1 Mətnin ardı var Simpozium



Yüklə 30,05 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü30,05 Kb.
#3378


1

Mətnin ardı var

Simpozium

Azərbaycan xalçası üzrə V Beynəlxalq 

Simpozium (AXBS) 17-20 oktyabr 2017-ci 

il tarixində, dörd gün ərzində keçiriləcəkdir. 

AXBS-nun sonuncu və ilk dəfə xaricdə 

YUNESKO-nun Paris şəhərindəki baş 

qərargahında təşkil olunan simpoziumdan 

artıq on il ötmüşdür. Ilk simpozium isə  

1983-cü ildə baş vermişdir.

17 oktyabr 2017-ci il (Çərşənbə axşamı) 

simpoziumun ilk günü olaraq səhər açılış 

mərasimindən və günorta keçiriləcək ilk 

akademik sessiyadan ibarət olacaqdır. 

Simpoziumun növbəti ikinci və üçüncü günləri 

akademik sessiyalara həsr ediləcəkdir.

Simpozium Cümə günü - 20 oktyabr 2017-ci 

il tarixində günün birinci yarısında keçiriləcək 

sonuncu akademik sessiya və nahardan sonra 

baş tutacaq bağlanış mərasimi ilə öz işini 

tamamlayacaqdır. Simpozium çərçivəsində 

təşkil olunacaq mədəni proqrama mövzuya 

uyğun sərgilərin açılışı və digər tədbirlər 

daxildir.

Təşkilatçılar

AXBS-2017 Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan 

Milli Elmlər Akademiyası və “Azərxalça” 

ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilir. 

Akademik proqramın hazırlanmasına 

rəhbərlik  və  texniki dəstək Şərq xalçaları 

üzrə beynəlxalq Konfransı (İCOC)  

tərəfindən aparılır.

Azərbaycan Respublikası Mədəniyyət və 

Turizm naziri cənab Əbülfəs Qarayev təşkilat 

komitəsinin sədri, Əsli Səmədova layihənin 

koordinatoru, Alberto Boralevi və Azərbaycan 

Milli Elmlər Akademiyasının və Milli İncəsənət 

muzeyinin əməkdaşı, sənətşünaslıq üzrə 

fəlsəfə doktoru Toğrul Əfəndiyev Akademik 

Komitənin həmsədrləridirlər.

 

 



Məkanlar

Azərbaycan Xalça Muzeyi daimi (AXM) və 

Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM) 

Bakıda təşkil olunacaq müvəqqəti sərgilərin 

əsas məkanlarıdır.

Azərbaycan Xalça Muzeyinin ekspozisiyasında 

muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə 

doktoru Şirin Məlikovanın kuratorluğu altında 

“Müasir incəsənət xalçalarda” adlı sərgi təşkil 

olunacaqdır. Sərginin konsepsiyasına uyğun 

olaraq yerli və xarici rəssamlar xalçanın 

ənənəvi qavrayış hüdudlarını genişləndirməyə 

çalışacaqlar.

Azərbaycan Milli İncəsənət Muzeyində 

Alberto Boralevi və Əsli Səmədovanın birgə 

kuratorluğu ilə milli tikmələrdən ibarət “İpək 

xəzinələr” adlı sərgi təşkil olunacaqdır. 

Sərgidə Viktoriya və Albert muzeyinin və 

şəxsi kolleksiyaların, habelə Azərbaycan Milli 

İncəsənət Muzeyinin əvvəllər sərgilənməyən 

eksponatları nümayiş etdiriləcəklər.

Akademik sessiyaların təşkil olunacağı 

məkanlar isə bir qədər sonra müəyyən 

olunacaqlar.



Akademik sessiyalar və məruzəçilər

Akademik sessiyaların mövzuları və habelə 

simpoziumun ümumi proqramı 2017-ci ilin 

yay aylarının sonunda elan olunacaqdır. 

Əgər Siz AXBS-2017-də məruzə ilə çıxış 

etmək istəyirsinizsə, 

lütfən saytımızda 

ərizə üçün təqdimat

 bölümünü oxuyan və 

15 mart 2017-ci il tarixindən gec olmayaraq 

çıxışınızın 

tezislərini oraya ünvanlayın

 

Vizalar 



Vizasız rejimi əldə etmək imkanı olan və 

ya Heydər Əliyev adına Beynəlxalq Hava 

Limanına yaxınlaşıb viza üçün müraciət 

edə biləcək müəyyən ölkələrin vətəndaşları 

istisna olmaqla, digər ölkələrin vətəndaşları 

əvvəlcədən viza üçün müraciət etmələri 

xahiş olunur. Viza sənədlərinin qəbulu üçün 

ən yaxın Azərbaycan səfirliyindəki konsulluq 

xidmətinə müraciət etməyiniz xahiş olunur.

Azərbaycana viza almaq məqsədilə “ASAN 

Visa” 

portalına



 müraciət etməyiniz tövsiyə 

olunur. Onlayn ərizə səfərdən ən azı üç iş 

günü öncə göndərilməlidir. Xidmət haqqı 

20 USD təşkil edir. Daha ətraflı məlumat 

almaq üçün 

qurumun rəsmi səhifəsinə 

daxil 

olmağınız məsləhətdir.



17–20 oktyabr 2017-ci il

Bakı, Azərbaycan

AZƏRBAYCAN  XALÇASI ÜZRƏ V  

BEYNƏLXALQ SIMPOZIUM 

“Ənənə və innovasiyalar”



Səyahət və yerləşdirilmə

Tezliklə rəsmi saytımızda AXBS qonaqları 

və məruzəçilər üçün yerləşdirilmə 

mehmanxanaları haqqında tövsiyələr və xüsusi 

təkliflər təqdim olunacaqdır. Saytımızda yaxın 

zamanlarda bu mövzuya həsr olunmuş bölmə 

fəaliyyətlə başlayacaqdır. Əlavə məlumat üçün 

bizimlə əlaqə saxlamağınız 

məsləhətdir.

Heydər Əliyev adına Beynəlxalq Hava 

Limanından tövsiyə olunan mehmanxanalara 

çatdırılma məqsədilə xidməti avtobuslar təşkil 

olunacaqdır.  Bakıda “Uber” vasitəsilə etibarlı 

taksi xidməti mövcuddur, lakin sürücülərin 

böyük hissəsinin ingilis dilini bilməməsi nəzərə 

alınmalıdır. “Uber” və digər analoji servislərə 

öncədən müəyyən edilmiş tariflərin mövcud 

olduğu halda, şəhərdə fəaliyyət göstərən 

“Badımcan” adlanan avtomobillərində ödəniş 

məqsədilə taksometrlər quraşdırılmışdır 

(minimal gediş haqqı 3 AZN təşkil edir).

Milli valyuta

Milli valyuta Azərbaycan manatıdır (AZN) və 

onun təxmini məzənnəsi aşağıdakı kimidir:  

 

£1 = 2.15 AZN 



€1 = 1.9 AZN

$1 = 1.8 AZN  

 

Hava limanında quraşdırılmış bankomatlar və 



şəhərdə fəaliyyət göstərən banklar vasitəsilə 

valyuta mübadiləsi və ya hesabdan pul çıxartma 

əməliyyatlarını həyata keçirə bilərsiniz.

Hava durumu 

Azərbaycanda doqquz müxtəlif iqlim 

qurşağı vardır. Oktyabr ayında Bakıda orta 

aylıq temperatur 13-15°C təşkil edir. 



Praktiki suallar

ABXS-2017-də iştirak üçün heç bir 

qeydiyyat haqqı tələb olunmur. İştirak üçün 

Siz özünüzlə əlavə qonaq da dəvət edə 

bilərsiniz. Belə olduğu halda 

simpoziumun 

qeydiyyat formasının müvafiq

 bölməsinə 

həmin şəxslər barəsində məlumatları  

daxil edin. 



HALI turu

Simpozium başa çatdıqdan sonra, 21-28 

oktyabr 2017-ci il tarixlərində Azərbaycan 

və Gürcüstan ərazilərində 8 (səkkiz) günlük 

HALI turu təşkil olunacaqdır. “HALI” jurnalı 

tərəfindən həyata keçiriləcək bu tur zamanı 

bölgələrin xalça və tekstil ənənələri, onların 

yaşadılması və dirçəldilməsi məsələləri 

xüsusilə vurğulunacaqdır. Eyni zamanda 

yerli  mədəniyyətlərin maraq doğura biləcək 

digər məsələləri də diqqət mərkəzində 

olacaqlar. 

Tur Azərbaycan Respublikasının paytaxtı 

Bakı şəhərindən – İçərişəhər ərazisində 

piyada gəzintidən, daha sonra isə 

muzeylərə ekskursiyalardan, tekstil və 

arxiv fotomateriallara həsr olunmuş şəxsi 

kolleksiyalarla tanışlıqdan başlayacaq.

Bakıdan sonra tur iştirakçıları şimal 

istiqamətində hərəkət edərək və qədim 

toxuculuq  ənənələrinə malik kəndlərdən 

keçərək Şəki şəhərində yerləşən Şəki Xan 

Sarayını ziyarət edəcəklər. 

Daha sonra tur Gürcüstan ərazisinə 

istiqamətlənəcək. Burada Siqnaqi və 

Mtsxeta kimi tarixi şəhərlərlə, Gürcüstan 

Respublikasının paytaxtı Tbilisi şəhərində 

fəaliyyət göstərən muzeylərin kolleksiyaları 

ilə tanışlıq keçiriləcək və bununla da 

səyahət başa çatacaqdır.

Turun qiymətinə aşağıdakılar daxildir: 

yerləşmə və gecələmə, yemək və 

planlaşdırılmış asudə vaxtın təşkili, ekspert 

və könüllülərin müşayiəti ilə muzey və şəxsi 

kolleksiyalarda saxlanılan və az bəlli olan 

eksponatlarla tanışlıq imkanı.

 

Daha ətraflı məlumat əldə etmək və ya 



qeydiyyatdan keçmək məqsədilə 

tur 


təşkilatçıları ilə əlaqə saxlamağınız

 təklif 


olunur.

www.ISACBaku.org

17–20 oktyabr 2017-ci il

Bakı, Azərbaycan

AZƏRBAYCAN  XALÇASI ÜZRƏ V  

BEYNƏLXALQ SIMPOZIUM 



“Ənənə və innovasiyalar”

2

Yüklə 30,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə