110 Müasir dövr Tarix və onun problemləri



Yüklə 90,98 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü90,98 Kb.
#6895


110                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



RƏHILƏ BƏDƏLOVA 

Bakı Dövlət Universitetinin 

Politologiya və sosiologiya kafedrasının dosenti 

E-mail: badalova.r@mail.ru 

 

HÜQUQI DÖVLƏTLƏ VƏTƏNDAŞ CƏMIYYƏTININ QARŞILIQLI MÜNASIBƏTI 

 

Açar sözlər: hüquqi dövlət, vətəndaş cəmiyyəti 

Ключевая слова: гражданского общества, правового государства 

Key words: legal state, civil society 

 

Hüquqi dövlət özünün formalaşması  və qərarlaşması prosesində nəinki fərdi azadlığın 

və hüququn qanunvericiliklə təmin olumasını işləyib hazırlayıb və möhkəmlənib, həm də vət-

əndaş cəmiyyətini normal mövcudluğu və fəaliyyəti, onun başlıca təsisatları, prinsipləri və də-

yərləri üçün təminat yaratmışdır. Hüquqi dövlət vətəndaş cəmiyyəti ilə bir sıra, ümumi və bir-

ləşdirici hüquqi əsasa malikdir, ki, bu da mahiyyət etibarilə ümumbəşəri xarakter daşıyır. Hü-

quqi dövlətlə vətəndaş cəmiyyətinin münasibətlərinə nəzər salmazdan öncə vətəndaş cəmiyyə-

ti,  onun  yaranması,  formalaşması  və  konseptləri  haqqında  məlumat  vermək  daha  məqsədə-

uyğundur. 

Vətəndaş cəmiyyəti problemi fundamental elmi problemlər sırasında özünəməxsus yer 

tutur  və  əsrlər  boyu  bəşəriyyətin  ən  dahi  insanlarının  diqqət  mərkəzində  olmuşdur.  Bu  prob-

lem dövlətin yaranması  və cəmiyyətdəki insan fəaliyyətinin dövlət və qeyri-dövlət sahəsində 

bölünməsi ilə meydana gəlmişdir. Məhz, o zamanda hakimiyyətlə cəmiyyətin münasibətləri ən 

ümdə məsələrindən birinə çevirilib. Dəfələrlə çoxsaylı münaqişələrə, siyasi çevrilişlərə və in-

qilablara səbəb olub. Müasir dövrümüzdə də sözü gedən problem dünyanın bir sıra ölkələrində 

cərəyan  edən  qlobal  ictimai  dəyişikliklərin  təməlini  təşkil  edir  və  dünya  birliyinin  inkişaf 

perspektivliyini müəyyənləşdirir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti antik ictimaətşünaslıq ter-

minidir. Qədim Roma (Siseron) və hətta qədim Yunan (Platon) müəllifləri onun “şəhər-dövlət-

lərin  vətəndaş  birliyi”  mənasında  işlətmişlər.  Maarifçilik  dövrünün  və  yeni  dövrün  müəllif-

lərinın  (Peyndən  Hegelə  qədər)  əsərlərində  bu  termin  başqa  bir  məna  əxz  etmişdir.  Dövlət 

strukturların  paralel  şəkildə  ayrı-ayrı  maraqlar  üzrə  yaradılan  vətəndaş  birlikləri  şəbəkəsi. 

Yeni düşüncə, yeni iqtisadi gerçəklik – şəxsi mükiyyətin, bazarın və burjuaziyanın yüksəlişini 

əks etdirirdi. Ümumiyyətlə, “vətəndaş cəmiyyəti” anlayışı XVII əsrdə, Q.Qrosinin, T.Hobbsun, 

C.Lokkun  əsərlərində  təklif  edilmişdir.  Amma  bu  anlayışın  sələfləri  daha  öncə  də  mövcud 

olublar. XVIII əsrdə isə J.J Russonun, Ş.L Monteskyönün, V. Fon Qumboltun yaradıcılığında 

inkişaf etdirilib. Onlar artıq vətəndaş cəmiyyətinı mövcud dövlət idarəçiliyinin real formaları 

ilə  eyniləşdirmirdilər.  Nümunə  üçün  keçmiş  alimlərin  vətəndaş  cəmiyyəti  haqqında  irəli 

sürdükləri  bəzi  fikirlərə  nəzər  yetirək.  N.  Makiavelli:  “Siyasi  orqanizmin  mahiyyəti  itaətlə 

(dövlətə)  azadlığın (assosiyasiyada, cəmiyyətdə) tənzimlənməsindən ibarətdir. Xalq suveren-

liyi  dövlətlə  müqayisədə  daha  üstündür,  xalq  mütləqiyyəti  devirmək  hüququna  malikdir  (3, 

səh. 208). 

Yeni dövrdə vətəndaş cəmiyyəti problemi XIX əsrin Qərb fəlsəfəsi ədəbiyyatında Kant 

və  Hegel  tərəfindən  irəli  sürülmüşdür.  Belə  ki,  onlar  bu  problemin  ailə  və  dövlətlə  əlaqələr 

konteksində araşdırılmasını zəruri hesab etmişlər. Qərb politologiyasında XX əsrin ortalarında 

aktuallaşmış  fəlsəfə,  sosiologiya  və  politologiyada  siyasi  mədəniyyət  problemi,  mədəniyyət-



Müasir dövr                                                                        111 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

lərin müqayisəli tədqiqatı zərurəti R. Makridisin “İdarəçilik siyasi müqayisəli tədqiqi” (1955) 



və S. Verbin “Vətəndaş cəmiyyətinin araşdırılması analitik tədqiqat” (1980) kimi elmi işlərlə 

bağlıdır. Həmin elmi işlərdə müəliflər bütün cəmiyətlərdə bəzi ümumi funksiyaların mövcud-

luğu faktına əsaslanırlar. Q. Almond iddia edir ki, hətta ən primitiv cəmiyyətlərə, ən mürəkkəb 

cəmiyyətlərdə olan ictimai  və siyasi strukturların bütün formaları  məxsusdur  və bu səbəbdən 

də  onları  bir-birilə  müqayisə  etmək  olar.  Vətəndaş  cəmiyyətində  bir-birinə  zidd  olan  xüsusi 

mənafelər təmərküzləşir. Vətəndaşların ümumi iradəsini ifadə edən hüquqi dövlət real həyati 

prosesdə  bu  mənafeləri  barışdırmalı  və  uyğunlaşdırmalıdır.  Əgər  dövlət  mülkiyyətçilərin 

iqtisadi  mənafeyinin  siyasi  iradəsi  olsaydı,  bu  halda  o  oliqarxiya  respublikası  formasını  əks 

etdirərdi. Lakin dövlət qurluşunun əsasını təşkil edən demokratik prinsipləri əhəmiyyətli dərə-

cədə dövlətin  müstəqilliyini, onun təsisatlarının fəaliyyətini bu və ya digər iqtisadi  və sosial-

sinfi mənafelərdən asıllı olmamasını təmin edir. Bu qeyri-asıllıq vətəndaş cəmiyyətinin  möv-

cudluğu və onunla hüquqi dövlət arasında uyğunluğun təzahürü ilə şərtlənir. F.Hegel: “Vətən-

daş  cəmiyyəti  və  dövlət  müstəqil,  lakin  əlaqəli  institutlardır.  Vətəndaş  cəmiyyəti  ailə  ilə 

birlikdə  dövlətin  bazisini  təşkil  edir.  Dövlətdə  vətəndaşların  ümumi  iradəsi  cəmlənib. 

Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin xüsusi maraqları sahəsidir”. 

Vətəndaş  cəmiyyəti  insana  vətəndaş  hüquqlarını  reallaşdırmaq  imkanı  yaradan  cəmiy-

yət  üzvlərinin  müxtəlif  maraqlarını,  ehtiyaclarını  və  dəyərlərini  ifadə  edən  qeyri-dövlət,  icti-

mai əlaqələr və institutlar sistemidir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid edilmiş və istənilən 

formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə, vətəndaş cəmiyyəti və döv-

lət  bir-birilə  sıx  əlaqədədir.  Çünki  dövlət  ictimai  həyatda  idarəetmə  və  vasitəçi  funksiyaları 

həyata  keçirərkən,  vətəndaş  dəyərləri  və  institutları  ilə  əlaqədə  olmağa  məhkumdur  (4,  səh. 

94). 


Hüquqi dövlətlə vətəndaş cəmiyyəti münasibətlərinə nəzər salan antik mütəfəkkirlərdən 

biri də Platon olmuşdur. Vətəndaş cəmiyyətini ayrıca müstəqil substansiya kimi “qeyd” edirdi. 

Onun  insanlara  anadangəlmə  xas  təbii  sosial  ehtiyaclar  haqda  başlıca  nəcib  keyfiyyətlər  - 

müdriklik,  kişilik,  işıqlı  emosional  vəziyyət  barədə,  ideal  insan  cəmiyyəti  ilə  bağlı  mühaki-

mələri dövlət hakimiyyətini ardıcıl olmasa da, kəskin tənqid etməsi belə bir nəticəyə gəlməyə 

imkan  verir  ki,  cəmiyyətin  mütəşəkkil  dövlət  şəbəkəsindən  başqa  özgə  həyati  fəaliyyəti  for-

maları da mövcuddur. 

“Vətəndaş  cəmiyyəti”  anlayışı  öz  kökü  etibarilə  həm  də  Aristotelin  polis  ideyasına 

(Koinoca politike), Siseronun “societas civilis və təbii hüquq ideyalarına gedib çıxır. Politike 

üzvü olmaq vətəndaş-dövlətin üzvü, yəni bununla da onun qanunlarına uyğun şəkildə və başqa 

vətəndaşlara  ziyan  vurmadan  yaşamağa  və  fəaliyyət  göstərməyə  borclu  olmaq  demək  idi. 

Aristotel isə insan ictimai-siyasi varlıq, dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsu-

ludur.  Bununla  belə  o,  vətəndaşların  həyatını  cəmiyyətin  istehsal  qüvvələri  və  münasibət-

lərinin  müəyyən  inkişaf  səviyyəsinə  qədər  dövlət  müdaxiləsi  tələb  olunmayan  digər  həyati 

sferalarında da iqtisadi, nigah-ailə, mənəvi, əxlaqi, elmi, dini sahələrində təhlil etmişdir. Buna 

görə də Aristotelin əsərlərində dövlət və vətəndaş cəmiyyətinin müəyyən mənada bir-birindən 

ayrıldığını  qeyd  etmək  doğru  olardı.  Tomas  Hobbs  isə  vətəndaş  cəmiyyəti  anlayışını  artıq 

birbaşa öz mənasında istifadə edirdi. Hərçənd o da bu məsələdə ardıcıl deyildi. Bəzi hallarda 

vətəndaş cəmiyyətinin dövlətlə eyniləşdirir, bəzi hallarda isə onları bir-birindən ayırırdı. O, bir 

tərəfdən deyirdi ki,  “dövlətin  vətəndaş qanunları və hüquqa bağlılığı yoxdur. O, sanki  vətən-

daş cəmiyyətindən ayrı bir şeydir...”. Hobbs “Vətəndaş haqqında” əsərində yazırdı: “Dövlət-

dən kənarda ehtiraslar, müharibə, qorxu, səfalət, əclaflıq, yalqızlıq, barbarlıq, vəhşilik, cəhalət 

hökmranlıq edir”. Digər tərəfdən o, belə hesab edirdi ki, dövlət “vətəndaş cəmiyyəti” anlayışı 



112                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

vasitəsi ilə “İncil”dəki əjdaha Leviafan kimi hər şeyi özünə tabe edir. Hobbsun br sıra dövlət 



idarələrinin möhkəm olmaması və bəzi təlimlərin yanlışlığı barədə qeydləri də onun “dövlət” 

və  “vətəndaş  cəmiyyəti”  anlayışlarını  bir-birindən  ayırdığına  dəlalət  edir.  Sonralar  vətəndaş 

cəmiyyətinə,  onun  azadlıq,  hüquq,  borc,  əxlaq,  mülkiyyət  problərinə  dair  konsepsiyaları  ən 

görkəmli  mütəfəkkirlərdən  C.Lokk,  J.J.  Russo,  İ.Kant  və  başqaları  işləyib  hazırlamışdır  (1, 

səh.100) 

Con Lokk (1632-1704) “vətəndaş cəmiyyəti” anlayışından aktiv istifadə edərək müəy-

yən  mənada  dövlətə  münasibətdə  vətəndaş  cəmiyyəti  primatını  elan  edir.  O,  mülkiyyəti  cə-

miyyətin,  o  cümlədən  vətəndaş  cəmiyyətinin  əsası  sayır.  Lokk  siyasi  hakimiyyəti  mülkiyyəti 

nizamlamaq və qorumaq üçün insanların qanun yaratmaq hüquqi kimi şərh edir. Vətəndaşların 

bir dövlətdə birləşməsinin məqsədi mülkiyyəti qoruyub saxlamaqdır. Buna görə də dövlət heç 

də cəmiyyətin əbədi atributu deyil və vətəndaş cəmiyyətinin müəyyən mərhələsində, cəmiyyət 

üzvlərinin buna ehtiyacı yarananda meydana çıxır. Onun belə bir fikri bu gün də aktualdır ki, 

vətəndaş  cəmiyyəti  daxilində  heç  bir  insan  həmin  cəmiyyətin  qanunlarından  istisna  edilə 

bilməz. Bunu Lokk 300 il bundan əvvəl “Dövlət idarəçiliyi haqqında iki traktat” adlı əsərində 

bildirmişdir.  

Vətəndaş  cəmiyyəti  haqqında  təsəvvürü  Emmanuel  Kant  daha  da  dərinləşdirmişdir. 

Onun vətəndaş cəmiyyətinin  mahiyyəti ilə bağlı şərhi daha dialektikdir.  İnsan naturasının qı-

lıqsız,  təşəxxüs,  birləşmə  istəyi  və  eyni  zamanda,  razılığa  gəlmə  cəhdi  kimi  ziddiyyətli  key-

fiyyətlərini  nəzərdən  keçirərkən  Kant  bu  nəticəyə  gəlir  ki,  hər  bir  insanın  azadlığının  digər-

lərinin  azadlığı  ilə  uyğunlaşdırılmasının  başlıca  yolu  vətəndaş  cəmiyyətinin  formalaşdırıl-

masıdır. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır: 

-

 



cəmiyyət üzvünün bir insan kimi azadlığı; 

-

 



bir təbəə kimi onun digərləri ilə bərabərliyi; 

-

 



cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi (3, səh. 26). 

 

Vətəndaş  cəmiyyəti  özündə  müxtəlif  sosial  və  siyasi  subyektlərin  maraqlarını 



cəmləşdirir.  Bu  isə  tez-tez  münaqişələrə  və  onlar  arasındakı  qarşıdurmalara  gətirib  çıxarır. 

Belə  vəziyyətləri  aradan  qaldırmaq,  müəyyən  mənada  sosial  harmoniyanı  yaratmaq  vəzifəsi 

isə  yalnız  vətəndaşların  borcu  deyil.  Burada  əsas  yük  ali  arbitr  rolunda  çıxış  edən  dövlətin 

çiyinlərindədir.  Hüquqi  dövlət  olmadan  vətəndaş  cəmiyyəti  normal  fəaliyyət  göstərə  bilməz. 

Digər  tərəfdən  isə  tərəqqi  edən  vətəndaş  cəmiyyəti  olmadan  dövlət  heç  vaxt  demokratik  ola 

bilməz,  belə  dövlət  quruluşu  avtoritar  rejimlərin  birinə  çevrilməyə  məhkumdur.  Güclü 

vətəndaş  cəmiyyəti  demokratiyanın  təminatıdır.  Bu  mənada  bir  faktorun  üzərində  durmaq 

daha məqsədəuyğundur. Çünki yuxarıdakı fikir əks təsirə də malikdir. Həqiqətən də vətəndaş 

cəmiyyətinin  fəal  inkişafı  dövləti  intizamlı  olmağa  sövq  edə,  müxtəlif  əhali  qruplarının 

maraqlarını genişləndirə, onların siyasi həyatda fəal iştirakını təmin edə bilər. Amma vətəndaş 

cəmiyyətinin  kəskin  surətdə  güclənməsi,  eyni  zamanda,  dövlətin  siyasi  strukturlarının  təh-

lükəli surətdə zəifləməsi simptomu ola bilər və belə hallar da az deyil. Priston Universitetinin 

professoru Şeri Berman 1997-ci ildə “Hitlerlə keqli oynayarkən” adlı məqalə ilə çıxış etmiş və 

həmin  yazısında  Veymar  Respublikasında  vətəndaş  cəmiyyətinin  oynadığı  rolun  aydın  təhli-

lini vermişdir. 20-30-cu illərin Almaniyası dərnək həyatının xeyli zəngin olması ilə seçilirdi. 

Demək olar ki, hər bir alman bu və ya digər peşə assosiasiyası və yaxud mədəni birliyin üzvü 

idi. Bu isə ideyaca demokratik institutların möhkəmlənməsinə gətirib çıxarmalıdır. Lakin Ber-

man  bunun  əksini  sübut  edir:  “Həddən  artıq  böyümüş  vətəndaş  cəmiyyəti  Almaniyada  de-

mokratiyanın və liberal dəyərlərin qələbəsini nəinki təmin etmədi, hətta onun əsaslarını qırıb 

dağıtdı”.  Veymar  Respublikasının  zəif  düşmüş  siyasi  strukturları  bir-biri  ilə  rəqabət  aparan 




Müasir dövr                                                                        113 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

vətəndaş birliklərinin şişirdilmiş və ziddiyyətli tələblərini ödəmək iqtidarında deyildirlər və bu 



da  son  nəticədə  millətçi,  populist  hərəkatlarn  geniş  vüsət  almasına,  “güclü  ələ”  təlabat  his-

səsinə  və  nasist  partiyasının  meydana  gəlməsinə  gətirib  çıxardı.  Alimin  fikrincə,  vətəndaş 

cəmiyyətinin  sıxlığı  və  strukturlaşmış  olması  yalnız  nasistlərin  xeyrinə  işlədi  və  dinamik 

siyasi maşın imperiyasının yaradılması prosesini onlar üçün asanlaşdırdı. Hətta demokratiya-

sının  bərqərar  olması  siyasi  institutların  güclü  olduğu  ölkələrdə  belə  “vətəndaş  cəmiyyət  nə 

qədər çox olarsa bir o qədər çox olar” kimi sadə bir ifadənin gerçəkliyinə şübhələnmək üçün 

müəyyən əsas var. Əlbəttə, bütün bunlarla yanaşı demokratiya da güclü vətəndaş cəmiyyətinın 

təminatıdır. Buradada düzgün  mütənasiblik yoxdur. Məsələn, Yaponiya artıq yarım  əsrdir  ki, 

sabit  demokratiyaya  malik  ölkədir,  amma  ABŞ-da  və  Avropada  vətəndaş  cəmmiyyətinin 

təcəssümü  sayılan  ətraf  mühitin  və  istehlakçıların  mühafizəsi,  insan  hüquqlarının  və  hüquq 

bərabərliyinin  qorunması  kimi  fəallıq  təzahürləri  son  dərəcə  zəifdir.  Fransa  və  İspaniya  tam 

demokratik  ölkə  nümunələridir,  amma  bu  ölkələrdə  dövlətin  son  dərəcə  güclü,  birliklər 

həyatının isə nisbətən zəif olduğu açıq aşkardır. Plüralizmi  və siyasi seçim hüququnu burada 

siyasi partiyalar və demokratik seçki mexanizmi təmin edir. Bəzi amerikalı siyasət analitikləri 

buna  görə  də  Fransanı,  İspaniyanı  və  Yaponiyanı  tənqid  edirlər.  Ancaq  həmin  ölkələr  buna 

cavab olaraq, bildirirlər ki, onlar özlərinin vətəndaşla dövlət arasındakı münasibətlər sahəsində 

formalaşmış ənənələrinə uyğun olaraq yaşayırlar. Amerika tipli vətəndaş cəmiyyətinə söykən-

məyən  demokratiyanın  həqiqi  demokratiya  olmaması  arqumenti  nəinki  saxta,  hətta  təhlükə-

lidir. O, belə bir əminliyə gətirib çıxarır ki, demokratiya yalnız amerikan tipli ola bilər, ya da 

heç  bir  demokratiya  yoxdur.  Vətəndaş  cəmiyyəti  kifayət  qədər  mürəkkəb  daxili  struktura 

malikdir.  Bu  sahə  üçün  əsasən  dövlətdə  mövcud  olan  vertikal,  ieararxik  əlaqələr  deyil,  hori-

zontal, qeyri-hakim əlaqələr xarakterikdir.  

Vətəndaş  cəmiyyətinin  mövcudluğu  və  formalaşması  bərabər  hüquqlara  və  müəyyən 

keyfiyyətlərə malik vətəndaşlarsız mümkün deyildir. İnsan yalnız yüksək mənəvi ideallara və 

qabaqcıl dünyagörüşünə malik olduqda vətəndaş adlana bilər. Belə şəxslər ictimai birliklər və 

institutlarla tamamilə fərqli münasibətlərdə olur. Kifayət qədər inkişaf etmiş vətəndaş cəmiy-

yətlərində  insan  kollektivlərə  cəlb  edilməklə  qətiyyən  öz  fərdi  keyfiyyətlərini  itirmir,  əksinə, 

daha  yüksək  mənəviyyata  sahib  olur.  Beləliklə,  vətəndaş  cəmiyyətinin  bir  sıra  prinsiplərini 

qeyd etmək olar: 

- siyasi sahədə bütün insanların hüquq və azdlıqlarının bərabərliyi; 

-  vətəndaşların  hüquq  və  azadlıqlarının  müdafiə  edilməsinin  bütün  dünyada  qüvvədə 

olan qanunlarla təminatı; 

-  şəxsi  mülkiyyətə  malik  olma  və  yaxud  əməyi  müqbilində  ədalətli  qarşılıq  alma 

hüququ üzərində qurulan iqtisadi müstəqillik; 

-  partiyalarin  və  vətəndaş  hərəkatlarının  (qeyri-hökümət  təşkilatları)  yaradılmasında 

vətəndaşların azadlığı 

-  elmin,  mədəniyyətin,  təhsilin  və  vətəndaşların  tərbiyələndirilməsi  üzrə  lazımi  maddi 

və digər şərtlərin yerinə yetirilməsi; 

-  yalnız  qanunla  tənzimlənən,  dövlət  senzurasından  kənar  KİV-in  yarasdılması  və 

fəaliyyəti; 

-  dövlət  və  vətəndaş  cəmiyyəti  arasındakı  münasibətləri  tənzimləyən  mexanizmin 

mövcudluğu (konsensus mexanizmi) (4, səh. 11) 

Cəmiyyətin  demokratiyaya  doğru  irəliləməsi  ilə  onun  hər  bir  üzvünün  qəbul  etdiyi 

qərarlara görə  məsuliyyəti dəfələrlə artır. Vətəndaş mədəniyyəti olmadan  vətəndaş cəmiyyəti 

haqqında  söz  açmaq,  ümumiyyətlə,  yersizdir.  Bu  anlayış  fərdin  ictimai  məsələləri  qavramaq 



114                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

imkanını  müəyyənləşdirir,  onun  bu  məsələlərin  həyata  keçirilməsində  nə  dərəcədə  fəal 



olduğunu nümayiş etdirir. 

Problemlə  əlaqədar  toxunduğumuz  fikirləri  və  mövqeləri  cəmləyərək,  vətəndaş 

cəmiyyətilə hüquqi dövlət arasındakı münasibətlərə dair bir neçə mövqe formalaşdıra bilərik: 

1.

 



“Vətəndaş  cəmiyyəti”  və  “Hüquqi  dövlət”  anlayışları  qlobal  cəmiyyətin  fərqli, 

lakin daxilən əlaqəli elementlərini ifadə edir. 

2.

 

Vətəndaş  cəmiyyəti  ilə  hüquqi  dövlətin  funksiyalarının  bir-birindən  ayrılması 



təbii və qanunauyğun bir prosesdir. Bu, bir tərəfdən sosial-iqtisadi  və  mənəvi, digər tərəfdən 

isə həyatın siyasi aspektlərini xarakterizə edir. 

3.

 

Vətəndaş  cəmiyyəti  –  siyasi  sistemin  əsasını  təşkil  edir,  hüquqi  dövləti 



müəyyənləşdirir və şərtləndirir. 

4.

 



Vətəndaş  cəmiyyəti  həyat  qanunları  anarxiya  olan  muxtar  fərdlərin  birləşməsi 

deyil. Bu vətəndaşların birgə maddi və mənəvi həyatını təmin edən insanlar birliyidir. Hüquqi 

dövlət vətəndaş cəmiyyətinin rəsmi təzahürüdür. 

5.

 



Üzvlərinin  özfəaliyyəti,  birliklərin  müxtəlifliyi  baxımından  vətəndaş  cəmiyyəti 

nə  qədər  çox  inkişaf  etmiş  olarsa,  bir  o  qədər  hüquqi  dövlətin  demokratik  yolla  irəliləcəyi 

təmin edilmiş olar. Bu fikri  əksinə də ifadə etmək  mümkündür. Yəni siyasi quruluş nə qədər 

demokratiyaya meyilli olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edilmiş olur. 

Y.İ Averyanovun rəhbərliyi altında nəşr edilən politologiyaya dair ensklopedik lüğətdə 

vətəndaş cəmiyyəti belə səciyyələndirilir: “Vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan, lakin 

onunla  əlaqə  kəsb  edən,  həmin  cəmiyyətin  üzvləri  arasında  inkişaf  etmiş  iqtisadi,  mədəni, 

hüquqi və siyasi münasibətlərdir. Dövlətlə birlikdə inkişaf etmiş hüquqi münasibətlər yaradan, 

yüksək sosial, iqtisadi, siyasi, mədəni və əxlaqi statusa malik olan vətəndaş cəmiyyətidir. (5, 

səh.75 ) 

Vətəndaş  cəmiyyəti  mahiyyət  etbarilə  cəmiyyətin,  hakimiyyətin,  siyasətin  və  insanın 

daimi təkmilləşməsi prosesidir. V.P Puqaçev və A.İ. Solovyov isə yazır: “vətəndaş cəmiyyəti 

azad  və  bərabər  hüquqlu  fərdlərin  bazar  və  demokratik  hüquqi  dövlətşilik  şəraitndə  dövlət 

vasitəsilə  tənzimlənməyən  qarşılıqlı  münasibətlərin  çoxcəhətliliyidir.  (6,  səh.196).  Vətəndaş 

cəmiyyəti aşağıdan öz-özünə təşəkkül tapan ictimai orqanizm olmaqla xüsusi  mənafelərin və 

fərdiyyətçilərin azad oyun sferasıdır. K.S Hacıyeva görə mülkiyyətin milliləşdirilməsi hökmən 

vətəndaş cəmmiyyətinin milliləşdirilməsinə gətirib çıxarır. Buna görədə aydındır ki, vətəndaş 

cəmiyyəti  və  hüquqi  dövlət  bir-birini  şərtləndirir  və  biri  digəri  üçün  həyat  qabiliyyəti  şəraiti 

yaradır,  lakin  bir-birini  əvəz  etmir.  (7,  səh.38).  Vətəndaş  cəmiyyətini  labüdüyü  tarixi  zəru-

rətdir. O sivilzasiya fenomenidir. Yeri gəlmişkən onuda qeyd edək ki, Hobbsdan başlamış He-

gel və Marksa qədər çoxəsrlik polemika (elmi mübahisə) vətəndaş cəmiyyəti ilə dövlətin mü-

nasibəti  probleminə  istiqamətlənmişdir.  Həmin  problem  vətəndaş  cəmiyyətinin  təzahürü  ilə 

meydana  çıxmışdır.  Onlardan  hansının  üstünlüyü,  birinciliyi  barədə  çoxlu  və  birmənallı 

olmayan  mülahizələr  mövcuddur.  Bunu  demək  kifayətdir  ki,  vətəndaş  cəmiyyəti  elə  böyük 

qüvvədir  ki,  dövlət  onunla  hesablaşmaya  bilməz.  Məlum  olduğu  kimi  vətəndaş  cəmiyyəti 

ümumi  anlayışdır.  Lakin  elə  tədqiqatçılara  təsadüf  olunur  ki,  həmin  anlayışın  ümumiliyini 

nisbətən  məhdudlaşdırır.  Məsələn  Fransız  politoloqu  J.Kerman  belə  hesab  edir  ki,  “vətəndaş 

cəmiyyəti  şəxsiyyətlərarası  münasibətlərin  və  sosial  qüvvələri  çoxluğunu  səciyyələndirməklə 

həmin  cəmiyyəti  təşkil  edən  qadınları  və  kişiləri  dövlətin  müdaxiləsi  olmadan  birləşdirir.  (8, 

səh.138).  Ümumiyyətlə  vətəndaş  cəmiyyəti  probleminə  dair  müxtəlif  təsəvvürləri  mumiləş-

dirməklə onunla hüquqi dövlətin nisbətinə dair bir neçə konseptual müddüalar söyləmək olar.  



Müasir dövr                                                                        115 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Birincisi,  “vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  anlayışları  müxtəlif  cür  səciyyələnir, 



lakin daxilən qlobal cəmiyyətin bir-birilə daxili əlaqəsi olan, bir-birini tamalayan tərəfləridir, 

vahid  ictimai  orqanizmin  ünsürləridir.  Vətəndaş  həyatı  bu  və  ya  digər  dərəcədə  siyasi  aləm 

fenomeninə  nüfuz  edir,  siyasi  aləm  isə  vətəndaş  həyatından  təcrid  olunmuş  halda  mövcud 

deyil. 


İkincisi, vahid ictimai orqanizmin tərkib hissəsi olmaqla vətəndaş cəmiyyəti və dövlət 

arasında hədd qoyulması təbii qanunauyğun proses olub, bir tərəfdən sosial-iqtisadi və mənəvi 

sferanın, digər tərəfdən isə siyasi həyatın tərəqqisi ilə səciyyələnir.  

Üçüncüsü, vətəndaş cəmiyyəti siyasi sistemin ilk əsasıdır, hüquqi dövlət onunla şərtlə-

nir  və  müəyyən  olunur.  Öz  növbəsində  dövlət  təsisat  olmaq  etibarilə  vətəndaş  cəmiyyətinin 

varlığı və fəaliyyəti üçün şərait yaradır. 

Dördüncü, vətəndaş cəmiyyəti muxtar fərdlərin nə isə məcmuu deyildir. Bu adamların 

birlik  forması,  assosiyaların  və  digər  təşkilatların  toplusu  olub  vətəndaşların  birgə  maddi  və 

mənəvi həyatını təmin edir, onların tələbat və mənafelərinin öyrənilməsinə istiqamətlənir. 

Hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi ifadəsidir, onun siyasi varlığının inikasıdır. 

Vətəndaş  cəmiyyəti  fərdi,  qrup  halında  və  regional  mənafelərin  təzahür  sferasıdır.  Vətəndaş 

cəmiyyətini tələbləri dövlətin iradəsi sayəsində reallaşır. Nəhayət, vətəndaş cəmiyəti nə qədər 

çox inkişaf etmiş olarsa (öz üzvlərinin fəaliyyəti, təşəbüskarlığı mənasında) dövlətin demokra-

tikliyi üçün bir o qədər meydan açılır. Vətəndaş cəmiyyəti bəşər sivilzasiyasının müasir səviy-

yəsində fərdlər, qruplar və birliklər arasında dövlət  vasitəsilə şərtlənməyən inkişaf etmiş iqti-

sadi, mədəni, hüquqi, siyasi münasibətlərdir. (5, səh.136 ) 

Dövlət və hökümət problemləri vətəndaş cəmiyyəti ideyalarının inkişafında mühüm rol 

oynayır.  Bu  kontekstdə  dövlət  və  hakimiyyət  problemlərinin  arasındakı  fərqi  izah  etmək  zə-

rurəti meydana çıxır. Müasir ədəbiyyatlarda bu fərq bir o qədərdə başa düşülən deyil. Bir çox 

elmi  işlərdə  onlar  eyni  anlayış  kimi  başa  düşülür.  Hakimiyyət  iqtisadi,  intellektual,  siyasi, 

dövlət yəni, müxtəlif cür olur. İbtidai cəmiyyətlərdə bu anlayışlarda bir-birinə uyğundur, lakin 

cəmiyyətin  həyatında  demokratiya  və  bazar  münasibətlərinin  bərqərar  olması  ilə  bu  anlayış-

ların  fərqlənmısi  baş  verir.  Başqa  cür  desək,  dövlət  hüquqla  məhdudlaşmış  cəmiyyətlərdə 

yaranır. Hakimiyyət guya özünə tabe edir yaxud hüquqa tabe olur və cəmiyyətə xidmət edən 

müxanizm  kimi  istifadə  olunur.  Təbii  ki,  hakimiyyətinin  yalnız  hüquqla  sərhədlərinin 

müəyyən  edildiyi  təqdirdə  vətəndaş  cəmiyyətinin  inkişafı  üçün  zəmin  yaranır.  K.S.  Hacıyev 

bildirir:  “Bütövlükdə  müxtəlif  vətəndaş  cəmiyyəti  variantlarının  formalaşması  ayrılmaz 

surətdə  fərdi  azadlıq  ideyaları  və  ayrı-ayrı  şəxslərin  özünüqiymətləndirməsinin  formalaşması 

ilə  bağlıdır”  (1,  səh.47)  Hacıyevin  haqlı  olduğunu  düşünürük.  Çünki,  azad  şəxsiyyət  özünü 

müxtəlif  sahələrdə  göstərməyə,  başqaları  ilə  könüllü  şəkildə  əlaqə  yaratmağa  cəhd  edir. 

Vətəndaş  cəmiyyətini  də  elə  şəxsiyyətin  ictimai  fəallığı  və  əlaqələri  yaradır,  yəni  bazar 

cəmiyyəti, hüquq çərçivəsində isə siyasi fəallıq hüquqi dövlətin ortaya çıxmasını şərtləndirir. 

Yaddan  çıxarmaq  olmaz  ki,  kifayət  qədər  uzun  müddət  ərzində  fərd  özünü  iqtisadi,  sosial-

mədəni,  dini,  siyasi  və  digər  sahələrdən  kənarda  təsəvvür  belə  etmirdi.  Həmin  sahələr  isə  öz 

növbəsində dövlətlə möhkəm vəhdət təşkil edirdi. İlk öncə dövlətin zəncirlərindən mülkiyyət 

və  iqtisadiyyat  azad  olundu.  Yeri  gəlmişkən,  Hegel  fərdi  azadlığın  iqtisadiyyatla  əlaqəsini 

qeyd  etməyi  lazım  bilmişdir.  Filosof  “azadlıq  nöqteyi-nəzərindən  mülkiyyət  sonuncunun  ilk 

mövcud  varlığı  kimi özünə  görə  vacib  məqsəddir”. Əlbəttə, ilk ingilis liberalizmi nəzəriyyə-

sində vətəndaş cəmiyyəti, hər şeydən əvvəl iqtisadi cəmiyyət kimi qəbul olunmurdu. Vətəndaş 

cəmiyyətinə dair fransız nəzəriyyəsində isə vətəndaş cəmiyyəti siyasi və demokratik cəmiyyət 




116                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

kimi  başa  düşülürdü.  Amma  onu  da  dərk  etmək  lazımdır  ki,  demokratiya  şəraitində  siyasi 



cəmiyyət hüquqi dövlət anlayışına bərabər deyil. 

 

İstifadə olunmuş ədəbiyyat: 

1.

 

Hacıyev K.S.“Vətəndaş cəmiyyəti konsepsiyası: formalaşmanın ideya mənbələri 



və əsas mərhələlər / “fəlsəfə məsələri” №7, 1991 

2.

 



Kresteva A. A. Vətəndaş cəmiyyəti olmayan cəmiyyətdə hakimiyyət və elita// 

«SOSİS» №4, 1996,. 

3.

 

 Şərqi Avropa üçün Amerika lahiyəsi// “POLİS” №5 1991 s 89 



4.

 

Müslimzadə C. Vətəndaş cəmiyyəti nəzəriyyəsi: etik elmlər tarixindən. Bakı, 



«Şirvanşah», 2000. Rusiyada tarixi seçim riski («dəyirmi massa»nın materiallar) // «Fəlsəfə 

məsələləri» № 5, 1994. s.11. 



5.

 

 Seliqman A. “Vətəndaş cəmiyyəti ideyası” Bakı-2005. 

6.

 

Stepen A.A., Skeç S.S. Konstitusiya quruluşunun müxtəlif növləri və demokra-



tiyanın möhkəmləndirilməsi // «90-cı illərin demokratiyası».  

7.

 



 Nuriyev Ə. “Hüquq azadlığımızın ölçüsü” Bakı-2005. 

8.

 



Əfəndiyev M. Siyasi elm. Bakı, 2009. 

 

Р.И.БАДАЛОВА 



 

ВЗАИМООТНОШЕНИЕ ПРАВОВОГО ГОСУДАРСТВА 

И ГРАЖДАНСКОГО ОБЩЕСТА 

 

В настоящее время цивильные, демократические государства  ставят перед собой 

цель построение правового государства. 

Формирование  гражданского  общества,  а  также  правового  государства  требует 

претворение  в  жизнь  политических,  экономических  и  юридических  реформ,  совер-

шенствование  юридических  основ  общества  и  государства,  требует  качественного 

обновления всей юридической системы республики. 

 

R.I.BADALOVA 



 

MUTUAL RELATIONSHIP BETWEEN LEGAL STATE 

AND CIVIL SOCIETY 

 

İn the modern era civil, democratic political systems, as well as any representative of 

society have a goal, which is legal state building. Not only that, but apart from this most took 

this job as their duties. 

The process of formation and operation of civil society and legal state mainly requieres 

political,  economical  and  legal  reforms,  improvement  of  juridical  bases  of  society  and 

goverment and renewal of republics juridical systems quality. 

 

Rəyçilər: f.e.f.d.X.B.Əfəndiyeva, f.e.d.Z.Hacıyev 



Bakı Dövlət Universiteti, “Politologiya və sosiologiya” kafedrasının 02.06.2013-cü il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 

Yüklə 90,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə