№1 Humanitar elml



Yüklə 262,42 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü262,42 Kb.
#74987


124 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 94 (479.24)

 

 

İSLAM TƏRİQƏTLƏRİNƏ CƏMİYYƏTDƏ MÜNASİBƏT 

MƏSƏLƏSİNİN ŞİMALİ AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATINDA 

ƏKSİ (XIX ƏSRİN II YARISI) 

 

S.A.İSMAYILOVA  



Bakı Dövlət Universiteti 

Sevdaismayılova@rambler.ru 

 

M



əqalədə XIX əsrin son rübündə Azərbaycan cəmiyyətində milli oyanışın əlamətlərin-

d

ən biri –“İttihadi-islam”ın  XIX  əsrin  II  yarısı  Şimali  Azərbaycan bədii  ədəbiyyatında  əksi 

şərh edilir. Müxtəlif  təriqətlərin  islamı  daxildən  zəiflədərək  xalqın  ümumi  birliyinə  xələl 

g

ətirməsi, milli-mədəni dirçəlişin qarşısını alması, bu təriqətlərdən biri olan babiliyin Şimali 

Az

ərbaycanda  da  yayılması,  babiliyə  qarşı  mübarizə  məsələlərinin  Seyid  Əzim  Şirvaninin 

b

ədii yaradıcılığında əksi araşdırılır. 

 

Açar

 sözl

ər: milli oyanış, islam təriqətləri, babilik, bədii ədəbiyyat, S.Ə.Şirvani 

 

XIX



 

əsrin son rübü ictimai-siyasi tariximizə milli oyanış, milli-azadlıq 

h

ərəkatının  erkən  dönəmi  kimi  daxil  olmuşdu.  Ziyalılar  arasında  özünə  yer 



tapan

 m

əsələlərdən biri də islamda təfriqəyə son qoymaq, məzhəb ayrılıqlarına 



qarşı mübarizə etmək idi. Çarizm müsəlmanların milli-azadlıq mübarizəsində 

is

lamın böyük rolunu dərk edərək müxtəlif vasitələrlə yeni mərhələyə keçmək-



d

ə olan Azərbaycan cəmiyyətinə təsir göstərir, məzhəb ayrılıqlarını gücləndi-

rir

, t


əriqətlərin inkişafına şərait yaradır, milli-mədəni dirçəlişin qarşısını alma-

ğa çalışırdı. 

XIX

 

əsrin  ortalarında  İranda,  o  cümlədən  Cənubi  Azərbaycanda  islam 



al

əmini  böyük  bir  təlatümə  salan  dini  təfriqə  –  babilik  meydana  çıxır.  Bu 

t

əriqət  XIX  əsrin  əvvəllərində  İranda  mövcud  olan  şeyxilər  adlı  təriqətin 



əsasında  yaranmışdı.  Şeyxilər  təriqətinin  banisi  məşhur  şiə  kəlamçı  əxsalı 

(B

əhreyn)  şeyx  Əhməd  Zeynəddin  oğludur  (1744-1828).  Şeyxilər  dinin  və 



h

ədislərin əsaslarının yeni izahlarını verirdilər (1, 93). Bu isə bir sıra hallarda 

ortodoksal

  islama  zidd  idi. 

Şeyx  əxsai  Əhməd  belə  hesab  edirdi  ki,  bütün 

kainat


  ilahi 

başlanğıcla  doludur  və  allahın  atributları  allahın  özünün  seçdiyi 

imam



peyğəmbər,  allahla  insanlar  arasında  olan  vasitəçilərdə  –  gizli  imam-



bablarda

  t


əzahür edir (9, 203). Şeyxilər onu «şie-ye kamil» adlandırdılar (7, 


125 

87-90). 


Şeyxilərin  son  başçısı  Seyid  Kazımın  vəfatından  sonra  şirazlı  Seyid 

Əli  Məhəmməd  (9.IX.1820-19.VI.1850)  özünü  təriqətin  başçısı  elan  edir. 

M

əhz şeyxilik əqidəsi babiliyin əsasında durur (10,30). Seyid Əli Məhəmməd 



yeni

 bir t


əriqətin – babiliyin əsasını qoymuşdur. O öz dini və siyasi görüşlərini 

«B

əyan»  və  «Yusif»  surəsinə  izahat»  adlı  əsərlərində  şərh  etmişdir.  Babilik 



t

əlimində  iki  cəhətin  bir-birinə  qovuşması  görünür:  dini  və  siyasi.  Babın 

fikrinc

ə, bəşəriyyət bir-birini əvəz edən dövrlər üzrə inkişaf edir, yaranan yeni 



dövr

  özünd


ən  əvvəlki  dövrün  qayda-qanunlarını  qəbul  etmir,  özü  də  yeni 

dövrün


  qayda-

qanunlarını  yeni  peyğəmbər  gətirməlidir.  Quran  və  şəriət 

qanunları  artıq  köhnəlmiş  və  yeni  dövrün  qarşıya  qoyduğu  tələblərə  cavab 

vermir


İndi onların əsasında görülən hər bir iş ancaq ilahi kəlamların forma və 

h

ərfinə riayət etməkdir ki, bu da yeni dövrün tələblərinə cavab vermir. Haki-



miyy

əti ələ keçirən hakimlər və üləmalar şəxsi varlanmaq naminə qanunun və 

dinin

 ancaq 


formasını gözləyir, onun mahiyyətinə varmırlar. Odur ki, qanunlar 

yenisi


  –  «B

əyanla»  əvəz  olunmalıdır,  yeni  qayda-qanunu  yeni  dövrün 

peyğəmbəri gətirməlidir, yeni peyğəmbər Mehdi zühur etməlidir (7, 87-92). 

Seyid


 

Əli Məhəmməd 12 iyun 1844-cü ildə özünü Bab (sonuncu imam 

Mehdi

 il


ə xalq arasında vasitəçi) (7,93), 1848-ci ildə isə həbsdə olarkən özünü 

Mehdi


  elan  etdi  (9,  217).  O,  ir

əli sürdüyü fikirlərlə yeni bir təriqətin əsasını 

qoymuşdur (2,  41). 

Seyid


 

Əli  Məhəmmədin  təbliğatında  sırf  dini  məqamlarla  birlikdə 

ictimai

-siyasi  m



əqamlar  da  vardı.  Belə  ki,  Seyid  Əli  Məhəmməd  nitqlərində 

dünyanın ədalətli olmadığı və zülmün baş alıb getdiyini söyləyirdi. 

Şah  hökuməti  ölkədə  şiə  ruhaniliyinin  nüfuzunu  sarsıtmamaq  üçün  ilk 

dövrd


ə babiliyə qarşı kəskin mövqe tutmurdu. Lakin 1852-ci ildə Nəsrəddin şaha 

sui


-q

əsd  cəhdindən  sonra  onlara  münasibət  kökündən  dəyişir,  babilərə  qarşı 

k

əskin mübarizə xətti götürülür, onlara amansız divan tutulmağa başlanır (8, 171). 



Babilik

  h


ərəkatının  islahatçı  qanadı  bəhailik  adı  ilə  vətəndaşlıq  qazan-

mışdı. Bəhailik təlimi Mirzə Hüseyn Əlinin (1817-1892) adı ilə bağlıdır. İran 

ictimai

-dini h


əyatında o, Bəhaulla – «Allahın parıltısı» ləqəbi ilə məşhurdur. 

«B

əhaulla  öz  ictimai  və  dini  görüşlərini  «Kitabi-əqdəs»  («Ən  müqəddəs 



kitab

») 


adlı proqram xarakterli əsərində şərh etmişdir. Onun iddialarına görə, 

«Kitabi 


Əqdəs», həm «Quran»ı, həm də «Bəyan»ı əvəz edə biləcəkdir (1,43). 

N

əsrəddin  şaha  1852-ci  il  16  avqustda  edilən  sui-qəsddən  sonra  o,  İrandan 



mühacir

ət  etməli  olur.  22  aprel  1863-cü  ildə  Bağdad  şəhərində  özünü  Bab, 

yeni

 

peyğəmbər  elan  edir  (9,  229).  Bəhai  təliminə  görə  allaha  itaət  etməyin 



mahiyy

ətini  təşkil  edən  həqiqət  müəyyən  sənətkarlıq,  yaxud  sənaye  və  buna 

b

ənzər başqa işlərlə məşğul olmaqdan ibarətdir (3,23). 



B

əhailər qeyri-islami dinlərə rəğbətinə görə şiə və sünni müsəlmanların 

nifr

ətini qazanmışdılar və onlar bəhailiyi qeyri-islami təriqət sayırdılar (3,26). 




126 

B

əhailər ənənəvi islam mərasimlərini və ayinlərini tamamilə rədd etdik-



l

ərindən, məscidlərdə yox, özlərinin xüsusi təbliğat mərkəzlərində – klublara 

ox

şar mərkəzlərdə toplaşırdılar. 



M

əsələnin bir cəhətini xüsusi olaraq qeyd etmək lazımdır ki, ortodoksal 

şiə ruhaniliyi babilik hərəkatı ilk dövrlərində şeyxlik ilə əlaqədar olduğu üçün 

ona


 

şiəliyin  bir  qolu  kimi  baxdığından,  babiliyə  qarşı  kəskin  mübarizə  xətti 

götürm

əmişdir. Lakin babilikdən törəyən bəhailik təliminin dünya miqyasına 



çıxması  ilə  həm  babiliyə,  həm  də  bəhailiyə  qarşı  şiə  ruhaniliyinin  mövqeyi 

k

əskin dəyişir. Hər iki təriqət islamın təqib etdiyi bidətçi təlimlər sırasına daxil 



edilir

 (9, 225). 

İranda Bəhaullahın özünü peyğəmbər elan etməsi ərəfəsində onun tərəf-

dar


ları öz canlarını ölümdən qurtarmaq üçün qonşu ölkələrə, o cümlədən Şi-

mali


 Az

ərbaycana axışıb gəlirlər və Cənubi Azərbaycana yaxın sərhəd yerlə-

rind

ə - Naxçıvanda, Ordubadda yerləşirlər. O zamandan bəhailik Şimali Azər-



baycanda

 

Naxçıvan,  Ordubad  ilə  yanaşı,  başqa  şəhərlərdə,  xüsusilə  Bakıda 



yayılmağa başlayır (4, 2000.24-28,VI,8). 

Rusiya


 r

əsmi dairələri islamiyyətdə mövcud olan təriqətlərə, məzhəblərə 

v

ə cərəyanlara himayə siyasəti yeridirdi. Çünki bu yolla məzhəblər arasındakı 



münaqişələri dərinləşdirmək və islamı daxildən zəiflətmək mümkün idi. Azər-

baycanda


 

yaşayan babilərin köməyi ilə babilik və bəhailik təriqətlərinin geniş 

yayılmasına rəsmi hökumət dairələri hər vasitə ilə yardım edirdilər (5,60). 

Daxili


 

işlər nazirliyinin Ruhani İşlər Departamentinin Nazirlər Şurasına 

yazdığı  1901-ci  il  tarixli  məktubunda  deyilirdi:  «Bakı  şəhərində  yaşayan 

babil


ər  1901-ci  ildə  mülki  işlər  üzrə  Qafqaz  baş  rəisliyindən  həmin  şəhərdə 

ibad


ət  evi  açmaq  üçün  icazə  vermənizi  xahiş  etmiş  və  onların  xahişi  haqlı 

olaraq


  yerin

ə  yetirilmişdir…  İrandan  Qafqaza  gəlmiş  olan  babilərin  təlimi 

M

əhəmmədin qanununu əqləuyğun və maarifçicəsinə şərh edir, bu qanundan 



köhn

ə,  fanatik  və  yalan  nə  varsa  hamısını  atır.  Ümumiyyətlə,  bunun  hamısı 

xristianlıq üçün əlverişlidir. Cahil, inkişaf etməmiş müsəlmançılıq mühitində 

yararlı və arzu olunan vətəndaşlar yaradır». Elə həmin sənəddə babilərin Bakı 

il

ə yanaşı, Şamaxıda Cənubi Qafqazın başqa quberniyalarında da yaşadıqları 



göst

ərilir (5,60).  

Şirvanda  babilik  təliminin  yayılması  S.Ə.Şirvaninin  «Şamaxı  babiləri 

haqqında» şeirində öz əksini tapmışdır. Şair babiliyin yayılmasını böyük ürək 

ağrısı ilə qeyd edir: 

Bir


 neç

ə fasiqü mərdudi-əbəd, müfsid olan  

H

ərçi mərc eylədilər məmləkəti – Şirvani (6, 25). 



S

.

Ə.Şirvaninin  «Şamaxı  babiləri  haqqında»  xüsusi  böyük  həcmli  şeir 



yazma

sının əsas səbəbi çox güman ki, babilik hərəkatının görkəmli nümayən-

d

ələrindən olan Seyid Babın 1864-cü ildə Həştərxandan Bakıya, oradan isə Şa-



ma

xıya gəlişi olmuşdur. 

Seyyidi

 bab o günd



ən ki, mürəxxəs olunub, 


127 

M

ənzil etmişdi, gəlib, xitteyi-Hactərxani, 



Şuru düşmüşdü onun məmləkəti- Şirvanə, 

Babil


ər olmuş idi aşiqi-sərgərdani, 

… Hicr


ətin min iki yüz səksən ikiydi sani (M.1864-S.İ.) 

Çıxdı nagəh bu xəbər kim, Bakıdan ağa gəlir, 

Çıxdı pişvazına bu qövmi-Əbu Sufyanı (6,25). 

Mirz


ə Kazımbəy Bab və babilərdən bəhs edən Cənubi Qafqazda babiliyi 

yaymaqda


 t

əqsirkar bilinərək 1853-cü ildə Smolensk şəhərinə sürgün edilmiş 

Ordubad

  sakini  Mir  Seyid 



Əbdül  Kərim  oğlundan  söhbət  açır,  onunla  əlaqə 

ya

ratdığını  və  ondan  2  məktub  aldığını  göstərir.  Birinci  məktub  4  dekabr 



1860-

cı,  ikinci  məktub  isə  yanvar  1861-ci  ildə  yazılmışdı.  Məktublarda  Mir 

Seyid

 

Əbdül  Kərim  oğlu  babiliyin  əsas  müddəaları  haqda  söhbət  açır,  onun 



m

əziyyətlərini göstərir. Lakin Mir Seyidin cavabları Mirzə Kazım bəyi qane 

etmir

,  çünki  mü



əllif  ilkin  babilikdə  xristianlığa  doğru  addım,  daha  doğrusu, 

xris


tianlığa əsaslanma meyllərini axtarırdı. Mir Seyid Əbdül Kərimin məktub-

la

rında  isə  bu  problemə  toxunulmurdu.  Mirzə  Kazım  bəy  Mir  Seyid  Əbdül 



K

ərimin taleyindən söhbət açır, bu söhbətdən məlum olur ki, Mir Seyid Əbdül 

K

ərim  Smolensk  şəhərində  11  il  sürgündə  qaldıqdan  sonra  azadlığa  buraxıl-



m

ış, Həştərxanda məskunlaşmışdı. Çox güman ki, şerdə «Seyyidi-Bab» adı ilə 

t

əqdim olunan şəxs məhz Mir Seyid Əbdül Kərim oğludur (8, 200 - 208). 



S

.

Ə.Şirvani Şirvanda babilik haqqında söhbətə keçməzdən əvvəl babilik 



h

ərəkatının tarixinə çox yığcam şəkildə toxunur. O, babilik hərəkatının banisi 

Seyid

 

Əli  Məhəmmədin  adını  şeirdə  çəkməsə  də,  onun  1848-ci  ildə  özünü 



Mehdi

 elan etm

əsini xüsusilə qeyd edir və bunu bir növ lağa qoyur: 

«Biri T


əbrizdə çıxdı ki, mənəm Mehdiyi əsr» (6,27). 

S

.



Ə.Şirvani  babilərin  İran  şahı  Nəsrəddin  şaha  1852-ci  ildə  sui-qəsd 

etm


ələri məsələsinə də toxunur: 

Biri


 

çıxdı ki, hidayət eləsin Tehrani. 

N

əsirəddin şahı atdı neçəsi güllə ilə, 



Öldürübl

ərdi ədavətlə şəhi-İrani (6,27). 

S

.

Ə.Şirvani  Şirvanda  babilik  tərəfdarlarının  ictimai  tərkibi  məsələsinə 



toxunur

onları sadalayır və ayrı-ayrılıqda səciyyələndirir: 



…N

ə köpək oğlu köpəkdir ki, o qəssab Bağır, 

Çıxıban küçədə təfsir eləyib fürqani (6,29)… 

Birisi


 m

əşhədi Cəfərdi, Xorasan Lotusu, 

Ki



salır gündə İmamlı içinə qovğanı,  



Biri

 s

ərrac Məciddir ki, o da babı olur (6,28). 



Qeyd

 edildiyi kimi, b

əhailər dini mərasim və ayinlərini ənənəvi islam di-

ni

 m



əbədlərində-məscidlərdə deyil, xüsusi evlərdə, bəhai qruplarının rəhbərlə-

rinin


 

yaşayış mənzillərində keçirirdilər. S.Ə.Şirvani şeirində Şamaxıda bu cür 

m

ərasim ocaqlarının mövcudluğundan söhbət açır: 



Müxt

əsər kim Ağalarov evinə etdi nüzul, 




128 

Neç


ə kəs olmuş idi ol qapının dərbani. 

Qoydular


 ad ona kim, bu 

kişi həzrət Əlidir, 

Bu

 g

əlibdir ki, hidayət eləsin dünyanı (6,26). 



S

.

Ə.Şirvani Şirvanda babilərin cəmləşdiyi əsas yaşayış məskənlərini də 



sadalayır: 

Sarıtorpaqların hüccəti Eldar oğlu, 

Q

ələbazar ələsin öz başına samanı. 



… Birisi M

əşhədi cəfərdi, Xorasan Lotusu – 

Ki



salır gündə İmamlı içinə qovğanı (6,28). 



Qeyd

 edildiyi kimi, ist

ər babilər, istərsə də bəhailər Quranı artıq köhnəl-

miş, vaxtı keçmiş bir kitab sayır, onun «Bəyan» və ya «Kitabi-Əqdəs» ilə əvəz 

edilm

əsini qəbul edir və Qurana qarşı sayğısızlıq göstərirdilər. Şirvan babiləri 



d

ə öz həmfikirləri kimi, Quranı öz bildikləri kimi təfsir edirdilər. S.Ə.Şirvani 

Şamaxı babilərinin belə küfr hərəkətlərini təsvir edir. 

Babilik


 v

ə bəhailik təriqətlərinin Şirvanda fəaliyyəti, sözsüz ki, ortodok-

sal

 

şiə ruhaniliyi və islam tərəfdarlarının böyük narazılığına səbəb olurdu, yerli 



əhali  içərisində  münaqişələrə  gətirib  çıxarırdı.  S.Ə.Şirvaninin  şeirində  bu 

danılmaz həqiqət öz əksini tapır, yeni təriqətlərin Azərbaycanda mövcud olan 

ənənəvi şiə təriqətinə – «məzhəbi-isna əşəri»yə qarşı durduğu göstərilirdi: 

N

əçidir axır o babi, nə şəfa sahibidir, 



N

əçidir ki, çəkə əl, gözlü edə əmani? 

Heyf

 s

əd heyf ki, bu məzhəbi-isna əşəri 



Zaye

 etdi bu zinazad

ələrin dastani! 

Bir


 dey

ən yoxdu ki, ey müfsidi-mərhudi-əbəd, 

N

ə salıbsız bu qədər məmləkətə qovğanı (6, 26). 



Şirvanda babiliyin yayılmasına qarşı mübarizə aparan qüvvələrin də ol-

du

ğu şeirdə öz əksini tapıb. 



Əcəb oğlan idi o Kərbəlayi İsmail, 

H

əqqi onda yox idi bir əməli-nəfsani, 



Bilm

əzdim noldu səbəb axırı oldu məlun. 

N

ə səbəb oldu ki, bu tutdu rəhi-şeytani?... 



Əhli-dalan ayırıb sovça, kasasın ondan, 

Qovdular


 cüml

əsi anın başına qırxani, 

Af

ərin əhli-dalan yaxşı müsəlmanlar imiş, 



Filh

əqiqət, hamıdan yaxşı imiş iymani (6,28). 

S

.

Ə.Şirvaninin bədii yaradıcılığında məzhəb qarşıdurmaları, islama təf-



riq

ə salan təriqətlər tənqid edilir. O, belə hesab edirdi ki, İslamda təfriqə Azər-

baycan

 

xalqının ümumi birliyinə zərbədir, onun inkişafı yolunda maneədir. Bu 



dövrd

ə artıq Azərbaycanda «ittihadi-islam»ın irəli sürdüyü əsas prinsip – müs-

t

əmləkəçiliyə qarşı azadlıq mübarizəsində xalqın özünün birliyi təbliğ edilirdi. 



 


129 

ƏDƏBİYYAT 

1.

 



Bünyadov

 Z. Dinl


ər, təriqətlər, məzhəblər (Arayış kitabı). Bakı: Azərbaycan, 1997, 288 s. 

2.

 



C

ənubi  Azərbaycan  tarixinin  oçerki  (1828-1917).  (Ə.S.Sumbatzadənin  redaktəsi  ilə). 

Bakı: Elm, 1985, 316 s. 

3.

 



Əhədov A. Azərbaycanda islamın modernləşdirilməsi. Bakı: Azərnəşr, 1995, 158 s. 

4.

 



Əhmədbəyli  S.  Yer  -  bir  dövlət,  bütün  insanlar  –  onun  vətəndaşlarıdır.  Bəhailər  belə 

hesab


 edirl

ər. «7 gün» qəz., Bakı, 2000, 24-28 iyun. 

5.

 

Mustafayev



 Q. XX 

əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi. 

Bakı: Maarif, 1973, 296 s. 

6.

 



Şirvani S.Ə. Seçilmiş əsərləri. 3 cilddə, II c., Bakı: Azərb. SSR EA nəşriyyatı, 1969, 650 s. 

7.

 



Иванов  М.С.  Антифеодальные  восстания  в  Иране  в  середине  ХIХ  в.  М.:  Наука, 

1982, 248 с. 

8.

 

Казембек М. Баб и бабиды: религиозно-политические смуты в Персии в 1844-1852 



гг. // Избранные произведения. Баку: Элм, 1985, 422 с. 

9.

 



Кузнецова Н.А. Иран в первой половине ХIХ в. М.: Наука, 1983, 266 с. 

10.


 

Талипов Н.А. Общественная мысль в Иране в ХIХ – начале ХХ в. М.: Наука, 1988, 295 с. 



 

ОТРАЖЕНИЕ В ХУДОЖЕСТВЕННОЙ ЛИТЕРАТУРЕ СЕВЕРНОГО 

АЗЕРБАЙДЖАНА II ПОЛОВИНЫ ХIХ ВЕКА ВОПРОСА ОБ ОТНОШЕНИИ  

К ИСЛАМСКИМ СЕКТАМ 

 

С.А.ИСМАЙЛОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  отражение  вопроса  об  отношении  к  исламским  сектам  в 

Азербайджанском обществе как одним из признаков национального возрождения «ит-

тихади-ислам»  (исламское  единение)  в  художественной  литературе  Северного  Азер-

байджана II половины ХIХ века. 

Рассматриваются  произведения  Сеид  Азим  Ширвани  и  художественное отраже-

ние в них действий разных сект ислама препятствующих единению народа и националь-

но-культурному возрождению, распространение одной из этих сект бабизма в Северном 

Азербайджане и борьба против этих сект. 

 

Ключевые  слова:  национальное  возрождение,  исламские  секты,  бабизм,  худо-

жественная литература, С.А.Ширвани 



 

REFLECTION OF RELATIONS TO ISLAMIC SECTS IN THE LITERATURE  

OF NORTHERN AZERBAIJAN IN THE II HALF OF THE XIX CENTURY 

 

S.A.ISMAYILOVA 

 

SUMMARY 

 

The  article  studies  reflection  of  relations  to Islamic sect in  the  Azerbaijan society as 



indication of  national rennaisance “Ittikhadi-Islam”in the  Islamic literature of Northern 

Azerbaijan in the second half of the XIX century. 

The author analyzes literary works of Seid Azim Shirvani and artistic reflections in his 

works of various Islamic sects obstacling people’s union and national – cultural rennaisance, 

expansion of one of these sects, Babysm in Northern Azerbaijan and the struggle against these 

sects.    



 

Key words: national rennaisance, Islamic sect, Babysm, literature, S.A.Shirvani  

Yüklə 262,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə