1. Elmdə ixlas nədir?



Yüklə 104,25 Kb.
tarix26.09.2017
ölçüsü104,25 Kb.
#2160
növüDərs

1-ci dərs:

1. Elmdə ixlas nədir?

Elmdə ixlas insanın öz üzərindən cahilliyi qaldırmasını istəməsidir. İmam Əhməd (rahiməhullahdan) "İxlas nədir?" deyə soruşulduqda, Şeyx (rahiməhullah) buyurur: "Elmdə ixlas - sənin öz üzərindən cahilliyi qaldırmağı istəməyindir."

2. Bu kitabın müəllifi kimdir?

"3 əsas" kitabının müəllifi: Şeyx Muhəmməd ibn AbdilVahhəb ibn Suleymən ibn Ali ət-Təmimi`dir.

3. Nə üçün tövhidi öyrənirik?

Səbəblərdən əsasları:

1. Allahın qulları üzərindəki haqqıdır və bu ən əzəmətli vacibatlardandır.

2. Cənnətə yalnız tövhid əhli girəcəkdir.

3. Allahu Tə`ələ əməlləri yalnız tövhid əhlindən qəbul edir.

4. Tövhid – rahatlığın, hidayətin və əmin-amanlığın başlıca səbəbidir.

5. Peyğəmbərin (salləlahu aleyhi va səlləm) şəfaətinə nail olmaq üçün səbəbdir.

6. Bizim tövhidə olan ehtiyacımız yeməyə və içməyə olan ehtiyacımızdan daha çoxdur.

7. İmanın şirinliyini dadmaq üçün başlıca səbəbdir.

8. Savabların çoxalması və günahların bağışlanmasının səbəbidir.

4. Nə üçün məhz "3 əsas" kitabından başladıq?

Çünki:

Əvvəla: Məhz “3 əsas” kitabından başlamaq alimlərin nəsihətidir. Elm tələb etməkdə yeni mənhəc (metod, yol) ortaya çıxartmaq da bizlərə yaraşmaz.

İkincisi: Elm tələbəsi mütləq olaraq elm tələb etməkdə alimlərin bizlər üçün cızdığı metoda qayıtmalıdır. Və alimlər də bizləri ilk öncə tövhid elmini öyrənməyə irşad etmişlər. Və tövhid elmində də ilk öyrənəcəyimiz kitab kimi “3 əsas” kitabını bizlərə tövsiyyə etmişlər.

Üçüncüsü: Uca Allah bu kitaba qabul yazmışdır. Yəni ona bərəkət vermiş, onu ümmət üçün faydalı etmişdir. Beləki alimlərin əksəriyyəti bu kitaba şərhlər yazmış və bu kitabdan faydalar ixrac etmişdir. Sössüz ki, buda kitabın nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir.

Dördüncüsü: İmam Muhəmməd ibn ƏbdilVahhəb bu kitabda zikr etdiyi hər bir məsələni öz dəlili ilə zikr etmişdir ki, bu da, çox mühümdür.

Beşincisi: Bu mətn çox aydın, asan, müxtəsər yazılmışdır və bu kitabda aydın olmayan bir məqam yoxdur.

Altıncısı: Bu kitabda zikr olunmuş “3 əsas” qəbr suallarıdır.

5. "3 əsas" müxtəsər olaraq nədir?

Qəbirdə verilən suallar.

6. "3 əsas" kitabını öyrənməkdə faydalar hansılardı?

Faydası odur ki: Əgər biz bu 3 əsası öyrənsək, daha sonra əməl etsək, daha sonra ona dəvət etsək və səbr etsək, ümid edirik ki Allahın rəhmət ilə qəbir suallarına cavab verə biləcəyik.

Uca Allah buyurur: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.” (İbrahim 27)

Şeyx Sə`di (rahiməhullah) buyurur: “Bu ayədə Uca Allah iman gətirənləri .... həmçinin qəbir sualları zamanı o suallara düz cavab verməyə onları hidayət (müvəffəq) edər.” (Təfsir Şeyx Sə`di, səh. 484)

7. "Səbr etsək" deyildikdə, nəyə səbr etmək qəsd olunur? Elmə? Əmələ? Dəvətə? Yoxsa?

Səbr etmək dedikdə, həm

1. Elm öyrənməyə

2. Ona əməl etməyə

3. Dəvət etməyə səbr etmək qəsd olunur.

8. Şeyxin zikr etdiyi 4 məsələ hansılardı?

Şeyxin zikr etdiyi 4 məsələ:

1. Elm

2. Əməl



3. Dəvət

4. Səbr


9. Kitabı mündəricata bölün

1. 4 məsələ

2. 3 məsələ: Tələbə mütləq olaraq 3 məsələni 3 əsasdan fərqləndirməlidir.

3. Tövhidin əhəmiyyəti: Bu, Şeyx Muhəmməd ibn AbdilVahhəb`in adətidir. O, öz kitabıarında tövhidi öyrənməyin əhəmiyyətini zikr edir. Bunun əsas səbəbi isə, onun zamanında Əhli Sünnə vəl Cəmaatin dəvətinə və tövhidin təliminə qarşı çıxan insanların çox olması idi.

4. 3 əsas

5. Son


10. Şeyx Muhəmməd ibn AbdulVahhab`ın kitabları nə ilə fərqlənirlər?

1. Asanlığı, aydınlığı və Quran və Sünnədən dəlillərlə əhatəli olması ilə

2. Məsələləri ədədləri (3 məsələ, 4 məsələ və s) ilə zikr edir ki, tələbəyə daha aydın olsun. Bu da Peyğəmbərin (salləllahu aleyhi va səlləm) adətindəndir.

3. Tələbəyə dua etməsi və Bəsmələ ilə başlaması ilə.

4. Məsələləri birinci cəm edir sonra isə açıqlayaraq aydınlaşdırır.

5. Zamanımızın müşriklərinə rəddlər verir.

11. Nə üçün müəllif kitabını bəsmələ ilə başladı?

Bəsmələ ilə başlmanın səbəblərndən:

1. Qurana əsaslanaraq

2. Rəsullar və Peyğəmbərlərin sünnəsinə əsaslanaraq

3. Sələf alimləri də həmçinin kitablarını bəsmələ ilə başlamışlar.

4. Allahdan bərəkət umaraq bəsmələ ilə başlamışdır.

12. Kitabda neçə yerdə Şeyx tələbə üçün dua edir?

3 yerdə:

1. 4 məsələni zikr edərkən

2. 3 məsələni zikr edərkən

3. Tövhidin əhəmiyyətini zikr edərkən

13. Dəvətin şərtləri hansılardı?

Dəvətin şərtləri:

1. İxlas


2. Şəri elm

3. Dəvət olunanın halını bilmək

4. Hikmət

5. Səbr


14. Dəvətin dayaqları hansılardı?

Dəvətin dayaqları:

1. Dəvət edən

2. Dəvət olunan

3. Vasitə

15. Vasitədə şərt nədir?

Vasitənin isə bir şəti var: Vasitə halal olmalıdır. Çünki, qayə (məqsəd) vasitəni halallaşdırmır. Bu səbəbdən də, insan kimisə oddan çıxartmaq üçün özünü oda atmamalıdır. İlk öncə özü haqqa əməl edib daha sonra halal vasitə ilə digərini dəvət etməlidir.

Çünki Uca Allah buyrur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (ət-Təhrim 6)

Buna dair quyuda batan birisini misal gətirmək olar. Ona kömək etmək üçün siz nə edərsiniz? Quyuya düşüb onu çıxardarsınız yoxsa nəsə sallayıb ona kömək edərsiniz? Quyuya düşsəniz özünüz də həlak olacaqsınız. Demək! Əlbəttə ki, nəsə sallayıb ona kömək göstərəcksiniz.

Dəvət zamanı vasitənin misalı da, buna bənzəyir...

16. Səbrin növləri hanılardı?

Səbrin üç növü var:

1. İtaətdə səbr

2. Haramlara qarşı səbr

3. Müsibətə səbr

Bunlardan ən üstünü, itaətdə olan səbr hesab olunur. Şeyx Useymin (rahiməhullah) buyurur: "İki şeyə ehtiyac duyulduğundan itaətdə olan səbr ən üstün səbrdir: 1. Nəfsin yönləndirilməsinə, 2. Daha sonra həmin o ibadət üzərində saxlanılmasına."

17. İmtahan zamanı insanlar hallarına görə neçə qismə bölünürlər?

İmtahan zamanı isə insanlar hallarına görə 4 qismə bölünürlər:

1) Qəzəblənən

2) Səbr edən

3) Razı qalan

4) Şükr edən

İmtahan zamanı şükr etmək ən üstün dərəcədir.

18. İmam Şafi`inin (rahiməhullah) sözlərindən çıxarılan fayda nədir?

İməm əş-Şəfi`inin isə sözlərinin mənası odur ki, yəni əmrlərin yerinə yetirilməsi və qadağalardan çəkinilməsi üçün Əsr surəsi hüccət kimi kifayətdir.

19. Elm nədir?

Elm – haqqı onun dəlili ilə bilməkdirdir.

2-ci dərs:

(F) Tövhid nədir? Və neçə qismə bölünür?

Lüğəvi mənada tövhid – hər hansı bir şeyi təkləşdirmək mənasını daşıyır.

Şər`i (İstilahi) mənası isə - Allahı Rububiyyətində, Uluhiyyətində və İsim və Sifətlərində təkləşdirməkdir.

Tövhidin 3 növü var:

1. Rububiyyə - İnsanın Allahı Ona xas olan işlərdə, öz fellərində təkləşdirməsidir. Yəni Yaradan, Ruzi verən, Öldürən və Dirildən və s. kimi yalnız Allahın olmasını etiqad etməsidir.

2. Uluhiyyə tövhidi - İnsanın öz fellərində, ibadətlərində Allahı təkləşdirməsidir.

3. Ad və Sifətlər tövhidi - Quranda və Sünnədə gələn ad və sifətləri isbat olunanları isbat etməklə və inkar olunanları inkar etməklə, yozmadan, inkar etmədən, bənzətmədən və keyfiyyət vermədən qəbul etməkdir.

(F) Rəsulların göndərilməsində məqsəd nədir?

Rəsulların göndərilməsində qayə, məqsəd:

1. Onlar insanlar üzərindən hüccətin qaldırılması və

2. Aləmlərə rəhmət olaraq göndərilmişlər.

(F) Cinn surəsinin 18`ci ayəsində keçən “Məscidlər” kəliməsinin mənası nədir?

"Məscidlər" dedikdə qəsd olunan:

1) Allahı zikr etmək üçün ucalan tikililər (məscid və s.) – yəni məscidlərdə Allahdan başqasını çağırmayın.

2) Bütün yer üzü – yəni heç bir yerdə Allahdan başqasını çağırmayın.

3) Səcdə etdiyimiz əzalar - bu əzalarla Allahdan başqasını çağırmayın.

(F) Şirkdən və onun əhlindən necə uzaq olmaq olur?

1. Qəlblə - nifrət etməklə, rəğbət bəsləməməklə. Onların bayramlarına, şirklərinə, bidətlərinə və s nirət etməklə.

2. Dil ilə - deməklə ki, “Mən sizin ibadət etdiklərinizdən uzağam” (İbrahim 26), “Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.” (Kəfirun 2-3)

3. Əzalar ilə - onların bayramlarına getməməklə, onlara oxşmamaqla, onlara pərəstiş etməməklə və s. Hətta İmam Əhməd (rahiməhullah) buyurmuşdur ki: “Mən bir kafir gördükdə, Allahın düşmənini görmək qorxusundan gözlərimi yumuram.”

(F) Şeyx 1-ci məsələyə (Peyəmbər (salləllahu aleyhi va səlləm)`ə itaət edənin Cənnətə, asi olanın isə Cəhənnəmə daxil olacağına) dəlil olaraq hansı ayəni zikr edir?

"Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq." (əl-Muzzəmmil 15-16)

HƏMÇİNİN DƏLİL OLARAQ BU AYƏLƏRİ DƏ ZİKR ETMƏK OLAR:

"...Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur." (ən-Nisə 13)

"Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır." (ən-Nur 52)

(F) Firona hansı elçi göndərilmişdi?

Musa (aleyhissələm)

(F) Qəbr əzabına dəlil olan ayə hansıdır?

Bu ayədə qəbir əzabının mövcudluğuna dair dəlil vardır: "Allah (Musanı) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar..." (əl-Ğafir 45-46)

(F) Şeyx 2-ci məsələyə dəlil olaraq hansı ayəni zikr edir?

Şeyx (rahiməhullah) kitabında 2`ci məsələyə dəlil olaraq bu ayəni dəlil gətirir: "Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cinn 18)

(F) 3`cü məsələyə dəlil olaraq zikr olunan ayə hansıdır?

3`cü məsələyə dəlil olaraq zikr olunan ayə: "Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır." (əl-Mucədələ 22)

(F) İbn Teymiyyə (rahiməhullah) buyurur: “İnsanlar sevilmək və nifrət edilmək barəsində .. qismə bölünürlər….” Şeyxin bu sözünü tamamlayın

İbn Teymiyyə (rahiməhullah) buyurur: "İnsanlar nifrət və sevgi baxımından 3 yerə bölünürlər:

1. Mömin - bütövlüklə sevilir,

2. Kafir - bütövlüklə nifrət edilir,

3. Fasiq (günahkar) müsəlman - imanına görə sevilir, asiliyinə görə nifrət edilir."

3-cü DƏRS:

(F) Kitabın mündəricatına nəzər saldıqda, bu gün keçəcəyimiz hissə hansı hissədir? Bu hissədə nədən bəhs olunur?

Mündəricata nəzər saldıqda məlum olur ki, bu hissədə Tövhidin əhəmiyyəti haqqında bəhs olunur. Beləliklə, kitabın bu hissəsində Tövhidin əhəmiyyəti, mühümlüyü və fəziləti haqqında bəhs edilir.

(F) Tövhidin fəzilətindən bəzilərini zikr edin

Tövhidin fəzilətlərindən bəziləri:

1. Allahın qulları üzərindəki haqqıdır və bu ən əzəmətli vacibatlardandır.

2. Cənnətə yalnız tövhid əhli girəcəkdir.

3. Allahu Tə`ələ əməlləri yalnız tövhid əhlindən qəbul edir.

4. Tövhid – rahatlığın, hidayətin və əmin-amanlığın başlıca səbəbidir.

5. Peyğəmbərin (salləlahu aleyhi va səlləm) şəfaətinə nail olmaq üçün səbəbdir.

6. Bizim tövhidə olan ehtiyacımız yeməyə və içməyə olan ehtiyacımızdan daha çoxdur.

7. İmanın şirinliyini dadmaq üçün başlıca səbəbdir.

8. Savabların çoxalması və günahların bağışlanmasının səbəbidir.

(F) Tövhidin 4 fəzilətini özündə cəm edən ayə hansıdır? Və orada zikr olunan həmin o 4 fəzilət hansılardı?

Tövhidin 4 fəzilətini özündə cəm edən ayədə Uca Allah buyurur: "İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Hidayət üzərində olanlar da məhz onlardır." (əl-Ən`əm 82)

Bu ayədə keçən fəzilətlər:

1) Dünyada əmin-amanlıq

2) Axirətdə əmin-amanlıq

3) Dünyada hidayət

4) Axirətdə hidayət

(F) Dünyadaki “hidayət” nədir?

Dünyadaki hidayət "Haqqı haqq olaraq görüb ona müvəffəq olmaq və Batili batil kimi görüb ondan çəkinmək" deməkdir. Beləliklə, kim şəhadəti doğruldarsa, Allah onu hidayət edər. Yəni ona haqqı haqq kimi göstərib ona müvəffəq edər, və batili batil kimi göstərib ondan çəkindirər.

QEYD: Təkcə haqqı haqq kimi görmək və batili batil kimi görmək kifayət etmir. Haqqa müvəffəq olub batildən çəkinmək əsl məqsəddir.

(F) İnsanın öldükdən sonra da hidayətə ehtiyacı olacaqdırmı? Olacaqsa, nəyə görə?

Bəli, ehtiyacı olacaqdır.

Buna dəlil olaraq Muhəmməd surəsində keçən ayələri qeyd etmək olar:

"...Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Allah) onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir." (Muhəmməd 4-6)

Diqqət edin, ayətlərdə ilk öncə "ölüm", sonra "hidayət" daha sonra isə "Cənnət" zikr olundu.

Həmçinin Sırat Körpüsünün əvvəli zülmət qaranlıq olacaqdır və insanların onu tapmaları üçün hidayətə ehtiyacları olacaqdır. Daha sonra həmçinin Sırat üzərində irəlləmək üçün də, insanın hidayətə ehtiyacı olacaqdır ki, bu da onun dünyadakı tövhidinə görə olacaqdır. Və insanlardan elələri olacaqdır ki, Allah qorusun, hidayətin olmamasından Sıratı tapmaq əvəzinə Cəhənnəmə düşəcəklər.

(F) Zülmün neçə növü var? Hansılardır?

Zülmün 3 növü var:

1) İnsanın özünə etdiyi zulm;

2) İnsanın digərlərinə etdiyi zülm;

3) İnsanın Allaha qarşı etdiyi zülm (yəni şirk) - bu da ən böyük zülmdür.

Zülmün tərifi isə, bir şeyi öz yerinə qoymamaq deməkdir.

(F) Hənif sözünün lüğəti və istilahi mənası nədir?

Lüğəti: Hənəf sözündən yaranmışdır ki, bu da meyl etmək mənasını daşıyır.

Şər`i mənası: Şirkdən Tövhidə meyl etmək deməkdir. və "Hənif olan millət" dedikdə – Şirkdən tövhidə meyl edən bir millət qəsd olunur.

(F) əz-Zəriyət surəsində keçən “Mənə ibadət edin” kəliməsində qəsd olunan nədir? Və ümümən Quranda ibadət kəliməsi nə mənada gəlmişdir? Kim demişdir?

Bu ayədə keçən "...mənə ibadət etmək üçün..." sözü "məni təkləşdirmələri üçün" mənasındadır.

Ümumən Quranda "ibadət" kəliməsi "təkləşdirmək" mənasında gəlir ki, bu barədə də İbn Abbas (radıyəllahu ənhu) buyurur:

- Quranda "Allaha ibadət edin" kəliməsi, "Allah təkləşdirin" mənasındadır.



4`cü DƏRS:

(F) Bu günki mövzu kitabın hansı hissəsidir? (Mündəricat baxımından)

Bu hissədə artıq müəllif (rahiməhullah) kitabın əsas mövzusuna başlayır ki, bu da 3 əsasdır

(F) 3 əsas müxtəsər olaraq nədir?

Qəbir sualları

(F) Nə üçün şeyx kitabında sualı verib sonra isə ona cavab verir? Məsələn: “Əgər səndən soruşsalar ki, Rəbbin kimdir? De ki: “Rəbbim - Rəbbimiz olan Allahdır. ”

Bunun səbəbləri:

1. Tələbəni məsələyə cəlb etmək üçün

2. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə tabe olaraq

3. Tələbənin fikrinin yayınmaması və diqqətinin yönəlməsi üçün

(F) “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın.” (Bəqara 21-22)

Bu 2 ayə özündə nələri cəm edir?

Quranda tərtib sırasına görə:

1. İlk əmr: Rəbbinizə ibadət edin.

2. İlk qadağa: (heç kəsi) Allaha tay tutmayın.

3. Bütün insanlara olan ilk nida (xitab): Ey insanlar!

(F) Uca Allah Bəqara surəsinin əvvəlində insanları 3 sinifə ayırır, bunlar hansılardır?

Bu siniflər:

Mömin: Bəqara 2-5

Kafir: Bəqara 6

Münafiq: Bəqara 8

(F) الحمد لله رب العالمين – Həmd olsun aləmlərin Rəbbi olan Allaha – bu ayədə Tövhidin hansı növləri cəm olunub?

Tövhidin hər 3 növünü:

الحمد – Uluhiyyə tövhidi

لله – İsim və sifətlər tövhidi

رب العالمين – Rububiyyə tövhidi

(F) Həmdlə mədh arasındakı fərq hansıdır?

Həmd - tərif olunanı sevərək və ona təzim edərək, kamil sifətləri ilə vəsf etməkdir.

Mədh isə - bunu sevgi olmadan etməkdir. Məsələn, müəyyən mənfəət əldə etmək üçün, sevmədə tərif edən məddahlar kimi.

(F) Nə üçün müəllif kövni ayətlərlə məxluqatı biri birindən ayırdı?

Çünki dəyişən ayətlərdə (məsələn: gecə ilə gündüzün növbələşməsi və s.) dəlil daha güclüdür nəinki dəyişməyən ayətlərdə. Lakin buna baxmayaraq məxluqlar da həmçinin xaliqinin mövcudluğuna bir dəlildir.

(F) Allahın mövcudluğuna dəlillər hansılardır?

Allahın mövcudluğuna dəlillər 4`dür:

1. Ağıl

2. Hissiyyat (Məsələn, Qəm-qüssə içərisində birinin dua etdiyi zaman duasına cavab alması, artıq dua edəndə bu hissi yaradır)

3. Şəri dəlillər

4. Fitrət

(F) Dua neçə qismə bölünür?

2 qismə bölünür:

1. İstək duası

2. İbadət duası

(F) İstək duası neçə yerə bölünür?

İstək duası 2 qismə ayrılır:

1. Məxluqun qadir olduğunu məxluqdan istəmək;

2. Məxluqun qadir olmadığını məxluqdan istəmək (bu, böyük şirkdir).

(F) Məxluqun qadir olduğunu məxluqdan istəmək üçün mövcud olan şərtlər hansılardır?

Məxluqun qadir olduğunu məxluqdan istəməyin 4 şərti var:

1. Diri olmalıdır (ölü olmamalıdır);

2. Qadir olmalıdır (aciz olmamalıdır);

3. Hadır olmalıdır (qeybdə olmamalıdır);

4. Onun səbəb olduğuna etiqad olunmalıdır.

(F) İnsanlar səbəblərə etiqad baxımından neçə qismə bölünürlər?

İnsanlar səbəblərə etiqad baxımından 3 yerə bölünür:

1. Doğru olan – səbəbin səbəb olduğunu etiqad etmək (bir şeyin səbəb olmasını isə tibb və şəriət isbat edir). Məsələn: ruqyə, dərman və s.

2. Kiçik şirk – səbəb olmayan bir şeyin səbəb olduğuna etiqad etmək (göz muncuğu, üzərlik, nal, dağdağan ağacı və s. kimi ünsürlərin bəlanı qaldırmasına və s. inanmaq);

3. Böyük şirk – bir şeyin öz-özlüyündə təsir etdiyinə, yəni fayda verib zərəri dəf etməsini etiqad etmək.

(F) Səbəblər neçə cür olur?

Səbəblər 2 cür olur:

1. Şəri - məsələn: ruqyə

2. Hissi - məsələn: dərman

(F) Xauf `un neçə növü var?

Xauf (qorxu) 3 yerə bölünür:

1. Təbii qorxu – Məsələn, insanın heyvandan, oddan qorxması kimi. Lakin burada da hədd aşılmamalıdır.

2. Haram – Əgər qorxu vacibləri tərk etməyə səbəb olub, harama düşməyə vadar edib, Allahın rəhmətindən ümidini üzməyə səbəb olursa, bu qorxu haramdır.

3. Gizli – insanın təzimlə ibadət olunanın qarşısında zəlil olması. Bu qorxu, Allahdan qeyrisinə olarsa şirkə çevrilər. Misal üçün insan, evdə olduğu halda bütdən, övliyadan, seyiddən qorxur.

(F) Racə (ümid) neçə cür olur? Və doğru olanı hansıdır?

Racəə (ümid etmək) 2 yerə bölünür:

1) Bəyənilən - əməllə olunan ümid. İnsanın əməli edərək, Allahdan savabını, əməlin qəbul olunmasını, tövbə edib, tövbəsinin qəbul olunmasını umması;

2) Bəyənilməyən – heç bir əməl etmədən, “Allah Kərimdir”, günahda davam edərək, tövbə etməyərək “Allah bağışlayandır” demək. Bu ümid yox, təmənni, arzu, qürur, xülyadır.

Doğru racə, əməllə yanaşı olandır. Uca Allah buyurur: "Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır." (əl-Hicr 49-50).

(F) Təvəkkülün tərifi?

Təvəkkül - İnsanın doğru şəkildə Allaha etimad edib 1) güvənməsi, işin həyata keçəcəyinə inanması və 2) səbəblərdən yapışmasıdır.



5`ci DƏRS

İbadətin qəbul olması üçün olan 2 şərt hansılardır? Və buna dəlil hansı ayədir?

1. İxlas 2. Şəriətə tabeçilik

“…Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (Kəhf 110)

İnsanda qorxu daha çox olmalıdır yoxsa ümid?

Onların hər ikisi eyni dərəcədə olmalıdır. Biri digərini üstələsə sahibini həlaka sürükləyəcəkdir. Onların hər ikisi insanda quşun qanadı kimi bir olmalıdır.

Keçən dərsimizdə məxluqdan istəməyin caiz olması üçün zikr olunan o 4 şərt hansılar idi?

1. Diri olmalıdır (ölü olmamalıdır);

2. Qadir olmalıdır (aciz olmamalıdır);

3. Hadır olmalıdır (qeybdə olmamalıdır);

4. Onun səbəb olduğuna etiqad olunmalıdır.

Rağbə nədir?

Rağbə - insanın sevdiyi şeyə çatmasını tələb etməsidir.

Rahbə nədir?

Rahbə isə - insanın qorxduğundan qaçmağını tələb edir. Bu qorxu əməlnən yanaşı olan qorxudur.

Xuşü nədir?

Xuşü – Allahın əzəməti önündə zəlil olmaqdır.

Xaşyə nədir?

Xaşyə – isə elm üzərində olan qorxudur. İnsan qorxduğunun əzəmətini bilirsə və elm üzərindədirsə - bu xaşyədir.

Xaşyə ilə Xoufun fərqi nədir?

Xaşyə ilə Xoufun fərqi ondandır ki,

XAŞYƏ - sırf elm üzərində olan qorxudur.

Həmçinin hər kəs Allahdan (xoufla) qorxa bilər, lakin yalnız alimlər Allahdan xaşyə ilə qorxarlar. Necəki Uca Allah buyurur: “Allahdan yalnız alimlər (xaşyə) ilə qorxarlar” (Bu ayədə xauf yox, məhz xaşyə gəlmişdir).

İnəbə nədir?

İnəbə - qəlbin Allaha tərəf yönəlməsi, qayıtması, tövbə etməsi deməkdir. İnəbənin əsli sevgidir. Çünki sevilməyən birisinə qarşı dönülməz.

İbnul Qayyim (rahiməhullah) buyurur: "Qəlbin Allaha tərəf yönəlməsi, bir insanın məsciddə etikaf edərkən məscidə tərəf dönüb ondan ayrılmaması kimidir."

Həmçinin inəbə - tövbə mənasını verir, lakin deyə bilərik ki, inəbə tövbədən də ucadır. Çünki tövbə günahı tərk etmək, ona qayıtmamağa əzm etmək və o günaha görə peşman etməkdir. Lakin bundan sonra insanın itaətlərə yönəlməsi artıq inəbə sayılır.

Misal üçün kimsə oğurluqdan tövbə edirsə - o tövbə etmiş sayılır. Lakin tövbəsindən sonra itaətə yönələn şəxs - inəbə etmiş sayılır.

İsti`ənə nədir?

İsti`ənə özündə Allaha güvənərək etimad etməyi və eyni zamanda da zəlilliyin kamilliyini özündə əhatə edir. Yəni insan Allah qarşısında zəlil olaraq Allaha güvənərək etimad etməsi - isti`ənədir.

Allahdan yardım istəmək özündə neçə şeyi əhatə edir?

İbnul Qayyim demişdir: "Allahdan yardım istəmək, 3 şeyi özündə əhatə edir:

- Kamil şəkildə zəlilliyi

- Allaha güvəni

- Və Ona etimadı."

İsti`əzə nədir?

əl-İsti`əzə - Allaha sığınmaq deməkdir. Burada da həmçinin istək mənası vardır. Və "əl-İsti`əzə" insanın qorxduğu bir şeydən qaçaraq sığınmasıdır. İnsan Allaha sığındıqda, etiqad etməlidir ki, Allah ona kifayət edər.

İstiğasə nədir? Və özündə nəyi əhatə edir?

əl-İstiğasə də həmçinin kömək tələb etməkdir. Lakin fərqi odur ki, bu insanın çətinliyə düşərkən etdiyi duadır. Və isti`əzədən fərqli olaraq, istiğasə insanın ona üz verən çətinliyin aradan qalxmasını istəməsidir.

Və bu da özündə 2 şeyi əhatə edir: 1) Allaha möhtac olduğuna və 2) Allahın ona kifayət olmasına etiqad etməsi.

Nəzr neçə növdür?

Nəzrin 2 növü var:

1. Allah üçün

2. Allahdan qeyrisi üçün

Zəbh nədir?

Zəbh – ruhu çıxarmaqla xüsusi formada qanın axıdılmasına zəbh (yəni qurban) deyilir (yəni ət qurban deyil). Bir insan ət alarsa o qurban sayılmır. Çünki qurban Allahu təalanı təzim etmək üçün qanın axıdılmasına deyilir. İbadət baxımından onu Allahdan qeyrisinə yönəltmək böyük şirk olur.

Zəbhin neçə növü var? (Qısa olaraq növlərini və hər növün tərifini qeyd edin)

Zəbh`i bəzi alimlər 3 qismə daha geniş formada isə 8 qismə bölənlər var:

1. Böyük şirk olan – Yəni Allahdan qeyrisinə cinlərə, bütlərə, məxluqa ibadət baxımından heyvanın kəsilməsi böyük şirkdir.

2. Kiçik şirk olan – Zahiri sədəqədi ama ora riya qarışır. Əgər riya qarışarsa, kiçik şirk olar.

3. Bidət olan – Bidət məclisləri (mövlud və s.) üçün kəsilməsi.

4. Haram olan - Haram məclislər üçün kəsilən.

5. Məkruh olan – Bəyənilmir, bəyənilməyən forması isə kasıb insanın qonaq gəldiyi zaman borca düşərək heyvan alıb kəsməsidir. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) qonaq üçün təkəllüfü (özünü çətinə salaraq nəsə hazırlamağı) qadağan etmişdir. Bəli, şəriətimizdə ev yiyəsinin əlində olanın ən gözəlini hazırlamaqla qonağa hörmət varid olmuşdur. Lakin insan deyilki özünü borca salaraq çətinə salması islə mükəlləf deyildir.

6. Vacib – Həcc zamanı. Beləki, Təməttu və Qiran həcci edənlərə qurban kəsmələri vacibdir.

7. Müstəhəb – İnsanın sədəqə üçün kəsdiyi müstəhəbdir.

8. Mübah - Özünün yeməsi üçün kəsdiyi.



6`ci DƏRS

1. Bütün ibadətləri Allaha yönəltməyə dəlil?

Cinn 18: Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!

2. Duaya dəlil?

Ğafir 60: Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.

3. Xaufa dəlil?

Əli İmran 175: Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!

4. Racəyə (Ümidə) dəlil?

Kəhf 110: Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!

5. Təvəkkülə dəlil?

Maidə 23: Möminsinizsə Allaha təvəkkül edin

Taləq 3: Kim Allaha təvəkkül edərsə Allah ona kifayət edər

6. Rağbə, Rahbə və Xuşüya dəlil?

Ənbiyə 90: Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.

7. Xaşyəyə dəlil?

Bəqara 150: Onlardan qorxmayın, Məndən qorxun.

8. İnəbəyə dəlil?

Zumər 54: Rəbbinizə üz tutun və Ona itaət edin

9. İsti`ənəyə dəlil?

Fatihə 5: Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Hədisdə isə: Kömək dilədikdə Allahdan dilə!

10. İsti`əzəyə dəlil?

Fələq 1: De: Sığınıram sübhün Rəbbinə!

Nəs 1: De: Sığınıram insanların Rəbbinə!

11. İstiğasəyə dəlil?

Ənfal 9: O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi.

12. Zəbhə dəlil?

Ənam 162-163: De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur.

Hədisdə isə: Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin

13. Nəzrə dəlil?

İnsan 7: Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar.

7`ci DƏRS

1. 3 əsasdan olan 2`ci əsas hansıdır?

İslam dinini dəlilləri ilə tanımaq

2. Dinin mərtəbələri hansılardır?

1. İslam

2. İman


3. İhsən

3. İslam nədir?

İslam - Allaha tövhidlə təslim olmaq, itaətlə Ona boyun əymək, və şirkdən və şirk əhlindən uzaq olmaq deməkdir.

4. İslamın dayaqları hansılardır?

İslamın dayaqları 5`dir.

1) Lə İləhə İlləllah Muhəmmədun Rasulüllah şəhadəti.

2) Namaz

3) Zəkat


4) Ramazan orucu tutmaq

5) Allahın evini həcc etmək.

5. Şəhadət etmək – dedikdə qəsd olunan nədir?

Şəhadət elm üzərində qurulan sözə deyilir. Әgər bir söz elm üzərində qurulmazsa o yalançı şəhadət sayılır. Şəhadət deyildiyi zaman dillə etiraf etmək, qəlbnən etiqad etmək, əzalarla təsdiq etmək nəzərdə tutulur.

6. Lə iləhə illəllah – şəhadətinin mənası nədir? Və bu şəhadət özündə nəyi cəm edir?

Mənası: Allah başqa ibadətə layiq olan haqq məbud yoxdur

Bu şəhadət özündə 2 şeyi cəm edir:

1) İnkar – Lə iləhə - bununla Allahdan başqa ibadət olunan bütün digər ilahlar inkar olunur

2) İsbatı – İlləllah – bununla isə ibadətin yalnız Allaha aid olması və onun heç bir şəriki olmaması isbat olunur

7. Muhəmmədun rasuluLlah – şəhadətinə dəlil hansı ayədir?

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.” (Tövbə 128)

8. Muhəmmədun rasulullah – şəhadəti nələri tələb edir?

Bunlar:

1) Allahı sevməyi


2) Peyğəmbəri sevməyi,
3) Peyğəmbərin dediklərini yerinə yetirməyi,
4) verdiyi xəbərləri təsdiq etməyi,
5) həmçinin qadağan etdiklərindən çəkinməyi,
6) və Allaha yalnız onun buyurduğu formada ibadət etməyi tələb edir, gərəkdirir.

8-ci DƏRS

1. İslamın dayaqları hansılardı?

1. Lə İləhə İlləllah Muhəmmədun Rəsulüllah şəhadəti.

2. Namaz


3. Zəkat

4. Ramazan orucu tutmaq

5. Allahın evini həcc etmək.

2. Namazın şəri tərifi?

Namaz Allaha hərəkətlərlə, sözlərlə ibadət etməkdir. Hansı ki, təkbirlə başlayır salamla bitir. Söz və fellərlə Allaha ibadət etmək namaz adlanır.

3. Zəkatın şəri tərifi?

«Xüsusi malda və xüsusi insanlara vacib olan haqqa zəkat deyilir.»

Zəkat xüsusi malda vacib olan haqqdır (hər malda zəkat yoxdur xüsusi mal var ki, orda zəkat var). İnsanlardan xüsusi bir dəstə üçün vacib olan haqqa zəkat deyilir. O dəstə bu ayədə bəyan edilir:

«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.» (ət-Təubə 60).

Yəni 8 sinif insana verilir.

4. Oruc nədir?

Fəcrdən (sübh vaxtı girəndən) gün batana qədər niyyətlə orucu pozan şeylərdən çəkinmək və insanın Allaha ibadət etməsi oruc sayılır.

5. Həcc nədir?

Peyğəmbər (salləllahu aleyhi və səlləmin) sünnəsində gələn formada, ona müvafiq şəkildə həcc ibadətlərini, əməllərini yerinə yetirməklə Allaha ibadət etməkdir.

6. İmanın neçə dayağı var?

İmanın 6 dayağı var:

1. Allaha iman

2. Mələklərə iman

3. Kitablara iman

4. Rəsullara iman

5. Qiyamət gününə iman

6. Qədərin xeyrinə və şərinə iman gətirmək.

7. İmanın tərifi?

Şəri mənası isə: Dilnən söyləmək, qəlbnən etiqad etmək və əzalarla əməl etməkdir. İman itaətlə artır və günahla, asiliklə azalır.

İbn Teymiyyə (rəhiməhullah) deyir ki: “İman qəlbin və dilin sözü, qəlbin dilin və əzaların əməlidir.”

8. Allaha iman nələri tələb edir?

Allaha iman 4 şeyi tələb edir. Birincisi Allahın varlığına iman gətirmək*, ikincisi Rububiyyət tövhidinə iman gətirmək, üçüncüsü Uluhiyyət tövhidinə iman gətirmək, dördüncü isə ad və sifətlər tövhidinə iman gətirmək.

* Allahın varlığına iman gətirmək də 4 şeylə olur:

1. Ağıl,

2. Hiss yəni duyğu,

3. Fitrət,

4. Şəriət.

1. Ağıl hər hansı bir mövcud olan məxluqun xaliqi olmadan var olmasını düşünməsi təsəvvür etməsi mümkün deyil. İnsan bir şeyi gördüsə onu düzəldənini, yaradınını düşünür. Necə ki Allahu təala buyurur: "Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?" (Tur 35) Onlar özlərini yaratmayıblar və onlar boşuna da yaradılmayıblar. İnsan varsa onun yaradanın olmasına dəlalət edir. Bu Allahın varlığına ağılnan olan dəlildir.

2. Həmçinin hiss, duyğu ilə odur ki, insan çətinlikdə olur, şiddət zamanı olur. Şiddət zamanı və çətinlikdə əllərini göyə qaldırır «Ya Rabb, Ya Rabb» deyə çağırır, özüdə artıq hiss edirki Allahın izni ilə o çətinlik aradan qalxır.

3.Həmçinin Fitrət. Peyğəmbər (salləllahu aleyhı və səlləm) buyurur ki: Hər bir doğulan uşaq fitrət üzərində doğulur. (Allahu təalanı tanımaq üzərində doğulur) valideynləri onu ya yahudiləşdirir və yaxud xristianlaşdırır və s. İnsanın fitrətini pozan olmasa, insan Allahaın təkliyini qəbul edənlərdən olur. Qəbul etməməsinə səbəb kənardan insanın fitrətinin pozulmasdır. Bu ya valideynlərdir yadakı ətraf mühitdir.

4. Şəriətdir.İbnul Qayyim (rəhimahullah) deyir ki: Allahu təalanın kitabında elə bir dəlil,elə bir ayə yoxdur ki o ayə tövhidə dəlil olmasın. Quranda keçən hər bir ayə Allahın birliyinə, tək olmasına və varlığına dəlildir.

9. Mələklərə iman etmək necə olur?

Mələklər qeybi aləmdir.Allahu təala mələkləri nurdan yaratdı. Onlar Allaha itaət edirlər, Allaha asi olmurlar və onların ruhları var, bədənləri var, ağılları və qəlbləri var. Biz onlara ümumi şəkildə iman gətiririk və onların adlarını, əməllərini, vəzifələrini bildikdən sonra isə onların həm adlarına, həm sifətlərinə həm də əməllərinə iman gətiririk.

1. Ümümi iman gətirməliyik (yəni Allah belə bir məxluq yaradıb).

2. Təfsilatını öyrəndikcə təfsilatı ilə də iman gətirməliyik.

Əgər insan bunları bilməyibsə, eşitməyibsə ümumi iman kifayət edir. Allahu təalanın belə bir məxluqat yaratmasını qeybi aləmdə olmasını Allahu təalanın onları nurdan yaratmasını, onların Allaha itaət etmələrini, Allaha asi olmamalarını bilib ümumi iman gətiririk. Daha sonra isə artıq təfsilatını bildikdən sonra iman gətirmək insana vacib olur.

Adlarından bildiklərimiz: Cəbrayıl, Mikayıl və İsrafil (aleyhimussələm).

Sifətləri haqda Allahu təala Quranda buyurur: "... Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır." (ət-Təhrim 6)

Әməlləri barəsində isə: Onlardan ərşi daşıyan mələklər var. Həmçinin hər bir mələk müəyyən işlə müvəkkəl olunub. Beləki, Cəbaryıl (əleyhissələm) vəhy gətirməklə, Mikayıl (əleyhissələm) bitkilər, yağış yağdırmaq və s. ilə, İsrafil (əleyhissələm) isə Surun çalınması ilə müvəkkəl olmuşdur.

10. Kitablara iman necə olur?

Burada da bizə vacib olan, iman gətirməliyik ki, kitablar Allahın kəlamıdır, bunlar həqiqətdir, burada heç bir məcaz (məcazi məna) yoxdur və bu kitablar nazil edilib yaradılmayıb (yəni məxluq deyildir). Allahu təala hər bir Rəsul ilə Kitab nazil edib.

Həmçinin burada da kitablara iman,

1. Ümumi şəkildə olur – yəni iman gətiririk ki, Allahu təala kitablar nazil edib.

2. Bundan sonra isə onlara onların təfsilatı ilə iman gətiririk - Adlarına, hansı xəbərlərin gəlməsinə. Həmçinin qeyd edək ki, ora olan əhkamlardan nəsx olunmayanlara da iman gətirməliyik.

Həmçinin iman gətiririk ki, Quran özündən əvvəl nazil edilən bütün kitabların hökmünü aradan qaldırıb, yəni nəsx edib.

11. Rəsullara iman etmək necə olur?

Burada da həmçinin vacibdir ki, Rəsulların bəşər, yəni insan övladı olmalarına iman gətirək. Eləcə də, Onların Rububiyyət xüsusiyyətlərindən heç bir şeyə malik olmamalarına (yəni yaratmaq, şəfa vermək, öldürmək, diriltmək və s. bu kimi xüsusiyyətlərə malik olmamalarına) iman gətirək. Bilməliyik ki, onlar quldurlar, onlara ibadət olunmaz və Allahu təala onları göndərmiş, onlara vəhy etmiş və Onları ayətlərlə, möcüzələrlə dəstəkləmişdir. Onlar əmanəti əda etmiş (çatdırmış), ümmətə nəsihət etmiş və bu risaləti çatdırmaq yolunda haqqı ilə çalışmışlar.

Həmçinin Rəsullara da,

1. Ümumi olaraq iman gətiririk

2. Daha sonra isə onların adlarını, sifətlərini və xəbərlərini bildikdən sonra yenə də təfsilatı ilə bunların hər birinə iman gətirmək vacib olur.

12. Rəsullar arasında qətiyyət sahibləri (Ulul Əzm) kimlərdir?

Rəsullar içərisində qətiyyət sahibi (Ulul Əzm) olan Rəsullar 5`dir. Bunlar əş-Şura və əl-Әhzəb surələrində qeyd olunur:

1. Muhəmməd (salləllahu əleyhi və səlləm)

2. Nuh (əleyhissələm)

3. İbrahim (əleyhissələm)

4. Musa (əleyhissələm)

5. İsa (əleyhissələm)

13. Axirətə iman nələri tələb edir?

Qiyamət gününə iman deyildiyi zaman ölümdən sonra baş verən hər bir şeyə (qəbr fitnəsi, qəbr imtahanı, surun çalınması, insanların qəbrlərindən qalxması, tərəzilər, səhifələr, sirat körpüsü, hovuz, Cəhənnəm, Cənnət, mömin qiyamət günü və Cənnətdə Rəbbini görməsi) iman etmək bura daxildir.

14. Qədərə iman etmək özündə nələri cəm edir?

Qədərə iman 4 şeyə iman gətirməyi əhatə edir:

1. Elm - İnsan iman gətirməlidir ki, Allahu təala əzəldən hər bir şeyi ümumi və təfsilatı ilə bilib.

2. Yazmaq – Həmçinin insan iman gətirməlidir ki, Allahu təala qiyamətə qədər nə olacaqsa hər bir şeyin qədərini, ölçüsünü, miqdarını yazıb.

3. İstəmək – İman gətirməliyik ki, Allahu Təalanın istədiyi olur, istəmədiyi isə olmur. Həmçinin qulun da istəyi var, lakin insanın istəyi Allahın istəyi altındadır (Onun istəyinə tabedir).

4. Yaratmaq - varlığı,mövcud olan hər bir şeyi (onların özlərini, sifətlərini və hərəkətlərini) Allahu Təala yaratmışdır. Çünki Allahu Təala buyurur: "Allah hər bir şeyin Xaliqidir...” (əz-Zumər 62) Həmçinin başqa ayədə buyurur : "Axı sizi də, sizin düzəltdiklərinizi (əməllərinizi) də Allah yaratmışdır.” (Saffət 96)

Bunlara həmçinin qədərin mərtəbələri də deyilir.

15. Dinin 3`cü mərtəbəsi hansıdır?

İhsan

16. İhsanın neçə dayağı və neçə mərtəbəsi vardır?



İhsanın 1dayağı 2mərtəbəsi var.

17. İhsanın mərtəbələri hansılardı?



1-ci mərtəbəsi Müşəhədədir – yəni Allahı görürmüş kimi ibadət etməyindir. Bu da "Allah qatında olanlara sevgi, rəğbət və istəklə ibadət erməkdir. Misal olaraq: Nəbilərin və Rəsulların ibadətidir. Başqaları da buna çata bilər, yəni başqa insanlar üçündə qapı bağlanmayıb. Bu yüksək bir mərtəbədir.

2-ci mərtəbəsi isə Muraqabədir - İnsanın özünü Allah nəzarətində hiss edərək ibadət etməsi. Bu, qorxu və qaçmaqla ibadət etməkdir. Həm qorxmaq həm də Allaha tərəf qaçmaq nəzərdə tutulur. Bu hər bir müsəlmanda olmalıdır.
Yüklə 104,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə