13 iyul 2016-cı il, çərşənbə 6



Yüklə 51,81 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü51,81 Kb.
#37954


13 iyul 2016-cı il, çərşənbə

6

 

ˆ

Heydər Əliyev Fondunun, Abşeron Rayon İcra 



Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli 

Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya  

Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda 

I Beynəlxalq Dolma Festivalı keçirilib.

Xırdalan şəhərində realla-

şan tədbirdə Abşeron Rayon İcra 

Hakimiyyətinin başçısı İradə 

Gülməmmədova, mədəniyyət və tu-

rizm nazirinin birinci müavini Vaqif 

Əliyev, Milli Kulinariya Mərkəzinin 

direktoru Tahir Əmiraslanov, 

Azərbaycanda fəaliyyət göstərən 

fövqəladə və səlahiyyətli səfirlər 

və onların ailə üzvləri, dövlət 

rəsmiləri, ictimai xadimlər və KİV 

nümayəndələri iştirak ediblər.

Festival iştirakçıları əvvəlcə 

Xırdalan şəhərindəki Heydər 

Əliyev Parkında ümummilli liderin 

xatirəsinə ucaldılmış abidə önünə 

tər çiçəklər düzüb, ulu öndərin əziz 

xatirəsini ehtiramla yad ediblər. 

Nəsillərdən yadigar mətbəx 

mədəniyyətimiz 

Tədbir "Neapol" restoranında 

davam etdirilib. Burada festivalın 

açılışını bildirən rəmzi lent kəsilib, 

nümayiş etdirilən dolmalara baxış 

keçirilib. Tədbirdə çıxış edən 

Abşeron Rayon İcra Hamiyyətinin 

başçısı İradə Gülməmmədova 

bildirib ki, hər bir xalqın tarixi 

keçmişi, adət-ənənələri, yaşadığı 

coğrafi ərazi onun milli mətbəxinin 

formalaşmasına təsir edən başlıca 

amillərdəndir. Bu baxımdan min 

illərdən bəri formalaşaraq inkişaf 

edən Azərbaycan mətbəxi özünün 

əsrarəngsiz görünüş, dad və tərkib 

ahəngdarlığı ilə seçilir. Nəsillərdən-

nəsillərə ötürülən yeməklərimiz 

özünəməxsusluğu ilə bütün dünya-

da məşhurdur.

Onun sözlərinə görə, I Bey-

nəlxalq Dolma Festivalının Abşe-

ronda keçirilməsi təsadüfi deyil, 

Abşeron bağları tarixən öz üzümü 

ilə tanınıb. Bədnam qonşumuz olan 

ermənilərin həmişə Azərbaycan 

mədəniyyətinə, o cümlədən, 

milli xörəklərimizə qarşı təcavüz 

cəhdləri, bəzi yeməklərimizin 

onlara məxsus olması ilə bağlı iddi-

alar irəlü sürməsi təəssüf doğurur. 

Eyni zamanda, bu cür təcavüzlər o 

qədər bəsit şəkildə aparılır ki, hətta 

xörəklərimizin adlarını dəyişmək 

barədə belə düşünmürlər. Təbii ki,  

Azərbaycan xörəklərinin adlarını 

dəyişmək də asan məsələ deyil, 

sonradan yaradılan qondarma adlar  

xörəklərimizə yapışmır, onların 

mahiyyətini əks etdirə bilmir. Çünki 

bunlar xüsusi mənalar kəsb edərək 

bir xalqın mədəniyyət tarixi boyun-

ca əmələ gələn adlardır.

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin də bu 

məsələyə diqqət yetirdiyini vur-

ğulayan İ.Gülməmmədova cənab 

Prezidentin Azərbaycan Milli Elmlər 

Akademiyasının illik ümumi yığın-

cağında səsləndirdiyi fikirlərdən sitat 

gətirib. "Dövlət başçısı bildirmiş-

dir:  "Bizim milli mətbəximiz yenə 

də ermənilər tərəfindən oğurlanır. 

Onlar bunu müxtəlif yollarla erməni 

mətbəxi kimi təqdim etməyə çalı-

şırlar. Halbuki milli yeməklərimizin 

adları da Azərbaycan sözləridir. Əgər 

ermənidən soruşsan, dolma ermənicə 

nə deməkdir, onu deyə bilməz. Necə 

ki, Qarabağ deyəndə, onlar üçün bu, 

sadəcə bir sözdür, onu anlamırlar. 

Çünki bu, erməni sözü deyildir. Ona 

görə də belə hərəkətlər, əlbəttə ki, 

bizi çox üzür. Biz öz milli, mədəni 

irsimizi qorumalıyıq. Bunun üçün 

təbliğat işləri daha da güclü olmalı-

dır".

Bu gün Azərbaycan 



mədəniyyətinin dünyaya çatdırıl-

masında Heydər Əliyev Fondu-

nun prezidenti, UNESCO-nun və 

İSESCO-nun xoşməramlı səfiri, 

Milli Məclisin deputatı  Mehriban 

xanım Əliyevanın da misilsiz 

xidmətlərinin olduğunu deyən RİH 

başçısı qeyd edib ki, məhz birinci 

ledinin sayəsində mədəniyyətimiz 

beynəlxalq aləmdə təbliğ olunur, ta-

nınır və qəbul edilir. "Mən inanıram 

ki, I Beynəlxalq Dolma Festivalı da 

mədəniyyətimizin dünyaya inteqra-

siyasında əhəmiyyətli rol oynayacaq 

və dolmanın, əslində, kimə məxsus 

olduğunu bir daha sübut edəcəkdir".

Mədəniyyət və turizm nazirinin 

birinci müavini Vaqif Əliyev, Milli 

Kulinariya Mərkəzinin direktoru 

Tahir Əmiraslanov çıxış edərək 

festivalın əhəmiyyətindən, onun 

Azərbaycan mətbəxinin təbliğində 

oynadığı roldan söz açıblar.

Azərbaycan dolması 

Ginnesin Rekordlar 

kitabında 

Festivala respublikanın 24 

rayonundan (Abşeron, Zəngilan, 

Xızı, Xaçmaz, Xocəvənd, Qubadlı, 

Nizami, Qəbələ, Nərimanov, Sumqa-

yıt şəhəri, Binəqədi, Şuşa, Kəlbəcər, 

İsmayıllı, Qusar, Şirvan, Quba, Şa-

maxı, Xəzər, Salyan, Xətai, Masallı, 

Şabran, Laçın) 400-ə yaxın iştirakçı 

qatılıb. Eyni zamanda, Azərbaycanda 

fəaliyyət göstərən İndoneziya, 

Türkiyə və Ukrayna səfirliklərinin 

aşpazları tərəfindən hazırlanan 

dolma çeşidləri münsiflər heyətinə 

təqdim olunub. Bununla yanaşı, 

3 restoranın ("Xanədan", "Sərin", 

"Buta Palace") aşpazları tərəfindən 

bişirilən dolmalar da festivala 

rəng qatıb. Ümumilikdə münsiflər 

heyətinə 300 çeşiddə dolma təqdim 

olunub. Ən çox dolma çeşidinə görə 

Azərbaycan Ginnesin Rekordlar 

kitabına düşüb.

Qeyd edək ki, I Beynəlxalq 

Dolma Festivalı çərçivəsində 6 

nominasiya üzrə yarış keçirilib. 

Ölkələr arasında İndoneziya birinci 

yeri, Ukrayna isə ikinci yeri tutub. 

Azərbaycanın rayon və şəhərləri 

arasında birinci yer Abşeron rayo-

nuna, ikinci yer Sumqayıt şəhərinə, 

Kəlbəcər və Şamaxı rayonlarına, 

üçüncü yer Quba, Xızı, Zəngilan və 

Xocavənd rayonlarına verilib. 

Ən maraqlı tarixi qeyri-adi 

dolma nominasiyasında birinci yerə 

Xanədan restoranı ( dolma-kabab), 

ikinci yerə Abşeron (zeytun dol-

ması) və Xaçmaz (lobya dolması) 

rayonları layiq görülüb. Üçüncü 

yerdə Qəbələ (şingilim dolma), 

Şabran (yarma dolması), Nizami 

(turş kələm dolması) və Masallı 

(balqabaq dolması) qərarlaşıb. 

Ən yaxşı dolmalar nomina-

siyasında birinci yer Şuşa (heyva 

dolması), ikinci yer Binəqədi (tərs 

dolma) və Salyan (boranı dolması) 

rayonlarına qismət olub. Üçüncü 

yerə İsmayıllı (gicitkən dolması), 

Nərimanov (quyruq dolması), 

Qubadlı ( yarpaq dolması) və Xətai 

(qoz dolması) layiq görülüb. 

Restoranlar arasında "Buta 

palace" birinci, "Xanədan" restoranı 

ikinci, ən çox dolma gətirən rayonlar 

arasında Kəlbəcər birinci, Sumqayıt 

ikinci yeri tutub. Sonda qalib koman-

dalara diplom, medal və qiymətli 

hədiyyələr verilib. Bundan əlavə, iş-

tirakçılara Abşeron RİH, Mədəniyyət 

və Turizm Nazirliyi, Azərbaycan Mil-

li Kulinariya  Mərkəzi və Azərbaycan 

Milli Kulinariya Assosiasiyasının 

kubokları da təqdim olunub.

Səməd HÜSEYNOĞLU, 

"Xalq qəzeti"nin 

bölgə müxbiri

Abşeronda I Beynəlxalq Dolma Festivalı 

Bu cür tədbirlər ermənilərin mədəni irsimizə sahib çıxmasının qarşısına sədd çəkir 

 

ˆ

2016-cı ilin yanvar-iyun ayların-



da  2015-ci ilin eyni dövrünə nisbətən kənd 

təsərrüfatı məhsullarının istehsal qiymətləri   

9 faiz, o cüm lədən bitkiçilik məhsullarının isteh-

sal qiymətləri 19,4 faiz ucuzlaşmış, heyvandar-

lıq məhsullarının istehsal qiymətləri isə 1,8 faiz 

 bahalaşmışdır. 

Dövlət Statistika 

Komitəsindən aldığımız 

məlumatda bildirilir ki, 

2016-cı ilin iyun ayında 

may ayına nisbətən kənd 

təsərrüfatı məhsullarının 

istehsal qiymətləri 0,5 faiz, 

o cümlədən bitkiçilik və 

heyvandarlıq məhsullarının 

istehsal qiymətləri uy-

ğun olaraq 0,8 və 0,1 faiz 

ucuzlaşmışdır. Ay ərzində 

bitkiçilik məhsullarından 

lobyanın, kələmin, xiyarın, 

badımcanın, pomidorun, 

kartofun, alçanın və gilasın 

istehsal qiymətlərində ucuz-

laşma, çiyələyin istehsalçı 

qiymətində isə bahalaşma 

müşahidə olunmuşdur. Digər 

bitkiçilik məhsullarının 

istehsal qiymətlərində ciddi 

dəyişikliklər baş verməmişdir. 

İyun ayında heyvandarlıq 

məhsullarından südün isteh-

sal qiyməti ucuzlaşmış, digər 

heyvandarlıq məhsullarının 

istehsal qiymətlərində ciddi 

dəyişikliklər baş verməmişdir.



Samirə ƏLİYEVA, 

“Xalq qəzeti” 

Kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri 

ötən illə müqayisədə 9 faiz ucuzlaşmışdır

 

ˆ

ABŞ müdafiə naziri Eşton Karter 



Əfqanıstana gözlənilməz səfər edib.

 APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi 

xəbərə görə, E. Karterin təyyarəsi ABŞ Silahlı Qüvvələrinin 

paytaxtdan 50 kilometr aralıda yerləşən Baqramdakı bazasında 

yerə enib.

 E.Karterin Əfqanıstan Prezidenti Əşrəf Qani və hökumətin 

rəhbəri Abdulla Abdulla ilə görüşü planlaşdırılır. 

Qeyd edək ki, NATO-nun Varşava sammitində Əfqanıstan 

ordusuna 2020-ci ilə qədər 5 milyard dollar məbləğində yardım 

edilməsi barədə qərar qəbul edilib.



Pentaqon rəhbəri 

Əfqanıstana 

 gözlənilməz səfər edib

 

ˆ

"Rusiya-NATO Komissiyasının icla-



sında müzakirə olunacaq əsas məsələ alyansın 

Şərqi Avropada hərbi mövcudluğunun artırıl-

ması və onun Avropanın təhlükəsizliyi üçün 

nəticələri olacaq".

 APA-nın "RİA Novosti” 

agentliyinə istinadən verdiyi 

xəbərə görə, bu barədə Rusiya 

XİN-dən bildirilib. “Rusiya 

tərəfi Baltik dənizi regionun-

da aviasiya təhlükəsizliyinin 

gücləndirilməsi üçün finlandi-

yalı tərəfdaşlarımızın irəli sür-

düyü "Niinistö planı" barədə 

müzakirə açılması təşəbbüsü 

ilə çıxış edəcək, habelə ABŞ 

və NATO-nun Avropada 

raket hücumundan müdafiə 

sistemini qurmağa davam 

etməsi nəticəsində strateji 

stabilliyə olan risklərlə 

bağlı məsələ qaldıracaq".

 Diplomatlar Ukrayna-

dakı vəziyyət, Əfqanıstanda 

təhlükəsizlik və regional 

təhlükəsizlik təhdidlərini də 

müzakirə edəcəklər.

 Rusiya-NATO Ko-

missiyasının iclası bu gün 

Brüsseldə keçirilir.



Rusiya-NATO Komissiyasının müzakirə 

edəcəyi məsələlər açıqlanıb

 

ˆ

"Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda möv-



qeyini əldən vermək istəmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı 

və İrəvana son vaxtlar artan səfərlərini də bununla izah etmək olar". Bunu 

APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Univer-

sitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi 

ekspert Sergey Markedonov deyib.  

 S. Markedonovun sözlərinə görə, Moskva 

heç bir halda danışıqlar formatını əldən vermək 

istəmir: "Görünən odur ki, Sergey Lavrovun Ba-

kıya səfəri də Sankt-Peterburqda prezidentlərin 

görüşündə əldə olunan razılıqların təsdiqlənməsi 

məqsədini daşıyır. Hesab etmirəm ki, bura-

da söhbət hansısa qərarın qəbulundan gedir. 

İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin 

nizamlanması ilə bağlı keçirilən bir sammitdə 

münaqişənin həll olunması ilə bağlı qərar 

verilsin. Bu uzun sürən prosesdir. Bir və ya iki 

görüşlə həll olunası məsələ deyil".

Hesab etmirəm ki, Moskvanın münaqişənin 

həlli ilə bağlı hansısa təktərəfli qərarı ola bilər.

Rusiyalı politoloq Dağlıq Qarabağ 

münaqişəsinin həlli ilə bağlı ortada hansısa 

planın olub-olmadığı məsələsini də şərh edib: 

"Son zamanlar münaqişənin həlli ilə bağlı 

"Lavrov planı"nın olduğu deyilirdi. Planın adı 

belə olsa da, qərarı onun vermədiyi aydındır. 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağ-

lı qərarı Moskva ATƏT-in Minsk qrupunun 

digər həmsədr ölkələri olan ABŞ və Fransa 

ilə birlikdə verə bilər. Bu istiqamətdə onlar 

qarşılıqlı fəaliyyət göstərirlər. Ona görə də 

hesab etmirəm ki, Moskvanın münaqişənin həlli 

ilə bağlı hansısa təktərəfli qərarı ola bilər. Belə 

olsa, bu, digər həmsədrlər tərəfindən heç də xoş 

qarşılanmaz. Nəzərə alsaq ki, Sankt-Peterburq 

görüşündə digər həmsədrlər də iştirak edib, o 

zaman münaqişənin həlli ilə bağlı Moskvanın 

bütün səyləri Qərblə razılaşdırılır".

 S. Markedonov danışıqların "Kazan 

formulu" əsasında aparılıb-aparılmamasına da 

toxunub: "Kazan formulu"nda yeni heç bir şey 

yoxdur. Bu, yenilənmiş Madrid prinsiplərinin 

əlavələr olunmuş təqdimatıdır. Münaqişənin 

nizamlanmasının əsasında bu formul dayanır. 

Əsas məsələ sənəddə, yəni, kağız üzərində 

nəyin yazılması deyil, əsas məsələ kimin birinci, 

ya ikinci addım atmasıdır.

Bu gün müzakirə olunmalı əsas məsələ 

Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil 

olmayan 7 rayonun işğaldan azad edilməsi və 

Dağlıq Qarabağın gələcək statusunun müəyyən 

edilməsidir. Lakin bunu müzakirə etmək 

üçün tərəflər bir-birindən güzəştlər gözləyir. 

Mübahisə məhz bunun üstündədir. Kimin 

birinci addım atması məsələsi mübahisəlidir. 

Yenilənmiş Madrid prinsiplərində dediklərimin 

hamısı əksini tapıb, hətta bu sənəddə 

məsələnin həllinin ardıcıllığı da var. Lakin 

kimin nə zaman birinci addım atmalı olduğu 

sənəddə yoxdur. Mənə elə gəlir ki, hazırda 

danışıqlar prosesində məhz bu məqamlar 

müzakirə olunur".

 Rusiyalı ekspertin fikrincə, Vaşinqton 

bu münaqişənin həllində Moskvaya maneə 

olmaq istəmir: "Lakin münaqişənin həllində 

Moskva öz milli maraqlarını nəzərə alırsa, o 

zaman, əlbəttə ki, Qərbin də maraqlarını nəzərə 

almalıdır. Bu gün Rusiya-ABŞ münasibətləri 

çox mənfi istiqamətdə inkişaf edir. İki nəhəng 

arasında gözlə görünən gərginlik müşahidə 

olunur. Bir sıra regional məsələlərdə fikir 

ayrılıqları mövcuddur. Ukrayna, Suriya və 

NATO məsələlərində Rusiya və ABŞ arasında 

ortaq nöqtə yoxdur. Dağlıq Qarabağ münaqişəsi 

yeganə problemdir ki, bu məsələdə Moskva və 

Vaşinqton ortaq fikrə sahib olduqlarını bəyan 

edir".


Moskva münaqişənin həllində digər 

həmsədr ölkələrin mövqeyini mütləq nəzərə 

almalıdır.

S. Markedonov iyulun 9-da Varşavada 

keçirilən NATO sammitində Dağlıq Qarabağ 

məsələsinin müzakirəsinin, Azərbaycan və 

Ermənistan prezidentlərinin sammitə dəvət 

olunmasının heç də təsadüfi olmadığını vurğu-

layıb: "NATO sammitində Qərb liderlərinin, 

xüsusilə də ABŞ dövlət katibi Con Kerrinin və 

Fransa Prezidenti Fransua Ollandın münaqişə 

tərəfləri ilə görüşlər keçirməsi, Dağlıq Qarabağ 

münaqişəsinin həlli ilə bağlı bəyanatlar verməsi 

bir daha göstərdi ki, Qərb bu münaqişənin 

həllində Moskvanın təkbaşına addım atma-

ğına qarşıdır və bu prosesə kənardan bax-

maq niyyətində deyil. Ona görə də Moskva 

münaqişənin həllində digər həmsədr ölkələrin 



mövqeyini mütləq nəzərə almalıdır".

Sergey Markedonov: 

Moskvanın Qarabağ münaqişəsinin 

həlli ilə bağlı bütün səyləri Qərblə razılaşdırılır

Yüklə 51,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə