~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
  1   2   3   4   5   6   7   8   9   ...   20


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
İRADƏ ƏLİLİ 
 
 
 
 
 
 
 
QARABAĞIN 
TUTUSU 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - “MBM” - 2015 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
Kitab sonuncu Qarabağ müharibəsinin iştirakçısı  
Rüxsarə (Tutu) Cumayevanın həyatından bəhs edir.  
 
 
 
 
 
Redaktor:  
German 
Məsləhətçi: 
Ülkər Nazimqızı 
Korrektor:  
İlhamə Sultan 
Operatorlar: 
Leyla Həsənova 
   
 
Ülviyyə Əliyeva 
 
 
İradə Əlili. “Qarabağın Tutusu”. 
Bakı. “MBM”. 2015. 114 səh. 
 
 
 
 
 
 
 
İSBN: 5-8020-2095-4 
 
© İradə Əlili, 2015. 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
ÖN SÖZ 
(Redaktordan) 
 
ünyada  baş  verən  bütün  müharibələrin  müəyyən 
müddətdən  sonra  araşdırılması,  analiz  edilməsi  və 
gələcək  nəsillərə  hər-hansı  bir  formada  təqdim  edilməsi 
təbii  haldır.  Siyasətçilər  müharibənin  baş  vermə  səbəb-
lərinə,  tarixçilər  dövrünə  və  gedişatına,  yazıçılar  isə  daha 
çox  insan  amilinə  diqqət  yönəldirlər.  Döyüşlərdə  qəhrə-
manlıq,  igidlik,  cəsurluq,  rəşadət  və  fədakarlıq  nümayiş 
elətdirən insanlar bədii, sənədli və tarixi romanların qəhrə-
manlarına  çevrilirlər.  Bu  baxımdan  sonuncu  Qarabağ 
müharibəsi  nə  siyasətçilər,  nə  tarixçilər,  nə  də  yazıçılar 
tərəfindən kifayət qədər araşdırılmayıb. Mən bu fikirdəyəm 
ki,  hər  bir  müharibə  iştirakçısının  həyatı  və  döyüş  yolu 
ayrıca  bir  əsərin  mövzusudur.  Özünü  Vətənə  atılan  güllə-
lərə sipər edən insanların taleyi ən azı publisist və jurnalist 
yazılarında  öz  əksini  tapmalıdır.  Xüsusi  qəhrəmanlıq  və 
rəşadət göstərmiş fədailərimiz isə ayrıca kitab və filmlərlə 
təqdim  olunmalıdırlar  ki,  içimizdəki  Vətən  eşqi  ölməsin, 
Qarabağ  kimi  tarixi  bir  yurd  yerimizin  hələ  də  düşmən 
tapdağında olduğunu unutmayaq.  
Oxuculara təqdim olunan bu kitab İradə Əlilinin gərgin 
əməyinin,  Vətən  eşqindən  doğan  istəyinin,  arzusunun 
bədii-publisist  məhsuludur.  Kitab  xalqımızın  igid  qızı, 
sonuncu  Qarabağ  müharibəsində  fədakarlıq  göstərmiş, 
neçə-neçə  döyüşçümüzü  ölümün  pəncəsindən  qurtarmış 
Rüxsarə  Cumayevanın  həyat  və  döyüş  yolunu  əks  etdirir. 
D


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
Hiss olunur ki, müəllif ilk dəfədir ki, müharibə mövzusunda 
əsər yazır. Lakin buna baxmayaraq, İradə xanımın bu əsərə 
verdiyi  önəm,  çəkdiyi  zəhmət  və  əldə  etdiyi  nəticə  göz 
qabağındadır  və  təqdirəlayiqdir.  Tutu  ləqəbli  Rüxsarənin 
həyatından  fraqmentlər,  onun  döyüş  yoldaşlarının  tapılıb, 
Tutu  haqqında  olan  fikirlərin  toplanması,  fotoların  əldə 
edilməsi  bir  günün,  bir  həftənin,  bir  ayın  işi  deyil.  İradə 
xanım Qarabağ müharibəsinin iştirakçısı deyil. Heç vaxt da 
Qarabağda  olmayıb.  Amma  nə  qədər  ki,  Qarabağ  yağı 
əsarətindədir  ruhən  Qarabağlıdır  İradə  xanım.  Elə  buna 
görə də hər bir Qarabağ qazisinin yaşadığı hissləri içindən 
keçirib,  özününküləşdirməyi  bacaran,  hər  bir  Qarabağ 
qazisini  özünə  doğma  bilən  bu  vətənpərvər  yazıçı  xanım 
Rüxsarənin  də  ömrünə,  taleyinə,  həyatda  yaşadığı  acılara, 
üzləşdiyi  çətinliklərə  biganə  qalmamış,  onu  olduğu  kimi 
oxuculara  çatdırmağa  çalışmışdır.  Və  mən  qətiyyətlə  deyə 
bilərəm ki, İradə xanım buna nail olmuşdur.  
Mən Rüxsarə Cumayevanı şəxsən tanıyıram. Onun fəda-
karlığı  haqqında  məlumatım  var,  əzminə,  iradəsinə  bələ-
dəm. Təcavüzə məruz qalmış Vətəndən, haqqı tapdalanmış 
bir  Vətən  övladından  söhbət  düşəndə  özündən  çıxaraq 
çılğınlıqla,  yana-yana,  hətta  deyərdim  ki,  qışqıra-qışqıra 
danışmağının dəfələrlə şahidi olmuşam. Onun həyatı, döyüş 
yolu, müharibədən sonrakı qəmli həyat hekayəsi doğrudan 
da  gənclərə  və  gələcək  nəsillərə  çatdırılması  vacib  olan 
maraqlı bir dastandır. Uşaqlıqdan ayaqları şikəst olan, buna 
baxmayaraq  hələ  «Meydan  hərəkatı»  dövründə  özünü 
Vətənpərvərlərdən  kənarda  təsəvvür  etməyən  Rüxsarə 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
Cumayeva  meydanın  ən  fəal  üzvlərindən  olmuş,  o  vaxtlar 
meydanda  uzunmüddətli  aclıq  aksiyası  keçirənlərə  qoşul-
muşdu.  Müharibə  ölüm-dirim  xarakteri  alanda  isə  qəti 
qərarını  vermiş  və  döyüşlərin  ən  qaynar  nöqtəsinə  - 
Ağdama yollanmışdı.  
Azərbaycanın milli qəhrəmanı (ölümündən sonra) Şirin 
Mirzəyevin  ilk  dəfə  görəndə  Tutu  adlandırdığı  («Qaraca 
qız»  filminin  qəhrəmanı  Tutuya  oxşadığına  görə)  bu  qız 
döyüşçülərin yaddaşında elə Tutu kimi qalıb. Çoxları onun 
adının  Rüxsarə  olduğunu  heç  bu  gün  də  bilmirlər.  Amma 
bilirlər  ki,  bu  qadın  vətənpərvər,  igid  və  fədakar  bir 
insandır.  İradə  Əlilinin  yuxusuz  gecələrinin  məhsulu  olan 
bu  kitabı  oxuduqdan  sonra  Rüxsarəni  daha  çox  adam 
tanıyacaq,  Rüxsarənin  keçdiyi  döyüş  bölgələrində  nələrin 
baş verdiyindən xəbərdar olacaqlar.  
 Mən Rüxsarə Cumayevanın yaşadığı mənzildə dəfələrlə 
olmuşam. Altı kvadrat metrlik bir otaqlı mənzildə on dörd 
yaşlı  qızıyla  yaşayan  bu  cəfakeş  ananın  evi  həmişə 
Vətənpərvər,  döyüşkən,  Azərbaycan  torpaqlarının  azadlığı 
uğrunda  hər  an  döyüşlərə  atılmağa  hazır  olan  cəngavər 
insanların, ziyalıların görüş yeri olub.  
 İradə  xanım,  mən  sizə  öz  zərif  çiyinlərinizi  bu  ağır 
yükün  altına  verdiyiniz  üçün  təşəkkür  edirəm.  Böyük 
olmasa da bu əsər Vətənpərvərliyin təbliği, bəzi tarixi fakt-
ların  araşdırılması,  Vətən  uğrunda  canından  keçən  insan-
ların  xalqa  tanıdılması  baxımından  vaxtında  yazılmış  də-
yərli  və  maraqlı  bir  əsərdir.  Siz  böyük  bir  iş  görmüsünüz, 
İradə xanım. Kaşki pul qazanmaq məqsədilə cild-cild kitab-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə