15 mart 2017 Bakı, Azərbaycan I bakı Beynəlxalq Su Həftəsi Bakı Bəyannaməsi



Yüklə 35,68 Kb.
tarix21.10.2017
ölçüsü35,68 Kb.
#6322







прямая соединительная линия 15


прямая соединительная линия 16

15 MART 2017

Bakı, Azərbaycan

I Bakı Beynəlxalq Su Həftəsi


Bakı Bəyannaməsi



Dünyaya çağırış

Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür



Bakı Bəyannaməsi

Dünyaya çağırış

Bakı Bəyannaməsi “1-ci Bakı Beynəlxalq Su Həftəsi”ndə iştirak etmək üçün Asiyadan Amerikaya, Afrikadan Avropayadək dünyanın 4 qitəsindən Azərbaycan Respublikasının paytaxtı Bakıya təşrif buyuran müxtəlif ölkələri təmsil edən dövlət və özəl qurumlar, beynəlxalq və regional təşkilatlar, universitet, elm və təhsil mərkəzləri, qeyri-hökumət təşkilatları, biznes və maliyyə qurumları, habelə dünyanın nüfuzlu alim və mütəxəssisləri

TƏRƏFİNDƏN

Heç bir siyasi, irqi, dini, sosial, cinsi və bütün digər bölücü mülahizələrdən uzaq, bəşəriyyətin ümumi maraqları naminə, bütün ölkələri, xalqları, millətləri, beynəlxalq və regional təşkilatları, qeyri-hökumət təşkilatlarını, təhsil və elm sferasını, dünya mediasını və ümumilikdə yer kürəsinin bütün insanlarını birgə yaşadığımız planetimizi qorumaq və gələcək nəsillərə daha təmiz dünya miras qoymaq naminə ətraf mühit, ekologiya, təmiz su və sanitariya sahələrinin qorunması istiqamətində qlobal səviyyədə birgə səylərə səsləyən güclü bir

ÇAĞIRIŞDIR.

Təmiz ətraf mühit, sağlam ekoloji tarazlıq, təmiz və dayanıqlı su bəşər yaranandan bəri insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Tarixin bütün dövrlərində qeyd olunan nemətlərə əlçatanlıq, onlardan səmərəli istifadə aktual məsələlərdən olmuş, zaman keçdikcə bu aktuallıq digər sahələrə, xüsusiləiqlim dəyişikliyi, quraqlıq, səhralaşma və kənd təsərrüfatına sirayət edərək geniş xarakter almışdır. Xüsusilə son yüzillikdə qlobal miqyasdadünyamız üçün təhlükə yaradan bu təhdidlərin artması onların qarşısının alınması mədsədi ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri etmişdir. Məlum olduğu kimi keyfiyyətli, təmiz və davamlı su bütün insanlar üçün həyati əhəmiyyət kəsb edəntəmiz ətraf mühit və sağlam ekosistemin formalaşdırılmasında mühüm rol oynayır və bu faktlar dünya miqyaslı qlobal çağırışlar arasında prioritetlərdən hesab edilir.


22 mart 1992-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq Su Hüquqları Bəyənnaməsi”ndə qeyd olunduğu və bu Bəyannaməni imzalayan tərəflərin dəstək verdiyi kimi:

  • Su planetin mirasının bir hissəsisdir. Hər bir materik, hər bir xalq, hər bir millət, hər bir region, hər bir şəhər, hər bir vətəndaş bu mirasın qorunmasında məsuliyyət daşıyır.

  • Su planetimizin qan damarıdır. O, bütün planetin həyatı üçün, heyvanlar və insanlar üçün mühüm amildir. Onsuz biz atmosferin, iqlimin, bitki aləminin, mədəniyyətin və kənd təsərrüfatının nə olduğunu bilməzdik.

  • Planetimizin balansı və gələcəyi suyun saxlanmasından və dövriyyəsindən asılıdır. Yer kürəsindəki həyatın davamlı olması üçün o zədələnməməli və istifadəyə yararlı olmalıdır. Bu balans (tənzimlənmə) axının başlandığı yerlərin-okeanların və dənizlərin qorunmasından asılıdır.

  • Su yalnız sələflərimizin bizə irsi deyil, o həm də varislərimiz üçün qiymətli mirasdır. Sizin suyu qorumanız həyati əhəmiyyətlidir, həmçinin insanın indiki və gələcək nəsilllər qarşısındakı mənəvi borcudur.

  • Su ehtiyatlarının idarə olunmasının planlaşdırılmasında sizin Yer kürəsində qeyri-bərabər məskunlaşmanız səbəbindən həmrəylik və razılıq əldə olunması nəzərə alınmalıdır.

Fikrimizcə təxminən 600 milyondan çox insanın içməli suya və 2 milyarddan çox insanın əsas sanitariya xidmətlərinə çıxışının olmamasından, su və kanalizasiya xidmətləri ilə bağlı xəstəliklərlə əlaqədar olaraq 443 milyon məktəb gününün hər il itməsindən, yüzlərlə fauna və flora növlərinin məhv olmasından hamı çox narahat olmalıdır.


Yuxarıda sadalanan faktları və suyun bəşəriyyət üçün əhəmiyyətini nəzərə alaraq biz:

  • Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri-2030” prioritetlərindən olan 6-cı “Təmiz su və sanitariya” məqsədini tam dəstəkləyir və hamını onun həyata keçirlməsinə çağırırıq;

  • 2015-ci il Paris İqlim Konfransı kimi tanınan Birləşmiş MillətlərTəşkilatınınİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflərinin 21-ci Konfransının nəticələrini (COP 21) dəstəkləyir və bütün tərəfləri Paris Anlaşmasını aidiyyəti üzrə həyata keçirməyə dəvət edirik;




  • 1992-ci il Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq Su Hüquqları Bəyənnaməsi”ni dəstəkləyir və bütün bəşəriyyət tərəfindən suyun mahiyyətini anlamağa kömək edən vacib sənəd olduğunu qəbul edirik;

  • Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 28 iyul 2010-cu ildə qəbul edilmiş“İnsanın suya və sanitariyaya olan hüququ” qərarını alqışlayırıq;

  • Dünyada suyun inteqrasiyalı idarə olunması və su problemlərinin həlli yolunda verdiyi töhfələrə görə Dünya Su Şurasının fəaliyyətini alqışlayır və həmin fəaliyyəti daha da genişləndirməyə dəvət edirik;

  • Bildiririk ki, təmiz ətraf mühit, sağlam ekoloji tarazlıq, təmiz və dayanıqlı su həyatın vazkeçilməz ünsürlərindəndir və onların qorunub saxlanması hər birimizin ən ümdə borclarındandır;

  • Suya çıxış əsas insan hüquqları arasında ən vaciblərindən biridir;

  • Nəinki hər bir insanın, habelə bütün canlı varlıqların öz ehtiyaclarını ödəyəcəyi miqdarda lazımi keyfiyyətdə dayanıqlı su əldə etmə hüquqları vardır;

  • Su mənbələrindən irrasional istifadə qlobal problemlərin genişlənməsinə şərait yaradır;

  • Su sadəcə “siyasət” və “biznes” predmeti deyil, onun sosial, tibbi, ümumilikdə HƏYATİ əhəmiyyəti vardır;

  • İçməli suya və sanitariya xidmətlərinə ədalətli çıxış insan hüquqlarının gerçəkləşdirilməsinin inteqral hissəsidir.

Biz müasir dünyamız, gələcək nəsillər, yeni doğulacaq körpələr, bütün digər canlı varlıqlar ümumilikdə bəşəriyyət adından dünya birliyini, hər bir dövləti, beynəlxalq və regional təşkilatları, qeyri-hökümət təşkilatlarını, elm-təhsil və biznes qurumlarını, dünya mediasını, o cümlədən bütün insanları həyatın davamı olan su ilə bağlı aşağıdakı məsələləri nəzərə almağa və onlara dəstək verməyə dəvət edirik:




  • Ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulması, su çatışmamazlığı, iqlim dəyişiklikləri, səhralaşma, ozon qatının nazilməsi, şoranlaşma və hava çirkliliyi ilə bağlı problemlərinBirləşmiş Millətlər Təşkilatı çərçivəsində araşdırılması, analiz və təhlil edilməsi, risk xəritələrinin müəyyən olunması, həll yollarının tapılması və ayrı-ayrılıqda həyata keçirilməsi ilə bağlı qlobal miqyasda kompleks işlərin görülməsi üçün 5, 10 illik və daha uzun müddətli “Beynəlxalq Yol Xəritəsi”nin hazırlanması və bu günə qədər görülmüş işlərin və perspektiv hədəflərin həmin Yol Xəritəsi altında birləşdirilməsi;

  • Beynəlxalq Su Resursları İdarəetməsi və Suyun İnteqrasiyalı İdarə Olunması sahələrindəsu menecmentinin, beynəlxalq təcrübənin, innovativ metod və modellərin, müasir texnologiyaların, elmi araşdırmaların, smart idarəetmənin və nano texnologiyaların öyrənilməsi, inkişaf etdirilməsi və tətbiq edilməsi sahəsində beynəlxalq və milli səviyyələrdə işlərin görülməsi üçünbeynəlxalq birliyin və dövlətlərin təşviq edilməsi;

  • Bütün insanların və digər canlı varlıqların müvafiq keyfiyyətdə su təminatının tanınması və təmini istiqamətində təxirəsalınmaz işlərin görülməsi;




  • Bütün insanların Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətdə su ilə təmin olunması;

  • Hər il keyfiyyətli su çatışmamazlığından əziyyət çəkən və ya dünyasını dəyişən insanlarla, xüsusilə uşaqlarla bağlı xüsusi tədbirlərin görülməsi;

  • Dünya dövlətlərinin, xüsusilə inkişaf etmiş və sənaye tutumluölkələrin diqqətini bu məsələyə daha çox ayırmaları;

  • Susuzluqdan əziyyət çəkən dövlətlərə, xüsusilə Afrika ölkələrinə daha çox diqqət ayrılması;

  • Antraktika və digər ərazilərdə buzlaqların əriməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi;

  • Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən dövlətlər arasında su ilə bağlı mübahisələrin qarşısının alınması və həllinə köməklik göstərilməsi;

  • Su çatışmamazlığından və ya suyun çirkləndirilməsindən əziyyət çəkən digər canlı aləmin qorunması istiqamətində işlərin görülməsi;

  • Su məsələləri ilə bağlı əvəzsiz xidmətləri olan Dünya Su Şurası, Beynəlxalq Su Resursları Asossiasiyası və digər bu kimi beynəlxalq təşkilatlara dəstək verilməsi;

  • Su müəssisələrinə və su infrastukturlarına investisiyaların artırılması;

  • Transsərhəd suların qarşı tərəfə zərər vermədən istifadəsi, həmin suyun çirklənməsinin qarşısının alınması və bu sahədə olandigər beynəlxalq normativ hüquqi aktlara hörmətlə yanaşılması və onların icra edilməsi istiqamətində dövlətlərin cəlb olunması;

  • Su, ətraf mühit və ekologiya sahələrində milli proqramların qəbul edilməsi istiqamətində dövlətlərin təşviq edilməsi;

  • Elm-təhsil müəssisələrinin su sahəsində araşdırmalarını genişləndirilmələri, innovativ texnologiyalar və həllər istiqamətində geniş miqyaslı işlər görülməsi üçün həvəsləndirilmələri;

  • Qlobal biznes qurumlarını maddi maraq güdmədən bu sahəyə daha çox dəstək verməsi;

  • İnsanların su ilə bağlı maarifləndirilməsi istiqamətində işlər görülməsi.


Sonda bütün insanları bir daha suyu sevməyə və onu qorumağa

ÇAĞIRIRIQ!


Həmçinin dünyaya belə bir çağırış edilməsinə şərait yaratdığına görə Azərbaycan Hökumətinə və “1-ci Bakı Beynəlxalq Su Həftəsi”nin təşkilatçılarına təşəkkür edirik!



Yüklə 35,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə