1 p sixi s ağlamliq s iyas ə ti



Yüklə 93,54 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü93,54 Kb.
#38014
növüXülasə


 

P



SIXI 

S

AĞLAMLIQ 



S

IYAS


Ə

TI 


 

 

Elturan N. Ismayilov, MD 

 

 

Qısa xülasə 

Neft sektoru sayəsində Azərbaycan Respublikasında iqtisadi artım olmasına baxmayaraq, ölkə hələ 

də  keçid  mərhələsindədir.  Bundan  baĢqa,  Azərbaycan  qonĢu  dövlət  Ermənistanla  “nə  hərb,  nə  də 

sülh” Ģəraitində yaĢayır.  

 

Ölkənin  bu  mürəkkəb  vəziyyətini  nəzərə  alan  beynəlxalq  ictimaiyyət  Azərbaycan  cəmiyyətinin 



sabitləĢdirilməsi  və  demokratikləĢməsini  dəstəkləmək  üçün  səylərini  birləĢdirdi.  Sovet  Ġttifaqının 

çökməsindən  sonra  müxtəlif  ölkələrin  hökumətləri,  eləcə  də  beynəlxalq  QHT-lər  burada  bir  sıra 

layihələr  həyata  keçirməyə  baĢladılar.  Lakin  son  4-5  ildə  onların  əksəriyyəti  üçün  psixi  sağlamlıq 

prioritet sahə olmamıĢdır.  

 

Bununla  belə,  2007-ci  ildə  Dünya  Səhiyyə  TəĢkilatı  Azərbaycan  Respublikasının  psixi  sağlamlıq 



sistemi  haqqında  məlumat  toplamaq  üçün  bir  araĢdırmaya  baĢladı.    Bunun  üçün  Dünya  Səhiyyə 

TəĢkilatı  Psixi  Sağlamlıq  Sistemlərinin  Qiymətləndirilməsi  vasitəsindən  (WHOAIMS)  istifadə 

edildi.  

 

Bu hesabata görə hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı heç bir siyasət aparılmır. Eləcə də, 



psixi sağlamlıq strateji planı, o cümlədən fövqəladə hallar və fəlakət zamanı hazırlıq üçün də heç bir 

plan yoxdur. 

 

Sosial sığortanın inkiĢaf durumuna uyğun olaraq, psixi sağlamlıqla bağlı tibbi xidmətlər bu sığorta 



tərəfindən tam əhatə olunmur. Ölkədə insan hüquqlarına baxan belə bir qurum olsa da,  bu qurum 

müntəzəm surətdə psixi xəstəliyi olan insanların hüquqlarının qorunması ilə bağlı məsələlərə diqqət 

yetirmir.    

 



 

Ölkədə psixi sağlamlıqla məĢğul olan heç bir dövlət qurumu yoxdur. 11 ambulator psixi sağlamlıq 



müəssisəsi  ümumi  əhalinin  hər  100.000  nəfərindən  1092  istifadəçiyə  xidmət  göstərir.  Gündüz 

stasionar  müəssisələrinin  təchizatı  lazımı    səviyyədə  deyil.  Burada  ümumi  əhalinin  hər  100.000 

nəfərindən 24.9-na xidmət göstərilir. Ölkə üzrə icma əsaslı(yerli) xəstəxanalarda 2 psixiatriya Ģöbəsi 

var  ki,  orada  da  əhalinin  hər  100.000  nəfərinə  0.71  çarpayı  düĢür.  Bu  icma  əsaslı(yerli)  

xəstəxanaların  psixiatriya  Ģöbələrindəki  çarpayılardan  hec  biri  uĢaq  və  yeniyetmələr  üçün  nəzərdə 

tutulmayib

.

 

 



Ölkədəki 9 Ruhi xəstəxanada əhalinin hər 100.000 nəfərinə cəmi 48.9 çarpayı nəzərdə tutulub. Ruhi 

xəstəxanalara  qəbul  edilən  xəstələr  əsasən  Ģizofreniya,  Ģizofreniform  və    xəyalgörmə  (delusional) 

pozğunluqlar  diaqnozu  ilə  daxil  olur  (36%).  Bir  sıra  stasionar  psixiatriya  müəssisələrində  insan 

hüquqlarının  pozulmasına  yol  verilir.  Yerli  mədəniyyətin  özəlliyidir  ki,  qadınlar  psixi  sağlamlıq 

müəssisələrinə  kiĢilərdən  daha  az  üz  tuturlar.  Qərb  cəmiyyətləri  ilə  müqayisədə  Azərbaycanda 

qadınlar  bu  dəstəyi  daha  çox  ailə  çərçivəsində  alırlar.  Bu  psixi  sağlamlıq  müəssisələrində  heç  bir 

istifadəçi  psixososial  yardım  almır.  Bu  psixi  sağlamlıq  müəssisələrinin  hamısı(100%)  hər  müalicə 

dərəcəsində ən azı bir psixotrop dərmanı ödəniĢsiz təmin edir.  

 

Ġlkin tibbi xidmət müəssisələrinin heyətinə psixi sağlamlıqla bağlı heç bir təlim (treyninq) keçilmir 



və onların psixi sağlamlıq xidmətləri ilə qarĢılıqlı əlaqəsi zəifdir. 

Ölkədə  hər  100.000  əhaliyə  düĢən  psixi  sağlamlıq  iĢçilərinin  sayı  22  nəfərdir.  Dövlət  sağlamlıq 

müəssisələrinin  sosial  təminat  iĢçiləri  və  klinika  psixoloqları  üçün  bu  rəqəm  daha  azdır.  Psixi 

sağlamlıq sahəsində çalıĢan əmək terapiyası mütəxəssisi yoxdur. Psixiatrların əksəriyyəti dövlət tibb 

müəssisələrində  çalıĢır.  Bu  kadrların  paylanması  qeyri-mütənasibdir:  ruhi  dispanserlər  və 

paytaxtdakı  müəssisələrə  daha  çox  kadr  düĢür.  Psixi  sağlamlıq  (PS)  sahəsində  istehlakçı  və  ailə 

birlikləri yoxdur 

 

Psixi sağlamlığa dair nəĢrlərə və ictimaiyyəti məlumatlandırma kampaniyalarına nəzarət edəcək hər 



hansı  bir  əlaqələndirici  qurum  yoxdur.  ĠĢ  yeri  və  mənzil  təminatı,  eləcə  də  iĢ  yerində  və  mənzil 

təminatında  diskriminasiya  ilə  mübarizə  qanunvericilikdə  nəzərdə  tutulsa  da,  əslində  həyata 

keçirilmir. Psixi sağlamlıq xidmətləri ilə ĠĠV/QĠÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-

istifadə, hərbi xidmət iĢləri və cinayətkarlıqla mübarizəyə məsul idarələr/qurumlar arasında formal 

əlaqə var. 



 

 



Məlumatların  toplanması  və  tutuĢdurulması  səviyyələri  müxtəlifdir.  Müəssisələrdə  bu  məlumatlar 

əsasında  daxili  hesabatlar  hazırlanır,  lakin  hökumət  bu  məlumatlara  və  ya  daxili  hesabatlara 

əsaslanan  heç  bir  rəsmi  hesabat  dərc  etməyib  və  yaymayıb.  Ölkədə  aparılan  məhdud  sayda 

araĢdırmaların hədəfi isə psixi pozğunluqların qeyri-epidemioloji üsulla kliniki və sorğular əsasında 

qiymətləndirilməsi,  xidmətlərin  araĢdırılması,  psixososial/psixoterapevtik  və  farmokoloji 

müdaxilələr olmuĢdur.  

 

Dünya  Səhiyyə  TəĢkilatının  yuxarıda  adı  çəkilən  hesabatının  nəticəsi  kimi  psixi  sağlamlıq, 



nevrologiya,  təhsil  və  sosial  xidmət  mütəxəssisləri  Azərbaycan  üçün  Psixi  sağlamlıq  siyasəti 

sənədinin hazırlanmasına baĢladılar. Bu iĢ Dünya Səhiyyə TəĢkilatı və Səhiyyə Nazirliyi tərəfindən 

əlaqələndirilirdi. 2007-ci il dekabrın 19-da sənədin layihəsi xüsusi konfransda təqdim olundu. Lakin 

bu siyasət sənədinin təsdiq olunması hələ də gecikir.  

 

 

 



 


 

GĠRĠġ 

Bu hesabat Azərbaycan Respublikasında psixi sağlamlığın qorunmasının indiki durumu barədə qısa 

məlumat verir və həyata keçiriləcək psixi sağlamlıq siyasətini təsvir edir.  

 

Bu məsələləri ümumi bir kontekstdə təqdim etmək üçün hesabat müxtəlif ölkələrin psixi sağlamlıq 



siyasəti ilə Azərbaycan Respublikasındakı siyasətin ümumi müqayisəsindən  baĢlayır. 

 

Növbəti bölmə Dəyərləri, Prinsipləri və Məqsədləri təsvir edir  



Yekun  bölmədə  isə  Psixi  Sağlamlıq  Siyasəti  Layihəsindən  yaranan  nəticələr  və  tövsiyələr  əks 

olunur. Tövsiyələr Psixi Sağlamlıq Ġslahatının 9 prinsipi formasında təqdim edilir.  



 

 

DÜNYA SƏHĠYYƏ TƏġKĠLATININ (WHO) PSĠXĠ SAĞLAMLIQ ÜZRƏ ƏSAS SĠYASƏT 

ĠSTĠQAMƏTLƏRĠ VƏ BƏZĠ ÖLKƏLƏRDƏ BU SĠYASƏTĠN MƏQSƏDLƏRĠ 

Beynəlxalq  təcrübə  və  dünya  mütəxəssislərinin  birgə  iĢi  sayəsində  Dünya  Səhiyyə  TəĢkilatı  Psixi 

sağlamlıq  siyasətinin  əsas  məqsədlərini  müəyyənləĢdirmiĢdir.  Siyasətin  inkiĢafı,  strateji  planlar  və 

xidmətlərin təĢkili üçün Dünya Səhiyyə TəĢkilatının üç ən mühüm tövsiyəsi bunlardır: 

 



 



Psixi sağlamlığın deinstitutalizasiya(pasientlərə xəstəxanadan kənar, icma mühitində qayğı 

göstərilməsi) edilməsi, 

 



Psixi sağlamlığın ümumi səhiyyə xidmətinə inteqrasiya edilməsi 

 



Psixi sağlamlıq üçün icma xidmətlərinin inkiĢaf etdirilməsi. 

 

Bununla  belə,  hər  bir  ölkənin  siyasəti  onun  öz  səhiyyə  və  sosial  strukturuna,  tarix,  əhali  və  sülh 



məsələlərinə, o cümlədən iqtisadi satusuna əsaslanmalıdır.  

Məsələn,  Avstraliyada  Psixi  Sağlamlığa  dair  Milli  Strategiya  (siyasət)  ölkədə  Psixi  sağlamlıq 

proqramları və fəaliyyətlərini istiqamətləndirən Avstraliya ittifaqı 

 

və bütün Ģtatlar, o cümlədən ərazi 



hökumətləri  arasında  bir  müqavilədir.  Bu  strategiyanın  məqsədləri  aĢağıdakılardır: 

 



 

Avstraliya icmasının Psixi Sağlamlığını təĢviq etmək 

 



Mümkün  qədər  psixi  sağlamlıq  problemlərinin  və  psixi  pozğunluqların  inkiĢafının 

qarĢısının alınması 


 



 

Psixi pozğunluqların fərdlərə, ailələrə və icmaya təsirlərini azaltmaq 

 



Psixi pozğunluq diaqnozu qoyulmuĢ

 

 insanların hüquqlarının təmin edilməsi. 

 

BirləĢmiĢ Krallıqda  səhiyyə sistemi daha çox icma əsasında qurulduğundan, Böyük Britaniyanın 

Psixi sağlamlıq siyasətinin istiqaməti icmalarda ümumi səhiyyə sisteminə inteqrasiya olunmuĢ psixi 

sağlamlıq  xidmətlərini  yaxĢılaĢdırmaq  idi.  Böyük  Britaniya  hökuməti  hazırda  psixi  sağlamlıq 

siyasətini yenidən nəzərdən keçirir. 

 

ABġ-ın  Səhiyyə xidməti  sisteminin rəhbərinin



 

hesabatına  görə,  ABġ  Milli  Psixi  Sağlamlıq 



Strategiyasının əsas məqsədləri bunlardır:  

 



Elmi əsasların qurulmasını davam etdirmək 

 



Stiqmanın(pasientlərə “ruhi xəstə” damğası vurmaq) aradan qaldırılması 

 



Effektiv müalicə barədə ictimaiyyətin məlumatlanmasını yaxşılaşdırmaq  

 



Psixi sağlamlıq xidmətləri və təminatçılarının mövcudluğuna əmin olmaq  

 



Müalicənin ən qabaqcıl üsullarla aparıldığına əmin olmaq 

 



Yaş, cins, irq və mədəniyyətə uyğun müalicə  

 



Müalicədən istifadəni asanlaşdırmaq 

 



Müalicə üçün maliyyə əngəllərini azaltmaq. 

 

Tarixən  Serbiyanın  Azərbaycanla  çox  bənzərlikləri  olub:  türk  mədəniyyəti  ilə  əlaqə,  keçmiĢ 



sosialist ölkəsi olması, SSRĠ-nin iflasından sonra daxili və xarici münaqiĢə və sair.  

2007-ci  ildə  Serbiya  PSĠXĠ  SAĞLAMLIĞIN  QORUNMASI  ĠNKĠġAF  STRATEGĠYASINI  qəbul 

etdi. 

 

Bu Siyasətin məqsədləri aĢağıdakılardır:  



o

 

Psixi və davranıĢ pozğunluqlarının qarĢısının alınması və psixi sağlamlığın təĢviqi 

o

 

Psixi  sağlamlıq  xidmətinin  yaxĢılaĢdırılması:  xidmətlərin  keyfiyyətini,  istifadə  üçün 



əlveriĢliliyini və hamıya bərabər yanaĢma səviyyəsini artırmaq  

o

 



Ġcma psixi sağlamlıq xidmətini və icmanın iĢtirakını geniĢləndirmək 

o

 



Psixi sağlamlığın ümumi səhiyyə xidmətlərinə inteqrasiya edilməsi  

o

 



Əlaqədar qurumların və resursların iĢtirakını dəstəkləmək 

o

 



Ġnsan hüquqlarının müdafiəsi və həssas qruplara qayğı göstərmək 


 

o



 

Destiqmatizasiya (“ruhi xəstə” damğası vurulmasının qarşısını almaq ). 

 

Hər bir siyasətə adətən 10-15 ildən bir yenidən baxılmalıdır. Təqdim olunmuĢ Azərbaycanın Psixi 



Sağlamlıq Siyasətinin  də Serbiya siyasətinin məqsədləri ilə çox bənzərlikləri var:  

 



Psixi sağlamlığın təĢviqi və ciddi psixi pozğunluqlar üçün risklərin azaldılması 

 



Ġstifadə  üçün  əlveriĢli,  keyfiyyətli  və  hərtərəfli,  ilkin  tibbi  yardım  sisteminə  inteqrasiya 

olunmuĢ Psixi sağlamlıq xidmətləri Ģəbəkəsinin yaradılması  

 



Özəl Psixi sağlamlıq xidmətlərinin stimullaĢdırılması və akkreditasiyası 

 



Ġnsan haqlarının qorunması və destiqmatizasiya  

 



Xidmət göstərən Ģəxslərin dəstək və qayğı ilə əhatə olunması 

 



Həssas qruplara qayğı göstərilməsi.  

 

 



DƏYƏRLƏR, PRĠNSĠPLƏR VƏ MƏQSƏDLƏR  

D

ƏYƏRLƏR VƏ 

P

RINSIPLƏR



 

Psixi sağlamlığın qorunması 

o

 



Psixi  sağlamlıq  xidmətləri  müasir,  bio-psixo-sosial  yanaĢmanı  əks  etdirən  hərtərəfli  müalicə 

təmin  etməlidir.  Bu  xidmət  xəstənin  yaĢayıĢ  yerində  (icmada),  mümkün  qədər  ailəsinə  yaxında 

olmalıdır.  

o

 



Psixi sağlamlıq xidməti ilkin tibb xidmətinə daxil edilməlidir. Ümuni müalicə həkimləri bilik və 

resurslarla  bağlı  yetərli  dəstək  almalıdır  ki,  onlar    psixi  sağlamlıq  problemləri  olan  insanların 

ehtiyaclarına cavab verməyi bacarsınlar.   

o

 



Psixi pozğunluğu olan Ģəxslərin müalicəsinin bütün səviyyələrində psixotrop dərmanlar mövcud 

olmalıdır.  



 

Psixi sağlamlığın təĢviqi və ciddi psixi pozğunluqlar üçün risklərin azaldılması 

o

 



Psixi  sağlamlığın  təĢviqi  xüsusi  olaraq  müsbət  psixi  sağlamlığın  möhkəmləndirilməsinə 

yönəlmiĢ  bütün  fəaliyyətləri  əks  etdirir.  Ottava  Deklarasiyasına  görə,  psixi  sağlamlığın  təĢviqi 

strategiyaları münbit mühit yaratmaqla, fərdləri və icmaları gücləndirməklə fərdlərin öz həyatlarına 

nəzarəti  artırmasına,  onların  fərdi  bacarıqlarının  və  müqavimət  qabiliyyətlərinin  inkiĢaf 

etdirilməsinə xidmət göstərir.  



 

 



o

 

Psixi  sağlamlığın  müdafiəsi  və  təĢviqi  tam  əhatəli  olmalıdır.  Bu,  psixi  pozğunluqlar  haqqında 



mistik təsəvvürlərin aradan qaldırılması ilə müĢayiət olunmalıdır (pozitiv yanaĢma gücləndirilməli, 

psixi  pozğunluqların  qarĢısının  alınması  və  müalicəsinin  mümkünlüyünə  geniĢ  yayılmıĢ  skeptik 

yanaĢmanın  azalması).  Əhali  və  risk  altında  olan  Ģəxslər  arasından  sağlam  qüvvələrə  sərmayə 

qoyulmaqla, əsas diqqət xəstəliyə yox, sağlamlığa yönəldilməlidir.  

o

 

Psixi sağlamlıq proqramları önləyici və psixi sağlamlığı təbliğ edən fəaliyyətləri əhatə etməlidir.  



o

 

Psixi sağlamlığın təĢviqi psixi sağlamlığı gücləndirən və qoruyan faktorları təbliğ etməklə, sosial 



rifahı  qoruma,  dəstəkləmə  və  dayanıqlı  etməkdən  ibarət  olmalıdır.  Eyni  zamanda,  mədəniyyətə, 

bərabərliyə, sosial ədalət və Ģəxsi ləyaqətə hörmət nümayiĢ etdirilməli, sosial və iqtisadi faktorlara 

diqqət yetirilməli və insan hüquqlarnın müdafiəsi ilə bağlı addımlar atılmalıdır.  

o

 



Psixi  sağlamlıqdakı  pozğunluqlara  bir  çox  hallarda  diqqət  verilmir.  Bunun  səbəbini  qismən 

stiqmada,  qismən  də  əhalinin  sağlamlığa  olan  ümumi  münasibətində  axtarmaq  lazımdır.  Ġnsanlar 

psixi pozğunluqlar və xəstəliklər, həmçinin onların fəsadları barədə məlumatlandırılmalıdırlar.  

  



Ġstifadə  üçün  əlveriĢli,  keyfiyyətli  və  hərtərəfli,  ilkin  tibbi  yardım  sisteminə  inteqrasiya 

olunmuĢ Psixi sağlamlıq xidmətləri Ģəbəkəsinin yaradılması  

 



Psixi  sağlamlıq  xidmətləri  istifadə  üçün  tam  əlveriĢli  olmalı  və  əhalinin  ehtiyaclarına  uyğun 

olaraq  bütün  coğrafi  əraziləri  əhatə  etmək  istiqamətində  planlaĢdırılmalıdır.  Bunun  ən  yaxĢı  yolu 

müalicənin ərazi prinsipinə uyğun təĢkilidir. Ölkə ərazisində bu tədricən inkiĢaf etdirilməlidir.  

 



Ġlkin  tibbi  yardım  xidmətlərinə  inteqrasiya  həm  psixoterapevtik  və  psixiatrik  halların  erkən 

müəyyən olunmasına, həm də stiqmanın azalmasına imkan verər.  

 

Psixi  pozğunluqları  və  xəstəlikləri  olan  Ģəxslər  ümumi  tibb  xidmətindən  təcrid  edilməməlidir. 



Bununla, onlar əksər hallarda keyfiyyətli ilkin və xüsusi tibbi xidmətlərdən məhrum olurlar. Stiqma 

isə hətta sağlamlıq müəssisələrinin iĢçilərinə də təsir edir.  

 

Psixi  sağlamlıq  xidmətləri  cinsindən,  etnik  mənsubiyyətindən,  irqindən,  dinindən,  yaĢından, 



təhsili və sosial statusundan asılı olmayaraq ehtiyac duyan hər bir Ģəxsə açıq olmalıdır.  

 



Müxtəlif  psixi  sağlamlıq  qurumları  arasında  əlaqə  və  məlumat  mübadiləsi  yaxĢılaĢdırılmalı, 

sistematik prosedurlar vasitəsilə təmin edilməlidir.  

 

Psixi  sağlamlıq  xidmətləri  keyfiyyəti  yaxĢılaĢdırmaq  üçün  öz  daxili  keyfiyyətə  nəzarət 



prosedurlarını hazırlamalıdır.  


 



 

Psixi  sağlamlıq  xidmətləri  qeydiyyat,  monitorinq  və  qiymətləndirmə  üçün  hazırlanmıĢ 

informasiya  sisteminin  tətbiqi  ilə  istifadəçilərin  məlumatlarının  sistematik  olaraq  toplanması  və 

təhlili üzərində iĢləməlidirlər.  

 

Özəl  xidmətlər  daxil  olmaqla,  psixi  sağlamlıq  xidmətlərinin  stimullaĢdırılması  və 

akkreditasiyası 

 



  Psixi  sağlamlıq  mütəxəssisləri  üçün  davamlı  təhsil  (təkmilləĢmə)  təmin  edilməlidir.  Onlar  öz 

peĢələrindəki  son  nailiyyətləri  iĢlərində  tətbiq  etmək  üçün  bu  haqda  məlumatlı  olmalıdırlar.  PeĢə 

lisenziyasının uzadılması üçün davamlı təhsil (təkmilləĢmə) tələbi qoyulmalıdır.  

 



  Stiqmanın  azaldılmasına  kömək  etmək  üçün  klinika/mütəxəssis  seçiminin  mümkünlüyü 

əsasında özəl təcrübələr inkiĢaf etdirilməlidir. 

 

  Bütün  mütəxəssislər,  o  cümlədən  özəl  müəssisələr  lisenziya  və  ya  qeydiyyata  malik 



olmalıdırlar.   

  

Ġnsan hüquqlarının müdafiəsi  

o

 

Psixi sağlamlığın müdafiəsi sisteminin bütün səviyyələrində bütün pasientlərin insan hüquqları 



qorunmalıdır.  

o

 



Psixi problemləri olan insanların hüquqlarını və ehtiyaclarını təmin etmək üçün, psixi sağlamlıq 

xidmətləri qurumlarının daxili bir monitorinq sistemi olmalıdır.  

o

 

Psixi  sağlamlıq  problemləri  olan  Ģəxslərlə  iĢ  etik  prinsiplərə  müvafiq  həyata  keçirilməlidir. 



Bütün  bu  cür  müəssisələrin  etika  komissiyası  olmalı,  müalicə  və  araĢdırma  zamanı  etika  kodeksi 

tətbiq olunmalıdır.  



 

Destiqmatizasiya (“ruhi xəstə” damğası vurulmasının qarşısını almaq

Psixi  pozğunluqların  müalicəsi  və  qarĢının  alınması  prosesinin  bütün  iĢtirakçıları,  eləcə  də  psixi 

sağlamlığın təbliğı ilə məĢğul olanlar, xidmət göstərilənlər və onların ailələri, eləcə də ümumi əhali 

sistematik olaraq psixi sağlamlığa dair mühüm məsələlər haqqında maarifləndirilməlidirlər. Mövcud 

önyarğı  və  stiqmalar  (damğalama,  təcridetmə,  diskriminasiya)  psixi  sağlamlıq  mütəxəssislərinin 

təĢkil etdiyi və əlaqədar təĢkilatlarla (məktəblər, KĠV, assosiasiyalar) əməkdalıqda həyata keçirdiyi 

stiqma əleyhinə kampaniyalar vasitəsilə azaldılmalıdır.  

 

Xəstələrə qulluq edənlərə dəstək və qayğı  



 

o



 

Xəstəyə  qulluq  edənlərə  (həm  mütəxəssilər,  həm  də  ailə  üzvləri)  nəzarət  olmalı  və  onlarla 

məsləhətləĢmə görüĢləri keçirilməlidir.  

o

 



Ailə  birlikləri  təĢkil  olunmalı,  onlar  hökumətdən  və  donor  təĢkilatlarından  hüquqi,  maliyyə  və 

məlumat dəstəyi almalıdır.  



 

ƏməkdaĢlıq 

o

 



Psixi  sağlamlıq  üçün  əməkdaĢlıq  fəaliyyəti  həvəsləndirilməlidir.  Təhsil,  hüquq,  sosial  təminat 

sistemləri və qeyri-hökumət təĢkilatları ilə əməkdaĢlıq bütün səviyyələrdə təĢviq olunmalıdır.  

 

Həssas qruplara qayğı göstərilməsi 

o

 



Xidmətlərin planlaĢdırılması və təĢkili prosesində həssas qruplara (uĢaqlar, tənha analar, yaĢlılar, 

qaçqın və daxili məcburi köçkünlər) üstünlük verilməlidir.  

o

 

Mümkün  olduğu  təqdirdə,  sui-istifadəyə  məruz  qalan  uĢaq  və  qadınların,  eləcə  də  qaçqın  və 



daxili məcburi köçkünlərin müəyyən edilməsi, onlara qayğı və müalicə prosedurları psixi sağlamlıq 

xidmətləri çərçivəsində iĢlənib hazırlanmalıdır. 

 

 

M



ƏQSƏDLƏR



Sağlamlığın yaxĢılaĢdırılması  

 



Psixi pozğunluqların qarĢısının alınması və onların müalicəsi, eləcə də psixi sağlamlığın təĢviqi 

əhalinin  ümumi  sağlamlıq  vəziyyətinin  yaxĢılaĢdırılmasında  ən  vacib  addımlardan  olmalıdır. 

Psixiatrlar  psixi  sağlamlığa  çoxsahəli  yanaĢma  yolu  ilə,  fəal  Ģəkildə  ilkin  önləyici  tədbirlərə 

(universal,  seçim  əsaslı  və  müəyyən  edilmiĢ),  eləcə  də  psixi  sağlamlığın  təĢviqinə  cəlb 

edilməlidirlər. Onlar ümumi tibbi xidmətlər üçün də hazır olmalı və   psixi sağlamlıq problemlərinin 

həll  edilməsində  o  xidmət  sahəsinə  bilavasitə  yardım  göstərməlidirlər.  Psixiatrlar  uĢaq  inkiĢafı  və 

klinika psixoloqları, gerontologlar, terapevtlər və tibb bacıları kimi peĢəkarlarla, o cümlədən psixi 

sağlamlıq  məslələrinə  dolayı  yolla  aidiyyatı  olan  ekspert  və  təĢkilatlarla  əməkdaĢlıq  etməlidirlər 

(məsələn,  universitetlər,  məktəblər,  hökumət,  polis,  müəllimlər,  din  xadimləri,  inzibati  orqanlar, 

jurnalistlər və cəmiyyətin digər nümayəndələri). 

 

Regionlardakı  psixi  sağlamlığın  qorunması  sistemi  insan  haqlarını  qorumalı,  fəlakətli  halların 



fərdi  və  sosial  nəticələrinə,  xüsusən,  uĢaq  və  gənclər,  qadınlar  və  yaĢlılar,  qaçqın  və  məcburi 


10 

 

köçkünlər  kimi  həssas  qrupların  əhatə  olunduğu  cəmiyyətin  zərbə  alma  təhlükəsinə  effektiv  təsir 



göstərməlidir. 

 



Üç  pilləli  önləyici  tədbirlər  bunları  əhatə  etməlidir:  a)  icmada  psixi  sağlamlığa  qayğı  ilə  bağlı 

reabilitasiya  proqramları  vasitəsilə  xroniki  psixi  pozğunluqların  törətdiyi  əlillik  dərəcəsinin 

azaldılması b) müharibə və digər kütləvi stress doğuran hadisələrdən sonra insanlarda yaranan psixi 

pozğunluqların uzunmüddətli nəticələrinin qarĢısının alınması c) nəsildən- nəsilə ötürülən, travma, 

təcavüz  və  zorakılıq  kimi  streslə  bağlı  pozğunluqların  və  ya  onların  daimi  ocaqlarının  zərərli 

nəticələrinin qarĢısını almaq üçün psixoloji dəstək proqramları.  

 

Təhlükə altında olan Ģəxslərin ehtiyaclarına cavab  

 



Qanunvericilikdə  dəyiĢikliklər  və  psixiatrik  xidmətlərdə  nəzarət  mexanizminin  tətbiqi  yolu  ilə 

psixi pozğunluğu olan fərdlərin hüquqlarının müdafiəsi mexanizmlərinin yaxĢılaĢdırılması. 

 

Psixi  sağlamlıq  institutlarının  planlaĢdırılması,  təĢkili  və  monitorinqinə  pasientlərin,  onların 



assosiasiyalarının  və  ailə  qruplarının  cəlb  edilməsi.  Bunun  üçün  belə  pasientlərin  və  onların 

ailələrinin assosiasiyalarını yaratmaq zəruridir.  



 

Maliyyə dəstəyi  

 



Təsdiq  olunmuĢ  xüsusi  siyahıdakı  bütün  psixotrop  dərmanların  ödəniĢsiz  verilməsinə  dair 

qərarları dəstəkləmək  

 

Səhiyyə  büdcəsindən  psixi  sağlamlıq  üçün  müvafiq  vəsaitin  ayrılmasına  nail  olmaq  və  psixi 



pozğunluqların  özəl  və  ya  dövlət  tibb  sektorlarının  hansında  müalicəsindən  asılı  olmayaraq, 

xərclərinin əvəzinin ödənilməsini təmin etmək.  

 

NƏTĠCƏ VƏ TÖVSĠYƏLƏR 

Psixi sağlamlıq islahatının prinsipləri 

Bu siyasətin nəticələri Psixi sağlamlıq islahatının 9 prinsipində göstərilə bilər.  

Bu prinsiplər Səhiyyə Nazirliyi və Parlament kimi dövlət qurumlarına ünvanlanan tövsiyələrdir:  

 

1-ci prinsip 

Psixi sağlamlıq səhiyyə xidmətinin ən prioritet sahələrindən biri olmalıdır.  

 

2-ci prinsip  




11 

 

Azərbaycanın  bütün  regionlarında  müvafiq  xidməti  və  pasientlərin  müalicəsini  təmin  etmək  üçün 



psixi sağlamlıq Ġlkin tibbi yardım xidmətinə inteqrasiya edilməlidir.  

 

3-cü prinsip 

Psixi  sağlamlıq  xidmətləri  institutlardan  (xəstəxana  tipli)  uzaqlaĢdırılmalı  və  digər  sektorlarla 

əlaqələndirilməlidir.  

 

4-cü prinsip 

Sosial iĢtirak və stiqma əleyhinə təĢəbbüsləri həvəsləndirmək üçün psixi sağlamlıq haqqında təcili 

olaraq ümumi məlumatlandırma artırılmalıdır.  

 

5-ci prinsip 

Siyasətin məqsədlərinə çatmaq üçün adekvat maliyyə ayrılmalıdır.  

 

6-cı prinsip 

Siyasətin  dəyərlərinin  davamlılığını  təmin  etmək  üçün  psixi  sağlamlıq  sahəsində  çalıĢan  iĢçilərin 

sayı və peĢəkarlığı artırılmalıdır.  

 

7-ci prinsip 

Effektiv  və  sübuta  əsaslanan  psixi  sağlamlığın  qorunmasını  təmin  etmək  üçün  akkreditasiya, 

lisenziyalaĢdırma, davamlı təhsil (təkmilləĢdirmə) və mütəmadi qiymətləndirma mövcud olmalıdır. 

 

8-ci prinsip 

Psixi xəstələrə qayği göstərənlərin hökumətdən tam dəstəyi olmalıdır.  

 

9-cu prinsip 

Əlaqəli  sektorlar  (ictimai  səhiyyə,  ilkin  tibbi  xidmət,  sosial  təhlükəsizlik,  təhsil)  koordinasiya 

sistemində iĢtirak etməlidirlər. 



 

 

 

 


12 

 

Mənbələr: 

1.

 

http://www.who.int/mental health/policy/en/index.html



 

2.

 



www.mentalhealth.gov.au

3.



 

Psixi Sağlamlığın Qorunması üçün ĠnkiĢaf Strategiyası, Serbiya, yanvar, 2007. 

4.

 

CənuĢ-ġərqi Avropada Psixi Sağlamlıq Siyasəti və Qanunvericilik, Sarayevo, dekabr, 2004. 



5.

 

Dünya Səhiyyə TəĢkilatının Məqsədləri, Azərbaycan Respublikasında Psixi Sağlamlıq Sisteminə 



Dair  Hesabat.  Dünya  Səhiyyə  TəĢkilatının  Psixi  Sağlamlıq  sistemlərinin  qiymətləndirilməsi 

vasitəsindən  (Dünya  Səhiyyə  TəĢkilatının  Məqsədləri)  istifadə  olunmaqla,  Azərbaycan 

Respublikasında psixi sağlamlıq sisteminin qiymətləndirilməsi hesabatı, Azərbaycan, Bakı, 2007. 

6.

 



“ Psixi Sağlamlıq Siyasəti" konfransının materialları, Azərbaycan, Bakı,19 dekabr, 2007. 

7.

 



ABġ  Departamentinin  Səhiyyə  və  Sosial  xidmət  təminatı. Psixi  sağlamlıq:  Səhiyyə  xidməti 

rəhbərinin    hesabatı-qısa  xülasə,  Rockville,  MD:  ABġ  Departamentinin  Səhiyyə  və  Sosial  xidmət 

təminatı,  Narkotik  vasitələrdən  sui-istifadə  və  Psixi  Sağlamlıq  xidmətləri  adminstrasiyası,    Psixi 

Sağlamlıq xidmətləri mərkəzi, Milli Səhiyyə Ġnstitutları,  Psixi Sağlamlıq Milli Ġnstitutu, 1999. 

8.

 



 “Psixiatrik qayğı", Azərbaycan Respublikasının qanunu, Azərbaycan, Bakı, 2001. 

 

 



 

Yüklə 93,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə