1.FƏNNİN MƏQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ
Coğrafiya qədim elmlərə aid olub, tədqiqat obyekti Yer kürəsidir. Hal-
hazırda coğrafiyanın konkret tədqiqat sahəsi bizi əhatə edən coğrafi mühit yaxud
da coğrafi qat, fiziki – coğrafiyaçılar üçün isə landşaft qatı hesab olunur.
Məlum olduğu kimi coğrafi qat bir-birilə daimi qarşılıqlı əlaqədə olan
litosfera, atmosfera, hidrosfera və biosfera qatlarından əmələ gəlmişdir.
Coğrafi mühit və xüsusən landşaft qatı müxtəlif coğrafi komplekslərə ayrılır.
Onlardan bəziləri geniş ərazini,(məsələn: qurşaq, zona, ölkə, vilayət və s.i.,)
bəziləri isə ikinci dərəcəli olub, həmin ərazilərin kiçik hissələrini təşkil edirlər
(məs: fasiya, mərz və s.).
Fiziki coğrafiyanın tədqiqat sahəsi, coğrafi mühitdə baş verən ümumi
qanunauyğunları, tərkibini, onun inkişaf dinamikasını və ərazi üzrə
differensiasiyasını öyrənməkdən ibarətdir.
Çöl tədqiqat metodları kursunun keçirilməsində əsas məqsəd, gələcək
mütəxəssis olan coğrafiyaçının çöl tədqiqatları zamanı ayrı-ayrı komponentlərdən
təşkil olunmuş kompleksləri analiz etməkdən və onların sərhədlərini ayırmaq
qabiliyyətini izah etməkdə ibarətdir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlər
qarşıya qoyulur: 1.Çöl şəraitində öyrənilən rayonu dəqiq ayırmalı. 2 Həmin
rayonun coğrafi komplekslərinin dərəcəsini və tədqiqat üsullarını bilməli. 3. Çöl
materiallarının toplanma qaydası. 4.Müxtəlif təbii şəraitdə həmin materialların
işlənilməsi. Bütün başqa elmlərdə olduğu kimi, coğrafi tədqiqatlarda da
özünəməxsus üsullardan istifadə edilir. Bunlardan bəziləri ümumi olub, elmin
müxtəlif sahələrində istifadə olunur. Ancaq elə üsullarda var ki, bunlar əsasən
fiziki – coğrafi tədqiqatlarda geniş istifadə olunur ki, bunlara da kartoqrafik,
rayonlaşma və s. üsulları misal göstərmək olar.
Diаlеktik üsul cəmiyyətdə və təbiətdə baş verən bütün proseslərin və
hadisələrin dərk olunmasında əsas rol oynayır. Bu üsul fiziki – coğrafi
komplekslərdə baş verən dəyişikləri, həmin komplekslərin ardıcıl inkişafını,
onların bir haldan digər hala keçməsi qanunauyğunluqlarını əvvəlcədən görməyə
behruzmelikov.com
2
imkan verir. Misal üçün kiçik çayların, yarğan və qobuların gətirmə konusları
dağətəyi zonada tamamilə və yaxud bir hissəsi başqa fasiyaya – yəni, terrasa, dağ
yamacına və s. keçə bilər ki, bu da çaydan öz konusun kəsilməsi nəticəsində yarana
bilər.
Müqayisə üsulu eyni fiziki – coğrafi şəraitdəki komponentin inkişafına başqa
mərhələdəki inkişafla müqayisəsinə əsaslanır. Miss: meşə və tundra zonasının
onların landşaftı ilə müqayisəsi. Nəticədə həmin zonaların müqayisəli xarakteri
onların landşaftının genezisini, təsnifatını aydınlaşdırmağa imkan verir. Ona görə
də müqayisəni komplekslər üzrə yaxud da komplekslərin ayrı-ayrı
komponentlərinə (məs: relyef forması, bitki örtüyü, iqlim göstəriciləri, torpaq və
s.) görə aparmaq olar.
Stasionar üsul. Bu üsuldan vaxt etibarilə tez dəyişən amillər öyrənilir ki,
burada temperatura, küləyin sürəti və istiqaməti, səth sularının axımı, həmçinin də
fəsillər, illər üzrə komplekslərdə baş verən dəyişikliklər öyrənilir. Bu üsulla alınan
məlumatlar xüsusi cihazlardan və texniki quraşdırıcılardan (meteostansiya, su
postları və s.) götürülür. Bu göstəricilər cədvəllər, qrafiklər şəklində hesabatlarda
öz əksini tapır ki, bunlarında coğrafi tədqiqatlarda həm nəzəri, həm də praktiki
cəhətdən böyük əhəmiyyəti vardır.
Ekspedisiya üsulu. Bu üsulda başqa üsulların (aerofoto, xəritə və s.)
nəticələrindən geniş istifadə olunur ki, bu da müəyyən dərəcədə çöl işlərinin
keyfiyyətini artırır, çöl materiallarının toplanma müddətini azaldır. Toplanmış çöl
materiallarının məlumatı, müxtəlif komplekslərin sərhədlərinin aşkar edilməsinə,
həmin kompleksləri daxilində mövcud olan komponentlərin (misal: landşaft,
torpaq,
bitki
örtüyü) müxtəlif ərazidə yerləşmə qanunauyğunluğunu
aydınlaşdırılması ilə əlaqədardır.
Kartoqrafik üsul. Bu üsulun əsas mahiyyəti ondan ibarətdir ki, burada
coğrafi obyektlərin yerləşmə qanunauyğunluqlarını, proses və təbii hadisələrin,
inkişafında qarşılıqlı əlaqə və asılılığı aydınlaşdırmaq mümkündür. Bir çox coğrafi
qanunauyğunluqlar, ilk növbədə təbii landşaft zonallığı o vaxt aydın olur ki, həmin
zonaların sərhədləri və onlarda baş verən regional proseslər xəritədə qeyd olunur.
behruzmelikov.com
3
Bu üsuldan konstruktiv coğrafiyada, eyni zamanda coğrafiyanın tətbiqi sahələrində
geniş istifadə olunur.
Aerofotoqrafik üsul. Bu müasir dövrün ən aktual üsullarından olub, coğrafi
mühitin inkişaf xüsusiyyətlərini, müasir mərhələdə landşaftın formalaşmasını dərk
etməyə imkan verir. Ərazinin aerofotoşəkili onun əsas kompleksləri və həmin
komplekslər daxilində mövcud olan komponentlər haqqında dəqiq məlumat verir.
Bu üsulun coğrafiya elminin inkişafında olan əhəmiyyəti çox böyükdür.
Kosmik üsul. Bu üsul coğrafiyada ən yeni tədqiqat üsuludur. Aerofoto
şəkildən fərqli olaraq, kosmik üsulda şəkillər geniş sahələri əhatə edir ki, bunları
da yer səthinin hər hansı bir sahəsi üçün çox tez əldə etmək olar. Müxtəlif
informatik göstəricilərin alınması üçün bu iki üsulun coğrafiya elminin perspektiv
inkişafında rolu misilsizdir.
Riyazi üsul. Bu üsulun fiziki – coğrafiyanın müxtəlif sahələrinin inkişafında
rolu ildən – ilə artır ki, bunun da meteorologiya, hidrologiya və iqlimşünaslıqda
nailiyyəti daha böyükdür.
Paleocoğrafi üsul nəinki coğrafiyada, eyni zamanda geologiyada da istifadə
olunur. Bu üsuldan qədim landşaft komplekslərinin və onların ayrı-ayrı
komponentlərinin inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq üçün istifadə olunur ki,
bu da paleontoloji materiallara əsaslanır.
Rayonlaşdırma üsulu. Bu üsul inkişafda olub, fiziki coğrafiyanın müxtəlif
nəzəri və tətbiqi problemlərinin həllində geniş istifadə edilir.
Hazırda bu üsul iki istiqamətdə istifadə olunur: birincisi, ərazinin fiziki –
coğrafi differensiasiyasının təyinində geniş ərazinin əsas amillərə görə ardıcıl
olaraq daha kiçik hissələrə parçalayaraq, Məs: tədqiqat aparılan rayonun xüsusi
xəritələrini (geoloji, geomorfoloji, torpaq və s.) müqayisə etdikdə konkret
komplekslərin xüsusiyyətini aşkar etmək olur. İkinci istiqamət – sadə
komplekslərin landşaft şəklində qruplaşdırılmasından, onların siniflərə və s.
ayrılmasından ibarətdir. Ümumiyyətlə, rayonlaşdırma üsulu ərazidə yayılmış
müəyyən təbii göstəricilərin sərhəddini, ayrı-ayrı komponentlər üzrə (geologiya,
relyef, iqlim və s.) şəraiti təyin etməyə bizə imkan verir.
behruzmelikov.com
Dostları ilə paylaş: |