1 Pərakəndə alqı-satqı müqaviləsi hansı formada bağlanmalıdır? A şifahi formada b sadə yazılı formada c satıcının alıcıya kassa və ya əmtəə çeki, malın ödənildiyini təsdiq edən başqa sənədi verməsi ilə



Yüklə 82,89 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü82,89 Kb.
#65286
növüYazı


1

Pərakəndə alqı-satqı müqaviləsi hansı formada bağlanmalıdır?

A) Şifahi formada

B) Sadə yazılı formada

C) Satıcının alıcıya kassa və ya əmtəə çeki, malın ödənildiyini təsdiq edən 

başqa sənədi verməsi ilə;

D) Maqavilədə vəya standart formada ayrı qayda yoxdursa, satıcının alıcıya 

kassa və ya əmtəə çeki, malın ödənildiyini təsdiq edən başqa sənədi 

verməsi ilə;

E) Notariusda təsdiq edilməsi formasında.



2

Daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya nə vaxt keçir?

A) əşyanın dəyərinin tam ödənildiyi andan;

B) Əşyaya faktiki sahiblik etdiyi (məsələn, mənzilə köçdükdə və s.) andan;

C) Təhvil-təslim aktına əsasən əşya onun sahibliyinə verildiyi andan;

D) Əşya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan;

E) Heç biri.

3

Faktorinq müqaviləsi hansı formada bağlanır?

A) Şifahi;

B) Yazılı;

C) Notariatda təsdiq edilməklə yazılı;

D) Yazılı və ya şifahi;

E) Dövlət reyestrində qeydiyyata alınmaqla.

4

Bunlardan hansı nağdsız qaydada hesablaşma deyil?

A) Ödəniş tapşırıqları ilə;

B) Çeklərlə;

C) Inkasso;

D) Akkreditiv üzrə hesablaşmalar;

E) Qiymətli metallarla hesablaşmalar.



5

Hesablaşmaların neçə forması var?

A) Iki;

B) Dörd


C) Beş;

D) Altı;


E) Yeddi.

A

6

 Sığorta müqaviləsi hansı formada bağlanır?

A) şifahi formada;

B) yazılı formada;

C) sadə yazılı formada;

D) notariatda təsdiq edilməklə;

E) dövlət reyestrində qeydə alınmaqla.



7

Sığorta şəhadətnaməsi nədir? 

A) sığorta müqaviləsi;

B) sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd;

C) sığorta məbləğinin gələcəkdə artırılması üçün sığortalıya verilmiş 

sənəd;


D) müqavilə üzrə yalnız sığortaçının məsuliyyətini müəyyən edən sənəd;

E) müqavilə üzrə yalnız sığortalının hüquqlarını müəyyən edən sənəd.



8

 Sığorta münasibətlərində sığorta vasitəçiləri kimlərdir?

A) sığorta nümayəndələri;

B) sığorta agentləri və sığorta brokerləri;

C) sığorta təşkilatları;

D) Maliyyə lizinq şirkətləri;

E) Ticarət agentləri. 

9

Borc vermək vədi hansı formada rəsmiləşdirilir?

A) istənilən formada;

B) yazılı formada;

C) yazılı və ya şifahi formada;

D) Notarial qaydada;

E) Dövlət reyestrində qeydə alınmaqla.



10

Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski kimin üzərinə 

düşür?

A) sifarişçinin;



B) podratçını; 

C) heç birinin; 

D) hər iki tərəfin

E) materialı vermiş tərəfin.



11

Daşıyıcılarla münasibətdə ekspeditor:

A) üçüncü şəxsdir;

B) tapşırıq verəndir;

C) yük göndərəndir; 

D) nümayəndədir;

E) Kreditordur.

12

Yükdaşıma müqaviləsi üzrə yükün daşınması hansı sənədlə təsdiq 

edilir?

A) spesifikasiya ilə; 



B) sertifikatla;

C) qaimə ilə;

D) konosamentlə;

E) Müqavilənin özü ilə.



13

Daşıma sənədlərinə nə daxil deyil?

A) bilet;

B) baqaj qəbzi;

C) yük qəbzi;

D) aviaqaimə;

E) daşıma talonu.

14

Renta hansı formada ödənilir?

A) yalnız pul formasında;

B) pul, əmlak, iş və ya xidmət formasında;

C) pul və ya əmlak formasında;

D) Yalnız əmlak formasında;

E) Iş və ya xidmət formasında

15

Daimi renta hansı qaydada ödənilir?

A) müqavilədə başqa qayda olmadıqda hər ayın sonunda;

B) ildə iki dəfə;

C) hər ilin sonunda.

D) Hər ayın sonunda

E) müqavilədə başqa qayda olmadıqda hər rübün sonunda;



16

Bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdirilmiş ömürlük renta 

müqaviləsi üzrə renta ödəmək öhdəliyinə nə vaxt xitam verilir?

A) sonuncu renta alan öldükdə;

B) həmin şəxslərdən hər hansı biri öldükdə;

C) onlardan biri müqavilədən imtina etdikdə.

D) Xitam verilmir;

E) Həmin şəxslərin yarıdan çoxu öldükdə;



17

Yük itirildikdə və ya məhv olduqda kim məsuliyyət daşıyır?

A) yük göndərən;

B) yük alan;

C) daşıyıcı;

D) dövlət orqanı;

E) yük göndərən və daşıyıcı.

18

Bank əmanət müqaviləsi hansı formada bağlanır?

A) yazılı;

B) şifahi;

C) notarial qaydada təsdiq olunmuş;

D) bütün formalarda ola bilər.

E) Həm yazılı həm şifahi;

19

Kimlər banka əmanət qoya və onun barəsində sərəncam verə bilməz?

A) Azərbaycan vətəndaşları;

B) xarici vətəndaşlar 

C) vətəndaşlığı olmayan şəxslər;

D) hüquqi şəxslər;

E) tam həcmdə fəaliyyət qabiliyyəti olmayanlar.

20

Alqı-satqı müqaviləsində satıcının vəzifələrinə nələr daxildir? 

A) Əşyanı alıcıya vermək;

B) Əşyanın ləvazimatını vermək;

C) Əşyaya aid olan sənədləri vermək;

D) Əşya barədə məlumatları vermək;

E) Hamısı;



21

Hüquqların və tələblərin alqı-satqısı zamanı satıcı hansı halda 

məsuliyyət daşıyır? 

A) Tələbin və ya hüququn ona məxsus olmamasına görə;

B) Bütün hallarda

C) Tələbin və ya hüququn həqiqətən mövcud olmasına görə;

D) Tələbin və ya hüququn mübahisəli olmasına görə;

E) Heç bir halda.



22

Bağışlamaqdan imtina nə qədər müddət ərzində qüvvədədir?

A) Bir il ərzində;

B) Iki il ərzində;

C) Üç il ərzində;

D) Imtinanın əsası hədiyyə verənə məlum olduğu gündən bir il ərzində;

E) Imtinanın əsası hədiyyə verənə məlum olduğu gündən iki il ərzində;

23

Əgər kirayə müddəti bir aydan qısadırsa, əmlak kirayəsi haqqı:

A) həmin müddətin sonunda ödənilməlidir;

B) həmin müddətin əvvəlində ödənilməlidir;

C) həmin müddət ərzində istənilən gün ödənilməlidir;

D) Ödənilmir;

E) Müqavilə bağlanmadan əvvəl ödənilməlidir.   

24

Fiziki şəxs öz işçisinin törətdiyi delikt üçün məsuliyyət daşıyırmı?

A) Bəli;

B) Xeyr;


C) Işçi ilə müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, daşıyır;

D) Işçi ilə müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, daşımır;

E) Sahibkarlıq fəaliyyəti ilə bağlı deyilsə, daşıyır.

25

Dövlət orqanının və ya bu orqanın vəzifəli şəxsinin qanunsuz 

hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin əvəzini kim 

ödəyir?


A) Həmin dövlət orqanı;

B) Həmin dövlət orqanının vəzifəli şəxsi;

C) Azərbaycan Respublikası;

D) Həmin dövlət orqanının aid olduğu nazirlik;

E) Belə zərərin əvəzi ödənilmir.

26

Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün

A) zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar;

B) zərərçəkən qarşısında müstəqil olaraq ayrılıqda məsuliyyət daşıyırlar;

C) məsuliyyət daşımırlar;

D) müqavilədə göstərildiyi halda məsuliyyət daşıyırlar;

E) zərərin məbləği çox olduqda məsuliyyət daşımırlar;



27

Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan 

şəxslər dəfn xərclərini kimə ödəyir?

A) dəfn xərclərini çəkmiş şəxsə

B) zərərçəkənin qohumlarına;

C) zərərçəkənin himayəsində yaşayan şəxslərə

D) zərərçəkənlə birgə yaşamış şəxslərə;

E) heç kimə;

 

28

Həyatını sığorta etdirmiş fiziki şəxs sığorta müqaviləsində kimi 

faydalanan şəxs təyin edə bilər?

A) ancaq ailə üzvlərini;

B) istənilən qohumunu; 

C) istənilən şəxsi;

D) yaxın qonşusunu;

E) heç birini.



29

Borc müqaviləsinin predmeti pul məbləğidirsə:

A) o, dotasiya müqaviləsi adlanır;

B) o, subsidiya müqaviləsi adlanır; 

C) o, depozit müqaviləsi adlanır;

D) o, kredit müqaviləsi adlanır;

E) o, bank hesabı müqaviləsi adlanır.

30

Daxili lizinqdə:

A) lizinq verən və lizinq alan beynəlxalq təşkilatın üzvləridirlər;

B) lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir;

C) lizinq verən və lizinq alan əcnəbilər və (və ya) vətəndaşlığı 

olmayanlardır;

D) lizinq verən və satıcı Azərbaycan Respublikasının rezidentləridir;

E) lizinq alan və satıcı Azərbaycan Respublikasının rezidentləridir; 



31

Podrat müqaviləsində muzdun miqdarı müəyyən edilmədikdə o, hansı 

qaydada ödənilir?

A) mövcud nırx əsasında;

B) bazar qiymətləri üzrə; 

C) adi muzd qaydasında;

D) malın verildiyi an qüvvədə olan dövlət qiymətləri ilə;

E) Şərti maliyyə vahidi əsasında.




32

 İcranın qüsuru barəsində tələb üçün iddia müddəti nə qədnrdir?

A) işin qəbul edildiyi gündən 6 ay ərzində;

B) işin qəbul edildiyi gündən 1 il ərzində;

C) işin qəbul edildiyi gündən 3 il ərzində;

D) işin qəbul edildiyi gündən 5 il ərzində;

E) bu tələb üçün iddia müddəti müəyyən olunmayıb.

33

Sərnişin daşınması barədə müqaviləyə hansı müqavilənin göstərişləri 

tətbiq edilir?

A) daşıma; '

B) saxlanc;

C) tapşırıq;

D) ekspedisiya;

E) Dəyişdirmə.



34

Yükdaşıma müqaviləsinə hansı müqavilənin müddəaları tətbiq edilir?

A) Yüklərin daşınması müqaviləsinin;

B) komissiya müqaviləsinin;

C) tapşırıq müqaviləsinin;

D) ekspeditor müqaviləsinin.

E) Dəyişdirmə müqaviləsinin;

35

Əşyanı vermək vəzifəsinin icrası müddəti necə müəyyən 

olunur?

A) Müqavilə ilə;



B) Ağlabatan müddətdə;

C) Müəyyən dövr ərzində;

D) Müqavilə ilə icra tələbi irəli sürüldüyü gündən yeddi gün 

ərzində;


36

Satıcı müqaviləni pozaraq alıcıya az miqdarda əşya göndərdikdə alıcının 

hansı hüquqları var?

A) Çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya əşyadan və 

onu ödəməkdən imtina edə bilər;

B) Əşyadan və onu ödəməkdən imtina edə bilər;

C) Ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər;

D) Müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, alıcı həmin hüquqlardan 

istifadə edə bilər;

E) Müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, satıcı həmin hüquqlardan 

istifadə edə bilər;



37

Heyvanın başqalarına vurduğu zərərin əvəzini kim ödəməlidir?

A) Bu zərərin əvəzi ödənilmir;

B) İstənilən şəxs

C) Heyvanın sahibi

D) Heyvana nəzarət etməli olan şəxs;

E) Heç kim.                                                                                                                                                                                                      

38

Aşağıdakılardan kimlərin zərərçəkənin (ailə başçısının) öldüyü halda 

zərərin əvəzinin ödənilməsi hüququ var? 

A) ölənin himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək 

qabiliyyətini itirmiş şəxslər;

B) ölənin himayəsində olmuş və onun ölümündən sonra 6 il ərzində əmək 

qabiliyyətini itirmiş şəxslər;

C) ölənin himayəsində olmuş və onun ölümündən sonra 3 il ərzində birinci 

qrup əlillik dərəcəsi almış şəxslər;

D) ölənin himayəsində olmuş və onun ölümündən sonra 4 il ərzində birinci 

qrup əlillik dərəcəsi almış şəxslər;

E) heç biri;      



39

Zərərə görə məsuliyyət zamanı sübutetmə yükü kimin üzərinə düşür?

A) Zərər vuranın;

B) Zərərçəkənin;

C) Hər iki tərəfin;

D) Məhkəmənin;

E) Müstəntiqin;                                                    

40

Əşyaların nisyə satışı zamanı əşyanın qiyməti necə müəyyən olunur?

A) satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir;

B) nisyə müqaviləsi bağlandığı gün tərəflərin razılaşması ilə müəyyən 

olunan qiymətlər üzrə həyata keçirilir;

C) əşyanın təhvil verildiyi gün mövcud olan qiymətlərlə ödənilir;

D) ödəmə müddəti ərzində əmələ gələn qiymətlər üzrə ödənilir.

E) Dövlət tərəfindən müəyyənləşdirilən qiymətlər üzrə ödənilir;



41

 Sığorta riskini kimlər qiymətləndirə bilər?

A) sığortaçı, ekspert və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən 

şəxs;


B) ancaq ekspertlər;

C) ekspert və ya mütəxəssis;

D) psixoloq;

E) metodist.




42

Təminat şəhadətnaməsi nədir?

A) sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta 

risklərinin yerləşdirilməsini təsdiq edən sənəd;

B) sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta 

müqaviləsinin bağ¬lanmasını təsdiq edən sənəd;

C) sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta 

hadisəsini və sığorta məbləğini təsdiq edən sənəd.

D) ticarət agentinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta 

müqaviləsinin bağ¬lanmasını təsdiq edən sənəd;

E) sığorta şirkətinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta 

müqaviləsinin bağ¬lanmasını təsdiq edən sənə



43

Borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti nə 

qədərdir?

A) 210 manatdan çox məbləğdə borclar üçün 6 ay, az məbləğdə borclar 

üçün 3 ay;

B) 110 manatdan çox məbləğdə borclar üçün 3 ay, az məbləğdə borclar 

üçün 1 ay;

C) məbləğindən asılı olmayaraq, 1 ay;

D) 210 manatdan çox məbləğdə borclar üçün 6 ay

E) 210 manatdan çox məbləğdə borclar üçün 3 ay. 



44

Hansı halda podratçı işi şəxsən yerinə yetirməlidir?

A) müqavilədə nəzərdə tutulduqda;

B) konkret hallarda və işin xarakterindən irəli gəldikdə; 

C) həmişə;

D) Heç bir halda;

E) qanunda birbaşa göstərildikdə.

45

Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcıya həvalə 

etdikdə daşıma üzrə məsuliyyəti kim daşıyır?

A) həvalə edilən daşıyıcı;

B) daşıyıcı;

C) sığortaçı

D) hər ikisi;

E) qanunda nəzərdə tutulmamışdır.




46

Daşıyıcıya qarşı iddialar hansı müddət keçəndən sonra qüvvəsini 

itirir?

A) 6 ay;


B) 1 il;

C) 3 ay;


D) 9 ay;

E) müddət müəyyən edilməmişdir.



47

Broker müqaviləsinə hansı qaydalar tətbiq edilir?

A) komissiya müqaviləsinin;

B) yüklərin daşınması müqaviləsinin

C) konsessiya müqaviləsinin;

D) alqı-satqı müqaviləsinin;

E) MM-in bu müqaviləni nizama salan müddəalarından ayrı qayda irəli 

gəlmədikdə tapşırıq müqaviləsinin.



48

Saxlama haqqı şərtləşdirilməyibsə:

A) anbar sahibinin haqq almaq hüququ yoxdur;

B) anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır;

C) malın saxlanması üçün əlavə xidmət göstərməyibsə, anbar sahibinin 

haqq almaq hüqu¬qu yoxdur;

D) saxlamanın həcmindən və müddətindən asılı olmayaraq anbar sahibi 11 

manatdan artıq haqq tələb edə bilməz.

E) Müqavilə bağlanmamış sayılır;

49

Daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya nə vaxt keçir?

A) əşyanın dəyərinin tam ödənildiyi andan;

B) Əşyaya faktiki sahiblik etdiyi (məsələn, mənzilə köçdükdə və s.) andan;

C) Təhvil-təslim aktına əsasən əşya onun sahibliyinə verildiyi andan;

D) Əşya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan;

E) Heç biri.

50

Alıcı qeyri-ərzaq malının ona verildiyi gündən neçə gün ərzində onu 

oxşar mala dəyişə bilər?

A) Satıcı daha uzun müddət elan etməyibsə, 3 gün ərzində;

B) Satıcı daha uzun müddət elan etməyibsə, 7 gün ərzində;

C) Satıcı daha uzun müddət elan etməyibsə, 14 gün ərzində;

D) Satıcı daha uzun müddət elan etməyibsə, 21gün ərzində;

E) Satıcı daha uzun müddət elan etməyibsə, 30 gün ərzində.



Yüklə 82,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə