1. Dövlət və Hüquq nəzəriyyəsinin əsasları



Yüklə 293,04 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü293,04 Kb.
#74615


Firudinli Fidan  *   TOQ 1001 

 

~ 1 ~ 



 

1.Dövlət və Hüquq nəzəriyyəsinin əsasları 

 

Dövlət və hüquq nəzəriyyəsinin anlayışı: Dövlət və hüquq nəzəriyyəsi hüquq elmlərinin 

ümumi təsnifatına əsasən nəzəri – hüquqi elmlər qrupuna aiddir. Dövlət və hüququ bütöv bir 

tam kimi öyrənən dövlət və hüquq nəzəriyyəsi onların ən ümumi qanunauyğunluqlarını üzə 

çıxarır və həmin hadisələr barəsində ümumiləşdirici biliklər yaradır. Buna görə də, dövlət 

və hüquq nəzəriyyəsi tərəfindən yaradılan biliklər sahəvi hüquq elmlərinin xüsusi 

problemlərinin öyrənilməsi üçün nəzəri baza rolunu oynayır. 

 Dövlət və hüquq nəzəriyyəsinin ifadəsi birinci növbədə, həmin sahənin nəzəri elm olduğunu 

göstərir bundan əlavə, həmin nəzəriyyənin dövlət və hüquqa aid olduğu müəyyən olunur. 

Həmçinin başa düşmək olur ki, bu elm sahəsi dövlət və hüququ vəhdətdə götürür və onları 

birlikdə öyrənir. 

 Dövlət və hüquq nəzəriyyəsi elminin nəzəriliyi onunla ifadə olunur ki, o dövlət və hüquq 

haqqında ümumiləşdirici biliklər yaradır, onların daxili, dərin, nisbətən ümumi 

qanunauyğunluqlarını açır və həmin hadisələr arasındakı əlaqəliliyin mahiyyətini üzə 

çıxarır.”Nəzəriyyə” deyərkən də müəyyən hadisənin və ya gerçəkliyin qanunauyğunluqları 

haqqında ən ümumi, elmi dərin biliklər sistemi və yaxud müəyyən hadisənin və ya 

gerçəkliyin qanunauyğunluqları haqqında bütöv təsəvvür yaradan elmi bilik forması başa 

düşülür.Nisbətən dar mənada isə “nəzəriyyə -müəyyən” sahə üzrə yaradılan əsas biliklər, 

ideyalar və anlayışlar sistemidir. 

 Dövlət və hüquq nəzəriyyəsi çərçivəsində dövlət və hüquq hadisələrinin əsas inkişaf 

meyllərinin, vahid dövlət və hüquq gerçəkliyinin müxtəlif cəhətləri arasındakı əlaqələrin 

açıb göstərilməsi ilə yanaşı dövlət, dövlət mexanizmi, dövlət orqanı, hüquq, hüquq sistemi, 

normativ – hüququ akt, hüquq pozuntusu və.s hadisələr barədə ümumi anlayışların və 

təriflərin yaradılması sahəvi hüquq elmləri tərəfindən ayrı-ayrı hüquq sahələri ilə bağlı 

problemlərin öyrənilməsini çox asanlaşdırır.Sahəvi hüquq elmləri və fənləri tərəfindən ayrı-

ayrılıqda dövlət və hüquq haqqında ümumi biliklərin yaradılmasına ehtiyac qalmır. 

 Dövlət və hüquq nəzəriyyəsini xarakterizə edən həmin mühüm cəhətlər onun müstəqil elm 

sahəsinə çevrildiyi ilk dövrlərdən nəzəriyyəçilərin diqqət mərkəzindədir.Hələ XX əsrin 

əvvəllərindən tanınmış alim İ.Mixaylovski yazırdı ki, bu sahə ilə məşğul olan tədqiqatçı ən 

azı iki əsas vəzifəni həyata keçirməlidir.Onlardan birincisi, bütün xüsusi hüquq elmlərinin 

əsasında duran anlayışları məntiqi cəhətdən tamamlamış sistemini yaratmaqdan və həmin 

elmlərin qazandığı nailiyyətləri harmonik şəkildə bir tam daxilində cəmləşdirməkdən 

ibarətdir.İkinci vəzifə isə, xüsusi elmlərin işlənib hazırlanmasının metodlarını öyrənməkdən 

ibarətdir.Mixaylovski göstərir ki, metodologiya məsələsi xüsusi hüquq elmlərinə deyil məhz 

nəzəriyyə sahəsinə aiddir. Çünki həmin məsələ onların hamısı üçün ümumi olan məsələdir. 

 Nəzəriyyəçilərin fikirlərini ümumiləşdirərək deyə bilərik ki, dövlət və hüquq nəzəriyyəsi 

dövlət və hüququn ən ümumi qanunauyğunluqları, dövlət – hüquq hadisələrinin yaranması, 

mahiyyəti məzmunu və forması, vahid dövlət və hüquq gerçəkliyinin müxtəlif cəhətləri 

arasındakı əlaqələr haqqında biliklər sistemi, ümumnəzəri xarakterə və əhəmiyyətə malik 

olan fundamental siyasi – hüquq elmdir. 


Firudinli Fidan  *   TOQ 1001 

 

~ 2 ~ 



 

 Qeyd etdiyimiz kimi, dövlət və hüquq nəzəriyyəsi dövlət və hüququ bütöv bir tam kimi 

onların siyasi – hüquqi əhəmiyyəti baxımından öyrənir. Buna görə də dövlət və hüquq 

nəzəriyyəsi siyasi – hüquqi qanunauyğunluqlar haqqında ümumiləşdirilmiş biliklər sistemi 

kimi çıxış edir onun hüquqi elm olması hüququ öyrənməsi ilə bağlıdır.Bu elmin siyasiliyi isə 

siyasi hadisə olan dövləti öyrənməsinə görədir.Dövlət və hüquq nəzəriyyəsi siyasi – hüquqi 

qanunauyğunluqlar haqqında ümumiləşdirilmiş biliklər sistemi, istiqamətləndirici, 

metodoloji elm olması ilə yanaşı həm də dünyagörüşü məsələlərini həll edən nəzəri elmdir 

 Müasir dövlət və hüquq nəzəriyyəsinin yaratdığı dövlət və hüquq obrazı, həmçinin həmin 

hadisələrə münasibətin özü tamamilə başqadır. Müasir nəzəriyyəyə görə, inkişaf etmiş 

dövlət sasialist dövlət deyil, hüquqi dövlətdir. Hüquqi dövlət haqqında elmi təsəvvürün özü 

isə müvafiq fəlsəfi görüşlərə, siyasi – hüquqi konsepsiyalara əsaslanır.Beləliklə də, 

marksizm – leninizm nəzəriyyəsinin yaratdığı sosialist dövləti obrazından çox fərqli dövlət 

obrazı yaradılmış olur və bu da qeyd etdiyimiz kimi, müvafiq dünyagörüşündən irəli gəlir. 

 Dövlət və hüquq nəzəriyyəsinin bütün funksiyaları bir-birilə qarşılıqlı əlaqədədir, onların 

bir-birini tamamlaması nəticəsində dövlət və hüquq nəzəriyyəsi mühüm siyasi – hüquqi 

məsələlərin həll edilməsinin ciddi nəzəri və metodoloji bazasına çevrilmişdir. 

 

2.Hüquq pozuntusu, hüquqi məsuliyyət və hüquq 

mədəniyyəti 

 

   Bəzən şəxslər hüquq normalarında ifadə olunan hüquqi göstərişlərə uyğun gəlməyən 

hərəkətlər edirlər. Həmin hərəkətlərlə onlar hüquq normalarının müəyyən etdiyi tələbləri 

pozurlar. Belə halda isə hüquqazidd davranış gözqabağındadır. 

   Şəxslərin hüquq normalarının göstərişlərinə zidd olan və bu göstərişləri pozan 

hərəkətinə(hərəkət etməməsinə, hərəkətsizliyinə) hüquqa zidd davranış deyilir. 

   Hüquqa zidd davranış hüquqauyğun davranışın antipodudur. O, şəxslərin hüquq və 

azadlıqlarını, qanuni mənafelərini pozur, cəmiyyətə maddi və mənəvi ziyan vurur. Hüquqazidd 

davranış cəmiyyətin, dövlətin və ayrı-ayrı şəxslərin mənafelərinə cavab vermir və onlara zərər 

vurur. Bu cür davranış cəmiyyət üçün ziyanlı nəticələrə səbəb olur. Hüquqi davranış öz ictimai 

nəticələrinə görə hüquqa ziddir. 

   Hüquqa zidd davranışın müəyyən növü hüquq pozuntusu adlanır. Hüquq pozuntusubütün 

hallarda hüquqa zidd davranışdır. Amma hüquqa zidd davranışı bütün hallarda hüquq 

pozuntusu hesab etmək olmaz. Məsələn, anlaqsız vəziyyətdə olan şəxs (ruhi xəstəliyə görə) adam 

öldürür. Onun bu hərəkəti hüquqazidd davranış olsa da, hüquq pozuntusu sayılmır. Həmin şəxs 

məsuliyyətə cəlb olunmayacaqdır. Digər misalda kənd təsərrüfatı məhsulları becərən sahibkar 

müqavilə üzrə şəhərdə yerləşən satış müəssisəsinə sentyabr ayında kənd təsərrüfatı məhsulları 

göndərmıyi öhdəsinə götürür. Lakin quraqlıq olduğuna görə sahibkar ondan asılı olmayan 

səbəblərə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu, hüquqazidd davranışdır, lakin 

hüquq pozuntusu sayılmır. Odur ki, sahibkar müqavilə öhdəliyini icra etməməyə görə 


Firudinli Fidan  *   TOQ 1001 

 

~ 3 ~ 



 

məsuliyyətə cəlb olunmayacaqdır. Çünki müqavilə öhdəliyi onun təqsiri üzündən yox, başaqa 

səbəbə görə icra olunmur. 

   Hüquqazidd davranışın hüquq pozuntusu hesab edilməsi üçün hüquq pozuntusunun 

əlamətlərinə uyğun gəlməsi tələb olunur. Əgər hüquqazidd davranış bu əlamətlərə uyğun 

gələrsə, bu hüquq pozuntusu sayılır. 

   Hüquq elmi və nəzəriyyəsi hüquq pozuntusunun bir neçə əlamətini müəyyən edir. Məhz bu 

əlamətlər hüquq pozuntusunu xarakterizə etməyə kömək olur.  

   Birinci əlamət ondan ibaratdir ki, hüquq pozuntusu ictimai təhlükəli davranışdır. İctimai 

təhlükəli davranış onu ifadə edir ki, şəxsin hərəkəti və yaxud da hərəkətsizliyi cəmiyyətə, dövlətə 

ayrı-ayrı şəxslərə ziyan vurur. Hüquq pozuntusu cəmiyyət üçün ziyanlı olub, ictimai həyatın 

müxtəlif sahələrinə qəsd edir, vətəndaşların siyasi, iqtisadi, sosial-mədəni və şəxsi hüquqlarına 

zərər yetirir, onların mənafelərinə xələl gətirir. Əgər hərəkət(hərəkətsizlik) cəmiyyət üçün 

təhlükəli olmazsa, hüquq pozuntusu hesab edilmir. Məsələn, adam öldürmək, vətəndaşın 

əmlakını oğurlamaq, zorlamaq və digər hərəkətlər cəmiyyətə zərər vurur və ictimai cəhətdən 

təhlükəlidir. Deməli, bu cür hərəkətlər hüquq pozuntusudur. Ayrı-ayrı vətəndaşların əmlakını 

zədələyən, korlayan, xarab edən və s. hərəkətlər də ictimai cəhətdən təhlükəlidir. Buna görə belə 

hərəkətlər də hüquq pozuntusu sayılır. Məsələn, şəxs öz qonşusunu minik avtomobilini icazəsiz 

sürərkən onu dağdan aşırır. Avtomobil istifadə üçün tam yarasız hala düşür. 

   İkinci əlamət ondan ibarətdir ki, hüquq pozuntusu şəxslərin təqsirli davranışı olmalıdır. Yalnız 

təqsirli davranış hüquq pozuntusu kimi bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, 

onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə desək, hüquqazidd 

hərəkətin edilməsində şəxsin yalnəz təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. 

Məsələn, çürüməyə başlayan meyvə-tərəvəz məhsullarını yükgöndərən yeşiklərə qoyub, başqa 

şəhərə daşımaq üçün daşıyıcıya verir. Yolda həmin məhsullar xarab olur və korlanır. Belə halda 

daşıyıcını hüquq pozuntusu törətməsindən söhbət gedə bilməz, çünki o, təqsirli hərəkətə yol 

verməmişdir, yəni məhsullar onun təqsiri üzündən xarab olmamışdır. 

   Üçüncü əlamət ondan ibarətdir ki, hüquq  pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Belə 

halda hüquq pozuntusu cərimə, zərərin əvəzini ödəmə, töhmət, işdən çıxarma və s. tətbiq edilir. 

Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış hüquq pozuntusu hesab edilmir. 

   Dördüncü əlamət, hüquq pozuntusu anlaqlı vəziyyətdə olan, müəyyən yaş həddinə çatmış 

şəxsin hüquqazidd davranışı olmalıdır. Anlaqsız vəziyyətdə olan şəxsin hüquqazidd davranışa 

yol verməsi hüquq pozuntusu sayılmır. Məsələn, ruhi xəstə vətəndaşın əmlakını oğurlayır. Bu, 

hüquq pozuntusu sayılmır. 

   Tələb olunan yaş həddinə çatmayan şəxsin də hüquqa zidd davranışı hüquq pozuntusu hesab 

edilmir. Məsələn, on iki yaşlı azyaşlı vətəndaşa xəsarət yetirir. Belə halda hüquq pozuntusu 

yaranmır.  

   Hüquq pozuntusu dedikdə, anlaqlı vəziyyətdə olan və müəyyən yaş həddinə çatan şəxsin 

(subyektin) təqsirli, hüquqazidd elə bir davranışı başa düşülür ki, bu davranış cəmiyyətə, dövlətə 

ayrı-ayrı şəxslərə zərər vurur və hüquqi məsuliyyətə səbəb olur. 

 

Yüklə 293,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə