1. aksonomik sinaps-bir neyronun aksonunun uc şaxəsi digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır



Yüklə 5,43 Kb.
tarix22.03.2024
ölçüsü5,43 Kb.
#183125
Neyrobiologiya-sual5[1]


Sinir sisteminin fiziologiyasında çoxdan qəbul olunmuş neyron nəzəriyyısinə görə sinir toxuması bir-birilə eləcə də işci orqanlarla əlaqələrə girmiş neyronlardan təşkil olunmuşdur. Sinaps sinir üçün əlaqə formasıdır.1901ci ildə ingilis alimi Ç.Şerqinton neyronlararası əlaqənin anatomik əsasə kimi elmə sinaps anlayışını daxil etmişdir.Sinir sistemində erkən ontogenezdə hələ sinapslar formalaşana qədər demosoma tipli əlaqə rabitələrinə rast gəlinir. Əksər toxumalarda hüceyrələr bir -birilə öz sərhəd membranları ilə təmaslanır.Sinapsın formalaşmasının birinci fazasında neyron çıxıntılarının böyümə konusunun filopodiləri hədəf hüceyrələrin membranına yaxınlaşır amma ona yapışmır və sabit adgeziv zonalar əmələ gətirir. BU demosomları xatırlatsa da səciyyəvi neyron əlaqəsi deyil.Sinaptik əlaqələrin əmələ gəlməsinin sonrakı fazası çütləşmiş membran törəmələrinin əmələ gəlməsilə səciyyələnir. Presinaptik membrana aid olan zonada mediator maddələri dolu qovucuqlar formalaşır postsinaptik membranda iki membran arasında sinaptik yarıq əmələ gəlir..
Mərkəzi sinir sistemi sinapslar haqqındakı məlumatları ümumiləşdirərək onları morfoloji fizioloji və neyrokimyəvi xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edilir.Neyronlar arası sinapsların bir neçə növü var.
1.aksonomik sinaps-bir neyronun aksonunun uc şaxəsi digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır.
2.aksodenritik sinaps-aksonun uc şaxəsi digər neyronun dendritilə rabitəyə girir.
3.akso-aksonal - iki neyronun aksonları arasında əmələ gələn sinaps əlaqə formasına deyilir.
4.dentro-dendritik - iki neyronun dentritləri arasında əmələ gələn sinaps əlaqə formasına deyilir.
Sinapslar oyanmanı bir istiqamətdə-aksondan onunla əlaqəyə girmiş neyrona ötürür.
Sinapsın köməyi ilə neyron 60 minə qədər digər neyronla əlaqəyə girə bilər.Adətən bir neyron üzərində azı 1200-1800 sinaps ola bilər.
Yüklə 5,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə