[]



Yüklə 0,82 Mb.
səhifə1/5
tarix26.09.2017
ölçüsü0,82 Mb.
#1516
  1   2   3   4   5

SEVGİ VARA SATILMAZ

4 pərdəli, 8 şəkilli mənzum dram)
İştirak edirlər:
Ərqaya-25 yaşında mühəndis

Altunşah-30 yaşında xüsusi dükan sahibi

Narınc xala-Altunşahın anası 60 yaşında

Süsən-18 yaşında gənc bir qız

Süsənin xəyalı-göy libasda

Nazan-22 yaşında pozğun qadın

İnci-17 yaşında pozulmuş qız

Sultan-40 yaşında heç yerdə işləməyən

balıq alveri ilə varlanmış şəxs

Aypara-Sultanın həyat yoldaşı 35 yaşında

Lamiyə-qızı12 yaşında

Qadınlar

Həkimlər

Şəfqət bacıları
I PƏRDƏ

(1-ci şəkil)
Hadisələr Bakıdan bir xeyli kənarda şəhər tipli böyükada

qəsəbəsində cəryan edir. Səhərdir. Ərqaya bir gözdən ibarət



mənzilində çay tədarükü görür. Elə bu zaman yayından çıxmış ox təki telefonun cingiltisi otağa yayıldı.

Ərqaya


(həyacanlı)
Alo, alo, Süsən, danış yandı ürək,

taledir yazdın mənə aman, fələk?

Ah, Allahım, böylə sükut, böylə təlaş,

Sinəm üstdən asılıbdı qara bir daş.

Bilirəm ki, sonu yoxdur bu sevdanın,

Kasıb evin oğulusan çıxsın canın.

Hardan mənim pulum-param cehiz alım?

Ürəyimcə başa varsın qoy vüsalım.

Doğub məni cocuqluqdan atdın, ana,

O gündən , hənuz suça batdın, ana.

Uşaq evi qucağına aldı məni,

Yad əllərlə, yad dillərlə çaldı məni.

Məşəqqətlə ali məktəb bitirmişəm,

Neft üzrə mühəndisdi indi peşəm.

Bir tərəfdən bahalığın üzü dönük,

Səadətim, sevgim, eşqim, bəxtim tünük.

Sevdiyimi kimdi mənə verən ucuz?

Köksüm yara, yara üstdən tökülür duz.

Yazılıbsa taleyimə bu qızcağaz,

Bir gün mənim ömrümə gələcək yaz.
O telfonun dəstəyini yerinə qoyur. Dilindən tökülən ah, fəqanlarla Süsənin xəyalı gözünə görünür. Onun canı atəşlərə bürünür.

Süsənin xəyalı


Uyğularda gördüm gecə bir qatarda,

Sənin ilə oturmuşam paltarda.

Sevgimizin zirvəsinə hey yüksəlib,

Əzabların, zülümlərin bağrın dəlib,

Yol gedirik paralardan qurtulmaqçın,

Pak ayrı bir səyyarəyə atılmaqçın.

qardaşım Sultan vardı yanımızda,

Altun duyğu, bəxtəvərlik qanımızda.

Ac-yalavac adətləri qoyub burda,

Həsrət ilə qərib-qərib baxır yurda,

Hey qaçırdıq bu dünyadan, vurhavurdan,

Bir-birilə didişmədən qırhaqırdan

Ərqaya

(çaşqın)
Ah, sevgilim, yenə gəldin səhər-səhər,

Ah, sevgilim, yenə gəldin sən bir təhər.

Xəyalların qəlbə sitəm, ələm, qəhər,

Zəhər oldu bu məhəbbət mənə, zəhər!

Telefonda pak səsin xəyalmıdır?

Kölgələrin taleyimə vusalmıdır?

Hünərin yox qapımızı açmağa da,

Alıb səni qərib yerə qaçmağa da.

Xülyalarla sevgimizi böləsiyik,

İkimiz bu eşq ilə öləsiyik.

Ah, Allahım, al kölgəni apar məndən,

Parçalandı köksüm nar tək oldu dən-dən.
Süsənin xəyalı yox olur. Ərqaya, əsəbi, mühəndis işlədiyi

neftçıxarma idarəsinə gedir.
2-ci şəkil
Dolu öynə, Sultanın qırmızı kərpicdən yapılmış qəsrəbənzər

dəbdəbəli evi. Süsən Ərqayanın eşqindən xəbər tutan

Sultan bacısını evdə əsir edib heç yerə buraxmır. O Süsəni

özü kimi pullu-paralı adama ərə vermək istəyir. Vaxtsız

ata-anasını itirmiş, Sultan balıq alveri ilə varlanmışdır. Dörd

divar arasında dustaq edilmiş Süsən qardaşı arvadı Aypara

qızı Lamiyə ilə evdədir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə