№1 Humanitar elml



Yüklə 84,74 Kb.

tarix12.10.2018
ölçüsü84,74 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 316.77 

UOT 654.19, 022.2 

 

BEYNƏLXALQ TƏŞKİLATLARIN MEDİA SİYASƏTİNDƏ VƏ  

DEMOKRATİK ÖLKƏLƏRİN KİV QANUNVERİCİLİYİNDƏ  

ANTİİNHİSAR TƏDBİRLƏRİ 

 

S.R.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

sabir.rm@rambler.ru 

 

M

əqalədə BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq təşkilatların müasir media 

siyas

əti təhlil edilir və  onların  üzv-dövlətlər üçün təklif etdikləri antiinhisar tədbirlərin 

mahiyy

əti açıqlanır. Müəllif qeyd edir ki, antiinhisar tədbirləri söz və ifadə azadlığının təmin 

olunması  üçün  böyük  əhəmiyyət kəsb edir və  hər bir ölkənin daxili qanunvericiliyində  əks 

olunur.  Bununla bel

ə nəzərə almaq lazımdır ki, KİV-in iqtisadi tənzimləmə prosesi mürəkkəb 

v

ə ziddiyyətlidir. Bu mənada demokratik ölkələrin antiinhisar siyasətinin öyrənilməsi çox vacib 

v

ə  əhəmiyyətlidir. Müəllif Avropa ölkələrində  tətbiq olunan subsidiya və  vergi güzəştlərinin 

mahiyy

ətini açıqlayır və bu tədbirlərin böyük səmərə verdiyini vurğulayır. 

 

Açar sözl

ər: beynəlxalq təşkilatlar, media, iqtisadiyyat, söz azadlığı, antiinhisar siyasəti, 

beyn


əlxalq jurnalistika  

 

Müasir dövrd



ə bir çox ölkələrin media sahəsində sağlam rəqabətə maneə 

tör


ədən inhisarlar və başqa böyük maliyyə-iqtisadi qurumlar mövcuddur. Məh-

dud sayda olan maqnatların əlində böyük iqtisadi gücün cəmləşməsi istehlak-

çılar  üçün  həmişə  böyük təhlükə  yaradır,  KİV  sahəsində  isə  söz  azadlığına 

z

ərbə vurmuş olur. Çox adda kütləvi informasiya vasitələrinin məhdud sayda 



sahibkarlara m

əxsus  olması  düşüncə  və  fikir müxtəlifliyi  imkanlarını  xeyli 

daraldır. Əgər hər hansı bir iqtisadi qurum bir neçə informasiya vasitəsini öz 

əlində cəmləşdirmişsə, belə təhlükə yarana bilər ki, maliyyə xərclərinə qənaət 

etm

ək üçün eyni məlumat  bütün  informasiya  orqanlarında  verilə  bilər və 



n

əticədə televiziyada gedən xəbərlər qəzetlərdə olan informasiyanı təkrarlayar. 

Bundan  başqa,  böyük  media  şirkətlərin  geniş  fəaliyyət  imkanları  kiçik 

informasiya vasit

ələrini öz maliyyə xərclərini məhdudlaşdırmağa məcbur edə 

bil


ər və bunun nəticəsində onlar müstəqil jurnalist təhqiqatı və başqa analitik 

araşdırmanı həyata keçirə bilməzlər. Üstəlik reklam sifarişçiləri əsasən böyük 

KİV  qurumları  ilə  əməkdaşlığa  can  atdığından  kiçik  informasiya  vasitələri 

 

192 




daima maliyy

ə sıxıntısı keçirəcəklər. Zəif rəqabət mühiti, sözsüz ki, innovasiya 

t

ədbirlərinin  azalmasına  gətirib  çıxaracaq  və  sonrakı  dövrdə  informasiya 



istehlakçılarına daha baha başa gələcək. 

Beyn


əlxalq təşkilatlar təsdiq edirlər ki, özünüifadə azadlığı hüququ küt-

l

əvi informasiya vasitələri sahəsində inhisarlaşma meyillərinin qarşısının alın-



ma

sını dövlətdən ciddi formada tələb edir. BMT-nin İnsan Hüquqları Komis-

siyası  dövlətləri  KİV  sahibkarlarının  və  informasiya mənbələrinin  çoxluğunu 

t

əmin etməyə və bunun üçün şəffaf lisenziya sisteminin tətbiqinə və özəl KİV 



sah

əsində inhisarlaşmanın qarşısını almağa çağırırdı 

BMT v

ə  ATƏT-in  söz  azadlığı  üzrə  nümayəndələrinin 2002-ci il birgə 



b

əyannaməsində KİV və rabitə vasitələri sahəsində sahibkarlığın dar çərçivədə 

c

əmləşməsi və bunun nəticəsində fikir müxtəlifliyinə, redaksiya müstəqilliyinə 



t

əhlükənin  artması  vurğulanırdı.  Dövlətin  KİV  sahəsində  inhisarlaşmanın 

qarşısını almaq vəzifəsi Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi “Söz 

v

ə  informasiya  azadlığı  Bəyannaməsi”ndə  də  vurğulanmışdır.  Bunun  davamı 



olaraq Avropa Şurası özünün R(99)1 saylı Tövsiyələrində iştirakçı dövlətlərə 

bir sıra təkliflər də vermişdir: «Bir və daha çox KİV sənayesi bölməsinə tək və 

yaxud qrup şəklində kommersiya qurumlarının təsirini məhdudlaşdırmaq üçün 

qanunlar


da,  lisenziya  qaydalarında  və  başqa  prosedurlarda  dövlət hədd 

göst


əricilərinin tətbiqi imkanlarını araşdırmalıdır. Bu göstəricilər auditoriyanın 

maksimal h

əcmini ifadə  edə  və  yaxud media müəssisəsinin dövriyyəsinə  və 

g

əlirlərinə  əsaslana bilər. Məhdudiyyət kommersiya media müəssisəsinin 



kapital h

əcminə  görə  tətbiq edilə  bilər. Hədd göstəricilərini tətbiq edərkən 

dövl

ətlər  KİV-in bazar həcmini, onun imkan səviyyəsini nəzərə  almalıdır. 



Şirkətlər müvafiq bazarda icazə  verilən hədd göstəricilərinə  çatdıqda  həmin 

bazarda 


əlavə yayım lisenziyası almamalıdır» [1].  

Ayrı-ayrı  demokratik  dövlətlər  KİV  üzərində  həddən  artıq  sahibkarlıq 

hüququnun 

əldə  edilməsinin  qarşısını  alan  qanunlar  qəbul  etmişlər. Fransada 

heç k

əs gündəlik milli siyasi və  informasiya xarakterli nəşrlərdə  30 faizdən 



artıq paya sahib ola bilməz [2, 81]. İtaliyada isə heç bir naşir ümummilli qə-

zetl


ərdə  20 faizdən, regional orqanlarda isə  50 faizdən  artıq  pay  əldə  edə 

bilm


əz. 

Bir 

sıra demokratik ölkələrdə qanun hər hansı KİV sahəsində əsaslı şə-

kild


ə öz mövcudluğunu ifadə edən şirkətə başqa media sahələrində sahibkar-

lıqla  məşğul  olmağa  icazə  vermir. Niderlandda mətbuat  bazarının  25  faizinə 

sahib olan şirkət teleradioyayım lisenziyası əldə edə bilməz

B

əzi hallarda demokratik dövlətlər milli mədəniyyəti və milli özünəməx-



susluğu qoruyub saxlamaq üçün ölkədə xarici sahibkarların media fəaliyyətini 

m

əhdudlaşdırır.  Polşada  xarici  kapitalla  fəaliyyət göstərən  şirkət  yalnız  49 



faizd

ən az paya sahib olduğu halda yayım lisenziyası ala bilər. Üstəlik şirkətin 

nizamnam

əsində birmənalı göstərilməlidir ki, müşahidə şurasında və direktor-

lar  şurasında  təmsil  olunanların  çoxu  Polşa  vətəndaşıdır  və  daimi  şəkildə 

ölk


ədə  yaşayırlar.  Beynəlxalq “Article XIX” təşkilatı  hesab  edir  ki,  xarici 

 

193 




sahibkarlara  qarşı  tətbiq edilən məhdudiyyətlər  KİV  iqtisadiyyatına  zərər 

vurmursa, legitim hesab oluna bil

ər [3].  

KİV sahəsində inhisarlaşmanın qarşısını təsirli formada həm də medianın 

özünüt

ənzimləmə mexanizmi ala bilir. Bu sistem dövlətin bir çox müdaxiləsini 



lüzumsuz edir. 1993-cü ild

ə Niderlandda mətbuat bazarının liderləri milli qəzet 

n

əşrlərindəki paylarının 30 faizdən artıq olmaması barədə özləri razılığa gəlmiş 



v

ə  bununla  parlamentin  müvafiq  qanunverici  addımlarını  qabaqlamışlar. 

Özünüt

ənzimləmə  mexanizmi  işə  düşmədiyi və  dövlət tərəfindən müvafiq 



normativ akt q

əbul olunduğu halda qanunun tətbiq edilməsinə nəzarət, adətən, 

milli antiinhisar qurumuna h

əvalə  edilir. Bütün  başqa nəzarət orqanları  kimi, 

KİV sahəsində inhisarlaşmanın qarşısını almağı qarşısına məqsəd qoyan qurum 

tam müst


əqil olmalı və hökumətin təsiri altına düşməməlidir. Əks halda qanun 

siyasi motivl

ər əsasında tətbiq edilə bilər.  

İnhisarlaşmaya  qarşı  yönəlmiş  məhdudiyyətlər özəl  şirkətlərlə  yanaşı 

dövl

ətə  də  şamil  edilir.  Avropa  İnsan  Haqları  Məhkəməsi bir çox işləri, o 



cüml

ədən «İnformationsverein Lentia v. Austria» məhkəmə çəkişməsini araş-

dırarkən belə  nəticəyə  gəlmişdir  ki,  teleradioyayım  üzərində  dövlət  inhisarı 

özünüifad

ə  hüququnu məhdudlaşdırır.  Avropa  Məhkəməsi  vurğulamışdır  ki, 

«plüralizmi t

əmin edən vasitələr  sırasında  fikir  azadlığını  ən çox məhdud-

laşdıran  amil  dövlət  inhisarıdır,  çünki  yalnız  o,  milli  ötürücülər  vasitəsilə 

yayımı  həyata keçirməyə  qadirdir…  Başqa,  daha  az  məhdudlaşdırıcı  tədbirin 

mövcud olmadığını düşünmək lazım deyil. Bir sıra ölkələrin təcrübəsinə istinad 

ets

ək,  bunu  aydın  görə  bilərik. Burada lisenziyalar müxtəlif  mahiyyətli və 



m

əzmunlu  proqramların  mövcudluğu  şərti  əsasında  verilir  və  yaxud milli 

şirkətin fəaliyyətinə özəl hüquqi şəxslərin cəlb olunmasını və onların iştirakını 

t

əmin edir» [4]. Regional beynəlxalq təşkilatlar  bu  məsələdə  Avropa Məh-



k

əməsini  əsasli formada dəstəkləmişlər.  BMT-nin  İnsan  Hüquqları  Komitəsi 

artıq öz qərarı ilə qəzet nəşri və yayımı sahəsində dövlət inhisarını yolverilməz 

hesab etmişdir. 

Amerika Birl

əşmiş  Ştatlarında  çap  mediasından  fərqli olaraq, elektron 

informasiya vasit

ələri, mülkiyyət hüququnun tənzimi də daxil olmaqla, xüsusi 

t

əlimatların  subyekti  ola  bilər. Bu fərqin məntiqi  izahı  tezliklərin dövlət 



mülkiyy

ətində  olmasında  və  kanalların  çatışmamasındadır.  Elektron  media 

vasit

ələrinin məruz  qaldığı  mülkiyyət hüququ ilə  bağlı  məhdudiyyətlərə  çap 



mediası dolayısı ilə məruz qalır, çünki həmin məhdudiyyətlər eyni şəxsin eyni 

şəhərdə  və  ya  eyni  bazarda  televiziya  stansiyaları  və  qəzetlər üzərində 

müştərək mülkiyyət”ini qadağan edir. 



Böyük Britaniyada da m

ətbuatın  inhisarlaşmasını  plüralizmə  təhlükə 

hesab edirl

ər. Ticarət üzrə  Dövlət Katibi (Ticarət Naziri) qəzetlərin birləşmə 

t

əklifini İnhisar və Birliklər Komissiyasına göndərir və bu yolla mətbuatın daha 



da m

ərkəzləşməsinə  məhdudiyyət qoymaq səlahiyyətinə  malikdir. Komissiya 

müvafiq  hallarda  ortaya  çıxan  bütün  məsələlər, xüsusən xəbərlərin dəqiq 

çatdırılması  və  fikirlərin azad ifadə  edilməsi məsələləri nəzərə  alınmaqla, 

 

194 



sözüged

ən məsələnin ictimai  maraqlara  qarşı  yönəlib-yönəlməməsi  haqqında 

hesabat hazırlamalıdır. 500.000 nüsxədən artıq tirajı olan gündəlik qəzetə sahib 

olmaq Dövl

ət Katibinin razılığını tələb edir; o isə öz növbəsində Komissiyadan 

birl


əşmə təklifi ilə bağlı hesabat almamış qərar çıxara bilməz. 

Britaniyada q

əzetlər uzərində  mülkiyyət,  əsasən, bir neçə  əldə  cəmləş-

mişdir.  Gündəlik milli qəzetlərin  yetmiş  faizi  dörd  multimilli  kompaniya 

t

ərəfindən dərc olunur; onlar həm də  bazar günü qəzetlərinin səksən faizini 



n

əşr edirlər. Regional qəzetlər dörd qrupun geniş nəzarəti altındadır.  

Almaniyada da m

ətbuat sahəsində inhisarlaşmanın qarşısının alınmasına 

xüsusi diqq

ət yetirilir. AFR-də 1950-ci ildən 1990-cı ilədək gündəlik qəzetlərin 

dövriyy

əsi təxminən iki dəfə artmışdır. Həftəlik qəzetlərin dövriyyəsi təxminən 



üç d

əfə artaraq, 2 milyona çatmışdır. 1990-ci ildə iki ölkənin birləşməsi nəticə-

sind

ə gündəlik mətbuat orqanlarının dövriyyəsi 28 milyonadək yüksəlmişdir. 



Mülkiyy

ətin mərkəzləşməsinin mətbuat  azadlığına  törətdiyi təhlükələrə 

qarşı  daha  yaxşı  müqavimət göstərmək üçün 28 iyun 1976-cı  ildə  Almaniya 

qanunvericil

əri 27 iyul 1956-cı  il  tarixli  Federal  Kartel  Qanununa  əlavələr 

etmişlər.  Əvvəllər  iqtisadiyyatın  başqa  sahələrində  birləşən  kompaniyaların 

illik dövriyy

əsi 250 milyon avronu keçdikdə  nəzarət  mexanizmi işə  düşdüyü 

halda, m

ətbuat sahəsindəki birləşmələrə  nəzarət 13 milyon avro həddindən 

başlayırdı (bu, 60.000-dən 70.000-ə qədər tirajı əhatə edirdi). Deməli, Federal 

Kartel Agentliyi kiçik v

ə orta qəzetlərin birləşməsinə nəzarət edə bilir.  

Azad m


ətbuat bazarına təhlükə yaranarsa, Federal Kartel Agentliyi birləş-

m

əni qadağan edə  bilər. Lakin mətbuat və elektron kütləvi informasiya vasi-



t

ələri arasındakı müştərək mülkiyyət yalnız yayım haqqındakı bəzi dövlət qa-

nunları ilə tənzimlənir. Mətbuat azadlığı naminə müştərək mülkiyyətin imkan-

larının  məhdudlaşdırılması  hazırda  müzakirə  mövzularındandır.  Mülkiyyətin 

bir 

əldə cəmləşməsi redaksiya plüralizminə qarşı xüsusi təhlükə yaradır, çünki 



Almaniya  qanunlarına  görə, mətbuat  orqanının  istiqaməti barədə  qərarı  naşir 

verir. Bununla yanaşı jurnalistlər redaksiya azadlığını təmin etmək təşəbbüsünü 

ist

ənilən vaxt öz əllərinə ala bilərlər.  



Fransada m

ətbuat üzərində mülkiyyət hüququnun mərkəzləşməsi 27 no-

yabr 1986-

cı  il  Aktının  əlavəsi  kimi  çıxış  edən 1 avqust 1986-cı  il  Aktı  ilə 

t

ənzimlənir.  Avqust  Aktı  Konstitusiya  Şurasına  təqdim  edilmiş  və  o, yüksək 



s

əviyyədə  təsdiq  edilmişdir.  Bundan  sonra  gündəlik nəşrlərdə  plüralizm 

mahiyy

ət etibarilə obyektiv və vacib şərt kimi çıxış etmişdir. 1984-cü il Aktı 



il

ə nəzarət mexanizmi müəyyən edilən və mülkiyyətin yüksək dərəcədə mər-

k

əzləşməsinə icazə verən avqust Aktının 11-ci maddəsinin Konstitusiyaya zidd 



olması barədə qərar çıxarılmışdır. Bu məsələ əlavə olaraq Parlament tərəfindən  

27  noyabr  Aktının  qəbul edilməsinə  səbəb  olmuşdur.  İndiki  qanunun  11-ci 

madd

əsi əsas milli (yəni ixtisaslaşmamış) gündəlik nəşrləri satın almağı və bu 



yolla onlara sahiblik etm

əyi qeyri-qanuni elan edir. Bütövlükdə isə şəxs və ya 

şəxslər qrupu (fiziki və ya hüquqi) ümumi dövriyyəsi bütün Fransadakı gün-

d

əlik qəzetlərin dövriyyəsinin 30 faizindən  çox  olmamaqla,  birbaşa  və  ya 



 

195 



dolayı yolla gündəlik qəzetlərin mülkiyyətçisi ola və ya ona nəzarət edə bilər. 

Bu h


əddi keçən istənilən müqavilə  etibarsiz elan olunur və  11-ci maddəyə 

əsasən, cinayət xarakterli hüquq pozuntusu hesab olunur. 

Hazırkı qanun bəzi başqa tələbləri də irəli sürür. Mətbuat kompaniyaları 

öz  s


əhmlərinin satışa çıxarılması ilə bağlı informasiyaya və hər bir mübahisəli 

m

əsələ  ilə  əlaqədar məlumata  şirkət  haqqında  həqiqi  informasiyanın  təqdim 



edilm

əsi qaydaları çərçivəsində əməl etməlidirlər. Qanun qüvvəyə mindikdən 

sonra xarici ölk

ə  vətəndaşları  mətbuat  kompaniyasının  mülkiyyətinin 20 

faizind

ən çoxunun mülkiyyətçisi və ya sahibi ola bilməzlər. Hərçənd Fransa bu 



m

əsələ  ilə  bağlı  beynəlxalq müqavilələrə  uyğun  olaraq  öz  üzərinə  müəyyən 

v

əzifələr götürdüyü təqdirdə sözügedən hədd dəyişdirilə bilər. 



1980-ci ill

ərdən başlayaraq, mətbuat üzərində tam və müştərək mülkiy-

y

ətin mərkəzləşməsi güclənmişdir  və  nəticədə  beş  media  qrupu  (Hachette, 



Havas, Hersant, Groupe de la Cite, Filipacchi) hazırda media bazarında hökm-

ranlıq  edir.  “Hersant”  qrupu  keçən  əsrin  sonlarında  80-dən  artıq  radiostan-

siyanın, iyirmi dörd gündəlik qəzetin, on iki başqa dövri mətbuat orqanının və 

yeddi 


ədəd  aylıq  qəzetin mülkiyyətçisi  kimi  çıxış  edirdi.  “Hersant”  qrupu  və 

başqaları  sahibi  olduqları  nəşrlərin  redaktorlarını  özləri təyin etməsələr də 

(redaktor kollektiv t

ərəfindən seçilir), həmin nəşrlərə sahib olmaları region ba-

zarında  oxucuların  seçim  imkanlarını  açıq-aşkar  azaldırdı.  Hazırda  bir  neçə 

milli q


əzet (xüsusən “Le Monde”, “Liberation” və bəzi həftəlik qəzetlər) istər 

milli, ist

ərsə  də  beynəlxalq məsələlərə  dair yüksək keyfiyyətli repotajlar 

hazırlamaqda davam edir. 

İsveçdə isə nəşrlər üzərində mülkiyyət hüququna məhdudiyyət qoyulma-

mışdır.  Radio  haqqında  qəbul ediləcək xüsusi aktda qəzet  kompaniyalarının 

xüsusi  radio  stansiyalarının  mülkiyyətçisi olmaq hüququna məhdudiyyət 

qoyul


ması  nəzərdə  tutulmasına  baxmayaraq  mətbuat və  yayım  stansiyaları 

üz

ərində müştərək mülkiyyət qadağan edilməmişdir  



Norveçd

ə də həmçinin mətbuat (çap mediası) üzərində mülkiyyət hüququ 

il

ə bağlı xüsusi qanunvericilik aktları yoxdur. Qəzet mülkiyyətçilərinin yayım 



mediasının  (elektron  media  vasitələrinin) mülkiyyətçisi olmaq hüququ məh-

dud


laşdırılmışdır,  halbuki  yayım  mediasının  mülkiyyətçiləri qəzet üzərində 

mülkiyy


ət hüququ əldə edə bilərlər. Lakin iqtisadi amillər həm qəzet, həm də 

yayım  mediasının  gəlir gətirmə  qabiliyyətini məhdudlaşdırdığına  görə  təcrü-

b

ədə bu imkandan istifadə olunmur.  



M

ətbuat üzərində xarici vətəndaşların mülkiyyət hüququna xüsusi məh-

dudiyy

ətlər qoyulmamışdır, lakin “Şəlalələrin, şaxtaların və daşınmaz əmlakın 



alınması haqqında” 17 dekabr 1917-ci il Aktı ilə müəyyən edilmişdir ki, xari-

cil


ər  daşınmaz  əmlak  əldə  edərkən hökumətdən icazə  almalıdırlar.  Nəşriyyat 

kompaniyalarının  çoxunun  daşınmaz  mülkiyyəti  olduğundan  icazə  alınması 

t

ələbi də yaranır və adətən, bu tələb vacib bir məsələ kimi irəli sürülür. Hazırda 



Norveçin milli q

əzet bazarında üç kompaniya (Şibsted, Orkla, A-Press) hökm-

ranlıq etdiyinə görə güclü rəqabət əsas etibarı ilə əyalətlərdə müşahidə olunur.  

 

196 




B

əzi ölkələrdə qanunlar yalnız qeydiyyatdan keçmiş şirkətlərə mətbu fəa-

liyy

ətlə  məşğul  olmağa  icazə  verir,  teleradioyayımçılar  isə  lisenziya  almalı-



dırlar. Bu fikir onunla əsaslandırılır ki, bu kimi ciddi fəaliyyətlə məşğul olmaq 

üçün  müvafiq  struktur  olmalı  və  əhaliyə  lazımi  təminat verilməlidir.  Əslində 

hüquqi  şəxsin, müəssisənin təsis edilməsi,  sahibkarlıq  subyektinin  qeydiyyatı 

birb


aşa söz azadlığını məhdudlaşdırmır, amma formal olaraq informasiya fəa-

liyy


əti üçün bir şərt olduğuna görə bu sahəyə müdaxilə deməkdir və üçhissəli 

testd


ən keçmir. Üçhissəli testin tələbləri aşağıdakılardır: məhdudiyyətlər qanun 

əsasında  olmalı,  demokratik cəmiyyətin  inkişafına  maneə  törətməməli və 

qarşıda duran məqsədlərə adekvat olmalıdır. 

H

əqiqətən, göstərilən tələblər  başqa  şəxslərin  hüquqlarının  müdafiəsinə 



yön

əlmişdir. Ona görə də həmin tədbirlərin qarşıda duran məqsədlər üçün «zə-

ruri» olub-

olmadığını  yoxlamaq  lazım  gəlir.  İndiyədək heç bir beynəlxalq 

m

əhkəmə  «inkorporasiya» tələbinin zəruriliyi  haqqında  qərar  çıxarmamışdır. 



Y

əqin ki,  «inkorporasiya» tələbi media müəssisəsinin böyüklüyündən, yaxud 

kiçikliyind

ən  asılı  olardı.  Çünki  imkanlı  və  böyük  media  yayım  təşkilatları, 

m

ətbuat orqanları irihəcmli və böyük maliyyə tutumlu sazişlər bağlaya bilər və 



insanların  şərəf və  ləyaqətinə  toxunacaq, ailə  və  şəxsi həyata müdaxilə  kimi 

qiym


ətləndiriləcək qanunsuz hərəkətə yol versələr, başqa vətəndaşların maraq-

larına  ciddi  ziyan  vura  bilər.  Bu  halda  ayrıca  sahibkarlıq  subyektinin  təsis 

edilm

əsi və qeydiyyatı qeyri-adekvat tələb kimi səslənmir. Burada yalnız pro-



sedur qaydaların aydın, sadə olmasından və siyasi motivlər əsasında problem 

yaradılmasından söhbət gedə bilər. 

Kiçik  KİV-lər  böyük  sazişlər  bağlamır  və  ona görə  də  böyük  əhatəyə 

malik olmurlar. Bu s

əbəbdən də başqa insanların maraqlarına o qədər də zərər 

vura bilm

əzlər. Üstələk hüquqi şəxsin təşkil edilməsi, qeydiyyatı müəyyən xərc 

t

ələb edə bilər. Beləliklə, nəşr nə qədər kiçik olsa, «inkorporasiya» tələbi bir o 



q

ədər  əhəmiyyətini  itirmiş  olur  və  informasiya fəaliyyəti ilə  məşğul  olmaq 

üçün lüzümsuz problem

ə çevrilir. Odur ki, heç bir fərq qoymadan ilkin «inkor-

po

rasiya» qaydalarının gözlənilməsini tələb etmək söz azadlığının pozulmasına 



g

ətirib çıxaracaq. Yalnız iri şirkətlər qarşısında bu tələbi qoymaq olar. 

H

ər bir sahibkarlıq subyekti kimi kütləvi informasiya vasitələri də vergi 



öd

əməyə borcludur. Amma bəzi hallarda vergi qanunvericiliyi söz azadlığının 

boğulması  üçün  istifadə  edilir, heç bir zərurətə  uyğun  gəlmir və  beynəlxalq 

qanunvericilikl

ə tam ziddiyyət təşkil edir. 1991-ci ildə qəbul olunmuş Vindhuk 

b

əyannaməsində beynəlxalq birlik vergi qanunvericiliyindən KİV-in azadlığını 



boğmaq  üçün  bir  vasitə  kimi istifadə  edilməsinə  görə  öz dərin  narahatlığını 

bildirmişdir. Bəyannamədə qeyd olunurdu ki, «BMT və YUNESKO təcili ola-

raq kütl

əvi informasiya vasitələrinin təsis edilməsinə maneə törədən… iqtisadi 

v

ə başqa problemlərin, o cümlədən məhdudlaşdırıcı import dərəcəsini və tarif-



l

ərin, mətbəə avadanlığına və boyasına, mətn yığımında və redaktə edilməsində 

istifad

ə edilən vasitələrə qoyulan kvotaların ləğv edilməsinə çalışmalıdır» [5].  



 

 

197 




ƏDƏBİYYAT 

1. Рекомендация № R (99) 1 Комитета Министров Совета Европы государствам участни-

кам относительно мер по стимулированию плюрализма в средствах массовой инфор-

мации– http://www.data.minsk.by/books/ce_massmedia/12.html 

2. M

ətbuat qanunvericiliyi və təcrübə. Bakı: Elm, 2001, 684 s. 



3. Доступ к эфиру: принципы свободы слова и регулирования вещания. Артикль 19. 

Лондон,   2002, с.67-81 –  http://www.article19.org/data/files/medialibrary/2633/12-04-26-

REPORT-access-RU.pdf 

4.  Дело “Информационсферайн Лентиа” и другие против Австрии”. – 

    http://www.echr.ru/documents/doc/2461478/2461478.htm 

5. Виндхукская декларация – 

    http://www.un.org/ru/documents/decl_conv/declarations/windhoek_decl.shtml

 

                                                                                     



АНТИМОНОПОЛЬНЫЕ МЕРЫ В МЕДИА-ПОЛИТИКЕ МЕЖДУНАРОДНЫХ 

ОРГАНИЗАЦИЙ И В ЗАКОНОДАТЕЛЬСТВЕ  

О СМИ ДЕМОКРАТИЧЕСКИХ ГОСУДАРСТВ 

 

С.Р.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В статье анализируется современная медиа-политика ООН, Совета Европы, ОБСЕ 

и других международных организаций, раскрывается сущность рекомендуемых ими для 

государств-членов  антимонопольных  мер.  Автор  подчеркивает,  что  антимонопольные 

меры имеют большое значение для реализации свободы слова и самовыражения и отра-

жается  во внутреннем законодательстве страны. Вместе с тем, необходимо учесть, что 

процесс  экономического  регулирования  СМИ  является  очень  сложным  и  противо-

речивым. Очень важно изучить опыт демократических государств в области  антимоно-

польной  политики.  Автор  раскрывает  систему  субсидий  и  налоговых  льгот,  применяе-

мых в европейских государствах.   

 

Ключевые слова: международные организации, медиа, экономика, свобода слова, 

антимонопольная политика, международная журналистика  

 

ANTIMONOPOLY MEASURES IN THE MEDIA POLICIES  

OF INTERNATIONAL  ORGANIZATIONS AND  

IN THE MEDIA LEGISLATION OF DEMOCRATIC STATES 

 

S.R.MAMMADOV 

 

SUMMARY 

 

The article analyzes the modern media policy of the UN, Council of Europe, OSCE and 

other international organizations, and discloses the essence of their recommendations to Mem-

ber States related to antitrust measures. The author emphasizes that antitrust measures are im-

portant for the realization of freedom of speech and self-expression and is reflected in the do-

mestic law of the country. However, it should be noted that the process of economic regulation 

of the media is very complex and controversial. It is very important to study the experience of 

democratic states in the field of antitrust policy. The author reveals the system of subsidies and 

tax incentives used in European countries. 

     

Key words:  international organizations, media, economy, freedom of expression, 

competition policy, international journalism 



 

 

198 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə