1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı



Yüklə 15,21 Kb.
tarix13.05.2022
ölçüsü15,21 Kb.
#87020
növüYazı
1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı


1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı

Azərbaycan tarixi müxtəlif mənbələr əsasında tədqiq olunur və həmin mənbələr iki hissəyə bölünür: arxeoloji və yazılı abidələr.

Ən qədim və qədim arxeoloji abidələr-Arxeoloji mənbələr adətən, qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim məskənlərdən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah növlərindən, məişət və bəzək-düzək əşyalarından, dini təsəvvürləri ifadə edən heykəlciklərdən, göz muncuqlarından və s. ibarətdir.Arxeoloji qazıntılar ən qədim və qədim dövrün mədəniyyəti, yaşayış binalarınım forması(dördbucaq, yaxud dəyirmi), dəfn ayini(meyiti yandırma, yaxud basdırma, ölünü müxtəlif vəziyyətdə dəfnetmə və s.), qədim insanların antropoloji görkəmi, istehkamtikmə məharəti(Həsənli, Qəbələ və b.) və s. haqqında geniş təsəvvür yaratmaq üçün zəngin abidə qalıqlarını ortaya çıxardır.Azərbaycanın, xüsusilə Şimali Azərbaycanın ən qədim və qədim dövrü əsasən arxeoloji materiallar əsasında öyrənilmiş və öyrənilməkdədir. Şumer-Akkad,Assur və Urartu mixi yazıları(e.ə. III-I minilliklər).Şumer, Akkad və Assuriya İkiçayarasında (Mesopotamiyada) ardıcıl mövcud olmuş qədim dövlətlər idi.Erkən Şumer dövlətləri qədim Azərbaycan (Urmiya gölü hövzəsi) ərazisi ilə siyasi və iqtisadi əlaqələr yaratmışdı. Qədim Azərbaycan ərazisi barədə daha çox Assur mixi yazıları məlumat verir.Urartu hökmdarları həmçinin Azərbaycan ərazisinə ardıcıl yürüşlər edir və hadisələri öz salnamələrində və başqa abidələrdə canlandırıdılar.Kimmer, skit və sak tayfalarının Azərbaycana gəlməsi barədə ilk məlumatları özündə hifz edən mixi yazılar qədim Azərbaycan (cənubi) ərazisində mövcud olmuş Aratta, Kutium,Lullubum dövlətləri barədə təsəvvür yaratmağa imkan verir.Eyni zamanda mixi yazılar qədim Azərbaycanın hökmdar, yer və məkan adlarını saxlamışdır ki, bu adların elmi təhlili əsasında əhalinin etnik tərkibi barədə təsəvvür yaratmaq mümkün olmuşdur.

Azərbaycan hadisələri, xüsusilə hun və türk tayfalarının Ön Qafaza axını barədə, onların qədim etnik adları barədə Bizans mənbələri (Menandr,Prokopi,Aqafi,Simokatta,İordan və b.) müxtəlif məlumatlar saxlamışlar. Qədim Alban və erməni mənbələri-Qədim erməni dilində yazılmış Moisey Kalankatlının “Alban tarixi” erkən orta əsrdə Azərbaycanda iqtisadi, siyasi, dini hadisələri şərh etmişdir.O, mənşə etibarilə alban olmuş, lakin xristian dinini qəbul etmişdi.Erkən orta əsr Albaniya tarixi onun əsərində nisbətən geniş əksini tapmışdır.Azərbaycanın ərazisi ilə əlaqədar qədim erməni müəlliflərinin əsərlərində, xüsusilə Moisey Xeronasi və Favstos Buzandın tarix kitablarında müxtəlif etnik adlar,siyasi hadisələr yad edilmişdir.Xüsusilə xristianlığın Azərbaycanda yayılması barədə məlumat verilmişdir.



Ərəb mənbələri-Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və nisbətən müfəssəl məlumatlar saxlamışlar.Onlar (Bəlazuri, İbn Xordadbeh, İbn Havkəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) Azərbaycanda mövcud olan dillər (azəri və arran dilləri), ölkənin adı, siyasi hadisələri və s. barədə də məlumatlar var.Bu mənbələr, Azərbaycan adının mənşəyi barədə mövcud olan mülahizələri saxlamış, burada türklərin ta qədimdən yaşadığını qeyd etmişlər.

Epiqrafik abidələr-Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazılarda Azərbaycanın ölkə adları əksini tapmışdır.Bəzən belə yazılar iki dildə (pəhləvi və yunan) daşa həkk olunurdu.Daş və saxsı üzərində yazılmış, alban dilinə aid edilən epiqrafik yazılar da mövcuddur.Cəmi yeddi-səkkiz qısa cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və anlayışı çətindir.Böyük Yazı mətninin olmaması onun oxunub açılmasına və başa düşülməsinə əngəl törədir.Buna baxmayaraq, alban yazılarını udin dili əsasında oxumaq cəhdləri göstərilmiş, lakin tam müvəffəqiyyət əldə olunmamışdır.Alban yazılarını türk dilləri baxımından oxumaq cəhdləri də göstərilir.Azərbaycanda (Qobustan) 12-ci Roma legionu Domisianın dövrünə aid (I əsr) latın, həmçinin bir sıra yunan yazısı aşkar edilmişdir.
Yüklə 15,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə