1
İTTİHAM
1953-cü ilin L.P.Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq,
hakimiyyəti əla almaq, sovet fəhlə-kəndli quruluşunu dağıtmaq,
burjua hakimiyyətini bərpa
etmək məqsədilə SSRİ hökümətini və Sov. İKP-ni Daxili İşlər Nazirliyindən asılı vəziyyətə
salmaq cəhdləri dövlət, partiya əleyhinə cinayətkar fəaliyyət kimi MK tərəfindən ifşa edilmişdir.
SSRİ Ali Sovetinin 1953-cü il 8 avqust tarixli qərarına müvafiq olaraq Beriyanın və onun
əlaltılarının işi baxılmaq üçün SSRİ Ali Məhkəməsinə göndərilmişdi.
1953-cü il dekabrın 23-də SSRİ Ali Ali Məhkəməsi Vətənə xəyanət və digər ağır dövlət
cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı xəyanətkar qrupun digər fəal üzvləri:
Merkulov, Dekanozov, B.Kobulov, Qoqlidze, Meşik Vlodzimirski ən böyük cəzaya-
güllələnməyə məhkum edildilər.
Beriya və onun yaxın əlaltılarının ifşası ilə əlaqədar olaraq sui-qəsdçi qrupun başçılarının
Beriyanın digər həmməsləkləri ilə əlaqələri araşdırılmağa başladı. Məlum oldu ki, xalq düşməni
Beriyanın ən yaxın və aktiv məslək dostu uzun illərdən bəri cinayətkar fəaliyyətdə onunla sıx
tellərlə bağlı olan, bu iş üzrə müqəssir hesab edilən M.C.Bağırov olmuşdur.
Göstərilənlərə əsasən M.C.Bağırov həbs olunmuşdur.
N.C.Bağırovun iş üzrə istintaqda məlum olmuşdur ki, 1921-ci ildən – Bağırov Bakı
şəhərində Azərbaycan Fövqəladə Komitəsinin sədri olan vaxtdan etibarən Beriyanın müsavat
əkskəşfiyyatı ilə bağlı cinayətkar fəaliyyətindən tam xəbərdar imiş və cinayətkar keçmişini ört-
basdır etməkdə ona yaxından köməklik göstərirmiş. Bağırov bilirdi ki, Beriya müsavat
əkskəşfiyyatına kommunist partiyası və ya digər inqilabi təşkilatlar tərəfindən göndərilməyib,
ingilis kəşfiyyatının nəzarəti altında fəaliyyət göstərən müsavat əkskəşfiyyat xidmətinə öz xoşu
ilə daxil olub və inqilabi fəhlə hərəkatına qarşı fəal mübarizə aparıb. Bağırov bütün bunları bilə-
bilə, Beriyanı ifşa edəcək adamların aradan götürülməsində, sənədlərin oğurlanıb məhv
edilməsində, Beriyaya ötürülməsində fəal iştirak edərək Beriyanın məsuliyyətində fəal iştirak
edərək Beriyanın məsuliyyətindən kənar olmasına köməklik göstərmişdir.
Beriya də öz növbəsində vətəndaş müharibəsi illərində banditizmlə məşğul olan
Bağırovun cinayətkar keçmişini ört-basdır etmiş və onu ifşa edə biləcək adamların aradan
götürülməsində, məhv edilməsində yardımçı olmuşdur.
Öz aralarında qarşılıqlı şəkildə bu cür sıx cinayətkar tələlərlə bağlanan Bağırov və Beriya
bir-birini təkcə ifşa olunmaq təhlükəsindən qorumurdular, həm də bütün cinayət fəaliyyətləri
dövründə, ta Beriya həbs olunana qədər bir-birinin müxtəlif məsul vəzifələrlə təyin olunmaları
üçün canfəşanlıq göstərirdilər.
Uzun illər boyu Beriya, Bağırov və onların əlaltıları öz düşmənçilik və xəyanətkarlıq
fəaliyyətlərini mərhəmətlə pərdələnmiş, gizlətmiş, bu yolda terrorçular fəaliyyətindən də
çəkinmiş, ifşa olunacaqlarından xoflanaraq müxtəlif şəxslərin qətlinə fərman vermişlər.
Beriya və Bağırovun Zaqafqaziyada sovet hakimiyyətinin təşəkkürlü dövründə və
vətəndaş müharibəsi illərindəki cinayətkar fəaliyyətindən xəbərdar olan şəxslərin xüsusilə
təhlükəli olduğu nəzərə alaraq, bir sıra kommunistlər xəyanətkar qrupun üzvləri tərəfindən məhv
edildi.
Sovet xalqının qatı düşməni, Vətən xaini, xarici kəşfiyyatlara satılmış Beriya öz
cinayətkar fəaliyyətində əsas metod kimi hakimiyyətə və Sovet dövlətinə qarşı düşmənçilik
niyyətlərinə çatması yolunda ona maneə olan namuslu partiya və sovet işçilərinə qarşı
böhtandan, intriqa və müxtəlif təxribatlardan istifadə edirdi. Öz xəyanətkar niyyətlərinin həyata
keçirilməsində, Beriya və onun əlaltıları dövlət təhlükəsizlik orqanlarındakı məsul vəzifələrindən
istifadə etmişlər.
Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı əksinqilabi
fəaliyyət ittihamı verilməsi yolu ilə Beriyanın sui-qəsdçi qrupu Zaqafqaziyanın bir çox partiya və
sovet işçiləri, Zaqafqaziya respublikalarının terrorçuluqla məhv edilməsinə səbəb olmuşdur.
2
Beriya və onun əlaltıları qorxu, xof yaratmaq, namuslu sovet adamları arasında şübhə,
inamsızlıq toxumu səpmək, milli düşmənçilik törətmək, onları ifşa edə biləcək adamları aradan
götürmək yolu ilə cinayətlərin məsuliyyətindən uzaqlaşmağa çalışırdılar.
Bağırovun və cinayətkar fəaliyyətdə onun ən yaxın məsləkdaşları olan Sumbatov-
Topuridze, Atakişiyev, Makaryan, Qriroryan, Borşev, Yemelyanovun işi üzrə istintaq
müəyyənləşdirib ki, onlar da öz cinayətkar fəaliyyətlərini Beriyanın yaratdığı sui-qəsdçi qrup
üçün xarakterik olan metodlarla həyata keçirib.
Günahsız adamlara qarşı terrorçuluq fəaliyyətlərini bilavasitə həyata keçirmək üçün
Gürcüstanda Beriya, Azərbaycanda isə Bağırov qabaqkı cinayətləri Bağırov tərəfindən ört-basdır
edilən, onun tapşırığı ilə Sovet hökümətinə qarşı istənilən cinayəti törətməyə hazır olan şəxsləri
XDİK-DİN-DTN orqanlarına qəbul etmişdi.
Kommunist partiyasına və Sovet hökümətinə sadiq, namuslu kadrlara divan tutmağı
qarşısına məqsəd qoymuş Bağırov və onun əlaltıları günahsız adamların istintaq işini
saxtalaşdırırdılar. Bağırov namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam
verirdi, bundan sonra həbsdə olanlara qarşı zor işlədilib, onlar vəhşicəsinə döyülür, bu yolla da
işgəncəyə dözməyən adamlar faktiki olaraq heç vaxt məşğul olmadıqları əksinqilabi fəaliyyətdə
günahkar olduqlarını boyunlarına alır, hələ digər günahsız adamların da üzünə dururdular.
Bu yolla Bağırov və onun əlaltıları öz xəyanətkar əksinqilabi fəaliyyətlərini ört-basdır
etmək məqsədi ilə Azərbaycanın müxtəlif rayonlarının kolxozçularını, neft buruqlarında, Xəzər
gəmiçiliyində çalışan fəalları, Azərbaycanın elm, incəsənət və mədəniyyət xadimlərini
əksinqilabi fəaliyyətdə günahlandırmaq məqsədi ilə həmin günahsız adamlara qarşı
saxtalaşdırılmış cinayət işi qaldırırdılar.
Bağırov və əlaltıları günahsız adamları guya ki, Beriyaya, Bağırova Sumbatov-
Topuridzeyə və b. qarşı terrorçuluq aktları hazırlanması barədə yalan ifadələr verməyə məcbur
edirdilər.
Bağırov və onun ən yaxın məsləkdaşları - keçmiş menşevik Sumbatov Topuridze, eləcə
də bu iş üzrə müqəssir hesab edilən Atakişiyev, Markaryan, Qriqoryan, Borşev və Yemelyanov
yüzlərlə, minlərlə namuslu adamı amansız divan tutulmasına səbəb olmuşlar.
Bu yolla əksinqilabi fəaliyyətdə günahlandırılan, sonra isə qətlə yetirilənlər arasında
Azərbaycanın keçmiş MK katibləri Ruhulla Axundov, Əliheydər Qarayev, ZSPSR XKS-nın
keçmiş sədri Qəzənfər Musabəyov, sədr müavini Mirzə Davud Hüseynov, Azərbaycanın
əkinçilik üzrə keçmiş xalq komissarı Heydər Vəzirov, Azərbaycan Xalq Komissarları Sovetinin
keçmiş sədri Dadaş Bünyəzadə, Azərbaycan MİK sədri Sultan Məcid Əfəndiyev, Azərbaycan
XKS sədri Hüseyn Rəhmanov, Azərbaycan Kommunal Təsərrüfat üzrə xalq komissarı Həmid
Sultanov, Azərbaycan XKS sədr müavini Xəlilov, Azərbaycan Xalq Maarif Komissarı
Cuvarlinski, Azərneftin keçmiş rəisi, həbsə alınan zaman Baş Neft trestinin rəisi Barilov, Xəzər
gəmiçiliyi idarəsi siyasi şöbəsinin rəisi Həsən Rəhmanov, Azərbaycan Fövqəladə
Komissarlığının keçmiş sədri Baba Əliyev və başqaları da var idi.
ISTINTAQ MATERIALLARINDAN
Bağırov Azərbaycanın Mərkəzi İcraiyyə komitəsinin sədri Sultan Məcid Əfəndiyevə olan
düşmənçilik münasibətini gizlətmirdi, müxtəlif yığıncaqlardakı çıxışlarında və replikalarında onu
təhqir edir, acılayır, lağa qoyurdu. 1937-ci ildə Bağırov artıq təhqirdən birbaşa hədəyə keçdi.
Belə ki, 1937-ci ilin iyununda Azərbaycan Kommunist partiyasının XIII qurultayında Bağırov
Əfəndiyevin çıxışlarını kobudcasına pozaraq dedi:
“Əfəndiyev istəyir ki, bizonun əldə silah açıq aşkar bizə qarşı vuruşmasına icazə verək.
Sən gəbərəcəksən, ancaq biz buna yol verməyəcəyik. Səninlə vaxtında haqq-hesab
çəkməyi bacarırıq.”