nəticəsidir ki, intibah anlayışı
Şərq və Qərb müstəvisində bəzən təcrid olun
muş şəkildə tədqiqat obyektinə çevrilmişdir.
Dini, siyasi və əxlaqi cəhətlərdən bir-birindən
fərqlənən Şərq və Qərb intibahları bəzən də
tarixi-siyasi mübari-zələrə qurban verilərək,
hətta eyni dəyərlər ətrafında formalaşan
cəhətlər də bir-birindən ayrılmışdır. İntibahın
ən vacib elem entlərindən biri insan fikrinin
azadlığı, ağlın, təfəkkürün inkişafına inam
yaradıcı şərait və dini ehkamçılığın qarşısının
alınması idi. Orta əsrlər Avropa ölkələri üçün
səciyyəvi olan bu amilin ləğvi, məhz Avropa
intibahı üçün əlamətdardır. Çünki dini ehka
mın buxovları orta əsrlərdə tamamilə real dün
yəvi həyatı, azad fikri, insan təfəkkürünün
inkişafını ləngidirdi. «XV əsrin ikinci yarısın
da yaşamış böyük İtaliya filosofu, şairi, pan-
teizmin nümayəndəsi Cordano Bruno beləcə
ittiham edilərək odda yandırılmışdı» [11, s.4].
Şərq intibahının meydana çıxdığı dövrdə ha
kim olan islam ideologiyası insan şəxsiyyətinə,
bəşəri hisslərə, humanizm prin-siplərinə uyğun
olduğundan dini ideologiyada humanizmə,
realizmə geniş imkanlar açılırdı. İntibah me
yarları islam dininin əxlaq və elmə olan müna
sibəti ilə üst-üstə düşür, bu isə öz növbəsində
intibah düşüncəsinin mədəni və içtimai hə
yatda hakim mövqe qazanmasına şərait yara
dırdı. «Başqa mədəniyyətlərdə inkişaf etmiş
elmlərlə müqayisə olunduqda, müsəlman intel
lektual səviyyəsinin islamla birləşəndən son
rakı vəziyyəti belədir. Kindi, Farabi, İbn Sina,
Qəzzali, Nəsirəddin Tusi kimi ən böyük mü
səlman arif və elm adamlarının - elmlərin ma
hiyyəti ilə məşğul olmaları da bizə məlumdur»
[10, s. 101]. Avropanın orta əsrlərinə münasib
olan bir neçə yüzilliklər ərzində Bağdad, Kor
dova, Toledo, İsgəndəriyyə, və s. kimi müsəl
man paytaxtları - bütün dünyanın intellektual
■
4
(
60
)
2017
■
■
251
■
■ Y.Ağayev ■
mərkəzləri olmuşlar. Bu şəhərlər müsəlman
elminin inkişafı ilə, özlərindən əvvəlki sivili
zasiyaların öyrənilməsi və bunların İslam
ənənələri çərçivəsində yenidən qavranılması
ilə məşğul olan çox böyük sayda alimlərin,
tərcüməçilərin, mirzələrin və kitab nəşri ilə
məşğul olanların mərkəzləri idilər. Çox möhtə
şəm intellektual sivilizasiya yaratmağa müyəssər
olmuş müsəlmanlar, qonşu xalqların heyranlıq
və qibtələrinə səbəb olurdular. Və bu əlçatmaz
inkişaf yüksəlişində olan müsəlmanların
mədəni, elmi, intellektual, mənəvi və maddi
xəzinələrinə toxunmaq arzusu avropalılar ara
sında çox geniş yayılmışdı. Qeyd etmək
lazımdır ki, əsrlər boyu bəşəriyyət qeyri-adi və
rəngarəng mədəniyyətlər içərisində iki mədəni
qütb arasında vurnuxmaqdadır. Bunlar Şərq və
Qərb mədəniyyətləri qütbləridir. Əslində
dünya tarixinin Şərqdən başlanması heç kimdə
şübhə doğura bilməz. Elə sivilizasiyaların
mənbəyi, ocağı da qoca Şərq hesab olunur.
Ümumiyyətlə, hansı mənada göstərilməsindən
asılı olmayaraq, çox vaxt Qərb və Şərq həm
coğrafi, həm də geososialmədəni anlayış kimi
nəzərdən keçirilir. «Bu gün Avropa güclü və
qüdrətlidir və avropalılar özlərini dünyada ən
sivilizasiyalı və mədəni hesab edirdilər. Avro
palılar Asiyaya və onun xalqlarına yuxarıdan
aşağı baxırlar, onlar gəlib Asiya ölkələrində nə
varsa elə keçirirlər». Ona görə də Şərq və Qərb
mədəniyyəti və sivilizasiyasının nisbəti məsə
ləsini nəzərdən keçirmək zəruridir. Mədəni
münasibətlərdə islam faktorunun hansı rol
oynamasının öyrənilməsi də vacibdir. Lakin
Qərbin exnoloji üstünlükləri uzunmüddətli
davam edə bilməz. Müasir Azərbaycanın geo-
politik vəziyyəti elədir ki, o Qərb və Şərq
sivilizasiyalarının qovuşuğunda yerləşir. Bu
fakt ölkəmizə hər iki sivilizasiyaya əsas olan
müsbət cəhətləri götürərək onlardan faydalan
maq imkanı verir. Bir mədəniyyət sahib oldu
ğu dəyərləri ilə yüksəlir və müəyyən bir
mərhələyə gəlib çatır. Qərb mədəniyyətini
buna nümunə göstərmək mümkündür. Qərb
mədəniyyəti bu mərhələyə gəlmədən əvvəl
çiçəklənmə dövrü yaşamışdır. Ancaq dəyərlər
baxımından bu mədəniyyətin də şahid olduğu
bir dövr olmuşdur. Bilirsiniz, mədəniyyətlər
bir anda tənəzzül etmir. Əksinə, bu, tədricən
baş verir. Qərbdə də bir tənəzzül dövrünün
başladığı müşahidə edilir. Ancaq bu tənəzzülün
hansı sahədə olduğuna diqqət yetirmək la
zımdır [4, s.14].
Avropalılar tərəfindən müsəlman irsi ilə
tanışlıq və bu irsə yiyələnmə birinci növbədə
Qərb və İslam dünyalarının qarşılıqlı təmas
yerlərində - sərhəd bölgələrində - Əndəlusda,
Cənubi Fransada və İtaliyada, və həmçinin
Səlib yürüşləri zamanı Yaxın Şərqdə başladı.
Müsəlmanlar və avropalılar arasında olan bu
mədəni və elmi mübadilə prosesi bir neçə əsr
boyunca durmadan artır və inkişaf edirdi. İnti
bah dövrünün başlanğıcında xristian Avropası
Şərq geyimləri geyinir, ərəb mahnıları oxuyur
və İspaniya müsəlmanlarının fəlsəfi əsərlərini
mütaliə edirdi. Beləliklə, deyə bilərik ki, mü
səlman mütəfəkkirləri, şairləri və alimləri Av
ropa İntibahının əsasını qoydular. Lakin
bununla belə dini mistik təlimlərin bədii dü
şüncənin inkişafına göstərdiyi təsiri qeyd et
məmək olmaz. Orta əsrlərdə hakim olan islam
ideologiyasının ictimai inkişafının xarakterinə
təsiri heç də birmənalı qiymətləndirilmir. İnsa
nın mənəvi intibahının və yaxud ictimai həyati
intibahının real düşüncədə oynadığı rol orta
əsrlərin daxilində baş verən hadisə idi. Bu
prosesin təmsilçiləri dini ideologiyanı doğru
qiymətləndirərək, insanın özünə qayıtmasını,
öz mahiyyətinə, öz düşüncəsinə yaxınlaşma
sını real həyatın tələbi kimi qəbul edirdilər.
Amma orta əsrlər Avropada təkcə inkvizisiya
ların tonqalları ilə yadda qalmadı. Antik döv
rün işığını özlərində qoruyan onu orta əsrlərdə
yaşatmaq istəyənlərin qarşısı alınsa da, onlar
gələcək nəsillərin fikir azadlığı üçün kilsə
irticasına, ağlın, azad düşüncənin gücü ilə mü
qavimət göstərdilər. Avropa intibahından fərqli
olaraq Şərq intibahı əvvəldən sona qədər orta
əsrlərin öz hüdudları daxilində cərəyan edən
hərəkat kimi tarixdə öz yerini tapmışdır. Bu
oyanış təbii olaraq özünəməxsus sosial-mədəni
inkişafın bəhrəsidir». Şərq dünyasının inkişa
■
252
■
■ Oktyabr - Noyabr - Dekabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
fını nəzərə alsaq deyə bilərik ki, zaman etibarı
ilə Qərbdən əvvəl, Şərqdə renessans yaranmışdır»
[15, s.2 14]. Avropa intibahının ən qətiyyətli
addımı orta əsrlərdə hakim olan dini-mistik
təfəkkürdən azad olmaq, insanı xristian dininin
yanlış ehkamları buxovundan xilas etmək
olmuşdur. Realist düşüncəyə, insan və sosial
mühit, mənəvi yüksəlişə verilən qiymət, insan
zəkasının hər bir mifoloji qüvvədən yüksək
tutulması və digər ideyaların geniş vüsət tap
ması Avropa intibahının tərəqqisində dönüş
nöqtəsi olmuşdur. «İnkivizisiya m əhkəm ə
lərini quraraq öz ehkamlarının yeganə həqiqət
olması iddiası ilə hər şeyə nəzarət etməyə
başladı. Buna qarşı çıxan bir çox insan zülm
və işgəncəyə məruz qaldı. Elə oldu ki, kilsə
elmin, düşüncənin və hər cür inkişafın önündə
böyük maneə oldu... İnsanlıq bir partlama
nöqtəsinə yetişdi. Nəhayət, yeni dövrdə Renes
sans və humanizmlə partladı». Orta əsrlər
Avropa ədəbi fikrində dini mövzularda olan
əsərlərin oynadığı rolu Şərq ədəbi fikrində dini
ehkamçılıq çərçivəsinə sığmayan romantik
poeziya oynayırdı. Bu romantik poeziya hu
manizmin poetik təsdiqi kimi yaranırdı. Şərqin
orta əsrlərdə yaşayıb-yaratmış dühaları ədalətli
cəmiyyətin, kamil insan əxlaqının formalaşma
sına, azad insan konsepsiyasını yaratmağa,
humanizmin bəşəri dəyərlərini göstərməyə
çalışaraq, dindən düzgün istifadə etməyə çağır
mışlar. Lakin bu o demək deyildir ki, huma
nizm nəzəriyyəsinə dini amillər əlavə edilirdi.
Əslində Şərq orta əsrləri üçün səciyyəvi olan
dini ideologiya humanizmə və rasionalizmə
münbit şərait yaradaraq, insan şəxsiyyətinin
tərəqqisinə kömək göstərirdi. İntibahın keçmiş
dini, fəlsəfi, ədəbi mirasları dirçəltməsini önə
çəkən və yalnız bu kriteriyanı əsas götürən
İngilis alimi V.K.Ferquson əslində intibaha
bəsit yanaşır. Bu kriteriya özünü orta əsrlərin
ədəbi-bədii nümunələrində də göstərirdi. Lakin
bununla belə ədəbi-bədii fikrin tam şəkildə
dini-mifoloji təlimlərdən azad olması qeyri-
mümkün idi. Orta əsrlər Şərqinin bəşər sivili
zasiyasının ilkin dövrlərindən formalaşmağa
başlayan xalqların mədəniyyəti ilə tanışlığı,
Şərq intibahı üçün mənəvi zəmin olmuşdur.
Məhz bu əlaqələrin olması Şərq intibahının
dini-mistik təfəkkürlərin arasında antik mədə
niyyətlərə daha çox yaxınlaşdırmışdır. «Belə
liklə, Yunan-Roma antik mədəniyyətinin Avropa
xalqlarının mədəniyyətlərinin təşəkkülündə
oynadığı rolu adı çəkilən Şərq xalqlarının mə
dəni təşəkkülündə qədim Şərq sivilizasiyası
oynamışdır». Bizans süqut edərkən tapılan
əlyazmalar və Roma xarabalıqlarından qazılıb
çıxarılan qədim heykəllər qarşısında Qərb yeni
bir aləm - qədim yunan aləmini gördü. Belə
bir vaxtda Avropa ölkələrində incəsənətə, ədə
biyyata misilsiz maraq oyandı. Artıq Almaniyada
kilsənin insanlar üzərində olan hegemonluğu
zəifləyərək, insanlarda azad fıkirlilik yaranırdı.
Bu mütərəqqi inqilab, bəşəriyyət tarixində və
insan təfəkküründə ən böyük inqilab idi.
Bütün bunlar intibah dövründə ədəbiyyatın
və mədəniyyətin kilsənin buxovlarından xilas
olması demək idi. İtalyan şerinin ən layiqli
nümayəndəsi Petrarka ilk dəfə həqiqi insani
hissləri tərənnüm etmiş, intibah mədəniyyəti
nin ən əsas amili olan humanizm prinsipinin
formalaşmasında böyük rol oynamışdır. Avro
pa intibah mədəniyyəti məhz belə bir dövrdə
insan şəxsiyyətini önə çəkmiş, mənəvi-əxlaqi
problemləri gündəmə gətirmiş, insanın düşün
cəsinin dini mistik qüvvələrdən üstün tutul
ması ideyalarını ədəbi-bədii şəkildə ifadə
etmişdir. Avropa intibahını şərtləndirən bu
cəhətlər Şərqdə geniş yayıldığından Şərq
Avropa üçün mənbə hesab edilə bilər. Əndə-
lüsdəki müsəlman universitetlərində oxumaq
surəti ilə, bir qismi də müsəlmanların yazdıq
ları kitabları oxumaq və öyrənmək yolu ilə elm
və fəlsəfəni öyrənməyə başlayırlar. Renes
sansdan əvvəl və Renessans tarixi boyunca
Avropa düşüncəsinə çox böyük bir ölçüdə təsir
göstərmişdilər. Şərq intibahı haqqında fikirlər
m üxtəlif olsa da, son illərin tədqiqatlarında bu
problemə köklü bir baxış formalaşmışdır.
Şərqə olan maraq orta əsrlərdə Avropa
alimlərinin diqqətindən kənarda qalmamışdır.
Bu maraq ondan irəli gəlirdi ki, Şərq Avropa
ya nisbətən daha yüksək inkişaf səviyyəsinə
■
4
(
60
)
2017
■
■
253
■
■ Y.Ağayev ■
nail olmuşdu. Şərq mədəni irsinin Avropaya
təsirini inkar etmək mümkünsüzdü. Bir sözlə,
Şərq intibahında keçmişə qayıdış, antik dövrə
müraciət Qərb İntibahından müəyyən qədər
fərqlidir. Şərqin öz bətnində baş verən mədəni
dirçəlişin özünəməxsus çalarları var. Qərb
intibahı ilə Şərq intibahının zaman və məkan
baxımından da bir-biri ilə fərqlənən cəhətləri
inkar olunmazdır. Lakin bu o demək deyildir
ki, bu intibahlar bir-birindən köklü surətdə
fərqlənir. Əksinə hər iki intibahı birləşdirən və
onları eyni dəyərlər baxımından qovuşduran
çoxsaylı ortaq cəhətlər mövcuddur. Ona görə
də intibahı yalnız Avropa xalqlarına aid etmək
və onu Şərq məkanından ayırmaq tarixi, elmi
cəhətdən yanlış sayılmalıdır. Şərq mədə
niyyətinin öz intibah mərhələsi olmaqla ya
naşı, Şərq xalqlarının mədəni, tarixi, fəlsəfi,
iqtisadi, ideoloji, ictimai, dini dəyərləri bu
intibahın əsas cəhətləri hesab oluna bilər.
Bu barədə N.İ.Kopradın fikri maraqlıdır:
«Hər bir regionda baş vermiş hərəkatla yanaşı,
həm də ümumdünya hərəkatı var. Əgər hər bir
zonada intibahın xronologiyasına əsaslansaq,
görərik ki, bu proses ilk öncə VII əsrdə Çində
öz yerini almış, sonradan IX əsrdə Orta Asiya
da, İranda, şimal-qərbi Hindistanda təşəkkül
tapmışdır» [7, s. 10]. Bu mənada Şərqdə inti
bah, Avropa intibahının bir neçə əsr qabaqla
mışdır. Avesta kimi tarixi-ədəbi və dini-fəlsəfi
abidə, Zərdüşt, Konfutsi, Budda kimi geniş
düşüncəyə malik mütəfəkkirlər, əl Mütənnəbi,
Əbul əla əl Məərri, Firdovsi, Nizami, Füzuli,
Nəsimi kimi söz ustadları tarixin və dünyanın
yaddaş kitabına öz möhürlərini vuraraq Şərq
dən doğan günəş kimi öz şölələrini bütün
aləmə yaymışlar. «...B ütün mədəniyyətlərin
beşiyi Asiyadır. Avropa isə digər mədəniy
yətlərin səviyyəsinə ancaq XVI əsrdə yetişə
bilmişdir» [5, s.98]. Avropa ədəbiyyatının
inkişafını qədim Yunan və Roma ədəbiyyat
larının təsirindən kənarda təsəvvür etmək
mümkün olmadığı kimi, orta əsrlər və Şərq
ədəbiyyatlarının da inkişafını regional əvvəlki
tarixi dövrlərdə yaratmış olduğu irsdən kənar
da təsəvvür etmək qeyri-mümkündür.
İntibahı yalnız Avropa ölkələri ilə məh-
dudlaşdıranlar unudurlar ki, bu mədəni
dirçəlişin kökü yalnız antik mədəniyyətin bər
pasında deyil bu amil intibah mədəniyyətinin
yalnız bir elementidir. Əslində isə intibah
geniş bir anlayış kimi insan şəxsiyyətinin
ahəngdar inkişafı və azadlığını əhatə edir.
İntibahın əsas mahiyyəti humanizm, insan
pərvərlik, daxili azadlıq hissinin güclənməsi
kimi kateqoriyalarla müəyyən olunur. Bütün
bunlar isə təkcə Avropanın deyil, eyni zaman
da digər xalqların tarixində də mövcud olmuş
dur. Elmi, ədəbi, mədəni sistemlərin meydana
çıxmasını konkret bir əsrlə əlaqələndirərək,
intibahı o əsrə aid etməyin yanlış olduğunu
tarix bizə sübut etmişdir. Əgər intibah konkret
bir sahəni ehtiva etsəydi, onun izahı da bu
qədər mübahisələr doğurmazdı. Lakin unikal
bir hadisə olan intibah istər ədəbi və mədəni,
istərsə də dini, fəlsəfi, siyasi, ictimai, estetik,
tarixi, iqtisadi sahələrdə, bir sözlə, həyatın
bütün sahələrində, o cümlədən insan düşüncə
sində böyük, önəmli dönüş nöqtəsi olmuşdur.
Avropa ölkələrinin tarixində baş vermiş
hadisə kimi tədqiq olunan intibah öz ideya
istiqamətləri və elementləri ilə Şərq xalqlarının
tarixi keçmişinə də şamil edilməlidir. İntibahı
ayrı-ayrı xalqların mədəni dirçəlişi kimi qiy
mətləndirmək nə qədər vacibdirsə, ümum
dünya ədəbi-bədii fikir tarixində ən parlaq
mərhələ kimi qiymətləndirməkdə bir o qədər
elmi yanaşmadır. Belə ki, ümumilikdə nəzər
salsaq antik dövrdən başlayaraq yeni dövrə
qədər elə bir tarixi mərhələ tapmaq çətindir ki,
intibah dövrünün unikal mədəniyyəti qədər
aydın olsun. Lakin bu, onu deməyə əsas vermir
ki, intibah konkret bir coğrafi ərazi ilə məh
dudlaşır. Bu intibah tarixinin m üxtəlif dövrlə
rində m üxtəlif regionlarda öz əhəmiyyətini
göstərmişdir.
Əslində Şərq və Avropa intibahları ara
sında olan fərqlər siyasi-ictimai səbəblər
üzündən meydana çıxsa da, hər iki intibahın
uyğunluqları barədə istinad olunası kifayət
qədər məqamlar var. Antik dövrün ideyalarına
müraciət Şərq intibahını Avropa qədər düşün
■
254
■
■ Oktyabr - Noyabr - Dekabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
dürməmişdir. Çünki ümumilikdə Şərq ədibləri
heç bir zaman antik m ədəniyyətlərindən əl
çəkməmişlər. Əgər intibahı antik mədəniyyətin
bərpasına aid etsək, onda deməyə əsas var ki,
Şərq xalqları bu sahədə Avropanı bir neçə əsr
qabaqlamışdılar. Digər tərəfdən orta əsrlər
intibah üçün zəmin hazırlayan tarixi bir dövr
dür. «Orta əsrlərsiz renessans ola bilməzdi,
lakin renessans orta əsrlərə son qoydu, o mə
nada yox ki, insanın orta əsrlərdə yaratdığı hər
şeyin, o cümlədən, böyük şeylərin də üstündən
xətt çəkdi, o mənada ki, cəsarətlə ondan daha
irəli addımlayaraq ona son qoydu». Avropada
əsrlərdən
bəri
formalaşmış
mədəniyyət
intibahın gəlişi ilə öz yerini ona təslim etdi.
Belə ki, o dövr üçün səciyyəvi olmayan, insan
şəxsiyyətinin azad olması, dünyəvi hiss və
düşüncələrin qələbəsi, insani dəyərlərə qiymət
verilməsi və s. amillər artıq bu epoxanın
bitdiyini göstərirdi.
Odur ki, intibah mədəniyyətinin öyrənil
məsində hər hansı ehkamçılığa və təəssüb
keşliyə yol verilməməli, Şərq intibahına
humanizm və onu şərtləndirən amillər tədqiq
olunmalı, intibah anlayışının dəqiqləşməsinə,
təsəvvürlərdə zəruri təshihlər edilməli və
intibahın tarixi, sosial-mədəni mahiyyəti və
əhəmiyyətinin adekvat dərki sahəsində tədqi
qatlar aparılmalı və bu sahə elmi dövriyyəyə
təqdim edilməlidir.
Dövlətimizin bu sahədə apardığı xətt onu
deməyə əsas verir ki, Azərbaycan xalqı təkcə
maddi sərvətləri ilə deyil, həm də mənəvi
sərvətləri, o cümlədən xalqın yüksək mənə
viyyatı, onun tolerantlığı, multikultural həyat
tərzi və birgə yaşayışa, sülhə meylli olmaları
ilə də dünya ictimaiyyətinə eyni zamanda təhsil
və tədrisin standartlarının tətbiqi baxımından
da model olaraq nümunə göstərilə bilər.
Ölkənin təbii ehtiyatlarının, o cümlədən
neft və qaz kimi sərvətlərin zənginliyi insan
inkişafı sahəsində bilik və bacarığın olmasının
xüsusi əhəmiyyətindən xəbər verir. Prezident
İlham Əliyevin irəli sürdüyü “Neft, qaz Tanrı
dan verilən böyük nemətdir, biz bundan uğurla
və məharətlə istifadə edirik. Amma gec-tez bu
təbii sərvətlər tükənəcək, bilik və bacarıq isə
ölkəmizin davamlı inkişafını uzun illər bundan
sonra da təmin edəcəkdir. İnkişaf etmiş
ölkələrin təcrübəsinə istinad etsək görərik ki,
o ölkənin inkişafında aparıcı rol oynayan neft,
qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır” [2, s. 124] kimi konseptual
müddəaların əsasında da məhz həmin yanaşma
dayanır. Bu fikirləri bəyan etməklə əslində,
ölkəmizdə biliyin prioritet inkişaf istiqamətini
müəyyənləşdirmiş, insan inkişafının təmin
edilməsi dövlət siyasətində prioritet təşkil
etməsini müəyyənləşdirmişdir. Mədəniyyətlər-
arası dioloq prosesinin təmin edilməsində
insan inkişafı əsas meyarlardan biridir. Bu
baxımdan Şərq və Qərb intibah m ədəniyyə
tinin davamlılığı təhsilin, biliyin bir sözlə insan
inkişafı ilə bağlıdır. Bütün bunlar çağdaş
nəsillərin rifahının yaxşılaşdırılmasının təmin
edilməsini və eyni zamanda bütün gələcək
nəsillərin inkişaf im-kanlarının genişlənməsinə
xidmət edir. Davamlı inkişafın əsasını bilik və
onun daşıyıcısı insan təşkil edir [3].
Davamlı inkişafımız və tərəqqimiz yalnız
siyasi, iqtisadi, sosial-mədəni sahələrlə m əh
dudlaşmır. Dövlətimiz ölkədə zəngin multikul
tural həyat tərzinin dünyada təbliği istiqa
mətində mühüm tədbirlər görür. Qürur duyu
lası haldır ki, ölkəmizdə ardıcıl olaraq uğurla
həyata keçirilən hüquqi-demokratik islahatlar,
vətəndaş cəmiyyəti quruculuğu, bilik iqtisa
diyyatının formalaşması kimi gələcəyə yönəl
miş baxışların əsasıımda insan potensialının
inkişafı və idarə edilməsi, onun tarixi və mə
nəvi dəyərlərinin qorunması da prioritet təşkil
etməkdədir.
■ Y.Ağayev ■
Ədəbiyyat:
1. H.Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı,
Azəməşr, 1997-2004
2. İ.Əliyev. İnkişaf - məqsədimizdir. 21 cild.
Bakı, Azəməşr, 2015.
3. U.Ələkbərov. Biliklərə əsaslanan tərəqqi,
Azər-Tac, 25 iyul 2013
(http://azertag.az/xeber/Biliklere_esaslana
ntereqqi-26816)
4. S.Xəlilov. Şərqdə və qərbdə milli-mənəvi
dəyərlər
(http://psychology.az/salahaddin_halilov.
php)
5. İbrahimov M. Renessans və Azərbaycan
renessansı. Azərbaycan renessansı və
Nizami Gəncəvi. Bakı, Elm 1984
6. Qarayev Y. Renessans və onun
öyrənilməsi problemləri. Azərbaycan
Renesansı və Nizami Gəncəvi. Bakı,
«Elm», 1984
7. Конрад Н.И. Избранные труды.
Литература и театр. М.,Наука, 1978
8. Ferguson W.K. The renaissance. Henry
Holt and Company, New York, 1940,
9. Арабская литература.
http://www.islamua.net/islam_ua/open/
culture05.shtml
10. Бартольд В. Культура мусульманства.
http://www.krotov.Org/libr_min/b/bartold.
html
11. Мусульманский Ренессанс: быт и
нравы городов. http://lichnoe-
delo.narod.ru/mk/moral/moral.htm
12. Мец А. Мусульманский Ренессанс. М.,
Наука, 1973
13. Grunebaum G. Unity and variety in muslin
civilization. Chicago-University press,
1955.
14. Brockelmann, C. History o f the Islamic
peoples. London. Routledge cc Kegan,
1949,508p
15. Gibb H. and Bowen H. Islamic society and
the West. A study o f the impact o f western
civilization on Moslem culture in the near
East. London - Oxford university press.
1957, Vol-I
Açar sözlər: mədəniyyətlərarası dialoq, Şərq intibahı, Qərb intibahı, tolerantlıq, insan inkişafı
u
256
■
■ Oktyabr - Noyabr - Dekabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
Yusif Aghayev
Academy o f Public Administration
under the President o f the Republic o f Azerbaijan,
Associate Professor, PhD in Philology
THE PROBLEM OF ENSURING THE PROCESS OF INTERCULTURAL DIALOGUE
(ON THE BASIS OF THE REVIVAL OF EASTERN AND WESTERN CULTURES)
SUMMARY
Azerbaijan throughout its history was a meeting point o f different civilizations. The formation
o f current atmosphere was greatly influenced by the historical developm ent o f Azerbaijan, its
geographical location, the ethnic composition o f the population and other factors. For thousands
o f years, the historical realities facilitated the coexistence o f various religions. In various historical
stages o f Azerbaijan's development, idolaters, Zoroastrians, Christians, Muslims and others
impacted on each other and defined the features o f spiritual life.
In these conditions, interreligious and intercultural dialogue is o f great importance for the
preservation o f diverse cultures o f world civilization.
New modern challenges, innovations, the creation o f new ideologies ensure the discussion
within the values o f a new historical stage. The national leader o f the Azerbaijan Heydar Aliyev
made this sphere, indhe context o f the historical period o f Azerbaijan, to be the moral priorities o f
statehood. The Azerbaijani organizes very important events at the world level to propagate the rich
multicultural lifestyle that has developed in the country. Successful legal democratic reforms and
building civil society oriented on human developm ent and management, aimed at the priority
development o f historical and moral values in society.
Key words: intercultural dialogue, East Renaissance, Western Renaissance, tolerance, human
development
•
257
■
■
4
(
60)2017
■
Юсиф Агаев
И. о. доцента Академии Государственного Управления
при Президенте Азербайджанской Республики,
доктор философии по филологии
ПРОБЛЕМА ОБЕСПЕЧЕНИЯ ПРОЦЕССА МЕЖКУЛЬТУРНОГО ДИАЛОГА
(НА ОСНОВЕ ВОЗРОЖДЕНИЯ ВОСТОЧНОЙ И ЗАПАДНОЙ КУЛЬТУР)
РЕЗЮМЕ
Азербайджан на протяжении всей своей истории был территорией соприкосновения
различных цивилизаций. В формировании существующей атмосферы большую роль
сыграли историческое развитие Азербайджана, его географическое положение, этнический
состав населения и другие факторы. Тысячелетиями существовавшие исторические реалии
создавали возможность для сосуществования различных религий. В различные исторические
этапы развития Азербайджана находящиеся на этой территории последователи идолопок
лонства, зороастризма, христианства, ислама и других религий оказывали взаимное влияние
друг на друга и определяли особенности духовной жизни. В этих условиях для сохранения
различных культур мировой цивилизации большое значение приобретает межрелигиозный
и межкультурный диалог.
Новые вызовы современности, новшества, привносимые в нашу жизнь и мировоззрение,
создание новых идеологий обеспечивают их обсуждение в рамках ценностей нового
исторического этапа. Общенациональный лидер азербайджанского народа Гейдар Алиев в
условиях начавшегося в Азербайджане исторического периода, параллельно с претворением
в жизнь нового стратегического курса в различных сферах общественной жизни и образе
мышления, превратил эту сферу в один из нравственных приоритетов государственности.
Азербайджанское государство проводит на мировом уровне очень важные мероприятия
в области пропаганды сложившегося в стране богатого мультикультурального образа жизни.
Последовательно успешно проводимые в стране правовые демократические реформы,
построение гражданского общества, ориентированные на развитие человеческого потенциа
ла и управление им, направлены на приоритетное развитие исторических и моральных
ценностей в обществе.
■ У.А^ауеу ■
Ключевые слова: межкультурный диалог, Восточный ренессанс, Западный ренессанс,
толерантность, человеческое развитие
я
258
■
■ ОШуаЬг - 1\оуаЬг - ЦекаЬг ■
Dostları ilə paylaş: |