06-jurnal-2017-hazir indd



Yüklə 416,1 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü416,1 Kb.
#75080


49

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

BƏZİ AVROPA ÖLKƏLƏRİNDƏ DÖVLƏT-DİN 



MÜNASİBƏTLƏRİ

Mehman İSMAYILOV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

Zaqatala bölgəsi üzrə şöbə müdiri,

ilahiyyat üzrə fəlsəfə doktoru

AÇAR SÖZLƏR: dövlət-din münasibətləri, etiqad azadlığı, dini icma, dini      

                                      tədris, məbədlər.

КЛЮЧЕВЫЕ СЛОВА: государственно-религиозные отношения,             

 

 

 

 

  свобода    вероисповедания, религиозная община,  

 

 

                          религиозное обучение, храмы. 

KEY WORDS: state-confessional relations, religious freedom, religious  

 

 

 

          community, religious education, temples. 

Dövlət-din münasibətlərinin modelləri

Dövlət-din münasibətləri deyiləndə  əsasən iki model üzərində durulur: “din və 

dövlətin ayrı olduğu model”; “din və dövlətin qarşılıqlı əlaqə şəraitində olduğu model”. 

Lakin bu təsnifat dövlət-din münasibətlərini açıqlamaq üçün yetərsizdir. Çünki hər iki 

modelin alt qrupları vardır. Toronto Universitetinin professoru Ran Hörşl bu modelləri 8 

cür təsnifl əşdirir:



1. Ateist  dövlət

Marksın “din tiryəkdir” sözündən ilhamlanan və keçmiş kommunist ölkələrində 

tətbiq olunmuş modeldir. Bu modelin tətbiq olunduğu ölkələrə keçmiş SSRİ, Çin və 

Efi opiyanı misal göstərə bilərik. Çin 1949-cu ildən başlayaraq bu modeli tətbiq etmiş, 

lakin 1978-ci ildə din və etiqad azadlığı maddəsini konstitusiyaya əlavə edərək dinə 

olan münasibətini dəyişmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada da dini etiqad 

azadlığı təkrar bərpa olunmuşdur. Hazırda bu model dünyanın heç bir ölkəsində tətbiq 

olunmur.


2. Məcburedici sekulyarizm

Professor bu modelə Fransa və Türkiyəni nümunə kimi göstərir. Lakin qeyd edək ki

son illərdə Türkiyədə dövlət-din münasibətlərində xeyli dəyişikliklər olmuşdur. Ona görə 

də bu modeli bu gün Türkiyəyə şamil etmək olmaz. 



3. Dövlətin dinə bitərəf yanaşması: ABŞ

Avropa kilsə ilə dövlət arasındakı mübarizənin  ən uzun çəkdiyi və  ən  şiddətli 

olduğu qitədir. Bu qitədən Amerikaya köç edən mühacirlərin qurduğu ABŞ dövlətində 

kilsə-dövlət münasibətləri Avropa təcrübəsindən fərqli formalaşmışdır. Çünki bura gələn 

mühacirlər əsasən öz ölkələrində dini cəhətdən təzyiq görən insanlar idi. Məhz bu amil 

CƏMİYYƏT VƏ DİN



50

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



ABŞ-da yuxarıdakı din modelinin yaranmasına böyük təsir göstərmişdir. 

4. Zəif dini təşkilatlanma

Avropanın bir çox ölkəsində mövcud olan bu model rəsmi olaraq tanınsa da, əslində 

simvolik şəkilə bürünən dövlət kilsəsi modelidir. Almaniya, İngiltərə, Norveç, Danimarka, 

Finlandiya, İslandiya və s. dövlətlərin din modeli bu şəkildədir.



5. Görünüşdə olmasa da, əslində bir məzhəb və ya dinin üstün olduğu model

Bu modeli əsasən katolik məzhəbinin yayıldığı Latın Amerikası ölkələrinə 

şamil etmək olar. Həmçinin İtaliya, İspaniya, Filippin, Polşa və Maltanı da bura əlavə 

etmək mümkündür. Bu ölkələrin bəzi qanunlarında, xüsusilə də nikah, ailə, təhsil kimi 

məsələlərdə katoliklikdən götürülmüş hökmlərdən istifadə olunur.

6.   Müxtəlif mədəniyyətləri özündə birləşdirən ölkələrdə dövlət-din ayrımı

Bu modelə daha çox köç qəbul edən ölkələrdə rastlanır. Kanada və CAR kimi.



7. Dini  qrupların öz daxili hüquqlarına tabe olması

Xüsusilə Afrika və Asiyanın bəzi ölkələrində bu modeldən istifadə olunur. Nigeriya, 

Keniya, Malayziya, Hindistan, İsrail kimi. Bu ölkələrdə nikah, ailə, cənazə kimi 

məsələlərdə hər dini qrup öz daxili hüququnu əsas alır.



8. Güclü  təşkilatlanma – dinin konstitusiyanın ilham qaynağı olması

Hörşl bu modeli teokratik konstitusiya quruluşu adlandırır.  İran, Pakistan, Misir, 

Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bu modelə misaldır.

Tarixdə din-dövlət, din-elm, din-cəmiyyət münasibətlərinin  ən çox qarşı-

qarşıya gəldiyi  ərazi isə Avropa olmuşdur. Renessans və reformasiya hərəkatı ilə bu 

münasibətlərdə xeyli dəyişikliklər olmuş, xüsusilə də din üçün yeni libas biçilmişdir. Bu 

gün Avropa dünyanın ən sekulyar coğrafi  məkanı adını özündə qoruyub saxlayır. Avropa 

ölkələrində dövlət-din münasibətləri ölkədən ölkəyə  dəyişir. Bəzi ortaq xüsusiyyətlər 

olsa da, aralarında ciddi fərqlər də müşahidə olunur. İndi isə Avropanın bir sıra aparıcı 

ölkələrində dövlət-din münasibətlərinin necə tənzimləndiyinə nəzər salaq.



Bəzi Avropa ölkələrində din-dövlət münasibətləri

1. Almaniya

Əhalisi 82 milyona çatan Almaniyada təqribən 25 milyon katolik, 24,5 milyon 

protestant, 4 milyon müsəlman və 200 min yəhudi yaşayır. Yerdə qalan 28 milyon ya 

hansısa dinlə  əlaqəsi yoxdur, ya da qeydiyyatda olmayan dini cərəyanlara mənsubdur. 

Almaniyada müsəlmanlara aid 2600 ibadət evi mövcuddur ki, bunların 150-si böyük 

məscidlərdir. 

Xristianlıq Almaniyada əsasən III əsrdən başlayaraq yayılmış və orta əsrlərdə bütün 

Almaniyaya hakim olmuşdur. Həmin dövrlərdə katolik kilsəsi olduqca böyük nüfuza 

malik idi. Lakin islahatlar nəticəsində kilsənin gücü sarsılmış və 1803-cü ildə tarixi bir 

qanunla məhdudlaşdırılmışdır. 1919-cu ildə qəbul edilən Veymar Konstitusiyasına əsasən 

din dövlətdən ayrılmışdır. Almaniyada konstitusiyadan sonra dövlət-din münasibətlərini 

tənzimləyən  ən mühüm sənəd katolik kilsəsi ilə dövlət arasında imzalanan Alman 

Konkordatıdır (latın dilində “razılaşma” mənasına gələn konkordat roma-katolik 

CƏMİYYƏT VƏ DİN



51

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

kilsəsinin rəhbəri kimi Papa ilə  hər hansı dövlətdə Roma-Katolik kilsəsini idarə edən 



hökumət arasında bağlanan müqavilə). Bu müqavilə kilsəyə bir çox ictimai hüquqlar 

vermişdir.

Almaniya konstitusiyasında dövlət dini və ya rəsmi din yoxdur. Bunun əvəzinə 

xüsusilə yerli idarəçilik və  əyalətlər səviyyəsində dini icmalarla bağlı  fərqli qanunlar 

mövcuddur. Konstitusiyanın 4-cü maddəsi ilə dini etiqad azadlığı təminat altına alınmışdır. 

Eyni zamanda, hansısa dini etiqadı, din mənsubunu və ya ideoloji cərəyan mənsublarını 

təhqir etmək qadağandır.

Dövlət dini fəaliyyətləri daha çox tarixi və mədəni sahələrdə maliyyələşdirir. Tarixi 

abidələr dövlət hesabına təmir və ya bərpa edilir, lakin yeni tikilən ibadət evləri dövlət 

dəstəyindən istifadə edə bilməzlər. Bu məsələdə yalnız yəhudi icması istisna təşkil 

edir. Holokost faciəsinə görə bütün əyalətlər yəhudilərə maliyyə yardımı göstərməyi 

özlərinə borc bilirlər. Federal Hökumət Mərkəzi Yəhudi Komitəsinə hər il 5 milyon avro 

məbləğində maddi yardım göstərir.

Almaniyada dini icmaların qeydiyyata alınması  məcburi deyildir. Lakin vergi 

verməkdən azad olmaq üçün dini icma kimi qeydiyyatdan keçmək şərtdir. 

Almaniyada din dövlətdən ayrıdır, bununla yanaşı, dövlətlə “ictimai hüquqa tabe 

qurumlar” statusu daşıyan dini icmalar arasında imtiyazlı əlaqələr mövcuddur. Hər bir 

dini təşkilat “ictimai hüquqa tabe qurum” statusu almaq üçün müraciət edə bilər. Bu status 

sayəsində onlar bir çox imtiyaz əldə edir, həbsxanalarda, xəstəxana və hərbi düşərgələrdə 

dini kadrları yerləşdirmə imkanı qazanırlar. Artıq 180 katolik, protestant və yəhudi dini 

icmalarına belə status verilmişdir. Lakin heç bir müsəlman dini icması bu cür statusa 

malik deyil. Buna səbəb kimi isə müsəlmanların vahid təşkilat halında birləşməmələri 

göstərilirdi. Lakin 2007-ci ildə dörd böyük müsəlman təşkilatı Müsəlman Koordinasiya 

Komitəsini yaratsalar da, hələ də bu statusu ala bilməmişlər.

Konstitusiyanın 7-ci maddəsinə  əsasən dövlət məktəblərində din tədris olunur. 

Almaniyada məktəblər protestant və katolik kilsələri, eyni zamanda müraciət  əsasında 

müəyyən sayda yəhudi sinaqoqları ilə qarşılıqlı əlaqə quraraq din dərsi keçilir. Bunlarla 

yanaşı, İslam dini tədris olunan sinifl ər də vardır və bunların sayı getdikcə artmaqdadır. 

Təhsil  əyalətlərin səlahiyyəti altında olduğu üçün İslam dini tədrisinin məzmunu da 

əyalətdən əyalətə dəyişir. Məsələn, Hessen əyalətində təhsildə bitərəf qalmaq şərtdirsə, 

Saarland əyalətində dini dərslər Xristianlıq dəyərləri əsasında keçirilir.

Almaniya Konstitusiyasında dini simvolların istifadəsinə dair heç bir maddə mövcud 

deyildir. Dövlətin rəsmi dini olmadığı üçün dini bayramlar qeyri-iş günü hesab edilmir. 

Lakin əyalətlər dini bayramları qeyri-iş günü elan edə bilərlər. Bu da əyalətdən əyalətə 

dəyişir. 

Almaniyada dini nikah rəsmi nikahdan sonra qıyıldığı  və hüquqa zidd olmadığı 

halda qəbul edilir. Əks təqdirdə dini nikah məqbul sayılmır. Hər nə qədər hökumət dini 

simvol və geyimləri qadağan etməsə də, əyalətlərdə bunların, xüsusilə də müəllimlərin 

baş örtüklərinin qadağan edilməsi müşayiət olunur. 

CƏMİYYƏT VƏ DİN



52

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



2. Böyük  Britaniya

Əhalisi 63 milyon nəfər olan Böyük Britaniyada 2003-cü ildə aparılmış statistikaya 

görə, ölkə əhalisinin 29%-ni anqlikanlar, 10%-ni katoliklər, 14 %-ni protestantlar və 3 

%-ni müsəlmanlar təşkil edir. Hindular, yəhudilər, siqhlər və buddistlərin hər biri ayrı-

ayrılıqda ölkə əhalisinin 1%-ni təşkil edirlər.

Ölkədə dövlət-cəmiyyət əlaqələrini tənzimləyən, əsas hüquqları və etiqad azadlığını 

təmin edən bir çox tarixi konstitusiya mətnləri mövcuddur. Böyük Britaniyanın tərkibində 

olan ölkələrin hər birində dini məsələlərin tətbiqində  fərqlər mövcuddur. Məsələn, 

İngiltərədə iki dövlət kilsəsi – İngiltərə kilsəsi (Anqlikan) və Şotlandiya kilsəsi vardır. 

Lakin Şotlandiya, Şimali İrlandiya və Uelsin rəsmi dövlət dini yoxdur. 1921-ci ildə qəbul 

olunan Şotlandiya kilsə qanununda Şotland kilsəsinin Şotlandiyanın milli kilsəsi olduğu 

bildirilsə də, burada (qanunda) dövlətlə əlaqəsinə dair hansısa ifadə mövcud deyildir.

İngiltərə kilsəsinin nümayəndələrini vəzifəyə Baş nazirin, o cümlədən həm din 

xadimləri, həm də qeyri-din xadimlərindən ibarət olan Krallıq Komissiyasının tövsiyəsi 

ilə kral və ya kraliça təyin edir. Şotlandiya kilsəsi isə öz nümayəndələrini Şotlandiya kilsə 

qurultayı vasitəsi ilə özü təyin edir.

İngiltərədə  rəsmi dövlət kilsəsi olan Anqlikan kilsəsi bəzi hüquqlara malikdir. 

Məsələn, kral və ya kraliça taxta çıxdıqda ona tacı baş yepiskop qoyur. Oksford, Harvard, 

Kembric və Durham kimi universitetlərdə kilsənin müəyyən sayda professorları fəaliyyət 

göstərirlər. Lordlar palatasında 26 yer yepiskoplara aiddir. İngiltərədə kraliça hələ  də 

kilsənin başçısı sayılır.

İngiltərədə Daxili İşlər Nazirliyinin nəzdində Dini İcmalar Birliyi (Faith Communities 

Unit) fəaliyyət göstərir ki, bu qurumun əsas işi hökumətlə dini icmalar arasında  əlaqə 

yaradaraq, hökumət siyasətinin bu icmalara doğru  şəkildə  tətbiq olunmasını  təmin 

etməkdir. Bu qurum, həmçinin dini məsələlərlə bağlı Baş nazirə yardım göstərir və öz 

tövsiyələrini təklif edir, bundan başqa, dini icmaların sivil həyatda iştirakını təmin edir, 

dinlər və inanclar arasında, xüsusilə  də  gənclər arasında dini dialoqu gücləndirir, dini 

nifrətdən qaynaqlanan cinayətləri araşdırır.

Dini qurumların  əksəriyyəti xeyriyyəçi təşkilatlar kimi fəaliyyət göstərirlər. 

Qazanclarını xeyriyyəçilik üçün sərf etdikləri müddətcə onlardan hər hansı bir vergi 

tutulmur.

Daxili  İşlər Nazirliyinin 2001-ci ildə  nəşr etdiyi raportda İngiltərə kilsəsinin 

mövcudluğunun digər dini qrupların əleyhinə olduğu bildirilir. Belə ki, yuxarıda da qeyd 

olunduğu kimi, İngiltərə kilsəsinin 26 yepiskopu Lordlar Palatasının üzvüdür.

İngiltərədə dini icmaların öz dini qayda-qanunlarına görə əməl etmə faizi olduqca 

aşağıdır. Müsəlmanlar nikah, maliyyə və dini məsələlərdə İslam şəriətinə görə hərəkət edə 

bilərlər. İngiltərədə belə qanunları tətbiq edən 85 məhkəmənin mövcud olduğu söylənilir. 

Şimali İrlandiya və Şotlandiyada şəriətin tətbiqinə çox az rastlanır.

İngiltərədə, həmçinin “Din Bes” adlanan və yüz illərdən bəridir ki, fəaliyyət göstərən 

yəhudi şəriət məhkəmələri də mövcuddur. Bu məhkəmələr yəhudilər arasında fəaliyyət 

göstərir, kirə, maliyyə, nikah və s. kimi məsələlər burada həll olunur. Bu məhkəmələrə 

müraciət edənlərin yəhudi olması şərtdir.



CƏMİYYƏT VƏ DİN


53

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dini icmalar dini xidmət göstərmək üçün dövlətdən heç bir yardım almırlar. Lakin 



bu icmaların hər biri cəmiyyətlə əlaqəli işlərdə və xeyriyyəçilik məsələlərində dövlətdən 

yardım tələb edə bilərlər. Belə ki, onlar Bölgə Nazirlikləri Ofi si, Nazirlər Kabineti, Təhsil 

və Səhiyyə Nazirlikləri nəzdindəki müvafi q qurumlara bu məsələ ilə bağlı müraciət etmə 

hüququna malikdirlər. Dövlət ölkədəki bütün ibadətxanaların təmiri üçün yardım ayırır.

Böyük Britaniyada orta məktəblərdə din tədris olunur. Lakin din tədrisi proqramı 

müvafi q yerli rəhbərliklər tərəfi ndən hazırlanır. Müvafi q yerli orqanların hazırladıqları 

dini tədris proqramında digər dinlərə yer verilsə  də,  əsasən Xristianlıq üstünlük təşkil 

etməlidir. Proqram müəyyən bir dini əsas almamalı  və  şagirdləri din dəyişdirməyə 

həvəsləndirməməlidir. Valideynlər uşaqlarının dini dərslərdə  iştirak edib-etməməsi 

məsələsində sərbəstdirlər.

İngiltərə və Uels məktəblərində günlük toplu dualar edilir. Bu dua əsasən xristian 

duası olur. Lakin məktəb rəhbərliyinin icazəsi ilə qeyri-xristian duası da oxuna bilər.

Böyük Britaniyadakı məktəblərin 30%-ni dini xarakter daşıyan məktəblər təşkil edir. 

Təkcə  İngiltərədə 7000-dən çox dini məktəb vardır. Eyni zamanda, hindu, müsəlman, 

siqh və buddist məktəbləri də mövcuddur. 

Britaniya qanunları dini geyim və simvolları qadağan etmir. Britaniyada dövlət dini 

bayram kimi Müqəddəs Cümə, Pasxa və Noel bayramlarını tanıyır. 

3. Fransa

Əhalisi 66 milyon nəfər olan Fransada din dövlətdən ayrı olduğu üçün dövlət 

vətəndaşların dini mənsubiyyətinin xüsusi statistikasını aparmır. Lakin Katolik “La Croix” 

qəzetinin 2009-cu ildə nəşr etdiyi anketdə bildirilir ki, ölkə əhalisinin 64%-ni katoliklər 

təşkil edir. Fransada 5-6 milyon müsəlman yaşamaqdadır ki, bu da ölkə əhalisinin 8-10%-

i deməkdir. Ölkədə dövlət-din münasibətlərini tənzimləyən iki mühüm tarixi hadisə vardır 

ki, bunlardan birincisi 1789-cu il inqilabı, ikincisi isə 1905-ci ildə dünyəviliyin qanun 

kimi qəbul olunmasıdır.

Dini etiqad azadlığı konstitusiya və digər qanunlarla təminat altına alınmışdır. 

Burada insanların dinlərini sərbəst  şəkildə seçmə, dəyişdirmə  və yaşama hüquqları öz 

əksini tapmışdır. Fransa Konstitusiyasına görə, irqindən və dinindən asılı olmayaraq 

hər bir vətəndaşın dini etiqadına hörmət bəslənilməlidir. Dini etiqad azadlığını pozanlar 

məsuliyyətə cəlb olunurlar.

Dini icmalar vergidən azad olmaq və rəsmi tanınmaq üçün qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçən dini icmalar iki kateqoriyaya bölünürlər: ibadət dərnəkləri (vergidən 

azaddırlar) və  mədəni dərnəklər (vergidən azad deyillər).  İbadət dərnəkləri yalnız dini 

ayinləri həyata keçirirlər. Vergidən azad olmayan mədəni dərnəklər isə gəlirli sahələrdə 

fəaliyyət göstərə  və  təhsil, mədəniyyət sahəsində göstərdikləri fəaliyyətin qarşılığında 

dövlətdən maddi dəstək ala bilərlər. Dini icmalar hər iki kateqoriya üzrə də qeydiyyatdan 

keçirlər. Məsələn, mormonlar ibadət dərnəkləri vasitəsilə ibadət fəaliyyətlərini yerinə 

yetirir, digər tərəfdən isə mədəni dərnəklər vasitəsilə məktəblər açırlar.

Fransada yerli icra hakimiyyətləri 1905-ci ildə dini dövlətdən ayıran və dini 

icmaların maliyyələşdirilməsini qadağan edən qanundan əvvəl tikilən məbədlərə sahib 

çıxıb bunları mühafi zə edirlər. Sadəcə xüsusi statusa malik olan Alsas və Mozeldə yerli 

icra hakimiyyətləri tərəfi ndən məbədlərin inşasına maliyyə dəstəyi göstərilməsinə icazə 

CƏMİYYƏT VƏ DİN



54

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



verilir. Ölkədə mövcud olan 55 min Katolik kilsəsindən 16 mini tarixi abidədir və onların 

da yalnız 95-i dövlətə məxsus kafedrallardır. Dövlət katolik ibadətxanaları xaricində heç 

bir ibadətxanaya sahib deyildir. Dövlət ibadət evlərinin tikintisi üçün birbaşa maliyyə 

yardımı göstərmir, bu məsələdə bəzi imkanlar yaradır. Məsələn, dini icmalara kreditlər və 

ya sərfəli qiymətə torpaq sahələri verilir. İbadət evləri, eyni zamanda vergidən də azaddır.

Din dərsinin tədrisi ibtidai sinifl ərdə qadağan olunsa da, yuxarı sinifl ərdə 

valideynlərin tələbi ilə kiçik kilsə  (şapel) açıla bilər. Maraqlı fakt ondan ibarətdir ki, 

Fransada məktəblərin 18%-i özəldir və bu özəl məktəblərin 90%-i katolik kilsəsinə, 

digərləri isə protestant, yəhudi və digər dini icmalara məxsusdur.

İctimai məktəblərdə din tədris olunmur. Burada yalnız dini-tarixi məlumatlar 

öyrədilir. Ailələr öz uşaqlarını evdə dini cəhətdən tərbiyə edə bilərlər, lakin bu tərbiyə 

ümumi təlim-tərbiyə standartlarına zidd olmamalıdır.

Fransa qanunlarına görə, dövlət din xadimlərinə maaş vermir. Lakin kilsə və dini 

dərnəklərə bağlı qurumlar müxtəlif vergiləri ödəməkdən azaddırlar. Dövlət məktəblərində 

təhsil dünyəvidir. Ölkə qanunlarına  əsasən, dövlət məktəblərində çalışanların dini 

simvollardan istifadə etməsi, yəhudi kipası, müsəlman baş örtüyü və siqh örtüyü 

geyinməsi, böyük xristian xaçı taxması qadağandır.

2011-ci ilin oktyabr ayının 11-də ictimai yerlərdə üzün bağlanmasının qadağan 

edilməsi haqqında qanun qəbul olunmuşdur. Konstitusiya Məhkəməsi də bu qanunun 

Konstitusiyaya uyğun olduğunu bildirmiş, lakin yalnız ibadət yerlərində bunun qadağan 

olunmadığını  təsdiqləmişdir. Dini nikah bağlamaq istəyənlər  əvvəlcə dövlət nikahına 

daxil olmalıdırlar. Fransada aşağıdakı dini bayramlarda tətil günü elan olunur: Pasxa, 

Göyə Yüksəlmə Günü, Qəbul Günü, Bütün Müqəddəslər Günü və Noel. 

4. Hollandiya

Hollandiyanın  əhalisi təqribən 17 milyon nəfərdir.  Əhalinin 51,4 %-i dinə etiqad 

edir. Dindarların 43,4 %-ni xristianlar (katolik və protestantlar), 5,7 %-ni müsəlmanlar və 

2,3 %-ni isə digər din mənsubları (hindu, yəhudi, buddist) təşkil edir. 

Hollandiya Krallığının dövlət quruluşu konstitusiyalı monarxiyadır. Konstitusiyada 

hər nə  qədər iki kraldan (qadın və kişi) bəhs edilsə  də, XX əsrdə dövlət başçıları  hər 

zaman qadınlar olmuşdur. Tarixi 1813-cü ilə gedib çıxan Hollandiya monarxiyası bu 

gün ölkədə birlik və bərabərliyin ən mötəbər simvolu olmasına baxmayaraq, tarixdə bu 

vəzifəni bir o qədər də yerinə yetirə bilməmişdir. Krallıq son dövrlərə qədər kalvinistlərə 

daha xoş münasibət bəsləmişdir. Ona görə də vaxtaşırı ölkədəki katoliklərlə protestant 

meyilli hakimiyyət arasında problemlər yaşanmışdır. 1814-cü il Konstitusiyasına əsasən 

monarx protestant olmalıdır. Lakin bu maddə 1815-ci ildə Konstitusiyadan çıxarılmışdır. 

İki əsrdir ki, Konstitusiyada monarxın dini mənsubiyyəti barədə heç nə yazılmır.

Avropa ölkələri arasında tolerantlığı və etiqad azadlığı ilə ön plana çıxan dövlətlərdən 

biri olan və 1876-cı ildən ölüm hökmünü ləğv edən Hollandiya XVII əsrdən təzyiq görmüş 

dini qrupların sığındığı “mühacir Cənnəti” hesab olunur. Amerika Birləşmiş Ştatlarına ilk 

dəfə mühacirət edənlərdən sayılan pilqremlər (hacılar) İngiltərədə təzyiq gördükləri üçün 

bu ölkəyə pənah gətirmiş və Amerikaya buradan getmişlər. Həmçinin İngiltərədən qaçan 

puritanlar da Amerikaya köç etməzdən əvvəl Hollandiyaya sığınmışlar. Bundan başqa, 

orta  əsrlərdə  və faşizm dövründə  sıxışdırılan yəhudilərin də qurtuluş  məskəni bu ölkə 



CƏMİYYƏT VƏ DİN


55

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

olmuşdur. XX əsrdə isə müstəmləkə ölkələrindən Hollandiyaya gələn müsəlmanlar da 



buradakı dini etiqad azadlığından öz xeyirlərinə istifadə etmişlər.

Hollandiyada dini parçalanma bir çox Avropa ölkələrindəki kimi protestant islahatları 

nəticəsində baş vermişdir. Bu islahatlardan sonra ölkə katolik cənub və protestant şimala 

bölünmüşdür. Protestantlar da öz aralarında Lüteran Kalvinist və Menonitlər kimi qruplara 

ayrılmışlar. Bütün bunlara baxmayaraq, Avropanı din savaşları bürüdükdə belə, bu ölkədə 

dini tolerantlıq qorunub saxlanılmışdır.

Hollandiya dinin dövlətdən ayrıldığı ilk Avropa ölkələrindəndir. Bu istiqamətdə ilk 

addımlar 1814 və 1815-ci il Konstitusiyaları ilə atılmış  və 1853-cü ildə  qəbul olunan 

qanunla daha da təkmilləşdirilmişdir. Dövlətin rəsmi dini olmadığı Hollandiyada dini 

etiqad azadlığı ən son 2002-ci ildə qəbul edilən Konstitusiya ilə təmin edilmişdir. 

Konstitusiyanın 1-ci və 6-cı maddələri ilə dini etiqad azadlığı  sərbəstdir. Lakin 

Konstitusiyaya görə, sağlamlıq, qəza riski və ictimai asayişin pozulması kimi hallarda 

dini etiqad azadlığına müdaxilə edilə bilər. Dini və etnik çalara əsaslanan nifrət hisslərini 

aşılamaq cinayət məsuliyyətinə cəlb edilmə ilə nəticələnir.

Dini icmaların qeydiyyatdan keçmələri məcburi deyildir. Lakin dini icmalar qanunla 

tanınır və onlar vergidən azaddırlar. Dini icmalar məktəb, xəstəxana, nəşriyyat və s. aça 

bilərlər.

Müsəlman icmaları arasında türkiyəli müsəlman icmalara imtiyazlar verilmişdir. 

Belə ki, Hollandiya ilə Türkiyə arasındakı müqaviləyə əsasən, bu ölkədəki 200-ə yaxın 

məscidin imamları Türkiyə Diyanət İşləri Nazirliyi tərəfi ndən təyin edilir.

Ölkədə orta məktəblərdə din dərsi tədris olunur. Konstitusiyada dini geyim, dini 

simvol və ayinləri qadağan edən hər hansı bir maddə yoxdur.

Dövlət dini bayramlardan Müqəddəs Cüməni, Pasxanı, Göyə Yüksəlmə Gününü, 

Pentekost və Noeli tanıyır.



5. Belçika 

Əhalisi 11 milyon nəfərdən çox olan Belçikada 2010-cu ildə “Le Soir” qəzetinin 

nəşr etdiyi anketə görə əhalinin təqribən 60%-ni katoliklər, 4 %-ni müsəlmanlar, 2%-

ni protestantlar, 1 %-ni yəhudilər, 2 %-ni digər din mənsubları, 31 %-ni isə ateistlər 

təşkil edir. Belçika Konstitusiyası 1831-ci ildə liberallarla katoliklərin uzun müddət 

apardıqları müzakirələr nəticəsində hazırlanaraq qəbul edilmişdir.

Belçika Konstitusiyası dini etiqad azadlığını  qəbul etsə  də, məzhəblər və 

təriqətlərə baxışı birmənalı deyildir. 2007-ci ildə  qəbul edilən “Ayrı-Seçkiliklə 

Mübarizə” Qanunu digər məsələlərlə yanaşı, dini və fəlsəfi  cəhətdən ayrı-seçkiliyi 

də qadağan edir.

Dövlət katoliklərə, müsəlmanlara, yəhudilərə, protestantlara, anqlikanlara 

və ortodokslara “tanınmışdır” statusu vermişdir. Bu dinləri təmsil edən təşkilatlar 

dövlətdən maliyyə  dəstəyi alırlar. Dini icmaların hər nə  qədər bərabərhüquqlu 

olduğu söylənsə də, Katolik kilsəsi bərabərhüquqlular içərisində xüsusi imtiyazlara 

malikdir. 2001-ci ildə Konstitusiya islahatları ilə hökumət dini icmaların maliyyə 

yoxlamalarını, dini təhsili, ibadətxanaların inşası və təmiri kimi bəzi məsələləri yerli 

icra hakimiyyətlərinin öhdəsinə buraxmışdır. Belçikada, eyni zamanda sekulyar 

fəlsəfi  qruplar və ya onların təmsilçisi olan Qeyri-Dini Fəlsəfi  Cəmiyyətlər Mərkəzi 



CƏMİYYƏT VƏ DİN


56

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



Komitəsi də dövlətin maliyyə dəstəyindən faydalana bilir. 

Belçika dövləti bir dini icmanı rəsmi olaraq tanımaq üçün aşağıdakı kriteriyaları 

irəli sürür:

1. Dini 


icmanın öz içərisində iyerarxiya olmalıdır;

2. Kifayət qədər üzvü olmalıdır;

3. Həmin dinə uzun müddətdən bəri ölkədə sitayiş olunmalıdır;

4. Cəmiyyətə sosial dəyərlər bəxş etməlidir;

5. Dini 

icmanın fəaliyyəti dövlət qanunlarına və ictima rəyə zidd olmamalıdır.

Qeydiyyatdan keçmək istəyən dini icma Ədliyyə Nazirliyinə müraciət edir. Ədliyyə 

Nazirliyi isə öz növbəsində müraciətə baxır, həmin dini icmanı incələyir, bundan sonra 

onun müraciətini ya qəbul, ya da rədd edir. Lakin təsdiq üçün son qərar Parlamentə 

məxsusdur. Parlament əksər hallarda Ədliyyə Nazirliyinin qərarını təsdiqləyir.

Belçika təhsil qanununa görə, dini tədris edən müəllimlər istisna olmaqla digər 

bütün müəllimlər dini məsələlərdə ciddi şəkildə bitərəf qalmalıdırlar. Din və ya əxlaq 

təhsili məktəblərdə məcburidir. Lakin məktəbli hansı dini öyərənəcəyini seçmə hüququna 

malikdir. Din dərsinin əvəzinə əxlaq dərsi də seçilə bilər.

1993-cü ildə qurulan İrqçiliklə Mübarizə və Bərabərlik Mərkəzi 2009-cu ildə dini 

geyim və simvollarla bağlı raport hazırlamışdır. Bu raport nəticəsində aydın olmuşdur ki, 

dini geyim və simvollar qeyri-dövlət təşkilatlarından başlayaraq silahlı qüvvələrə, dövlət 

tədris müəssisələrindən özəl müəssisələrə və digər iş yerlərinin hər birində fərqli-fərqli 

tətbiq olunur. Ölkədə dini geyim və simvolları qadağan edən hansısa qanun yoxdur. Lakin 

yerli icra hakimiyyətlərinin, xüsusilə müsəlmanların geyim tərzi ilə bağlı bəzi qadağalar 

tətbiq etdikləri müşahidə edilir. 2010-cu ilin məlumatına görə, ölkənin Valloniya 

bölgəsində 39, Flandriya bölgəsində 17, Brüsseldə isə 5 məscid fəaliyyət göstərir.

Belçika hökuməti aşağıdakı dini bayramları rəsmi şəkildə qeyd edir: Pasxa, Göyə 

Yüksəlmə Günü, Məryəmin Qəbul Edilişi, Bütün Müqəddəslər və Milad. 



ƏDƏBİYYAT

1.  Orçun İmga. Tarihi ve Felsefi  Temeller. Amerikada Din ve Devlet. Ankara: Liberte Yayınları, 2010.

2.  Orçun  İmga. Hollandada Din-Devlet İlişkileri ve Kilse-Devlet Ayrılığı // Dumlupınar Üniversitesi 

Sosyal Bilimler Dergisi, sayı 29, nisan 2011, s. 195-202.



3.  Ran Hirschl. “Comparative constitutional law and religion”, Comparative Constitutional Law, ed. Tom 

Ginsburg, Edward Elgar Publishing, Inc., Massachusetts, 2011, p. 422-440. 



4.  Türkiye Büyük Millet Meclisi Araştıma Merkezi, Bazı Avrupa Ülkelerinde Din ve Devlet İlişkisi, 

kasım, 2011.



5.  Şule Albayrak. “Batı Ülkelerində Din-Devlet İlişkilerindeki Alternatif Modeller ve Türkiye Örneği” // 

Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, sayı 48, haziran 2015, s. 185-198.



6.  Hale Akay. “Devlet-Din Ekseninde Özgürlükler, Hizmetler ve Finansman” // Gündelik Hayatta Laiklik 

Pratikleri, Helsinki Yurttaşlar Derneği, haziran 2011, İstanbul.



7.  Yümni Sezen. İslamın Sosyolojik Yorumu. İstanbul: 2004.

8.  Ünver Günay. Din Sosyolojisi. İstanbul: İnsan Yayınları, 1998. 

9.  Silvio Ferrari. İslam ve Din-Devlet İlişkilerinde Batı Avrupa Modeli (çeviri: Mehmet Salih Kumaş) // 

Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, cild 13, sayı 1, 2004, s. 303-319. 



CƏMİYYƏT VƏ DİN


57

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Мехман Исмаилов



ГОСУДАРСТВЕННО-РЕЛИГИОЗНЫЕ ОТНОШЕНИЯ В НЕКОТОРЫХ 

ЕВРОПЕЙСКИХ СТРАНАХ

АННОТАЦИЯ

В  результате  происходящих  в  мире  процессов  государственно-религиозные 

отношения  продолжают  сохранять  свою  актуальность.  Существует  несколько 

моделей регулирования государственно-религиозных отношений. В разных странах 

мира мы сталкиваемся с различными моделями. В статье рассказывается об этих 

моделях,  дается  информация  об  отношении  некоторых  европейских  государств 

к  религии,  о  конституционных  статьях,  касающися  религии,  о  деятельности 

религиозных общин в этих странах. 

Mehman Ismayılov



STATE-CONFESSIONAL RELATIONS IN SOME 

EUROPEAN COUNTRIES

ABSTRACT


The state-confessional relations continue to remain its relevance as a result of 

occurring processes in the world. There are several regulatory models of state-confessional 

relations. We confront with different models across the world. The article tells us about 

these models, provides information about the attitude of some European countries 

to the religion, the constitutional articles related to religion, the activities of religious 

communities in these countries.



CƏMİYYƏT VƏ DİN

Yüklə 416,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə