" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
  1   2   3   4   5   6   7   8   9   ...   25


"
Əsli-Kərəm" Dastanı 
Və Alban Mədəniyyəti 


 
Bakı – 2007, Azərbaycan Milli Elmlər Akademiyası, Folklor 
İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 
E.İ.Heydərov.  «Əsli-Kərəm»  dastanı  və  alban  mədəniyyəti, 
Bakı, «Səda» nəşriyyatı, 2007, -208 səh. İSBN 5-8066-1334-1 
 
REDAKTORU 

 
Nizami C
ƏFƏROV, filologiya elmləri doktoru, professor, 
AMEA-nın müxbir üzvü 
 
RƏYÇİLƏR 

 
Paşa 
ƏFƏNDİYEV, filologiya elmləri doktoru, professor; 

 
Seyf
əddin QƏNİYEV, filologiya elmləri doktoru, professor. 
 
 
 


I FƏSIL 
 
«ƏSLİ-KƏRƏM»  DASTANININ  VARİANT  FƏRQLƏRİ 
VƏ DASTAN HAQDA MÖVCUD BAXIŞLAR 
«Əsli-Kərəm» dastanı tədqiqatlarda 
 
Azərbaycan  xalqının  çoxəsrlik  mənəvi  mədəniyətinin  tərkib 
hissələrindən  biri  folklor,  yaxud  ağız  ədəbiyyatıdır.  Müxtəlif 
tarixi  səbəblərlə  əlaqədar  olaraq  yazılı  mənbələrin  azlığı 
ucbatından  qədim  tariximizin  və  mədəniyyətimizin  bir  sıra 
problemləri  bu  mənbələrdə  qaranlıqda  olduqları  halda  şifahi 
ədəbiyyatımızın janrları, xüsusi ilə dastanlarımız bu və ya digər 
dərəcədə bu tarixi həqiqətləri özlərində saxlamışlar. 
Azərbaycan  ağız  ədəbiyyatında  dastanlar  mühüm  yer  tutur. 
Dastan haqda tədqiqatçılarımız müxtəlif fikirlər söyləmiş və ağız 
ədəbiyyatımızın  bu  janrını  yüksək  qiymətləndirmişlər.  Bu 
baxımdan  folklorşünas  alim  H.İsmayılovun  da  fikirləri  maraq 


doğurur.  Tipoloji  ədəbi  hadisə  kimi  «dastan»  IX-XI  əsrlərdə 
formalaşmışdır. 
Məlum olduğu kimi  «dastan» sözü hadisə, əhvalat, təsvir, tərif, 
tərcümeyi-hal, bəzən də tarix kimi mənalarda işlənmiş, sonralar 
isə  hekayətnamələr  adlandırılmışdır.  «Dədə  Qorqud  Kitabı»nda 
bu,  məlum  olduğu  kimi  «boy»  adlanır.  Aşıqlar,  onların 
dinləyiciləri  isə  buna  «nağıl»  adı  vermişlər.  Aşıq  üçün  dastan 
yaradıcılığı xüsusi əhəmiyyəti olan bir hadisədir. Xalq içərisində 
aşığın  necə  sənətkar  olmasını  qiymətləndirməkdə  onun  «dastan 
ehtiyatının» xüsusi rolu olmuşdur(15). 
Məlumdur  ki,  dastanların  yaradıcıları  ozanlar,  aşıqlar  olmuşlar. 
Azərbaycan  folklorşünaslığında  ozanın  aşığa  çevrilməsi 
problemi, epos-
dastan  yaradıcılığı  və  nəticədə  qəhrəmanlıq  və 
məhəbbət  dastanlarının  yaranması  kifayət  qədər  araşdırılmışdır. 
Bir sıra folklorşünas tədqiqatçılarımız bu barədə müxtəlif fikirlər 
söyləmiş  və  onların  hər  biri  bu  məsələni  orijinal  fikirləri  ilə 
qabartmağa  çalışmışlar.  Bu  baxımdan  ozan-aşıq  tandemi 
maraqlıdır. Türk  eposçuluğunun  yaradıcıları olmuş ozanlar türk 


xalq
larının  çoxəsrlik  qəhrəmanlıq  tarixini  böyük  məhəbbətlə 
tərənnüm edərək nəsildən-nəslə ötürmüşlər. Eyni ilə Azərbaycan 
ozanları  da  bədii  formalarda  tariximizin  müxtəlif  dövrlərini, 
xalqımızın qəhrəmanlıq tarixini əks etdirmişlər. 
Oğuz  qəhrəmanlıq  eposunda  ozan  özü  virtuoz  ifaçı  olmaqla 
döyüş  havaları  və  yallı  rəqsləri  yaratmışdır.  Ozan  mahir  bir 
impravizator  olub,  özünəməxsus  yaradıcı  tərzdə  impravizə 
edərək, həm ifa edir, həm oxuyur, həm də oynayırdı. Göründüyü 
kimi,  o  sinkretizmi  ilə  fərqlənirdi.  İncəsənətin  bir  neçə  növünü 
özündə  cəmləşdirib,  onu  yüksək  professional  səviyyədə  ifadə 
etmiş olan ozan əsl xalq musiqiçisi olmuşdur. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  ozan-aşıq  ənənəsinin 
Azərbaycanda qədim tarixi vardır. V əsr tarixçisi Moisey Xorenli 
Naxçıvanın  Qolban  mahalında  (indiki  Ordubad  rayonunda) 
yaşayan midiyalıların mahnılarından türk dilində olan bir misranı 
ermənicə yazılışda vermişdir. Məclisdə oxuyan, çalan, oynayanın 
«avarsi»  adlandırıldığını  qeyd  etmişdir(16).  Bu  söz  Orxon-
Yenisey  abidələrində  «əbir»  «dövrə  vuran»  mənasındadır(17). 


Çox maraqlıdır ki, bu söz dilimizdə indiyədək «aparıcı», məclisi 
idarə  edən  formasında  qalmışdır.  Aşıq  sözünün  yaranmasını 
tədqiqatçılarımız  müxtəlif  cür  izah  edirlər.  Bu  sözü  ən  çox 
ərəbcədən dilimizə daxil olan «aşiq», «eşq» sözü ilə bağlayırlar. 
Ancaq Ozan – 
aşıq sənətinin qədimliyini nəzərə alsaq, bu sözün 
ərəb  mənbəyindən  qaynaqlanmağı  bir  az  şübhəli  görünür.  Bu 
xalqda ozan-
aşıq  sənətinin  olmaması,  bu  sənətin  türklərə 
məxsusluğu  bu  şübhələri  bir  qədər  də  dərinləşdirir.  Fikrimizcə, 
ozan-
aşıq sözünün etimologiyasını oğuzlarda axtarmaq lazımdır. 
XX  əsrin  əvvəllərində  Peterburq  Universitetinin  professoru 
B.A.Turayev  yazırdı:  E.ə.  VII  əsrdə  şimaldan  gələn  böyük  bir 
xalq  bütün  Asiyanı  dəhşətə  gətirdi.  Müqəddəslər  onları  Allahın 
qəzəbi, dağıdıcı qüvvəsi hesab edirdilər. Bunları tarixi mənbələr 
Aşkuz  adlandırırdı.  Hansı  ki,  Bibliyada  onlar  Aşkenaz  kimi 
xatırlanır.  Aşkuzlar  burada  Skif  dövlətini  yaratdılar(18).  Son 
zamanlar  aparılan  tarixi  tədqiqatlar  skiflərin  türklərə 
m
əxsusluğunu  sübuta  yetirmişdir.  Bunu  elə  skiflərə  verilən 
Aşkuz  adı  da  onların  oğuzkökənli  olmasını  düşünməyə  əsas 


verir.  Fikrimizcə,  bu  Aşkuzlar  Oğuzların  ulu  əcdadları  idi  və 
oğuzların saza, sözə olan inamı, məhəbbəti o fikrə gəlməyə əsas 
verir  ki,  Aşıq  sözünün  etimologiyası  Aşkuz  ilə  bağlı  olmuşdur. 
Biz belə düşünürük ki, aşıq sənətinin, aşıq şeirinin bu xalqa, yəni 
Aşkuzlara və ya oğuzlara məxsusluğu bu sənətin ifaçılarına Aşıq 
adı verilməsinə səbəb olmuşdur. 
Qədim  azərbaycanlılar  sözə,  söz  sənətinə,  bu  sənətin  müxtəlif 
çalarlarını üzə çıxardan və onu məharətlə qopuzda ifa edən ozana 
böyük  hörmət  bəsləmişlər.  Dədə  Qorqud  əslində  Cənubi 
Qafqazda, o cümlədən Azərbaycanda yaşamış oğuzların tarixini 
və  ictimai  həyatını  bədii  formada  dastanlarda  əks  etdirmiş 
ozandır.  Ona  görə  bir  sıra  tədqiqatçılar  doğru  olaraq  «Dədə 
Qorqud»  eposunu həm  də tarixi mənbə hesab edirlər. Xalqımız 
içərisində  «haqq  aşığı»  və  «aşıq  gördüyünü  çağırar»  ifadələri 
vardır,  yəni  ozan,  aşıq  yalnız  həqiqəti  deyir.  Dastanlarda  tarixi 
həqiqətlərin əks olunması fikri də buna əsaslanır. 
«Kitabi-
Dədə Qorqud» dastanlarında Dədə Qorqudun qopuzu da 
müqəddəsdir.  Məhz  Dədə  Qorqudun  qopuzu,  xalqımızın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə