№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
  1   2   3   4   5   6   7   8


1

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet  

  Qiyməti razılaşma yolu ilə   

 

Qəzet 1999-cu ildən çıxır



№ 18 (961) 4-10 may 2017-ci il

Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev mayın 

1-də Bakının Səbail rayonunun 

Bibiheybət  qəsəbəsində  inşa 

olunmuş  SOCAR-ın  Bakı  Ali 

Neft  Məktəbinin  yeni  kampu-

sunun açılışında iştirak edib.

Azərbaycan  Prezidenti  İlham 

Əliyev yeni kampusda görülən 

işləri  əks  etdirən  stendlərlə  ta-

nış olmuşdur.

Dövlət  Neft  Şirkətinin  prezi-

denti  Rövnəq  Abdullayev  və 

Bakı Ali Neft Məktəbinin rekto-

ru Elmar Qasımov dövlətimizin 

başçısına  görülən  işlərlə  bağlı 

məlumat verdilər. Bildirildi ki, 

7 hektar ərazisi olan kampusun 

tikintisinə  2012-ci  ildə  başlanı-

lıb və tədris üçün tam hazır və-

ziyyətə  gətirilib.  Dövlətimizin 

başçısı əsas korpusda yaradılan 

şəraitlə tanış olmuşdur. 

Azərbaycan  Prezidenti  İlham 

Əliyev Bakı Ali Neft Məktəbinin 

tələbə-müəllim heyəti ilə görüş-

müş, çıxış etmişdir. O, demişdir: 

-Bu  gün  ölkəmizin  həyatında 

çox  əlamətdar  bir  gündür.  Bakı 

Ali Neft Məktəbinin şəhərciyinin 

açılışını qeyd edirik. Bu şəhərcik 

ən yüksək standartlara cavab ve-

rir. Bakı Ali Neft Məktəbi artıq 6 

ildir ki, fəaliyyət göstərir. Bu fəa-

liyyət çox uğurludur. Bu illər ər-

zində  bu  məktəb  Azərbaycanın 

təhsil məkanında artıq öz layiqli 

yerini tuta bilibdir. Bu gün mək-

təb  yeni  şəhərciyə,  yeni  binaya 

köçür. Burada oxumaq, biliklərə 

yiyələnmək  üçün  bütün  şərait 

yaradılıb, ən müasir texnologiya-

lar  tətbiq  olunur.  Bütün  binalar 

çox gözəl, zövqlə tikilib, burada 

ən müasir laboratoriyalar fəaliy-

yət göstərir və bu gün mənə təq-

dimat da edildi. Burada təhsilin 

səviyyəsi ən yüksək standartlara 

cavab verəcək. Şadam ki, artıq bu 

məktəbdə müəllim kimi işləyən 

bizim gənc mütəxəssislərimiz də 

öz  dövlətinə,  Vətəninə  sədaqət 

nümayiş etdirirlər. 

Prezident  İlham  Əliyev  qeyd 

etmişdir  ki,  bu  məktəbin  yara-

dılması və artıq belə gözəl şəhər-

ciyə köçməsi Azərbaycan qara qı-

zılının insan kapitalına sərmayə 

kimi qoyulduğunu göstərir. Son 

illər  ərzində  ölkəmizdə  yaradıl-

mış  yeni  təhsil  müəssisələri  bu 

gün  məhz  bunun  hesabına  fəa-

liyyət göstərir. İnvestisiya, maddi 

imkanımız olmasa idi, istəyimiz 

olsa belə bütün bu işləri görmək 

çətin olardı. Biz neftdən əldə olu-

nan gəlirlərdən çox səmərəli şə-

kildə istifadə etdik. 

Dövlət  başçısı  neft  sektorunun 

bu gün ölkəmizin həyatında çox 

mühüm  rol  oynamasından  da-

nışmış,  icra  edilən  layihələrin 

artıq  çoxdan  ölkə  hüdudların-

dan çıxıb, beynəlxalq məna da-

şıdığını söyləmişdir. 




2

4-10 may 2017-ci il

Azərbaycan Respublikası Preziden-

tinin  sərəncamına  əsasən,  aprelin 

25-i  ölkəmizdə  Sahibkarlar  Günü 

kimi qeyd edilir. Bununla bağlı ap-

relin 26-da Bakı Biznes Mərkəzində 

İqtisadiyyat  Nazirliyinin  və  Azər-

baycan  Respublikası  Sahibkarlar 

(İşəgötürənlər)  Təşkilatları  Milli 

Konfederasiyasının  dəstəyi,  Azər-

baycanda İxracın və İnvestisiyaların 

Təşviqi  Fondunun  (AZPROMO) 

təşkilatçılığı ilə Sahibkarlar Gününə 

həsr olunan konfrans keçirilib. Təd-

birdə  aidiyyəti  dövlət  qurumları-

nın,  beynəlxalq  təşkilatların,  xarici 

ölkələrin  Azərbaycandakı  ticarət 

palatalarının nümayəndələri, həm-

çinin iqtisadiyyatın müxtəlif sahələ-

rində fəaliyyət göstərən sahibkarlar 

iştirak ediblər.

Azərbaycan  Respublikası  Sahib-

karlar  (İşəgötürənlər)  Təşkilatları 

Milli  Konfederasiyasının  prezi-

denti  Məmməd  Musayev  çıxış 

edərək, ölkədə sahibkarlığın daha 

da inkişaf etdirilməsi istiqamətin-

də  atılan  addımların  sistemli  və 

ardıcıl  xarakter  daşıdığını,  Azər-

baycan Respublikasının Preziden-

ti cənab İlham Əliyevin imzaladı-

ğı fərman və sərəncamların, qəbul 

edilən  qərarların  sahibkarlığın 

inkişafına verilən böyük diqqət və 

qayğının göstəricisi olduğunu vur-

ğulayıb.  O,  qeyd  edib  ki,  hazırda 

Prezident İlham Əliyevin rəhbərli-

yi  altında  Azərbaycanın  hərtərəfli 

inkişafında  yeni  mərhələ  yaşanır. 

Dövlət  başçısının  həyata  keçirdiyi 

iqtisadi  siyasətin  əsas  xarakterik 

xüsusiyyətləri  onun  sosialyönüm-

lü  olmasının,  habelə  bütün  prob-

lemlərin həllində iqtisadi aspektin 

mövcudluğunun ön plana çəkilmə-

sidir.  Dövlət  proqramlarının,  fər-

man və sərəncamların icrası ölkədə 

gedən iqtisadi inkişafın sürətləndi-

rilməsini uğurla təmin edir, tərəqqi 

prosesində  özəl  sektorun  payını 

və  rolunu  davamlı  şəkildə  artırır. 

Azərbaycan biznes mühitinin əlve-

rişliliyi, sahibkarların rahat işləmə-

si  üçün  ən  çox  islahatlar  aparan 

ölkələrdən  biridir.  Post-neft  iqti-

sadiyyatının  qurulması,  idxaldan 

asılılığın azaldılması, ölkənin ixrac 

potensialının  yüksəldilməsi  üçün 

rəqabətqabiliyyətli mal və məhsul-

ların  istehsal  olunması  məqsədilə 

hökumət  sahibkarlar  üçün  böyük 

imkanlar  yaradıb.  Qeyd  edilib  ki, 

dövlət başçısının “Ölkəmizin gələ-

cək inkişafı sahibkarlığın inkişafın-

dan asılıdır” strateji xəttinə uyğun 

olaraq  həyata  keçirilən  kompleks 

və  ardıcıl  tədbirlər,  səmərəli  döv-

lət  dəstəyi  sistemi,  vergi  güzəştlə-

rinin  tətbiqi,  subsidiyaların  veril-

məsi,  layihələrin  güzəştli  şərtlərlə 

kreditləşdirilməsi,  dövlətlə  birgə 

maliyyələşdirmə  və  risklərin  bö-

lüşdürülməsi  səmərəli  nəticəsini 

verib. ÜDM-də özəl bölmənin payı 

80 faizi, məşğulluqda 75 faizi ötüb. 

Son zamanlar dövlət başçısının im-

zaladığı  fərman  və  sərəncamlarla 

sahibkarlıq  sahəsində  aparılan 

yoxlamaların  2  il  müddətinə  da-

yandırılması,  lisenziyalaşdırma 

sisteminin  təkmilləşdirilməsi,  sa-

tınalmalarda  yerli  sahibkarlara 

üstünlük  verilməsi,  gömrük  və 

vergi  sahəsində  görülən  işlər,  ix-

racın  və  investisiyaların  təşviqi 

mexanizmlərinin tətbiqi sahibkar-

lığın  inkişafına  göstərilən  diqqə-

tin davamı olmaqla özəl bölmənin 

inkişafında xüsusi əhəmiyyət da-

şıyır. 

Milli  Məclisin  İqtisadi  siyasət,  sə-



naye  və  sahibkarlıq  komitəsinin 

sədri, akademik Ziyad Səmədzadə 

dövlət başçısının rəhbərliyi ilə son 

dövrdə ölkəmizdə sahibkarlıq fəa-

liyyətinin inkişafı, biznes mühitinin 

daha da yaxşılaşdırılması, eləcə də 

bu sahədə aparılan islahatlar və qə-

bul edilən qanunvericilik aktlarının 

önəmini vurğulayıb.

Nazirlər  Kabinetinin  şöbə  müdiri 

Şahin Sadıqov Azərbaycan Respub-

likasının  Prezidenti  cənab  İlham 

Əliyevin  iqtisadi  islahatlar  paketi 

çərçivəsində  sahibkarlığın  inkişafı 

ilə bağlı qəbul etdiyi qərarların iq-

tisadiyyatın davamlı inkişafının tə-

min  olunması  baxımından  strateji 

xarakter  daşıdığı  və  sahibkarlığın 

inkişafı  üçün  yeni  dövrün  başlan-

ğıcı  olduğunu  vurğulayıb,  iqtisadi 

inkişafda,  büdcə  daxilolmalarında 

sahibkarlığın rolundan danışıb. 

Azərbaycan  Həmkarlar  İttifaqla-

rı  Konfederasiyasının  sədri  Səttar 

Mehbalıyev  qeyd  edib  ki,  Azər-

baycan Respublikası Prezidenti nin 

21 aprel 2016-cı il tarixli sərəncamı 

ilə hər il aprelin 25-nin Sahibkarlar 

Günü  kimi  qeyd  edilməsi  sahib-

karlara  göstərilən  diqqətin  təza-

hürü  olmaqla  yanaşı,  cəmiyyətdə 

sahibkarların rolunun daha geniş-

lənməsinə xidmət edir. 

Konfransda  çıxış  edən  sahibkar-

lar,  Azərbaycandakı  Amerika  Ti-

carət  Palatasının,  ATİB-in,  Azər-

baycan-Fransa  Ticarət  və  Sənaye 

Palatasının  nümayəndələri  Azər-

baycan Respublikası Prezidentinin 

sahibkarlara  daim  dəstək  göstər-

diyini,  sahibkarlıq  sahəsində  hə-

yata  keçirilən  islahatları  və  qəbul 

edilmiş  hüquqi  aktları  böyük  ra-

zılıqla qarşıladıqlarını bildirib, sa-

hibkarlığın  inkişafına  göstərilən 

diq qət və qayğıya, həyata keçiri lən 

çoxsaylı  dəstək  tədbirlərinə  görə 

dövlət başçısına dərin minnətdar-

lıqlarını ifadə ediblər. 

Konfrans  çərçivəsində  16  sahib-

karlıq  subyektinə  ümumi  dəyəri 

86,52 milyon manat olan investisi-

ya  layihələri  üzrə  investisiya  təş-

viqi sənədi və 15 sahibkara ixracla 

bağlı  731,4  min  manat  həcmində 

geri ödəmə barədə məktub-sərən-

camlar təqdim edilib.

Aprelin 28-də Azərbaycan Res-

publikasının  Prezidenti  İlham 

Əliyev Azərbaycan Dövlət Neft 

Şirkətinin  (SOCAR)  karbamid 

zavodunda  tikinti  işlərinin  ge-

dişi ilə tanış olub.

SOCAR-ın  prezidenti  Rövnəq 

Abdullayev, karbamid zavodu-

nun direktoru Xəyal Cəfərov və 

“Samsung Engineering” şirkəti 

tərəfdən layihənin rəhbəri Han-

su  Kim  dövlətimizin  başçısına 

görülən  işlərlə  bağlı  məlumat 

vermişlər.

Qeyd  edək  ki,  karbamid  za-

vodu  layihəsi  Prezident  İlham 

Əliyevin  2008-ci  ilin  avqus-

tunda  imzaladığı  Sərəncamla 

təsdiq edilmiş “2008-2015-ci il-

lərdə  Azərbaycan  Respublika-

sında əhalinin ərzaq məhsulları 

ilə etibarlı təminatına dair Döv-

lət Proqramı”na və 2014-cü ilin 

dekabrında  imzaladığı  Sərən-

camla təsdiq edilmiş “Azərbay-

can Respublikasında sənayenin 

inkişafına  dair  2015-2020-ci  il-

lər  üçün  Dövlət  Proqramı”na 

əsasən  icra  edilir.  Bu  zavodun 

təməli  2011-ci  ilin  dekabrında 

dövlətimizin başçısı tərəfindən 

qoyulub.  Karbamid  zavodu-

nun tikintisi ilə əlaqədar 2011-

ci  ildə  beynəlxalq  açıq  tender 

elan edilib və tenderin nəticələ-

rinə əsasən 2012-ci ildə Koreya 

Respublikasının “Samsung En-

gineering Co. Ltd.” şirkəti mü-

həndislik,  satınalma  və  tikinti 

üzrə podratçı seçilib. Layihənin 

ammonyak və karbamid isteh-

salı üzrə lisenziyaları qismində 

müvafiq  olaraq  Danimarkanın 

və  Niderlandın  şirkətləri  çıxış 

edir. Həmçinin, layihənin idarə 

edilməsi və müstəqil təftiş xid-

mətlərinin  həyata  keçirilməsi 

məqsədilə  2015-ci  ildə  bey-

nəlxalq  açıq  tender  vasitəsilə 

seçilmiş  Finlandiya  şirkəti  ilə 

müvafiq müqavilə imzalanıb.

Dövlətimizin başçısına Sumqa-

yıt  sənaye  zonasının  perspek-

tiv inkişafı ilə əlaqədar qaz tə-

chizatı  sisteminin  yaradılması 

haqqında da məlumat verilmiş-

dir.


Zavodun  tikintisinin  bu  ilin 

sonunda  yekunlaşması  nəzər-

də tutulur. Zavodda il ərzində 

təxminən 650-660 min ton kar-

bamid  istehsal  ediləcək  ki,  bu 

da daxili tələbatı tam ödəyəcək. 

Layihənin  icrasında  təxminən 

3200 nəfər çalışır ki, onların da 

3100-ü  Azərbaycan  vətəndaşı-

dır. Zavod işə düşəndən sonra 

burada  350-400  nəfərin  daimi 

işlə  təmin  edilməsi  planlaşdı-

rılır.  Layihənin  ümumi  dəyəri 

təxminən 750 milyon avro təş-

kil edir.

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqın-

da”  Azərbaycan  Respublikasının  Qanununda  də-

yişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respubli-

kasının  2017-ci  il  10  mart  tarixli  543-VQD  nömrəli 

Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edil-

məsi  barədə” Azərbaycan  Respublikası  Prezidenti-

nin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanında 

dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Trend-in  məlumatına  görə,  qanuna  dəyişikliklərə 

əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış 

qadınların  fərdi  hesabına  sığorta  hissəsində  qeydə 

alınmış  pensiya  kapitalı  əmək  pensiyasının  mini-

mum məbləğindən az olmayan pensiya təminatına 

imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu 

pensiya təminatına imkan vermədikdə isə azı 25 il 

sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa 

görə əmək pensiyası təyin edilmiş şəxslər istisna ol-

maqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyi-

şikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 

65-ə  qaldırılır.  Lakin  bu  müddət  mərhələli  şəkildə 

tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş 

həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il 

yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yan-

varın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər 

il 6 ay artırılacaq.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərt-

lərində edilmiş dəyişikliyə əsasən, əlilliyə görə əmək 

pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 

ildən  az  olmamaq  şərti  ilə,  əmək  qabiliyyətli  yaş 

dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduq-

da təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə 

görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində 

qeydə  alınmış  pensiya  kapitalı  əmək  pensiyasının 

minimum məbləğindən az olmayan pensiya təmina-

tına imkan verməsi şərti ilə, bu maddədə göstərilən 

sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyasının məb-

ləği maddəsində edilən dəyişikliyə əsasən, ailə baş-

çısını itirməyə görə əmək pensiyasının sığorta hissə-

sinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər 

birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsi-

nin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə 

əmək  pensiyasının  sığorta  hissəsinin  hesablanması 

mexanizminə  uyğun  olaraq  hesablanmış  məbləğin 

əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bö-

lünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti 

olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə 

əmək  pensiyalarının  ailəyə  düşən  ümumi  məbləği 

əmək pensiyasının minimum məbləğindən aşağı ol-

duqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pen-

siyasının ödənilməsi və dəfn üçün müavinətin veril-

məsi  maddəsində  edilən  dəyişikliyə  əsasən,  əmək 

pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının 

vəfatı tarixinə əmək pensiyasının minimum məbləği-

nin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək  pensiyasının  minimum  məbləği  maddəsinə 

edilən  dəyişikliyə  əsasən,  bu  qanunun  məqsədləri 

üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 

1 yanvar tarixindən 110 manat məbləğində müəyyən 

olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-

ci maddəsinə uyğun olaraq indeksləşdirilir.

Dəyişikliyə  əsasən,  əlilliyə  görə  əmək  pensiyasının 

pensiya  təyin  olunan  gündəlik  qazanılmış  məbləği 

tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs 

işləməkdə davam edərsə, onun pensiya təyin olun-

duqdan  işləməyən  əmək  pensiyaçısı  kateqoriyasına 

keçdiyi  tarixədək  olan  dövr  üzrə  toplanan  pensiya 

kapitalına  və  həmin  kateqoriyaya  keçdiyi  tarixdəki 

yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu 

qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensi-

yasının sığorta hissəsi yenidən hesablanır.

Qazanılmış  əmək  pensiyası  hüquqlarının  nəzərə 

alınması  maddəsində  edilmiş  dəyişikliyə  əsasən, 

sığortaolunanların,  o  cümlədən  işləyən  əmək  pen-

siyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 

1  yanvar  tarixinədək  olan  dövr  üzrə  fərdi  hesabın 

sığorta  hissəsində  toplanan  və  istifadə  olunmamış 

(əmək  pensiyasının  sığorta  hissəsinin  hesablanma-

sında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz ar-

tırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın 

sığorta hissəsində qeydə alınır.

1 may 2017-ci il tarixində Mərkəzi 

Bankın İdarə Heyətinin növbəti ic-

lası keçirilmişdir.

Bankdan  daxil  olmuş  məlumata 

görə,  iclasda  son  makroiqtisadi 

proseslər  geniş  müzakirə  olun-

muşdur.  Müzakirələrdə  makroiq-

tisadi sabitliyin təmin olunmasına 

yönəlmiş  tədbirlərin  həyata  keçi-

rilməsi vəziyyəti və başlıca makro-

iqtisadi  risklər  nəzərdən  keçiril-

mişdir.


İclasda  qeyd  olunmuşdur  ki,  cari 

ildə  tədiyə  balansında  yaxşılaşma 

meyilləri müşahidə edilir. Nisbətən 

əlverişli  neft  qiymətləri,  ixracın,  o 

cümlədən  qeyri-neft  ixracının  art-

ması,  habelə  rüblük  idxalın  azal-

ması  tədiyə  balansının  cari  hesa-

bına  müsbət  təsir  göstərmişdir. 

Yaranmış  vəziyyətdə  2017-ci  ilin 

sonuna xarici ticarət balansında və 

cari əməliyyatlar hesabında müsbət 

saldonun yaranacağı gözlənilir.

Cari ilin ötən dövründə qəbul edilmiş 

makroiqtisadi  sabitlik  çər çivəsi  üzrə 

tədbirlər  planının  ardıcıllıqla  həyata 

keçirilməsi,  o  cümlədən  antiinflyasi-

ya xarakterli mühafizəkar pul siyasəti 

makroiqtisadi  sabitliyin  təmin  olun-

masında mühüm rol oynamışdır.

Tədiyə  balansında  müsbət  meyil-

lər  və  bu  şəraitdə  valyuta  təklifi 

kanallarının  genişlənməsi  son  ay-

larda manatın məzənnəsinin möh-

kəmlənmə trendini gücləndirmişdir. 

Mərkəzi  Bankın  valyuta  bazarında 

iştirakının  əhəmiyyətli  məhdud-

laşmasına  baxmayaraq,  manatın 

məzənnəsində  volatillik  azalmış  və 

alış-satış məzənnələri arasında spred 

minimuma enmişdir.

Milli  valyutanın  möhkəmlənməsi 

trendinin  və  daxili  tələb  amilləri-

nin təsiri altında inflyasiya gözlən-

tiləri səngiməyə başlamışdır. Apa-

rılan  son  sorğulara  görə  əhalinin 

bütün gəlir qrupları üzrə inflyasiya 

gözləntilərinin azalması müşahidə 

olunmuşdur.  Cari  ilin  son  3  ayın-

da aylıq inflyasiya templəri yanvar 

ayına nəzərən aşağı olmuşdur.

Mövcud  situasiyanı  və  yaran-

mış  yeni  makroiqtisadi  meyilləri 

nəzərə alaraq pul proqramının hə-

yata keçirilməsində çeviklik artırıl-

mışdır.  Yaranmış  vəziyyət  makro-

iqtisadi  sabitliyə  xələl  gətirmədən 

pul təklifini nisbətən artırmağa im-

kan vermişdir.

Həyata  keçirilən  sabitləşdirmə 

tədbirlərinin inflyasiyanın azalma-

sına  ötürülməsi  xüsusiyyətlərini 

və  vaxtını,  makroiqtisadi  risklər 

xəritəsində baş verən dəyişikliklə-

ri  nəzərə  alaraq,  Mərkəzi  Bankın 

İdarə  Heyəti  faiz  dəhlizinin  para-

metrlərinin, o cümlədən uçot dərə-

cəsinin dəyişməz (15%-də) saxlan-

ması barədə qərar qəbul etmişdir.




Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə