1 İnsan dünyasi: MƏNƏVİyyat və maddiyyat



Yüklə 62,22 Kb.
tarix17.10.2017
ölçüsü62,22 Kb.
#5184



1-3. İNSAN DÜNYASI: MƏNƏVİYYAT VƏ MADDİYYAT

Filosofların nəzərində aləm üçdür:

əql­lər aləmi, nəfslər aləmi və cisimlər aləmi.

Ş. Sührəvərdi
İnsanın dünya haqqında, özünün dünyada tutduğu yer, hə­ya­tının məq­sədi və mənası haq­qında düşüncələri, habelə dünya haq­qın­dakı müxtəlif xüsusi biliklərin ümumi­ləş­mə­sin­dən irəli gələn problemlər küll ha­lında fəlsəfənin formalaşması üçün mənbə rolu­nu oynayır. Bu biliklərin nizama düşməsi, sis­temləşməsi, kateqori­ya­larla ifadəsi və müəyyən stabil struk­tur ÿëäÿ åòìÿñè fəlsəfə ilə elmin ümumi cəhətlərini təşkil edir.

Kateqorial formaya keçid mərhələsində dünyagörüşünün əsas məsələsi olan İnsan-Dünya münasibəti Mənəvi-Maddi münasi­bəti şəklində kristallaşır və fəlsəfənin əsas mə­sələsini təşkil edir.

Fəlsəfinin ilk məqsədi dünyanın ahəngini duymaq, dərk et­mək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisə­lər dünya­sı­nı işıqlandırmaqdan ibarətdir. Lakin nə qədər ki, insan özü dün­ya­nın bir hissəsidir, dünya haqqında əsl həqiqət insana bəlli ola bil­­məz. Bina­nın içində oturub onun ümumi mənzərə­sini seyr et­­mək mümkün deyil; bunun üçün bi­na­ya kənardan bax­maq la­zım­dır.

Həyatın nə olduğunu dərk etmək üçün də ona kə­nardan nə­zər salmaq, həyatla ölümün sərhəddində dayanmaq lazımdır.

Ölüm haqqında dü­şün­məyən, ölümünü gözü önünə gətirmə­yən, onu hissən yaşamayan adam həyatı qiymətləndirə bilməz, onun ali mənasını dərk edə bilməz. Həyatın mənası ölümün hissi yaşantısında üzə çıxır. Ölümünü yaşamaq aqibəti!

Maddi dünyaya kənardan, ucadan baxmaq, onun haqqında hə­qiqəti dərk etmək üçün insan özünü dünyadan ayırır, İn­san-Dünya əksliyi yaranır. Mənəvi varlığın maddi varlığa münasibəti məsələsi ortaya çıxır ki, bunsuz fəlsəfə yox­dur.

Maddi dünyadan beşəlli yapışanlar, dünya malını həya­tın mənasına, ali məqsədinə çe­vi­rənlər maddi dünya ilə əkslik təş­kil edə bilməzlər, çünki onun içində əriyirlər, ona kənar­dan baxa bilməzlər və deməli, fəlsəfi tə­fəkkür səviyyəsinə yüksələ bilməzlər.

Maddi dünyanın tələblərinə, «sifarişlərinə» həddin­dən ar­tıq aludə olanda insan öz ali mənasını unudur. İnsan yaddan çıxan yer­­də fəlsəfi fikrə yer yoxdur. Əsl fəlsəfə çərçivəyə sa­lınanda onun ye­­rini psevdofəlsəfə tutur. Fəlsəfə öz əsas məsələsindən uzaq­laş­dıq­da siyasətin nö­kərinə çevrilir və nüfuz­dan düşür.


* * *
Dünyanın ikiyə bölünməsi, İnsan-Dünya, Mən-Qeyri-mən, Mənəvi-Maddi, Mik­ro­kosm-Makrokosm olmaqla iki tərəf arasında münasibətlərin nəzərdən keçirilməsi fəl­səfənin predmeti­nin ən sadə və ən mücərrəd bölgü sxemidir. Bu bölgüyə bütün fəl­sə­fə tarixi boyun­ca müxtəlif fəlsəfi məktəblərin nümayəndələri tə­rə­findən müxtəlif aspekt­lərdə müraciət edil­mişdir. Lakin fəlsəfənin predme­ti­nin nisbətən daha konkret və daha mükəmməl səviyyədə nəzər­dən keçirilməsi üçün bu bölgüyə daha iki tərəf əlavə edilə bi­lər: mad­diləşmiş mənəvi dünya mənəviləşmiş maddi dünya. Birinci tə­rə­­fə insanın mən­tiqi idrakının, elmi biliklərin və s. maddi vasitə­lər­­lə yazıl­ması və sax­lanması, yaxud hiss və təəssüratların bədii ədə­­biy­yat­da, in­cəsənət əsərlərində maddiləşməsi, ikinci tərəfə bi­lik­lə­­­rin praktik tətbiqi nəticəsində insanın həyat və fəaliyyə­tinə uy­ğun­­laş­dırılmış, məqsədyönlü surətdə dəyişdiril­miş tə­biət (ikinci tə­bi­ət), habelə insanın bədii yaradı­cılığı sayə­sində yaradılmış və öz mad­di təcəs­sü­münü tapmış sənət nümunələri və s. daxildir.

İnsan özü maddi və mənəvinin vəhdəti olmaqla həmişə fəl­sə­fə­­­nin diqqət mərkəzində dayanır. İnsanın inkişafı da bu vəh­dət­dən, onun ikili təbiətindən irəli gələn zid­diyyətlərin həll olunma pro­­­se­si ilə bağlıdır. Digər tərəf­dən, insan yalnız öz miqyası ilə məh­­­dudlaşan mənəvi və maddi başlanğıcların (ruh və bədən) zid­diy­­yə­ti və mübari­zəsi ilə deyil, həm də onun daha geniş miqyaslı mad­di və mənəvi mühitlə əlaqəsi, münasibəti ilə fəlsəfənin diqqət mər­­kə­zində durur. İnsanın inkişafı habelə bu münasibət­lərin xa­rak­te­ri və bu zaman ortaya çıxan ziddiyyət­lərin necə həll olunması ilə bağlıdır.

İnkişafın birinci mənbəyi insanın bir maddi var­lıq kimi, fiziki və bioloji sistem kimi yerdə qalan maddi dünya ilə, ətraf mühitlə (təbii mühit, biosfer) təşkil et­diyi zid­diyyətdən hasil olur. Bu ziddiy­yət­lər və onların həll olunması xüsusiyyətləri insanın maddi (fiziki, bio­loji və s.) inkişa­fını, bir canlı sistem olaraq təkmilləşmə prosesini müəyyən edir.

İkincisi, insan bir mənəvi varlıq kimi (daha doğrusu, mənəvi dünyaya malik ol­maqla) mad­di dünyanın xüsusi, spesifik keyfiy­yət­li bir komponenti olan maddi­ləşmiş mənəvi dünya ilə tə­­masda olur və bu təmasdan, münasibətdən doğan ziddiyyət insanı mənəvi cəhət­dən in­kişaf et­di­rir, onun mənəvi dünyasının formalaşmasına, daha ahəngdar sistemə çev­rilməsinə təkan ve­rir.

Üçüncüsü, maddi insanla mənəvi insan, daha doğrusu, insa­nın maddi və mənəvi aspektləri, tərəfləri arasındakı münasi­bət, nis­bət də müəyyən ziddiyyətlər doğurur. Bu zid­diyyətlər əs­lində in­sa­nın birinci (maddi) və ikinci (mənəvi) istiqamətlər­dəki inkişaf sə­viy­­yə­lərinin nisbə­tindən irəli gəlir. Bu isti­qamət insanın insani hə­ya­tını ən çox xarakterizə etməklə onun ahəngdar inkişafının mü­hüm mənbəyidir.

Birinci istiqamət – ekoloji aspekt insanı xalis maddi sis­tem ki­mi səciyyələndirir və hər bir maddi obyek­tin ətraf mühitlə daxil ol­duğu münasibətlər onun üçün də zəruridir. Əla­və olaraq bir can­lı kimi o, ətraf mühitlə spesifik münasibətlərdə olur (bioloji hərə­kət – maddi həyat) və bu münasibətlər məhz in­sanda digər can­lıla­ra nis­bətən daha zəngin, mü­rək­kəb və ahəng­dardır. Maddi insan (in­sanın cismi) özünü əhatə edən maddi mühitdən hər halda fərqli ol­duğu üçün (bioloji struktur səviyyə­sinə görə) belə bir spesifik lo­kal sistemin ümumi təbii ahəngi pozma­ması, dinamik müvazinətin və daha doğrusu, ahəngdarlığın tə­min edilməsi üçün müəyyən spe­si­fik mübadilə prosesləri zəru­ridir. Maddi insanı mad­di dün­­ya ilə bir­ləşdirən, ey­niləşdirən bu proseslərə baxmayaraq, insan cismən də müəyyən nis­bi müstəqil­liyə malikdir; bu müstəqil­lik onun hətta mad­di sistem kimi də dünyaya qarşı qo­yulmasına, yer­də qalan dün­ya ilə müqayisə olunma­sına, İnsan-Mühit bölgü­sü­nə imkan yaradır.

İkinci inkişaf istiqaməti, ikinci ziddiyyət əslində bir insanın de­yil, insanlığın, bəşə­riyyətin keçdiyi bütün inkişaf yolunda for­ma­­­la­şır. Çünki maddiləşmiş mənəvi dünya tək bir insanın fəa­liyyəti ilə yox, bütün insanların bütün dövrlərdəki (əlbəttə, əgər qırıl­maz­lıq əla­­qəsi varsa; əslində həm məkanca, həm də zamanca qırıl­ma­lar, boş­luqlar olmuşdur və ona görə də, vahid siviliza­siyadan deyil, müx­tə­lif sivilizasiyalardan söhbət gedir) fəliyyətinin məh­sulu kimi daim inkişaf edir və hər bir yeni dövrdə ayrıca bir insan daha bö­yük mənəvi sərvətlə ünsiyyət imkanı əldə edir. Gənc insanla qoca­man maddi-mənəvi mühit arasında yara­nan ziddiyyət tezliklə bu gən­cin də qocamanlaşması, çox erkən “yaşa dolması”, böyük mə­nə­­­vi sərvətin müəyyən bir sa­həsinə, aspektinə yiyələnməsi ilə nəti­cə­­lənir. Toxunma (kon­takt) sahəsində təxmini tarazlıq yaran­dı­ğı vaxt­da nisbət dəyişir və insan ümumbəşəri mənəvi sərvəti özü zən­gin­­ləşdirməyə baş­layır. İnsanla maddi-mənəvi dünya arasın­da­kı mü­nasi­bət baş­lıca olaraq bu sxem üzrə davam edir...

Lakin mənəvi sərvət özü necə yaranır, onun ilkin mənbəyini nə­­də axtarmaq lazım­dır? Bu sualın cavabı üçüncü istiqa­mətdə (mad­­di və mənəvi insan arasındakı zid­diyyət) üzə çıxır. Bu istiqa­mət əslində həm tarixən, həm də dinamikliyinə, mürək­kəbliyinə və əhə­­miy­yə­tinə görə, habelə ikinci istiqamət üçün şərt olduğuna görə daha ilkin və həlledicidir.

Yalnız ilk baxışda elə görünə bilər ki, mənəvi sahə­lər arasın­da münasibət olmaq ba­xı­mından ikinci münasibət (ziddiyyət) insa­nı daha çox dərəcədə bir insan kimi (mənəvi yal­nız insana xas ol­du­ğuna görə) xarakterizə edir. Diqqətlə yanaş­dıqda məlum olur ki, bu hal­da mənəvi insa­nın maddi mövcud­luğundan bir növ ayrıl­dı­ğına və müstəqil­ləşdiyinə görə in­sa­na nəzərən xarici bir hadisə kimi çı­xış edir; insan üçün daxili, immanent olan, onun bütün fəa­liy­yətinin istiqamətləndirici, hə­rəkətverici qüvvəsi olan proseslər isə insanın ikili təbiəti­nin dialektika­sından irəli gəlir... Ona görə də, maddiləşmiş mənəvi sərvət ilə insan mənəvi dünyası arasındakı əla­qə əsasən informasiya mübadiləsi xarakteri daşıyır və prinsipcə mo­­delləşdirilə bilər; bu sahədə süni intellekt təbii in­tellektlə mü­qa­yi­səyə, mübahisəyə girmək iqtidarındadır. Tə­sadüfi deyil ki, böyük ha­fizəyə və hesablama imkanına ma­lik olan adam­lar kompüterlə mü­qayisə olunurlar. Mənəvinin prinsipcə maddiləşə bilən bütün for­maları prin­sipcə modelləşdirilə bilər. Bəs modelləşə bilməyən, yal­nız ideal halda olan kompo­nent­lər varmı?

Biz “Bilik və fəaliyyət” mövzusunda bu məsələyə bir daha qa­­­yı­dacağıq. İndi isə yal­nız onu qeyd edək ki, ideal olan passiv hal­­­da yox, maddi ilə qarşılaşarkən “özünü daha çox dərk edir”, da­­­ha oppozision mövqe tutur, ideallıq xassələrini daha aydın bü­ru­zə verir.



Maddi mənəvi arasındakı belə unikal vəhdət və mübarizə yalnız insan-fərd miq­ya­sında və müstəvisində äåéèë, habelə ümum­bəşəri mənəvi sərvətikinci təbiət müstəvisində də təzahür edir.



Yüklə 62,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə