" q a r t a L ss"



Yüklə 39,41 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü39,41 Kb.
#19978


 

 

 



 

                                    “ Q A R T A L SS” 

                               Mühafizə         müəssisəsi 

 

 



                       

 

 



 

                      Gənc mühafizəçinin yaddaş kitabçası 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



                                            Mühafizə        işçisi! 

 

 



Vətən sənə ən məsuliyyətli sahəni etibar edib. 

Yadda saxla ki, sənin hər bir hərəkətin ölkəmizin, xalqımızın əmin-amanlığına xidmət edir. 

Sən cəsur, vicdanlı, intizamlı, sayıq olmalı, xidməti və dövlər sirrini qorumalı, dövlətimizin 

qanunlarına sözsüz riayət etməlisən! 

Sən mühafizə xidmətində xalqımızın və dövlətimizin maraqlarının keşiyində durursan. Elə 

hərəkət et ki, hər şeydə  və hər zaman ətrafdakılar üçün nümunə olasan,  

İctimai  qayda-qanunu  qoruyaraq,  ancaq  qanun  çərçivəsində  hərəkət  et!  Sənə  böyük 

hüquqlar verilib. Onlardan bacarıqla istifadə et!  

İşdə təşəbbüskarlıq, zirəklik və bacarıq göstər: Hər bir iş üçün göstəriş gözləmə, vəzifəni 

daha da yaxşı yerinə yetirmək üçün özünü fikirləş. 

Başladığın işi sona çatdır. Yadda saxla: təşəbbüskar və bacarıqlı adam hər şeyin öhtəsindən 

gəlməyi bacarmalıdır. 

Daim öyrən, mədəni səviyyəni yüksəlt, sənət, peşə  ustalığını mükəmməlləşdir. Bilmədiyini 

başqalarından öyrənməyə utanma, bildiyini yoldaşına da öyrət. 

Diqqətli  ol,  cinayətkar  niyyətləri  duymağı  bacar,  huquq  pozuntularının  qabağını  vaxtında 

al. Yadda saxla, cinayətin qarşısını vaxtında almaq, yanğın qığılcımını söndürməyə bərabərdir. 

Şərəfsizlik, mənsəbpərəstlik, kobudluq, mərhəmətsizlik, formalızm, vicdansızlıq, əyyaşlıq, 

əliəyrilik, nəzakətsizlik amillərinə qarşı barışmaz ol! 

Özünütənqid ruhunda ol, öz ünvanına olan iradları axıra kimi dinləməyi bacar. Səhv etdin, 

səhvini başa düş və düzəlt! 

Səhv etməyən yox, səhv edib onları tez aradan qaldırmağı bacaran adam ağıllı adamdır. 

Sənin  rəftarına,  hərəkətinə,  davranışına  görə  bütün  mühafizə  işçiləri  haqqında  təsəvvür 

yaranır.  “Qartal”  mühafizə  şirkətinin  şərəfi    sənin  şərəfindir.  Bu  şərəfi  əla  xidmətinlə  qoruyub 

saxla! 


Son dərəcə xeyrixah, xoşrəftar və nəzakətli ol. Əsəbləşmə, diqqətlə dinləməyi bacar. Sənə 

olunan müraciəti, xahişi diqqətlə araşdır. Çalış vəziyyətdən düzgün çıxış yolu tapasan. 

Gözəl və təmiz nitqə nail olmaq üşün çalış. Sənin nitqin ruhunun, ağlının, mədəniyyətinin 

təcəssümüdür. 

 

 

 




 

Səsini  və  rəftarını  idarə  etməyi  bacar.  Çalış  “zəhmət  olmasın,  buyurun,  sizə  təşəkkür 



edirəm,  zəhmət  çəkin”  kimi  ifadələri  işlətmək  vərdişinə  yiyələn.  Hətta  başqalarının  düzgün 

olmayan rəftarı zamanı ləyaqətini qoru. 

Möhkəm,  əyilməz  və  cəsarətli  ol,  qətiyyətli  hərəkətlərinlə  vətəndaşları  cinayətkar 

hərəkətlərdən qoru. Yerli-yersiz güc və silahdan istifadə etmə!. 

Tam  müəyyən  etmədiyin  bir  şey  haqqında  qərar  vermə.  Çünki,  düşünmədən  danışmaq 

hədəf almadan atəş açmaq deməkdir. Mühakimələrində təmkinli ol, tələsmə! 

Öz xarici görünüşünə qayğı ilə yanaş, ciddi, səliqəli, üzü qırxılmış ol, səliqəli geyin. Yeni 

geyimini qoru, onu təmiz və ütülənmiş vəziyyətdə saxla. Çəkmələrin, toqqan, düymələrin həmişə 

təmiz olmalıdır! 

Rütbəcə yüksək olanları nəzakətlə salamla. 

Mütəmadi  olaraq  idmanla  məşğul  ol,  qorxmaz  və  çevik  ol.  Bu  sənə  xidmət  vaxtı  kömək 

edəcək. 


Həmişə  çalış  ətrafındakılara  qarşı  həssas,  diqqətli  və  qayğıkeş  olasan.  Xidmət  başında 

olarkən qoça kişi və qadını, qoru, küçədən keçirməyi unutma. Balacalaın küçədən rahat keçməsi 

üçün hərəkəti saxla.  İnsanlara xeyirxahlıq etmək  üçün  utanma. Çalış   yüksək tərbiyəliliyini və 

ədəbli olduğunu göstər. 

Vətəndaşların sualına həmişə aydın və dəqiq cavab ver. Onların nə istədiklərini aydınlaşdır 

və həmişə müfəssəl  cavab verməyə  çalış.Əgər vətəndaşın  sualına  cavab  mürəkkəb olarsa,  onda 

məsləhətləşmək  lazımdır.  Bunun  üçün  üzr  istə,  bir  qədər  gözləməyi  xahiş  et,  yaxında  yerləşən 

telefon,  yaxud  cib  telefonu  ilə  mühafizə  şirkətinin  növbətçi  hissəsi  ilə  əlaqə  saxla.  Aydın 

olmayan məsələni mütləq aydınlaşdır və vətəndaşa sanballı cavab ver.  

Həmişə çalış ki, hərəkətlərin qanunauyğun, ətrafdakılara aydın və mütləq nəzaktli olsun.  

Heç kəsə “Sən” deyə müraciət etmə. Hamıya küçədə, müəssisədə “siz” deyə müraciət et!. 

Bu sənin mədəniyyətliliyini göstərər və müsahibin tərəfindən mümkün olan kobudluğun qarşısını 

alar. 

İstənilən halda soyuqqanlılığını saxla, kobudluğa kobudluqla cavab vermə. Bunula sən öz 



üstünlüyünü göstərəcəksən və ətrafdakıları köməyə cağıracaqsan. 

Cinayətkarı  və  cinayət  etməkdə  şübhələnən  digər  şəxsləri  saxlayarkən  təmkinli  və 

soyuqqanlı ol. Yaddan çıxartma ki, qanunu pozanlar həmişə ara qarışdırmağa, fitnəkarlıq etmək 

qərarına  gəlirlər  və  bununla  vətəndaşlar  tərəfindən  təəssübkeşlik  hissələri  qazanmağa  çalışır  və 

yaranan  vəziyyətdən  istifadə  edərək  aradan  çıxırlar.  Qeyri-dövlət(özəl)mühafizə  haqqında 

qanunun tələb etdiyi kimi qətiyyətlə, cəsarətlə, bacarıqla hərəkət  et, lakin eyni zamanda çalış ki, 

kobud və qaba ifadələrdən istifadə etməyəsən. 



 

Saxlanılan,  tutulan,  saxlanma  məntəqəsində  olan,  müşayiət  edilən  şəxslərin  mühafizəsi 



səndən  xüsusi  sayıqlıq  və  intizam  tələb  edir.  Onlarla  kobud  rəftar  etmə,  fitnə-fəsada  uyma, 

onların davranışına diqqətlə fikir ver. 

Axtarış apar, ədəbli, nəzakətli, həddindən artıq sayıq ol. Qətiyyətlə, lakin kobud olmadan 

nizamnaməyə uyğun olaraq onun bütün tələblərini yerinə yetirməyə nail ol. 

Zəhmətkeşlərin  xahiş,  şikayət  və  ərizələrinə,  o  cümlədən  təşkilatların  sorğusuna 

həssaslıqla, qayğıkeşliklə münasibət bəslə. Çalış onları mümkün qədər tez və keyfiyyətli  yerinə 

yetirinə yetirəsən. Sonra ərizəçiyə görülən tədbirlər barəsində xəbər ver. Yadda saxla ki, cinayət 

haqqında  məlumata  tez  və  bacarıqla  münasibət  göstərmək  mühafizəçinin    nüfuzunun 

möhkəmlənməsi üçün çox vacibdir. 

İş vaxtını ətraflı düşünülmüş tərzdə planlaşdır. Çalış ki, gün ərzində imkan dairəsində daha 

çox tədbirlər həyata keçirəsən. 

Kabinetə daxil olmazdan əvvəl qapını döy, icazə aldıqdan sonra daxil ol. Əgər hər hansı bir 

məsələni həll etmək üçün rəhbərin və yaxud xidmət yoldaşının yanına getməlisənsə qabaqcadan 

zəng et, öyrən gör , o səni qəbul edə bilərmi. 

Nə  qədər    də  məşğul  olsan,  kağızlardan  aralan,  xidmət  otağına  daxil  olan  adama  diqqət 

yetir, onu diqqətlə dinlə və oturmağa dəvət et! Maraqlan gör  gəlməyinin səbəbi nədir, diqqətlə 

onu dinlə, aydın, ətraflı və müfəssəl cavab ver. 

Söhbət zamanı qaldırılmış mövzu barəsində sənin xüsusi marağının olmasını nümayiş etdir, 

kağızları gözdən keçir, görüşə gələnin üzünün, gözünün ifadəsinə diqqət yetir. Əgər telefon zəng 

çalırsa, gələn adamdan məcburi fasilə üçün üzr ustə. 

Əgər  kabinetə  rəis  daxil  olubsa  ayağa  qalx.  Yadda  saxla  ki,  salamlamaq  üçün  rütbəcə 

yüksək  şəxs  əlini  birinci  uzadır.  Əgər  kabinetə  qadın  daxil  olursa,  qalx  onu  salamla,  qadın  da 

həmçini salamlaşmaq üçün əlini birinci uzadır. 

Xidməti  otaqda  təmizliyə  və  rahatlığa  diqqət  yetir.  Onu  lazımsız  mebellərlə  və  digər 

şeylərlə həddindən artıq doldurma. Yadda saxla ki, kabinetin avadanlıqla düzgün təchiz edilməsi 

çox zaman sahibinin xasiyyətini göstərir. 

Öznüdən    rütbəcə  yüksək  olanın  xidmət  otağına  daxil  olarkən  o,  özü  oturmağı  təklif 

etməyincə əyləşmə. 

Xidməti  yerə,  yığıncağa,  iclasa  gecikmə.  Bununla  sən  nəinki  intizamsızlıq  nümayiş 

etdirirsən, eyni zamanda  vaxtında gələn və səni gözləməyə məcbur olan yoldaşlarının da vaxtını 

hədər yerə itirirsən. 

 

                                                    *** 



                               

 



 

Avtobus  və  digər  nəqliyyat  vasitələrinə  minərkən    qadınları,  qocaları  və  uşaqları  qabağa 



burax. Basabas salan, itələşən, növbəni pozan şəxslərə irad tut! 

Yerini qadına və yaşlı şəxslərə ver. Əgər oturmuş gənc adam yerini qadına, qocaya, uşağa 

vermək istəmirsə ədəblə, nəzakətlə ona irad tut. 

Uşaqlı  qadınların  avtobusa  minməyinə  kömək  et,  ahıl  adamların  əllərindəki  əşyalarını 

avtobusa qaldır. 

İmkan qədər çox oxu, gündəlik qəzetləri oxu, radio və televiziya verilişlərini diqqətlə dinlə. 

Bu,  dil  mədəniyyəti  üzrə  əvəzedilməz  məşğələdir.  Bu,  həmçinin  sənə  baş  verən  bütün 

hadisələrdən xəbərdar olmağa imkan yaradır. 

Heç  vaxt  kobud,  ədəbsiz,  nalayiq  söz  və  ifadələr  işlətmə.  Fikirləşmə  ki,  nitqində  çoxlu 

söyüş sözləri işlətməklə cəsarətli, qoçaq “bir qəhrəman kimi” görünursən. Əksinə, bununla sən 

ətrafdakılarda özünə qarşı ikrah hissi yaradırsan.  

İşgüzar  sənədlərdə  elə  söz  və  ifadələr  işlət  ki,  onların  yazılışı  və  mənası  sənin  üçün 

aydındır. Əks təqdirdə gülünc vəziyyətə düşəcəksən. 

Lazımsız atalar sözü və zərb məsəlləri “belə desək” “bir sözlə”, “deməli”, “ümumiyyətlə” 

və  s.  işlətməkdən  əl  çək.  Nitqini  bu  kimi  mənasız    söz  və  ifadələrlə  korlama:  “dəmirdən  də 

möhkəm”, “qanuna uyğundur”, “sözsüz”, “dedik bitdi”, “sındırmaq”, “iradəsini qırmaq”, “canını 

almaq” və s.  

Çalış fikrini qısa və aydın ifadə et. Ağlına gələni demə, lakin dediyin hər bir şey haqqında 

fikirləş, sonra de. 

Müsahibinə hörmət et, etinasız və gülməli tonla  onun xətirinə dəymə. Həm hərəkətlərində, 

həm  də  sözlərində  ədəbli,  nəzakətli  ol.  “Zəhmət  olmasa  bir  də  təkrar    edin,  mən  sizi  yaxşı 

eşitmədim” demək daha nəzakətli olar, nəinki “mən sizi başa düşmədim”. 

Xidmət  başında  olarkən  və  telefona  cavab  verərkən    gözə  görünməyən  müsahibinə  öz 

soyadını və rütbəni dəqiq de. 

Əgər  telefonla  danışarkən  müsahibinin  həyəcanlı  olduğunu  və  hadisə  haqqında  anlaşıqlı 

danışa bilmədiyini hiss edirsənsə onun sözünü kəsmə, çalış  ona təskinlik verib sakitləşdirəsən və  

dərdinə mərhəmətlə şərik olasan.  

Telefonda kiminsə soyadını və ümvanını dəqiq  müəyyən etməsən də onun sözünü kəsmə. 

Yaxşı olar ki,  bütün məlumatı aldıqdan sonra xahiş edəsən “filan, filan şeyləri zəhmət olmasın 

bir də dəqiqləşdirin” və ya “ Mən bu soyadlarını düzmü qeyd etmişəm?” 

Tez-tez postda mühafizəçiyə bu və ya digər məsələlər barəsində müraciət edirlər. Nə qədər 

bərk məşğul olsan da o suallara aydın izahat ver, lazım gələrsə hara müraciət edilməli olduğunu 

nəzakətlə cavab ver. 



 

Telefonda  müsahibinlə  salamlaşmağı  unutma,  məlumat  üçün  ona  təşəkkür  et  və  uğurlar 



arzula. 

Xidməti telefonu ilə danışarkən müxtəsər ol, yadında  saxla ki, o, istənilən anda çox vacib 

bir məlumat və ya  göstəriş və əmrlərin verilməsi üçün lazım ola bilər. 

Yerinə  yetirə bilmədiyin bir şeyi  vəd etmə.  Yox artıq söz vermisənsə, mütləq onu  yerinə 

yetir. Hər şeydən çox sözünün qiymətini bil. 

Sən qanunun nümayəndəsisən və onun  keşikçisi və qoruyucususan. Qanunu daim öyrən və 



ona  möhkəm surətdə riayət et.  

 

Yüklə 39,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə