1. Heyvanların insanin həyatında və təbiətdə rolu Birhüceyrəli heyvanların quruluşu, həyat tərzi,əhəmiyyəti



Yüklə 30,85 Kb.
səhifə1/19
tarix12.05.2022
ölçüsü30,85 Kb.
#86838
  1   2   3   4   5   6   7   8   9   ...   19
heyat bilgisi 4


Mövzu 4. Heyvanlar aləmi. Bir və çoxhüceyrəli heyvanlar

P L A N :

1.Heyvanların insanin həyatında və təbiətdə rolu

2. Birhüceyrəli heyvanların quruluşu, həyat tərzi,əhəmiyyəti

3.Ali heyvanlar, quruluşu,həyat tərzi, əhəmiyyəti

Planetimizdə təqribən 2 mln heyvan növü yaşayır. Onların öyrənilməsi ilə zoologiya elmi məşğul olur. Başqa orqanizmlər kimi heyvanlar da təbiətin tərkib hissəsidir, Yerin canlı təbəqəsini təşkil edir. Heyvanat aləminə də cansız təbiət amilləri, insan və onun təsərrüfat fəaliyyəri birbaşa və yaxud dolayı yolla təsir edir. Ona görə də təbiətdə və insan həyatında heyvanların əhəmiyyətini öyrənmək zərurəti yaranmışdır. Alimlər müəyyən etmişlər ki, bütün orqanizmlər o cümlədən heyvanlar planetimizin geoloji və geokimyəvi proseslərinə təsir edirlər. Məsələn, qarışqalar, yağış qurbağaları, bir çox böcəklərin sürfələri torpağın əmələ gəlməsində iştirak edirlər. Digər heyvanlar isə məhv olmuş orqanizmlərin qalıqlarının parçalanmasında, mineral maddələrə çevrilməsində iştirak etməklə təbiətdə maddələrin dövranına imkan yaradırlar.

Bir çox xırda dəniz heyvanları iri heyvanların – balıqların, balınanın qidasını təєkil edir. Çiçəkli bitkilərin təqribən 80 %-i əsasən həşəratlar vasitəsilə tozlanırlar. Həmin bitkilərin çoxunun toxumu və meyvələrindən isə digər canlılar, o cümlədən insanlar istifadə edir. Bununla yanaşı ziyanlı, parazit heyvanlar da vardır. Onlar digər canlıların, həmçinin insanın bədənində parazitlik etməklə çox ziyan vururlar. Yalnız insanda 400-ə qədər heyvan növü parazitlik edə bilir.

Heyvanat aləmi iki yarımaləmə – birhüceyrəlilərə və çoxhüceyrəlilərə ayrılır

Birhüceyrəlilər və yaxud ibtidailər yarımaləminə daxil olan heyvanların çoxu suda yaşayırlar. İbtidailər mikroskopik orqanizmlərdir, onların bədəni bir hüceyrədən ibarətdir. İbtidailərin ölçüsü orta hesabla 0,1-0,5 mm-dir.İbtidailər sərbəst həyat tərzi keçirirlər. Xarici quruluşları çox müxtəlifdir. Hüceyrələrinin əsasını xaricdən membranla əhatə olunmuş sitoplazma təşkil edir, bir və ya bir neçə nüvələri vardır. Sitoplazmada müəyyən vəzifələri yerinə yetirən orqanoidlər yerləєir. Hərəkət orqanoidləri amöblərdə yalançı ayaqlar, evqlenada qamçılar, infuzorlarda isə kirpikciklərdir.

İbtidailər əsasən bölünmə yolu ilə çoxalırlar. Əvvəlcə nüvə iki yerə bölünərək kənarlara doğru hərəkət eduir, sonra isə sitoplazma. İnfuzor tərlikdə bölünmə eninə istiqamətdə, yaşıl evqlenada isə uzununa baş verir. İbtidailərin əsas bioloji xüsusiyyətlərindən biri onların qeyri əlverişli şəraitdə sistalaşmasıdır. Bu zaman onların xarici örtüyü qalınlaşır və sista əmələ gətirirlər. Amöblər, evqlenalar və infuzorlar sista halına keçə bilirlər.

Parazit ibtidailərdə isə spor əmələ gəlir. Əlverişli єəraitdə sporlardan yeni orqanizmlər inkişaf edir. Su hövzələrində yaşayan birhüceyrəlilər bakteriyalarla, birhüceyrəli yosunlarla qidalanmaqla suyun bioloji təmizlənməsində iєtirak edirlər.

Birhüceyrəlilər yarımaləminə aşağıdakı tiplər aiddir: sarko-mastiqofoqorlar, sporlular və infuzorlar.

Sarkomastiqofoqorlar tipinin xarakterik nümayəndəsi adi amöbdür . Şirin sularda yaşayır. “Amöb” sözü – nün mənası dəyişkən deməkdir. Adi amöb yalançı ayaqların köməyilə hərəkət edir və qidanı tutur.

Amöb xarici qıcıqlara (temperatur, kimyəvi təsirlər, qida və s.) cavab vermək xüsusiyyətinə malikdir. O, suya qoyulan duz kristallarından uzqlaşır, qidaya doğru hərəkət edir

Sarkodinlərin parazit nümayəndələri də vardır. Onlardan biri dizenteriya amöbüdür. Adi amöbdən fərqli olaraq onların yalançı ayaqları çox kiçik olur. İnsanın yoğun bağırsağında parazitlik edir. Bağırsağın selikli qişasına keçərək, epiteli hüceyrələri və qanın eritrositləri ilə qidalanır. Bu zaman bağırsaq zədələnir və qanlı ishal xəstəliyi baє verir. Parazit həmзinin qan vasitəsilə qaraciyərə və digər orqanlara daxil olaraq onları zədələyir. Xəstələrdən gün ərzində 600 minə qədər sista xaric oluna bilər. Xaricə düşmüş sistalar müxtəlif yollarla – su, ərzaq vasitəsilə sağlam insanları yoluxdurur.

Dizenteriya parazitinə yoluxmamaq üçün profilaktik tədbir kimi meyvə və tərəvəzi təmiz yumaq, gölməзə sularından istifadə etməmək və digər şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.

Qamçılılar sinfinin nümayəndələrinə yaşıl evqlena, tripanosom və leyşmaniya və s. aiddir. Yaşıl evqlena durğun, şirin su hövzələrində yaşayır. Onların qamçıları həm hərəkət , həm də qidanın tutulmasına xidmət edir. Qidalanmalarına görə qamçılılar iki qrupa bölünür. Avtotroflar qeyri-üzvi maddələrdən , yəni sudan və karbon qazından xlorofilin və günəş şüası enerjisinin köməyi ilə üzvi maddələr sintez edir. Belə qamçılılar yaşıl bitkilər kimi qidalanırlar.

Heterotrof orqanizmlərdə xlorofil olmadığına görə hazır üzvi maddələrlə qidalanırlar.

Yaşıl evqlenada adından məlum olduğu kimi xlorofil maddəsi olduğuna görə işıqda avtotrof yolla qidalanır. Qaranlıqda qaldıqda isə tərkibindəki xlorofil parçalanır və onun rəngi solğunlaşır. Belə şəraitdə o, hazır üzvi maddələrlə qidalanır. Deməli yaşıl evqlena qidalanmasına və hərəkətinə görə həm heyvanlara, həm də bitkilərə xas olan xüsusiyyətlərə malikdir.


Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə