1
İqtisadiyyatın kredit yükü: “qızıl orta” axtarışında
(Müəllif: Bəhruz Əhmədov, ABA-nın eksperti)
***
Müasir banklar, sələfi olduqları orta əsr Venesiya, Florensiya və Genuya
banklarından istər göstərdikləri xidmətlər, istərsə də iqtisadiyyatda oynadıqları
rol baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırda kommersiya bankları öz
müştərilərinə çox geniş çeşidli xidmətlər təklif edir və əməliyyatlar yerinə
yetirir. Ayrılıqda hər bir bank əməliyyatı lokal səciyyə daşısa da, banklar ümumi
iqtisadi inkişafda, onun yönləndirilməsi və idarə olunmasında son dərəcə
mühüm rol oynayır.
Kommersiya bankları iqtisadiyyatdakı sərbəst vəsaitləri investisiyaya
çevirməklə, iri biznes layihələrinin gerçəkləşdirilməsi üçün kapitalın
təmərküzləşməsini, bəzənsə kiçik layihələrin həyata keçirilməsi üçün
parçalanmasını təmin edir. Eyni zamanda, banklar maliyyə resurslarının
sahələrarası axınına və bu yolla iqtisadi artımın balanslaşdırılmasına,
resurslardan daha effektiv istifadə olunmasına yardım edir, həmçinin pul
tədavülünü sürətləndirir, dövlət orqanlarının pul siyasəti sahəsindəki
qərarlarının real iqtisadiyyata ötürülməsində əhəmiyyətli rol oynayır.
Bütün bunlar o zaman baş verir ki, bankların iqtisadi proseslərdə iştirak
payı - nə az, nə də ki çox - yetərli səviyyədə olsun. Banklar vasitəçilik
funskiyalarını aşağı səviyyədə yerinə yetirdikdə iqtisadiyyatda formalaşan
sərbəst pul vəsaitlərinin investisiyalara çevrilməsi ləngiyir və ya ümumiyyətlə
baş vermir, nəticədə iqtisadiyyatın artım potensialı reallaşmamış qalır. Banklar
iqtisadiyyatı həddən artıq kreditləşdirdikdə isə onun borc yükünü artırmaqla
maliyyə stabilliyinə təhlükə yaradır və bu yolla iqtisadiyyatın uzunmüddətli
artım tempini zəiflətmiş olur. Deməli, əsas məsələ imkanlarla risklərin arasında
“qızıl orta”nı tapmaqdır.
***
2
Kredit yükü və onun ölçülməsi haqqında
Kommersiya banklarının müxtəlif məqsədlərlə verdiyi kreditlər bir tərəfdən
ayrı-ayrı şirkətlərin və şəxslərin biznes fəaliyyətinin genişləndirilməsinə, digər
tərəfdən insanların həyat şəraitinin yaxşılaşdırılmasına (ev, avtomobil, ev
əşyaları və s. alınmasına) şərait yaradır.
Əlbəttə, kredit, özlüyündə borcun bir növü olduğundan, həm ayrılıqda
fərdlər və şirkətlər, həm də bütövlükdə iqtisadiyyat üçün onun bəlli bir səviyyəsi
mövcuddur ki, bu səviyyədən artıq kreditlə yüklənmə sonrakı dövr üçün
müəyyən problemlər yarada bilir: fərdlər üçün həyat standartının aşağı düşməsi,
şirkətlər üçün defolt (müflisləşmə), iqtisadiyyat üçün isə krizis və ya maliyyə
turbulensi. Sözsüz ki, bu riskli səviyyə zamana və ölkənin xüsusiyyətlərinə görə
dəyişə bilir.
Hazırda iqtisadçılar tərəfindən kredit yükünün ölçülməsində müxtəlif
göstəricilərdən istifadə edilməkdədir ki, bunların ən geniş yayılanı (elə həm də
ən sadəsi) iqtisadiyyatın və ev təsərrüfatlarının (ailələrin) kredit yükü
göstəriciləridir. İqtisadiyyatın kredit yükü iqtisadiyyata məcmu kredit
qoyuluşlarının ümumi daxili məhsula (ÜDM-ə) nisbəti, ev təsərrüfatlarının
kredit yükü isə fiziki şəxslərə verilən kreditlərin onların gəlirlərinə nisbəti
şəklində ifadə olunur. Belə sadə ifadə forması iqtisadiyyatın kreditlə yüklənmə
səviyyəsinin dinamikasını izləmək və təhlil etmək, eyni zamanda beynəlxalq-
müqayisəli təhlillər aparmaq üçün də kifayət qədər əlverişlidir.
Dünya iqtisadiyyatında kredit yükü mənzərəsi
Bütövlükdə dünya iqtisadiyyatında 1980-ci illərdən başlayaraq kredit
yükündə sürətli artım müşahidə edilmişdir. Xüsusilə, 1980-99-cu illərdə artım
daha kəskin xarakterli olmuş, bu illər ərzində dünya iqtisadiyyatının kredit yükü
91.5%-dən
168.1%-ə
qədər
yüksəlmişdir. 90-cı illərin sonlarında,
formalaşmaqda olan bazar iqtisadiyyatı ölkələrində (FBÖ) baş verən böhranlar -
1997-98-ci illər Cənub-şərqi Asiya, 1998-ci il Rusiya, 1999-cu il Braziliya və
3
Türkiyə böhranları - və 2001-ci ildə ABŞ iqtisadiyyatındakı durğunluq 1999-
2002-ci illərdə kredit yükünün azalması (156.6%-ə düşmüşdür), daha sonra isə
2003-2007-ci illərdə stabilləşməsi (159-161% aralığında) ilə nəticələnmişdir.
Ardınca 2008-ci ildə baş verən qlobal maliyyə böhranının təsirilə 155.7%-ə
qədər azalan kredit yükü, əsas hissəsi 2009-cu ildə reallaşdırılan “xilas
paketləri”nin nəticəsi kimi yenidən kəskin artaraq 2009-cu ildə 169.4%-ə
çatmışdır. Sonrakı dövrdə nisbətən stabilləşən bu göstərici 2014-cü ildə 172.6%
təşkil etmişdir.
Ayrılıqda ölkələr və ölkə qrupları üzrə kredit yükü göstəricisinə gəldikdə,
burada dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə dəyişkənlik müşahidə
olunmaqdadır. Yüksək gəlirli ölkələrin daha yaxşı inkişaf etmiş maliyyə
bazarlarına və bank sisteminə, həmçinin daha müasir risk menecment və
informasiya sistemlərinə malik olması həmin iqtisadiyyatlara daha çox kredit
reallaşdırmaq imkanı verir. Nisbətən aşağı və orta gəlirli ölkələrdə isə sadalanan
faktorların formalaşma mərhələsində olması kredit yükünün daha aşağı
səviyyəsini şərtləndirir. Başqa ifadə ilə desək, kredit yükü ilə iqtisadi inkişaf
səviyyəsi arasında müsbət xətti əlaqə mövcuddur – iqtisadiyyat inkişaf etdikcə
onun kreditlə yüklənmə səviyyəsi də artır, təbii ki, hər sonrakı mərhələdə daha
az sürətlə.
Dünyanın 148 ölkəsinin kredit yükü və inkişaf səviyyəsi (burada inkişaf
səviyyəsi hər ölkə üzrə adambaşına düşən ÜDM-lə ölçülmüşdür) göstəriciləri
arasındakı əlaqələrin təhlili göstərir ki, sözügedən göstəricilər arasında orta
səviyyəli müsbət xətti bağlılıq mövcuddur (korrelyasiya əmsalı 0.66-ya
bərabərdir). Qiymətləndirmələrə görə adambaşına düşən ÜDM-in hər 1000 ABŞ
dolları artması ölkənin kredit yükünün orta hesabla 2.6 faiz bəndi yüksəlməsi ilə
müşaiyət olunur. (Diaqram 1.)
4
Diaqram 1. İqtisadiyyatın kredit yükü ilə adambaşına ÜDM əlaqəsi
(müxtəlif inkişaf səviyyəli 148 ölkə üzrə
1
)
Mənbə: Dünya Bankının məlumatları (World Development Indicators) əsasında tərtib edilmişdir.
Adambaşına düşən ÜDM-in ən yüksək olduğu Avstraliyada iqtisadiyyatın
kredit yükü 169% təşkil edir. Sözügedən göstərici adambaşına ÜDM həcminə
görə ikinci yerdə dayanan Danimarkada 230.8%, üçüncü yerdəki İsveçdə isə
daha aşağı, 149%-dir. Adambaşına ÜDM göstəricisinə görə ilk beşliyi Sinqapur
və ABŞ tamamlayır ki, adıçəkilən ölkələrdə kredit yükü, uyğun olaraq, 126.3%
və 234.5% təşkil edir. Göründüyü kimi, ilk beşlikdə olan yüksək gəlirli ölkələrin
hamısında kredit yükü iqtisadiyyatın öz ölçüsündən xeyli böyükdür, xüsusilə də
ABŞ və Danimarkada.
Kreditlə ən çox yüklənmiş iqtisadiyyat Yaponiyanındır. Burada
iqtisadiyyatın kredit yükü fantastik ölçüdədir - ölkə ÜDM-nin 374.2%-i. Təbii
ki, bu səviyyədə kreditlə yüklənmə iqtisadiyyat üçün böyük risk mənbəyidir və
bu, haqqında bir az sonra danışacağımız “faydalı hədd”dən xeyli yüksəkdir.
Üstəlik Yaponiya dövlət borcu səviyyəsinə görə də dünya “lideri”dir. Məhz bu
1
Başqa qeyd olmadığı halda, təhlillərdəki məlumatlar 2014-cü ilin sonuna olan vəziyyəti əks etdirir.
Yaponiya
Kipr
ABŞ
İspaniya
Danimarka
Niderland
Hong Kong (Çin)
Portiqaliya
Livan
İslandiya
Tayland
Avstraliya
Çin
İsveç
Yunansıtan
Avstriya
Belçika
Sinqapur
BƏƏ
Rusiya
Azərbaycan
Bruney Darr.
y = 0.0026x + 39.749
R² = 0.4348
0.0
50.0
100.0
150.0
200.0
250.0
300.0
350.0
400.0
0.0
10000.0
20000.0
30000.0
40000.0
50000.0
60000.0
Kredit yükü
(ÜDM-də %)
Adambaşına ÜDM
(cari ABŞ dolları)
5
səbəbdən bəzi iqtisadçılar bu ölkənin iqtisadiyyatını partlamağa hazır “saatlı
bomba” adlandırırlar.
Kreditlə yüklənmə səviyyəsinə görə 308.6%-lə ikinci yerdə dayanan
Cənubi Kipr isə artıq böhran vəziyyətindədir. Avropa borc böhranının başladığı
2010-cu ildən etibarən, Cənubi Kipr banklarının maliyyə vəziyyətində də kəskin
pisləşmə müşahidə edilməkdədir. Təkcə onu demək kifayətdir ki, qeyd olunan
dövrdə (2010-2014-cü illərdə) ölkə bank sisteminin kredit portfelində qeyri-işlək
kreditlərin payı 5.8%-dən 45.4%-ə qədər yüksəlmişdir. Avropa borc
böhranından digər zərərçəkənlər, daha dəqiq desək böhran ocaqları – İspaniya,
Portuqaliya və Yunanıstan da kredit yükü yüksək olan ölkələr sırasındadır,
uyğun olaraq, 207.1%, 174.3% və 137.5%.
İnkişaf etməkdə olan ölkələrdə isə kreditlə yüklənmə səviyyəsi xeyli
aşağıdır. Adambaşı ÜDM-i 20 min ABŞ dollarından az olan ölkələrin (burada
119 ölkə) 70%-ə yaxınında (82 ölkədə) kredit yükü ölkə ÜDM-nin 60%-ni
keçmir. Ümumilikdə, bu qrup ölkələrin 106-sında kredit qoyuluşlarının həcmi
iqtisadiyyatın ölçüsündən kiçikdir, yəni kredit yükü 100%-dən azdır.
Diaqram 2. Dünya iqtisadiyyatında kredit yükü mənzərəsi:
müxtəlif ölkə qrupları və Azərbaycan
Mənbə: Dünya Bankının (World Development Indicators) və Azərbaycan Mərkəzi Bankının məlumatları
əsasında tərtib edilmişdir.
172.6
210.8
157.4
65.2
55.5
48.1
33.8
0.0
50.0
100.0
150.0
200.0
250.0
Dünya üzrə OECD ölkələri
(34)
Avropa Birliyi
ölkələri (28)
MŞA ölkələri
(11)
Azərbaycan
(qeyri-neft
sektoru üzrə)
MDB və Baltik
ölkələri (12)
Azərbaycan
6
Dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən OECD (The
Organisation for Economic Co-operation and Development - İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı) üzrə kredit yükünün orta göstəricisi 210.8%
təşkil edir ki, bu təhlil edilən ölkə qrupları üzrə ən yüksək göstəricidir. Avropa
Birliyinə daxil olan 28 ölkə üzrə isə orta kredit yükü nisbətən aşağı, 157.4%
təşkil edir. Mərkəzi-şərqi Avropanın (MŞA) 11 inkişaf etməkdə olan ölkəsində
2
(Türkiyə də şərti olaraq bu qrupa daxil edilmişdir) sözügedən göstərici inkişaf
etmiş ölkələrdəkindən xeyli aşağı, 65.2%-dir. MDB və Baltik ölkələrində (12
ölkə
3
) isə iqtisadiyyatın kredit yükü MŞA ölkələrindəkindən də aşağıdır –
ÜDM-in təqribən yarısına yaxın, 48.1%. ( Diaqram 2.)
Cədvəl 1. MŞA, MDB və Baltik ölkələrində kredit yükü (ÜDM-də %-lə)
Sıra
Ölkə adı
Kredit
yükü
Sıra
Ölkə adı
Kredit
yükü
1
Ukrayna
96,6
13
Latviya
52,9
2
Türkiyə
88,0
14
Serbiya
52,8
3
Çexiya
73,4
15
Rusiya
52,4
4
Estoniya
72,0
16
Gürcüstan
48,5
5
Polşa
70,7
17
Rumıniya
48,2
6
Sloveniya
68,7
18
Litva
45,6
7
Albaniya
67,3
19
Belarus
42,8
8
Slovakiya
66,0
20
Moldova
39,0
9
Bolqarıstan
63,6
21
Qazaxıstan
37,6
10
Bosniya və Herzeqovina
60,8
22
Azərbaycan (ümumi)
33,8
11
Monteneqro
57,9
23
Tacikistan
19,6
12
Azərbaycan (q.n.* sektoru üzrə)
55,5
24
Qırğızıstan
15,9
Mənbə: Dünya Bankının (World Development Indicators) və Azərbaycan Mərkəzi Bankının məlumatları
əsasında tərtib edilmişdir.
*Qeyd: q.n. - burada qeyri-neft sektorunu ifadə edir.
2
Albaniya, Bolqarıstan, Bosniya və Herzeqovina, Çexiya, Monteneqro, Polşa, Rumıniya, Serbiya, Slovakiya,
Sloveniya və Türkiyə.
3
Bu qrupa 8 MDB ölkəsi (Türkmənistan və Özbəkistanda kredit yükü ilə bağlı məlumatlar əlçatan
olmadığından, Azərbaycan isə müqayisə üçün ayrı göstərildiyindən qrupa daxil edilməmişdir), Gürcüstan və 3
Baltik ölkəsi daxil edilmişdir.
7
Azərbaycana gəldikdə, burada kredit yükü təhlil edilən ölkə qruplarının
hamısının orta göstəricisindən aşağıdır. Azərbaycan iqtisadiyyatında kredit yükü
ölkə ÜDM-nin təqribən 1/3-i qədərdir (33.8%). Azərbaycan iqtisadiyyatı, eyni
inkişaf pilləsində dayandığı Mərkəzi-şərqi Avropa, MDB və Baltik ölkələrinin
(23 ölkə) demək olar ki, hamısından (Tacikistan və Qırğızıstan xaric) daha az
kreditlə yüklənib ki, bu iqtisadiyyatın makro-maliyyə stabilliyi baxımından
xüsusi önəm daşıyır, eyni zamanda bank sektorunun gələcək iqtisadi inkişafda
daha aktiv rol oynaya biləcəyinə işarədir.
Təbii ki, Azərbaycan neftlə zəngin iqtisadiyyat olduğundan burada qeyri-
neft sektorunun kredit yükü ayrıca nəzərdən keçirilməlidir. Hazırda (2014-cü
ilin sonuna olan məlumatlara əsasən) ölkənin qeyri-neft iqtisadiyyatının kredit
yükü 55.5% təşkil edir. Bu göstəriciyə görə Azərbaycan Mərkəzi-şərqi Avropa
ilə MDB və Baltik ölkələrinin arasında, qeyd olunan qruplara daxil olan 23 ölkə
üzrə orta göstəriciyə (56.3%) yaxın, həmçinin dünya trendindən (dünya
ölkələrinin adambaşı ÜDM-nə uyğun kredit yükü trendi – Azərbaycan üçün
uyğun nöqtə təqribən 60%-dir) azacıq aşağıda yerləşir.
Ev təsərrüfatlarının kredit yükü göstəricisi üzrə də bənzər meyllər
müşahidə edilməkdədir. OECD ölkələrində ev təsərrüfatlarının orta borc yükü
gəlirlərin 128.4%-i qədərdir: təşkilata üzv inkişaf etmiş ölkələr üzrə 152.5%,
inkişaf etməkdə olan ölkələr üzrə 63%. Azərbaycanda isə ev təsərrüfatlarına
verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 19.6%-i qədərini təşkil edir.
Kreditlə yüklənmənin faydalı həddi və ya “qızıl orta” haradadır?
Təhlillərdən aydın şəkildə görünür ki, son bir neçə dekadada dünya
iqtisadiyyatında kredit yükü əhəmiyyətli dərəcədə artmışdır və ayrı-ayrı ölkələr,
eləcə də inkişaf səviyyəsinə görə müxtəlif ölkə qrupları arasında sözügedən
göstərici üzrə kəskin fərqlər müşahidə olunmaqdadır. Xüsusilə, inkişaf etmiş
ölkələrin daha çox kreditlə yüklənmiş olduğu və yüklənmənin artmaqda davam
etdiyi də bir gerçəkdir. Nəzəri cəhətdən o da bilinir ki, kredit yükü qeyri-
8
məhdud şəkildə artırıla bilməz. Bəlli bir həddə qədər iqtisadiyyat üçün faydalı,
hətta zəruri olan kredit qoyuluşları, həmin həddən sonra iqtisadi artımı ləngidə
və maliyyə sektorunda (daha sonra həm də real sektorda) qeyri-stabillik
mənbəyinə çevrilə bilər.
Bu nəzəri mülahizəni sübut edən bir sıra empirik tədqiqatlar da mövcuddur.
Həmin tədqiqatların bəzilərinin
4
nəticələrinə görə maliyyə dərinliyinin “tədricən
itən effekt”i (vanishing effect), əsasən, daxili kreditlərin ÜDM-ə nisbəti - kredit
yükü 100%-ə yaxınlaşdıqda hiss edilməyə başlayır.
Başqa cür desək, kredit yükü ÜDM-in 100%-i həddini aşdıqda, iqtisadiyyat
kredit qoyuluşlarından fayda əldə edə bilmir, əksinə, bu səviyyə iqtisadiyyat
üçün ağır yükə çevrilə və həmin kreditlərin geri ödənməsində çətinliklər yarana
bilir. Belə olan halda isə iqtisadi artım tempi zəifləyir, qeyri-işlək kreditlər artır
və bank sektorunun maliyyə stabilliyinin pozulma ehtimalı yüksəlir.
İqtisadiyyatın kredit yükü ilə qeyri-işlək kreditlərin əlaqəsinin təhlili də bənzər
nəticələr verir. (Diaqram 3.)
4
Daha ətraflı: Jean Louis Arcand, Enrico Berkes, Ugo Panizza. (2012). “Too much finance?” IMF Working
Paper /12/161/. 49 s.. Həmçinin: Leonardo Gambacorta, Jing Yang, Kostas Tsatsaronis. (2014). “Financial
structure and growth”. BIS Quarterly Review, March 2014. s.21-35.
9
Diaqram 3. İqtisadiyyatın kredit yükü ilə qeyri-işlək kreditlərin əlaqəsi
(müxtəlif inkişaf səviyyəli 94 ölkə üzrə)
Mənbə: Dünya Bankının məlumatları (World Development Indicators) əsasında tərtib edilmişdir.
Müxtəlif inkişaf səviyyəli 87 ölkə üzrə (kənar nöqtələrə düşən 7 ölkə
diaqramda təsvir edilsə də, hesablamalarda nəzərə alınmamışdır) kredit yükü və
qeyri-işlək kreditlər arasında əlaqənin təhlili göstərir ki, adıçəkilən indikatorlar
arasında çox sıx olmasa da, U-vari (kvadratik funksiya əsaslı) əlaqə müşahidə
edilməkdədir: kredit yükünün 101.5%-ə qədər artması qeyri-işlək kreditlərin
azalması, qeyd olunan səviyyədən sonrakı kredit yükü artımı isə qeyri-işlək
kreditlərin də artması ilə müşaiyət olunur. Yəni, bu nəticə də kredit yükünün
“qızıl orta”sı (optimal nöqtəsi) kimi təqribən 100% həddinə işarə edir.
Əlbəttə ki, optimal nöqtənin bütün ölkələr və bütün dövrlər üçün keçərli
olduğunu iddia etmək yanlış olardı. Ən azı ona görə ki, dünyanın heç bir ölkəsi
istər iqtisadi model, istərsə də mental xüsusiyyətlər baxımından bir-birini
təkrarlamır. Digər tərəfədən, iqtisadiyyatın inkişafı, maliyyə bazarlarının
dərinləşməsi, kredit məhsullarının çeşidinin genişlənməsi, risk menecment və
kredit informasiya sistemlərinin inkişafı “qızıl orta”nın tədricən sağa sürüşməsi
(artması) ilə nəticələnməlidir. Yəni, sadalanan istiqamətlərin inkişafı banklara
kredit qoyuluşlarını artırmaqla iqtisadi inkişafa daha çox töhfə vermək imkanı
Cənubi Kipr
Yunanıstan
Qazaxıstan Serbiya
Albaniya
Tacikistan
Ukrayna
İrlandiya
İtaliya
Portuqaliya
S.Leone
Azərbaycan
Danimarka
Niderland
ABŞ
Yaponiya
S.Ərəbistanı
Hong Kong, Çin
y = 0.0007x
2
- 0.1421x + 12.203
R² = 0.2376
0.0
5.0
10.0
15.0
20.0
25.0
30.0
35.0
40.0
45.0
50.0
0.0
50.0
100.0
150.0
200.0
250.0
300.0
350.0
400.0
Qeyri-işlək
kreditlər (cəmi
kreditlərdə
%-lə)
Kredit yükü
(ÜDM-də %-lə)
10
yaradır. ABŞ, Avstraliya, Niderland, Danimarka kimi inkişaf etmiş ölkələr bu
yolda uğura nail olanlardır.
Diaqram 3.-dəki təsvirdən göründüyü kimi, Dünya Bankının
məlumatlarına əsasən, Azərbaycanda qeyri-işlək kreditlər təhlil edilən ölkələr
üzrə ümumi inkişaf meylindən (burada polinomial trenddən) nisbətən yuxarıdır
– kredit portfelinin 12,7%-i (hərçənd bir çox ölkələr üzrə trenddən bənzər
kənarlaşmalar müşahidə olunmaqdadır). Ancaq bu rəqəm Azərbaycan Mərkəzi
Bankının (AMB) vaxtı keçmiş kreditlərlə bağlı açıqladığı rəqəmdən xeyli
fərqlənir. AMB-nin məlumatına əsasən vaxtı keçmiş kreditlərin ümumi portfeldə
payı həmin dövr üçün cəmisi 5.3% təşkil etmişdir ki, bu da ümumi inkişaf
meylinə yaxın, hətta ondan aşağıdadır.
Azərbaycan bank sektoru üçün bəzi nəticələr
Aparılan təhlillər Azərbaycan bank sektoru üçün bir sıra nəticələr
çıxarmağa imkan verir:
1.
Azərbaycan iqtisadiyyatının (həmçinin, qeyri-neft sektorunun) kredit
yükü onun inkişaf səviyyəsinə uyğundur və hazırda iqtisadiyyat kreditlə
çox yüklənməmişdir. 2014-cü ilin yekunlarına əsasən, qeyri-neft
iqtisadiyyatı üzrə kredit yükü 55.5% təşkil etmişdir ki, bu göstəriciyə görə
Azərbaycan, Mərkəzi-şərqi Avropa ilə MDB və Baltik ölkələri qruplarının
arasında yerləşir. Bu mövqe ölkənin inkişaf səviyyəsinə və gələcək
hədəflərinə tam uyğun gəlir;
2.
Kredit yükü çox olmasa da, mümkündür ki (bu barədə rəsmi məlumat
olmadığından yalnız ehtimal etmək olar), kredit yükünün paylanması,
xüsusilə son dövrlərdə, ödəniş qabiliyyəti aşağı olan müştərilərə doğru
“sürüşmüşdür” və bu da kredit risklərinin nisbətən yüksəlməsinə səbəb
olmuşdur. AMB-nin kommersiya banklarına tətbiqini tövsiyə etdiyi
11
məsuliyyətli kreditləşdirmə haqqında “Metodoloji rəhbərlik”, məhz artan
kredit risklərinin məhdudlaşdırılması məqsədi daşıyır və artıq bu
istiqamətdə ilkin müsbət nəticələr əldə edilməkdədir. Bununla yanaşı
banklarda daxili dərəcələndirmə sistemlərinin formalaşdırılması, həmçinin
skorkardlardan istifadə kredit layihələrinin qiymətləndirilməsində
subyektivliyi azaltmaq və kredit yükünü ödəniş qabiliyyəti yüksək olan
müştərilərə doğru “sürüşdürmək”lə, kredit risklərini əhəmiyyətli dərəcədə
azalda bilər;
3.
Risk menecment və kredit informasiya sistemlərinin inkişafı, eyni
zamanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində işlər davam
etdiriləcəyi halda banklar kredit qoyuluşlarının iqtisadiyyatdakı payını iki
dəfəyə yaxın artırmaqla, post-neft dövründə davamlı iqtisadi artımın və
inkişafın təmin olunmasında çox vacib missiyanı yerinə yetirə bilər.
Dostları ilə paylaş: |