1 Makroiqtisadiyyatın predmeti. Makroiqtisadi siyasət və makroiqtisadi modellər



Yüklə 164,47 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü164,47 Kb.
#70067


Mövzu 1. Makroiqtisadiyyatın predmeti, metodları və vəzifələri 

 

1.1.

 

Makroiqtisadiyyatın predmeti. Makroiqtisadi siyasət və makroiqtisadi 

modellər. 

1.2.

 

Dairəvi axınlar modeli. Makroiqtisadi müvazinətliyin ümumi şərtləri. 

 

1.1.



 

Makroiqtisadiyyatın predmeti. Makroiqtisadi siyasət və 

makroiqtisadi modellər. 

 

Makroiqtisadiyyat  ölkə  iqtisadiyyatının  davranışını  bütöv  vahid  kimi  iqtisadi 



artım, 

resursların 

tam 

dayanıqlı 



məşğulluğu, 

inflyasiya 

səviyyəsinin 

minimallaşdırılması 

baxımından 

öyrənir. 

Makroiqtisadiyyat 

bütövlükdə 

iqtisadiyyatda  əmtəə  və  xidmətlərin  buraxılışının  ümumi  həcmi  və  qiymətlərin  orta 

səviyyəsinin dəyişməsinin öyrənilməsinə fikir verir. 

İqtisadi artım əhali artımı və texnoloji tərəqqi kimi nisbətən dayanıqlı amillərin 

fəaliyyətinin  nəticəsidir.  Bu  amillərin  dinamikası  uzunmüddətli  perspektivdə 

potensial  istehsal  həcminin  dinamikasını  müəyyən  edir.  Qısamüddətli  dövrdə 

iqtisadiyyat  ahəngdar  irəliləmələrin  başlıca  trayektoriyasından  kənarlaşır.  Ona  görə 

də dayanıqlı iqtisadi artım həmin dövrü dəyişmələrin idarə edilməsini tələb edir. 

Resursların  tam  məşğulluğunu  və  inflyasiya  olmayan  iqtisadi  artımın  təmini 

məqsədilə  iqtisadi  dövrün  idarə  edilməsi  makroiqtisadi  siyasət,  yəni  büdcə-vergi 

(və ya  fiskal) və pul-kredit  (və ya  monetar) alətlərinin köməyi ilə həyata keçirilir. 

Budcə-vergi  siyasəti  (o  cümlədən  xarici  ticarət)  əsasən  hökümət,  pul-kredit 

siyasəti  isə  Mərkəzi  Bank  tərəfındən  həyata  keçirilir.  Fiskal  və  monetar  siyasətin 

qısamüddətli və uzunmüddətli məqsədləri, alternativ alətlərin seçilməsi və alternativ 

strategiyaların işlənilməsi makroiqtisadi nəzəriyyənin bilavasitə tədqiqat obyektidir. 

Dövlətin  fiskal  və  pul-kredit  siyasətini  təyin  edən  (məsələn,  investisiyanın 

dinamikası,  dövlət  büdcəsi  və  tədiyyə  balansının  vəziyyəti;  əmək  haqqı,  qiymət, 

valyuta  kursunun  səviyyəsi  və  i.a.)  əhəmiyyətli  iqtisadi  amillərə  diqqəti 

cəmləşdirməklə,  makroiqtisadiyyat  ayrı-ayrı  iqtisadi  agentlərin  (ev  təsərrüfatları  və 

firmalar)  davranışını  arxa  planda  qoyur.  Makroiqtisadi  təhlil  ayrı-ayrı  bazarların 




fərqlərindən təcrid olunmaqla, bütövlükdə iqtisadiyyatın əmtəə, əmək və pul bazarları 

ilə  qarşılıqlı  əlaqədə  fəaliyyətinin  başlıca  anlarının  aşkar  edilməsini  nəzərdə  tutur. 

Deməli,  söhbət  fiskal  və  monetar  siyasət  tədbirlərinin  köməyi  ilə  qısamüddətli  və 

uzunmüddətli  ümumi  makroiqtisadi  müvazinətliyin  qoyulması  və  saxlanılması 

mexanizmindən gedir. 

Qeyd  etməliyik  ki,  mikro  və  makroiqtisadi  proseslər  bir-birilə  sıx  qarşılıqlı 

əlaqəlidirlər.  Mikroiqtisadiyyatdan  fərqli  olaraq  makroiqtisadiyyat  vahid  tam 

iqtısadiyyatın fəaliyyətini xarakterizə edən aqreqatlaşdırılmış kəmiyyətlərdən istifadə 

edir.  Bu  göstəricilərə  ÜMM  (ayrı-ayrı  firmaların  buraxılışı  deyil);  qiymətlərin  orta 

səviyyəsi (konkret əmtəələrə qiymətlər deyil); bazar faiz norması (ayrı-ayrı bankların 

faiz  norması  əvəzinə);  inflyasiya,  məşğulluq,  işsizlik  səviyyələri  və  s.  aid  olunur. 

Əsas makroiqtisadi göstəricilərə real ÜMM artım tempi, inflyasiya tempi və işsizliyin 

səviyyəsi aiddir. 

İqtisadçılar iqtisadiyyat haqqında təsəvvür yaratmaq məqsədilə sadələşdirilmiş 

nəzəriyyədən istifadə edərək, modellər yaratmağa səy göstərirlər. Həmin modellərdə 

müxtəlif iqtisadi dəyişənlər arasında nisbətlər müəyyən olunur. Əksər hallarda onlar 

riyazi formada yaradılır. 

Modellərin  tətbiqi  ona  görə  məqsədəuyğundur  ki,  onlar  iqtisadi  hadisələrin 

öyrənilməsində  əhəmiyyətli  olmayan  hissələrdən  uzaqlaşmağa  və  prinsipial  iqtisadi 

əlaqələri  aşkar  etməyə  imkan  yaradır.  Modellərdə  iki  növ  iqtisadi  dəyişənlərdən 



istifadə olunur: daxili (endogen) və xarici (ekzogen). Ekzogen dəyişənlər başlanğıc 

informasiya  olub, kənardan  daxil  edilir;  endogen  dəyişənlər isə  modelin  “daxilində” 

formalaşır,  onlar  həmin  modelin  həllinin  nəticəsidir.  Başqa  sözlə,  ekzogen 

dəyişənlərin kəmiyyəti model qurulanadək verilir, endogen dəyişənlərin kəmiyyəti isə 

model üzrə hesablamaların gedişi ərzində müəyyən edilir. 

Xarici (ekzogen) dəyişənlər kimi əksər hallarda hökümətin fiskal siyasətinin və 

Mərkəzi Bankın monetar siyasətinin əsas alətləri olan dövlət xərclərinin, vergilərin və 

pul kütləsinin kəmiyyətlərinin dəyişiklikləri çıxış edir. 

Modellərin  köməyilə  iqtisadi  problemlərin  çox  variantlı  həlli  təmin  edilməklə 

makroiqtisadi  siyasətin  lazımi  alternativliyi  və  çevikliyi  əldə  olunur.  Makroiqtisadi 




modellərdən  istifadə  büdcə-vergi,  pul-kredit,  valyuta  və  xarici  ticarət  siyasəti 

alətlərinin  uzlaşdırılmasını  optimallaşdırmağa,  hökümət  və  Mərkəzi  Bankm 

iqtisadiyyatda  dövrü  dəyişmələrin  idarə  edilməsi  tədbirlərini  səmərəli 

əlaqələndirməyə  imkan  yaradır.  Bu  baxımdan  ən  perspektivli  modellər  iqtisadi 

agentlərin inflyasiya gözləmələrinin dinamikasını nəzərə alanlardır. 

Dairəvi  axın,  AD-AS,  Fillips,  Laffer  əyriləri,  Solou  modeli  və  i.a. 

ümumiləşdirilmiş makroiqtisadi modellər iqtisadi təhlilin ümumi alətləri olub, heç bir 

milli  xüsusiyyətlərə  malik  deyildirlər.  Xüsusiyyətlər  yalnız  empirik  əmsalların 

kəmiyyəti və müxtəlif ölkələrin iqtisadi dəyişənləri arasında funksional asılılıqlarında 

konkret  formalarda  ola  bilər.  Modellər  kifayət  dərəcədə  reallığı  əks  etdirməli,  çox 

mürəkkəb  olmamalıdır.  Lakin  modellərin  həddindən  artıq  sadələşdirilməsi  təhlildən 

əhəmiyyətli amillərin çıxarılması və nəticələrin düzgün olmamasına səbəb ola bilər. 

Ona  görə  də  istənilən  modelin  qurulmasının  ən  mürəkkəb  anı,  konkret  problemin 

makroiqtisadi təhlilində əhəmiyyətli olan amillərin müəyyən edilməsidir. 



 

1.2.

 

Dairəvi axınlar modeli. Makroiqtisadi müvazinətliyin ümumi şərtləri. 

 

Makroiqtisadi təhlilin əsasını sadə dairəvi axın modeli (və ya ÜMM, gə lirlər 

və xərclərin dövr etmə modeli) təşkil edir. Özünün ən sadə formasında bu modelə iki 

iqtisadi  agent  -  ev  təsərrüfatları  və  firmalar  daxildir.  O,  iqtisadiyyata  dövlətin 

müdaxiləsini, eləcə də xarici dünya ilə heç bir əlaqəni nəzərə almır. Bunu şəkil 1.1-

dən  daha  aydın  görmək  olar.  Sxemdən  görünür  ki,  iqtisadiyyat  qapalı  sistem  olub, 



orada bir iqtisadi agentin gəlirləri digərinin xərclərini təşkil edir. 

 

 

Şəkil 1.1. Sadə dairəvı axınlar modeli 

Yüklə 164,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə