1. Qədim Azərbaycanda xristian dini



Yüklə 138,12 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü138,12 Kb.
#75957


    1.Qədim Azərbaycanda xristian dini 

    Xristianlıq  Azərbaycan  ərazisinə  yeni  eranın  ilk  əsrlərində,  hələ  İsa 

Məsihin  həvariləri  dövründə  Qafqaz  Albaniyası  vasitəsilə  nüfuz 

etmişdir.

 Qafqaz Albaniyasında xristianlıq  eramızın 54 - 57 -ci illərində 

apostol  Müqəddəs  Yeliseyin  təbliğ  fəaliyyətindən  sonra  yayılmışdır.                                  

Bu səbəbdən Alban kilsəsi  apostol kilsəsi adlandırılır. Qafqazda , eləcə 

də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban 

kilsəsidir. 

     


Albaniya,  xristian  icmalarının  IV  əsrdən  xeyli  əvvəl,  xristianlıq 

dövlət  dini  olmamış  yarandığı  ölkələr  sırasındadır. Alban  ənənəsinə 

görə,  eramızın  ilk  əsrlərinin  başlanğıcında  yerusəlimdən,  Suriyadan ilk 

xristian  missionerləri,  həvariləri  (apostolları)  və  həvarilərin  şagirdləri 

Albaniyaya  gəlmiş,  ilk  xristian  icmaları  yaranmışdı.  Yenə  də  alban 

ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd 

edir:  həvari  dövrü  adlanan  birinci  mərhələ  həvarilərdən  Müqəddəs 

Faddeyin,  Müqəddəs  Varfolomeyin  və  Müqəddəs  Faddeyin  şagirdi 

Müqəddəs Yeliseyin  adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü 

şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ 

Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın  adları ilə bağlıdır. 

    


Həvari  Faddeyin  şagirdlərindən  olan  Yelisey  Yerusəlimin  birinci 

patriarxı  Yəqubun  xeyir-duası  ilə  yeni  dini  təbliğ  edə-edə  Aqvan 

diyarına  gəlib  çıxmış  və  Kiş  adlı  yerdə  kilsə  tikmişdir.  Bu  kilsə 

Ermənistandakı  birinci  xristian  kilsəsindən  qabaq  tikilmişdir.  Sonra 

Yelisey  Çolaya  (Dərbəndə)  yollanmış,  daha  sonra  isə  Samur  çayını 

keçib  dinin  təbliğini  davam  etdirmiş,  Helmes  kəndində  bütpərəstlər 

tərəfindən  öldürülərək  bir  çalaya  atılmışdır.  Sonralar  Alban  məliki 

Vaçaqanın  göstərişi  ilə  Yeliseyin  cəsədinin  qalıqları  Xruq  kəndində 

torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

 

    313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən 



qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan 

edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın                              2 




yayılmasının qrekofil  dövrüadlanan  yeni  dövrü  başlanır.  Akademik 

Z.Bünyadov  göstərir  ki,  Urnayr,  II  Vaçe  və  III  Vaçaqan  ölkədə 

xristianlığı  yaymaq  üçün  mübarizə  aparmışlar.  IV-V  əsrlərdə  ruhanilik 

və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz 

ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, 

dini  kitablar  siryani,  arami  və  yunan  dillərindən  Alban  dilinə  tərcümə 

edilirdi.  Sinayda  aşkar  edilmiş  "Alban  yazısında  və  Alban  dilində" 

leksionari  dünyada  xristianlığın  ən  qədim  kütləvi  qiraət  kitablarından 

sayılır. 

    451-ci  ildə  Xalkidon  kilsə  toplantısında  Albaniya  monofizitliyə 

üstünlük  verir.  V-VI  əsrlərdə  ölkə  əpazisində  monofizitlərlə  diofizitlər 

arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban 

kilsəsi diofizitliyi qəbul edir. 

    Alban  katolikosunun  iqamətgahı  Çoqay  şəhərində  yerləşirdi.  552-ci 

ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə 

Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, 

kilsələrdə  ibadət  erməni  dilində  aparılmış,  Alban  dili  sıxışdırılıb 

çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər 

yarananda  Alban  kilsəsi  yenidən  avtokefal  kilsə  statusunu  bərpa 

etmişdir.  X-XI  əsrlərdə  bölgədə  şərq  xristianlığı  nüfuzunu  müəyyən 

dərəcədə  qoruyub  saxlaya  bilmişdi.  Bu  durum  XVIII  əsrə  kimi  beləcə 

davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban 

kilsəsini  ləğv  edir,  kilsənin  bütün  əmlakı  Eçmiədzin  katolikosluğuna 

verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 

2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, 

Şəkidəki  Kiş  kilsəsinin  bərpasından  sonra  olmuşdur.  Hazırda  Qəbələ 

rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir. 

    Azərbaycanda  xristianlıq  özünün  pravoslavlıq,  katoliklik  və 

protestantlıq  qolları,  habelə  müxtəlif  sektant  icmaları  ilə  təmsil 

olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır. 



                                                                                                                  3 


    Pravoslavlıq. Azərbaycana  XIX  əsrin  əvvəllərindən  etibarən  rus 

çarizminin  bölgədə  yeritdiyi  "köçürmə  siyasəti"  çərçivəsində  nüfuz 

etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə 

başlamışdır. 

    Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən 

sığortalanmaq  üçün  sektant  xristianların  Qafqaza  sürgünü  başlanır. 

Azərbaycanda  ilk  rus  köçkünləri  1834-cü  ildə  Şamaxı  qəzasında  Altı-

Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə 

Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka 

kəndlərini  salırlar.  1868-ci  ildə  Bakı  quberniyasının  ərazisində  21 

sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. 

    Katolisizm. Bakıda  ilk  Roma-katolik  prixodu  XIX  əsrin  50-ci 

illərində  rus  ordusu  tərəfindən  hərbçi  katoliklərin  Qafqaza  sürgün 

edilməsi  ilə  əlaqədar  olaraq  yaradılmışdır.  Prixod  Tetri-Skarodakı 

(Gürcüstan)    Roma-katolik  hərbi  prixoduna  tabe  idi.  1882-ci  ildə  Bakı 

prixodu  müstəqilləşir.  1895-ci  ildə  Müqəddəs  Məryəmin  Bakirə 

Hamiləliyi  şərəfinə  kilsə,  1903-cü  ildə  isə  Bakı  qəbiristanlığında 

Müqəddəs  Xaç  kilsəsi  tikilir.  1909-1912-ci  illərdə  Bakının  gözəl 

memarlıq  abidələrindən  sayılan  yeni  Müqəddəs  Məryəmin  Bakirə 

Hamiləliyi  kilsəsi  qotik  üslubda  inşa  edilir.  Sovet  dövründə  kilsə 

dağıdılmışdır. 1999-cu ildə Bakıda  Roma-katolik icması  yenidən bərpa 

olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-

katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-

ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda 

rəsmi səfərdə olmuşdur. 



    Baptizm. İncilçi-lüteran  kilsəsinin  ardıcılları  Bakıya  hələ  XIX  əsrin 

ikinci  yarısında  neft  yataqlarının  istismarında  iştirak  edən  alman 

sənayeçiləri  sırasında  gəlmişlər.  Onların  gəlişinin  bir  səbəbi  də  XIX 

əsrin  əvvəllərində  Almaniyada  baş  vermiş  siyasi  və  dini  iğtişaşlar 

sayılmalıdır.  O  vaxt  ölkədə  belə  bir  mövhumi  şayiə  yayılmışdı  ki, 

Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə 



sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün       

Yüklə 138,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə