1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)



Yüklə 187,49 Kb.
tarix01.12.2017
ölçüsü187,49 Kb.
#13361


Mündəricat:

1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)

2. Nitq mədəniyyəti və onun anlayışı ilə bağlı. . .

3. Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi

4. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi

5. Nitq mədəniyyətinin ümumi və xüsusi cəhətləri

6. Dil, nitq və nitq fəaliyyəti

7. Azərbaycan ədəbi dili

8. Müasir Azərbaycan ədəbi dilinin normaları

9. Fonetik norma

10. Leksik norma

11. Dilimizdə özləşmə meyilləri

12. Qrammatik norma

13. Nitq normalarının tarixiliyi

14. Nitq istisnaları

15. Natiqlik sənəti

16. Nitq etiketləri

17. Nitq mədəniyyətinə aid testlər

18. Nitq mədəniyyəti mövzusuna aid sual-cavab

19. Nitq mədəniyyəti. Testlərin cavabı

20. İstifadə olunmuş ədəbiyyat

Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu

(Giriş üçün)

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun məktəblilərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistem yaratmaq məqsədilə verdiyi məlum əmri məhz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına yönəlmiş əvəzsiz perspektivi olan layihəyə doğru atılmış zəruri bir addımdır.

Mütaliə mədəniyyəti insan həyatında böyük rol oynayır. Şifahi və yazılı nitq şəxsiyyətin formalaşmasının mühüm vasitələrindəndir. Bu, onlara təhliletmə, müşahidə, insanı bir fərd kimi öyrənmək bacarığını aşılayır.

Mədəni nitqin əsası ilk öncə ailədə qoyulur, sonra isə fərdin bağça, məktəb mərhələsində davam etdirilir: özəyi anadan, bağçada tərbiyəçi-müəllimdən, məktəb illərində oxu kitablarından, ədəbiyyat dərsliklərindən, əlavə bədii oxu vəsaitlərindən, əlbəttə ki, dil-ədəbiyyat müəllimlərinin verdiyi bilikdən, dil nümunələri ilə zəngin radio-televiziya verilişlərindən qaynaqlanır, onların əvəzsiz zəhməti hesabına formalaşıb yaranır. Məhz bunların sayəsində uşaqlarda söz ehtiyatı artır, düzgün dil vərdişləri, mədəni danışıq adəti formalaşır. Şəxsi ünsiyyət, ümumilikdə, onun təfəkkür tərzi, dünyagörüşü, bunların sayəsində yaradılan elmi təsəvvürlər də fərdin nitq inkişafında əvəzsiz rol oynayır. Orfoqrafik və orfoepik normalara yiyələnməklə sinifdə müəllim və yoldaşları qarşısında ifadəli oxu, müxtəlif fənn mövzularını səliqəli və rəvan şəkildə çatdırmaq uşaqların mədəni nitqini inkişaf etdirir. Müəllim və nümunəvi şagird kollektivinin mədəni, səlis, məntiqli danışığından yararlanmaq fərdin düzgün tələffüz vərdişlərini, mədəni danışıq tərzini, yazı mədəniyyətini də (inşa yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatdırır.

Qrammatikada təlim dili dil qanunlarının tətbiqini öyrənir. İfadəli oxu, şeirlərin əzbər söylənilməsi prosesi şagirdlərin nitqinin püxtələşməsi, səlisləşməsilə yanaşı, onların elmi və bədii düşüncəsinin formalaşmasına da təsirini göstərir. Bu vaxt dil müəlliminin nitqi, pedaqoji ustalığı, rəvan oxu və deklomasiya qabiliyyəti, gözəl danışığı, nəcib hərəkətləri, hətta geyimi, mimika və jestləri şagirdlərin nitqinin müsbətə doğru cilalanmasına səbəb olur, canlı nümunə kimi onların bədii və estetik zövqünün formalaşmasına təkan verir. Deməli, valideynlərin, müəllimlərin, televiziya aparıcılarının diksiyası, tərəf-müqabili ilə ünsiyyət qabiliyyəti, hadisəni şərh etmək bacarığı şagirdləri gözəl danışmağa ruhlandırır. Onlar fikin dəqiq ifadəsi üçün sözləri düzgün seçməyə, hər sözün, ifadənin məna tutumunu bilməyə, onları öz yerində işlətməyə çalışırlar.

Mövzuya, mətnə uyğun sözləri seçib işlətmək, fonetik normaları gözləməklə nitqin təbiiliyinə, axarlığına, gözəlliyinə xələl gətirən quru, rəsmi tələffüzdən qaçmaq, cümlələri qrammatik və üslubi cəhətdən düzgün qurmaq, hər sözün, ifadənin ahənginə, vurğusuna diqqət yetirmək mədəni nitqin əsas şərtlərindəndir.

Görkəmli şəxsiyyətlərin yubileyinin təşkilinə məktəblilərin cəlb olunması, müxtəlif şeir müsabiqələri, bilik yarışlarının keçirilməsi şagird şəxsiyyətinin hərtərəfli inkişafına müsbət təsir göstərir.

Nitq mədəniyyəti və onun anlayışı ilə bağlı. . .
Nitq mədəniyyəti dilçiliyin praktik (təcrübi ) sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadənin ilkin qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik), leksik və qrammatik qayda-qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.

Dilçiliyin nəzəri fikirləri nitq mədəniyyətində əməli (praktik) şəkildə həyata keçirilir. Bu baxımdan nitq mədəniyyəti dilçiliyin nəzəri deyil, praktik sahəsi sayıldığından, nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələr deyil, dilçiliyin qayda-qanunlar sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.

Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik də şairlik, rəssamlıq kimi bir sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır.

Bir sıra Avropa xalqları bizim “ədəbi dil” dediyimiz anlayışı “mədəni dil”, “mədəniyyət dili” adlandırırlar. Yəni mədəni nitq özlüyündə dilin, danışığın gözəlliyi, bütövlükdə mili mədəniyyətinin tərkib hissəsidir.

“Mədəniyyət “sözü ərəb dilində “şəhər” anlamında olan “mədinə” sözündəndir.
Nitq mədəniyyəti milli mədəniyyətin

tərkib hissəsi kimi
Gözəl nitq hər xalqın milli mədəniyyətinin göstəricilərindən biri və birincisidir.

Gözəl nitqin iki şərti vardır:

1. Dilin ifadə imkanlarının genişliyi, yəni hər hansı fikri ifadə etmək imkanının olması;

2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün istifadə etməsi.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş, zəngin dillərindəndir.

Bu dil özünəməxsus, musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Hələ qədim zamanlarda mövcud olmuş şifahi xalq ədəbiyyatı nümunələrimiz yazılı ədəbiyyatın yaranması ilə təşəkkülünü tapmışdır.

“DƏDƏ QORQUD” kimi dünya mədəniyyətinin nadir incisi məhz bu dildə yaranmışdır.

Türk dünyasının böyük alimi Fuad Köprülü “Dədə Qorqud kitabı “nı türk xalqlarının ən sanballı əsəri adlandırıb.

İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.

Milli mədəniyyətin, o cümlədən nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqın özüdür. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirən, yayan söz ustalarının danılmaz xidməti tarixi yaddaşımızın bir parçasıdır.

Nitq mədəniyyətinin ən mühüm şərti ədəbi dil normalarına əməl etməkdən ibarətdir.

Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi
Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin) əsas şərti bunlardır: nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi )

Nitqin düzgünlüyü” anlamı dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etməyi nəzərdə tutur. Məsələn: “Öyə getmək” yanlış ifadədir. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Onu “evə getmək” kimi səsləndirəriksə, o zaman nitq düzgün şəkil alar.

Nitqin dəqiqliyi” anlamı fikrin çatdırılması üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsini nəzərdə tutur. Məsələn: “Uşaq dərsdən gəlir” düzgün, ancaq qeyri-dəqiq cümlədir. Cümlə “Uşaq məktəbdən gəlir” kimi ifadə olunarsa, həm düzgün, həm də dəqiq hesab edilər.

Yaxud “mal sürüsü”, “at sürüsü” düzgün, ancaq “naxır”, “ilxı” düzgün olmaqla yanaşı, həm də dəqiqdir.



Nitqin ifadəliliyi üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi deməkdir.

Nitqin ifadəliliyini nitqin dəqiqliyindən fərqləndirmək o qədər də asan deyil. Məsələn: “O, klassik ədəbiyyatı çox sevir” cümləsi düzgün və dəqiq olsa da, ifadəli deyil . “O, klassik ədəbiyyatın vurğunudur” cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.

Nitqin düzgünlüyünə hamı əməl etməli, nitqin dəqiqliyinə də hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi daha çox şair və yazıçılara məxsusdur.

Nitq mədəniyyətinin ümumi və xüsusi cəhətləri
Nitq mədəniyyətinin ümumi (ictimai) xarakter daşıyan cəhəti:

Nitqin düzgünlüyünün bütövlükdə cəmiyyətdən tələb olunması, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsi zərurətini yaradır. Sözün fonetik tərkibini, düzgün tələffüz (orfoepik) və yazılışını (orfoqrafik), leksik mənasını, cümlənin quruluşunu hamı eyni üsulla qavrayır. Belə olmasaydı, dil əsas vəzifəsini – ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi.

Nitq mədəniyyətinin xüsusi (fərdi ) səciyyə daşıyan cəhəti:

Hər kəs gözəl nitqə və fikrini dürüst, məntiqli çatdırmaq (istər yazılı, istərsə də şifahi) səriştəsinə malik deyil. Burada nitqin gözəlliyinin fərdlərin timsalında müxtəlif şəkillərdə təzahür etdiyini də nəzərə almaq lazımdır.

Bununla belə, nitq mədəniyyətinin ümumi (ictimai) məsələləri onun xüsusi (fərdi) məsələləri ilə birbaşa bağlıdır. Hər hansı gözəl nitq sahibi sözün müəyyənləşmiş mənasını, cümlənin qrammatik quruluşunu kəskin şəkildə dəyişdirə bilməz. Çünki subyektin – fərdin sözə yeni məna çalarları qazandırmaq, cümləni adi nitqdə işləndiyi şəkildən fərqli, xüsusi formalarda işlətmək hüququ olsa da, bütün hallarda ümumi (ictimai) tələbləri gözləməyi təbii və zəruri qanunlardandır.

Xüsusi (fərdi) gücü olmayan nitq də ümumi (ictimai) tələbləri gözləməyən nitq qədər mədəni nitq hesab edilmir.


Dil, nitq və nitq fəaliyyəti
Dil insanlar arasında ünsiyyət vasitəsi olaraq, mücərrəd işarələr sistemindən ibarətdir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.

Nitq ünsiyyət prosesinin özüdür. Nitq bu və ya digər informasiyanın ifadə tələbinə uyğun olmaqla, dilin daxili imkanları (ifadə) əsasında reallaşır. Dil əsas, nitq isə ondan törəmə olan nəsnə – məfhumdur. Dil tarixən az, nitq isə ona nisbətdə daha çox dəyişkəndir. Məsələn: Dilimizin keçən əsrə aid quruluşu müasir dövrümüzə xas quruluşundan o qədər də fərqlənməməsinə və həmin yüzillikdə yaşayan şəxslərin də təbii ki, Azərbaycan dilində danışmasına rəğmən, onların diksiya və fikirlərini ifadə quruluşu indikindən çox fərqli olub.

Nitq fəaliyyəti nitqin reallaşmasını zəruri edən ictimai, psixoloji və fizioloji proseslər toplusudur.

Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai ( sosial ), psixoloji və fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir, dinləyib anlama, danışma, oxu və yazı formalarında təzahür edir.
Azərbaycan ədəbi dili
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik (qrammatik) normalar əsasında fəaliyyət göstərən formasıdır. Ədəbi dil xalq dilinin cilalanmış təzahürüdür. Ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir.

Ədəbi dilin şifahi və yazılı olmaqla iki forması var:

Şifahi ədəbi dil ilkindir. Qədim dövrdə ədəbi dilin şifahi forması xalq yaradıcılığının dili kimi işlənmişdir. Dövrümüzdə ədəbi dilin şifahi forması daha çox radio, televiziya, nitq, çıxış, məruzə və mühazirələrin hesabına genişlənmişdir.

Yazılı ədəbi dilin ilk nümunələri dövlət sənədlərinin, məktublarının dili olmuşdur. Bədii əsərlərin, qəzet və jurnalların, elmi və publisistik kitabların, reklamların, müxtəlif məzmunlu plakatların dili da yazılı ədəbi dil nümunəsidir.


  • Ədəbi dil mövcud üslublar sistemidir.

  • Şifahi ədəbi dil orfoepik normalara tabe olan ünsiyyət vasitəsidir. Nitqlər, çıxışlar, mühazirələr, məruzələr və s. belə ünsiyyət vasitəsinə aid olan üsuldur.

  • Yazılı ədəbi dil orfoqrafik normalara tabe olan, ünsiyyət vasitəsi – yazılan dildir.

Müasir Azərbaycan ədəbi dilinin normaları

Müasir Azərbaycan ədəbi dili onun dəyişilməzliyindən (sabitliyindən) irəli gələn mükəmməl, sabit normalara malikdir. Bu normaların müəyyən tarixi təkamül nəticəsində əmələ gəldiyini xatırlatmaq yerinə düşər. Onlar həmçinin dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin aşağıdakı normaları vardır:


  1. Fonetik norma

  2. Leksik -(leksik-semantik) norma

  3. Qrammatik (morfoloji və sintaktik) norma

Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Türk dillərinin, o cümlədən də Azərbaycan dilinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir. Ədəbi dil normaları bir sistem olmasına baxmayaraq, həm də müstəqil xarakterli nəsnədir. Nitq mədəniyyətinin ən mühüm şərti onun ədəbi dil normalarına tabe olmasından, bu normaların qoyduğu tələbə cavab verməsindən ibarətdir.

Dilimizin fonetik, leksik, qrammatik normaları normativ qrammatikalarda, dərslik və lüğətlərdə əks olunur.



FONETİK NORMA

Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır.



  • Ədəbi dildə sözün tələffüz qaydası orfoepik norma adlanır. Azərbaycan ədəbi dilinin orfoepik norması orfoepik lüğətlərdə əks olunur.

  • Ədəbi dildə sözün yazılış qaydası orfoqrafik norma adlanır. Orfoqrafik norma orfoqrafiya lüğətlərində əks olunur.

  • Xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdəki defis işarəsinin qoyulması, durğu işarələrinin istifadəsi orfoqrafik norma ilə müəyyənləşir.

  • O, həm orfoepik, həm də orfoqrafik dilin fonetik quruluşu ilə müəyyən edilir.

  • Fonetik normada dəyişmə gec olur.

Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər özünü göstərir. Bu baxımdan dilimizdə elə sözlər vardır ki, onların tələffüz edildiyi kimi yazılması, yaxud əksinə, yazıldığı kimi tələffüz edilməsi səhvdir.

Məsələn: ( məx təp) deyilir, məktəb yazılır; (ma:vin) deyilir, müavin yazılır və s. Deməli, fonetik norma düzgün yazı təzahürü – orfoqrafiya; düzgün tələffüz təzahürü – orfoepiya olmaqla iki şəkildə təzahür edir. Əgər orfoepik, və ya orfoqrafik norma pozulmuşdursa, o zaman fonetik norma pozulmuş hesab edilir.

  • Durğu işarələrindən səhv istifadə artıq orfoqrafik normanın pozulması deməkdir.

LEKSİK NORMA

Müasir Azərbaycan dilinin lüğət tərkibi olduqca zəngindir. Dilimizdə əsl türk sözləri ilə yanaşı, həm də məzmunca türkləşmiş ərəb və fars mənşəli sözlər işlənir.



  • Yadda saxlamaq lazımdır ki, digər dünya dillərində olduğu kimi, Azərbaycan dilində də leksik -(leksik-semantik) normanın keyfiyyət təyinedicisi milli leksikadır.

  • Fonetik və qrammatik norma ilə müqayisədə, leksik norma dəyişkənliyə daha tez uğrayır.

  • Əsl türk sözlərindən ibarət milli leksika ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəal iştirak edir və yüksək tezliklə işlənir. Burada ikinci yeri milliləşmiş alınma leksika tutur.

  • Leksik norma hər hansı bir şəxsdən sözün mənasına bələd olmağı, ondan düzgün, yerində yararlanmağı tələb edir.

  • Hər bir söz tarixi inkişaf prosesi nəticəsində müəyyən məna-məzmun (semantika) qazanır.

Leksik normanın tələbinə əsasən hər bir sözün yerində işlənməsi vacib və zəruridir. Əks halda fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi təmin edilmir. Məsələn: “Anam başımın yanında dua edirdi” cümləsində “yanında” sözü yerinə düşmür. Bu sözün yerinə “üstündə” sözü işlənməsi doğru olar. Deməli, burada leksik norma pozulması baş vermişdir. Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yol verilməməsini xatırlamaq yerinə düşər.

Qeyd: Frazeoloji birləşmələr, bədii təsvir və ifadə vasitələri və ümumiyyətlə, məcazilik norma pozuntusu hesab edilmir.

Leksik norma funksional üslublara görə də fərqlənir. Məsələn: Bədii üslubda obrazlı sözlər, ifadələr geniş işləndiyi halda, elmi üslub üçün bu, xarakterik deyil. Elmi üslubda terminlər üstünlük təşkil edir.

Nitq mədəniyyəti sözdən düzgün istifadə ilə yanaşı, həm də onun dəqiq və ifadəli olmasını, yəni məna incəliklərinə diqqət yetirməklə, müvafiq sinonim variantlarından faydalanaraq işlədilməsini tələb edir.

DİLİMİZDƏ ÖZLƏŞMƏ MEYİLLƏRİ

Özləşmə alınma sözlərin yerində milli sözlərdən istifadə meylidir. Müasir Azərbaycan dilinin lüğət tərkibində XX əsrin 60-cı illərindən üzübəri özləşmə meyilləri müşahidə olunmaqdadır. Bu meyillərin özünü həmişə doğrultmaması onların təbii və düzgün proses olmadığına dəlalət etmir.

Özləşmə: a) ədəbi dili etnik yaddaşına qaytarır; b) ədəbi dili başqa dillərin təsirinə məruz qalmadan bu və ya digər dərəcədə xilas edir.

İstənilən yaradıcılıq özləşmə adlana bilməz. Özləşmə daha çox mövcud alınma sözlərin işlədilməsi əleyhinə yönələn və həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.



Özləşmə üç yolla gedir: 1) hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürmək, yaxud mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə; 2) cəmiyyətin özündə müəyyən hadisəyə əsaslanmış “söz partlayışı” yolu ilə ; 3) türk dillərinin təsiri ilə

Azərbaycanda əvvəllər də alınma sözlərin türkləşdirilməsi prosesi olmuşdur. Bu günə qədər işlətdiyimiz bir sıra qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. kimi sözlər bu qəbildəndir. Son zamanlar çimərlik, duracaq, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönəm ( mərhələ), qaynaq ( mənbə), çağdaş (müasir), yüzillik(əsr), durum (vəziyyət), özəlləşmə, nəfəsli, açıqca (otkrıtka), bölgə (ərazi), soyqırım, yetərsay (seçki ilə bağlı termin), toplu, toplum və s. kimi sözlər yaradılmışdır.

Belə leksik vahidlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir və bu yolla yaranan sözlər dirilən sözlər adlanır. Məsələn: çavuş, yarlıq, ulu, dürlü, araşdırma və s.

QRAMMATİK NORMA
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir.

Qrammatik norma dedikdə, aşağıdakılar nəzərdə tutulur.


  1. Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: iki əsgər, altı kitab və s. “İki əsgərlər”, “altı kitablar” demək yanlışdır. Bu halda qrammatik norma pozulmuş olur.

  2. Adlara (isim, sifət, say və s. ) əvvəlcə cəm, sonra mən­subiyyət, daha sonra hal və sonra xəbərlik şəkilçi-şəxs sonluqları qoşulur. Məsələn: ev-lər-imiz-dən-dir; yaxşı-lar-ınız-ın-dır və s.

  3. Feil kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbərlik şəkilində artırılır. Məs: don-dur-ul-malı-dır: çıx-ar-ıl-sa-nız və s.

Uşaqlar hər zaman oxuyarlardı cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -dı sıranı pozub. Halbuki, bu şəkilçi -lar2 şəkilçisindən əvvəl gəlməli idi.

  1. Azərbaycan dilçiliyində belə bir qayda var ki, “nə” inkar bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Nə gəlir, nə də yazır. Bu hal gözlənilmədikdə, yeni feil inkarda olduqda, qrammatik norma pozulmuş hesab olunar: Nə gəlmədi, nə yazmadı.

  2. Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə də kəmiyyətə görə uzlaşır. Məsələn: Biz oxuyuruq, onlar işləyir.

Qeyd: Eyni zamanda belə bir qayda da var: Mübtəda cansız əşyalarla ifadə olunduqda, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma prosesi pozulur. Məsələn: otlar (mübtəda) tərpənir ( xəbər). Əgər bu cümlə otlar tərpənirlər şəkilində işlənsə idi, qrammatik şərtilik pozulardı – qrammatik şərtə görə cəmdə olan mübtəda cansız əşyanı bildirdikdə xəbər təkdə işlənməlidir.

6. Cümlədə sözlərin nitq hissəsinə görə düzülüşündə ilk növbədə mübtəda, sonra tamamlıq, daha sonra xəbər, təyin aid olduğu isimlə ifadə olunan istənilən cümlə üzvündən əvvəl gəlir. Zərflik isə əsasən feildən əvvəl işlənir. Məsələn: Qardaşım Həsəni məktəbin həyətinə çağırdım.

Göstərilən qaydalara əməl olunmadıqda, sözlərin qrammatik cəhətdən bir-biri ilə əlaqələnməsi zamanı səhvə yol verildikdə (inversiya) qrammatik norma pozulmuş hesab olunur.


Nitq normalarının tarixiliyi
Norma tarixi kateqoriyadır. Zaman keçdikcə ədəbi dilin normasında əvvəlki dövründən fərqlənən müəyyən əlamətlər, keyfiyyətlər meydana çıxır. Məsələn: 1930-cu illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında “sağır n” (nuni-səğir ) adlı bir səs əlifbada xüsusi işarə ilə – hərflə göstərilirdi. 1930-cu ildən sonra həmin səs fonetik normativliyini itirdi.

Yaxud bir neçə il bundan əvvəl ədəbi dilimizdə işlənən sosializm, kolxoz, sovxoz, raykom, kommunizm, partkom, milis, pioner və s kimi sözlər hazırda fəal nitq prosesindən çıxmışdır.

Ədəbi dilin normasında həmişə sabitlik olur. Amma bu sabitlik də nisbi xarakter daşıyır. Leksik normada həmin nisbilik özünü daha çox göstərir. Yəni leksik normada dəyişmə daha sürətli, fonetik və qrammatik normalarda isə dəyişmə daha ləng gedir.

Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının, onun təkamülünün nəticəsidir.


Nitq istisnaları
Ədəbi dilin müəyyən inkişaf mərhələsində norma ilə yanaşı, nitq istisnaları – qeyri-normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxır:

1. Ədəbi dildə işlənməyən, öz dövrünü keçmiş nitq vahidləri bu və ya digər üslubda özünü göstərir;

2. Yeni yaranmış nitq vahidləri norma halına düşmür – normativləşə bilmir.
Natiqlik sənəti
Natiqlik – nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, düzgün, dəqiq və gözəl (ifadəli) olan kəslər natiq adlanırlar.

Natiqlik sənətinin əsas tələbləri bunlardır:

1. Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq;

2. Dinləyicilərin (auditoriya) səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;

3. Nitqin intonasiyasına, ritminə fikir vermək və ona uyğun əl-qol, baş və bədən hərəkətləri etmək;

4. Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;

5. Nitqə əvvəlcədən hazırlaşmaq və sonra təhlil edib konkret nəticələr çıxarmaq.

Natiqlik sənət və elm olaraq, qədim zamanlardan formalaşmışdır. Qədim dünyanın, xüsusilə də, antik dövrün yetişdirdiyi görkəmli natiqlər natiqliyin praktikası ilə məşğul olmaqla yanaşı, bütöv bir elmi-nəzəri sistem hazırlamışlar. Platon, (Əflatun), Siseron, Aristotel (Ərəstun ), Demosfen və s. antik dövrün ən tanınmış natiqləri sayılır.

Azərbaycanda da tarix boyu böyük natiqlər olub. Onlara nümunə olaraq:

Xətib Təbrizi, N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun, M.Rəfili, Ə.Sultanlı, İ.Şıxlı, Ş.Qur­banov, M.Məmmədov, H.Əliyev kimi klassikləri göstərmək olar.

Həmçinin Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir sıra mükəmməl nitq prinsipləri müəyyənləşdirmişdir.

Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati-idarə natiqliyi, işgüzar natiqlik.

Hər hansı bir şəxsin (müəllimin, şagirdin, qocanın, cavanın, uşağın və s . ) bədii bir nümunəni ( şeiri, hekayəni, nağılı və s ) söyləməsi bədii natiqlikdir.

Sinifdə, auditoriyada müəllimin, professorun söhbəti və ya mühazirəsi akademik natiqlik sayılır.

Dövlət xadimlərinin tribunalardan ayrı-ayrı siyasi hadisələrlə bağlı çıxışları siyasi natiqlik hesab edilir.

İdarəçinin (məktəb direktorunun, xəstəxananın baş həkiminin, zavod, fabrik, müəssisə rəhbərinin) öz işçiləri qarşısındakı çıxışı, tələbləri və s. inzibati-idarə natiqliyidir.

Ayrı-ayrı firma rəhbərlərinin işgüzar görüşlərdəki nitqləri, beynəlxalq iqtisadi-forumlarda, iqtisadi müqavilələrin bağlanması, müzakirəsi zamanı söylənən nitqlər işgüzar natiqliyə nümunə ola bilər.

Natiqlik sənətinin mühüm şərtlərindən biri jestlərdir. Jest nitq zamanı ona uyğun edilən əl-qol hərəkətləridir.

Jestlər nitqin təsir gücünü, emosionallığını artırır. Bununla belə, hər bir jest ölçülüb-biçilməli və ondan yerində istifadə edilməlidir. Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur.

Nitq prosesində mimikadan da istifadə olunur.

Mimika nitq prosesində üz əzələlərinin mənalı hərəkətinə (təəccüb, narazılıq, sevinc və s . emosiyaları ifadə edən üz hərəkəti) deyilir.

Mimika da jest kimi, şifahi nitqin emosionallığını artırır.

Jestlə mimika mükəmməl nitqdə bir-birini tamamlayır və vahid psixo-fizioloji akt kimi çıxış edir. Şifahi ədəbi dil bunlarla daha da gözəlləşir.
Nitq etiketləri
Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına (ifadələrinə) nitq etiketləri, yaxud nitq yarlıqları deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə, təfəkkürünə, etnoqrafiyasına uyğun olur və nitq mədəniyyətinin mühüm göstəricisi hesab edilir. Nitq etiketlərinin aşağıdakı növləri var:

1. Müraciət etiketləri: Həmsöhbət yaşca böyük olduqda və ya qarşı tərəfdən tanınmadığı halda ona “siz”, deyə müraciət olunur. “Divani lüğatit-türk”də göstərilir ki, türklər özlərindən böyüklərə “siz”, kiçiklərə isə “sən “ deyə müraciət edirlər.

Həmin qayda bütün müraciət formalarında gözlənilir: bağışlayın, buyurun, xahiş edirəm, zəhmət olmazsa, lütfən və s. Qardaş! Bacı!

Əmi! Dayı! Əzizim! Eloğlu! Ay oğlan! Qadası! Dərdin alım! Başına dönüm! və s. kimi müraciət formaları da vardır. Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olur. Məsələn: Cənab nazir, cənab rəis (rəsmi), oğlum, əzizim (qeyri-rəsmi ) və s.

2. Görüş etiketləri: Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Sabahınız xeyir! Xoş gəlmişsiniz! və s.

3. Ayrılma etiketləri: Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Görüşənədək! Yaxşı yol! Uğur olsun! və s.

4. Təbrik etiketləri: Təbrik edirəm! Gözünüz aydın olsun! Mübarəkdir! Mübarək olsun! Sağlığınıza qismət olsun! və s. (hamısının cavabında: Sağ olun!)

5. Alqışlar (xeyir-dualar): Allah köməyiniz olsun! Həmişə ayaq üstdə! Allah rəhmət eləsin!

6. Qarğışlar (bəd dualar): Allah cəzanı versin! Allah evini yıxsın! Gözün tökülsün! Qapında ot bitsin!

7. Söyüşlər: Səni yerə soxum! Üzünə lənət! və s.

Bəzi nitq etiketləri minilliklər boyu sabit qalmış, bəziləri də müəyyən dövrdə işlənib sonra ünsiyyətdən çıxmışdır. Məsələn, son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formaları artıq qeyri-fəaldır. Ancaq son illərə qədər işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.

Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yaradır.

Nitq mədəniyyətinə aid testlər

1. Ədəbi dilin qrammatik normasının əsas tələbi nədir?

A) Milli sözləri alınma sözlərdən daha çox işlətmək

B) Sözün mənasına bələd olmaq, onu düzgün işlətmək

C) Sözü düzgün tələffüz etmək və düzgün yazmaq

D) Məhəlli, yerli sözləri nitqdə işlətməmək

E) Sözlər və cümlələr arasındakı əlaqələri nitqdə düzgün qurmaq



2. Biri vurğu qəbul etməyən şəkilçilər sırasında verilə bilməz

A) Feilin inkar şəkilçisi

B) -madan, -mədən feili bağlama şəkilçisi

C) Zərf düzəldən -la, -lə şəkilçisi

D) Şühudi keçmiş zaman şəkilçisindən sonra işlənmiş -lar, -lər şəkilçisi

E) Feilin gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri


3. “Onun yüksək hafizəsi vardır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) fonetik C) qrammatik D) orfoepik, qrammatik E) orfoqrafik, leksik


4. Vurğudan asılı olaraq mənası dəyişə bilən sözləri müəyyənləşdirin

A) yəni, nüvə B) adət, namus C) çarə, izlə D) güldür, bəzən E) azad, sanki



5. “Nigar şəkərburanın üstünə naxış çəkirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik B) fonetik və qrammatik C) fonetik D) leksik və qrammatik E) leksik


6. Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur?

A) jest B) mimika C) etiket D) nitq E) ritorika


7. Hansı ifadə görüşmə etiketlərinə aid deyil?

A) xoş gördük B) xoş gəlmisiniz C) görüşənə qədər D) sabahınız xeyir E) axşamınız xeyir


8. “Ömrün uzun olsun”, “canın sağ olsun”, “bəxtin ağ olsun” nümunələri nitq etiketlərinin hansı növünə aiddir?

A) müraciət B) təbrik C) görüşmə D) alqış E) ayrılma


9. “Onun yüksək hafizəsi vardır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) orfoepik C) leksik D) qrammatik E) orfoqrafik


10. Hansı norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün və yerində işlətməyi tələb edir

A) orfoepik B) leksik C) orfoqrafik D) morfoloji E) sintaktik


11. Hansı bəhs filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsidir?

A) leksikologiya B) qrammatika C) fonetika D) nitq mədəniyyəti E) üslubiyyat


12. “Xəstənin böyük qızdırması var” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) orfoqrafik E) orfoepik


13. “Bu iki kitabları müəllimə çatdırın” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) qrammatik C) orfoepik D) orfoqrafik E) Orfoqrafik və qrammatik



14. Hansı sözdə ədəbi dilin orfoepik norması pozulmuşdur?

A) [sənnən] B)[sa:dət] C) [gəlmisən] D) [məniydim] E) [başdayar]


15. “Qapını döyürlər” əvəzinə “Qapını vururlar” cümləsində ədəbi dili hansı norması pozulmuşdur?

A) qrammatik B) leksik C) fonetik D) qrammatik və fonetik E) fonetik və leksik


16. “Danışdırdılar” sözünün vurğusu hansı hecadadır?

A) I B) II C) III D) IV E) V


17. Hansı fikir nitqə aid edilə bilməz?

A) dil əsasında meydana çıxır

B) törəmədir

C) dəyişkəndir

D) fərdidir

E) ünsiyyət vasitəsidir


18. “Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qal­dır­dılar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) fonetik C) qrammatik D) leksik və fonetik E) fonetik və qrammatik


19. “Görüşə siz və onlar dəvət olunublar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) fonetik C) qrammatik D) leksik və qrammatik E) fonetik və leksik


20. “Toyuqlar yuvalarına doluşdular” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) fonetik və leksik E) leksik və qrammatik


21. Xəbər mübtəda ilə uzlaşmırsa, onda mədəni nitqin hansı şərti pozulmuş sayılır?

A) düzgünlüyü B)dəqiqliyi C) ifadəliliyi D) həm düzgünlüyü, həm dəqiqliyi E) həm dəqiqliyi, həm ifadəliliyi


22. Qeyd olunan fikirlərdən hansı səhvdir?

A) Dil əsasdır, nitq isə ondan törəmədir

B) Dil və nitq ünsiyyət vasitələridir

C) Dil ümumi, nitq isə fərdidir

D) Dil az dəyişkəndir, nitq isə çox dəyişkəndir

E) Hər bir dilin özünəməxsus quruluşu olur


23. “Bu səksəkəli hadisələr hamını narahat edirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) leksik, qrammatik E) fonetik, leksik


24. “Süzdən şikayətçiyəm” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) qrammatik C) həm leksik, həm də qrammatik D) sintaktik E) fonetik


25. Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü müəyyənləşdirin

A) məhkəmə B) barama C) xurma D) qovurma E) tirmə


26. “Camaat meydana axışırdılar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur ?

A) leksik B) fonetik C) qrammatik D) leksik və fonetik E) orfoqrafik və orfoepik


27. Nitq mədəniyyətinin ən mühüm və hamıdan tələb olunan şərti hansıdır?

A) Nitqin elmiliyinə diqqət yetirmək

B) Nitqin bədiiliyinə diqqət yetirmək

C) Ədəbi dilin normalarına əməl etmək

D) Dialektizmlərdən istifadə etmək

E) Nitqin əhatəli olmasına əməl etmək


28. “Örüşdə at sürüsü otlayırdı” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) qrammatik C) fonetik D) leksik və qrammatik E) heç biri


29. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlənərsə, bu halda ədəbi dilin hansı norması pozulur?

A) leksik B) qrammatik C) fonetik D) orfoqrafik E) orfoepik və orfoqrafik


30. Nitq mədəniyyətinin əsas şərtləri hansıdır?

A) 1-ci jest – hərəkət, 2-ci düzgünlük, 3-cü elmilik, 4-cü dəqiqlik, 5-ci sərbəstlik, 6-cı ifadəlilik

A) 1-ci, 2-ci, 3-cü B)3-cü, 4-cü, 6-cı C) 2-ci, 3-cü, 4-cü D) 2-ci, 4-cü, 6-cı E) 1-ci, 5-ci, 6-cı
31. Hansı fikir natiqlik sənətinin əsas tələbi baxımından səhv göstərilmişdir?

A) Nitqin intonasiyasına, ritminə fikir vermək

B) Nitqdəki əsas yerləri bir neçə dəfə yüksək tonla təkrar demək

C) Düzgün, dəqiq və gözəl danışmaq

D) Dinləyicilərin bilik səviyyəsini nəzərə almaq

E) Nitqə əvvəlcədən hazırlaşmaq


32. Leksik normanın əsas tələbi hansıdır?

A) Sözün düzgün tələffüz edilməsi

B) Sözün düzgün yazılması

C) Sözün düzgün tələffüz edilməsi və düzgün yazılması

D) Sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək

E) Sözlər və cümlələr arasında əlaqələrin düzgün qurulması


33. “Müğənninin həzin səsi könlümü kövrəltdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) yalnız qrammatik B) yalnız fonetik C) yalnız leksik D) fonetik və qrammatik E) leksik və qrammatik


34. Məktəbliyə “şagird” əvəzinə “tələbə” deyilərsə, ədəbi dilin hansı norması pozular?

A) qrammatik və fonetik B) fonetik C) qrammatik D) leksik və fonetik E) leksik


35. “O, qanlı döyüşlərin birində vəfat etdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) orfoqrafik B) qrammatik C) orfoqrafik, leksik D) leksik, qrammatik E) leksik


36. Qeyri-rəsmi müraciət etiketləri hansıdır?

1. Vətəndaş hakim! 2. Qardaşoğlu! 3. Cənab nazir! 4. Oğlum!

A) 2, 3 B) 2, 4 C) 1, 2 D) 1, 4 E) 3, 4
37. Hansı müraciət etiketi rəsmi xarakter daşıyır?

1. Qızım! 2. Cənab! 3. Xanım! 4. Uşaqlar!

A) 2, 4 B) 1, 2 C) 1, 3 D) 2, 3 E) 3, 4
38. “Dönəm” hansı alınma sözün qarşılığı kimi meydana çıxmışdır?

A) xoşbəxtlik B) ərazi C) mərhələ D) vəziyyət E) kvorum

39. “Durum” hansı alınma sözün qarşılığı kimi meydana çıxmışdır?

A) davamiyyət B) ərazi C) əsr D) mərhələ E) vəziyyət


40. Ədəbi dil adlanır...

A) Xalq danışıq dili

B) Yalnız qrammatik qaydalara uyğun dil

C) Tələffüz normalarına uyğun dil

D) Bədii ədəbiyyatın dili

E) Tarixən müəyyənləşmiş möhkəm qayda-qanunlara tabe olan dil


41. Diplomatların nitqi natiqliyin hansı sahəsinə aiddir?

A) inzibati-idarə B) akademik C) siyasi D) bədii E) işgüzar


42. “O, Füzulinin Leyli və Məcnun poemasını əzbər bilir” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur ?

A) qrammatik və orfoqrafik B) yalnız orfoepik C) yalnız leksik

D) yalnız orfoqrafik E) leksik və qrammatik
43. “Salam gətirmişəm hüzuruna mən” ( S.Vurğun ) nümunəsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) yalnız fonetik B) fonetik, leksik C) leksik, qrammatik D) yalnız qrammatik E) yalnız leksik


44. “Televiziya verilişinə yalnız siz və qonaqlar gedəcəklər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) qrammatik C) fonetik D) leksik və qrammatik E) fonetik və leksik


45. Bəzən ifadəlilik məqsədilə nitqin ümumi tələblərinin pozulması özünü daha çox harada göstərir?

A) şifahi nitqdə B) məişətdə C) rəsmi sənədlərin dilində D) elmi əsərlərin dilində E) bədii əsərlərin dilində


46. İş adamlarının, sahibkarların çıxışları natiqliyin hansı sahəsinə aiddir?

A) siyasi B) akademik C) bədii D) inzibati-idarə E) işgüzar


47. Nitq mədəniyyətinin birinci şərti hansıdır?

A) Nitqin dəqiqliyi B) Nitqin düzgünlüyü C) Nitqin ifadəliliyi

D) Nitqin elmiliyi E) Nitqin sərbəstliyi
48. Azərbaycan Respublikası Prezidentinin Beynəlxalq forumda Qarabağ məsələsi ilə bağlı çıxışı natiqliyin hansı sahəsinə aiddir?

A) siyasi B) işgüzar C ) inzibati-idarə D) akademik E) bədii


49. Natiqlik sənətinin digər adı nədir?

A) mimika B) etiket C) ritorika D) jest E) etika


50. “Ürəyim ağrıyır” əvəzinə “Könlüm ağrıyır” ifadəsini işlətsək, ədəbi dilin hansı norması pozular?

A) leksik və qrammatik B) qrammatik C) fonetik D) leksik

E) leksik və fonetik
51. “Məcmuə, jurnal” sözünün türk mənşəli qarşılığı kimi meydana çıxmış söz

A) özəl B) ömürlük C) bilgi D) deyim E) toplu

52. “Mənbə” sözünün türk mənşəli qarşılığı kimi meydana çıxmışdır?

A) çağdaş B) qaynaq C) durum D) əyləc E) bölgə


53. “Dərsi danışmaq” əvəzinə “dərsi söylə” deyirlirsə, ədəbi dilin hansı norması pozulur?

A) leksik B) fonetik C) qrammatik D) fonetik və leksik

E) qrammatik və leksik

54. “O, şiddətli adamdır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) yalnız leksik B) yalnız orfoqrafik C) qrammatik, leksik

D) orfoepik, qrammatik E) leksik, orfoqrafik
55. “Mənə də çay tökün” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) leksik və qrammatik

E) fonetik və leksik
56. “İşə tez-tez gecikirsiz?” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) fonetik və qrammatik

E) fonetik və leksik
57. Bu ifadələrdən hansı müraciət etiketidir?

A) Bağışlayın! B) Salamat qalın! C) Allah rəhmət eləsin!

D) Yaxşı yol! E) Mübarək olsun!
58. “Şagirdlərdən ikisi dərsə hazır gəlməmişdilər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) leksik və qrammatik

E) orfoqrafik
59. “Nitq etiketi” birləşməsinin əsas tərəfini hansı sözlə əvəz etmək olar?

A) danışıq B) mədəniyyəti C) fəaliyyəti D) yarlığı E) forması


60. “. . . hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlədilən ifadələrdir” cümləsində nöqtələrin yerinə hansı ifadə yazılmalıdır?

A) Nitq etiketləri B) Nitq C) Dil D) Nitq fəaliyyəti E) Natiqlik


61. Nitqə aid edilənlərdən biri səhvdir

A) törəmədir B) fərdidir C) dəyişkəndir D) ünsiyyət vasitəsidir E) şifahi və yazılı şəkildə mövcud olur


62. Cümlədə söz sırasına əməl olunmazsa, ədəbi dilin hansı norması pozular?

A) orfoqrafik B) orfoepik C) leksik D) qrammatik E) fonetik


63. Biri natiqliyin sahəsi deyil

A) Bədii natiqlik B) Siyasi natiqlik C) İnzibati-idarə natiqliyi

D) İşgüzar natiqlik E) Publisistik natiqlik
64. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

Tarix utanmazmı yaratdığından?

Dönüb keçmişinə baxmazmı İran?

A) qrammatik B) fonetik C) leksik və qrammatik D) leksik E) fonetik və leksik


65. Professorun auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə aiddir?

A) siyasi B) bədii C) işgüzar D) akademik E) inzibati-idarə


66. “Elə iş tut ki, nə şiş yanmasın, nə kabab” cümləsində hansı norma pozulmuşdur?

A) qrammatik B) leksik C) fonetik D) fonetik və leksik E) heç bir norma


67. Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?

A) siyasi B) bədii C) işgüzar D) akademik E) inzibati-idarə


68. Hansı bənddə qrammatik norma pozulmuşdur?

A) Mən tarixi yerlərə səyahəti xoşlayıram.

B) Bu əhvalat qələmə alınmalıdır.

C) Hər iki şəxs məğlub olmayacağına inanırdı.

D) Göydən üç alma düşdü...

E) Mən də dinləyiciyəm.


69. Nitq etiketlərindən ibarət məntiqi ardıcıllığı tamamlayın

1. Allah amanında! 2. Xudahafiz! 3. Görüşənədək! 4. . . .

A) Yaxşı yol! B) Sağlığınıza qismət olsun! C) Allah şəfa versin!

D)Mübarəkdir! E) Həmişə ayaq üstdə!


70. Uyğunsuzluğu seçin

A) Nitq istisnaları – ədəbi dildəki qeyri-normativ hallar

B) Mimika – üz əzələlərinin mənalı hərəkəti

C) Nitq etiketləri – milli təfəkkürə, etnoqrafiyaya uyğun işlədilən ifadələr

D) Jest – nitqə uyğun əl-qol hərəkətləri

E) Ritorika – ədəbi dilin normaları


71. “Uşaqların çoxu dünən yola düşdülər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) qrammatik C) leksik D) fonetik və leksik E) leksik və qrammatik


72. Sözün fonetik tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan fəaliyyətinə ... deyilir

A) dil B) norma C) nitq D) ritorika E) nitq mədəniyyəti


73. Nitq etiketlərindən hamısının alınma olduğu cərgə hansıdır?

A) Oğlum, bağışlayın, buyurun

B) İraq olsun, yaxşı yol

C) Xudahafiz, əlvida, lütfən

D) Cənab, mübarəkdir, qızım

E) Xoş gördük, salam


74. Bəndlərin birində “Nitq etiketləri”nin izahı verilmişdir

A) Dildə yaranan yeni sözlər

B) Xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlənən ifadələr

C) Ədəbi dildəki qeyri-normativ hallar

D) Əl-qol hərəkətlərindən istifadə etməklə nitq emosionallığının zənginləşdirilməsi

E) Ayrı-ayrı məhəlli söz və ifadələrin işlənməsi


75. Nitq etiketlərinin məntiqi ardıcıllığını tamamlayın

Həmişə ayaq üstdə! Allah köməyiniz olsun!

A) Allah razı olsun! B) Allah amanında! C) Çox mübarəkdir! D) Salamat qalın! E) Hələlik!
76. Normalara tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə seçilir

A) şivə və dialekt B) ədəbi dil C) cənub dialekti D) xalq danışıq dili E) bədii əsərlərdə yazıçıların dili


77. “Allah amanında, uğur olsun” kimi nitq etiketləri aşağıdakılardan hansına aiddir?

A) müraciət etiketinə B) görüş etiketinə C) təbrik etiketinə D) alqış (xeyir-dua ) etiketinə E) ayrılma etiketinə


78. “Anam başımın yanında dua deyirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) leksik C) qrammatik D) leksik, qrammatik E) orfoqrafik


79. Nitq istisnaları nədir ?

A) Ayrı-ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə

B) Ədəbi dil normasının pozulması

C) Üslublardan birinin ədəbi dildə aparıcı rol oynaması

D) Müəyyən ədəbi dil normasının qeyri-məhdud işlənməsi

E) Ədəbi dildəki qeyri-normativ hallar


80. “Çayçı tez-tez təzə çay düzəldirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik norma B) fonetik norma C) qrammatik norma D) orfoepik norma E) orfoqrafik norma


81. “Qulağıma hardansa bir səs toxundu” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) orfoqrafik və leksik C) orfoqrafik D) qrammatik E) leksik və qrammatik


82. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

“Pəncərəmə hicran yazır

Damcıların naxış-naxış”. ( B . Vahabzadə )

A) Fonetik və qrammatik B) fonetik C) leksik və qrammatik D) qrammatik E) leksik və fonetik


83. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

“Göylər çənə büründükcə

Ürəyimi bürüyür qəm”. ( B. Vahabzadə )

A) leksik və qrammatik B) fonetik C) qrammatik D) fonetik və qrammatik E) leksik və fonetik


84. “Körpə quzu” birləşməsində asılı tərəfi “gənc” sözü ilə əvəz etsək, ədəbi dilin hansı norması pozulmuş olar?

A) qrammatik B) leksik C) fonetik D) leksik və qrammatik E) fonetik və qrammatik


85. Filologiya fakültəsinin müəlliminin bədii təsvir vasitələri barədə mühazirəsi natiqliyin hansı sahəsinə aiddir?

A) inzibati-idarə B) işgüzar C) bədii D) siyasi E) akademik


86. “Bir neçə məsələlər hələ də öz həllini tapmamışdır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) həm orfoqrafik, həm də leksik B) orfoqrafik C) qrammatik D) leksik E) həm qrammatik, həm də leksik


87. “Bıçağın üstündə cinayətkarın əlinin şəkli qalmışdı” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik və qrammatik B) qrammatik C) leksik D) fonetik E) fonetik və leksik



88. Beynəlxalq icmalçıların nitqi natiqliyin hansı sahəsinə aiddir?

A) siyasi B) akademik C) inzibati-idarə D) bədii E) işgüzar


89. İnsanların ədəbi dilin normalarına yiyələnməsi və gündəlik ünsiyyətdə ona əməl etməsi nə adlanır?

A) natiqlik sənəti B) nitq istisnaları C) nitq fəaliyyəti D) yarlıqlar E) nitq mədəniyyəti


90. Nümunələrdən biri düzgün nitq formasıdır?

A) Stəkan aşdı, çay süfrəyə yayıldı.

B) Xoruz çörəyi dişlədi.

C) Vaqif heç vaxt nahaq söz götürmək istəməzdi.

D) Qoyun naxırı axşamüstü kəndə qayıdırdı.

E) Qəssab təzə kəsilmiş əti parçaladı.


91. N.Gəncəvinin “Yeddi gözəl” poemasının adını dırnaqsız yazsaq və “gözəl” sözünə -lər şəkilçisini artırsaq, bu mürəkkəb adda bütövlükdə ədəbi dilin hansı norması pozulmuş olar?

A) fonetik, qrammatik B) fonetik C) qrammatik D) fonetik, leksik E) leksik, qrammatik


92. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

“Dəniz sevinirdi gəlişimizə,

Dalğalar dikəlib bizə baxırdı”. ( N. Kəsəmənli )

A) yalnız qrammatik B) leksik və qrammatik C) yalnız fonetik D) leksik və fonetik E) fonetik və qrammatik


93. Bu jest və mimikalardan biri həm müsbət, həm də mənfi çalar kəsb edir

A) gözünü ağartmaq B) alnını qırışdırmaq C) dil çıxarmaq D) göz vurmaq E) çəpik çalmaq


94. “Qağında ot bitsin” ifadəsi nitq etiketlərinin hansı növünə aiddir?

A) qarğış B) müraciət C) görüşmə D) alqış E) təbrik


95. “On birinci sinif şagirdlərinin, demək olar ki, hamısı axırıncı zəng günü münasibəti ilə akt zalına toplaşmışdılar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik, leksik B) yalnız leksik C) fonetik, leksik, qrammatik D) leksik, qrammatik E) yalnız qrammatik


96. Aşağıdakılardan hansılar orfoqrafik normalarla tənzimlənir?

1. Sözün vurğusu; 2. Defis işarəsindən istifadə; 3. Cümlədə sözlərin sırası; 4. Nitqin ifadəliliyi; 5. Sözlərin sətirdən-sətrə keçirilməsi; 6. Nitqin dəqiqliyi

A) 1, 2, 5 B) 1,3 C) 3, 4, 6 D) 2,5 E) 2, 4, 6
97. “O, uzun xəstəlikdən sonra həlak oldu” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) qrammatik C) orfoepik, leksik D) orfoqrafik, qrammatik E) orfoqrafik



98. “Hardansa qulağıma yanıqlı bir səs toxundu” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik və fonetik B) qrammatik C) fonetik D) fonetik və leksik E) leksik


99. “Dözmək olmur didərginin, qaçqınların göz yaşına” nümunəsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik B) orfoqrafik C) həm leksik, həm qrammatik D) qrammatik E) həm orfoepik, həm orfoqrafik


100. “. . qeyri-türk mənşəli sözlərin əleyhinə yönəlir və məhz həmin sözlərə qarşılıq tapmaq cəhdindən ibarətdir” fikrində nöqtələrin yerinə hansı cavab yazılmalıdır ?

A) nitqin düzgünlüyü və dəqiqliyi B) Azərbaycan lüğətçiliyi C) nitq istisnaları D) özləşmə E) natiqlik



Nitq mədəniyyəti mövzusuna aid sual-cavab
1. Azərbaycan milli mədəniyyətinin, o cümlədən nitq mədəniyyətimizin əsas qoruyucusu, daşıyıcısı kimdir?

Azərbaycan xalqı

2. Nitq mədəniyyətinin əsas şərtləri nədir?

Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi

3. Tələb olunan sözü, cümləni, ifadəni tapmaqla nitq mədəniyyətinin hansı şərti müəyyən edilir?

Nitqin dəqiqliyi

4. Nitqin düzgünlüyünün əsas şərti nədir?

Fonetik, leksik, qrammatik qayda-qanunlara əməl edilməsi

5. Nitqin ifadəliliyi dedikdə nə başa düşülür?

Müvafiq dil vahidindən ən uğurlusunu işlətmək

6. “Hamı danışdılar” cümləsində nitqin hansı tələbi pozulub?

Ümumi, qrammatik norma pozulub. “Hamı danışdı” şəklində ifadə olunmalıdır. Çünki mübtəda təkdir, xəbər də təkdə olmalıdır.

7. Dil ünsiyyət vasitəsi olmaqla nədən ibarətdir?

Mücərrəd işarələr sistemindən

8. Nitq nədir?

Ünsiyyət prosesidir.

9. Nitq necə yaranır?

Məlumatın tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.

10. Nitq nədən törəyir?

Dildən


11. Tarixən dil çox dəyişir, yoxsa nitq?

Nitq


12. Ədəbi dilin hansı formaları var?

Yazılı və şifahi

13. Nitq nələrin qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir?

İctimai, psixoloji və fizioloji tərəflərin

14. Nitqin hansı təzahür formaları var?

Dinləyib anlama, danışma, oxu və yazı

15. Azərbaycan ədəbi dili nəyin əsasında fəaliyyət göstərir?

Ədəbi dil normalarına uyğun fəaliyyət göstərən danışıq dili əsasında



16. Ədəbi dilin hansı normaları var?

Fonetik , leksik,qrammatik

17. Müasir şifahi ədəbi dil nəyin hesabına formalaşır?

Radio və televiziyanın

18. Ədəbi dildə işlənməyən sözlərə nə deyilir?

Normativ olmayan sözlər

19. Ədəbi dilin hansı normaları var?

Fonetik, leksik, qrammatik

20. Sözlərin semantik tutumu nə deməkdir?

Sözlərin leksik mənası

21. Dilin fonetik quruluşuna hansı normalar daxildir?

Orfoepik və orfoqrafik

22. Leksik normanın əsas tələbi nədir?

Sözün yerində düzgün işlənməsi

23. Semantika nə deməkdir?

Məna, məzmun

24. Dildə özləşmə meyli nə deməkdir?

Alınma sözlərin yerində millisini – öz sözlərimizi işlətmək

25. İstənilən söz yaradıcılığı dildə “özləşmə” adlana bilərmi?

Xeyr

26. Azərbaycan ədəbi dilində özləşmə üçün əsas şərait nə vaxt yarandı?



Azərbaycan xalqı müstəqillik qazanandan sonra

27. Ədəbi dildə özləşmə necə yaranır?

Üç yolla: 1) qədim mənbələrdən, xalq dilindən söz götürülməsi, yaxud mövcud oxşarlıq yaradılması yolu ilə ( bəy, bildiriş, məlumat, başqan – sədr );

2) Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı .“Söz partlayışı” yolu ilə (soyuducu, əyləc );

3) Türk dillərinin təsiri ilə (olay – hadisə, durum – vəziyyət, çağdaş – müasir)

28. Leksik vahidlərin dildə qeyri-türk mənşəli qarşılığı ilə paralel işlənməsi nə adlanır?

Sinonimlik (dublet)

29. Qrammatik normanın əsas tələbi nədir?

Sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulması

30. “Qrammatik norma” dedikdə nələr nəzərdə tutulur?

Miqdar sayından sonra gələn isimlər tək şəkildə işlənir, adlara əvvəlcə kəmiyyət, sonra mənsubiyyət, hal və xəbərlik şəkilçisi artırılır.

31. Cümlə üzvlərinin sırası necədir?

Mübtəda, tamamlıq, təyin, zərflik, xəbər

32. Bəs cümlədə təyinin yeri haradadır?

İzah etdiyi üzvün əvvəlində

33. Dildə söz sırasının pozulması nə adlanır?

İnversiya

34. Nitq normaları necə kateqoriyadır?

Tarixi

35. “Kateqoriya” sözünün mənası nədir?



Anlayış

36. Ədəbi dilin hansı normalarında dəyişmə ləng gedir?

Fonetik və qrammatik normalarında

37. Sabitliyin az olduğu norma hansıdır?

Leksik norma, yəni bəzi sözlər köhnəlir, yeni sözlər əmələ gəlir.

38. Nitq normalarının tarixiliyi nəyin nəticəsidir?

Ədəbi dilin inkişafının

39. Kimə natiq demək olar?

Düzgün, dəqiq, ifadəli nitqə malik olanlara

40. Natiqlik sənətinin əsas tələbləri nədir?

1. Düzgün, dəqiq və ifadəli danışmaq

2. Dinləyicilərin səviyyəsini nəzərə almaq

3. Nitqin intonasiyasına fikir vermək

4. Yığcam danışmaq

5. Çıxışa əvvəlcədən hazırlaşmaq, sonra onu təhlil etmək

41. Ən qədim (antik) dövrün natiqlərindən kimi tanıyırsınız?

Aristotel, Platon, Demosfen, Siseron və başqalarını

42. XI əsrdə Bağdad mədrəsəsində kitabxana müdiri işləmiş Azərbaycan natiqi kimdir?

Xətib Təbrizi

43. Natiqlik sənətinin hansı mühüm şərti jest adlanır?

Nitqin intonasiyasına, ritminə uyğun əl-qol hərəkətləri etmək

44. Nitq prosesində üz əzələlərinin mənalı hərəkətlərinə nə deyilir?

Mimika

45. Nitqdə mimika və jestlərin əhəmiyyəti nədir?



Nitqi təsirli və emosional edir.

46. Alimin nitqi hansı natiqliyə aiddir?

Akademik natiqliyə

47. Prezidentin BMT-də çıxışı hansı natiqliyə aiddir?

Siyasi natiqliyə

48. Məktəbin pedaqoji yığıncağında direktorun çıxışı hansı natiqliyə aiddir?

İnzibati-idarə natiqliyinə

49. Televiziyada aparıcı elan oxuyur. Bu, hansı natiqlikdir?

İşgüzar natiqlik

50. Nitq etiketləri, yaxud yarlıqlar nəyin göstəricisidir?

Nitq mədəniyyətinin
Nitq mədəniyyəti

Testlərin cavabları

1. E; 2. D; 3. A; 4. D; 5. E; 6. B; 7. C; 8. D; 9. C; 10. B; 11. D; 12. B; 13. B; 14. E; 15. B; 16. E; 17. E; 18. C; 19. C; 20. B; 21. A; 22. B; 23. B; 24. E; 25. D; 26. C; 27. C; 28. A; 29. B; 30. D; 31. B; 32. D; 33. C; 34. E; 35. E; 36. B; 37. D; 38. C; 39. E; 40. E; 41. C; 42. D; 43. D; 44. B; 45. E; 46. E; 47. B; 48. A; 49. C; 50. D; 51. E; 52. B; 53. A; 54. A; 55. B; 56. A; 57. A; 58. C; 59. D; 60. A; 61. D; 62. D; 63. E; 64. A; 65. D; 66. A; 67. E; 68. C; 69. A; 70. E; 71 B; 72. E; 73. C; 74. B; 75. A; 76. D; 77. D; 78. B; 79. E; 80. A; 81. A; 82. D; 83. C; 84. B; 85. E; 86. C; 87. C; 88. A; 89. E; 90. C; 91. A; 92. A; 93. E; 94. A; 95. D; 96. D; 97. A; 98. E; 99. D; 100. D



İstifadə olunmuş ədəbiyyat:

1. Nadir Abdullayev, Zabit Məmmədov. “Nitq mədəniyyəti məsələləri”. Bakı, 1998

2. Nadir Abdullayev. “Müəllimin nitq mədəniyyəti”. Bakı, 2013

3. Həsrət Həsənov. “Nitq mədəniyyəti və üslubiyyatın əsasları”. Bakı, 1999

4. “Hədəf” kursları. Şəmil Sadiq, Elxan Nəcəfov, Arif Əsədov. “Azərbaycan dili” – 2011

5. Möhsün Nağısoylu, Mehman Zeynallı, Səbuhi Hüseynov. “Azərbaycan dili” – 2012

6. Test bankı. II hissə – 2001

7. Azərbaycan dili. TQDK – 2008

8. Saməddin İbrahimov. “Azərbaycan dili”, 5-11-2001

9. Azərbaycan dili, X sinif , “Dərslik” – 2013

10. “Zirvə kursları”. Test bankı – 2014

Çapa imzalanıb: 20.02.2016.

Ofset çap üsulu. Formatı 60x84 1/16.

Fiziki həcmi 2,5 ç.v. Sayı 000.




Yüklə 187,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə