1. Gender haqqında anlayış Gender inkişaf əmsalı Azərbaycanda gender inkişafı



Yüklə 21,16 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü21,16 Kb.
#81296
  1   2

MÖVZU 5

Gender meseleleri haqqında BMT konvensiyaları və digər təşkilatların sazişləri
PLAN
1.Gender haqqında anlayış

2. Gender inkişaf əmsalı

3. Azərbaycanda gender inkişafı

  1. GENDER HAQQINADA ANLAYIŞ. GENDER INKIŞAF ƏMSALI.

Davamlı insan inkişafı konsepsiyasına görə irqindən, cinsindən, milliyətindən, dini mənsubiyyətindən və yaxud coğrafi mövqeyindən asılı olmayaraq insan inkişafı üçün mövcud olan və ya ola biləcək bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Əlillər və müdafiəyə ehtiyacı olan qruplar üçün də mövcud ola biləcək və onların durumu ilə əlaqədar bütün məhdudiyətlər qaldırılmalıdır. Bu o deməkdir ki, cəmiyyətdə təmsil olunan bütün qruplar öz imkanlarının genişləndirilməsi və fərqli potensialının həyata keçirilməsi üçün eyni hüquqlara malikdir və bu hüquqlar təmin edilməlidir.

Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadın cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. 20-ci əsrin sonunda “gender” anlayışı formalaşmışdır ki, bunu da “sosial cins” kimi xarakterizə etmək olar. Qadın və kişi arasında bərabərlik gender bərabərliyi kimi qəbul edilir.

Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Eyni zamanda hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına şərait yaradır. Gender inkişafının qiymətləndirilməsi 2 əsas əmsalın hesablanması ilə həyata keçirilir. Birincisi, gender faktorunu nəzərə almaqla insan inkişafı əmsalıdır. Bu göstərici Gender İnkişafı Əmsalıdır (GİƏ). Əmsalı hesablayarkən insan inkiçafının ümumi əmsalının hesablama göstəricilərindən istifadə olunur. Fərq ondadır ki, bu göstəricilər qadınlar üçün ayrı hesablanır. Bundan sonra ümumi İnsan İnkişafı Əmsalı və qadınlar üçün alınmış Gender İnkişafı Əmsalı müqayisə olunur. Fərqin olmaması və ya az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Bu o deməkdir ki, belə göstəricilərə malik ölkədə qadın və kişi eyni hüquqa malikdirlər və onların inkişafı üçün tələb olunan yaradılıbdır.

GİƏ ilə yanaşı qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğunu qiymətləndirmək üçün digər bir əmsal hesablanır. Bu xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifə dedikdə qadınların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları və ya şəhər ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, ortalama bu qurum üzvlərinin 11,8 %-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12 %-dən çoxdur. Maksimal göstərici-42,7% İsveç parlamentində minimal isə qadınların qanunvericilik qurumlarında tamamıilə təmsil edilməməsi yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur. Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir

Gender bərabərliyi sahəsində müəyyən edilmiş bu qəbildən olan mühüm beynəlxalq sənədlərə aid olanlar bunlardır:



  • "Eyni dəyərə malik əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında" (1951) N100 BƏT (Beynəlxalq Əmək Təşkilatı) Konvensiyası

  • "Qadınların siyasi hüquqları haqqında" Konvensiya (1952)

  • "Ərli qadınların vətəndaşlığı haqqında" Konvensiya (1957)

  • "Minimal nikah yaşında nikaha daxil olmaq razılaşması və nikahların qeydə alınması haqqında" Konvensiya (1962)

  • "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" Konvensiya (1979)

  • "Zəhmətkeş qadın və kişilər üçün bərabər imkanlar və eyni davranma: ailə mükəlləfiyyətli zəhmətkeşlər haqqında" BƏT 156№ Konvensiya (1983)

Əgər, milli qanunvericilikdə gender bərabərliyi, qadınların hüquqları zəif işlənilmişdirsə və ya ümumiyyətlə nəzərə alınmayıbsa, onda qadın təşkilatları və qadınlar müstəqil olaraq öz hüquqlarını qorumaq üçün dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş və onların ölkələrində ratifikasiya olunmuş konvensiyalardan və digər sənədlərdən istifadə edə bilərlər. Onlar konvensiyalara istinad edərək, bütün səviyyələrdə məhkəmə instansiyalarına müraciət etmək hüququna malikdirlər. Təsadüfi deyil ki, BMT-nin hüquqi aktlarını "qadınlara münasibətdə diskriminasiyanın qarşısının alınmasının hüquqi silahı" adlandırırlar.



  1. Yüklə 21,16 Kb.

    Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə