0d9db12759adc73b991ef986b18ab925d53beebb



Yüklə 120,59 Kb.
Pdf görüntüsü
tarix15.08.2018
ölçüsü120,59 Kb.
#62966


 

 



Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu 

  Azərbaycan Respublikası, Bakı şəhəri,  

  AZ1096, Q.Qarayev pros.84, mən.38 

  VÖEN: 1900137052 

  Audit Lisenziyası № SA 141

 

84, Q.Qarayev Str, app. 38 



AZ1096, Baku, Azerbaijan  

Tax ID No:  1900137052 

Audit  License No: SA 141

 

Tel :              (+99412) 4220760 



                     (+99450) 2236075 

E-mail: anraudit@office.az

 

_____________________________________________________________________ 

 

MÜSTƏQİL AUDİTORUN RƏYİ 

 

 



«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətininsəhmdarlarına: 

 

1.  Biz  «Xalq  Sığorta»  Açıq  Səhmdar  Cəmiyyətinin31  dekabr  2013-cüil  tarixinə  təqdim 



edilən  maliyyə  vəziyyətinə  dair  hesabatı  və  həmin  tarixdə  tamamlanan  il  üzrə  məcmu 

gəlirlərə  dair  hesabatı,  kapitalda  dəyişikliklər  hesabatı  və  pul  vəsaitlərinin  hərəkəti 

hesabatından, eləcə də əsas uşot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən 

ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.  

 

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti 

 

2.  Hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun 



olaraq  hazırlanmasına  və  düzgün  təqdim  edilməsinə  görə  Rəhbərlik  məsuliyyət  daşıyır. 

Bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli 

təhriflərin  olmadığı,  maliyyə  hesabatlarının  hazırlanması  və  düzgün  təqdim  edilməsi 

üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; 

müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi; şəraitdən asılı olaraq məqbul uçot 

təxminlərinin irəli sürülməsi.  

 

Auditorun məsuliyyəti 

 

3.  Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair 



rəy  bildirməkdən  ibarətdir.  Biz  audit  yoxlamamızı  Beynəlxalq  Audit  Standartları 

əsasında apardıq. Həmin Standartların tələblərinə görə, biz etik tələblərə əməl etməli və 

auditi  elə  şəkildə  planlaşdırmalı  və  aparmalıyıq  ki,  maliyyə  hesabatlarında  əhəmiyyətli 

təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.  

 

4.  Audit  yoxlamasına  maliyyə  hesabatlarındakı  məbləğlər  və  açıqlamalara  dair  auditor 



sübutu  əldə  etmək  üçün  prosedurların  yerinə  yetirilməsi  daxildir.  Seçilmiş  prosedurlar 

auditorun  mülahizələrindən,  eləcə  də  fırıldaqçılıq  və  ya  səhvlər  nəticəsində  maliyyə 

hesabatlarının  əhəmiyyətli  dərəcədə  təhrif  edilməsi  risklərinin  qiymətləndirilməsindən 

asılıdır.  Həmin  riskləri  qiymətləndirərkən  auditor  müəssisənin  daxili  nəzarət  sisteminin 

effektivliyinə  dair  rəy  bildirmək  üçün  deyil,  şəraitə  görə  müvafiq  audit  prosedurlarının 

işlənib  hazırlanması  məqsədilə  müəssisə  tərəfindən  maliyyə  hesabatlarının  hazırlanması 

və  düzgün  təqdim  edilməsi  üçün  müvafiq  daxili  nəzarət  sistemini  nəzərdən  keçirir. 

Bundan  əlavə,  audit  yoxlamasına  mövcud  uçot  siyasətininuyğunluğunun  və  rəhbərliyin 

uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi,eləcə də maliyyə hesabatlarının 

ümumi təqdimatının dəyərləndirilməsi daxildir.  

 

5.  Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər 



əsas verir.  

 



 

 



Rəy    

 

6.  Bizim  fikrimizcə,  təqdim  edilən  maliyyə  hesabatları  bütün  əhəmiyyətli  aspektlər 



baxımından  Cəmiyyətin  31  dekabr  2013-cüil  tarixinə  maliyyə  vəziyyətini  və  həmin 

tarixdə  tamamlanan  il  üzrə  maliyyə  nəticələrini  və  pul  vəsaitlərinin  hərəkətini  Maliyyə 

Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.  

 

 



 

 

Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu 



Bakı, Azərbaycan Respublikası 

21 fevral 2014-cü il





Yüklə 120,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə