10 yanvar 2018-ci il, çərşənbə 4



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü1,1 Mb.
#60931


10 yanvar 2018-ci il, çərşənbə

4

 

ˆ

Multikulturalizm dünyada və ya hər hansı dövlətdə 



mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına 

yönəlmiş nəzəriyyə, siyasətdir. Onun ən mühüm özəlliyi 

assimilyasiyaya qarşı olmasıdır.  Multikulturalizm və tolerantlıq 

həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə 

etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. 

Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların 

ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. 

Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, 

demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin 

bərqərar edilməsi deməkdir.

Çoxmədəniyyətlilik ideyasının 

bu və ya digər cəmiyyətdə davamlığı 

üçün ən zəruri amil həmin cəmiyyət 

üzvləri arasında qarşılıqlı dözümlü-

lük – tolerantlıq hissinin olmasıdır. 

Bunsuz humanizm, yüksək fərdi və 

beynəlxalq münasibətlər, insanlar ara-

sında qarşılıqlı anlaşma, zənginləşmə, 

dostluq və əməkdaşlıq mümkün 

deyildir.  Müasir dövrdə tolerantlıq 

ənənələrinin təbliğini və yayılma-

sını əhəmiyyətsiz hesab edənlər 

var.  Qərb siyasətçilərinin fikrincə, 

əgər bir cəmiyyətdə dini, milli, irqi 

mənsubiyyətindən asılı olmayaraq, 

insan hüquq və azadlıqları təmin 

edilirsə, demək, həmin cəmiyyət 

tolerantdır və onun ayrıca təbliğinə 

ehtiyac yoxdur.

İlk baxışdan məntiqli yanaş-

ma kimi qəbul edilə bilər. Bunun 

əleyhdarları da elə qərblilərdir. 

Ona görə ki, tolerantlıq təkcə hü-

quq deyil, həm də mədəniyyət və 

mənəviyyat məsələsidir. Dünyada 

tolerant cəmiyyətlərin tarixi əsrlərlə 

ölçülür. Amma hüquqi, demokratik, 

dünyəvi dövlətin tarixi iki əsrdən 

o yana keçmir. Deməli, tolerant-

lıq hüquqi dövlətin yox, mədəni 

və mənəvi cəhətdən inkişaf etmiş 

cəmiyyətin məhsuludur. Əslində, bu 

gün Azərbaycanı və azərbaycanlıları 

başqalarından fərqləndirən xüsusiyyət 

də məhz budur. Əgər tolerantlıq bir 

avropalının hüquqi vəzifəsidirsə, 

azərbaycanlı üçün mənəvi tələbat və 

mədəni normadır.

Tolerantlığın minimum şərtlərinə 

əsasən, dini çoxluq dini azlığa nəinki 

hörmətlə yanaşmalı, həm də onun 

öz inancına uyğun yaşamasına mane 

olmamalıdır. Minimum şərtlərin 

təmin edildiyi cəmiyyətlərlə bağlı bir 

neçə nümunə göstərmək mümkündür. 

Ancaq Azərbaycandakı dözümlülük 

mühitinin səviyyəsi tolerantlığın 

minimum şərtlərini və tələblərini 

çoxdan ötüb. Azərbaycanlılar tarixən 

dini azlıqlara hörmətlə yanaşaraq, 

onların öz inanclarına uyğun yaşa-

malarına nəinki, mane olmayıblar, 

hətta buna şərait yaradıblar. Başqa cür 

desək, azərbaycanlılar hər zaman dini 

azlıqların himayədarı və müdafiəçisi 

qismində çıxış ediblər.

Bu ideyanın kökləri qədim tarixə 

malikdir. Bütün səmavi dinlərdə 

ideyanın əsaslarını görə bilərik. 

Azərbaycan da bu sahədə dünya 

üçün örnək ola biləcək modeldir. 

Azərbaycan zəngin və mürəkkəb 

tarixi olan ölkədir. Çoxallahlılıqdan, 

şamançılıqdan və bütpərəstlikdən 

tutmuş səmavi dinlərə (yəhudilik, 

xristianlıq və islam) qədər dünya-

nın bütün məşhur dinləri burada 

öz izlərini buraxmışdır. Bunun 

nəticəsidir ki, çoxsaylı etnosların 

Azərbaycanda yaşamasına və etnik 

tərkibin müxtəlif olmasına baxma-

yaraq, minilliklər boyu heç bir milli, 

dini azlıq buradan başqa bir əraziyə 

köçməmiş və köçürülməmiş, hər bir 

etnos milli və dini kimliyini qoruyub 

saxlamışdır. Müxtəlif tarixi dövrlərdə 

öz torpaqlarında sıxışdırılan bəzi 

konfessiya nümayəndələri, dini-et-

nik qruplar Vətənimizə sığınmış və 

cəmiyyətimizin ayrılmaz hissəsinə 

çevrilərək, ayinlərini rahat yerinə 

yetirmək imkanı əldə etmiş, yerli 

əhali ilə qaynayıb-qarışmışlar.

Respublikamızda müxtəlif 

dini konfessiyalar tərəfindən ibadət 

evlərinin tikintisinə və bərpasına fərqli 

dini icmaların nümayəndələrinin 

maddi və mənəvi dəstək verməsi, 

ianələr toplaması tarixi keçmişimizdən 

qalan mütərəqqi ənənədir. XIX əsrin 

sonlarına yaxın Bakı şəhərində “Qızılı 

kilsə” kimi tanınan “Aleksandr Nevs-

ki” kilsəsinin inşası üçün toplanmış 

ianənin böyük hissəsini müsəlmanların 

verməsi dünya tolerantlıq tarixinin 

ən parlaq səhifəsidir. 1907-ci ildə 

H.Z.Tağıyev tərəfindən tikdirilən Rus 

Pravoslav Kilsəsinin Jen Mironosets 

Baş Kafedral kilsəsi, təxminən, 100 

ildən sonra müsəlman iş adamı Aydın 

Qurbanovun maliyyə dəstəyi ilə bərpa 

olunmuşdur.

Çar Rusiyasının Şimali 

Azərbaycan ərazilərinə sahib ol-

ması ilə xalqın ənənəsinə zidd olan 

yabançı dəyərlər təbliğ edilməyə, 

sırınmağa başlanmışdı. İşğalçılar öz 

müstəmləkəçiliyini bu torpaqlarda 

hökmran etmək üçün etnik-dini qar-

şıdurma yaratmaq siyasəti aparmışdı. 

Çarizm müsəlmanların dini birliyinin 

qorunması əvəzinə, məzhəb fərqini 

şişirtməklə sünni-şiə başçılarını bir-

birinə qarşı qoymuşdu. Azərbaycan 

ziyalıları isə iki məzhəb arasında 

qızışdırılan ixtilafların qarşısını 

almağa nail olmuşlar. Lakin 1918-ci 

il 28 mayda Şərqdə ilk demokratik 

respublika olan Azərbaycan Demok-

ratik Respublikası qurulduqdan sonra 

ölkədə İslama qarşı ayrı-seçkiliyə 

son qoyulmuşdur. ADR hökuməti  

Qafqaz müsəlmanlarının vahid ruhani 

idarəsini yaratmaqla məzhəblərarası 

gərginlik üçün çalışanlara mane 

olmuşdur. Şərqdə ilk peşəkar teatrın, 

qəzetin, operanın və baletində əsası 

Azərbaycanda qoyulmuşdur. Ən 

önəmlisi odur ki, Azərbaycanda 

həm maarifçi hərəkatın yaradıcıları-

nın, həm də Xalq Cümhuriyyətinin 

qurucularının və ideoloqlarının böyük 

əksəriyyəti ruhani ailəsindən və dini 

təhsil ocağından, mədrəsədən çıxmış-

lar (Qafqaz Şeyxülislamının nəvəsi 

Əli bəy Hüseynzadə, Azərbaycan 

Xalq Cümhuriyyətinin əsas qurucusu 

və ideoloqu, Bakı ruhanisinin oğlu 

Məhəmməd Əmin Rəsulzadə və s.).

Bu cür faktlar və nümunələr 

kifayət qədərdir. Hətta onların 

içərisində eləsi də var ki, dünyanın 

hansısa ölkəsində və tarixin hansısa 

səhifəsində oxşarını tapmaq qey-

ri-mümkündür. Hazırda müxtəlif 

dinlərin nümayəndələri çox vaxt ya 

rəsmi qəbul və görüşlərdə, ya da 

dinlərarası dialoq və tolerantlıqla 

bağlı tədbirlərdə bir araya gəlirlər. 

Başqa sözlə, dini konfessiyala-

rın rəhbərlərinin görüşü, hətta bir 

süfrə arxasında əyləşmələri və şəkil 

çəkdirmələri protokol qaydaların-

dan kənara çıxmır. Lakin bu cür 

protokol qaydaları Azərbaycanda 

fəaliyyət göstərən dini konfessiya-

ların rəhbərləri üçün yaddır. Qaf-

qaz Müsəlmanları İdarəsinin sədri 

Şeyxülislam Allahşükür Paşazadə, 

Rus Pravoslav Kilsəsinin Bakı və 

Azərbaycan Yeparxiyasının arxiyepis-

kopu Aleksandr İşein, Dağ Yəhudiləri 

Dini İcmasının sədri Milix Yevdayev, 

Katolik İcmasının rəhbəri Vladimir 

Fekete və Avropa Yəhudiləri Dini 

İcmasının sədri Gennadi Zelmanoviç 

bir-birinə dost, qardaş münasibəti 

göstərirlər. Dini icma liderlərinin tez-

tez görüşmələri, məsləhət-məşvərət 

etmələri, müxtəlif tədbirlərdə birgə 

iştirak etmələri adi haldır. Bu, təkcə 

qarşılıqlı hörmət yox, həm də bir-

birinə etimad deməkdir. Onların bu 

cür birliyinə çoxları heyrət və qibtə 

edir. Axı qibtə etməmək mümkün də 

deyil! Təsəvvür edin ki, Şeyxülis-

lam mübarək Ramazan ayında iftar 

süfrəsi təşkil edir və ölkə Prezidenti 

İlham Əliyevin sağında o, solunda isə 

digər dini konfessiyaların rəhbərləri 

əyləşirlər. Üstəlik, iftar süfrəsində 

yalnız Şeyxülislam deyil, digər dini 

konfessiyaların nümayəndələri də 

çıxış edirlər.

Başqa bir nümunə: Müsəl-

manların Ramazan ayında təşkil 

etdikləri iftar süfrələrində digər 

dinlərin nümayəndələrinin iştirak 

etməsi praktikası mövcuddur. Qəbələ 

rayonunun Nic qəsəbəsində toplum 

halda yaşayan udi xristianlarının 

məhz kilsədə qəsəbənin müsəlman 

icması üçün iftar süfrəsi təşkil etməsi 

bütün dünya üçün örnək nümunəyə 

çevrilib.

Tolerantlığa zəmin yaradan iqtisa-

di amillərdən danışarkən, ilk növbədə, 

Azərbaycanın tarixi İpək yolunun 

üzərində yerləşməsi xüsusi qeyd 

olunmalıdır. Uzaq Çindən başlayan və 

Avropanın qurtaracağında bitən İpək 

yoluna təkcə ticarət yolu və iqtisadi 

məsələ kimi baxmaq olmaz. Bu yolla 

həm ipək və müxtəlif məhsullar da-

şınmış, həm də insanlar, fərqli dinlər, 

mədəniyyətlər səyahət etmişdir.

Digər amil dindir. İslam tolerant 

din olmasaydı, onun mənsublarının 

yaşadığı Azərbaycanda indiki 

səviyyədə dözümlülük mədəniyyəti 

formalaşa bilməzdi. Çünki dinimizə 

görə, bütün insanlar və millətlər 

bərabərdir, ali irq, ali millət anlayışı 

yoxdur. Qurani-Kərim buyurur: “Ey 

insanlar! Biz sizi bir kişi və bir qadın-

dan (Adəm və Həvvadan) yaratdıq. 

Sonra bir-birinizi tanıyasınız (kimli-

yinizi biləsiniz) deyə, sizi xalqlara və 

qəbilələrə ayırdıq...” (Hucurat, 13). 

Peyğəmbərimizin hədisi-şərifində bu 

fikir daha da konkretləşdirilir: “Heç 

bir ərəb qeyri-ərəbə nisbətən hansısa 

üstünlüyə malik deyil. Eləcə də qeyri-

ərəb zənciyə nisbətən, zənci ağ adama 

nisbətən hansısa üstünlüyə malik de-

yil”. Qurani-Kərimdə insanlara bəyan 

edilir: “Dində məcburiyyət (zorakılıq) 

yoxdur...” (2:256). 

Göründüyü kimi, İslam prinsipial 

şəkildə insanların vicdan və seçim 

azadlığına müdaxilə edilməsinə icazə 

vermir. Buna görə də İslam dini 

sürətlə yayılarkən xristian, yəhudi 

məbədlərinə toxunulmamış, həmin 

dinlərin mənsublarının öz inanclarına 

uyğun yaşamalarına şərait yaradılmış-

dır. İslamdan gələn bu cür dözüm-

lülük Azərbaycan xalqının etnik 

xüsusiyyətlərindən qaynaqlanan tole-

rantlıqla çulğaşaraq, daha rəngarəng 

və mükəmməl bir forma almış və 

zəngin mədəni sərvətə çevrilmişdir. 

İslam Azərbaycan xalqının ondan 

öncəki dinlər və müxtəlif inanclar 

vasitəsilə əldə etdiyi mədəni və 

mənəvi sərvəti məhv etməmiş, əksinə, 

onu daha da zənginləşdirmişdir 

(Şəkidəki Kiş məbədi, Bakıda 

atəşpərəstlər tərəfindən tikilmiş qədim 

Atəşgah məbədi).

Şübhəsiz ki, bütün bu sadaladı-

ğımız dəyərlər yalnız düşünülmüş 

dövlət siyasəti nəticəsində daha da 

möhkəmlənə bilərdi. Məhz ulu öndər 

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 

müddətdə dini konfessiyalar arasında 

dözümlülük mühitinin daha da inkişaf 

etdirilməsi sahəsində dönüş yaranmış, 

dövlətlə dini qurumların münasibəti 

yeni mərhələyə qədəm qoymuşdur. 

Yeni tarixi şəraitdə Azərbaycanın 

qarşılaşdığı böhranlardan çıxaraq 

özünə güvənməsi üçün ümumi bir 

konsepsiyaya ehtiyac var idi. Bu 

ideologiya həm milli adət-ənənələrə 

və dini-mənəvi dəyərlərə söykənməli, 

həm də ölkəmizin çağdaş dünyaya 

qovuşmasını təmin etməli idi. Ona 

görə də Heydər Əliyev ölkənin dinə 

və dindarlara münasibətini düzgün və 

sağlam müstəvidə həll etməyə baş-

ladı, dəfələrlə din xadimləri (yəhudi, 

xristian, İslam) ilə görüşlər keçirdi. 

Ulu öndər bu barədə çıxışlarının 

birində qeyd edirdi: “Dövlət, ölkə 

nə qədər çox xalqı birləşdirsə, bir o 

qədər zəngin olur, çünki bunların hər 

biri ümumdünya mədəniyyətinə və 

sivilizasiyasına öz töhfəsini verir”. 

Məhz onun dövründə dinlərarası 

dialoqla bağlı bir sıra beynəlxalq 

tədbirlər baş tutmuş, multikultural 

siyasət özünün pik həddinə çatmışdır.

Ümummilli liderin siyasi 

kursunun davamçısı Azərbaycan 

Respublikasının Prezidenti cənab 

İlham Əliyev də həmin irsi yaşadır. 

Bu gün dünyada tolerantlıq örnəyi 

kimi tanınan Azərbaycan sivilizasi-

yalararası dialoqun, beynəlxalq sülh 

və təhlükəsizliyin təmin olunması 

istiqamətində ardıcıl olaraq təşəbbüs 

və çağırışlarla çıxış edir. Son illər 

ölkəmizdə beynəlxalq humanitar 

forumların, dünya dini liderlərinin 

sammitlərinin keçirilməsi, Beynəlxalq 

Tolerantlıq Gününün yüksək 

səviyyədə, ayrı-ayrı konfessiyaların 

nümayəndələrinin iştirakı ilə qeyd 

olunması, bəşəriyyəti narahat edən 

qlobal problemlər ətrafında birgə 

müzakirələrin aparılması bunun bariz 

nümunəsidir.

Azərbaycan dövləti formalaş-

mış din siyasətini təkcə daxildə 

həyata keçirməklə kifayətlənmir. 

Belə ki, bu gün Azərbaycan özünün 

tolerantlıq fəlsəfəsini dünyaya ixrac 

etməyi hədəfləmişdir. Bu sahədə 

hökumət multikulturalizm, dinlər və 

mədəniyyətlərarası dialoq sahəsində 

müxtəlif tərəflərin bir araya gəlməsi 

istiqamətində çoxsaylı tədbirlərə – 

beynəlxalq və regional konfranslara, 

forumlara ev sahibliyi etmişdir.

Bu baxımdan Heydər Əliyev 

Fondu da fəaliyyət göstərdiyi müddətdə 

qarşısına qoyduğu başlıca məqsəd 

kimi ulu öndərin milli dövlətçilik 

ideyasının həyata keçirilməsi və 

təbliği istiqamətində ölkə daxilində 

və xaricində böyük işlər görmüşdür. 

Bu uğurlu fəaliyyətin təminatçısı 

Azərbaycanın birinci xanımı, Heydər 

Əliyev Fondunun prezidenti Mehriban 

xanım Əliyevaya əməyinin nəticəsi 

olaraq, 2006-cı ildə ISESCO-nun 

(İslam Təhsil, Elm və Mədəniyyət 

Təşkilatı) xoşməramlı səfiri, 2008-ci 

ildə “İƏT-nin humanitar məsələlər 

üzrə xüsusi elçisi” statusuna dair 

diplom təqdim edilmişdir. Bunun 

nəticəsidir ki, ISESCO-nun qəbul 

etdiyi qətnaməyə əsasən, Bakı (2009) 

və Naxçıvan (2018) şəhərləri İslam 

mədəniyyətinin paytaxtları elan 

olunmuşdur. Fond, həmçinin “To-

lerantlığın ünvanı – Azərbaycan” 

layihəsi çərçivəsində nəhəng işlərə 

imza atmışdır. Belə ki, ölkə daxilində 

və xaricində müxtəlif dini konfessi-

yalara mənsub ibadət ocaqları inşa və 

ya bərpa edilmiş, xalqımızın tolerant-

lıq ənənələrinin beynəlxalq aləmdə 

təbliği məqsədilə foto-sərgilər təşkil 

edilmişdir.

Bir sözlə, tarixən dinlərin və 

mədəniyyətlərin qovşağı olmuş 

ölkəmiz bu gün də eyni funksiyanı 

uğurla yerinə yetirir. Çoxmillətli 

Azərbaycan artıq dünyanın nəzərində 

nümunəvi bir dövlətdir. Ölkəmiz dün-

yanın multikulturalizm, tolerantlıq, 

dözümlülük, humanitar əməkdaşlıq 

mərkəzinə çevrilib və bundan xalqı-

mız da, dövlətimiz də qürur duyur.

Azərbaycan Respublikası-

nın Prezidenti İlham Əliyevin 

Azərbaycanda multikulturalizmlə 

bağlı fikirləri bunu təsdiq edir: “Mul-

tikulturalizm Azərbaycanda dövlət 

siyasətidir. Qeyd etməliyəm ki, artıq 

tarixi keçmişimiz də bunu diktə edir. 

Eyni zamanda, multikulturalizm 

Azərbaycanda həyat tərzidir. Biz 

gündəlik həyatımızda bu prinsiplər 

əsasında fəaliyyət göstəririk. Bu 

prinsiplər cəmiyyətin mütləq 

əksəriyyəti tərəfindən dəstəklənir, 

müdafiə edilir”.

Rahu ŞİRİNOVA, 

Azərbaycan Respublikasının 

Prezidenti yanında Dövlət 

İdarəçilik Akademiyasının  

magistrantı 

AZƏRBAYCAN

Multikultural dəyərlər və

Oftalmoloqların Cocuq Mərcanlıda humanitar aksiyası

 

ˆ

Akademik Zərifə Əliyeva adına Milli 



Oftalmologiya Mərkəzinin bölgələrdə keçirdiyi 

humanitar aksiya davam edir. Mərkəzin 15 nəfərlik 

həkim heyəti səyyar klinika ilə bu dəfə Cəbrayıl 

rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı 

kəndinin sakinlərinə xidmət göstərib. Bu barədə 

oftalmologiya mərkəzinin elmi–təşkilat bölməsinin 

rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva 

məlumat verib.

Y. Abdiyeva bildirib ki, 

müəyyən səbəblərə görə, bəzən 

bölgələrdən sakinlərin Bakı-

ya gələrək müayinə olunması 

çətinlik yaradır. Bu məqsədlə də 

mərkəzin ən yüksək texnologiya 

ilə təchiz olunan səyyar klinika-

sı ölkə əhalisinə yerlərdə xidmət 

göstərir. 2005-ci ildən indiyədək 

səyyar klinika respublikanın ra-

yon və şəhərlərində bu qəbildən 

125 aksiya keçirib. 

O, həmçinin qeyd edib 

ki, mərkəzin Azərbaycanın 

rayon və şəhərlərində həyata 

keçirdiyi tibbi aksiyalar ölkədə 

səhiyyə ilə bağlı reallaşdırılan 

layihələrin tərkib hissəsidir. 

Aksiyaların keçirilməsində 

məqsəd pasiyentlərin səhhətində 

olan problemlərin həllinə kömək 

göstərmək, göz xəstəlikləri ilə 

bağlı monitorinqlər aparmaq, 

əldə edilən nəticələri müzakirə 

etmək və problemlərin həllinə 

çalışmaqdır. Oftalmoloqlar bu 

aksiyalarda, maarifləndirmə 

işləri ilə də məşğul olublar.  

Onlar yerli sakinlərə bildiriblər 

ki, göz insan orqanizminin çox 

zərif və həssas bir üzvüdür. 

Ətraf mühitdən 

məlumatların 90 faizini göz 

vasitəsilə aldığımızdan, onları 

qorumaq hər kəsin ən ümdə 

borcudur. Özünü yeniləməyən, 

dəyişməyən yeganə orqan 

olan gözlər vaxtında müayinə 

və müalicə olunmadıqda həlli 

müşkül problemlər yaranır ki, 

bəzən də onların müalicəsi qey-

ri-mümkündür. Oftalmoloqlar 

bu gün korluğun, zəif görmənin 

və digər xəstəliklərin qarşısını 

almaq üçün əvvəlcədən bir sıra 

profilaktik tədbirlər görürlər ki, 

bu, sözsüz, öz səmərəsini verir.

Bölmə rəhbəri işğaldan 

azad edilən, abadlaşan, tikin-

ti-quruculuq işlərinin davam 

etdiyi bu bölgəyə səfərinin həm 

də çox qürurverici olduğunu 

bildirərək 2016-cı ildə 2–5 

aprel döyüşlərində Lələtəpə 

yüksəkliyi azad edildikdən 

sonra kəndin bərpasına şərait 

yarandığını və bərpadan sonra 

Qarabağa ilk qayıdışın baş-

ladığını xatırladıb. Qoy bu 

sakinlər görsünlər ki, dövlətimiz 

və hökumətimiz Cocuq 

Mərcanlılara yaşayış üçün yara-

dılan bu şəraitlə kifayətlənmir, 

onların sağlamlıqlarını da daim 

diqqət mərkəzində saxlayır. 

Qeyd edək ki, aksiya 

çərçivəsində Cocuq Mərcanlıda 

120-dən çox xəstə müayinə 

edilib.  Yerli sakinlər öz 

növbələrində  görüş, müayinə 

və tövsiyələr üçün mərkəzin 

rəhbərliyinə və kollektivinə 

təşəkkür edib, onlara göstərilən 

qayğı və diqqət üçün 

Azərbaycan Prezidenti İlham 

Əliyevə minnətdarlıq ifadə 

ediblər.


Zərifə HÜSEYNOVA, 

“Xalq qəzeti”

Azərbaycan xarici mediada 

 

ˆ

Son dövrlər Azərbaycanın dünyada artan imici xarici  kütləvi 



informasiya vasitələrinin diqqət mərkəzindədir.  Ölkəmizdə keçirilən 

beynəlxalq tədbirlər, forumlar  və idman yarışları   respublikamıza  turist 

axınının artması xarici mətbuatın da diqqətindən yayınmır. 

Fransanın kütləvi informasiya 

vasitələrində ölkəmizlə bağlı  çox sayda 

məqalə  yer alır. Fransanın  “LaCroix” 

portalında Azərbaycanla bağlı silsilə 

məqalələr yayımlanıb. Müəllif Pola Buaye 

ölkəmizin əsrarəngiz təbiətindən, qədim ta-

rixi abidələrindən, milli adət-ənənələrindən, 

müxtəlif millətlərin və dinlərin 

nümayəndələrinin mehriban yaşamasından, 

burada mövcud olan xristian kilsələrindən  

bəhs edir.

Müəllif Xınalıq və Qırız kəndlərinin  

dünyada ən yüksək yaşayış məskənlərindən 

olduğunu bildirir.  Azərbaycan təbiətinin fü-

sunkarlığından bəhs edən P.Buaye bildirib 

ki, burada ilin bütün fəsillərində təbiətin 

əsrarəngiz mənzərələrini görmək olar.

Məqalədə həmçinin Azərbaycanın  

qədim tarixi abidələrindən olan Şəki və 

Qəbələdəki alban məbədləri barədə də 

məlumat verilir. Şəki Xan  Sarayının   

nadir memarlıq incilərindən biri olduğu 

vurğulanır. Müəllif ölkəmizin  məşhur 

şəbəkə sənətini yüksək dəyərləndirərək 

bildirir ki, bu qədim sənət Şəkidə hələ də 

qorunub saxlanılır.

Ülviyyə VAHİDQIZI, “Xalq qəzeti”

Rusiyalı tarixçi erməni terrorizmindən 

bəhs edən sənədli film üzərində işləyir

 

ˆ

Ermənistanın Rusiyada 



terrorizm ideologiyasını necə müdafiə 

etməsi ilə bağlı xeyli sayda sənədlər 

var. Bu faktlarla sənədli film çəkmək 

olar. Filmin ssenarisi artıq hazırdır, 

hətta müəyyən kadrlar da çəkilib. 

Düşünürəm ki, yanvarın sonu – 

fevralın əvvəllərində filmi yekunlaşdıra 

biləcəyəm. 

Bu sözləri AZƏRTAC-a müsahibəsində 

tanınmış tarixçi, qafqazşünas alim Oleq 

Kuznetsov deyib. 

Tarixçi qeyd edib ki, dünyada möv-

cud olan müxtəlif terror qruplaşmaları 

ilə müqayisədə erməni terrorizmi özündə 

daha çox təhdid və hədələri birləşdirir: 

“Biz Azərbaycana qarşı törədilənlərin 

nümunəsində bunun çox şahidi olmuşuq. Bu 

mövzunu dərindən öyrənəndə məlum olur 

ki, hazırda erməni ekstremizmi hətta Rusiya 

dövlətçiliyini də təhdid altına alır. Tarixə 

nəzər salsaq, görərik ki, vaxtilə erməni 

terrorçuları Rusiyanın özündə bir sıra terror 

hadisələri törədiblər. Buna çoxsaylı misallar 

gətirmək olar. Erməni terrorizmi, erməni 

ekstremizmi haqqında faktları araşdıranda 

məlum oldu ki, bu ideologiya indi də davam 

etdirilir”. 

Oleq Kuznetsov erməni terrorizminin 

tarixi haqqında yazdığı kitabının 2015-ci 

ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr 

olunduğunu bildirib. Eyni zamanda, bu əsər 

2015-ci ildə Stokholmda, 2016-cı ildə isə 

ingilis dilində Berlində böyük tirajla nəşr 

edilib. 

Qafqazşünas alim deyib: “Mənim 

kitablarımı dünyanın müxtəlif ölkələrində 

oxuyurlar. Erməni terrorizmi ilə bağlı 

kitabım çap olunandan sonra müxtəlif 

ölkələrdən elektron poçtuma bununla bağlı 

xeyli material gəlməyə başladı. Məsələn, 

Türkiyənin Ankara, İstanbul hava limanla-

rında, Fransanın Orli hava limanında, son 

7 ildə baş vermiş teraktlarla bağlı kifayət 

qədər məlumat aldım. Eyni zamanda, 

Belarusdan çoxsaylı materiallar göndərildi. 

Hamısı da kifayət qədər əhatəlidir. Onları 

yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt 

aparacaq. Bu ilin ortalarından bu işlə məşğul 

olmağa başlayacağam.”



Naxçıvan-Məşhəd-Naxçıvan sürət 

qatarının hərəkəti bərpa ediləcək

 

ˆ

Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-



Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa 

ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr 

şöbəsindən AZƏRTAC-a bildirilib ki, qatar yanvarın 11-dən etibarən 

hər həftə bir dəfə IV gün Naxçıvandan Bakı vaxtı ilə saat 7:00-da 

yola düşəcək, Məşhəd stansiyasına yanvarın 12-də İran vaxtı ilə saat 

14:25-də çatıb, saat 22:00-da geriyə dönəcək. Naxçıvana qatar bazar 

günləri saat 6:00-da çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət 

qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlayıb. Müəyyən texniki 

səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb. Bu marşrut 

iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı 

inkişafına da dəstək olacaq.



Ermənistan silahlı  

qüvvələrinin bölmələri iriçaplı 

pulemyotlardan istifadə edərək 

atəşkəs rejimini 118 dəfə pozub

 

ˆ

Ermənistan silahlı qüvvələrinin 



bölmələri cəbhənin müxtəlif istiqamətlərində 

iriçaplı pulemyotlardan da istifadə edərək sutka 

ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a 

bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu 

ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Parava-

kar kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mo-

sesqex, Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu 

ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən 

Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, 

Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli 

kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Əlibəyli, 

Koxanəbi, Muncuqlu, Gədəbəy rayonunun Göyəli, Zamanlı 

kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə 

tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam 

rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, 

Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun 

Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, 

Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, 

Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxın-

lığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayon-

ları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də 

Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə