1. Azərbaycanda əmvilərə qarşı çıxışlar



Yüklə 146,64 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü146,64 Kb.
#76210


1.Azərbaycanda əmvilərə qarşı çıxışlar. 

  734-741-  ci  illərdə  Qafqaz  cəbhəsində  xəzərlərə  qarşı  döyüşlərdə  müvəffəqiyyət 

qazana bilmiş ərəblər, Xilafətin başqa bölgələrində, xüsusilə Orta Asiya və Şimali 

Afrikada mərkzi hakimiyyət əleyhinə yönəlmiş çıxışların qarşısını almaqda çətinlik 

çəkirdilər.  Hicri  tarixlə  126  (743-744-  cü  ildə),  xəlifə  Hişamdan  sonrakı  bir  il 

ərzində,  Əbdülməlikin  üç  nəvəsi  (II  Vəlid,  III  Yəzid  və  İbrahim)  xəlifə  taxtında 

biri  digərini  əvəz  etdi.  Hişamın  Qafqazda  canişin  olan  qardaşı  Mərvan,  məhz  bu 

dövrdə Asim ibn Abdullah ibn Yəzid əl- Hilalini Bərdədə öz yerində qoyub Şama 

gedir  və  fəal  surətdə  hakimiyyət  uğrunda  mübarizəyə  qoşulur.  744-  cü  ildə  o, 

Əməvilər  sülaləsinin  son  xəlifəsi  II  Mərvan  adı  ilə  fəaliyyətə  başlayır.  Lakin 

xilafəti  bürümüş  dini-  siyasi  hərəkatın  qarşısını  almaq  artıq  mümkün  deyildi. 

İqtisadi vəziyyətin ağırlaşması da mövcud şəraiti həddən artıq gərginləşdirmişdi. 

  O  dövr  ictimai-  siyasi  tariximizin  ən  ətraflı  şərhçilərindən  biri  olan  IX  yüzilin 

ərəb tarixçisi əl- Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd xəlifə olan kimi 

Azərbaycan və Ərməniyədə iğtişaşlar başlandı".  

   Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və 

hüquqsuzluq,  yerli  feodalların  mülklərinin  və  imtiyazlarının  məhdudlaşdırılması, 

güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla 

yanaşı, ümumxalq qəzəbini coşdururdu. 

  Səkkizinci  yüzilin  ortalarında  Əməvilər  sülaləsinin  siysətinə  qarşı  həm  Xilafət 

sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə 

sülalənin  taleyi  üçün  yaranmış  siyasi  böhranı  və  təhlükəni  aradan  qaldırmaq 

iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri güclənirdi. Xilafətə 

qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni 

vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar 

748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi 

və  onlara  yerli  feodal  əyanlar  başçılıq  edirdilər.  Bu,  səbəbsiz  deyildi.  Ərəblər 

Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların 

torpağını,  kəndlilər  üzərindəki hüququnu və  digər imtiyazlarını  məhdudlaşdırırdı. 

Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb 

mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da 

üsyançılarla həmrəy idilər. 

  748-ci  ildə  Beyləqanda  başlanmış  üsyan  tezliklə  digər  vilayətləri,  xüsusilə, 

Bərdəni  və  Ərdəbili  əhatə  etdi.  Akademik  Z.Bünyadov  Xilafətə  qarşı  bu  çıxışları 

Pavlikanların təsiri ilə əlaqələndirir.   



   Ərəb  üsuli-  idarəsinə  qarşı  Azərbaycanda  artan  hərəkatın  başında  əl-  Kufinin 

"beyləqanlı"  kimi  təqdim  etdiyi  "əl-  Qəssab"  ləqəbli  Müsafir  ibn  Kəsir  (Küseyr) 

dururdu.  O,  hələ  Mərvanın  öz  canişinliyi  dövründə  Dərbəndə  hakim  təyin  etdiyi 

İshaq  ibn  Müslim  əl-  Uqaylinin  köməkçisi  idi.  Xilafət    mərkəzində  hakimiyyət 

uğrunda gedən dini- siyasi çəkişmədən öz mənafeləri üçün istifadə edən başqa yerli 

feodallar kimi, Müsafir də vergi zülmündən, aramsız müharibələrdən zara gəlmiş 

xalqın köməyi ilə hakimiyyəti ələ keçirmək, ərəb ağalığından qurtarmaq istəyirdi. 

  Yuxarıda qeyd etdiyim kimi, məhz, bu qarışıq dövrdə, Abbasi emissarları- dailəri 

(dava- dəvət sözündəndir), yerlərdə mərkəzi hakimiyyətə qarşı təbliğat aparırdılar. 

Əməvilərə  qarşı  yalnız  peyğəmbər  nəslinə  mənsub  olan  Abbasilər  və  Ələvilər 

deyil,  eyni  zamanda  bütün  müxalif  qüvvələr,  o  cümlədən  "xaricilər"  təriqətinə 

mənsub  şəxslər  də  çıxış  edirdilər.  Əl-  Kufinin  yazdığına  görə,  Müsafiri  və  onun 

tərəfdarlarını  Xilafətə  qarşı  qaldıran  da  İraqda  Əməvilərin  əleyhinə  çıxmış, 

xaricilər təriqətinə mənsub əd- Dəhhak ibn Qeys əş- Şeybani (128/745-746- cı ildə 

öldürülüb)  olmuşdur.Özlərini  islamın  "saflığı"  uğrunda  mübarizlər  kimi  qələmə 

verən, dinin vacib görüşlərinin ciddi icrası ilə fərqlənən "xaricilər" ali hakimiyyət 

məsələsində  həm  xəlifənin  yalnız  qüreyşlərdən  seçilməsi  şüarı  ilə  çıxış  edən 

sünnilərə, həm də hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə iris keçməsi və 

imamlığın  (Xilafətin)  dini  mahiyyət  daşıması  nəzəriyyəsini  müdafiə  edən  şiələrə 

qarşı çıxırdılar.Xaricilər dini icmanın- dövlətin başçısının qeyd- şərtsiz seçki yolu 

ilə  seçilməsini  qəbul  edir,  başçılığa  namizədin  mənşəyinə  heç  bir  əhəiyyət 

vermirdilər. Görünür, xaricilərin məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda 

mübarizə aparanları özünə daha çox cəlb edirdi. Onların təbliğatı ilə Azərbaycanda 

mərkəzi  hakimiyyətə  qarşı  ayağa  qalxmış  beyləqanlı  Müsafirin  başçılığı  ilə 

cərəyan edən hadisələri tarixçi əl- Kufi belə təsvir edir: "... həmin Müsfir ibn Kəsir 

onu dəstəkləyən adamların başında çox keçmədən Ərdəbilə çatır. Bu zaman burada 

da  xəlifənin  hakimiyyətindən  cana  doymuşlar  vardı.  Onların  sayı  getdikcə 

çoxalırdı.  Həmin  vaxt  Beyləqandan olan vali  Asim  ibn  Yəzid  əl-  Hilali  bu  işdən 

xəbər tutur, qiyamçıların beyləqan əhalisindən olan iki başçısını yanına çağırtdırır. 

onlardan  birinin  adı  Aban  ibn  Maymun,  o  birininki  isə  Qüteybə  ibn  Sadaka  idi. 

Vali  onların  ikisini  də  tutub,  Beyləqan  zindanına  saldırır.  Xəbər  qiyamçıların 

başçısı, bu  zaman  Varsanda  olan  Müsafir  ibn  Kəsir  əl-  Qəssaba  yetişir.  Gecədən 

xeyli  keçmiş  o,  bir  dəstə  tərəfdarı  ilə  Varsandan  çıxıb  Beyləqana  gəlir.  Onlar 

nərdivan  qoyub,  şəhər  divarlarına  çıxırlar.  İsmət  ibn  Müslim  Beyləqana  birinci 

daxil  olur.  O,  qarovul  dəstəsinin  rəisini  tutub,  elə  divarın  üstündəcə  başını  kəsir. 

Onlar  Beyləqana  girirlər.  Əmir  Asim  ibn  Yəzid  əl-  Hilali  Bərdə  şəhərinə 

çəkilir...Qiyamçılar  Qüteybə  ibn  Sadaka  və  Aban  ibn  Maymunu  zindandan  azad 

edirlər...  Beyləqana  hər  yerdən  çoxlu  adam  axışır,  tezliklə  böyük  bir  ordu  yığılır. 




Müsafirin başçılıq etdiyi bu ordu Bərdəni tutmaq məqsaədi ilə Beyləqandan çıxıb, 

çox keçmədən Yunana yetişir. Əmir Asim ibn Yəzid əl- Hilali bundan xəbər tutub, 

öz  adamlarını  taplayır  və  qoşununu  Bərdə  qapıları  yanında,  Tərtər  çayı  boyunca 

yerləşdirir.  Müsafir,  Asim  ibn  Yəzidin  düşərgəsinə  yetişir.  Qiyamçılar  "Allahu 

əkbər" deyərək, Asimin ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdə 

əmiri  Asim  ibn  Yəzidin  özü  və  bir  çox  əsgərləri  öldürüler.  Asimin  oğlu  Zəfər 

qoşunun qalıqları ilə çox pis halda özlərini Bərdəyə çatdırırlar..." 

  Asim  öldürüldükdən  sonra  xəlifə  Mərvan  Dərbənd  hakimi  İshaq  ibn  Müslim  əl- 

Uqaylini  bütün  Ərməniyəyə  vali  təyin  edir.  Əl-  Kufinin  məlumatına  görə,  o, 

İshaqın  qardaşı  sərkərdə  Əbdül  Məlik  ibn  Müslim  əl-  Uqaylini  isə  Müsafirin 

başçılıq  etdiyi  hərəkatı  yatırmaq  və  xəzinəyə  çatası  xəracı  toplamaq  məqsədiylə 

Bərdəyə göndərir. Növbəti döyüş Bərdə ilə Yunan arasında baş verir. Əbdül Məlik 

özü  öldürülür.  Qardaşının  yerini  tutan  İshaqla  üsyançılar  arasında  qanlı  döyüşlər 

isə,  qaynağın  yazdığına  görə,  "Əbu  Müslimin  başçılığı  ilə  Xorasanda  qara 

bayraqlılar zühur edənədək davam etdi". 

  Doğurdan da Əməvilərə qarşı mübarizə dalğası artıq bütün vilayətləri bürümüşdü. 

Bu  çıxışların  ən qüdrətlisi 747-  ci ildə Mərv vadisində  Əbu Müslim  Xorasaninin 

başçılığı  ilə  oldu.  Üsyan  tezliklə  Qərbi  İrandan  İraq  ərazisinə  yayıldı.  Dəclə 

çayının  sağ  qolu  Böyük  Zab  çayı  üzərində  üsyançıların  ordusu  ilə  II  Mərvanın 

qoşunu arasında baş verən döyüş xəlifə əsgərlərinin məğlubiyyəti ilə nəticələndi. II 

Mərvan bir dəstə yaxın adamları ilə Şama, sonra Fələstinə, oradan da Misirə qaçdı. 

Yeniordu  toplamaq  cəhdləri  boşa  çıxan  Mərvan  Məğribə  keçmək  istərkən 

öldürüldü.  Beləliklə,  Əməvilər  sülaləsinin  90  illik  ömrü  başa  çatdı.  Xilafətdə 

hakimiyyət  Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  nəslinin  əlinə  keçdi. 

Ədəbiyyatda  paytaxtının  adı  ilə  Bağdad  Xilafəti  də  adlandırılan  Abbasilər 

sülaləsinin (750- 1258) hakimiyyət dövrü başlandı. 



 

 

Yüklə 146,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə