1 Azadlıq haqqında



Yüklə 40,67 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü40,67 Kb.
#10720


 

www.turkalevi.com

 

 

Azadlıq haqqında 

 

Azadlıq  mənəvi  tələbatdır,  ideya  tələbatıdır.  Azadlıq  təmtəraqlı  materialist  yaşayışı  yox, 



sadəcə,    başqasının  köləsi  olmamaq,  öz  düşüncə  və  əməllərini  özünün  istədiyi  kimi  sərbəst 

gerçəkləşdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib. 

Deyirlər  ki,  doğrudur,  azadlığı  qazandıq,  ancaq  nə  olsun,  çörək  bahalaşdı,  hər  şeyin  qiyməti 

qalxdı. Çörəyin bahalaşmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə 

deyil,  qarınla  müəyyənləşdirmək  həm  ayrı-ayrı  insanların,  həm  də  insan  toplumlarının 

faciəsidir. 

 

*** 


 

Hər xalq öz gələcəyini azad şəkildə həll etməlidir - bunun başqa yolu yoxdur. 

 

*** 


 

Mən  çox  şükür  edirəm  ki,  Azərbaycan  türkləri  azadlıq  idealını  bu  gün  bir  sıra  xalqlardan 

yüksək səviyyədə mənimsəyib, əsarətə heç cür təslim olmaq istəmirlər. 

 

*** 



 

Bütün  dünya  xalqlarının  bir  döyüş  fəlsəfəsi  var  -  məğlubiyyətinlə  razı  deyilsənsə  hökmən 

silaha  qurşanıb  vuruşmalısan;  başqa  yol  yoxdur.  Azadlığını  düşünən  hər  bir  xalq  bunu 

etməlidir.  Bəzən  bizdə  deyirlər ki,  adamlarımız şəhid  olur,  torpağımızda  qan  tökülür  -  bu  cür 

azadlıq nəyə lazımdır? Belə insanlar azadlığı maddi nemət kimi başa düşürlər. 

 

*** 



 

Bəzən  insanlar  düşünürlər  ki,  azad  olsaq  yaxşı  yeyib-içəcəyik,  gözəl  güzəran  keçirəcəyik;  o 

saat   keçirlər  materializmə.  Azadlıqsa  idealist  bir  məfkurənin,  fəlsəfənin,  mənəviyyatın 

məhsuludur  -  insanın  ruhunun  qurtuluşudur.  Afrikadan  aparılan  qulları  Amerikada  çox  yaxşı 

saxlayır,    onlardan    daha    çox  faydalanmaqçün  onları  yaxşı  yedirdib-içirir,    amma  yaxşı  da 

işlədirdilər. Bu qullar həyatlarından razıydılar, çünki Afrikadakından qat-qat yaxşı yaşayırdılar. 

Amma  özünü  xoşbəxt  sayan  bu  insanlar  quldu,  azad  deyildi.  Bəli,  bu  cür  də  yaşamaq  olar, 

ancaq bu, insan həyatı deyil. 

 

*** 


 

Milli  mübarizəni  azadlıq  uğrunda  mübarizəylə  necə  birləşdirmək  olar?  Sovet  sistemində  bu 

məsələnin həlli yolu səhv qoyulmuşdu. Marksizm-leninizm milli azadlıq hərəkatını rədd etmir, 

əksinə,    onu  özünün  tərkib  hissəsi  sayırdı.  Moskvada  sosialist  ideoloqları  deyirdilər  ki,  milli 

azadlıq hərəkatı sosializmdən kənar deyil. Məsələn, Misirdə milli azadlıq mübarizəsi gedir. Bəs 

Moskva  ona  nə  kimi    münasibət  bəsləməlidir    -  mənfi,    yoxsa  müsbət?  Misirlilərin  azadlıq 

mübarizəsi  ingilislərə  qarşıdır;  deməli,  "millət  azad  olmaq  istəyir"  və  bu,  əlbəttə,  marksizm- 

leninizm  baxımından  müsbət  hadisədir.    Bəs  bu  savaşı  millətçilik  saymaq  olarmı?  "Yox,  o, 




 

www.turkalevi.com

 

sosialist  hərəkatının  tərkib  hissəsidir".  Bax,  bu    yanaşma  səhvdir  -  Moskva,  əlbəttə,  onu 

mənimsəmək istəyir. İndiki demokratlar bunu düşünə bilmirlər. 

 

Milli  azadlıq  hərəkatı  demokratik  hərəkatın  tərkib  hissəsidir.  Biz  deyirik  ki,  Səttar  xan 



hərəkatında  demokratik  prinsiplər  var.  Niyə?  Nəydi  Səttar  xanda  demokratizm?  Bir 

  

mübarizədə  xalq  kütləsi  iştirak  edirsə  o,  demokratik  xarakter  daşıyır,  yox,  yuxarıdan  hərbi 



çevriliş baş verirsə orada demokratiyadan danışmaq olmaz. Azərbaycanda gedən hərəkatların 

hamısı bu baxımdan demokratikdir - Səttar xan da, Məmmədəmin də, Xiyabani də, Pişəvəri də 

demokratik  xalq  çıxışlarının  yönəldiciləri  olublar.  Çünki  onlar  məhz  xalqın  gücüylə,  onun 

vuruşması  hesabına  hakimiyyət  yaradıblar.  Pinoçetin  hakimiyyətisə  demokratik  sayıla  bilməz, 

çünki o, hərbi çevriliş edərək hakimiyyəti dəyişdirib. 

 

*** 



 

Mustafa Kamal`ın müdrik sözü var ki, xalq azadlığa hazır deyilsə azadlığı əldə etməzdən öncə 

onu azadlığa hazırlaşdırmalısan; hazır olmadan ona azadlıq versən də itirəcək. Biz də ikiyönlü 

iş  görürdük    -    həm  azadlığa  hazırlaşırdıq,  həm  də  azadlığı  yetişdirirdik.  Məmmədəmin`in 

sözləriylə  desək, məqsədimiz  xalqa  azadlığı  dadızdırmaq  idi.  Bunun  da  öhdəsindən  müəyyən 

qədər gəldik və bu gerçəkliyi heç kəs inkar edə bilməz. 

 

*** 


 

…Hamımızın bir ideyamız olmalıdır - o da Azərbaycanın azadlığı. 

 

*** 


 

Xalqımız    doğrudan-doğruya    azadlıq    idealını    mənimsədi.    Sadəcə    misallara    baxın.    Rus 

ordusunu  öz  ərazisindən  yalnız  Azərbaycan  çıxardı.  Nəyə  görə?  Çünki  Azərbaycan xalqı  artıq 

azadlığa  yiyələnmişdi,  yoxsa  heç  cür  mümkün  deyildi.  Niyə  obirilər  bunu  bacarmadı?  Çünki 

onlar  bu  yolu    getmədi,  Azərbaycan  xalqısa  getdi.  Buna  görə  də  ...Almaniyadan,  Baltikyanı 

ölkələrdən rus qoşunları müqavilələrlə, danışaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa 

bizsə  bunu  öz  xalqımızın    gücüylə  etdik  və  imperiya  bir  daha  qayıdıb  üstümüzə  gəlməyə 

cəsarət  göstərmədi  -  Azərbaycan  xalqından  qorxdu,  çünki  onun  gücünü  20  Yanvarda 

görmüşdü. 

 

*** 



 

Biz hələ azadlıq uğrunda mübarizə aparırıqsa sosial-demokratiyadan danışmaq olmaz. Azadlıq 

məfkurəsi   bütün  qüvvələri  birləşdirir.  Azadlıq  məfkurəsi  milli  mənada  daha  üstünləri 

bütövləşdirir  və  millət  öz  müqəddəratını  həll  eləyir.  Millət  öz  müqəddəratını  həll  etməyincə 

ayrıca  bir  şəxs  öz  müqəddəratını  həll  edə  bilməz.  Milyonumuz  da  millətə  aidik;  milyonumuz 

müqəddəratımızı    birgə  həll  etməmişiksə  onu  fərd  necə  həll  edə  bilər?  Ona  görə  də  bu 

müstəvidə birinci millətçilik gedir. 

 

*** 




 

www.turkalevi.com

 

 

…Azərbaycanda yaranan hər hansı bir partiya Azərbaycan xalqının azadlığı uğrunda mübarizə 



aparmasa o partiya yaşaya bilməz. 

 

*** 



 

Babalardan  əziz  bir  yadigar  kimi  qalan  Vətən  eşqini  köksündə  gəzdirən  azərbaycanlılar 

Azadlığ`ın  işığına  doğru  durmadan  yürüyəcəklər!  Bu  yürüşü  dünyada  heç  bir  qüvvə  saxlaya 

bilməyəcəkdir! 

  

*** 


 

Bir  il  bundan  qabaq  (4  dekabr  1988-də  -  tərtib.)  hər  gün,  hər  dəqiqə,  hər  an  üstümüzə 

hədələr  gəlir,  uzaqdan  tankların,  təyyarələrin  gurultusu  eşidilirdi.  Böyük  bir  rəhbərliyin 

tapşırığı  ilə  tanklar,  toplar  bizi  mühasirəyə  alırdılar.  Artıq  Azərbaycan  döyüş  meydanına 

çevrilirdi.  Qadınlarımız,  qızlarımız  qorxmadan  onlarla  üz-üzə  dayandılar.  Bu,  Azərbaycan 

xalqının tarixində böyük qəhrəmanlıq səhifəsi idi, onu da şərəflə yazdı. 

 

*** 


 

20 Yanvar Azərbaycan tarixinə qızıl hərflə yazıldı, imperiyalar tarixinə qara, qapqara ləkə oldu.  

«Demokratiya,    demokratiya»    bağıran    Vaşinqton    və    Moskva    Azərbaycan    xalqının 

demokratik hərəkatını qandalladı. 

 

*** 


 

Hörmətli Baş katib cənab Peres de Kuelyar! Sizin başçılıq etdiyiniz Birləşmiş Millətlər Təşkilatı 

dünyanın    ən  nüfuzlu  təşkilatıdır.  […]  Sizi  and  verirəm  millətlərin  qoruduğunuz  haqqına  - 

Azərbaycan millətinin Azadlıq haqqını müdafiə etməkdə qüvvənizi əsirgəməyin! Bu gün Vətən 

eşqindən bizim canımızda aşkar bir dərdimiz var, dərmanı Azadlıq`dır. 

 

*** 



 

ABŞ  öz  azadlığı  uğrunda  mübarizə  aparan  xalqlara  əməli  kömək  edir;  bu,  onun  mənəvi 

borcudur - bir şərtlə ki, xalq bu mübarizəni aparsın. 

 

*** 



 

Şəksiz  ki,  azadlığımız  heç  bir  dövlətin  əliylə  qazanılmayacaq  və  qazanılmamalıdır.  Öz 

azadlığını xalqın özü əldə etməlidir. 

 

*** 



 

Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, 

ya da yeni ağa axtarar. 

 



 

www.turkalevi.com

 

*** 


 

Siz  -  ey  dünyanın  demokratik  qüvvələri!  Bilin  ki,  iki  yüz  ildir  Azərbaycanın  azadlığı  uğrunda 

çarpışanları  və  şəhid  olanları  dünya  dövlətləri  “millətçi”,  “qiyamçı”,  “qaçaq-quldur”,  “dinsiz”, 

“babı”,  “panislamist”,  “pantürkist”,  “əksinqilabçı”,  “müsavatçı”,  “kosmopolit”,  “antisovet”, 

“başkəsən”,  “fundamentalist”,  “xomeyniçi”,  “ekstremist”  və  s.  adlarla  öz  xalqlarına  tanıtmaq 

və  Azərbaycan  xalqına  nifrət  yaratmaq  siyasəti  yürüdürlər.İran  üsul-idarəsi  Azərbaycan 

mübarizlərini  “iğtişaşçı”,  “kommunist”,  “dinsiz”,  “rus  agenti”  adlandırdığı  zaman  Rusiya  üsul- 

idarəsi 


“müsavatçı”,  “panislamist”,  “fundamentalist”, 

“burjua agenti”, 

“türk

 

agenti”, “ekstremist” adlandırmışdı. Hansı şərbaza necə əl verir, elə də edir. 



 

*** 


  

Azadlığı 

uğrunda 

mübarizəyə 

qalxmış 

Azərbaycan 

xalqı  bu

 

mübarizənin  müxtəlif mərhələlərində çətinliklərlə də üzləşib, uğur qazanmağa da nail 



olub. Bütün çətinliklərə sinə gərərək və uğurlarımıza söykənərək müddətsiz mübarizəni əzmlə 

davam etdirməliyik. 

 

*** 


 

İndi demokratiyadan dəm vuran bəziləri onda deyirdilər ki, azadlığı biz almamışıq, bizə 

veriblər. Guya bu xalq havayı yerə şəhidlər veribmiş, havayı yerə qırğına gedibmiş!.. 

 

*** 



 

Azərbaycan iki yüz ildir azadlıq uğrunda çarpışan övladlarının şəhid qanı ilə suvarılır. 

 

*** 


 

Siz - ey müqəddəslər müqəddəsi şəhidlər! Tanrı yatdığınız yeri nurla doldursun! Ölməz 

ruhlarınız qarşısında diz çökürük! Nahaq tökülən qanınız yerdə qalmayacaq! 

 

*** 



 

Həmişə  Rusiya  və  İran  Azərbaycandan  öz  məqsədləri  üçün  bir-birlərinə  qarşı  istifadə  etmiş, 

Azərbaycanın  müstəqilliyi  məsələsi  meydana  çıxanda  isə  düşmənçiliyi  bir  yana  qoyub 

müvəqqəti  barışmışlar.  Hər  ikisi  də  bizim  bütöv  bir  ölkə  və  millət  kimi  dinimizlə  və 

mədəniyyətimizlə tam azad olmağımızı istəmir. 

 

*** 



 

Dövlət yaşadıqca insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur 

ki, biz istədiyimizə yetişdik. Mən bilirəm ki, Rusiya olmayıb kim olur-olsun, daha Azərbaycanın 

azadlığı    geridönməz  amilə  çevrilib.  Bundan  sonra  pis-yaxşı,  əziyyətli-əziyyətsiz,  hər  nə  cür 

olsa  bu  dövlət    yaşayacaq.  Xalq  zaman-zaman  özünə  gələndən,  diktatura  və  avtoritarizmi 

sındırandan  sonra  demokratik  cəmiyyət  quracaq,  millət  xoşbəxt  yaşayacaq.  Məqsəd  budur. 




 

www.turkalevi.com

 

Məhz  bu  idealın  naminə    mən  dözdüm,  Vətəni  tərk  edib  xaricə  getmədim,  halbuki  mənə 

dəfələrlə təklif etmişdilər ki, gedirsənsə hər cür kömək edək. 

 

 



Yüklə 40,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə