K
K
Ü
Ü
T
T
L
L
Ə
Ə
V
V
İ
İ
Ö
Ö
D
D
Ə
Ə
N
N
İ
İ
Ş
Ş
L
L
Ə
Ə
R
R
Ü
Ü
Z
Z
R
R
Ə
Ə
M
M
Ə
Ə
R
R
K
K
Ə
Ə
Z
Z
L
L
Ə
Ə
Ş
Ş
D
D
İ
İ
R
R
İ
İ
L
L
M
M
İ
İ
Ş
Ş
İ
İ
N
N
F
F
O
O
R
R
M
M
A
A
S
S
İ
İ
Y
Y
A
A
S
S
İ
İ
S
S
T
T
E
E
M
M
İ
İ
İ
İ
L
L
Ə
Ə
Ə
Ə
M
M
Ə
Ə
L
L
İ
İ
Y
Y
Y
Y
A
A
T
T
L
L
A
A
R
R
I
I
N
N
A
A
P
P
A
A
R
R
I
I
L
L
M
M
A
A
S
S
I
I
N
N
A
A
D
D
A
A
İ
İ
R
R
K
K
O
O
L
L
L
L
E
E
K
K
T
T
İ
İ
V
V
S
S
A
A
Z
Z
İ
İ
Ş
Ş
BAKI
“_12_” ___aprel__ 2012-ci
2
Bu Kollektiv Saziş (bundan sonra – Saziş) bundan sonra Tərəflər adlanacaq “Kütləvi
Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra - KÖMİS)
aşağıdakı İştirakçıları arasında KÖMİS-də iştiraka dair bağlanmışdır:
-
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikasının Mərkəzi
Bankı (bundan sonra - Mərkəzi Bank);
-
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
(bundan sonra - DXA);
-
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət qurumları (bundan sonra -
Dövlət qurumları);
-
Azərbaycan Respublikasında fəaliyyət göstərən Kütləvi Xidmət Müəssisələri (bundan
sonra - KXM);
-
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq fəaliyyətini
həyata keçirmək hüququ olan şəxslər (bundan sonra - KPM);
-
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) üzvü olan banklar
(bundan sonra - Bank);
-
Azərbaycan
Respublikasının
qanunvericiliyinə
müvafiq
olaraq
poçt-maliyə
xidmətlərinin həyata keçirilməsi üçün lisenziyaya malik olan “Azərpoçt” Məhdud
Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” MMC);
-
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq ödəniş təşkilatı kimi
fəaliyyət göstərən hüquqi şəxslər (bundan sonra - Təşkilat).
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
KÖMİS-in məqsədi ödəyicilərə istənilən maliyyə xidməti nöqtəsindən (bankın,
“Azərpoçt” MMC-nin və Təşkilatın filial, şöbə, xidmət bölmələri və proqram-texniki
kompleksləri) və İştirakçıların internet resurslarından istifadə edilməklə Sazişə
qoşulmuş dövlət qurumları və KXM-lər üzrə kütləvi xidmətlər, dövlətə vergi, rüsum,
icarə haqqı və digər ödənişlər (bundan sonra – dövlət ödənişləri) üzrə borcları haqqında
tam informasiya almaq və həmin borcları istənilən ödəniş alətləri (nağd yolla, ödəniş
kartları, bank hesabları və s.) vasitəsilə ödəmək imkanı yaratmaqdır.
3
1.2.
Bu Sazişdə istifadə olunan anlayışlar:
KXM – öz xidmətlərini geniş sürətdə fiziki və hüquqi şəxslərə ümumi əsaslar üzrə təklif
edən müəssisələr (kommunal xidməti müəssisələri, mobil telefon operatorları, internet
provayderləri və s.);
Ödəyici – dövlətə vergi, rüsum, icarə haqqı və digər ödənişləri həyata keçirən və ya
KXM-in xidmətlərindən istifadə edən və bu xidmətlərə çıxış verən abonent hesabına
malik olan fiziki və hüquqi şəxslər;
Abonent hesabı – KXM-lər tərəfindən onların xidmətindən istifadə edən fiziki və
hüquqi şəxslərə verilən unikal kod;
Ödəyici kodu – KÖMİS-də ilkin qeydiyyat zamanı fiziki və hüquqi şəxslərə sistem
tərəfindən avtomatik rejimdə mənimsədilən unikal kod;
Əməliyyat günü – Bu Sazişlə müəyyənləşdirilən əməliyyat dövrü (Əlavə №1);
Təşkilat – ödəyicilərin dövlət ödənişlərinin və ya alınmış mallara (işlərə, xidmətlərə)
görə hüquqi şəxslər qarşısında yaranmış pul öhdəliklərinin icrasını, habelə avans
ödənişlərinin qəbulunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
həyata keçirən hüquqi şəxsdir;
Proqram-texniki kompleks (bundan sonra - PTK) - ödəyicilərə nağd pul vəsaiti və
ya ödəniş kartları vasitəsilə ödənişlərini həyata keçirmək imkanı verən və onları ödəniş
əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz
olunmuş avadanlıqdır.
1.3.
KÖMİS-də əməliyyatlar bu Sazişə, Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına və KÖMİS-in fəaliyyətini
tənzimləyən digər normativ sənədlərə uyğun olaraq aparılır.
1.4.
KÖMİS-də Tərəflər arasında informasiya mübadiləsi bu Sazişə əlavə olunmuş
reqlamentə (Əlavə 1) uyğun həyata keçirilir.
1.5.
Dövlət ödənişləri və kütləvi xidmətlər üzrə KÖMİS vasitəsilə qəbul edilən ödənişlər
əməliyyat gününün sonuna kimi sistemin funksional imkanlarından istifadə edilməklə
ləğv oluna bilər. Cari əməliyyat gününün bağlandığı andan ödənişlər geri çağırılmaz
hesab edilir. Bağlanmış əməliyyat günlərinə aid olan ödənişlərdə sonradan aşkar edilmiş
uyğunsuzluqlar üzrə bankın, “Azərpoçt” MMC-nin və ya Təşkilatın rəsmi müraciəti
əsasında dövlət qurumları və KXM-lər tərəfindən müvafiq qaydada düzəlişlər aparılır.
1.6.
KÖMİS vasitəsilə qəbul edilən bir ödəniş tapşırığı məbləğınin maksimal həddi dövlət
ödənişləri üzrə 10000 (on min) manat məbləğində müəyyən edilir.
4
1.7.
Mərkəzi Bank KÖMİS-in mülkiyyətçisi və operatorudur.
1.8.
Bu Sazişə qoşulmuş “Azərpoçt” MMC, istənilən bank və Təşkilat Sazişin İştirakçısı
olan dövlət qurumları və KXM-lər tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin qəbul
edilməsi hüququnu qeyd-şərtsiz əldə edir və onlar arasında heç bir ayrı-seçkiliyə yol
verilmir.
2.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1.
Mərkəzi Bank:
2.1.1.
dövlət qurumları və KXM-lər üzrə vahid koda əsaslanan ümumilləşdirilmiş elektron
ödəyici bazası yaradır;
2.1.2.
qanunvericiliklə nəzərdə tutulmuş qeyri-iş günləri də daxil olmaqla 24 saat ərzində
sistemin fasiləsiz və sabit işləməsini təmin edir;
2.1.3.
KÖMİS-in texniki və proqram platformasının komponentlərinin müasir standartlara
uyğun şəkildə daim yeniləşdirilməsini, inkişaf etdirilməsini təmin edir;
2.1.4.
İştirakçılar arasında hüquq bərabərliyini təmin edir;
2.1.5.
KÖMİS-in iş reqlamentini müəyyənləşdirir və bu barədə İştirakçılara məlumat verir;
2.1.6.
KÖMİS-in fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzi
Bankın Ehtiyat Mərkəzində sistemin komponentlərinin daim işçi vəziyyətdə olmasını
təmin edir və dövri olaraq texniki sınaqlar keçirir;
2.1.7.
KÖMİS-in fəaliyyətində gözlənilməz fasilələr baş verərsə, İştirakçılara bu barədə
məlumat verir və sistemin fəaliyyətinin bərpa edilməsi üçün təxirəsalınmaz tədbirlər
görür;
2.1.8.
KÖMİS-lə İştirakçılar arasında informasiya mübadiləsinin aparılması zamanı müasir
standartlara cavab verən informasiya təhlükəsizliyini təmin edir;
2.1.9.
bu Sazişə yeni qoşulmuş İştirakçıları sistemdə qeydiyyatdan keçirərək zəruri
məlumatlarla təmin edir;
2.1.10.
ödəyici bazasında baş verən dəyişikliklər haqqında informasiyanı real vaxt rejimində
dövlət qurumlarından və KXM-dən alaraq, mərkəzləşdirilmiş bazaya daxil edir;
2.1.11.
KÖMİS-də qəbul edilmiş ödənişlər haqqında məlumatları qanunvericiliklə nəzərdə
tutulmuş qeyri-iş günləri də daxil olmaqla hər gün dövlət qurumlarının və KXM-lərin
istəyindən asılı olaraq, paket və yaxud real vaxt rejimində onlara ötürür;
2.1.12.
qanunvericiliklə nəzərdə tutulmuş qeyri-iş günləri istisna olmaqla Bankı, “Azərpoçt”
MMC-ni qəbul edilmiş ödənişlərin dövlət qurumlarının və KXM-lərin bank
5
hesablarına köçürülməsi üçün XÖHKS sisteminin texniki tələblərinə uyğun formatda
informasiya ilə təmin edir. Qanunvericiliklə nəzərdə tutulmuş qeyri-iş günləri sistem
vasitəsilə aparılmış ödənişlər haqqında informasiya növbəti ilk iş günü Banka,
“Azərpoçt” MMC-yə göndərilir;
2.1.13.
KÖMİS vasitəsilə KXM-lərin xeyrinə toplanmış maliyyə vəsaitlərinə görə bu Sazişə
Əlavə №3-də müəyyən edilmiş tariflərə uyğun olaraq, hesablanmış xidmət haqqını
onların bank hesablarından akseptsiz qaydada silmək üçün növbəti ayın ilk 5 (beş) iş
günü ərzində elektron və ya kağız daşıyıcıda inkasso tapşırığı təqdim edir;
2.1.14.
KÖMİS vasitəsilə Dövlət qurumlarının xeyrinə toplanmış maliyyə vəsaitlərinə görə
onlara bu Sazişə Əlavə №3-də müəyyən edilmiş tariflərə uyğun olaraq, hesablanmış
xidmət haqqı üzrə hesab faktura təqdim edir;
2.1.15.
Toplanmış vəsaitlərə görə xidmət haqqını Mərkəzi Bankın bank hesabına daxil
olduğu vaxtdan etibarən 3 (üç) iş günü ərzində Bankın, “Azərpoçt” MMC-nin və ya
Təşkilatın bank hesabına köçürür.
2.1.16.
Sazişə yeni qoşulmuş hər bir İştirakçı barədə digər iştirakçıları məlumatlandırır;
2.1.17.
Aşağıdakı hallarda İştirakçıların KÖMİS vasitəsilə əməliyyatlarını dayandırır:
-
ödənişlərin qəbul edilməsi hüququ qanunvericiliyə müvafiq olaraq dayandırıldıqda
(məhdudlaşdırıldıqda, qadağan edildikdə və ya ləğv edildkdə);
-
İştirakçı tərəfindən Sazişlə yaranan öhdəliklər müntəzəm şəkildə yerinə
yetirilmədikdə;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
2.2.
Dövlət Xəzinədarlığı Agentliyi:
2.2.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
2.2.2.
bu Sazişə qoşulmuş dövlət qurumlarını KÖMİS-in infrastrukturu vasitəsilə qəbul
edilmiş ödənişlər haqqında sistemin texniki tələblərinə uyğun formatda informasiya
ilə təmin edir.
2.3.
Dövlət qurumları:
2.3.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
6
2.3.2.
seçilmiş informasiya mübadiləsi mexanizmindən asılı olaraq, bütün xidmət
regionlarını əhatə edən ümumi elektron ödəyici bazasını mərkəzləşdirilmiş qaydada
tələb olunan formatda KÖMİS-ə ötürür;
2.3.3.
ödəyici bazasının KÖMİS-ə ötürülməsi rejimi seçildikdə həmin bazada baş verən
dəyişikliklər və zərurət olduqda ödəyici öhdəlikləri haqqında məlumatları tələb
olunan elektron formatda sistemə ötürür;
2.3.4.
ödəyici bazası KÖMİS-ə ötürülmədən ödənişlərin qəbul edilməsi rejimi seçildikdə
KÖMİS-in texniki tələblərinə uyğun olaraq, müvafiq real vaxt rejimli interfeys
vasitəsilə ödəyicinin eyniləşdirilməsini və onun öhdəliklərinin müəyyənləşdirilməsini
təmin edir;
2.3.5.
DXA-dan və ya xidmət olunduğu bankdan hesabına daxil olmuş ödənişlər üzrə aldığı
xüsusi formatlı elektron informasiyanı KÖMİS-dən alınmış informasiya ilə üzləşdirir
və daxili elektron informasiya bazasına işləyir;
2.3.6.
ödəyici öhdəlikləri haqqında məlumatların KÖMİS-ə ötürülməsi rejimi seçildiyi
halda, ödəyicidən KÖMİS-dən kənar, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar
daxilində qəbul edilmiş dövlət ödənişləri haqqında məlumatlar əsasında sistemə
elektron formatda öhdəliklərin dəyişdirilməsi haqqında informasiya ötürür;
2.3.7.
bağlanmış əməliyyat günlərinə aid olan ödənişlərdə sonradan aşkar edilmiş
uyğunsuzluqlar üzrə Bankın, “Azərpoçt” MMC-nin və ya Təşkilatın rəsmi müraciəti
əsasında 3 (üç) iş günü ərzində müvafiq qaydada düzəlişlərin aparılmasını təmin edir;
2.3.8.
bu Sazişə Əlavə №3-ə daxil edilmiş dövlət qurumları həmin əlavədə müəyyən
edilmiş tariflərə uyğun olaraq, KÖMİS vasitəsilə toplanmış vəsaitlərə görə xidmət
haqqını Mərkəzi Bank tərəfindən hesab-faktura təqdim edildiyi gündən 5 (beş) iş
günü ərzində ödəyir;
2.3.9.
internet resursundan istifadə edilməklə ödənişlərin aparılması zamanı ödəyicinin
eyniləşdirilməsi, öhdəliklərin müəyyənləşdirilməsi prosesini həyata keçirir və ödəniş
tranzaksiyası haqqında məlumatları tələb olunan elektron formatda KÖMİS-ə ötürür.
2.4.
Kütləvi Xidmət Müəssisəsi:
2.4.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
2.4.2.
müasir standartlara cavab verən, bütün xidmət regionlarını əhatə edən ümumi
elektron ödəyici bazası yaradır və mərkəzləşdirilmiş qaydada tələb olunan formatda
KÖMİS-ə ötürür;
7
2.4.3.
bütün regional bölmələri ilə informasiya mübadiləsi üçün müasir tələblərə cavab
verən telekommunikasiya şəbəkəsi yaradır;
2.4.4.
ödəyici bazasında baş verən dəyişikliklər və ödəyicilərin öhdəlikləri haqqında
məlumatları KÖMİS-in texniki tələblərinə uyğun şəkildə elektron formatda sistemə
ötürür;
2.4.5.
ödəyici bazası KÖMİS-ə ötürülmədən ödənişlərin qəbul edilməsi rejimi seçildikdə
KÖMİS-in texniki tələblərinə uyğun olaraq, müvafiq real vaxt rejimli interfeys
vasitəsilə ödəyicinin eyniləşdirilməsini və onun öhdəliklərinin müəyyənləşdirilməsini
təmin edir;
2.4.6.
xidmət olunduğu bankdan və ya “Azərpoçt” MMC-dən daxil olmuş ödənişlər üzrə
informasiyanı KÖMİS-dən alınmış informasiya ilə üzləşdirir və daxili elektron
informasiya bazasına işləyir;
2.4.7.
ödəyicinin KÖMİS-dən kənar, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydalar
çərçivəsində qəbul edilmiş ödənişləri haqqında məlumatları tələb olunan elektron
formatda KÖMİS-ə ötürür;
2.4.8.
bağlanmış əməliyyat günlərinə aid olan ödənişlərdə sonradan aşkar edilmiş
uyğunsuzluqlar üzrə Bankın, “Azərpoçt” MMC-nin və ya Təşkilatın rəsmi müraciəti
əsasında 3 (üç) iş günü ərzində müvafiq düzəlişlər aparır.
2.4.9.
KÖMİS vasitəsilə toplanmış vəsaitlərə görə bu Sazişə Əlavə №3-də müəyyən edilmiş
tariflərə uyğun olaraq hesablanmış xidmət haqqını Mərkəzi Bankın inkasso tapşırığı
əsasında akseptsiz qaydada sistemdə qeydiyyata alınmış bank hesabından silmək
hüququnu xidmət olunduğu banka verir və həmin hesabda müvafiq vəsaitin olmasını
təmin edir.
2.5.
Kart Prosessinq Mərkəzi:
2.5.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
2.5.2.
KÖMİS-lə informasiya mübadiləsi üçün sistemin tələblərinə uyğun interfeys yaradır;
2.5.3.
Bankın, “Azərpoçt” MMC-nin və Təşkilatın PTK, POS-terminal, internet resursları
üzərindən və həmçinin ödəniş kartlarından istifadə edilən digər ödəniş üsulları ilə
ödənişlərin həyata keçirilməsi imkanını yaradır;
2.5.4.
ödəyici tərəfindən aparılan ödənişlərin təsdiq edilməsi haqqında informasiyanı tələb
olunan formatda KÖMİS-ə ötürür;
8
2.5.5.
əməliyyat günü ərzində ödəyicinin ödəniş kartları vasitəsilə aparılmış əməliyyatları
haqqında KÖMİS-dən alınmış informasiyanı daxili məlumat bazasında olan müvafiq
informasiya ilə üzləşdirilir və uyğunsuzluq aşkar edildikdə müvafiq vəsaiti ödəyicinin
kart hesabına bərpa edilməsini təmin edir;
2.5.6.
bu Sazişə Əlavə №4-də müəyyən edilmiş tariflərə uyğun olaraq, əlavə xidmət haqqı
tutulduğu hallarda müvafiq interfeys vasitəsilə xidmət haqqı məbləği barəsində
ödəyicinin məlumatlandırılması və ödəyicinin arzusu ilə ödənişdən imtina olunması
imkanını təmin edir.
2.6.
Bank və “Azərpoçt” MMC:
2.6.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
2.6.2.
ödənişlərin qəbul edilməsi üçün KÖMİS-in avtomatlaşdırılmış iş yerlərini sistemin
tələblərinə uyğun telekommunikasiya və müvafiq texniki avadanlıqla təmin edir;
2.6.3.
ödənişlərin qəbul edilməsi üçün şöbə və filiallarda quraşdırılacaq avtomatlaşdırılmış
iş yerinin sistemdə qeydiyyatdan keçməsini təmin edir və müvafiq qaydada
təlimatlandırır;
2.6.4.
ödəyiciləri KÖMİS-də ilkin qeydiyyatdan keçirir və onlara ödəyici kodu verir;
2.6.5.
ödəyiciləri dövlət qurumları və KXM-lər üzrə öhdəliklər haqqında KÖMİS-in ödəyici
bazasında olan tam informasiya ilə təmin edir;
2.6.6.
bu Sazişə Əlavə №3-də göstərilən İştirakçıların xeyrinə ödəniş aparmaq istəyən
ödəyicilərin üzərinə heç bir əlavə xərc qoymadan onların KXM-lər qarşısında olan
borc öhdəlikləri üzrə ödənişlərin icrasını həyata keçirir və ödənişi təsdiq edən
müvafiq sənəd (Əlavə №2) ilə təmin edir;
2.6.7.
bu Sazişə Əlavə №4-də müəyyən edilmiş tariflərə uyğun olaraq, xidmət haqqı
tutmaqla ödəyicilərin dövlət ödənişinin icrasını həyata keçirir və ödənişi təsdiq edən
müvafiq sənəd (Əlavə №2) ilə təmin edir;
2.6.8.
xidmət haqqı tarifləri bu Sazişlə tənzimlənməyən İştirakçılar üzrə ödənişlər qəbul
edilərkən özünün daxili tarif siyasətinə uyğun olaraq, ödəyicilərdən xidmət haqqı
tutmaqla ödənişin icrasını təmin edir. Bu zaman ödəyiciyə ödənişi təsdiq edən
müvafiq sənədə (Əlavə №2) əlavə olaraq tutulan xidmət haqqını təsdiq edən sənəd də
verilməlidir;
2.6.9.
ödəyicidən xidmət haqqı tutulması nəzərdə tutulan hallarda ödənişlər üzrə tutulacaq
xidmət tarifləri haqqında ödəyicini əvvəlcədən məlumatlandırır;
9
2.6.10.
KÖMİS vasitəsilə gün ərzində toplanmış vəsaitləri KÖMİS-dən alınmış ümumi
ödəniş faylı ilə üzləşdirərək ödəniş tranzaksiyalarının rekvizitlərində heç bir
dəyişiklik etmədən reqlamentə əsasən (Əlavə №1), XÖHKS sistemi vasitəsilə dövlət
qurumlarının və KXM-in bank hesablarına köçürür;
2.6.11.
ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında KÖMİS və xidmət
olunduğu müvafiq KPM-dən alınan məlumatları üzləşdirərək vəsaitləri reqlamentə
(Əlavə №1) əsasən, XÖHKS sistemi vasitəsilə dövlət qurumlarının və KXM-lərin
bank hesablarına köçürür;
2.6.12.
kütləvi xidmətlər üzrə ödənişlərin nağdsız ödəniş alətləri (birbaşa debetləşmə, kredit
köçürməsi, ödəniş kartları və s.) vasitəsilə aparılmasını təmin etmək üçün KÖMİS-lə
sistemin texniki tələblərinə uyğun formatda informasiya mübadiləsini təşkil edir;
2.6.13.
xidmət göstərdiyi dövlət qurumunu və KXM-i KÖMİS-in infrastrukturu vasitəsilə
qəbul edilmiş ödənişlər haqqında sistemin texniki tələblərinə uyğun formatda
informasiya ilə təmin edir.
2.7.
Təşkilat:
2.7.1.
KÖMİS ilə informasiya mübadiləsi aparmaq üçün tələb olunan telekommunikasiya
şəbəkəsinə qoşulur;
2.7.2.
ödənişlərin qəbul edilməsi üçün özünə məxsus olan PTK-lərin sistemdə qeydiyyatdan
keçməsini təmin edir;
2.7.3.
ödəyiciləri KÖMİS-də ilkin qeydiyyatdan keçirir və onlara ödəyici kodu verir;
2.7.4.
ödəyiciləri dövlət qurumları və KXM-lər üzrə öhdəliklər haqqında KÖMİS-in ödəyici
bazasında olan tam informasiya ilə təmin edir;
2.7.5.
bu Sazişə Əlavə №3-də göstərilən İştirakçıların xeyrinə ödəniş aparmaq istəyən
ödəyicilərin üzərinə heç bir əlavə xərc qoymadan onların KXM-lər qarşısında olan
borc öhdəlikləri üzrə ödənişin icrasını həyata keçirir və ödənişi təsdiq edən müvafiq
sənəd (Əlavə №2) ilə təmin edir;
2.7.6.
bu Sazişə Əlavə №4-də dövlət ödənişləri üzrə müəyyən edilmiş tariflərə uyğun
olaraq, xidmət haqqı tutmaqla ödəyicilərin dövlət qurumlarının xeyrinə ödənişinin
icrasını həyata keçirir və ödənişi təsdiq edən müvafiq sənəd (Əlavə №2) ilə təmin
edir;
2.7.7.
xidmət haqqı tarifləri bu Sazişlə tənzimlənməyən İştirakçılar üzrə ödənişlər qəbul
edilərkən özünün daxili tarif siyasətinə uyğun olaraq, ödəyicidən xidmət haqqı
tutmaqla ödənişin icrasını təmin edir. Bu zaman ödəyiciyə ödənişi təsdiq edən
10
müvafiq sənədə (Əlavə №2) əlavə olaraq tutulan xidmət haqqını təsdiq edən sənəd də
verir;
2.7.8.
ödəyicidən xidmət haqqı tutulması nəzərdə tutulan hallarda ödənişlər üzrə tutulacaq
xidmət tarifləri haqqında ödəyicini əvvəlcədən məlumatlandırır;
2.7.9.
KÖMİS vasitəsilə gün ərzində toplanmış vəsaitlərin xidmət olunduğu bank vasitəsilə
reqlamentə əsasən (Əlavə №1) dövlət qurumlarının və KXM-in bank hesablarına
köçürülməsini təmin edir.
3.
ƏMƏLİYYATLARA GÖRƏ HAQLAR
3.1.
KÖMİS vasitəsilə aparılan əməliyyatlara görə dövlət qurumları və KXM-lər tərəfindən
ödənilən xidmət haqqı bu Sazişə Əlavə №3-də müəyyən edilmiş tariflər əsasında
hesablanır.
3.2.
KÖMİS vasitəsilə aparılan əməliyyatlara görə ödəyicidən tutulan və bu Sazişlə
tənzimlənən xidmət haqqı Əlavə №4-də müəyyən edilmiş tariflər əsasında hesablanır.
3.3.
Sazişə yeni qoşulan İştirakçı üzrə KÖMİS vasitəsilə aparılan əməliyyatlara görə
xidmət haqqı tarifi bu Sazişin 5.2-ci maddəsi ilə müəyyənləşdirilir.
3.4.
Bu Sazişlə tənzimlənməyən hallarda KÖMİS vasitəsilə aparılan əməliyyatlara görə
ödəyicidən tutulan xidmət haqqı müvafiq olaraq Bankın, “Azərpoçt” MMC-nin və ya
Təşkilatın daxili tarif siyasəti əsasında hesablanır.
3.5.
İştirakçılardan hər hansı birinin təklifi ilə bu Saziş çərçivəsində xidmət tariflərinə
yenidən baxıla bilər.
3.6.
bu Sazişə Əlavə №3-ə daxil edilmiş dövlət qurumlarının xeyrinə toplanmış vəsaitlərə
görə xidmət haqqı Mərkəzi Bank tərəfindən təqdim olunmuş hesab faktura əsasında
onlar tərəfindən bu Saziş üzrə müəyyən edilmiş müddətdə ödənilir.
3.7.
KXM–lərin xeyrinə toplanmış vəsaitlərə görə xidmət haqqı Mərkəzi Bankın inkasso
tapşırığı əsasında onlara xidmət göstərən bank tərəfindən akseptsiz qaydada silinir.
4.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
4.1.
Bank, “Azərpoçt” MMC və Təşkilat ödəyicilərdən ödəniş kartları vasitəsilə aparılan
əməliyyatlara görə bu Sazişlə müəyyən edilmiş xidmət tariflərindən əlavə (overdraftla,
kredit xətləri ilə bağlı bankın təyin etdiyi faiz və komissiya istisna olmaqla) xidmət
haqqı, komissiya və ya digər ödənişlər tutmur.
11
4.2.
Bank, “Azərpoçt” MMC və Təşkilat KÖMİS vasitəsilə toplanmış vəsaiti bu Sazişlə
müəyyənləşdirilmiş reqlamentə (Əlavə №1) əsasən Dövlət qurumlarının və KXM-in
bank hesabına bu Saziş üzrə müəyyən edilmiş qaydada və müddətdə köçürmədikdə
hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 1 (bir) faizi həcmində cərimə
ödəyir.
4.3.
Dövlət qurumu və KXM KÖMİS vasitəsilə göstərilmiş xidmətə görə ödənişləri bu
Saziş üzrə müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirmədikdə hər
gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 (bir) faizi həcmində cərimə ödəyir.
4.4.
Tərəflər bu Sazişdə nəzərdə tutulmuş vəzifələrin lazımınca yerinə yetirilməməsinə
görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
4.5.
Tərəflərdən heç biri bu Saziş üzrə öhdəliklərinin qarşısıalınmaz qüvvənin (fors-major
hallar) təsiri nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki,
Tərəflər öhdəliklərinin lazımı qaydada icra etməməsini fors-major şəraiti nəticəsində
mümkün olmadığını sübuta yetirə bilsin.
4.6.
Qarşısıalınmaz qüvvənin təsirinə (fors-major hallara) İştirakçılar tərəfindən nəzarət
edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan
nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya
inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və
hökumət qərarları və bu kimi digər hallar aid edilir.
4.7.
Tərəflər qarşısıalınmaz qüvvənin (fors-major halların) təsiri barədə və yaranma
səbəbləri haqqında yazılı məlumatı yubanmadan qarşı Tərəflərə göndərməlidir. Əgər
qarşı Tərəflərdən digər yazılı təlimat daxil olmayıbsa, Tərəf öz imkanları daxilində
qarşısıalınmaz qüvvənin təsirindən (fors-major hallardan) asılı olmayan saziş
öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən
(fors-major hallardan) asılı olan saziş öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ
üsullar axtarmalıdır.
5.
SAZİŞƏ QOŞULMA QAYDALARI
5.1.
Bu Saziş Tərəflər üçün açıqdır.
5.2.
Sazişə yeni qoşulan hər bir İştirakçı ilə Mərkəzi Bank arasında KÖMİS vasitəsilə
aparılan əməliyyatlara görə xidmət haqqı tarifləri razılaşdırılmaqla ayrıca qoşulma
protokolu (Əlavə № 5) imzalanır və bu barədə digər Tərəflərə məlumat verilir.
12
5.3.
Qoşulma protokolunun imzalanması bu Sazişə uyğun fəaliyyət göstərmək barədə
yazılı iltizam sayılır.
6.
SAZİŞİN MÜDDƏTİ
6.1.
Bu Saziş Tərəflər arasında imzalandığı andan qüvvəyə minir və ləğv olunanadək
qüvvədə qalır.
6.2.
İstənilən İştirakçı 30 (otuz) gün əvvəl Mərkəzi Banka yazılı surətdə müraciət etməklə
Sazişdən çıxa bilər.
6.3.
Sazişdən çıxmaq İştirakçını KÖMİS qarşısında mövcud öhdəliyinin icrasından azad
etmir.
7.
MÜBAHİSƏLƏRİN HƏLLİ
7.1.
Bu Sazişin icrası zamanı meydana çıxan mübahisələr və ixtilaflar Tərəflərin qarşılıqlı
razılığı ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə, mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun surətdə məhkəmə qaydasında həll edilir.
8.
YEKUN MÜDDƏALAR
8.1.
Sazişin əsli Mərkəzi Bankda saxlanılır, Mərkəzi Bank tərəfindən təsdiq edilmiş
surətləri isə hər bir İştirakçıya təqdim edilir.
8.2.
Bu Sazişə əlavə və dəyişikliklər yalnız Tərəflərin yazılı razılığı ilə edilə bilər.
8.3.
Tərəflər arasında
bu Sazişlə əhatə olunmayan
münasibətlər
Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
20
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş
İnformasiya Sistemi ilə əməliyyatların
aparılmasına dair Kollektiv Sazişə
Əlavə № 1
KÖMİS-də tərəflər arasında informasiya mübadiləsinin
REQLAMENTİ
Vaxt
Əməliyyatların məzmunu
İcraçı
Əməliyyat günü ərzində:
00:00 – 24:00
Bank, “Azərpoçt” MMC və Təşkilatın maliyyə
xidməti nöqtələrində KÖMİS vasitəsilə bütün
ödəniş mexanizmlərindən istifadə edilməklə
aparılan ödənişlər sistemdə qeydiyyatdan
keçirilir və bu əməliyyatlar haqqında dövlət
qurumları və KXM-lərə informasiya ötürülür.
Mərkəzi Bank
Növbəti iş günü:
09:00-10:00
Bank, “Azərpoçt” MMC və Təşkilat tərəfindən
KÖMİS vasitəsilə əvvəlki Əməliyyat günü
ərzində qəbul edilmiş ödənişlər haqqında
ümumi məlumatlar banka və “Azərpoçt”
MMC-yə göndərilir (MT150, MT152).
Mərkəzi Bank
Növbəti iş günü:
09:00-10:00
Bank, “Azərpoçt” MMC və Təşkilat tərəfindən
KÖMİS vasitəsilə əvvəlki Əməliyyat günü
ərzində qəbul edilmiş ödənişlər haqqında
ümumi məlumatlar dövlət qurumları və KXM-
lərə göndərilir (Day_Payments).
Mərkəzi Bank
Növbəti iş günü:
10:00-13:00
Bank, “Azərpoçt” MMC və Təşkilatın KÖMİS
vasitəsilə qəbul etdikləri ödənişlər XÖHKS
vasitəsilə dövlət qurumlarının və KXM-lərin
cari hesablarına köçürülür.
Bank, “Azərpoçt”
MMC, Təşkilat
Növbəti iş günü:
13:00-18:00
XÖHKS vasitəsilə dövlət qurumlarının və
KXM-lərin
cari
hesablarına
daxil
olan
ödənişlər haqqında informasiya müvafiq
formatda onlara ötürülür.
Bank, “Azərpoçt”
MMC və Dövlət
Xəzinədarlığı
Agentliyi
Əməliyyat günü ərzində
Ödəyici bazasında aparılan dəyişikliklər və
ödəyici öhdəlikləri haqqında məlumatlar
müvafiq formatda KÖMİS-ə ötürülür.
Dövlət qurumu və
KXM
Əməliyyat günü ərzində
KÖMİS-dən
xüsusi
formatda
ödəyicinin
ödənişləri
haqqında
informasiya
qəbul
olunaraq müvafiq qaydada istifadə edilir
Dövlət qurumu və
KXM
21
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş
İnformasiya Sistemi ilə əməliyyatların
aparılmasına dair Kollektiv Sazişə
Əlavə № 2
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi
MƏDAXİL QƏBZİ № _____________
KXM və yaxud Dövlət qurumu: ______________ Tarix:_______________
Ödəyən:
Abonent kodu:_________________
Tam adı:_________________
Abonent:
Hesabı:______________________
Tam adı:______________________
Ünvanı:______________________
İstehlak qrupu:________________
VÖEN
:________________________
Məbləğ:
Qaimə borcu:_____________________
Ödənilməlidir:_____________________
Ödənildi:____________________
Məbləğ yazı ilə:____________________
Xidmət haqqı:____________________
Cəmi məbləğ:____________________
Qalıq borc:_`___________________
Ödənişin təyinatı:
Qaimə №:____________________
Təsnifat kodu*:____________________
Büdcə səviyyəsi*:____________________
Büdcə təşkilatı*:_______________
Ödəniş vasitəsi:____________________
Tranzaksiya nömrəsi**:_______________
Qəbul edən təşkilat: VÖEN:
Əməliyyatçı
:_____________________
Abonent:________________
Qeydlər:
* Dövlət ödənişləri aparılan zaman əlavə edilir.
** Ödəniş kartları vasitəsilə aparılan ödənişlər zamanı tranzaksiya nömrəsi əlavə edilir.
22
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş
İnformasiya Sistemi ilə əməliyyatların
aparılmasına dair Kollektiv Sazişə
Əlavə № 3
KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə
T a r i f c ə d v ə l i
№
İştirakçının adı
İcraçı
Tarif dərəcələri
(toplanılmış vəsaitdən faizlə)
1.
“Bakıelektrikşəbəkə” ASC
Bank
1%
2.
ARDNŞ-in “Azəriqaz” İB
Bank
1%
3.
"AzərSu" ASC
Bank
1%
4.
"Azərenerji" ASC
Bank
1%
5.
DİN Baş Dövlət Yol Polisi
İdarəsi
Bank
1%
6.
“Bakıelektrikşəbəkə” ASC
“Azərpoçt” MMC
və Təşkilat
İkitərəfli bağlanmış müqaviləyə əsasən
müəyyənləşdirilir.
7.
"Azəriqaz" QSC
“Azərpoçt” MMC
və Təşkilat
İkitərəfli bağlanmış müqaviləyə əsasən
müəyyənləşdirilir.
8.
"AzərSu" ASC
“Azərpoçt” MMC
və Təşkilat
İkitərəfli bağlanmış müqaviləyə əsasən
müəyyənləşdirilir.
9.
"Azərenerji" ASC
“Azərpoçt” MMC
və Təşkilat
İkitərəfli bağlanmış müqaviləyə əsasən
müəyyənləşdirilir.
10.
DİN Baş Dövlət Yol Polisi
İdarəsi
“Azərpoçt” MMC
və Təşkilat
İkitərəfli bağlanmış müqaviləyə əsasən
müəyyənləşdirilir.
23
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş
İnformasiya Sistemi ilə əməliyyatların
aparılmasına dair Kollektiv Sazişə
Əlavə № 4
KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə
T a r i f c ə d v ə l i
İştirakçının adı
Əməliyyatın növü
Əməliyyatın təsviri
Tariflər
Dövlət qurumları
Vergi və gömrük ödənişləri,
dövlət rüsumu və dövlət
büdcəsinə
digər ödənişlər üzrə
Dövlət büdcəsinə ödənişləri
həyata keçirərkən Bank,
“Azərpoçt” MMC, Təşkilat
tərəfindən ödəyicidən
tutulan xidmət haqqı
Minimal 0.40 manat,
maksimal 15 manat
olmaqla ödənilən
məbləğin 0.15% -i
miqdarında
24
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş
İnformasiya
Sistemi
ilə
əməliyyatların
aparılmasına dair Kollektiv Sazişə
Əlavə № 5
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə
əməliyyatların aparılmasına dair Kollektiv Sazişə
Qoşulma protokolu
________________________________________ tərəfindən hazırkı protokolun imzalanması
(qoşulan təşkilatın adı)
Mərkəzi Bankın digər iştirakçılarla birgə imzaladığı “ ___ ” ____________ 2012-ci il tarixli
“Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə əməliyyatların
aparılmasına dair Kollektiv Saziş”ə uyğun fəaliyyət göstərmək barədə yazılı iltizam sayılır və
KÖMİS vasitəsilə aparılan əməliyyatlar üzrə aşağıdakı tarif cədvəli razılaşdırılır:
Əməliyyatın
növü
Əməliyyatın təsviri
Tariflər
İştirakçı təşkilatın səlahiyyətli
nümayəndəsi:
__________________________
(imza)
__________________________
(soyadı, adı, vəzifəsi)
Tarix: __________________
M.Y.
Document Outline - APUS KOLLEKTIV SAZISH
- APUS_Bank_KXM_CPC_Sazish_Changes_2012_18_2
- Taraflarin imzalari
- 20
Dostları ilə paylaş: |