1. Bazar münasibətlərinə keçidin formalaşdığı, cəmiyyətin maddi və mənəvi tələbatının hərtərəfli ödənilməsinin olduqca zəruri olduğu indiki şəraitdə hansı məsələlərin öyrənilməsinin, tədris olunmasının əhəmiyyəti daha da artır?



Yüklə 257,65 Kb.
səhifə1/3
tarix11.04.2018
ölçüsü257,65 Kb.
  1   2   3

1. Bazar münasibətlərinə keçidin formalaşdığı, cəmiyyətin maddi və mənəvi tələbatının hərtərəfli ödənilməsinin olduqca zəruri olduğu indiki şəraitdə hansı məsələlərin öyrənilməsinin, tədris olunmasının əhəmiyyəti daha da artır?

A) iqtisadi məsələlərin

B) sosial məsələlərin

C) texniki-tərəqqi məsələlərin

D) məşğulluq məsələlərinin

E) təbii-ekoloci məsələlərin



2. İqtisadi yüksəlişə nail olmaq mümkündür:

A) maddi istehsalı hər vasitə ilə inkişaf etdirmək yolu ilə

B) sənaye sahələrini inkişaf etdirməklə

C) kənd təsərrüfatı və ərzaq məhsulları istehsalını artırmaqla

D) infrastruktur və xidmət sahələrini inkişaf etdirməklə

E) sosial tələbatı ödəmək və məşğulluq problemini həll etməklə



3. Layihələndirmə, istehsal və həmçinin istehlak sahəsində onlardan iqtisadi cəhətdən məqsədəuyğun istifadə edilməsinə yönəldilən istehsal münasibətlərinin öyrənilməsi təşkil edir:

A) predmetini

B) mahiyyətini

C) məzmununu

D) əsas məqsədini

E) əsas vəzifəsini



4. Sahədə və müəssisələrdə iqtisadi prosesləri, müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin təşkili və idarəetmə xüsusiyyətlərini, istehsalın səmərəliliyinin yüksəldilməsinin ehtiyatlarını və amillərini öyrənmək müəssisə iqtisadiyyatı fənninin təşkil edir:

A) əsas vəzifəsini

B) əsas məqsədini

C) mahiyyətini

D) predmetini

E) məzmununu



5. Müəssisə (firmanın) iqtisadiyyatı fənnində iqtisadi məsələlərin öyrənilməsinə yanaşılır:

A) ölkə iqtisadiyyatının inkişaf vəzifələri ilə sıx əlaqədə

B) istehsalın inkişaf tempinə uyğun şəkildə

C) istehsalın təşkili səviyyəsinə uyğun şəkildə

D) istehsalın səmərəliliyinin yüksəldilməsi nəzərə alınmaqla

E) iqtisadi siyasətin idarə edilməsinə uyğun şəkildə



6. Sənaye sahəsinin fəaliyyətinin əsas ünsürü nədən ibarətdir?

A) istehsal prosesindən

B) xammalın emalından

C) istehsalın emalından

D) sahələrarası qarşılıqlı əlaqədən

E) müəssisədaxili əlaqələrin inkişafından



7. Sənayenin bir sahəsini başqasından fərqləndirən əsas əlamət:

A) istehsal olunan məhsulun iqtisadi təyinatı

B) istehsal olunan məhsulun növü

C) istehsal olunan məhsulun xarakteri

D) istehsal olunan məhsulun kəmiyyəti

E) istehsal olunan məhsulun çeşidi



8. Sənayenin tərkibinə daxil olan sahələr və istehsalatlar arasındakı kəmiyyət nisbəti nəyi ifadə edir?

A) sənayenin sahə quruluşunu

B) sənayenin quruluşunu

C) sənaye sahəsinin həcmini

D) sahələr arasındakı əlaqəni

E) sahə və istehsalatların xüsusi çəkisini



9. Hansı cəhət dövriyyə fondlarına xas deyil?

A) Bir çox istehsal tsikllərində iştirak edir

B) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə birbaşa keçirir

C) Istehsal prosesində öz natural formasını saxlamır

D) Fiziki və kimyəvi xassələrinin dəyişir

E) Hər yeni istehsal tsiklində tamamilə istehlak olunur



10. Bütünlüklə iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalında son illər müşahidə olunmuşdur:

A) ciddi irəliləyişlər

B) irəliləyişlər

C) istehsalın artımı

D) sabit vəziyyət

E) istehsalın azalması



11. Əsas istehsal fondlarına hansı cəhət xas deyil?

A) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə tamlıqla keçirir

B) Bir çox istehsal tsikllərində iştirak edir

C) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə hissə - hissə keçirir

D) Istehsal prosesində öz natural formasını saxlayır

E) Fiziki və kimyəvi xassələrini dəyişmir



12. Sənaye müəssisələrində istehsal vasitələri ilə işçi qüvvvəsinin birləşməsi nəticəsində həyata keçirilir:

A) istehsal prosesi

B) əmək cisimlərinin reallaşması

C) işçi qüvvəsinin tətbiqi

D) istehsal fəaliyyəti

E) əmək alətlərinin işə salınması



13. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilat-hüquqi formaları, onların yaradılması, idarə edilməsi və fəaliyyət prinsipləri, müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat məsələləri öz əksini harada tapır?

A) müvafiq qanunvericilikdə

B) istehsalın səmərəli təşkilində

C) müvafiq təlimatlarda

D) müvafiq qərarlarda

E) müəssisənin müstəqil fəaliyyətində



14. Müvafiq qanunvericiliyə uyğun yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti nəyi təmsil edir?

A) istehsal müəssisəsini

B) istehsal sahəsini

C) istehsal vahidini

D) istehsal sex və sahələrini

E) sənaye sahəsini



15. Müəssisənin məhsuluna, işlərinə və xidmətlərinə ictimai tələbatın ödənilməsi tənzimlənir:

A) iqtisadi üsullarla

B) ictimai fondlarla

C) əsas fondlarla

D) iqtisadi artımla

E) istehsal vasitəsi ilə



16. Məhsul istehsal etmək, xidmətlər göstərməklə yüksək gəlir əldə etmək, az xərclə yüksək iqtisadi nəticələrə nail olmaq, cəmiyyətin iqtisadi inkişafına kömək etməklə ayrı-ayrı şəxslərin və müəssisə kollektivinin marağını təmin etmək sənaye müəssisəsinin təşkil edir:

A) başlıca vəzifəsini

B) fəaliyyətinin istiqamətlərini

C) fəaliyyətinin prinsiplərini

D) inkişaf perspektivlərini

E) mövcud vəziyyətini



17. Bütün sənaye müəssisəsinə xas olan əsas ümumi cəhət ondan ibarətdir ki, müəssisə malikdir özünün:

A) nizamnaməsinə

B) istehsal proqramına

C) istehsal tapşırıqlarına

D) inkişaf perspektivlərini müəyyən etmək imkanına

E) istehsal-maliyyə planına



18. Sənaye müəssisələrini bir-birindən fərqləndirən ən başlıca əlamətlər:

A) məhsulun iqtisadi təyinatı, istehsalın xarakteri və texnolici xüsusiyyətləri

B) istehsalın xarakteri və texnoloci xüsusiyyətlər

C) istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi

D) istehsal tipləri və müəssisələrin həcmi

E) sahə mənsubiyyəti



19. Neçə növ sənaye müəssisələri fəaliyyət göstərə bilir?

A) 5


B) 2

C) 3


D) 4

E) 1


20. Sənaye müəssisələrinin növlərini aşağıda göstərilən qruplaşmaların hansı düzgün təmsil edir?

A) dövlət müəssisəsi, şərikli müəssisə, fərdi müəssisə, səhmdar cəmiyyəti və müəssisələr birliyi

B) dövlət müəssisəsi, şərikli müəssisə, fərdi müəssisə, səhmdar cəmiyyəti və konsernlər

C) dövlət müəssisəsi, şərikli müəssisə, fərdi müəssisə, səhmdar cəmiyyəti və konsersiumlar

D) dövlət müəssisəsi, şərikli müəssisə, fərdi müəssisə, səhmdar cəmiyyəti və assosiasiyalar

E) dövlət müəssisəsi, şərikli müəssisə, fərdi müəssisə, səhmdar cəmiyyəti və şirkətlər



21. İxtisaslaşma və kooperativləşmə:

A) istehsalın səmərəli təşkili formalarıdır

B) əməyin elmi təşkilinin formalarıdır

C) istehsalın və əməyin səmərəli təşkili formalarıdır

D) istehsal proseslərinin səmərəli təşkili formalarıdır

E) müəssisələrin təşkili formalarıdır



22. Eyni adlı (yekcins) məhsul istehsalının ayrılması prosesini əks etdirən nəyin tərifidir?

A) ixtisaslaşmanın

B) kooperativləşmənin

C) təmərküzləşmənin

D) kombinələşmənin

E) istehsal proseslərinin



23. Hansı materialların qənaət edilməsinə xidmət etmir?

A) İstehsalın həcminin artırılması

B) Istehsal tullantılarının azaldılması

C) Istehsalın kimyalaşdırılması

D) Əvəzedici materiallardan istifadə

E) Avadanlıqlardan istifadənin yaxşılaşdırılması



24. Bir və ya bir neçə məmulat istehsalının həyata keçirilməsi hansı növ ixtisaslaşmanı təmsil edir?

A) əşya üzrə

B) texnologiya üzrə

C) hissə üzrə

D) hissə və texnologiya üzrə

E) hissə və əşya üzrə



25. Məmulatların ayrı-ayrı hissə və detallarının istehsalına görə ixtisaslaşması hansı növ ixtisaslaşmanı təmsil edir?

A) hissə üzrə

B) texnologiya üzrə

C) əşya üzrə

D) hissə və əşya üzrə

E) hissə və texnologiya üzrə



26. İstehsalın ayrı-ayrı mərhələ və əməliyyatlara görə ayrılmasını əks etdirən hansı ixtisaslaşmadır?

A) texnoloci

B) hissə

C) əşya

D) əşya və hissə

E) hissə və texnoloci



27. Sahədə istehsalın ixtisaslaşma səviyyəsini müəyyən edən əsas göstəricilərin sayı:

A) 3


B) 4

C) 5


D) 2

E) 1


28. Sahədə istehsalın ixtisaslaşma səviyyəsini müəyyən edən əsas göstəricilər:

A) əsas məhsulun və ixtisaslaşdırılmış məhsulun ümumi məhsulun həcmindəki xüsusi çəkisi

B) istehsal olunan ayrı-ayrı növdə, ölçüdə, seriyada olan məhsulların ümumi həcmi

C) istehsal olunan əsas məhsulların ümumi həcmi və xüsusi çəkisi

D) əsas məhsulun, ayrı növdə, ölçüdə, seriyada olan məhsulun ümumi həcmi

E) Sahə üzrə ixtisaslaşdırılmış bütün məhsulların həcmi və xüsusi çəkisi



29. Fəhlələrin sayını təyin etmək üçün hansı məlumatdan istifadə edilmir?

A) Müəssisədə orta əmək haqqının səviyyəsi

B) Müəyyən plan dövrü üçün verilən istehsal proqramı

C) Işin əməktutumluğunu müəyyən edən vaxt normaları, istehsal normaları

D) Müəssisənin iş recimi və növbələrin saat hesabı ilə müddəti

E) Istehsal normalarının həqiqətdə nə dərəcədə yerinə yetirildiyi haqqındakı məlumat



30. İstehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi son nəticədə səbəb olur:

A) istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına

B) müəssisələrin istehsal əlaqələrinin məhdudlaşdırılmasına

C) istehsalın genişləndirilməsinə

D) buraxılan məhsulun nomenklaturasının genişləndirilməsinə

E) məhsulun çeşidinin artırılmasına



31. İstehsalın təmərküzləşməsi:

A) istehsalın səmərəli təşkili formasıdır

B) əməyin elmi təşkilinin formasıdır

C) istehsal proseslərinin səmərəli təşkili formasıdır

D) istehsalın və əməyin səmərəli təşkili formasıdır

E) müəssisələrin təşkili formasıdır



32. İstehsalın daha iri müəssisələrdə cəmləşməsini əks etdirən nəyin tərifidir?

A) təmərküzləşmənin

B) kooperativləşmənin

C) kombinələşmənin

D) ixtisaslaşmanın

E) istehsal proseslərinin



33. Sahədə istehsalının təmərküzləşməsinin neçə forması tətbiq oluna bilər?

A) 4-aqreqat, texnoloci, müəssisə və təsərrüfat-təşkilat

B) 2-aqreqat və texnoloci

C) 3-aqreqat, texnoloci və müəssisə

D) 1-aqreqat

E) 5-aqreqat, texnoloci, müəssisə, təsərrüfat-təşkilat və müəssisələr birliyi



34. İstehsalın təmərküzləşmə səviyyəsini müəyyən edən göstəricilər:

A) əmtəəlik məhsulun həcmi, sənaye-istehsal heyətinin sayı və əsas istehsal fondlarının dəyəri

B) buraxılan əsas növ məhsulun natural istifadədə və əsas istehsal fondlarının həcmi

C) sənaye-istehsal heyətinin sayı, buraxılan əsas növ məhsulun natural istifadədə həcmi

D) əmtəəlik məhsulun həcmi və əsas istehsal fondlarının dəyəri

E) əsas istehsal fondlarının həcmi və sənaye-istehsal heyətinin sayı



35. İstehsalın təmərküzləşməsinin iqtisadi səmərəliliyi öncə özünü nədə göstərir?

A) iri istehsalın xırda istehsala nisbətən texniki-iqtisadi və təşkilati üstünlüklərində

B) iri istehsalın xırda istehsala nisbətən texniki üstünlüyündə

C) iri istehsalın xırda istehsala nisbətən iqtisadi üstünlüyündə

D) iri istehsalın xırda istehsala nisbətən üstünlüyündə

E) iri istehsalın xırda istehsala nisbətən təşkilati üstünlüklərində



36. İri müəssisələr orta və kiçik həcmli müəssisələrə nisbətən daha geniş imkanlara malikdir:

A) yüksək məhsuldarlıqlı avadanlıqların və istehsal vasitələrindən daha yaxşı istifadə etmək üçün

B) yeni texnologiyanın tətbiqi, istehsalın və əməyin səmərəli təşkili üçün

C) əmək ehtiyatlarından daha səmərəli istifadə etmək və istehsalın göstəricilərinin yaxşılaşdırılması üçün

D) yüksək məhsuldarlıqlı avadanlıqların tətbiqi və istehsalın göstəricilərinin yaxşılaşdırılması üçün

E) istehsal vasitələrindən daha yaxşı istifadə etmək, fond veriminin azalması və fond tutumunun artması üçün



37. İri müəssisələrdə bir qayda olaraq əlverişli şərait yaranır aşağıdakı iqtisadi göstəricilərin dəyişməsinə:

A) əmək məhsuldarlığı, istehsalın rentabellik səviyyəsinin yüksəldilməsinə

B) istehsalın və əməyin səmərəli təşkilinə

C) əmək məhsuldarlığının səviyyəsinin aşağı düşməsinə və maya dəyərinin yüksəlməsinə

D) istehsalın göstəricilərinin yaxşılaşdırılmasına

E) fond veriminin azalmasına və fond tutumunun artmasına



38. Müəssisələrin həcmini hansı həddə qədər artırmaq məqsədəuyğundur?

A) iqtisadi səmərəlilik əldə olunana qədər

B) mümkün olan həddədək

C) orta səviyyəyə qədər

D) yüksək həddədək

E) orta və iri həcmi təmsil edənədək



39. Müəssisənin optimal həcmini hansı hədd təmsil edir?

A) az xərclə yüksək təsərrüfat nəticələrinə nail olunan hədd

B) müəssisə gəlirlərinin artırılmasının maksimum həddi

C) yüksək təsərrüfat nəticələrinə nail olunan hədd

D) məhsul istehsalının və satışının maksimum həddi

E) məhsulun maya dəyərinin və əmək məhsuldarlığının yüksəldilməsinin maksimum həddi



40. Aşağıda göstərilən müəssisələrin ərazi üzrə yerləşdirilməsi prinsiplərindən ən mühümü hansıdır?

A) istehsal müəssisələrinin xammal mənbələrinə və istehlak rayonlarına hər vasitə ilə yaxınlaşdırılması

B) istehsalın səmərəli təşkili formaıarının daha da inkişaf etdirilməsi və iqtisadi rayonların kompleks inkişafı

C) ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həll edilməsi

D) sahədaxili, sahələrarası və beynəlxalq əlaqələrin səmərəli inkişafı zəminində ölkələrin iqtisadi inteqrasiyasının gücləndirilməsi

E) təbii sərvətlərdən, əmək ehtiyatlarından və istehsal fondlarından səmərəli istifadə olunması



41. Sahənin müəssisələrinin yerləşdirilməsi prinsiplərinin həyata keçirilməsi hansı qrup amillərin təsiri altında baş verir?

A) təbii, iqtisadi, texnoloci və sosial- iqtisadi

B) iqtisadi

C) texnoloci

D) sosial- iqtisadi

E) təbii



42. İstehsal müəssisələrinin yerləşdirilməsinə təsir edən təbii amillərə aiddir:

A) faydalı yataqların, hidroenerci və meşə ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, iqlim şəraiti və s. daxildir

B) təbii ehtiyatlardan istifadə, istehsalın təmərküzləşməsi və müəssisələrin həcmi, yeni mütərəqqi materiallar istehsalının mənimsənilməsi

C) hidroenerci və meşə ehtiyatlarının kəmiyyət və keyfiyyəti, səmərəli texnika və texnologiyanın tətbiqi

D) iqlim şəraiti, yerin və torpağın relyefi, müəssisələrin təşkili formaları, səmərəli texnika və texnologiyanın tətbiqi

E) faydalı yataqların kəmiyyət və keyfiyyəti, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi



43. İstehsal müəssisələrinin yerləşdirilməsinə təsir edən iqtisadi amillərə daxildir:

A) istehsalın səmərəli təşkili formaları, nəqliyyat şəbəkəsinin inkişafı, müəssisələrin təşkili formaları

B) istehsalın təmərküzləşməsi və müəssisələrin həcmi

C) istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi

D) müəssisələrin təşkili formaları

E) istehsalın səmərəli təşkili formaları



44. Müəssisənin balansında olan yaşayış binaları, poliklinika, klub, kitabxana, kommunal təsərrüfat və s. hansına aiddir?

A) Qeyri – istehsal əsas fondlara

B) Əsas istehsal fondlarına

C) Qeyri - əsas istehsal fondlara

D) Dövriyyə fondlarına

E) Dövriyyə vəsaitlərinə



45. İstehsal müəssisələrinin yerləşdirilməsinə təsir edən sosial-iqtisadi amillərə daxildir:

A) mövcud əmək ehtiyatları və əhalinin məşğuliyyəti, infrastrukturun inkişafı və ətraf təbii mühitin qorunması

B) əmək şəraiti və əməyin səmərəli təşkili, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi

C) mənzil kommunal təsərrüfatı və xidmət sahələrinin inkişafı, müəssisələrin təşkili formaları

D) ətraf təbii mühitin qorunması və ekoloci vəziyyət, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi

E) mövcud əmək ehtiyatları və əhalinin məşğuliyyəti, müəssisələrin təşkili formaları və istehsal xərclərinin azaldılması



46. İstehsal müəssisələrinin səmərəli yerləşdirilməsinin prinsip və amillərinin nəzərə alınması gətirib çıxarır:

A) iqtisadi səmərəliliyin əldə olunmasına

B) xammal-materiallardan yaxşı istifadə olunmasına

C) istehsal xərclərinin azaldılmasına

D) nəqliyyat xərclərinin ixtisar olunmasına

E) istehsalın səmərəli təşkilinə



47. Rayonların təbii və iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla onların ayrılması prosesi nəyi təmsil edir?

A) iqtisadi rayonlaşmanı

B) regional inkişafı

C) rayonların qarşılıqlı əlaqəsini

D) inzibati ərazi bölgüsünü

E) rayonların inkişafını



48. Elmi cəhətdən əsaslandırılmış iqtisadi rayonlaşdırma şərait yaradır:

A) əməyin düzgün coğrafi fərqləndirilməsinə və ölkənin ərazisi üzrə sənaye sahələrinin səmərəli yerləşdirilməsi və kompleks inkişafına

B) ölkənin ərazisi üzrə sənaye sahələrinin səmərəli yerləşdirilməsinə, istehsal xərclərinin azaldılmasına

C) sənaye sahələrinin kompleks inkişafına, nəqliyyat xərclərinin ixtisar olunmasına və istehsal xərclərinin azaldılmasına

D) sənaye sahələrinin ixtisaslaşdırılmasının dərinləşməsinə, istehsalın səmərəli təşkilinə və iqtisadi səmərəliliyin əldə olunmasına

E) əməyin düzgün coğrafi fərqləndirilməsinə və istehsal xərclərinin azaldılmasına



49. Xammalın ilkin emalından başlayaraq hazır məhsul istehsalına qədər ardıcıl mərhələləri əhatə edən müxtəlif istehsalların birləşməsi əsasında yaradılan nəyi təmsil edir?

A) ərazi-istehsal kompleksini

B) hazır məhsul istehsalının əldə olunmasını

C) müəssisələrin qarşılıqlı istehsal əlaqələrini

D) istehsalın ərazi üzrə təşkilini

E) xammal-materialların emalı proseslərini



50. Ərazi-istehsal kompleksinin inkişafı nəticəsində əlverişli şərait yaranır:

A) əmək ehtiyatlarından, xammaldan kompleks istifadə olunmaqla və enercidən, yanacaqdan istifadə edilməklə yüksək iqtisadi səmərə əldə olunmasına

B) xammaldan və əmək ehtiyatlarından kompleks istifadə edilməsinə və istehsal xərclərinin azaldılmasına

C) enercidən, yanacaqdan və köməkçi xidmət sahələrindən birgə istifadə olunmaqla, iqtisadi səmərə əldə olunmasına

D) sosial və istehsal infrastruktur sahələrindən səmərəli istifadə olunmasına və nəqliyyat xərclərinin ixtisar olunmasına

E) istehsalın bir mərhələsindən o biri mərhələsinə keçilməsində əmək məsrəflərinin ixtisar edilməsinə



51. Əsas istehsal fondları nələrdən ibarətdir?

A) istehsal vasitələrindən

B) istehsal prosesindən

C) dövriyyə vəsaitlərindən

D) yığım fondundan

E) həvəsləndirmə fondlarından



52. Köhnəldikcə öz dəyərini hazır məhsula hissə-hissə keçirən əmək vasitələri:

A) əsas istehsal fondları

B) dövriyyə istehsal fondları

C) dövriyyə vəsaitləri

D) əmək cisimləri

E) xammal-materiallar



53. Əsas fondların mənəvi aşınmasına aid edilmir.

A) Avadanlığın dəmir hissələrinin paslanması

B) Yeni məhsuldar dəzgahların istifadəsi

C) Daha da ucuz dəzgahların istifadəsi

D) Səmərəli dəzgahların istifadəsi

E) Qənaətli dəzgahların istifadəsi



54. Əsas istehsal fondlarının quruluşu:

A) binalar, qurğular, maşın və avadanlıqlar, alətlər və nəqliyyat vasitələri

B) məhsul istehsalı, qurğular, maşın və avadanlıqlar, alətlər və nəqliyyat vasitələri

C) binalar, dövriyyə istehsal fondları, qurğular, maşın və avadanlıqlar, alətlər və nəqliyyat

vasitələri

D) binalar, qurğular, əmək cisimləri, alətlər və nəqliyyat vasitələri

E) binalar, qurğular, maşın və avadanlıqlar, xammal-materiallar və nəqliyyat vasitələri

55. Əsas fondların dəyərinin onların ümumi dəyərinə nisbəti nəyi ifadə edir?

A) əsas fondların quruluşunu

B) əsas fondların kəmiyyətini

C) əsas fondların tərkibini

D) əsas fondların məzmunu

E) əsas fondların qiymətləndirilməsini



56. Əsas fondların aktiv hissəsinə daxildir:

A) işçi maşınları, avadanlıqlar, alətlər, mühərriklər

B) binalar, avadanlıqlar, alətlər, mühərriklər

C) işçi maşınları, invertarlar, avadanlıqlar, alətlər, mühərriklər

D) işçi maşınları, avadanlıqlar, bəzi növ qurğular, mühərriklər

E) binalar, invertar və bəzi qurğular, maşın və avadanlıqlar



57. Əsas istehsal fondların istifadə səviyyəsini xassələndirən göstəricilər hansılardır?

A) Fondverimi və fondtutumu

B) Əmək məhsuldarlığı

C) Maya dəyəri

D) Əmək haqqı

E) Gəlir



58. Əsas fondların qiymətləndirilməsi üsulları:

A) ilkin dəyər üzrə, bərpa dəyəri üzrə, köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə

B) dəyər üzrə, bərpa dəyəri üzrə, köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə

C) ilkin dəyər üzrə, çəkilən xərclər üzrə, köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə

D) ilkin dəyər üzrə, bərpa dəyəri üzrə, ilkin və bərpa dəyəri üzrə qiymətləndirmə

E) ilkin dəyər üzrə, bərpa dəyəri üzrə, köhnəlmə nəzərə alınmadan qiymətləndirmə



59. Əsas fondların tikilməsinə, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilən xərclər hansı qiymətləndirməni ifadə edir?

A) ilkin dəyər üzrə qiymətləndirməni

B) bərpa dəyəri üzrə qiymətləndirməni

C) köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirməni

D) ilkin dəyər üzrə və bərpa dəyəri üzrə qiymətləndirməni

E) ilkin, bərpa və köhnəlmə nəzərə alınmaqla qiymətləndirməni



60. Yeni istehsal şəraitində (cari ildə) əsas fondların təkrar istehsal dəyərini ifadə edən qiymətləndirmə:

A) bərpa dəyəri üzrə qiymətləndirmə

B) ilkin dəyəri üzrə qiymətləndirmə

C) köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə

D) ilkin dəyər üzrə və bərpa dəyəri üzrə qiymətləndirmə

E) ilkin, bərpa və köhnəlmə nəzərə alınmaqla qiymətləndirmə



: external -> ckfinder -> userfiles -> files -> tifuser -> files
files -> Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən sənəddir
files -> Empirik determinasiya əmsalı olduqda empirik korelyasiya münasibəti neçəyə bərabərdir?
files -> 35. Politologiya Qiyabi 2017 2204a, 2325a, 2745a, 2924a
files -> Test suallari
files -> İlk maliyyə münasibətləri nə vaxt yaranmışdır? XII-XIV əsrlərdə
files -> 35- sosiologiya qiyabi 2017 2202a, 2252a, 2323a, 2483a, 2473a, 2453a, 2745a, 2922a
files -> Kafedra: Fənn: “İnsan resurslarının idarə edilməsi” Müəllim: Qruplar
files -> 2. İqtisadi təhlilin əsas vəzifəsi bundan ibarətdir
files -> 1. Klassik vergitutma nəzəriyyəsini elmə kimlər daxil etmişdir?


Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə