12 mart 2017-ci il, bazar 7



Yüklə 64,09 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü64,09 Kb.
#18427


12 mart 2017-ci il, bazar

7

 

ˆ

Azərbaycanın zəngin təbiətə malik Qarabağ bölgəsi 



qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən olmuşdur. 

Burada minilliklər boyu bir-birini əvəz edən mədəniyyətlərin, 

dövlətlərin izlərini yaşadan çoxlu abidə mövcuddur. Azərbaycan 

ərazisində ilk arxeoloji tədqiqatlar da məhz Qarabağdan başlanıb. 

Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan 

silahlı qüvvələri tərəfindən bu qədim diyarımızın xeyli hissəsinin 

zəbt edilməsi ilə buradakı tarixi, arxeoloji abidələrimiz də işğal 

altında qalmışdır. 

Qarabağda, Füzuli rayonu yaxın-

lığındakı Quruçay dərəsində aşkar 

olunmuş paleolit dövrünə aid Azıx 

mağara düşərgəsində Məmmədəli 

Hüseynovun rəhbərliyi ilə apa-

rılan ardıcıl arxeoloji tədqiqatlar 

Azərbaycan ərazisində ibtidai insan-

ların hələ iki milyon il bundan əvvəl 

məskunlaşdığını sübut etmişdir. Arxe-

oloq alimlərimizdən İdeal Nərimanov, 

Qüdrət İsmayılzadə, Rəşid Göyüşov, 

Hidayət Cəfərov, Əsədulla Cəfərov, 

Arif Məmmədov, Təvəkkül Əliyev 

uzun illər boyu Qarabağda tədqiqatlar 

aparmışlar. Bu tədqiqatlar nəticəsində 

Neolit, Eneolit, Tunc, İlk Dəmir, 

Antik və Orta əsrlərə aid yüzlərlə 

abidə qeydə alınmış, arxeoloji araş-

dırmalarla tariximizin bir çox qaranlıq 

səhifələri işıqlandırılmışdır. 

Obyektiv səbəblərə görə XX əsrin 

90-cı illəri və XXI əsrin ilk illərindəki 

fasilədən sonra Qarabağ bölgəsində 

arxeoloji araşdırmalar son illərdə 

yenidən canlanmışdır. Azərbaycan 

Respublikasının Prezidenti cənab 

İlham Əliyevin imzaladığı 5 fevral 

2008-ci il və 26 aprel 2012-ci il tarixli 

sərəncamlar Azərbaycan arxeologiya-

sının, o cümlədən Qarabağın arxeoloji 

baxımdan öyrənilməsinin yeni inkişaf 

mərhələsinə qədəm qoymasına zəmin 

yaratmışdır. 

2008-ci ildə yaradılmış “Qa-

rabağ” arxeoloji ekspedisiyası və 

2010-cu ildə yaradılmış “Qarabağ 

Neolit-Eneolit ekspedisiyası”nın qar-

şısına qoyulmuş əsas vəzifə Qarabağ 

bölgəsinin arxeoloji abidələrinin, ilk 

növbədə isə Neolit və Eneolit dövrü 

abidələrinin elektron qeydiyyatının 

həyata keçirilərək xəritələşdirilməsi, 

bu abidələrin “Məlumat bazası”nın 

yaradılması idi. 

Ekspedisiya hələ XX əsrin 50-

80-ci illərində aşkar edilərək elmi 

dövriyyəyə daxil edilmiş abidələrlə 

yanaşı, bir sıra yeni abidələri qeydə 

almışdır. Yeni abidələrdə kəşfiyyat və 

artıq məlum olan abidələrin moni-

torinqi Ağdam rayonunun işğaldan 

kənarda qalmış ərazisini, onunla 

həmsərhəd olan Ağcabədi, Bərdə və 

Tərtər rayonlarının bir hissəsini əhatə 

etmişdir. 

2012-2013-cü illərdə Qarabağ 

düzənliyində mövcud olan arxeo-

loji abidələrin elektron qeydiyyatı 

və xəritələşdirilməsi işinin nəticəsi 

olaraq Azərbaycan Respublikası Pre-

zidenti yanında Elmin İnkişafı Fondu-

nun ayırdığı qrant çərçivəsində “Qa-

rabağın arxeoloji abidələri xəritəsi” 

tərtib edilmişdir. Mövcudluğu 

dəqiqləşdirilmiş 170-ə yaxın abidədən 

125-nin erkən əkinçi-maldar tayfalara 

aid yaşayış yerləri olması müəyyən 

edilmişdir. Bunların əsasında “Qara-

bağın arxeoloji abidələr toplusu”nun 

birinci cildi hazırlanaraq nəşr edil-

mişdir. Bu cild 2010-2013-cü illərdə 

Qarabağ düzənliyi ərazisində aparılan 

arxeoloji kəşfiyyat işləri nəticəsində 

əvvəldən də məlum və yeni aşkarla-

nan abidələrin xəritələşdirilməsi işinin 

təkmilləşdirilməsinə, vahid “Coğrafi 

məlumat bazası”nın yaradılmasına 

imkan vermişdir.

Qarabağın erkən əkinçi-maldar 

tayfalarına məxsus Eneolit dövrü 

yaşayış yerlərində stasionar arxeo-

loji qazıntı işləri aparılır. 2009-cu 

ildən Ağdam rayonu ərazisindəki 

Əhədtəpə, Kəlbə Hüseyntəpə, 

Şomulutəpə, Çardaxlıtəpə, habelə, 

İsmayılbəytəpə yaşayış yerlərində 

arxeoloji qazıntı işlərinə start veril-

mişdir. Bu abidələrin öyrənilməsi ilə 

nəinki Azərbaycanın, ümumilikdə 

Qafqazın Neolit və Eneolit dövrünün 

problem məsələlərinin öyrənilməsi 

üçün zəngin maddi artefaktlar aşkar 

edilmişdir. 

Qafqaz arxeologiyasın-

da vaxtilə görkəmli alim İdeal 

Nərimanov tərəfindən kəşf edilən 

Leylatəpə mədəniyyətinin araşdı-

rılması gündəmdə duran prioritet 

istiqamətlərdəndir. Yeni aşkar 

olunmuş abidələrlə bu mədəniyyətin 

Azərbaycanda yayılma arealı nəzərə 

çarpacaq dərəcədə genişlənmiş, 

xronoloji dövrləşməsi ilə bağlı yeni 

fikirlər irəli sürülmüşdür. Son dövrdəki 

axtarışlarla bu tip abidələrin say tərkibi 

artmışdır. Artıq məlumdur ki, Cənubi 

Qafqazda Leylatəpə mədəniyyəti 

abidələrinin çox hissəsi – bütövlükdə  

üçdə ikisi Azərbaycanın payına düşür. 

Son vaxtlar Qarabağda araşdırılmasına 

başlanan bu dövr mədəniyyət abidələri 

sırasında Fərmantəpə yaşayış yeri 

diqqəti cəlb edir.

Neolit-enolit dövrü ilə bağlı yeni 

araşdırmalar sırasında Azərbaycan 

– Almaniya beynəlxalq arxeoloji 

ekspedisiyasının düzən Qarabağda – 

Ağcabədi rayonu ərazisində yerləşən 

Kamiltəpə yaşayış məskənində apar-

dığı tədqiqatlar xüsusi yer tutur. Bu-

rada son Neolit dövrünə – təxminən 

8 min il əvvələ aid çiy kərpicdən 

mürəkkəb quruluşlu tikili qalıqları 

açılmışdır.

Azərbaycan–Almaniya 

beynəlxalq ekspedisiyası Mil-

Qarabağ düzündəki abidələrin 

qeydə alınması və xəritələşdirilməsi 

istiqamətində də işlər aparır. Burada 

xronoloji baxımdan Neolit dövründən 

orta əsrlərə qədərki geniş tarixi 

mərhələni əhatə edən 180-ə yaxın 

abidənin koordinatları müəyyən edil-

miş, yerüstü materiallar toplanmış, 

bəzi abidələrdə isə yoxlama şurfları 

qoyulmuşdur. 

Arxeologiya və Etnoqrafiya 

İnstitutunun təşkil etdiyi xüsu-

si dəstə 2013-cü ildən Qarabağın 

dağlıq hissəsində – Xocavənd rayonu 

ərazisində yerləşən, hələ XX əsrin 50-

ci illərində tanınmış alim A.A.İyesse 

tərəfindən qeydə alınan çoxtəbəqəli 

Nərgiztəpə yaşayış yerində tədqiqatlar 

aparılır. İlkin araşdırmalar göstərir 

ki, bu çoxtəbəqəli abidə orta 

tunc dövründən başlamış qədim 

Azərbaycan dövləti olan Albaniyanın 

həm Antik, həm də Erkən Orta əsrlər 

tarixinin öyrənilməsində mühüm 

əhəmiyyət kəsb edir. 

AMEA Arxeologiya və Etnoq-

rafiya İnstitutunun “Qarabağ arxe-

oloji ekspedisiyası” 2009-cu ildən 

Ağdam rayonunun cəbhə xəttində 

yerləşən Mirəşelli kəndi yaxınlığın-

dakı Palıdlı nekropolunda arxeoloji 

qazıntı işləri aparır. Heç bir yerüstü 

əlamətə malik olmayan nekropolda 

e.ə. XII-XI əsrlərə aid 36 torpaq 

qəbir tədqiq edilmişdir. Maraqlıdır 

ki, Qarabağın ilkin tədqiqatlarından 

keçən 125 ildən artıq bir dövrdə bu 

tip qəbir abidələrinə ilk dəfə təsadüf 

olunur. Artefaktlar zəngin çeşidli 

keramika nümunələrindən, metal 

bəzək əşyalarından, tunc və dəmir 

silahlardan, Yaxın Şərqlə əlaqələri 

sübut edən nümunələrdən ibarətdir. 

Tapıntılar Azərbaycanda dəmirdən 

istifadənin e.ə. XII-XI əsrlərdən 

başlanmasını sübut edir. Xocalı-

Gədəbəy mədəniyyətinə aid tapıntılar 

nekropolda müxtəlif sosial təbəqədən 

olan insanların dəfn olunduğunu, 

qazıntı aparılan ərazidə Son Tunc və 

İlk Dəmir dövründə davamlı yaşayış 

olduğunu, sənətkarlığın müxtəlif 

sahələrinin, dulusçuluğun yüksək 

inkişafını göstərir. 2016-cı ildə 

tədqiqatların gedişində nekropolla 

sinxron dövrə aid eyni adlı yaşayış 

yeri qeydə alınıb. 

Bərdə arxeoloji ekspedisiyası son 

illər Bərdə şəhərinin 5 kilometrliyində 

yerləşən Şortəpə və Balatəpə adlı 

abidələrdə tədqiqatlar aparır. Şortəpə 

yaşayış məskəni əsasən Antik və 

İlk Orta əsrlər dövrünü, Balatəpə 

abidəsi isə Erkən Tunc dövründən 

Antik dövrə qədərki böyük bir tarixi 

mərhələni əhatə edir. Balatəpədə 

möhrə divarın bir hissəsi açılmış, 

metal qalıqları, dən daşları, gildən 

zoomorf fiqurlar, buğda qalıqları və s. 

əldə edilmişdir.

Mil-Qarabağ arxeoloji ekspedisi-

yasının Qalatəpə dəstəsi 2008-ci ildən 

Ağcabədi rayonu ərazisində, Qarqar-

çayın sağ sahilində yerləşən Qalatəpə 

antik və orta əsr şəhər məskənini 

tədqiq edir. Burada 500 kvadrat-

metr sahədə qazıntı işləri aparılmış 

və 10 metrə yaxın mədəni təbəqə 

öyrənilmişdir. Araşdırmalar abidənin 

əsasən iki təbəqədən (Antik və Orta 

əsrlər) ibarət olduğunu göstərir. Antik 

təbəqədə hündürlüyü 6 metrə çatan və 

çiy kərpicdən tikilən mükəmməl is-

tehkam qurğularının, ictimai binaların 

qalıqları açılmış, antik dövr memar-

lığı üçün səciyyəvi daş sütun altlığı 

aşkarlanmışdır. 

Qalatəpə Azərbaycanın qədim 

dövlətlərindən olan Albaniyanın Uti 

vilayətində mövcud olmuş mühüm bir 

şəhər məskəni kimi böyük əhəmiyyət 

kəsb edir. Bu şəhər məskəninin yanın-

dakı Antik nekropolda 15-ə qədər küp 

və torpaq qəbir öyrənilmişdir.

Arxeologiya və Etnoqrafi-

ya İnstitutu Qarabağ abidələrinin 

tədqiqi ilə bağlı bir sıra müştərək 

layihələr həyata keçirmişdir. 2011-

ci ildən Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyinin 

“Azərbərpa” Elmi-Tədqiqat İnstitutu 

ilə birgə Füzuli rayonu ərazisində 

yerləşən Şeyx Babı xanəgahında 

arxeoloji qazıntı, bərpa-konservasiya 

işləri aparılmışdır. Füzuli arxeoloji 

ekspedisiyası tərəfindən 2011-2012-ci 

illərdə təxminən 2700 kvadratmetr 

sahədə qazıntı işləri aparılmaqla 

xanəgah kompleksi tamamilə üzə 

çıxarılmış, onun XIII əsrə aid olduğu 

müəyyənləşdirilmişdir. 

İnstitutun bir qrup əməkdaşı 

tərəfindən hazırlanan “Dağlıq Qara-

bağda Nərgiztəpə arxeoloji abidələr 

kompleksi” adlı layihə Azərbaycan 

Respublikasının Prezidenti ya-

nında Elmin İnkişafı Fondunun 

beynəlxalq xarakterli 2-ci “Şuşa 

qrantı” müsabiqəsinin qalibi olmuş-

dur. Layihənin həyata keçirildiyi 

müddətdə (2014-2015) Xocavənd 

rayonu ərazisindəki Nərgiztəpə 

kompleksinə daxil olan abidələrin 

xarakteri, xronoloji çərçivəsi və regio-

nun digər həmdövr abidələri sırasında 

yeri müəyyən edilmişdir. 

Azərbaycan Respublikasının 

Prezidenti cənab İlham Əliyevin 7 

iyul 2011-ci il tarixli sərəncamı ilə 

təsdiq edilmiş “Azərbaycan gəncliyi 

2011-2015-ci illərdə” Dövlət Proqra-

mına uyğun olaraq həyata keçirilən 

layihələrdə institutumuzun gənc 

alimləri fəal iştirak etmişlər. Bu ba-

xımdan, “Virtual Qarabağ” İnforma-

siya-Kommunikasiya Texnologiyaları 

Mərkəzi ilə əməkdaşlıq səmərəli ol-

muşdur: “Qafqaz Albaniyasının xris-

tian abidələri” adlı ingilis dilli sənədli 

arxeoloji-tarixi film çəkilmişdir.

Arxeologiya və Etnoqrafiya İns-

titutunun "Virtual Qarabağ" İnforma-

siya-Kommunikasiya Texnologiyaları 

Mərkəzi ilə əməkdaşlığı çərçivəsində 

hazırlanmış layihələrdən biri də 

“Qarabağın Dövlət əhəmiyyətli tarixi 

abidələrinin elektron xəritəsi" olmuş-

dur. Elektron xəritənin əsas məqsədi 

interaktiv xəritə üzərində Qarabağda 

mövcud olan abidələrin GPS ko-

ordinatları ilə birlikdə pasportlaş-

dırılması, abidələrin Azərbaycana 

məxsusluğunun nümayiş etdirilməsi, 

gənclərin Qarabağ abidələri haqqında 

məlumatlılığının artırılmasıdır. Layihə 

çərçivəsində Qarabağda yerləşən 200-

dən çox arxeoloji, tarixi, memarlıq 

abidəsinin pasportu hazırlanmış, 

onların GPS koordinatları müəyyən 

edilmiş və hər bir abidəyə ayrıca 

tarixi arayış yazılmışdır. Elektron 

xəritə vasitəsilə Qarabağda olan 120-

dən çox memarlıq abidə – mülklər, 

saraylar, imarətlər, məscidlər, qədim 

qəbiristanlıqlar, karvansaraylar, 

hamamlar, kilsələr, monastırlar, qala 

divarları, qəsrlər haqqında və 80-dən 

çox arxeoloji abidə – mağaralar, 

yaşayış məskənləri, qədim və orta 

əsr şəhərləri, kurqanlar və s. barədə 

məlumatlar əldə etmək olar.

2008-ci ildən başlayaraq 

Azərbaycan Respublikası ərazisində 

aparılan çöl tədqiqatlarının illik 

nəticələri “Azərbaycanda arxeoloji 

tədqiqatlar” adlı məcmuələr şəklində 

nəşr olunur. Hər biri 23-25 çap vərəqi 

həcmində olan bu toplularda Qarabağ 

bölgəsində aparılan araşdırmalar da 

öz geniş əksini tapmışdır. Bundan 

əlavə institutda ardıcıl olaraq çöl 

tədqiqatlarının yekunlarına həsr olu-

nan illik sessiyalar keçirilir, onların 

materialları, o cümlədən Qarabağın 

arxeoloji abidələri ilə bağlı yeniliklər 

dərc edilir.

AMEA Arxeologiya və Etnoq-

rafiya İnstitutu Qarabağ abidələrində 

aparılan tədqiqatlarla bağlı nəticələri 

beynəlxalq elmi ictimaiyyətə çatdır-

maq üçün kompleks tədbirlər həyata 

keçirir. Vaxtaşırı ölkəmizdə nüfuzlu 

əcnəbi tədqiqatçıların iştirakı ilə 

beynəlxalq konfranslar təşkil olunur. 

2010-cu ildə Azıx mağarasının kəşf 

edilməsinin 50 illiyinə həsr olunmuş 

“Qarabağ daş dövründə”, 2011-

ci ildə “Qafqazın erkən əkinçilik 

mədəniyyətləri”, 2016-cı ilin sonunda 

“Qarabağın arxeoloji irsi” mövzusun-

da keçirilən konfransları buna misal 

göstərmək olar. 

Qarabağ abidələrindən toplanan 

materiallar Arxeologiya və Etnoqrafi-

ya İnstitutunun nəzdindəki Arxeoloji 

Fondda mühafizə olunur. Hazırda bu 

fondda uzun illər Azərbaycan ərazisində 

aparılan arxeoloji qazıntılar zamanı 

əldə edilən 500 minə yaxın maddi 

mədəniyyət qalıqları saxlanılır. fond, 

eyni zamanda, ölkəmizin müxtəlif 

bölgələrindəki rayon diyarşünaslıq 

muzeylərini də yeni materiallarla təmin 

edir. Bundan başqa, son illərdə Qara-

bağda aparılan tədqiqatlar nəticəsində 

aşkar edilən bir çox yeni nümunələrlə 

Arxeologiya və Etnoqrafiya İnstitutu-

nun İçərişəhərdə yerləşən və ən müasir 

elmi standartlara cavab verən Elmi 

Ekspozisiya Muzey-Sərgisində də tanış 

olmaq mümkündür.

Müasir dövrdə arxeoloji araş-

dırmalarla demək olar ki, bütün 

Azərbaycan ərazisi əhatə olunmuş-

dur. Bütün bölgələrimizdə sistemli 

və davamlı tədqiqatlar aparılır. 

Lakin biz hesab edirik ki, başqa 

bölgələrimizi də unutmadan, əsas 

diqqətimizi ağrılı-acılı yerimiz olan 

Qarabağa yönəltməliyik. Bunu bizdən 

vətəndaşlıq borcumuz tələb edir.



Maisə RƏHIMOVA,  

AMEA Arxeologiya və Etnoqrafiya Institutunun direktoru,  

tarix üzrə elmlər doktoru, professor

Müstəqillik illərində 

Q

arabağda arxeoloji tədqiqatlar

Kamiltəpə Neolit dövrü yaşayış məskənində (Ağcabədi rayonu) açılan 

kərpic platformanın bir hissəsi.

Kamiltəpə yaxınlığındakı Neolit dövrü yaşayış məskənində qazıntı işləri.

Şeyx Babı xanəgahında arxeoloji qazıntı işləri.

Şeyx Babı xanəgahı.

Şortəpə abidəsinin rekonstruksiyası.

Kamiltəpədən toplanmış maddi mədəniyyət nümunələri.

Karateçilərimiz “Baku open” turnirinin ilk 

günündə 3 qızıl, 2 gümüş medala sahib olublar

 

ˆ

Bakı Idman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq “Baku 



open” turnirinin martın 11-də açılış mərasimi olub. 

Turnirin açılış mərasimində 

Azərbaycanın dövlət himni səsləndirilib. 

Azərbaycan Karate Federasiyası-

nın (AKF) prezidenti Yaşar Bəşirov 

turnirdə iştirak edən müxtəlif ölkələrdən 

olan idmançıları salamlayıb və onlara 

uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki, 

AKF artıq 20 ildir Dünya Karate Fede-

rasiyasının üzvüdür. Federasiya bu illər 

ərzində bir çox mühüm uğurlara imza 

atıb, karateçilərimiz mötəbər beynəlxalq 

turnirlərdə qələbələr qazanıblar. 

Y.Bəşirov karateçilərimizin qarşı-

dan gələn yarışlarda - “Dubay open” 

turnirində, IV İslam Həmrəyliyi Oyun-

larında və 2020-ci il XXXI Tokio Yay 

Olimpiya Oyunlarında da Azərbaycanı 

layiqincə təmsil edərək ölkəmizə medalla 

qayıdacaqlarına əminliyini bildirib. 

Sonra yarışda təmsil olunan xari-

ci ölkələrin müvafiq federasiyalarının 

təmsilçilərinə diplom və medalları təqdim 

edilib. 


Açılış mərasimindən sonra turnirin fi-

nal oyunlarına start verilib. Final qarşılaş-

malarını da uğurla başa vuran Azərbaycan 

idmançıları – Asiman Qurbanlı (84 kq), 

Pənah Abdullayev (84 kq-dək), Fəridə 

Əliyeva (68 kq) qızıl medallara sahib 

olublar. Finalda Asiman Qurbanlıya udu-

zan Şahin Atamov (84 kq), eləcə də Zaur 

Məmmədli (84 kq-dək) turniri gümüş 

medallarla başa vurublar. 

Azərbaycanın bir çox regionların-

dan, eləcə də Türkiyə, İran, Səudiyyə 

Ərəbistanı, Ukrayna, Qazaxıstan, Slova-

kiya, Gürcüstandan ümumilikdə 360 id-

mançının iştirak etdiyi beynəlxalq turnirə 

martın 12-də yekun vurulacaq.



AZƏRTAC

“Brexit”in başlanma 

tarixi məlum olub

 

ˆ

Martın 14-də Böyük Britaniyanın Baş naziri 



Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa Ittifaqından 

çıxma proseduruna start verə bilər.

APA-nın 


“The Daily 

Telegraph” 

qəzetinə 

istinadən verdiyi 

xəbərə görə, 

buna səbəb kimi 

Nazirlər Kabi-

netinin təkidi 

göstərilir.

Martın 


13-də Böyük Britaniyanın İcmalar Palatası Lordlar Palatası-

nın  “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri 

müzakirə edəcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 

51,9 faizi krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs 

verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Bre-

xit” prosedurunun başlanmasına səs verib. 

Cəbhənin müxtəlif 

istiqamətlərində sutka ərzində 

atəşkəs rejimi 110 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif 

istiqamətlərində snayper tüfənglərindən və 82 millimetrlik mi-

naatanlardan (20 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs 

rejimini, ümumilikdə 110 dəfə pozublar.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 

Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Voskevan, 

İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə 

yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ay-

rım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari 

kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, 

Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki 

adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu 

ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə 

tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam 

rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd, 

Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun 

Qorqan, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri ya-

xınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli 

və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Yüklə 64,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə