1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə1/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
  1   2   3   4   5   6   7   8   9   ...   159
beyn-lxalq-h-quq (1)


Mövzu 1. BEYNƏLXALQ HÜQUQUN ANLAYIŞI TƏNZİMETMƏ PREDMETİ


Plan:
1. Beynəlxalq hüququn anlayışı 2.Beynəlxalq hüququn xüsusiyyətləri

  1. Beynəlxalq ümumi hüquq beynəlxalq xüsusi hüquq 4.Müasir beynəlxalq hüququn əsas cəhətləri



ƏDƏBİYYAT SİYAHISI
Василенко В.А. Основы теории Международного права. Киев, 1988.
Евинтов В.И. Международное сообщество и правопорядок (анализ современных концепций). Киев, 1990.
Мовчан А.П. Международный правопорядок. М.., 1996.
Мюллерсон Р.А. Международное публичное и международное частное право: соотношение и взаимодействие // Сов. Ежегодниг международного права, 1985. М.., 1986.
Тункин Г.И. Теория международного права. М.., 1970.
Ушаков Н.А. Проблемы теории международного права. М.., 1988.
Черниченко С.В. Международное право. Современные теоретические проблемы. М.., 1993.
Шестаков Л.Н. Понятие международного права. // Вестник Московского университета. Сер. 11. Право. 1997. № 6.
Franck T.M. The Power of Legitimacy Among Nations. Oxford, 1990.
Ragazzi M. The Concept of Intenational Obligations Erga Omnes. Oxford.
1997/
Schachter O. International Law in Theory and Practice. Dordrecht, 1991.

    1. Beynəlxalq hüququn anlayışı. Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal fəalliyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə dənizdən hava, məkanından bə kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır;

beynəlxalq ticarət həyata keçirilir; ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq müdafiəsi, cinayətkarların təhvil verilməsi və s. kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, “ beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç də düzgün əks etdirmir. Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış “jus gentium” (“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə, bu termin dünyanın əksər dillərində də məhz “xalqlar arasındakı hüquq” mənasında işlədilir (məsələn, ingilis dilində - international iaw, fransız dilində - droit international, ispan dilində - derecho international, alman dilində - Völkerrecht, türk dilində - milletlerarası hukuk, rus dilində - международное право və s. ). Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarası hüquq kimi başa
düşülməlidir, çünki beynəlxalq hüquq bilavəsitə xalqlar tərəfindən yaradılmır və xalq üçün deyil, mahiyyət etibarilə dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür. Doğrudur, mövcud beynəlxalq hüquq normalarına görə, xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər, məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddaratını təyyin etmək hüququ), inkişaf hüququ, sülh hüququ bə s. Digər tərəfdən, sonrakı mövzulardan bizə məlum olacaqdır ki, beynəlxalq hüquq, dövlətlərin müvafiq razılaşmasından sonra, digər subyektlər üçün də, məsələn, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər. Bununla belə, öz təbiətinə görə, beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan, əsasən, dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin öz tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.
Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar: Beynəlxalq hüquq dövlətlər arasınıdakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə