12. Novruzov vasif



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü1,45 Mb.
#52399


Türk Dünyası Đncelemeleri Dergisi / Journal of Turkish World Studies, 

  

Cilt: IX, Sayı 1, Sayfa: 137-144, ĐZMĐR 2009.  

 

 



137 

AKADEMĐK KAMAL TALIBZADƏ YARADICILIĞINDA MƏDƏNĐYYƏT 

MƏSƏLƏLƏRĐ 

The Problems Culture in the Creativity of Academic Kamal Talibzade 

 

Vasif NOVRUZOV

∗∗





 

 

Özet 

Yazıda Azerbaycanın bakımsızlığı döneminde milli medeniyet ve tarihimizin daha 

düzgün  ve  objektiv  araşdırılmasının  zeruriliyi  vurğulanır  ve  böyük  bilim  adamı,  tenkidçi 

akademik  Kamal  Talıbzade’nin  elmi-nezeri  irsine  münasibet  bildirilir.  Nitekim  K. 

Talıbzade  kimi  bilim  adamını  ehate  eden  edebi  mühit  gözden  keçirilir,  onun  ünlü  bir 

edebiyatşünas ve tenkidçi kimi yetişmesinde aileden gelen varisliyin öneminden behs edilir.  



Anahtar Kelimeler

Kamal Talıbzade, milli medeniyet, edebiyatşünas, tenkidçi.  

 

Abstrakt 

Necessity of more correctly and objective investigation of our national culture and 

history during the independence period of our country noticed in this article and given an 

opinion  about  great  critic  scientist,  academic  Kamal  Talibzade’s  scientific  and  theoretical 

heritage.  At  this  time  looked  over  literary  environment  which  surround  the  scientist  and 

informed  the  importance  of  inheritance  on  his  development  as  a  famous  specialist  in 

literature and a critic.  

Key Words: 

Kamal Talibzade, national culture, literature, a critic.  

 

Azərbaycanın  müstəqillik  qazanmasından  sonrakı  dönəmdə  tariximizə,  mədəniyyətimizə,  maddi 



və  mənəvi  irsimizə  yenidən,  bu  dəfə  daha  dərindən  və  daha  düzgün,  dolğun  şəkildə  baxmağın  zamanı 

gəldi.  Yalnız  bu  zaman  milli  tariximizi,  milli  mədəniyyətimizi  qərəzsiz  və  obyektiv  dəyərləndirməyə, 

Sovet rejiminin diqtəsi ilə saxtalaşdırılan faktları düzəltməyə, xalqın inkişaf və tərəqqisi yolunda illərlə 

mübarizə  aparmış,  lakin  adları  belə  çəkilməyən  neçə-neçə  unudulmuşların  taleyinə  aydınlıq  gətirməyə 

şə

rait və imkan yarandı.  



Mədəniyyətimizin ən qaranlıq səhifələri yaxın keçmişimizlə – XX. əsrin I. yarısı ilə bağlıdır və 

bu dövrün doğru-dürüst araşdırılması elmi ictimaiyyətin ən vacib problemlərindən biri olaraq qalır. Son 

zamanlar  mədəni  irsimizin  tədqiqində  və  araşdırılmasında  müəyyən  uğurlar  qazanılsa  da,  göstərilən 

dövrün  qaranlıq  səhifələrinə  işıq  salan  bir  sıra  sanballı  əsərlər  yazılsa  da,  fikrimizcə,  bunlar  yalnız 

görüləsi işlərin başlanğıcıdır.  

Elə  bu  istəklə  XX.  əsrin  ədəbiyyatını  araşdıran,  “Azərbaycan  ədəbi  tənqidinin  ilk  sistemli  elmi 

tarixinin yaradıcısı olan”

1

, tənqidi elm səviyyəsinə yüksəldən akademik K. Talıbzadə yaradıcılığına nəzər 



salmaq,  onu  bu  günün  tələbləri  səviyyəsində  araşdırmaq  zərurəti  meydana  gəlmiş  olur.  Döğrudur,  K. 

Talıbzadə  yaradıcılığı  son  zamanlar  bir  sıra  tanınmış  alimlərimiz  tərəfindən  tədqiq  edilmiş,  sanballı 

monoqrafiyalar  və  elmi  məqalələr  ortaya  qoyulmuşdur.  Ümumilikdə  haqqında  200-dən  artıq  məqalə, 

onlarla xatirələr yazılmış, Ş. Salmanov’un “Akademik K. Talıbzadə”, N. Şəmsizadə’nin “Türk təfəkkür 

məcrasında”, T. Rəhimli’nin “Böyük nəslin layiqli yadigarı” monoqrafiyaları çap olunmuşdur. Lakin bu 

tədqiqatlarda  K.  Talıbzadə  görkəmli  bir  ədəbiyyatşünas  və  tənqidçi  kimi  araşdırılmışdır.  Bizim 

                                                 



 Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və Đncəsənət Đnstitutunun doktorantı – Bakı.  

1

 Yaşar Qarayev, Kamal Talıbzadə’nin “Ədəbi irs və varislər” kitabına ön söz, Bakı, Azərnəşr, 1974, s. 5.  




Vasif Novruzov 

138 


məqsədimiz isə akademikin yaradıcılığında mədəniyyət məsələlərini araşdırmaq, onun elmi-nəzəri irsini 

kulturoloji aspektdən nəzərdən keçirməkdir.  

Bu  məsələnin müsbət həllinə nail olmaq üçün hökmən K. Talıbzadə’nin yaşadığı və araşdırdığı 

dövrü  nəzərdən  keçirmək,  onu  əhatə  edən  mədəni  mühiti,  tarixi  reallıqları  saf-çürük  etmək  zərurəti 

yaranır.  Yalnız  bundan  sonra  K.  Talıbzadə  yaradıcılığına,  K.  Talıbzadə  irsinə  daha  doğru  yanaşmaq 

imkanı qazanmış olarıq.  

K.  Talıbzadə’nin  formalaşmasında,  bir  tənqidçi  kimi  yetişməsində  onun  doğulub  boya-başa 

çatdığı mühitin və ailədən, gen ilə gələn varisliyin çox böyük əhəmiyyəti olmuşdur. “Varislik məsələsi isə 

həmişə, bütün dövrlərdə maddi və mənəvi mədəniyyətin bütün sahələrində müasirliklə sıx surətdə bağlı 

olan siyasi əhəmiyyətli problemlərdən olmuşdur”

2

.  


K.  Talıbzadə  dövrünün  barmaqla  sayılacaq  dərəcədə  az  olan  ziyalılar  nəslinə  mənsub  olan 

alimlərimizdəndir.  Onun  ulu  babası  Süleyman  Talıbzadə  tanınmış  din  xadimi  olmuşdur.  Babası  Axund 

Mustafa  Talıbzadə  bir  qədər  də  irəli  gedərək  daha  mükəmməl  dini  təhsil  almış,  “Zaqafqaziya 

Ş

eyxülislamının  müavini,  Qafqaz  vilayətinin  baş  qazisi  vəzifələrində  çalışmış,  çox  mükəmməl  şəriət 



dərsliyi yazmış, dini və maarifçilik fəaliyyəti ilə dövrünün qabaqcıl ziyalılarından biri kimi tanınmışdır”

3

.  



Elə  bu  zəmin  üzərində  qurulan  nəsil  şəcərəsinin  sonrakı  davamçılarında  da  islamyönümlü 

fəaliyyət  davam  etdirildi.  K.  Talıbzadə’nin  əmisi  Yusif  Ziya  Talıbzadə  və  atası  Abdulla  Şaiq  də  ilk 

təhsillərini  dini  məktəblərdə  almış,  sonradan  Yusif  Ziya  bu  istiqamətdə  daha  da  irəli  getmişdir.  Lakin 

ataları Axund Mustafa dövrün qabaqcıl elm, maarif və mədəniyyət xadimləri ilə sıx dostluq münasibətləri 

saxladığı  üçün,  təbii  ki,  uşaqları  Yusif  və  Abdulla  da  dini  təhsillə  yanaşı  dünyəvi  elmlərlə  də  məşğul 

olmuş və bu istək onların hər ikisinin maarif xadimi kimi yetişmələrinə gətirib çıxarmışdır

4

.  


XX. əsrin əvvəllərində Azərbaycanda baş verən milli inkişaf hərəkatının, maarifçilik, türkçülük, 

müasirlik  meyllərinin  islam  dini  ilə  xeyli  dərəcədə  sıx  əlaqədə  olması  faktını  önə  çəkən  K.  Talıbzadə 

islam  dinini  vahid  istiqlal  ideologiyası  xəttinin  tərkib  hissəsi  hesab  edirdi  və  göstərirdi  ki,  “maarif  – 

mədəniyyət xadimləri siyasi, ictimai, fəlsəfi, ədəbi görüşləri ilə yanaşı islam dininin təlimi və problemləri 

ilə də zamanın ən mühüm tələblərindən biri kimi məşğul olur, islamı milli azadlıq hərəkatının tərkibindən 

ayırmırdılar”

5

.  


Millətin azadlığı və inkişafı uğrunda çalışan və bu yolda canını belə əsirgəməyən ideoloqlardan 

biri  də  təbii  ki,  Yusif  Ziya  Talıbzadə  idi.  O  Yusif  Ziya  ki,  həyat  və  fəalyyəti  daim  xalqın  inkişafı, 

tərəqqisi və azadlığı uğrunda mübarizələrdə keçmişdir. O Yusif Ziya ki, Sovet dövründə adlarının düşmən 

obrazında belə çəkilməsi qadağan olunmuş yeddi nəfərin siyahısında onun da ismi görünməkdədir

6

.  


Talıbzadələrin bir ziyalı kimi yetişməsində onları əhatə edən ədəbi mühitin də əhəmiyyəti böyük 

idi. XIX əsrin sonu, XX əsrin əvvəllərinə kimi Zaqafqaziyada ən aparıcı mövqedə Tiflis şəhəri idi. Bu da 

ondan  irəli  gəlirdi  ki,  Rus  idarə  üsulunun  mərkəzi  bu  şəhərdə  yerləşirdi.  Bunun  nəticəsində  də  Rus  və 

qərb  şəhərlərinə  əlaqələr  bu  şəhər  vasitəsilə  daha  rahat  həyata  keçirilirdi.  Dini  rəhbərliyin  də  burada 

yerləşməsi  bu  mövqeni  biraz  da  artırırdı.  Qori  Müəllimlər  Seminariyasının  fəaliyyət  göstərməsi  isə 

mütərəqqi,  təhsilli,  gözüaçıq  Azərbaycanlı  ziyalıların  bu  istiqamətdə  axınına  səbəb  olurdu.  A.  A. 

Bakıxanovla başlayan, M. F. Axundovla ən yüksək səviyyəyə yüksəldilən bu mədəni mühit M. Ş. Vazeh, 

N. Nərimanov, C. Məmmədquluzadə, F. B. Köçərli, Ö. F. Nemanzadə, M. Şahtaxtlı, A. Şaiq, Y. Ziya, Ü. 

Hacıbəyov, H. Cavid, H. Ərəblinski, S. Ağamalıoğlu, E. Sultanov və s. kimi şəxslərin formalaşmasında 

mühüm əhəmiyyət kəsb edirdi.  

                                                 

2

 Minaxanım Əsədli, Abdulla Şaiq və teatr (1910-1958), Bakı, Nurlan, 2003, s. 11.  



3

 Təranə Rəhimli, Böyük nəslin layiqli yadigarı, Bakı, ADPU, 2002, s. 3.  

4

 Minaxanım Əsədli, Yusif Ziya Talıbzadə’nin həyatı və mühiti (1877-1923), Bakı, Nurlan, 2005, s. 21.  



5

 Kamal Talıbzadə, Axund Yusif Talıbzadə, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 42.  

6

 Mübariz Süleymanlı, Abdulla Şaiq’in türkçülüyü, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 57.  




Akademik Kamal Talibzadə Yaradiciliğinda Mədəniyyət Məsələləri

 

139 


K.  Talıbzadə’nin  atası  və  əmisi  məhz  belə  bir  mühitdə  doğulub  böyümüşdülər.  O  dövrün 

mütərəqqi  ziyalıları  ilə  birbaşa  ünsiyyətləri  bu  gənclərin  gələcək  mübarizələrində,  elmi  və  bədii 

yaradıcılıqlarında, müəllim və ictimai xadim kimi yetişmələrində müstəsna əhəmiyyət daşımışdır.  

XX. əsrin əvvəllərində isə artıq kifayət qədər milli və elmi ruhda formalaşmış qardaşlar Bakıda 

idilər. Bu dövrdə Tiflis şəhəri öz hegemonluq səlahiyyətlərini Bakıya verməkdə idi. Şamaxı zəlzələsindən 

sonra quberniya idarəsinin Bakıya köçürülməsi bu şəhəri siyasi, iqtisadi və mədəni mərkəzə çevirirdi. Bu 

həm də bir yandan neft və sənaye şəhəri kimi bütün dünyanın, ən əsası isə çarizmin Bakıya yüksək önəm 

verməsində idisə, digər tərəfdən Rusiyada və Qərbdə ali təhsil almış Azərbaycanlıların xalqın inkişafı və 

tərəqqisi üçün bu şəhəri özlərinə mərkəz seçmələri idi. Rusiyada və xaricdə ali təhsil alan N. B. Vəzirov, 

Ə

. G. Adıgözəlov, Ə. B. Hüseynzadə, Ə. Ağaoğlu, H. B. Zərdabi, A. Sur və s. kimi şəxsiyyətlərlə bərabər 



Tiflisdə yaşayan ziyalılar da Bakı’ya gəlməyə üstünlük verdilər.  

Lakin  hələ  mədəni  inqilabdan  danışmaq  tez  idi.  Azərbaycan’da,  eləcə  də,  bütün  Şərqdə 

cəmiyyətin idarə olunmasında dəyişiklik lazım idi. Artıq yeni şəraitdə azsavadlı əhalini əlində saxlamaq 

üçün  ruhani  təbəqə  bütün  yeniliklərin  əleyhinə  çıxış  edirdi  və  bu  da  gözlənilən  inkişaf  və  tərəqqinin 

qarşısını kəsirdi. Artıq Qərb dövlətlərində və Avropa’da ictimai-siyasi həyatda hər bir təbəqə özünə aid 

olan  sahənin  yerinə  yetirilməsində  bir  sərbəstlik  qazanmışdırlar,  milli  hakimiyyət  və  onu  təmsil  edən 

qanunverici qurumlar xalqın mənafeyi üçün hər hansı qanunun tətbiqində azad idilər. Bütün bunları görən 

və  təhlil  edən  Ə.  Ağaoğlu  özünün  “Üç  mədəniyyət”  əsərində  yazırdı:  “Heç  şübhə  yoxdur  ki,  bu  gün 

Avropada dindar olan kimsə həqiqətən dindardır. . . Döğrudan da artıq Məryəmin təsvirinə bir mum nəzir 

edərək oğurluğa gedənlər tapılmaz. Papaya pul verərək cənnəti satın alacaq axmaqlar qalmamışdır”

7

. Ə. 


Ağaoğlu bu nəticəyə gəlir ki, nə qədər xristian dini də Avropada mülki və dünyəvi işlərə müdaxilə edirdi, 

o  zaman  islamın  da  eyni  cür  müdaxiləsi  ilə  bizdəki  vəziyyətlə  eyniyyət  var  idi,  islam  cəmiyyətləri 

digərlərindən geri qalmırdı. Lakin o zaman ki, Qərbdə hakimiyyəti idarə etmək  istiqamətində yeni fikir 

tərzi, yeni zehniyyət əmələ gəldi, o zaman islam cəmiyyətlərinin əksinə olaraq Qərb və Avropada tərəqqi 

və inkişaf başlandı. “Və zaman keçdikcə aralarındakı məsafə uzandı və nəhayət, bugünkü vəziyyət hasil 

oldu:  bir  tərəfdə  sərbəstlik  və  hürriyyət,  təcrübə  və  əql  hakimiyyəti;  digət  tərəfdə  ətalət,  durğunluq  və 

keçmişə bağlılıq”

8

. Daha sonra Ə. Ağaoğlu qeyd edir ki, bizim izləyəcəyimiz iki yol var: ya məhv olmağa 



razı olmaq, ya da ətrafımızdakı yeni əsasları (Qərbi əsasları) qəbul etmək

9

.  



Bu zaman ikinci yolu tutanlar məşhur türk alimi Ziya Gögalpın dediyi kimi öz azadlıqlarını deyil, 

millətlərin  istiqlaliyyətlərini  düşünməyə  başladılar.  Bu  duyğu  ilə  qarışıq  olan  müqəddəs  düşüncə  - 

istiqlaliyyət məfkurəsi meydana gəldi

10

. Sonralar M. Ə. Rəsulzadə bu istiqlal məfkurəsinin əhəmiyyətini 



bir  daha  qələmə  alaraq  yazırdı:  “Azərbaycanın  bu  qədər  fəlakətlər  nəticəsində  əldə  etdiyi  bir  qazanc 

varsa, o da bu istiqlal fikrinin rüsuxidir”

11

.  


Ə

srin  əvvəlləri  ictimai-siyasi  hadisələrə  yenilik  gətirdiyi  kimi  ədəbiyyatda  da  bir  canlanma, 

oyanma  hiss  olunmağa  başladı.  Mədəniyyətin  bütün  sahələri  ilə  birlikdə  ədəbiyyat  da  yeniləşməyə, 

zamanla  ayaqlaşmağa  məcbur  idi,  əks  halda  bütün  başqa  sahələrdə  yaranmış  intibahdan  geri  düşmək 

qorxusu  yaranırdı.  Đndiyə  qədərki  ədəbi  hərəkatdan  uzaqlaşmaq  və  əsrin  yeni  ədəbiyyyatını  yaratmaq 

lazım  idi.  Ancaq  necə  və  nə  cür?  Hansı  yaradıcılıq  metodları  müasir  tələblərə  cavab  verə  bilər,  ədəbi 

ə

nənələrdən  necə  istifadə  edilməlidir?  Nədən  imtina  etmək,  nəyi  mənimsəyib  irəli  aparmaq?  Daxildə 



hansı  ədəbi  qüvvələlərə  istinad  etmək,  hansı  ədəbi  cərəyan  və  istiqamətlərə  söykənmək  lazımdır?  Rus 

realizminəmi,  türk  romantizminəmi,  Avropanın  Azərbaycanda  sürətlə  yayılmağa  və  məşhurlaşmağa 

başlayan onlarla dühalarınamı? Necə, nə şəkildə?

 12


.  

                                                 

7

 Şahnəzər Hüseynov, Əhmədbəy Ağaoğlunun dünyagörüşü, Bakı, Azərnəşr, 1998, s. 64.  



8

 Age. , s. 66.  

9

 Age. , s. 70.  



10

 Ziya Gögalp, Məfkurə, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 3.  

11

 Məhəmməd Əmin Rəsulzadə, Đstiqlal məfkurəsi, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 9.  



12

 Kamal Talıbzadə, Seçilmiş əsərləri, 2 cilddə, I cild. Bakı, Azərnəşr, 1991, s. 238.  




Vasif Novruzov 

140 


Bax,  elə  bu  qarmaqarışıq  və  taleyüklü  bir  dövrdə  müxtəlif  əqidəli,  müxtəlif  fikirlər  təbliğ  edən 

mətbuat  orqanları  yaranmağa  başladı.  Ziyalılar  bu  mətbu  orqanlar  vasitəsilə  xalqa  öz  xidmətlərini 

göstərirdilər.  Hər  kəs  özünə  uyğun  olan,  öz  fikirləri  ilə  həmrəy  olan  mətbuat  ilə  əməkdaşlığa  üstünlük 

verirdi.  Lakin  bu  dövrdə  ziyalıların  məslək  müxtəlifliyi  onların  daha  çox  iki  cəbhəyə  ayrılması  ilə 

nəticələndi: Rus realizmini qəbul edənlər C. Məmmədquluzadə’nin redaktorluğu ilə nəşr olunan “Molla 

Nəsrəddin” jurnalında, türk romantizminin tərəfdarları isə Ə. Hüseynzadə’nin rəhbərlik etdiyi “Füyuzat” 

jurnalında toplandılar. “Axunduşağı”lar da ideya və məfkurəcə onlara daha yaxın olan, “Azərbaycan Xalq 

Cümhuriyyətinin ideoloji əsaslarını yaratmaqda müstəsna rol oynayan”

13

 “Füyuzat” jurnalı ilə əməkdaşlıq 



edirdilər. Bu həm də ondan irəli gəlirdi ki, Ə. Hüseynzadə’nin babası Şeyx Əhməd Salyani Zaqafqaziya 

Ş

eyxülislamı olmaqla A. Şaiq’in atası Axund Mustafa ilə iş yoldaşı, əqidə yoldaşı və dost idilər.  



Qardaşların bu fəaliyyəti bəzən eyni xətt üzrə getsə də, çox vaxt fərqli olurdu. Elmi və pedaqoji 

fəaliyyətlə  məşğul  olmaqla  “Füyuzat”  jurnalının  səhifələrində  müxtəlif  mövzulu  məqalələrlə  çıxış  edən 

Y.  Ziya  sonralar  daha  çox  siyasi  fəaliyyətə  üstünlük  verir  və  onun  həyatının  Türkiyə  dövrü  başlayır. 

Orada  hərbi  təhsil  alaraq  I  Dünya  müharibəsində  iştirak  edir,  qəhrəmanlıqlar  göstərir.  “1911-ci  ildə 

qurulmuş və ilk üzvləri arasında Y. Talıbzadə’nin də olduğu “Müsavat” partiyası Balkan savaşı əsnasında 

bir bəyannamə yayımlayaraq milləti oyandırmağa və Türkiyəyə yardıma dəvət edirdi”

14

. Sonradan Qafqaz 



Đ

slam  Ordusu  tərkibində  Azərbaycanlılardan  ibarət  könüllülərin  rəhbəri  kimi  Y.  Ziya  Azərbaycan’da, 

Cənubi  Azərbaycan’da  hərbi  əməliyyatlarda  iştirak  etmiş,  erməni  daşnakları  ilə  mübarizədə 

qəhrəmanlıqlar  göstərmişdir.  Ermənilərlə  mübarizəsi  Sovet  dönəmində  də  davam  etmiş,  Naxçıvanın 

müdafiə  olunmasında  bir  hərbi  komissar  kimi  fəallıq  göstərmişdir.  Y.  Ziya’nın  həyatı  Ənvər  Paşanın 

rəhbərlik  etdiyi  qoşunların  tərkibində  Qızıl  Ordu  ilə  vuruşan  və  Orta  Asiya  xalqlarının  müstəqilliyi 

uğrunda mübarizə aparan basmaçılarla birlikdə döyüşlərdə bitmiş və o, türkçülük və islamçılıq ideyaları 

uğrunda mübarizələrdə canından keçmişdir.  

Bu  dövrdə  Ə.  Hüseynzadə,  M.  Hadi.  Ə.  Cavad,  H.  Cavid  kimi  əqidə  yoldaşları  ilə  birlikdə  A. 

Ş

aiq  də  türkçülük  mübarizəsində  öndə  idi.  A.  Şaiq  xalqı  mübarizəyə  səsləyən  bəyannamələrin 



yayılmasında,  türkçülük,  millətçilik  ruhlu  şeirlərin  yazılmasında  da  millətin  xidmətində  idi.  “Bakının 

alınması ərəfəsində Axund Yusifin də ön sıralarında döyüşdüyü Qafqaz Đslam Ordusunu ruhlandıran, bu 

işin tarixi əhəmiyyətini türk əsgərlərinə aşılayan və bu şansın əldən verilməsi ilə onsuz da düşmən zülmü 

altında  inləyən  bacı  və  qardaşlarımızı  hansı  taleyin  gözlədiyini  gizlin  müraciət  və  bəyannamələrdə 

yayanlardan biri də onun kiçik qardaşı A. Şaiq idi”

15

. Bundan başqa şairin bu mövzuda yazdığı onlarca 



ş

eiri təsir qüvvəsinə görə yüzlərlə əsgərin gördüyü işə bərabərdi. Onun xalqı mübarizəyə səsləyən, türk 

ordusunun Bakıya gəlişini səbirsizliklə gözləyən və bunu alqışlayan milli-istiqlal ruhlu şeirləri sübut edir 

ki,  “Şaiq  məfkurə  baxımından tamamən  milliyyətçi,  türkçü,  hətta turançı  bir  münəvvərdi.  .  .  Şaiqi  Şaiq 

yapan  Axund  Yusifdir.  Ağabəyisinə  qarşı  dərin  sevgisi  bulunan  Şaiq  məfkurə  xəzinəsini  ondan  irs 

almışdı. Axund Yusifin türkçülüyündə və turançılığında isə kimsənin şübhəsi olmasa gərəkdir”

16

.  


Bu  qədər  türkçü  və  millətçi  A.  Şaiq’in  sonradan  “dönüb”  Sovet  şairi  olması  tamamən  şübhəli 

görünür. 1915-ci ildə M. Ə. Rəsulzadə tərəfindən təməli qoyulmuş və Bakının alınması ərəfəsində gizli 

şə

kildə  nəşr  olunan  “Açıq  söz”  qəzetinin  redaktoru  A.  Şaiq’in  türk  ordusuna  ünvanlanmış  “Đntizar 



qarşısında”  şeirindən  sonra  onun  qəlbən  dönüb  Sovet  ideologiyasını  tərənnüm  etməsi  iddiası 

inanılmazdır.  Görünür  şairin  37-ci  ilin  repressiyasından  salamat  çıxması  üçün  “cümhuriyyət  dövrü 

fəaliyyəti  gizlədilmiş,  əsərləri  təhrif  olunaraq  Sovetləşdirilmişdir”

17

.  Bu  fikri  K.  Talıbzadə  də  dolayısı 



yolla  təsdiq  edərək  atası  haqqında  xatirəsində  yazırdı:  “Atamın  xarakterindəki  mülayimlik,  xeyirxahlıq 

möhkəm  bir  iradə  ilə,  prinsipiallıq  ilə  birləşirdi.  Şaiqi  bir  dəfə  də  əyilən,  bir  dəfə  də  fikrindən  sapan 

görmədim. O, əqidə, məslək adamı idi, heç bir qüvvə onu ideallarından döndərə bilməzdi, bu mənada o, 

                                                 

13

  Kamal  Talıbzadə,  Füyuzatdan  Azərbaycan  Xalq  Cümhuriyyətinə  doğru  (ön  söz),  Vəliyev  Şamil  (Körpülü).  Füyuzat  ədəbi 



məktəbi, Ankara, Ejdat yayınları, 2000, s. 5.  

14

 Minaxanım Əsədli, Yusif Ziya Talıbzadə’nin həyatı və mühiti (1877-1923), Bakı, Nurlan, 2005, s. 56.  



15

 Age. , s. 70.  

16

 Əbdül Vahab Yurdsevər, Abdulla Şaiq vəfat etdi, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 13.  



17

 Minaxanım Əsədli, Arazdan Turana, “Mədəniyyət dünyası”, II buraxılış, Xaqan, 2001, s. 30.  




Akademik Kamal Talibzadə Yaradiciliğinda Mədəniyyət Məsələləri

 

141 


heç  kimə  güzəştə  getməzdi.  Đdealının  mərkəzində  isə  şübhəsiz,  Azərbaycan,  Azərbaycan  xalqı,  onun 

azadlığı və taleyi məsələsi dururdu. Şaiq vətəni və xalqı yolunda hər şeydən keçməyə hazır olan bir fədai 

idi”

18

. 1965-ci ildə yazılmış xatirədəki bu fikirləri hələ tam yumşalmayan Sovet senzurası, yəqin ki, tuta 



bilməmişdi, hansı ki, K. Talıbzadə bundan çox-çox sonralar atası barədə əsl həqiqətləri, onun barəsində 

yazılmış, habelə özünün yazmış olduğu saxtalıqları etiraf edəcəkdi.  

Bu  baxımdan  yazıçı  M.  Đbrahimov’un  “Köhnə  yazıçılar  pleyadası  içərisində  Şaiq  proletar 

inqilabını  daha  tez  qəbul  edənlərdən,  daha  tez  və  tərəddüdsüz  proletar  diktaturası  platformasına 

keçənlərdəndir. Ona görədir ki, bu gün gənc və qoca yazıçılarımızın içərisində şərəfli şura yazıçısı adını 

daşıyan yazıçılardan biri də Şaiqdir”

19

 fikri də səmimi səslənmir. Görünür bu fikirlər əsl Sovet yazıçısı və 



ictimai xadimi olan M. Đbrahimov’un Sovet ideologiyasına inamından və sədaqətindən irəli gəlirdi.  

Böyük alim M. Arif isə “Adlarını çəkdiyim ədib və şairlərin (Sabir, Hadi, Səhhət, Şaiq – V. N. ) 

nə  məsləki,  nə  əqidəsi,  nə  də  üslubu  Ə.  Hüseynzadə’yə  müvafiq  deyildi.  Siyasi-ictimai  bir  cəbhə  kimi 

“Füyuzat” Şaiq’in yaradıcılığında böyük rol oynamamışdır”

20

 deyəndə, yəqin ki, artıq həyatda olmayan 



A. Şaiqi deyil, onun oğlu K. Talıbzadə’ni Sovet rejimindən qorumaq məqsədi güdmüşdür.  

Professor  F.  Hüseynov  1986-cı  ildə  çap  olunan  “Molla  Nəsrəddin  və  mollanəsrəddinçilər”  adlı 

kitabında  isə  A.  Şaiqi  nə  “Füyuzat”çı,  nə  də  “Molla  Nəsrəddin”çi  kimi  görməmiş,  onun  adını  kitabda 

yalnız bir dəfə (?) – Ə. Qəmküsara aid hissədə çəkmişdir: “M. Ə. Sabir, A. Səhhət, M. Hadi, A. Şaiq, Əli 

Nəzmi,  Əli  Razi  kimi  Ə. Qəmküsar  da  mənfiliklərə qarşı  mübarizədə  satirik  müşairələrə  əl  atmışdır”

21



Vəssalam.  

Lakin onların həmkarı Ə. Mirəhmədov “Abdulla Şaiq’in mollanəsrəddinçilərlə ideya-yaradıcılıq 

ə

laqəsi”  adlı  məqaləsində A.  Şaiqi  “Füyuzat”la  bağlayan  telləri  bir  qədər  kövrək  də  olsa  göstərməkdən 



çəkinməmişdir

22

.  



Beləliklə,  “A.  Şaiqi  Sovet  yazıçısı,  Sovet  pedaqoqu  adlandıran  tədqiqatçılar  öz  fikirlərində 

yanılırlar. Düzdür, o, Sovet dövründə yazıb yaradıb. Lakin A. Şaiq’in həmin dövrə məxsus əsərləri Sovet 

ideologiyasını  təbliğ  etməyib”

23

.  Bu  fikirlərin  müəllifi  M.  Əsədli  təsdiq  üçün  M.  B.  Məmmədzadədən 



sitat  gətirir:  “Rus  işğalı  dövründən  sonra  fəhlə  həyatından,  məzlumların  yaşayışından  kim  əsər  yazırsa, 

bolşeviklər onu Sovet ideologiyasının təbliği kimi qiymətləndirirlər. A. Şaiq də uzun müddət bu formada 

təbliğ olunan ədiblərimizdəndir”

24

.  



Fikrimizcə, A. Şaiq’in bolşevik inqilabından sonra daha çox pedaqoji fəaliyyətlə məşğul olması 

və  xüsusən  də  uşaq  şeirləri  yazması  Sovet  ideologiyasını  təbliğ  və  tərənnüm  etmək  məcburiyyətindən 

yaxa qurtarmaq məqsədi daşıyıb. Bu rakursdan baxsaq, A. Şaiq ədəbiyyatımızda öz sözünü və istedadını 

içində saxlamağa məcbur olan ən talesiz şairlərimizdən biridir.  

Amma,  necə  olursa-olsun  “Azərbaycan  xalqının  yarım  əsrlik  mədəni  inkişaf  tarixində  elə  bir 

böyük və ya kiçik hadisə yoxdur ki, Şaiq’in orada iştirakı olmasın”

25

.  


Yaradıcılığında atasının taleyini yaşayan akademik K. Talıbzadə belə bir çətin, qarmaqarışıq bir 

dövrdə, siyasi hadisələr bir-birini əvəz etdiyi bir zamanda, həm də bu hadisələrin bu və ya digər şəkildə 

mərkəzində olan bir ailədə dünyaya gəlmişdi. Və görünür bu dövrün yaratdığı çətinliklər ömrünün sonuna 

qədər K. Talıbzadə’ni sıxıb incitmiş, lakin o, bunlara mərdliklə dözə bilmişdi. Bu sıxıntılar isə fiziki və 

                                                 

18

 Kamal Talıbzadə, Həmişə yadımda olan insan, Şaiqanə yad et, Bakı, Gənclik, 1981, s. 43.  



19

 Mirzə Đbrahimov, Duyğular, Şaiqanə yad et, Bakı, Gənclik, 1981, s. 80.  

20

 Məmməd Arif, Sənətkar qocalmır, Bakı, Yazıçı, 1980, s. 179.  



21

 Firudun Hüseynov, Molla Nəsrəddin və mollanəsrəddinçilər, Bakı, Yazıçı, 1986, s. 230.  

22

  Əziz  Mirəhmədov,  Abdulla  Şaiq’in  mollanəsrəddinçilərlə  ideya-yaradıcılıq  əlaqəsi,  Şaiqanə  yad  et,  Bakı,  Gənclik,  1981,  s. 



148.  

23

 Minaxanım Əsədli, Abdulla Şaiq’in Azərbaycan mədəniyyət tarixində yeri, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 



2001, s. 51.  

24

 Age. , s. 52.  



25

 Abbas Zamanov, Seçilmiş əsərləri, Bakı, Çinar-Çap müəssisəsi, 2003, s. 244.  




Vasif Novruzov 

142 


maddi cəhətlərdən çox, mənəvi cəhətdən idi. K. Talıbzadə bütün mənalı həyatı boyu Talıbzadələr nəslinin 

həm ağrı-acısına varislik etmiş, həm də bu nəslin ziyalılıq ənənəsini layiqincə davam etdirmişdir. Onun 

filoloq  ixtisasını  seçməsi  də,  sonralar  bu  sahəni  araşdıran  görkəmli  bir  alim  kimi  yetişməsi  də  atası  A. 

Ş

aiqdən gələn varislik ənənəsinin davamı idi.  



A.  Şaiq  tanınmış  şair,  dramaturq  və  pedaqoq  olmaqla  yanaşı,  elmi  yaradıcılığa  da  əmək  sərf 

etmişdi. Onun F. B. Köçərli, M. F. Axundov, N. Vəzirov, N. Nərimanov, Ü. Hacıbəyov, H. Cavid, M. M. 

Seyidzadə,  C.  Cabbarlı,  M.  Əliyev,  S.  S.  Axundov,  Ə.  Haqverdiyev  və  s.  məşhurlar  barəsində  yazdığı 

məqalələr, “Dilimiz və ədəbiyyatımız”, “Đnstitut və Azərbaycan”, “Yazıçılarımız və ədəbiyyatçılarımızın 

şə

rəfli  işi”,  “Müəllim”  və  s.  əsərləri  A.  Şaiq’in  bu  sahədə  də  müvəffəqiyyətlə  qələm  işlətməsinin 



təsdiqidir

26

.  



K.  Talıbzadə  də  atasının  öz  dövrünün  qabaqcıl  mövqe  tutan  peşəkar  tənqidçi  və 

ə

dəniyyatşünaslarından  biri  olduğunu  qeyd  edərək  tənqid  elmini  seçməkdə  onun  müstəsna  əhəmiyyət 



daşıdığını  fəxrlə  etiraf  edir

27

.  Bu  həm  də  o  dövr  idi  ki,  A.  Şaiq XX əsr  Azərbaycan  ədəbi-elmi  fikrinin 



tanınmış nümayəndələri olan F. Köçərli, S. Hüseyn, A. Səhhət, N. Nərimanov, M. Hadi, Ə. Haqverdiyev, 

B. Çobanzadə, A. Musaxanlı, Ə. Nazim və s. alimlərin az qala hər biri ilə dostluq əlaqəsi saxlayırdı. K. 

Talıbzadə də onların bir çoxunu öz evlərində dəfələrlə görmüş, onların ədəbiyyat və tənqid haqqında elmi 

mühakimələrinə qulaq asmışdı. S. Vurğun, M. Hüseyn, Y. V. Çəmənzəminli, H. Cavid, Ə. Cavad kimi 

ə

diblərin elmi diskussiyalarının, zarafatlarının dəfələrlə şahidi olmuşdur.  



Bütün  bu  ziyalılar  nəsli  ilə  ünsiyyəti,  onların  bir  çoxu  ilə  aralarındakı  yaş  fərqinin  olmasına 

baxmayaraq  dostluq  və  yoldaşlıq  münasibətləri  və  atasının  şəxsi  kitabxanasından  ən  gözəl  ədəbiyyat 

nümunələri  ilə  təması  K.  Talıbzadə’ni  gələcəyin  böyük  bir  tənqidçi  alimi  kimi  yetişdirirdi.  “Bu 

mikromühit,  görünür,  məndə  ədəbi  tənqid,  ədəbiyyatşünaslıq  sahəsinə  meyl  oyadan  əsas  ilk  amillərdən 

biri olmuşdur”

28

.  



K.  Talıbzadə  elmdə  və  yaradıcılıqda  ənənənin,  varisliyin,  sələflərin  xidmətlərini  lazımınca 

qiymətləndirməyən  cavan  nəslin  nümayəndələrinə  irad  tutaraq  yazırdı:  “Bəzi  cavanlarda  ənənəni,  öz 

sələflərinin  xidmətlərini  lazımınca  qiymətləndirməmək  əhval-ruhiyyəsi  vardır.  .  .  Yanlış  baxışdır.  Əgər 

müəyyən  ədəbi  bir  mühitdə  hər  hansı  bir  cavan  yazıçı  müvıffıqiyyət  qazanırsa,  bu,  heç  şübhəsiz, 

zəminəsiz,  ənənəsiz  başa  gələ  bilməz.  .  .  Cavanların  yaradıcılıq  məhsullarını  milli  zəmindən,  milli 

ə

nənələrdən  ayırmadan,  göydəndüşmə  ədəbi  hadisə  kimi  deyil,  ədəbi  inkişafın  qanunauyğunluğu  kimi 



izah  və  təqdim  etmək  elmi  cəhətdən  daha  doğrudur”

29

.  Alim  daha  sonralar  qeyd  edir  ki, “elmdə  həqiqi 



varislik  bir  də  onda  yaranır  ki,  hər  hansı  mərhələyə  yüksəlmiş  alim  özünəqədərki  mərhələlərin 

nailiyyətlərini qiymətləndirməyi bacarsın, öz uzaq və yaxın müəllimlərinin haqq-sayın itirməsin. Həqiqi 

varis  olmaq  üçün  varisi  yetişdirənlərin  qədir-qiymətini  bilmək  lazımdır”

30

  və  bu  mənada  özünün 



müəllimləri olan M. Arifi, M. Cəlalı, F. Qasımzadə’ni, Ə. Sultanlını, C. Xəndanı, M. Rəfilini, H. Araslını, 

M. Cəfəri, M. Əlizadə’ni minnətdarlıqla xatırlayır.  

Lakin yaradıcılıq üçün bu qədər münbit şəraitin olmasına rəğmən alim əsas gücü, qüvvəni, yazıb-

yaratmaq  eşqini  yalnız  atasından  aldığını  fəxrlə  etiraf  edir:  “Atam  həm  şəxsiyyət,  həm  müəllim,  həm 

yazıçı, həm alim kimi həmişə mənə nümunə olmuş, mən bir an belə, sağlığında da, ölümündən sonra da 

ondan ayrılmamışam”

31

.  


Görünür,  K.  Talıbzadə’nin  xüsusən  yaradıcılığının  ilk  dövrlərində  romantizmə,  romantik 

ə

dəbiyyata meyl etməsi də M. Füzuli, M. Hadi, A. Səhhətə sevgi və məhəbbətdən çox, onlarla ideya və 



                                                 

26

 Minaxanım Əsədli, Abdulla Şaiq və teatr (1910-1958), Bakı, Nurlan, 2003, s. 124-125.  



27

 Kamal Talıbzadə, Seçilmiş əsərləri, 2 cilddə, I cild. Bakı, Azərnəşr, 1991, s. 18.  

28

 Age. , s. 22.  



29

 Kamal Talıbzadə, Ədəbi irs və varislər, Bakı, Azərnəşr, 1974, s. 51-52.  

30

 Kamal Talıbzadə, Seçilmiş əsərləri, 2 cilddə, II cild. Bakı, Azərnəşr, 1994, s. 219.  



31

 Kamal Talıbzadə, Seçilmiş əsərləri, 2 cilddə, I cild. Bakı, Azərnəşr, 1991, s. 20.  




Akademik Kamal Talibzadə Yaradiciliğinda Mədəniyyət Məsələləri

 

143 


məslək  birliyində  olan  atası  A.  Şaiqə  olan  sevgidən  qaynaqlanırdı  və  bu  romantiklik  nə  qədər  büruzə 

vermək istəməsə də, alimin canına, qanına hopmuşdu.  

Tələbəlik  illərində  “Füzuli  şerinin  Azərbaycan  romantiklərində  əks-sədası”  (1943)  adlı  kurs  işi, 

“XX əsr Azərbaycan romantizmi və M. Hadi” (1945) adlı diplom işi və bir az sonra “A. Səhhətin həyat və 

yaradıcılığı”  (1949)  adlı  namizədlik  dissertasiyasında  romantizmə  müraciət  olunmasının  arxasında, 

fikrimizcə, daha incə mətləblər dayanır.  

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik adı ilə torpaqlarımızı işğal edən və 

xalqın sayseçmə oğullarına divan tutan ermənilərin və onların Moskvadakı havadarlarının soyqırımından 

bir çox ziyalılar yaxa qurtarıb xaricə qaça bilsələr də, bir hissəsi sorğusuz-sualsız məhv edildi. O zaman 

bolşeviklərin Bakıdakı rəhbərlərindən biri olan N. Nərimanov bu siyasətin xalqın gələcəyinə vurulan bir 

zərbə  olduğunu  anlayaraq  cidd-cəhdlə  bu  qətliama  mane  olmağa  çalışdı.  N.  Nərimanovun  köməyi 

Talıbzadələr  ailəsindən  də  yan  ötməmişdir.  Y.  Talıbzadə  Rus  işğalından  sonra  Đrandan  Azərbaycana 

keçərkən sərhəddə həbs edilmiş, lakin N. Nərimanovun vasitəçiliyi və təkidli xahişi ilə o, azad olunaraq 

Naxçıvana  hərbi  komissar  təyin  edilmişdir

32

  və  yenə  də  N.  Nərimanovun  köməyi  ilə  Azərbaycanın 



sərhədlərini keçərək Türküstana getmişdir

33

.  



Bütün bu faktlar bizə inanmağa imkan verir ki, A. Şaiq, onun ailə üzvləri və eləcə də, Y. Ziyanın 

ailə üzvlərinin həmin təlatümlü illərdə salamat qalmalarında N. Nərimanovun xüsusi xidmətləri olmuşdur.  

N. Nərimanov kimi siyasi əqidəsində aldanmış mütərəqqi və milli ziyalının yoxluğunda 37-ci ilin 

repressiyalarından  möcüzə  nəticəsində  salamat  qurtarmış  A.  Şaiq  və  onun  ailəsini  müharibədən  sonra 

başlanmış  yeni  bir  sınaq  gözləyirdi.  Bu  dəfə  də  ermənilərin  gizli  əli  ilə  Azərbaycanlılara  qarşı  növbəti 

repressiya başlandı. Xalqın ziyalılar ordusu növbəti hücuma məruz qaldı. K. Talıbzadə’nin məhz belə bir 

tarixi şəraitdə A. Səhhət romantizminə müraciət etməsi, həm A. Şaiq və onun sağ qalmış silahdaşlarını 

yeni  irticadan  qurtarmaq,  həm  də,  ümumiyyətlə,  azacıq  da  olsa,  romantizm  tərəfdarlarına  bəraət 

qazandırmaq istəyindən irəli gəlirdi. Nəzərə alsaq ki, bu cərəyanın bir çox nümayəndələrinin adlarını belə 

mətbuatda çəkmək qadağan olmuşdu, onda bu tədqiqatın elmilikdən əlavə, nə qədər siyasi bir əhəmiyyət 

daşıdığı da gün kimi aydın olar.  

1955-ci  ildə  ilk  dəfə  monoqrafiya  şəklində  çap  olunan  bu  dissertasiyada  yeri  gəldi-gəlmədi  A. 

Ş

aiq’in  dostları  və  həmfikirləri  olan  Ə.  Hüseynzadə,  Ə.  Ağaoğlu,  Ə.  Topçubaşovun  və  “Füyuzat” 



jurnalının  tənqid  və  bəzi  hallarda  hətta  təhqir  olunması,  fikrimizcə,  K.  Talıbzadə’nin  savadsızlığından, 

onun  “Sovet  alimi”  kimi  “şərəfli”  bir  ad  daşımasından,  tarixi  həqiqətləri  bilməməsindən  irəli  gəlmirdi. 

Monoqrafiyada A. Şaiq’in özünün də bu və ya digər qaydada tənqid edilməsi, “hətta Quranı Azərbaycan 

dilinə tərcümə edib dini xurafatı yaymaqla məşğul olurdular”

34

 deyərək ad çəkməsə də əmisi Y. Ziya’nı 



da günahlandırması məcburiyyətlən irəli gəlirdi. Alim yalniz bu yolla “unudulmuşlarin” həyatına cüzi də 

olsa  işıq  sala  bilirdi  və  bu  barədə  özü  də  etiraf  edərək  yazırdı:  “Bizim  onlara  münasibətimiz  bəzən 

birtərəfli, bəzən isə kökündən yanlış olmuşdur. Ancaq bu şəxsiyyətlərdən pis-yaxşı ilk dəfə yazanlardan 

biri də mən olmuşam”

35

.  


Dissertasiyanı  yazmaq  üçün  aylarla  arxivlərdən  çıxmayan,  illərlə  inqilabaqədərki  mətbuatın 

səhifələrini vərəqləyən və hər tapıntını və faktı atası A. Şaiqlə bölüşən

36

 K. Talıbzadə səhv edə bilməzdi. 



Ə

n azı atası hələ sağ və salamat idi və bu mövzu ilə əlaqədar az qala bir arxiv qədər biliyə malik idi. Bir 

tərəfdən də atasına və əmisinə olan hörmət və məhəbbət buna imkan verməzdi. Deməli, əlində yüzlərcə 

fakt  və  materiallar  ola-ola  K.  Talıbzadə  tədqiq  etdiyi  şəxslərin  həyat  və  yaradıcılığını  məcburən  təhrif 

etməklə,  əslində  onlara  xidmət  etmiş,  “xilaskarlıq”  missiyasını  yerinə  yetirmişdir.  Lakin  bununla 

                                                 

32

 Minaxanım Əsədli, Yusif Ziya Talıbzadə’nin həyatı və mühiti (1877-1923), Bakı, Nurlan, 2005, s. 81.  



33

 Age. , s. 95.  

34

 Kamal Talıbzadə, Abbas Səhhət, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, 1955, s. 144-145.  



35

 Nizaməddin Şəmsizadə, Tarixə güvənən düşüncə, Talıbzadə Kamal, Seçilmiş əsərləri, 2 cilddə, I cild. Bakı, Azərnəşr, 1991, 

s. 8.  

36

 Təranə Rəhimli, Böyük neslin layiqli yadigarı, Bakı, ADPU, 2002, s. 13.  




Vasif Novruzov 

144 


razılaşmayan alim imkan düşən kimi tarixi ədaləti bərpa etməyə çalışmışdır. Hələ 1960-cı ildə 3 cildlik 

“Azərbaycan ədəbiyyatı tarixi” kitabında “XX əsrin əvvəlində ədəbi tənqid” bölməsini yazarkən “burjua 

tənqidçiləri” damğası vurulan görkəmli şəxsiyyətlərə daha yumşaq yanaşmış, onların mütərəqqi tərəflərini 

də yazmağa cəsarət etmişdir. Ən maraqlısı isə A. Şaiqi demokratik tənqid sahəsində çalışan F. Köçərli, 

Kazımoğlu  (Hüseyn  Sadiq),  Abdulla  Sur,  C.  Məmmədquluzadə,  Ü.  Hacıbəyov,  A.  Səhhət,  Ə. 

Haqverdiyev,  M.  Hadi  kimi  ədiblərin  və  tənqidçilərin  sırasına  salmamasıdır

37

.  Bu  nədir? 



Diqqətsizlikdirmi, yoxsa A. Şaiq yaradıcılığına yeni baxışın başlanğıcıdır? “A. Səhhət” monoqrafiyasını, 

demək  olar  ki,  təzədən  işləyib  çap  etdirməsi  də  tarixi  ədaləti  bərpa  etmək  zərurətindən  irəli  gəlməklə 

yanaşı A. Şaiqlə bağlı söylədiyimiz ikinci versiyanı təsdiq edirdi.  

Kaynaklar 

 ƏSƏDLĐ Minaxanım, Abdulla Şaiq’in Azərbaycan mədəniyyət tarixində yeri. “Mədəniyyət dünyası”, II buraxılış, 

Bakı, Xaqan, 2001, s. 50-52.  

 ________________ Abdulla Şaiq və teatr (1910-1958), Bakı, Nurlan, 2003.  

 ________________ Arazdan Turana, “Mədəniyyət dünyası”, II buraxılış, Xaqan, 2001, s. 29-33.  

 ________________ Yusif Ziya Talıbzadə’nin həyatı və mühiti (1877-1923), Bakı, Nurlan, 2005.  

 GÖGALP Ziya, Məfkurə, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 3-4.  

 HÜSEYNOV Firudun, Molla Nəsrəddin və mollanəsrəddinçilər, Bakı, Yazıçı, 1986.  

 HÜSEYNOV Şahnəzər, Əhmədbəy Ağaoğlunun dünyagörüşü, Bakı, Azərnəşr, 1998.  

 ĐBRAHĐMOV Mirzə, Duyğular, Şaiqanə yad et, Bakı, Gənclik, 1981.  

 QARAYEV Yaşar, Kamal Talıbzadə’nin “Ədəbi irs və varislər” kitabına ön söz, Bakı, Azərnəşr, 1974.  

 MƏMMƏD Arif, Sənətkar qocalmır, Bakı, Yazıçı, 1980.  

 MĐRƏHMƏDOV  Əziz,  Abdulla  Şaiq’in  Mollanəsrəddinçilərlə  ideya-yaradıcılıq  əlaqəsi,  Şaiqanə  yad  et,  Bakı, 

Gənclik, 1981.  

 RƏHĐMLĐ Təranə, Böyük nəslin layiqli yadigarı, Bakı, ADPU, 2002.  

 RƏSULZADƏ Məhəmməd Əmin, Đstiqlal məfkurəsi, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 8-

10.  

 SÜLEYMANLI Mübariz, Abdulla Şaiq’in türkçülüyü, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 



53-59.  

 ŞƏMSIZADƏ  Nizaməddin,  Tarixə  güvənən  düşüncə,  Talıbzadə  Kamal.  Seçilmiş  əsərləri,  2  cilddə,  I  cild.  Bakı, 

Azərnəşr, 1991, s. 6-10.  

 TALIBZADƏ Kamal, Abbas Səhhət, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, 1955.  

 _________________ Axund Yusif Talıbzadə, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 42-47.  

 _________________ Ədəbi irs və varislər, Bakı, Azərnəşr, 1974.  

 _________________ Ədəbi tənqid, Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə, II cild. Bakı, Azərbaycan SSR Elmlər 

Akademiyası, 1960.  

 ________________  Füyuzatdan  Azərbaycan  Xalq  Cümhuriyyətinə  doğru  (ön  söz),  Veliyev  Şamil  (Körpülü), 

Füyuzat edebi mektebi, Ankara, Ejdat yayınları, 2000, s. 3-5.  

 ________________ Həmişə yadımda olan insan, Şaiqanə yad et, Bakı, Gənclik, 1981.  

 ________________ Seçilmiş əsərləri, 2 cilddə, I cild, Bakı, Azərnəşr, 1991.  

 ________________ Seçilmiş əsərləri, 2 cilddə, II cild. Bakı, Azərnəşr, 1994.  

 Yurdsevər Əbdül Vahab, Abdulla Şaiq vəfat etdi, “Mədəniyyət dünyası”, II buraxılış, Bakı, Xaqan, 2001, s. 13-15.  

 Zamanov Abbas, Seçilmiş əsərləri, Bakı, Çinar-Çap müəssisəsi, 2003.  

                                                 

37

 Kamal Talıbzadə, Ədəbi tənqid, Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə, II cild. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, 



1960, s. 442.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə