№1 Humanitar elmlər seriyası



Yüklə 257,77 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü257,77 Kb.
#76670


 

23 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UDK 801.323.2 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ BƏZİ ORFOQRAFİK  

VƏ ORFOEPİK EYNİLİK 

 

S.X.VƏLİYEVA 

Bakı Dövlət Universiteti 

nasibali2011@mail.ru 

 

Məqalə  iki  qohum  olmayan  ingilis  və  Azərbaycan  dillərinin  fonetik  quruluşunun 

müqayisəli şəkildə tədqiqinə həsr edilmişdir. Həmçinin burada yazılışı və deyilişi fərqli olan 

sözlərin təhlilinə yer ayrılmış və onların səbəbləri müəyyənləşdirilmişdir. 

Orfoqrafik cəhətdən yazılan sözlər orfoepik mühitdə təhlil olunmuşdur.  

 

Açar sözlər: tələffüz, orfoepik və orfoqrafik mühit, fonetik struktur və hadisə 

 

Fonetikada danışıq səsləri, onların müxtəlif tipləri, yaranması, yaranma-



sında iştirak edən orqanlar və bir sözlə, danışıq səslərinin fizioloji və akustik 

xüsusiyyətləri  tədqiq  olunur.  Bu  dilçilik  şöbəsi  bir-birindən  fərqli  olan  iki 

qütbü birləşdirir ki, bunların hər birinin də öz tədqiqat obyekti və predmeti var. 

Belə ki, fonetikanın əsas bölməsi olan orfoepiya danışıq zamanı dil vahidləri-

nin düzgün ifadəsini tənzimləyən bir bölmə kimi çıxış edir.  

Məlumdur  ki,  tələffüz  zamanı  nitq  axınında  danışıq  səsləri  bir-birinin 

ardınca aramsız və sürətlə ifadə olunur, bir-birini qovur və bu surətdə bir çox 

səsin  modeli  tam  əks  oluna  bilməyərək,  nəticədə  sözdəki  səslərdə  müxtəlif 

fonetik hadisələr və modifikasiyalar baş verir. Nitq axınında baş verə bilən belə 

dəyişmələr dağınıq şəkildə deyil, müəyyən ölçülər, meyarlar daxilində olur ki, 

həmin ölçülər orfoepik norma şəklində formalaşır. 

 

Düzgün tələffüz normalarını öyrənən orfoepiya bölməsi dilçilikdə daha 



çox  praktik  əhəmiyyət  daşıyaraq  nitqin  düzgün  inkişafına  xidmət  etmək 

məqsədini  özündə  ehtiva  edir.  Lakin  tarixi  baxımdan  orfoepiya  dilin  ümumi 

inkişaf  tendensiyalarının  ön  cərgəsində  durur,  dillə  nitq  arasındakı  qarşılıqlı 

dialektik əlaqənin əsas yükünü daşıyır. Dildə yaranan hər hansı bir yeni tenden-

si

ya,  forma,  model  əvvəlcə  nitqdə  formalaşır,  nitqdə  normaya  çevrildikdən 



sonra  dilin  sisteminə  daxil  olur.  Digər  tərəfdən  dil  sistemindəki  modellərin 

forması nitqdə və tələffüz prosesi zamanı açılır. Bu qarşılıqlı əlaqə baxımdan 




 

24 


nitqdə artıq normaya çevrilən dil vahidləri orfoepik qaydalara tabe olaraq, bir 

sıra dəyişmələrə məruz qalır.  

Orfoqrafik cəhətdən yazılan sözlər orfoepik mühitdə ya yazıldığı kimi, ya 

da bunun tamamilə əksi kimi tələffüz edilir. Bu baxımdan da nitq axınında baş 

verən bəzi fonetik hadisələrin qaynağında orfoqrafik tendensiyanın durduğunu 

nəzərdən qaçırılmamalı və orfoepiya prinsipləri diqqət mərkəzinə alınmalıdır. 

Məsələn,  bu  fakt  Azərbaycan  dilində  daha  çox  alınma  vahidlərdə  müşahidə 

olunur. Qeyd etdiyimiz hal

demək olar ki, universal səciyyə daşıyır. Belə ki, 

hər hansı bir dilə daxil olan söz həmin dilin özəlliklərini bu və ya digər cəhət-

dən mənimsəyərək özününküləşdirir. Alınma sözlərin çoxunda özünü göstərən 

özləşmə  prosesi  həm  fonetik,  həm  də  morfoloji  ölçülər  daxilində  gedir  və 

orfoepik normaya əsaslanır. 

 

Hər şeydən əvvəl, onu demək lazımdır ki, dil dayanmadan inkişaf edir, 



yazı  isə,  əksinə  dəyişməzliyə,  sabitliyə,  stabilliyə  meyllidir.  Nitq  və  dil 

arasında ümumilik və fərqlilik olduğu kimi, orfoqrafiya və orfoepiya arasında 

bəzən  uzlaşma  özünü  qoruyub  saxlasa  da,  lakin  bu  fikri  hökm  kimi  qəbul 

etmək olmaz. Yəni yazılış ilə tələffüz arasında uzlaşma müəyyən hallarda və 

qaydalar  çərçivəsində  pozula  bilir.  Bunun  isə  müxtəlif  səbəbləri  və  əsasları 

mövcuddur.  Bu  vəziyyət  özünü  bütün  dillərdə  göstərir.  Yazı  təsvir  etdiyinə 

uyğun  gəlir,  bundan  fərqli  olaraq  tələffüz  təsvir  olunana,  yəni  yazıya  uyğun 

gəlməyə də bilir. Məs.: ingilis dilində ask (söyləmək), help (kömək etmək), 



put (qoymaq) və s. bu kimi sözlərdə tələffüz yazıya uyğun gəldiyi halda, bu 

fikri read (oxumaq), write (yazmaq), who (kim), give (ver), look (baxmaq), 



to t

ravel (səyahət etmək) sözlərinə aid etmək olmaz. 

Nəzərə  almaq  lazımdır  ki,  orfoqrafiya  normaları  tarixi  kateqoriyadır  və 

bu normalar dilin inkişaf qanunları ilə yanaşı irəliləyərək oradakı dəyişmələrə 

köklənsələr də, heç vaxt dildəki normaları ideal şəkildə ifadə edə bilmir. Buna 

görə də, möhkəm sistemə malik müasir orfoqrafiyamızda müəyyən istisnalara 

malikdir.  Belə  vəziyyət  bir  tərəfdən  dilin  daim  inkişaf  etməsi  ilə,  digər 

tərəfdən,  yazı  qaydalarının  mühafizəkarlığı  ilə  bağlıdır.  Dilin  tarixindəki  hər 

bir 


zəncirvarı  dövrə  orfoqrafiya  tarixinin  müəyyən  dövrü  uyğun  gəlir.  Bu 

cəhətdən  də,  müxtəlif  tarixi  dövrlərdə  orfoepiya  və  orfoqrafiya  arasında  get-

gedə artan paradokslar meydana gəlmişdir. Bu da, ilk növbədə, düşünürəm ki, 

müxtəlif  fonetik  vahidlərin  dilə  daxil  və  xaric  olması  ilə  əlaqəli  ola  bilər. 

Tarixin  müxtəlif  mərhələlərində  əlifba  və  işarə  dəyişkənliyi  onun  yazı  və 

tələffüz sisteminə təsirsiz ötüşməmişdir. Bu məsələ müasir Azərbaycan dilin-

dən  də  kənar  keçməmişdir.  Məsələn,  orfoqrafiya  sistemindən  apostrof  işarə-

sinin  xaric  edilməsi  bu  işarə  vasitəsilə  yazılan  bir  sıra  ərəb  və  fars  mənşəli 

sözlərin orfoqrafik cəhətdən taleyinə mübahisə və çaşqınlıq gətirmişdir. Bu hal 

indi də izlənilməkdədir. Vaxtı ilə fe´l, şe´r, e´tibar, məş´əl və s. kimi yazılan 

zlərin müasir dilimizdə necə yazılması qeyri-müəyyəndir. (şeir, feil, ehtibar, 



məşhəl və s). Bu tip yazı və tələffüz arasında ikilik dildə müxtəlif versiyalılıq 


 

25 


yaradır. Qeyd etmək lazımdır ki, get-gedə dərinləşməkdə olan bu ziddiyyətlər 

nəticədə yazı sisteminin özünə təsir edəcəkdir.  

Nümunələri  sonsuza  qədər  artırmaq  olar.  Məs.:  nə  üçün  “dovğa”, 

”dovşan” kimi yazılan sözlər [do: şan][do: ğa] kimi tələffüz olunur. Burada 

zənnimizcə səbəb nitq zamanı baş verən fonetik hadisələr olsa da, ilkin səbəb 

isə dillərin tipoloji xarakteri ilə bağlıdır.  

Yazı  ilə  tələffüz  arasında  əsas  ziddiyyətlərdən  birinin  səbəbi  isə  əlifba 

məsələsi ilə yanaşı bu və ya digər dillərin təsiridir. Elə hallar da var ki, səbəb 

ümumən yoxdur. 

Qeyd  etdiyimiz  bu  kimi  problemlər  hələ  1926-ci  ildə  Bakıda  keçirilən 

“Birinci  Türkoloji  qurultay”ın  əsas  dil  məsələlərindən  biri  olmuşdur.  T.İ. 

Hacıyev  yazır:  “Qurultayda  ədəbi  dil  məsələsi  geniş  yer  tutur.....  Müzakirə 

orfoqrafik normadan başlandı. Əsas nəzəri məruzəni L.V.Şerba etdi: “Orfoqra-

fi

yanın əsas prinsipləri və onların sosial mənası” Dünya fonetika nəzəriyyəsi-



nin  görkəmli  nümayəndələrindən  prof.  Lev  Vladimiroviç  Şerba  söylədi  ki, 

mövcud  olan  4  orfoqrafiya  prinsipindən  türk  xalqlarının  dilləri  üçün  ən 

münasibi fonetik prinsipdir və etimoloji-morfoloji prinsip onu tamamlamalıdır. 

Fonetik prinsipin ölçüsü budur ki, “necə deyirsən, elə yaz”. Belə: ata, daş, və 

ya taş, ana və ya anne, su, göz, əl, üz....Ancaq elə məqamlar da var ki, “ necə 

deyirsən, elə yazma” prinsipinə əsaslanmalısan. Deyirik: «qızzar, narrar, göz-

zər, atdar...». Ancaq yazmalıyıq: «qızlar, narlar, gözlər, atlar...». Çünki samit 

səslər  üçün  güclü  mövqe  sait  sonudur  və  sait  arasıdır,  o  halda  həmin  şəkilçi 

belə  işlənir:  su+lar,  nənə+lər..”  (4,19).  O  zaman  söylənilən  bu  prinsip  və 

təkliflər bu gün də öz aktuallığını, prioritetliyini qoruyub saxlayır. 

Ümumiyyətlə,  sözün  tələffüzü  orfoqrafiya  ilə  deyil,  onun  tarixi  ilə 

müəyyən edilir. Hər hansı bir sözdə səs deformasiyaları, ancaq dilə aiddir, bu, 

dilin  daşıdığı  təbii  funksiyadan  irəli  gəlmir,  onlar  dildən  kənar  amillərin 

nəticəsidir.  

Apardığımız müşahidələr nəticəsində deyə bilərik ki, müasir Azərbaycan 

və ingilis dillərində sözlərin yazılışı ilə tələffüzü arasındakı fərq və ya eynilik 

orfoqrafik  və  orfoepik  normanı  təşkil  edir.  Bu  baxımdan  da,  Azərbaycan  və 

ingilis  dillərində  sözlərdə  səslərin  artması,  azalması  və  yaxud  yazıldığı  kimi 

tələffüz  edilməyən  dil  vahidlərinin  yazı  və  tələffüz  arasında  olan  müxtəlif 

münasibətlərin davamlılıq prinsipinə əsasən, iki qrup üzrə sistemləşdirib təsnif 

etmək olar: 

1.

 



Orfoqrafik tələblərdən irəli gələn səs artımı və səs düşümü - bu hal 

davamlılığa görə daimi olandır. 

2.

 

Orfoepik  tələblərdən  irəli  gələn  səs  artımı  və  səs  düşümü  -  bu hal 



davamlılığa görə təsadüfü və ya şərti olandır.  

 

Azərbaycan  dilində  orfoqrafik  mühitdə  baş  verən  səs  artımının  daimi 



davamlığı  yalnız  samitlərlə  məhdudlaşır.  Fonetik  tələbə  görə,  morfoloji  mü-

hitdə iki sait səs yanaşı gəldiyi zaman onlar arasına “ y, n, s ” samitləri artırılır. 

Bu hal yalnız orfoqrafik səciyyə daşıyır.  



 

26 


Bu  fakt  müasir  Azərbaycan  dilində  daha  çox  sonu  saitlə  bitən  isimlərə 

yiyəlik,  yönlük,  təsirlik,  üçüncü  şəxsin  tək  və  cəminin  mənsubiyyət 

kateqoriyasının şəkilçisini qəbul edən vahidlərdə baş verir. Məs.: 

qapı + -ya (-sı, -ya,- ın) = qapını, qapıya, qapısı, qapının  

qonşu + - nu (-ya ,-sı, - ın) = qonşunu, qonşuya, qonşusu, qonşunun  

 

nənə + - ni( -sı, -yə, - ın) = nənəni, nənəyə, nənənin, nənəsi 

su + - yu (-ya , - 

un) = suyu, suya, suyun və s. 

Akademik  A.A.Axundov  göstərir  ki,  “su  və    sözləri  tarixən  samitlə 

bitən sözlər olmuşdur.  “Su” sözünün qədim türk forması olan “sub” – hətta 

bəzi  düzəltmə  sözlərdə  indi  də  özünü  saxlamaqdadır:  suvarmaq, suvamaq, 



suvaq. Göründüyü kimi, burada “y” 

samitinin artımındansa “v” samitinin “y” 

samitinə keçməsindən danışmaq doğru olardı” (1, 34). 

Bu  halda  olan  vahidlər  orfoqrafik  cəhətdən  necə  yazılırsa,  orfoepik 

mühitdə də eyni cür tələffüz edilir. Lakin burada bəzi fərqlilik də var. Belə ki, 

sonu 


a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin 

yazılışından seçilir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı sait-

lərdən  birinə  keçir.  Məs.:  babaya  [babıya],  nənəyə  [nəniyə],  kölgəyə 

[kölgiyə] və s. 

Bu fakt ingilis dilində də izlənilir.  

1.

 

sonu  samitlə  bitən  sifətlər  müqayisə  dərəcəsində  işlənərək  onlarda 



samit artımı müşahidə olunur. Məsələn, big-bigger, hot-hotter, fat-

fatter 

və  s.  Bundan  fərqli  olaraq,  sifətlər  müqayisə  dərəcəsində 

işlənərək  sonu  y  səsi  ilə  bitən  sözlər  i  səsinə  keçir:  early→i+er  = 

earl

ier → earliest; easy→easier, easiet, happy→happier, happiest 

2.

 



sonu [ f ; fe ] 

səsləri ilə bitən isimlər cəmdə işləndiyi zaman onlarda 

iki  cür  dəyişmə  müşahidə  olunur:  səsartımı  və  səsdəyişməsi:  f, 

fe→v+es:  leaf  (yarpaq)→leaves  (yarpaqlar); wolf→wolves  (cana-

varlar);  knife

→knives  (bıçaqlar);  wife→wives (arvadlar). Lakin 



bir istisna var: roof→roofs (dam). 

3.

 



sonu samit+y 

səsi ilə bitən isimlər cəmdə işlənərkən onlarda iki cür 

dəyişiklik olur: y→i+es. Məs.: lady-ladies; baby-babies; army-armies

party-parties; body-bodies; lorry-lorries. 

4.

 

adi indiki 



zamanda III şəxsin təkində sonu y samiti ilə bitən fellərdə 

y→i-es dəyişməsi olur. Məs.: to carry-he carries; to copy-she copies

to worry-worries

5.

 

adi  keçmiş  zamanda  sonu  y  samiti  ilə  bitən  fellərdə  y→i+ed  də-



yişməsi  baş  verir.  Məs.:  to  study-studied, to worry-worried, to 

carry-carried. 

6.

 



happy+ness, busy+ness 

şəkilçisi bu sözlərdə isim yaratdıqda kökün 

son samiti 

y→i ilə əvəzlənir: happiness, business.  

7.

 



sonu  –s,  -ss,  -ch,  -sh,  -tch,  -x 

hərfləri  ilə  bitən  isimlər  cəmdə 

işləndikdə i-səsartımı olur və “s” əvəzinə “es” həm yazıda, həm də 



 

27 


tələffüzdə  mövcudluğunu  qoruyub  saxlayır.  Məsələn,  bus→buses, 

class→classes, bench→benches, fox→foxes, box→boxes və s. 

Bunlardan  fərqli  olaraq,  orfoepik  mühitdə  baş  verən  səsartımı  hadisəsi 

müasir Azərbaycan və ingilis dillərində xüsusi hallarda müşahidə olunur.  

T.İ.Hacıyev  bildirir  ki,  ərəb  əlifbası  türkcənin  baş  orfoqrafiya  prinsipi 

olan  fonetik  normanı  pozur,  ərəb  əlifbasında  deyilişdəki  səslərlə  yazıdakı 

işarələrin balansı müxtəlif olur (4, 20). 

Bu  baxımdan,  iltisaqi  dillərə  verilən  tələblərə  əsasən  bu  dillərdə  söz 

daxilində (yəni flektiv dillərdən alınmış sözlərdə) eyni zamanda ai, ae, ıo, ui, 



ue

əi, iə,  aü,  eə,  ea,  io  və müxtəlif tipli başqa səslər yanaşı işləndiyi zaman 

tələffüz  qaydalarına  əsasən  “y”  samiti  artırılaraq  əlavə  səs  kimi  diqqəti  cəlb 

edir. Məs.: ailə [ayilə], Nailə [Nayilə], mail [mayil], nail [nayil], bais [bayis], 

müdafiə  [müdafiyə],  poema  [payema],  duet  [duyet],  diametr  [diyametr], 

realizm  [reyalizm],  zəif  [zəyif],  stadion  [stadiyon],  iaşə  [iyaşə],  müayinə 

[ma:yinə], təqaüd [tə:qayüt], dialoq [diyalok] və s. Lakin tərkibində əa, üa, 

üə  hərf  birləşmələri  olan  sözlərdə  göstərdiyimiz  misallardan  fərqli  olaraq, 

birinci  sait  deyilmir,  ikincisi  isə  bir  qədər  uzun  tələffüz  edilir.  Məs.:  səadət 



[sa:dət], müavin [ma:vin], müalicə [ma:licə], müəyyən [mə:yyən], müəllim 

[mə:llim]. Bəzən müasir dilimizdə bu hərf birləşmələrindən formalaşan elə dil 

vahidlərinə rast  gəlinir ki,  onlarda bu  halı izləmirik.  Məs.:  memuar, aktual, 



seans, bəraət və s. 

Samit səslərin sözə artımından fərqli olaraq, tələffüz prosesində saitlərin 

artımı daha geniş dairəni əhatə edir.  

1.

 



sözün  I  hecasında  qoşa  samit  ilə  işlənən  alınma  sözlərin  I  və  ya  II 

hecasına sait səs əlavə olunur. Məsələn, stəkan-istəkan,  stul-ustul, 



stol-ustol, qrip-qirip, qrammatika-

qıramatika,  qrup-qurup, 

flora-

fılora, qram-qıram və s. 

2.

 



I hecalı sözlərin ön hissəsinə “u” səsi əlavə olunur. Məs.: rus – urus

3.

 



söz  ortasında  və  söz  sonunda  ardıcıl  şəkildə  üç  və  ya  dörd  samitin 

işləndiyi alınma sözlərə danışıq zamanı [ i, u, ü ] səsləri artırılır. Bu 

hal yazıda müşahidə olunmur. Məs.: qəbz-qəbiz, dövr-dövür, meyl-

meyil, hüsn-

hüsün, qəsbkar-qəsibkar, zülmkar- zülümkar və s.  

Səsdüşümü  hadisəsini səsartımı hadisəsində olduğu kimi, həm fonetik, 

həm  morfoloji  də  prinsip  əsasında  təhlil  etmək  mümkündür.  Qeyd  etmək 

lazımdır  ki,  Azərbaycan  dilində  iyirmidən  artıq  qayda  müşahidə  olunur. 

Orfoqrafik  tələblərdən  irəli  gələn  səsdüşümü  morfoloji  prinsiplər  əsasında 

müəyyənləşir.  Və  bildirmək  lazımdır  ki,  səsdüşümü  hadisəsi  həm  morfemlər 

sərhədində yanaşı gələn iki saitdən birinin düşməsi ilə, eyni morfem daxilində 

səsdüşümü  yerinə  görə  həm  saitlər,  həm  də  samitlər,  bəzən  də  hər  ikisinin 

düşməsi gözlənilir. Bu faktı misallarla izləyək:  



Oyun + - 

a < oy(u)na, bur(a)dan, bəniz + -ə < bən(i)zə, əyir +-i < əyri, 

ayır+ -ı < ayrı, sivir +- i 

ın  <  ağlın,  ağız+  -  ın  <  ağzın,  oğul  +  -  un  <  oğlun  və  s.  bu  kimi  sözlər. 


 

28 


Göstərdiyimiz misalları sonsuza qədər artırmaq mümkündür. Müasir dilimizdə 

yalnız tələffüzdə özünü göstərən bu fakt bir zaman yazı faktına çevrilə bilər ki, 

bu  zaman  həmin  sözlərdə  kök  və  şəkilçi  sərhədi  itəcəkdir.  Tarixən  bu  yolla 

formalaşan  sözlər  müasir  dilimizdə  var:  сар(ы)ал,  ой(у)на,  сив(и)ри,  оь(у)лан, 



йум(у)руг,  ай(ы)ры  вя  с. 

İngilis dilində orfoqrafik  tələblərdən irəli gələn sait 

düşümünə:  ta hate-hat (e) red-  nifrət  etmək,  five-fif(e)th-beşinci  sözlərinin 

göstərmək olar. 

Orfoepik  tələblərdən  irəli  gələn  səsdüşümü  isə  yalnız  fonetik  prinsip 

çərçivəsində məhdudlaşır. Yəni orfoqrafik cəhətdən yazılan söz nitq axınında 

bundan fərqli çıxış edərək, oxunmayan səs təzahürü bağışlayır. 

1.

 



söz daxilində [ov] səsləri yanaşı işləndiyi zaman II səs düşür və sözdə 

səs uzanması müşahidə olunur. Məsələn, dovğa, dovşan, qovurma, 



qovğa, yovşan kimi yazılan sözlər do:ğa, do:şan, qo:urma, qo:ğa, 

yo: şan kimi tələffüz olunur. 

İngilis  dilində  söz  daxilində  [al],  [ov],  [ea],  [ee],  [or],  [ar]  və  s.  səs 

birləşmələrində səs düşümü və səs uzanması müşahidə edirik. Məsələn: chalk 

[

ʧ  ɔ:k] təbaşir,  calf [ka:f]-dana, call [kɔ:l]-çağırmaq;  move  [mu:v]-hərə-



kət, moving [mu:viŋ] –təsirli, sea[si:]-dəniz, meet[mi: t]-qarşılaşmaq və s.  

2.

 



söz daxilində [öv] səsləri yanaşı işləndiyi zaman eyni ilə birinci halda 

olduğu  kimi,  III  səs  düşərək  sözdə  səs  uzanması  baş  verir.  Məs.: 



göv

hər,  tövbə,  növbə,  bənövşə, bünövrə,  hövsələ, kövrək,  lövbər 

kimi yazılan sözlər gö:hər, tö:bə, nö:bə, bənö:şə, bünö:rə, hö:sələ, 



kö:rək, lö:bər kimi tələffüz edilir. Və yaxud, sonra sözündə tələffüz 

prosesində n səsi düşərək so: ra kimi ifadə olunur 

3.

 

 söz 



ortasında və sonunda st, zy , xt, şt, ft, kt, hv, hz, hs, fv, şf səs 

birləşmələri  ilə  işlənən  sözlərdə  I  və  ya  II  səs  oxunmayan  səs  kimi  tələffüz 

edilir.  Və  bu  da,  nəticədə  orfoepik  cəhətdən  sözlərdə  səsdüşümü  hadisəsi  ilə 

yanaşı  səs  dəyişməsi  hadisəsini  reallaşdırır.  Bu  hal  sözlərə  şəkilçi  artırıldığı 

zaman  da  olur.  Məs.:  sərbəst,  dost,  dəst,  dəsmal,  abstrakt,  təzyiq,  nəhs, 

səhv, məhv, neft, əfv, kəşf, bədbəxt, xoşbəxt, bəxt, ailəpərəst, dürüst kimi 

yazılan sözlər tələffüz zamanı sərbəs( t), dos( t), dəs( t), dəs(t) mal, abstrak ( 



t), təz (y) iq, nə (h) s, səhv(f), məhv (f), nef (t) , əf (v) , kəş (f - v) , bədbəx 

(t), xoşbəx (t), bəx(t), ailəpərəs(t), dürüs(t), fak (t) kimi ifadə olunur.  

İngilis  dilində  də  oxunmayan  hərf  və  hərf  birləşmələri  daha  genişdir. 

Burada  da  eyni  ilə  I  və  ya  II  səs  oxunmayan  səs  kimi,  ya  da  heç  tələffüz 

edilmir. Məsələn, kn, wh, igh, b, n, l, gh, h, s, ue, gh, wr, ue. 

1.

 

kn-



səs  birləşməsi  yazılır,  amma  heç  vaxt  tələffüz  olunmur:  knee 

[ni:]-

diz,  know[nəu]-bilmək,  knife  [naif]-  bıçaq,  knight [nait]- 

cəngavər və s. 

2.

 



wh-

yalnız  o  saiti  olanda  “h”  səsi  tələffüz  olunur:  [o,u] kimi 



səslənir:  who  [hu:]-kim, whom[hu:m]-kimi,  kimə,  whose  [hu:z]-

kimin, whole[həul]-bütün. Qalan saitlər olanda w [w]-səsi tələffüz 


 

29 


olunur. when[wen]- 

nə  vaxt,  haçan,  where[weə]-harada, haraya 

what[w

ɔt]-nə, why [wai] - nə üçün, white [wait]-ağ. 



1.

 

wr-



w heç vaxt tələffüz olunmur, ancaq r səsi tələffüz olunur: 

to write

[raıt]- yazmaq, writer[raıtə]-yazıçı və s. 

2.

 

igh 



yazılır  gh  tələffüz  olunmur:  [laıt]-işıq,  yüngül,  thought 

[

Ɵɔ:t]-fikirləşmək, bright [brait]-parlaq və s. 



3.

 

bir sıra qaydasız fellər keçmiş və Perfect zamanında “gh” işlənir, 



ancaq  bu  samit  birləşməsi  heç  vaxt  tələffüz  olunmur:  brought 

[br


ɔ:t]-gətirdi, biught [bɔ:t]- almaq, fought[fɔ:t]- davaşmaq və s. 

Lakin bunu biz high 

sözünə aid edə bilmərik: high[haı]-hündür, 

uca. 

4.

 

ue  saitləri  tələffüz  olunmur:  techique  [tek



ʼnik]-texnika, mosque 

[m

ɔsk]-məscid və s. 



5.

 

bir çox sözlərdə samitlər yazılır, ancaq tələffüz olunmur: 



a) bu sözlərdə “b” tələffüz olunmur: debt [det]- borc, comb [kəum]- 

daraq və s. 



b)“n”  tələffüz  olunmur:  autumn[

ɔ:təm]-  payız,  solemn  [sɔləm]- 

təntənəli və s. 

 

c)“t”  və  “d”  tələffüz  olunmur:  castle[ka:sl]-saray, thistle [

Ɵısl]- 


qanqal, ballet [bæleı]-balet; boulevard-d tələffüz edilmir: [bu:lva:]-bulvar və s.  

ç)“l” 

tələffüz  olunmur:  to  walk  [w

ɔ:k]- gəzmək, to talk [tɔ:k]-söhbət 

etmək, folk [fəuk]-insanlar və s. 

d)  bir  çox  sözlərin  əvvəlində  “h”  yazılır,  ancaq  tələffüz  olunmur: 

hour

[auə]-saat, honest [

ɔnist]- düz, honour [ɔnə]- şərəfli və s. 

e) s tələffüz olunmur: island[aılənd]-ada, isle[aıl]-ada və s. 

4.

 

 

Azərbaycan  dilində  elə  sözlər  də  var  ki,  cümlə  daxilində  həmin 



ifadəni  söyləyən  zaman  sözdə  səs  düşümü  hadisəsi  baş  verir.  Məs.:  Gəl 

burada otur, 

Bəs bu nədir kimi yazılan cümlələr “Gə burda otu “ “Bə bu 

nədi “ kimi tələffüz olunur. 

 

Göstərdiyimiz  bu  zəngin  və  maraqlı  dil  faktları  bir  daha  göstərir  ki, 



dilçiliyin  bütün  bölmələri  bir-biri  ilə  əlaqəli  olub,  bir-birini  qarşılıqlı  şəkildə 

şərtləndirir. Bu sahədə aparılan araşdırma, tipoloji cəhətdən bir-birindən fərqli 

ol

an  Azərbaycan  və  ingilis  dillərinin  orfoqrafiya  və  orfoepiya  qaydalarının 



nəzəri əsaslarını izləməyə gərəkli material verir.  

Məqalə  Bakı  Dövlət  Universitetdaxili  50+50  qrant  proqramı  çərçi-

vəsində yerinə yetirilmişdir.  

 


 

30 


ƏDƏBİYYAT 

1.

 



Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s. 

2.

 



Axundov A.A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 280 s. 

3.

 



Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı: Maarif, 1988,285 s. 

4.

 



T.İ.Hacıyev Birinci türkoloji qurultayda dil məsələləri // BUN Xəbərləri. Humanitar elmlər 

seriyası, 2006, №2, s. 18-27. 

5.

 

Бонк  Н.А.,  Котий  Г.А.,  Лукьянова  Н.Л.  Учебник  английского  языка.  Часть  I. 



M

:Деконт+ГИС,1998, 637 с. 

6.

 

Де Соссюр Ф. Курс общей лингвистики. М.: Прогресс, 1977, 315 с. 



7.

 

Домбровский И. Знак и смысл. Вопросы языкознания, 1973, № 6, с. 31-39. 



 

 

НЕКОТОРЫЕ ОРФОГРАФИЧЕСКИЕ И ОРФОЭПИЧЕСКИЕ СХОДСТВА  

АЗЕРБАЙДЖАНСКОГО И АНГЛИЙСКОГО ЯЗЫКОВ 

 

С.Х.ВАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье впервые рассматриваются с теоретической и практической стороны не-

которые фонетические сходства азербайджанского и английского языков. Сходства этих 

языков в фонетическом строении были основательно определены.  



 

Ключевые  слова:  произношение,  голосовые  вызовы,  орфографические  и  орфо-

эпические сходства 

 

 

 

SOME ORTHOGRAPHIC AND ORTHOEPIC SIMILARITIES  

IN THE AZERBAIJANI AND ENGLISH LANGUAGES 

 

S.Kh

.VALİYEVA  

 

SUMMARY 

 

The article is the first to discuss the theoretical and practical sides of some phonetic 

similarities in the Azerbaijani and English languages. The similarities in these languages in the 

phonetic structure are thoroughly defined. 



 

Key words: orthoepic, orthographic, phonetic structure, pronunciation 

Yüklə 257,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə