120
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elml
ər seriyası
2013
UOT 94 (979.24)
İSLAM DİNİ MONQOL İŞĞALI DÖVRÜNDƏ
L.A.ƏLİYEVA
Bakı Dövlət Universiteti
lale_agamirze@yahoo.com
Monqol istilası başlıca olaraq tarixçilər tərəfindən mənfi qiymətləndirilsə də, əslində bu
istila Azərbaycanda etnik və dini proseslərə kifayət qədər müsbət təsir göstərmişdir. Monqol
hökmdarları işğaldan az sonra müxtəlif səbəblərdən, ilk növbədə siyasi səbəblərdən islam
dinini qəbul etmişdilər. Lakin məsələ yeni dinə keçidlə bitmir. Monqol istilası təkcə təsərrüfat
həyatını deyil, köhnə ehkamları da dağıtmış, daha doğrusu həmin ehkamların dağılmasına yol
açmışdır və islam dünyasına ciddi təsir göstərmişdir. Nəticədə müxtəlif dini-mistik, bidətçi
təlimlər meydana gəlmiş, fəlsəfi fikrin geniş inkişafına səbəb olmuşdur. Belə bidətçi təlimlər-
dən biri hürufilik təlimidir ki, bu da təkcə Azərbaycanda deyil, bir sıra Yaxın Şərq ölkələrində
də yayılmışdır. Həmçinin bu dövrdə yeddi imam şiəliyindən oniki imam şiəliyinə keçid baş
vermiş, İslamda yeni böyük məzhəbin yaranması başa çatmışdır.
Açar sözl
ər: monqol istilası, islam, yeddi imam şiəliyi, ismaililik, isna-aşari (oniki imam)
şiəlik, məzhəb, hürufilik
Monqol işğalı, adətən dünya tarixşünaslığında, eləcə də Azərbaycan ta-
rixçil
əri tərəfindən mənfi hadisə kimi qiymətləndirilir. Təkcə tanınmış tarixçi
John K. Fairbankın əsərini buna bir misal olaraq göstərmək kifayət edər (4).
Tarixçil
ər arasında bu proseslərin qiymətləndirilməsi demək olar ki, eynidir:
monqol istilası Azərbaycanda, eləcə də digər ölkələrdə əhalinin iqtisadi, sosial
v
ə mədəni həyatını məhv etmişdir. Lakin bu istila dövrü Azərbaycanda həm
etnik v
ə həm də dini proseslərə çox ciddi təsir göstərmişdir. Digər tərəfdən,
XIII- XIV
əsrlər mədəniyyətinin, ilk növbədə, fəlsəfi fikrin araşdırılması bizə
f
ərqli bir mənzərə göstərir. Bu işğalın, hər hansı digər işğal kimi, iqtisadi həyat
üçün dağıdıcı xarakterini təsdiq edərək vurğulamaq lazımdır ki, o, eyni zamanda
monqol istilasınadək toxunulmaz olan İslam ehkamlarının dağıdılmasına və
müxt
əlif bidətçi təlimlərin meydana çıxmasına səbəb olmuşdur. Məhz XIII-XIV
əsrlərdə müxtəlif dini-fəlsəfi təriqətlər üzə çıxmış, çoxsaylı fəlsəfi və tarixi
ədəbiyyat da ərsəyə gəlmişdir. Təsadüfi deyildir ki, tanınmış rus və sovet şərq-
şünası V.V.Bartold bu dövrü "İran ədəbiyyatının qızıl dövrü" (16, 84) adlan-
dırmışdır. Çingiz xan və onun varisləri müsəlman dünyasının tarixində real bir
d
əyişiklikliyə səbəb olmuşlar. Bundan əlavə, biz Azərbaycanda, eləcə də bütün
121
Yaxın və Orta Şərq regionunda nəzərə çarpacaq etnik dəyişikliklər verdiyini
qeyd etm
əliyik. Mərkəzi Asiyadan monqollarla birgə gətirilmiş köçəri və ya-
rımköçəri türk tayfalarının ölkəmizdə məskunlaşması Azərbaycanda türk
amilinin daha da gücl
ənməsinə səbəb olmuşdur.
M
əlumdur ki, Çingiz xan hələ Xarəzmə yürüşündən öncə türk müsəlman-
lar
la yaxşı əlaqədə olmuş və 1218-ci ildə iki müsəlman səfiri- Mahmud Buxari
v
ə Yusuf Kanka Otrarini oraya göndərmişdi (16, 270). Çingiz xan və müsəl-
man tacirl
ər arasında mehriban əlaqələr monqol hökmdarı üçün bir sıra üs-
tünlükl
ərə gətirib çıxarmışdı. Bu müsəlman tacirlərin Qaşğar, Yarkand və Xo-
tanda öz müs
əlman qardaşlarının məruz qaldığı zülmün sonunu görmək üçün
h
ər cür motivi var idi. Görünür ki, Çingiz xan bu tacirlər vasitəsilə Kuçluğa
qarşı mübarizə üçün lazım olan bütün kəşfiyyat məlumatını əldə edə bilmişdi
(5, 88). V.V.Bartold v
ə onun ardınca Leo de Hartog, Abbasi xəlifəsinin Çingiz
xandan II Sultan M
əhəmmədə qarşı hücuma keçməyi xahiş etməsi ehtimalını
ir
əli sürürlər (5, 92). Əgər belədirsə, onda xəlifə ən-Nasir özü də bilmədən Ab-
basi xilaf
ətinin sonunu yaxınlaşdırmışdır.
S
ərkərdə Cormoğunun başçılığı ilə monqol ordusu ikinci yürüş zamanı
Az
ərbaycanı işğal edir və ölkə Böyük Monqol Imperiyasına qatılır. Bu hadisə
Əlaəd-din Ata-Məlik Cüveyninin “Tarixe-Cahanguşa” əsərində təsvir olunmuş-
dur (14, 501).
Geniş əraziyə və çoxsaylı qarışıq əhaliyə malik olan Böyük Monqol im-
periya
sı uzun müddət vahid dövlət kimi qala bilməzdi. Mirqasım Usmanovun
fikrinc
ə, təqribən 20-30 il ərzində mövcud olmuş super-imperiyasının super-
gen
iş əraziyə malik olması onun az sonra parçalanmasını şərtləndirmişdi.
Desinteqrasiya prosesi n
əticəsində, onun yerində həm ərazi, həm də əhalisinin
srtukturu baxımından nəhəng olan yeni dövlətlər – Böyük Xan (sonralar Yunan
dövl
əti), Caqatay, Cuçi və Hülakü ulusları meydana gəlmişdir. (15, 835). XIII
əsrin ortalarında Çingiz xanın nəvəsi Hülakü xan Yaxın və Orat Şərqi əhatə
ed
ən beşinci ulus- Hülakülər və ya İlxanilər dövlətini yaradır ki, buraya eləcə
d
ə Azərbaycan ərazisi də daxil idi və üstəlik Azərbaycan bu dövlətin mərkəzi
vilay
ətini təşkil etmiş, onun bütün paytaxt şəhərləri- Marağa, Təbriz və Sulta-
niyy
ə kimi Azərbaycan şəhərləri olmuş, Azərbaycanın şimalındakı Şirvan-
şahlar dövləti isə Hulakülərin vassalına çevrilmişdilər. Bu imperiya yaranışın-
dan erk
ən Monqol dövləti institutları ilə yerli, daha çox inkişaf etmiş oturaq
mus
əlman cəmiyyəti təsisatlarının konqlameratı kimi meyadana çıxmış, mon-
qol
Yasası ilə musəlman Şəriətinin bir-biri ilə ziddiyyət təşkil edən qaydaları
əsasında idarə olunmuşdur (2, 251). Zaman keçdikcə Yasa ilə Şəriət arasındakı
balans şəriətin xeyrinə dəyişmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, monqol istilası əsasən, tarixşünaslıqda
m
ənfi qiymətləndirilir, lakin son tədqiqatlar bunun tam tərsini sübut edir. Belə
t
ədqiqatlardan Judit Kolbasın araşdırmaları misal göstərilə bilər. O, yazır ki,
mon
qollar İranda iqtisadi inkişafa əngəl olan ətalətli və arxaik pul sistemini
dağıtdılar. Onlar ekstensiv ticarəti genişləndirmək, elmi, xüsusilə astronomiya
122
v
ə ali riyaziyyatı praqmatik və tətbiqi vasitə kimi inkişaf etdirməklə buna nail
oldular (1, 1).
Monqol hökmdarları çox keçmədən müxtəlif səbəblər, ilk növbədə siyasi
s
əbəblərlə əlaqədar olaraq islam dinini qəbul etmişdilər: Hülakü imperiyasında
Əhməd adı ilə də tanınan Teguder xan (2, 15), sonra Qazan xan, Qızıl Orda
dövl
ətində əvvəlcə Bərkə xan, sonra Əhməd xan islamı qəbul etmişdilər.
Tanınmış monqol tarixçisi Seçin Jadçid islama keçmə faktına başqa bir nəzər-
nöqt
ədən yanaşır və yazır ki, monqol hökmdarları hiss etməyə başlayırlar ki,
on
ların mahiyyətcə sadə və primitiv dinləri işğal etdikləri ölkələrin dərin
f
əlsəfə və mürəkkəb ibadət sisteminə malik olan dinləri ilə yarışa bilməz və aid
olduqları din dünya fatehlərinin ruhi ehtiyaclarına cavab verə bilməz. Bu,
görünür ki, monqol hakim t
əbəqəsinin müxtəlif dövrlərdə buddizm, xristianlıq
v
ə islam kimi dinləri qəbul etməsinə səbəb olmuşdur (12, 84). Başqa sözlə,
Yaxın və Orta Şərqin tabe edilmiş əhalisi ilə hakim monqol sülalələri arasın-
dakı etnik, mədəni və ideoloji ziddiyyətlər onları islamı qəbul etməyə sövq
etmişdi. Lakin onlar xristianlığı və ya iudaizmi də qəbul edə bilərdilər, necə ki,
Teguder
əvvəlcə xristianlığı qəbul etmiş, sonra islama keçmişdi. Bu fakt
Reuven Amatai t
ərəfindən tədqiq edilmişdir. XIV əsrin əvvəllərində erməni
tarixçisi Hetum m
əlumat verir ki, kiçik yaşlarında Tegüder, xristianlığın
nestorian t
əriqətinə aid olaması güman edilən anası Qutui Xatun tərəfindən xaç
suyuna salınmışdır. Bir qədər sonra isə o, islamı qəbul etmiş və Əhməd adını
götürmüşdü (11,17). Monqol hökmdarlarının, xüsusən də Hülakülərin islamı
q
əbul etmələri regionda bu dinin mövqeyinin möhkəmlənməsinə səbəb olmuş-
dur. Bunda başqa, islam dininin iki böyük qanadından biri olan oniki imam
şiəliyinin – istna- aşari şiə islamının formalaşması məhz bu dövrdə başa çat-
mışdır. Orta əsr tarixşünaslığında bu məsələ əvvəlcə M.Mazzaui (6), sonra isə
E.Nyuman (9) t
ərəfindən aparılan araşdırmalar nəticəsində belə fikir hasil
olmuşdur ki, XIII-XIV əsrlərdə gedən proseslər oniki imam şiəliyinin yaranma-
sına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, yeddi imam şiəliyindən oniki
imam şiəliyinə keçid prosesində Hülakü xanın məsləhətçisi, Abaqa xanın vəziri
olan görk
əmli alim Nəsrəddin Tusinin müstəsna rolu olmuşdur.
M
əlum olduğu kimi, 1258-ci ildə Hülakü xan Bağdada daxil olaraq o
zaman üçün artıq hakimiyyəti nominal olan sonuncu Abbasi xəlifəsi Mötəsimi
edam etm
əklə Abbasi xilafətinə son qoymuş, İslam aləminin birliyini təcəssüm
etdir
ən formal hakimiyyəti bitirmişdi. O da məlumdur ki, Abbasi xilafətinin
real siyasi hakimiyy
əti çox əvvəl başa çatmış, onların əvəzinə regionda hakim
siyasi qüvv
ə isə Səlcuq sultanları olmuşdular. Quranın mətni Məhəmməd
peyğəmbərin ölümündən sonra yazıya alınaraq tamamlanmış və o zamandan
x
əlifələrin tam nəzarəti altında toxunulmaz saxlanan bir mətnə çevrilmişdir.
Bundan
əlavə, ilk dövrlərdə onun fəlsəfi təhlili, izahı da qadağan edilmişdi.
S
əlcuq imperiyası dövrü Quran mətinin fəlsəfi-dini baxımından interpretasiya
edilm
əsi üçün meydan açdı və digər tərəfdən, dini hökmdar hakimiyyətini
əslində sekulyar olan hərbiçi türklərin hakimiyyəti əvəz etdi. Bu proses həm də
123
öz b
əhrəsini onda göstərdi ki, yeni dini-mistik fəlsəfi cərəyanlar meydana gəldi
v
ə bunlardan biri də yeddi imam şiəliyinə əsaslanan İsmaili təriqəti oldu.
Bundan
əlavə, monqol istilasından öncə XIII əsrin əvvəllərində İbn Ərəbinin
f
əlsəfı məktəbi xüsusilə qeyd edilməlidir. Monqol istilası isə bu xüsusda ikinci,
h
əm də radikal addım oldu. Yeni monqol hakimləri ilk dövrdə müsəlman deyil-
dil
ər və ona görə də, Quran mətni üzərində diskussiya onları maraqlandırmırdı.
İslamı qəbul etdikdən sonra isə İlxanilər dövləti dərhal ciddi və fundamental
islami d
əyərlərə malik dövlətə çevrilməmişdi. Biz islamı qəbul etmə aktı ilə
bütün dövl
ət və inzibati-məhkəmə sisteminin islamlaşması arasında fərqi qeyd
ed
ərək onu vurğulamalıyıq ki, İslam hüquqi təsisatlarının dövlət idarə sis-
temind
ə oturuşması, Hülakü dövlətitnin müsəlman dövlətinə çevrilməsi məhz
XIV
əsrin əvvəllərində Qazan xanın islahatları nəticəsində baş vermişdir. Bu
prosesin izl
ənməsi üçün ən yaxşı mənbə həmin islahatların əsas ideoloqu olan
F
əzlullah Rəşidəddin Təbibin “Cəmi-ət-təvarix” əsəri (3) və “Mükəttibatı”dır
(17). Diqq
əti cəlb edən məsələlərdən biri Fəzlullah Rəşidəddinin müsəlman
al
əminin gözündə Çingiz xan imicini dəyişdirmək cəhdidir. O, yazır ki, Allah
Çingiz xanın, onun əcdadlarının, övladlarının və onların törəmələrinin gücünü
v
ə şöhrətini ona görə yüksəltdi ki, onlar islamı gücləndirdilər və şəriəti təbliğ
etdil
ər (3, 9:1:6). Məhəmməd Ulcaytunun ölümündən dərhal sonra müxtəlif
feodal qrupları arasında başlayan hakimiyyət uğrunda mübarizə Hulakülər
dövl
ətinin zəifləməsinə gətirib çıxarır (10, 16). Monqol hökmranlığı müxtəlif
dini bid
ətçi cərəyanların, mistik sufi ənənələrinin yaranmasına səbəb olur ki,
bunlardan biri hürufilik t
əriqəti idi. Bəşir Şahzad bu dini doktrinanı öz yeni
çapdan çıxmış əsərində geniş təhlil etmişdir (16). Monqol mənşəli Cəlairi sü-
lal
əsinin hakimiyyəti dövründə 1370-ci illərin ortalarından başlayaraq hürufilik
t
əliminin banisi Fəzlullah Nəimi öz mistik sufi baxışlarını təbliğ etməyə baş-
layır və bu təlim tezliklə Azərbaycanda və İranda yayılır. Məlum olduğu kimi,
ərəbcə huruf, yəni hərflər sözündən yaranmış bu mistik təlimə görə, ərəb hərf-
l
əri ilə insanın simasına Allah kəlməsi yazılmışdır, demək, Allah insan sima-
sında təcəlla edir, insan Allahın Yer üzündə mücəssiməsidir. Hürufilərin bu
b
əyanı islam ehkamlarına qarşı olub bir bidəti ifadə edirdi. Nəiminin ən gör-
k
əmli ardıcıllarından olan məşhur Azərbaycan şairi Nəsimi öz divanında bu
ideyaları vəsf etmişdir.
Artıq yuxarıda qeyd edildiyi kim, XIII əsrdə Nəsrəddin Tusi yeddi imam
şiəliyindən oniki imam şiəliyinə keçidin dini əsaslarını hazırlamışdır. Təbii ki,
şiə islamının inkişafında ən pik nöqtə XVI əsrin əvvəllərində Şah İsmayıl
S
əfəvi tərəfindən şiəliyin rəsmi məzhəb elan edilməsi dövrüdür. Bu məzhəbin
S
əfəvilər tərəfindən dövlət quruculuğunda bir instrument olaraq istifadə edil-
m
əyə başlanmasında çox-çox əvvəl şiəlik Azərbaycanın müxtəlif ərazilərində
h
ənəfi və şafii məzhəbləri ilə bərabər yayılmışdı. XIII-XIV əsrlərin hüdudla-
rında Ərdəbildə istna-aşari şiə təlimi əsasında Şeyx Səfiəddin İshaq tərəfindən
s
əfəviyyə sufi ordeninin əsası qoyulur. Onun müəllimi - mürşidi-kamil Şeyx
Zahid Gilani (1216-
1301) İlxani sultanlarına ciddi dini və mədəni təsir gös-
124
t
ərmişdir. Buna görə də, o, İlxanilər tərəfindən yüksək qiymətləndirilmiş və
mükafatlandırılmışdır. V.Minorski Hulakü hökmdarı Əbu Səid xanın 1320-ci
ild
ə Şeyx Zahid Gilaninin ailəsi haqqında verdiyi fərmanı üzə çıxarmışdır (8,
515). Lakin İlxanilər dövləti Qazan xan və Ulcaytu xanın zamanında oniki
imam şiəliyinin təsiri altında olsalar da, Ulcaytu hökmranlığının son illərində,
Əbu Səid isə bütün hökmranlığı dövründə şiəliyin sünni sintezinə keçmişdilər.
Bununla bel
ə faktik olaraq Çobanilərin və Cəlairilərin zamanında istna-
aşariyyə ideyası daha da möhkəmlənmişdir (6, 40).
Bel
əliklə, monqol istilasının təsərrüfat və mədəni həyatına vurduğu dağı-
dıcı zərbəyə rəğmən, o, müsəlman dünyası üçün heç də neqativ olmamış, onla-
ra islam dini ehkamlarını yenidən nəzərdən keçirməyə, yeni dini fəlsəfi cərə-
yanla
rın yaranmasına meydan açmışdır. Bu, həm də qeyri-ərəb müsəlmanlarına
ortodoksal islamdan f
ərqli özlərinin mental dəyərlərinə uyğun folk islam -xalq
is
lamı yaratmağa imkan vermişdir.
ƏDƏBİYYAT
1.
Judith Kolbas. The Mongols in Iran. Chingiz Khan to Uljaytu 1220-1309. London and
New York. Oxford Press, 2006, 283 pp.
2.
Khazanov A. M. Nomads and outside world. Madison: University of Wisconsin Press,
1994, 315 pp.
3.
Fazlullah Rashid ad-Din Tabib. Jami’ at-Tawarikh. Cambridge, Mass.] : Harvard Uni-
versity, Dept. of Near Eastern Languages and Civilizations, 1998, 420 pp.
4.
Fairbank, John King. East Asia: tradition and transformation. Boston, Houghton Mifflin
co., 1978, 982 pp.
5.
Leo de Hartog. Genghis Khan. Conqueror of the World. I.B. Tauris & Co. Ltd publisher.
London, 1989, 386 pp.
6.
Michel M. Mazzaoui. The origins of the Safavids. Shiism, Sufism, and the Gulat. Franz
Steiner Verlag GMBH. Wiesbaden, 1972, 157 pp.
7.
Michal Biran. Chinggiz Khan. The Hebrew University of Jerusalem. Published by
Oneworld Book Publications. Oxford, 2007, 346 pp.
8.
Minorsky V. The Turks, Iran and the Caucasus in the Middle Ages. Variorum Reprints.
London, 1978, ii-960 pp.
9.
Newman Andrew J. Safavi
d Iran: Rebirth of a Persian Empire. İ.B.Tauris Press, London-
New-York, 2006, 281 pp.
10.
Piriyev V.Z. Az
ərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360 –cı illər).
Bakı, Elm, 1978, 163 s.
11.
Reuven Amitai. The Mongols in the Islamic lands : studies in the history of the Ilkhanate.
Alershort (England) : Burlington,VT: Ashgate/Variorum, 2007, 247pp.
12.
Sechin Jadchid. Essay in Mongolian studies. Provo, Utah : David M. Kennedy Center for
International Studies. Brigham Young University, 1988, v.3, 339 pp.
13.
Shahzad, Bashir. Fazlullah Astrabadi and Hurufis. Oxford Press: Oneworld, 2005, 142 pp.
14.
The History of the World-conqueror /Tharikh-e-Jahangusha/ by Ala-ad-Din Ata-Malik
Juvayni. Translated text of Mirza Muhammad Qazvini by John Andrew Boyle, PhD. V.I,
V.II. Harvard University Press. Cambridge, Mass.,1958, 267 pp.
15.
The Turks. Middle ages. Volume 2. Editor Hasan Celal Guzel, C.Gem Oguz, Osman Ka-
ratay. Printed at Semih Ofset and Bounding house Balkan Ciltevi. Ankara, 2002, 1028 pp.
16.
Бартольд В.В. Сочинения. М.: Восточная лит-ра, 1963-1977. T.1, 760 стр.
125
17.
Фазлуллах Рашид ад-Дин Табиб. Мукаддибат//Перкписка. Перевод, введение и ком-
ментарии А.И.Фалиной. М.: Наука, Глав.редакция вост.лит., 1971, 341 стр.
ИСЛАМ В ПЕРИОД МОНГОЛЬСКОГО НАШЕСТВИЯ
Л.А.АЛИЕВА
РЕЗЮМЕ
В основном, монгольское завоевание историками оценивается как негативное со-
бытие, однако оно оказало весьма позитивное влияние как на этнические, так и на рели-
гиозные процессы в Азербайджане. В результате различных причин, прежде всего поли-
тических, монгольские правители приняли ислам вскоре после завоевания. Монгольское
завоевание уничтожило исламские догматы и привело к развитию философской мысли.
В результате этого появилось много работ с новым толкованием исламских догм, и как
результат этого мы можем подчеркнуть появление новой исламской секты как хуру-
физм, который существовал как движение ереси не только в Азербайджане, но и в дру-
гих странах Ближнего Востока. Кроме того, в период монгольского завоевания были
созданы условия для появления большого исламского мазхаба - шиитского ислама две-
надцати имамов.
K
лючевые слова: Монгольское завоевание, ислам, шиизм семи имамов, исмаи-
лизм, исна-ашари двенадцать имамов, шиизм, мазхаб, хуруфизм
İSLAM DURING THE MONGOLIAN CONQUEST
L.A.ALIYEVA
SUMMARY
Mainly, Mongolian conquest is evaluated as a negative event by the historians, however
the Mongolian conquest had a quite positive impact on both ethnic and religious processes in
Azerbaijan. As a result of different reasons, first of all political, the Mongolian rulers adopted
Islam soon after the conquest. But things didn’t end with the adoption of a new religion,
moreover this conquest had influence on the Islam world. The Mongolian conquest destroyed
the Islamic dogmas and sparked off the various disputes over both the Islamic law and
philosophy. As a result of this, many works with the new interpretation of Islamic dogmas
appeared; we should underline the appearance of a new Islamic Hurufid sect, existed as a
heresy movement not only in Azerbaijan, but also in other counties of Middle East. Moreover,
in the Mongolian period there were created conditions for the rising of a big Islamic sect -
Twelver Shia Islam.
Key words: Mongolian conquest, Islam, sevener Shia Islam, Ismailism, Isna-ashari
Shia Islam, madhab, hurufism
Dostları ilə paylaş: |