Əbədiyyət yolçuları
2
MƏSLƏHƏTÇİ:
Eldar İSKƏNDƏRZADƏ
Şair, AYB-nin, AJB-nin və Azərbaycan
Kinematoqrafçılar İttifaqının üzvü.
Xalid MAHMUD.
«Əbədiyyət yolçuları »
Bakı,
“Nəşriyyat”, 2016, 160səh.
Bu kitabda dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşərək
qəhrəmanlıqlar göstərən və bu yolda canlarından keçərək şəhid-
lik zirvəsinə ucalan Lerik rayonunun mübariz övladlarının qısa
həyat yolu əks olunub. Kitab geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
_____________ гриф.
© Nəşriyyat, 2016
© X. Mahmud, 2016
Əbədiyyət yolçuları
4
FƏXRƏDDİN ŞAHBAZOV
(1950-1991)
Şahbazov Fəxrəddin İbrahim oğlu-
22 yanvar 1950-ci ildə Bakı şəhə-
rində anadan olub. Əslən Lerik ra-
yonunun Göydərə kəndindən olan
Fəxrəddin 1957-1967-ci illərdə
Bakı şəhərindəki 20 saylı orta
məktəbdə təhsil alıb. 1969-1971-ci illərdə sovet ordu sırala-
rında xidmət edib. 1972-ci ildən Azərbaycan Teleradio
Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator
peşəsində çalışıb.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları
Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından
zorla çıxarması Fəxrəddini də narahat edirdi. Fəxrəddin
könüllü olaraq cəbhəyə gedib qaynar döyüş meydanlarından
reportajlar hazırlayar və xalqa, eləcə də xarici ölkələrə çatdı-
rardı. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz
vəhşiliklər törədərək dinc sakinləri qətlə yetirib, kəndlər
yandırmışdılar. 20 noyabr 1991-ci ildə dövlət nümayəndələri
hadisəni araşdırmaq üçün Mİ-8vertolyotu ilə Xocavənd
rayonuna yola düşürlər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında erməni terro-
ru nəticəsində vertolyot vurularaq yerə salınır. Vertoliyotun
bütün heyyəti ilə bərabər Şahbazov Fəxrəddin də şəhid olur.
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il
tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim
oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adı
verilir.