[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə1/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
  1   2   3   4   5   6   7   8   9   ...   143



 
                                        
 
 
 
 
 
 
 
 
 
A
  
Z
  
Ə
  
R
  
B
  
A
  
Y
  
C
  
A
  
N
    
D
  
İ
  
L
  
İ
    
V
  
Ə
      
T
  
A
  
R
  
İ
  
X
  
İ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
S
ARA AŞURBƏYLI
 
 
AZƏRBAYCAN 
 
DİLİ VƏ TARİXİ 
 
BAKI ŞƏHƏRİNİN TARİXİ 
 
 
 
 
ORTA   ƏSRLƏR   DÖVRÜ 
 
                                  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AVRASİYA PRESS 
 
BAKI   2006  
 
 



 
Bu  kitab  "Sara  Aşurbəyli.  Bakı  şəhərinin  tarixi" (Bakı,  Azərnəşr,  1998) nəşri 
əsasında təkrar nəşrə hazırlanmışdır
. 
 
 
 
 
 
 
Elmi redaktoru:   
 
 
Ziya Bünyadov 
Ruscadan tərcümə edəni: 
Azər Bağırov 
 
 
 
 
947.54-dc22 
AZE 
Sara AĢurbəyli. Bakı Ģəhərinin tarixi. Bakı, "Avrasiya press", 2006, 416 səh. 
 
Sara Aşurbəylinin bu kitabı Bakı ş əhərinin  orta əsrlər tarixinə  həsr olunmuşdur. 
Erkən  və  inkişaf  etmiş  orta  əsrlərdə  Bakı  neft inin  çıxarılması  və  ema lı  üzrə  mühüm 
mə rkə z  kimi  məşhur  olan  Ba kı  ş əhərinin  sosial-iqtisadi,  siyasi  və  mədəni  həyatı 
öyrənilmiş, müasir dövrədək qalmış memarlıq abidələrinin  təhlili verilmiş, u zun tarixi 
dövr ərzində elm və təsviri incəsənətin vəziyyəti göstərilmişdir. 
Arxeoloji materiallara  istinad edərək, Ba kın ı antik dövrün ş əhəri adlandırmaq la 
bu kitabda Bakı tarixin in ən parlaq dövrü -  XII-XV əsrlər  Şirvanşahların hakimiyyəti 
dövrü olduğu bu materiallar əsasında sübut edilmişdir. 
 
 
 
 
 
ISBN10  9952-421-67-0 
ISBN13 978-9952-421-67   
 
 
 
 
©AVRASİYA PRESS, 2006 
 
 
 



 
 
 
1937-1938-ci illər repressiyasının qurbanı olmuş əziz atam Balabəy Teymurbəy 
oğlu Aşurbəyovun nurlu xatirəsinə ithaf edirəm 
 
 
 
MÜƏLLĠFDƏN 
 
Bu  əsər  o xucula rı  Bakının,  onun  ətrafının  tarixi  ilə   tanış  edir.  Burada  orta 
əsrlərdə  Yaxın  Şərqin ən  mühü m feodal şəhərlərindən biri, Şirvanın,  Bakı  xan lığının, 
nəhayət, Azərbaycan Respublikasın ın paytaxt ı  Bakının  sosial-iqtisadi, siyasi-tarixi və 
mədəni həyatı tədqiq olunur. 
Kitabda Abşeronda neft çıxarılmasına və neft sənayesinə dair ətraflı  məlu mat 
verilir. Şəhərin iqtisadi vəziyyəti (sənətkarlıq istehsalı, ticarət, pul tədavülü məsələləri), 
əhalinin  tərkib i,  sosial  münasibətlər,  hərbi  toqquşmalar,  şəhər  hakimlərinin  həyat  və 
fəaliyyəti, şəhər mədəniyyəti (me marlıq, ədəbiyyat, incəsənət) araşdırılır. 
Son illərdə İçə rişəhər əra zisində və Ba kın ın ətrafında aşkara çıxa rılmış bir sıra 
arxeolo ji  materia llar şəhərin tarixi  məsələsinə yenidən baxmağa, onu bir neçə əsr geri 
çəkməyə imkan verir. Əsərdə Suraxan ı Atəşgahının tarixinə dair materiallar, onun bəzi 
kitabələ rin in tərcü məsi verilmişdir. Kitabda Bakının  "Böyük ipə k yolu"nda, Şa ma xıdan 
və Ərəşdən Ya xın Şərq in və Qərbi Avropanın mü xtə lif ölkə lərinə ixrac edilən xa m ipək 
ticarətində rolu və mövqeyi göstərilir. 
Əsərdə  Bakın ın,  başlıca  olaraq,  feodal  şəhərinin  inkişafında  əsas  amil  olan 
sosial-iqtisadi həyatı, yəni 2000 il ərzində istehsalın, məhsuldar qüvvələrin  və istehsal 
münasibətlərinin  in kişafı  araşdırılır.  Orta  əsr  şəhərinin  feodal  cəmiyyətinin  daxili 
quruluşu  məsələləri  ilk  mənbələrin  və  maddi  mədəniyyət  abidələ rin in  mə lu matla rı 
əsasında açıqlanır.  Bakın ın təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərq in iri 
şəhərlərindən  birinə,  Xəzər  dənizində  Şərq  və  Qərblə  tran zit  ticarətdə  iştirak  edən 
birinci limana çevrild iyi  Dərbəndilə r sülaləsi şirvanşahlarının hakimiyyəti dövründəki 
parlaq tarixi açılıb göstərilir. 
Əsər  Şərq  (ərəb,  fars,  türk),  Azərbaycan  (türk),  gürcü,  rus,  Qərbi  Avropa 
mənbələ ri əsasında yazılmış, nu mizmat ik, epiqra fik və arxeoloji  materiallardan geniş 
istifadə edilmişdir. 
Kitab  tarixçilər,  şərqşünaslar,  ali  məktəblərin  müəllim  və  tələbələri  üçün
 
nəzərdə tutulmuşdur. 
Müəllif  kimi  kitabın  redaktoru,  A zərbaycan  Respublikası  EA-nın  akademiki 
Z.M.Bünyadova təşəkkürümü bildirirəm. 
 
 
 



 
MƏNBƏLƏRIN VƏ ƏDƏBĠYYATIN MÜXTƏSƏR 
XÜLASƏSĠ 
 
Kitabda, zənnimcə, ən vacib sayılan mənbələ r və əsərlər göstərilir. 
İstifadə  etdiyimiz  Şərq  (əsasən  ərəb  və  fars)  mənbələri  əksərən  ko mpilyativ 
xarakter daşıyır; onlarda tarixlər b ir ço x hallarda qarışdırılmışdır. Buna görə də, onların 
mə lu matla rına  ço x  tənqidi  yanaşmaq  la zım  gəlmişdir.  Hə min  mənbələ rin  Ba kı 
haqqında  məlu matları  ço x  mü xtəsər  olub,  adətən,  X-XIV  və  sonrakı  əsrlərdə  burada 
neft və duz hasilatına aiddir.  Ərəbdilli  müə llifiərin - əl-İstə xri, ə l-Məsudi, Əbu Dü laf, 
əl-Müqəddəsi,  əl-Birun i,  Əbu  Həmid  əl-Əndəlusi,  Yaqut,  Zəkəriyyə  əl-Qəzv ini, 
Əbü-l-Fida və başqalarının  məlu matları bu qəbildəndir. Həmin  müəlliflərin həyatı və 
əsərlərin in  xarakteristikası  İ.Y.Kraçkovskinin  əsərlərin in  dördüncü  cildində

ətraflı 
işıqlandırılmışdır. 
Bakın ın X-XI əsrlər tarixinə aid ən mühü m mənbələrdən biri "Tarix əl-Bab"dır. 
Təəssüf ki, XI əsrin son çərəyində yazılmış bu əsərin müə llifın in adı qalma mış, Şirvan 
və  Dərbənd  tarixinə  aid  salna məsinin  isə  yalnız  türk  tarixç isi  Münəccimbaşının 
(1702-ci  ildə  Məkkədə  ölmüşdür)  əsərinə  daxil  edilmiş  ayrı-ayrı  fəsilləri  mühafizə  
olunmuşdur. Həmin fəsilləri prof. V.M inorski ingilis dilinə tərcü məsi, geniş şərhləri və 
ərəbcə  mətni  ilə  b irlikdə  çap  etdirmiş,  habelə  rus  dilinə  çevirmişdir  (bib lioqrafiyaya 
bax). 
Atası  Bakıdan olan  XV  əsrin əvvəli ərəbdilli tarixçi Əbdürrəşid  ibn  Salih  ibn 
Nuri  ə l-Ba kuvinin   verdiy i  dəyərli  məlu mat lar  qeyd  olun malıdır.  Əl-Bakuvin in 
tarixi-coğrafı  "Tə lxis  əl-asar  və  əcaib  ə l-mə lik  əl-qəhhar"  ("Abidələrin  xü lasəsi  və 
qüdrətli hökmdarın  möcüzələri") əsəri h.806 (1403)-cı ildə yazılmış və dövrü müzədək 
1614-cü  ildə  köçürü lmüş  və  hazırda  Paris  Milli  Kitab xanasında  5299  nö mrəsi  ilə  
saxlan ılan yeganə əlyazmasında gəlib çatmışdır.
2
 Hə min ə lya zmasını  1789-cu ildə de 
Gin  bə zi  ixtisarlarla  fransız  dilinə  tərcü mə  et mişdir.
3
  Akade mik  Z.M.Bünyadov 
əl-Bakuvinin  əsərini  ərəb  dilindən  rus  dilinə  çevirərək  1971-ci  ildə  nəşr  etdirmişdir.
 
Müxtəlif  Şərq  ölkələri  haqqında  məlu mat  verən  əl-Bakuvi  A zərbaycanın 
şəhərlərindən, o cümlədən, ehtimal ki, gəlib gördüyü Bakı şəhərindən çox ətraflı bəhs 
edir. Əl-Bakuvi şəhər və Abşeron, onun iqlimi, iqtisadiyyatı, neft və duz hasilatı, əhalisi 
haqqında qiymətli  məlu matlar verir.  O, dənizin səviyyəsinin  xeyli qalxdığ ını göstərir, 
şəhərin  su  ilə  təchiz  olun masından  danışır,  qala  tikililərin i  təsvir  edir.  Onun  Bakı 
haqqındakı  mə lu matla rı  orijinald ır.  Onlara   əvvəlki  müəlliflərin  əsərlə rində  rast 
gəlin mir. İbn İyas XVI əsrin əvvəllə rində əl-Ba kuvinin mə lu matla rını tə krar et mişdir.
4
 
Bakın ın iqtisadiyyatına dair irandilli mənbələr - X əsr anonim müə llifin
 
"Hüdud 
əl-aləm" (Tu manskinin  əlyazması; V.Bartoldun girişi və göstəriciləri ilə V.F.M inorski 
tərəfındən  ingilis  dilinə  tərcü mə  və  qeydlərlə  nəşr
 
olunmuşdur)
5
,  XIII
 
əsr  müəllifi 
Məhəmməd  ibn Nəcib  Bə kranın " Cahannamə" (keç miş SSRİ  EA Asiya  xa lqları  İn-tu 
Leninqrad şöbəsinin əlyazması,  C-612;  Y.Y.Borşşovski tərəfindən nəşr olunmuşdur), 
XIII əsrin anonim coğrafiyaşünasının əsəri
6
, Hə mdullah Qə zv ininin (XIV əsr) "Nüh zət 
əl-qülub"
7
 və Əmin Əh məd ər-Ra zin in (XVI-XVII əsrlə r) " Həft iqlim"
8
 əsərləri də ço x 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə