1.İnsan hüquqları ilə bağlı nəzəriyyələr İnsan,vətəndaş hüquq və azadlıqlarının təminatı



Yüklə 70,11 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü70,11 Kb.
#73665


Plan: 

 

1.İnsan hüquqları ilə bağlı nəzəriyyələr  

2. İnsan,vətəndaş hüquq və azadlıqlarının təminatı  

3.Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsi  

 

 

Giriş 

 

     İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir.İnsan 

hüquqlarının anlayışı və təbiəti haqqında danışmazdan əvvəl bu ideyanın 

tarixi inkişafını nəzərdən keçirmək lazımdır.İnsan hüquqları ideya sının tarixi 

kökü təxminən e.ə.VI-V-ci əsrlərə gedib çıxır.Belə ki, hələ o dövrdə Afina və 

Romada bu ideyalar meydan a gəlməyə başlamışdır.Doğrudur, bu fikirlər o 

zaman insan hüquqları adlanmasa da, onla r öz mahiyyəti etibarilə indiki 

insan hüquqlarının ilk rüşeymləri idi.Buna misal olaraq, ilk demokratlardan 

olmuş Afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya 

Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə 

bilərik.Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldurlara məxsus 

hüquqlar göstərilirdi və qulların heç bir hüququ yox idi.  

     Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil 

mübarizə aparmağa başladılar.Elə bunun məntiqi nəticəsi olaraq,1215-ci 

ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan 

“Böyük Azadlıqlar Xartiyası (Maqna Carta)” qəbul olundu ki,bu sənəd indi 

də öz əhəmiyyətini qoruyur.Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, dünya 

tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə 

məhdudlaşdırırdı.Bundan sonra İngiltərədə insan hüquqları uğrunda 

mübarizə daha da gücləndi və 1689-cu ildə Hüquqlar haqqında Bill qəbul 

olundu ki, bu da insan hüquları sahəsində bəşəriyyətin daha bir nailiyy əti 

idi. 

     Bütün bunlara baxmayaraq,insan hüquları ilk dəfə 18 -ci əsrdə öz elmi 

izahını tapdı.Bu dövrün böyük mütəfəkkirləri  Monteskyö,Russo,Hobbs,Lokk 

və digərləri insanların ayrılmaz, təbii hüquqlarının oldu ğunu göstərir və 

deyirdilər ki,bu hüquqları onlardan heç kəs, hətta dövlət belə ala bilməz.18 -

ci əsrin bu liberal fikirləri öz əksini 2 əsas sənəddə:1776-cı ildə ABŞ-da 

qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsində və 1789 -cu ildə Fransada qəbul 

olunmuş insan və vətəndaşların hüquqları haqqında bəyanna mədə tapmışdır. 

Dövlətin başlıca vəzifəsi insan hüquqlarını müdafiə etməkdir -İstiqlaliyyət 

Bəyannaməsinin əsas xüsusiyyəti budur.Bundan ba şqa, bəyannamədə 

göstərilir ki,xalq yalnız o hökümətə tabedir ki,həmin hökümət xalqın azad 

inkişafını təmin etməyə səy göstərir.Bu fikir öz dövrü üçün çox qabaqcıl 

ideya idi 

     Insan və vətəndaşların hüquqları  haqqında bəyannamənin ən mühüm 

xüsusiyyəti onun universal xaraktar daşımasıdır.Yəni o,yalnız fransız 

xalqının deyil,bütün bəşər övladlarının təbii hüquqlarını bə yan 


edirdi.Burada göstərilirdi ki,insan hüquqlarının unudulması və ya ona 

biganəlik ictimai bəlaların və hökumətdə korrupsiyanın əsas səbəbidir.Bu 

fikir dogrudan da, tarixin inkişafı ilə öz təsdiqini tapdı.  

    20-ci əsrin ortalarına kimi insan hüquqlarını  hələ də bütün dünya ölkələri 

qəbul etmirdi.Bu yolda ilk addım BMT tərəfindən atıldı:1948 -ci ilin aprelin 

10-da BMT-nin Baş Assambleyası Ümümdünya İnsan Hüquqları 

Bəyannaməsini qəbul etdi.Bəyannamə preambula və 30 maddədən ibarət 

idi.Burada göstərilirdi ki,irqindən,dərisinin,rəngindən,cinsindən,dilindən, 

əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən,əmlak 

vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən 

hüquqlar bütün insanlara aiddir.Bu bəyannamədən sonra,1996-cı il dekabrın 

16-da BMT “Mülki və Siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və 

mədəni hüquqlar haqqında” paktlar qəbul etdi ki,bunlar hal-hazırda insan 

hüquqlarına aid əsas sənədlər sayılır. 

 

1.İnsan hüquqları ilə bağlı nəzəriyyələr  

 

      Müasir dövrümüzdə insan hüquqlarına aid baxışlar vahid deyil.Belə ki, 

insan hüquqlarına aid əsasən iki nəzəriyyə mövcuddur.Bunlar relyativist və 

universalist nəzəriyyələrdir. 

     Relyativistlərə görə, insan hüquqları əsasən Qərb mədəniyyətinin 

məhsuludur və bu huquqlar Asiya və Afrika ölkələrində təsdiq edilə 

bilməz.Onların fikrincə, Qərbdə insan hüququ kimi tanınan hər hansı bir 

norma digər mədəniyyətlərə malik ölkələrdə tanınmaya da bilər.Onlar bunu 

mədəniyyətlərin və dinlərin müxtəlifliyi və ölkələrin müxtəlif iqtisa di gücə 

malik olması ilə əlaqələndirir və belə hesab edirlər ki, bu hüquqlar universal 

deyil. 

     Universalist nəzəriyyənin tərəfd arları isə göstərirlər ki, insan hüquqları 

yalnız  Qərb üçün deyil, həm də bütün bəşəriyyət üçün qəbul olunan 

normalardır.Onlar bildirirlər ki,mədəniyyətindən və dilindən asılı 

olmayaraq, azad yaşamaq, vicdan azadlığı,öz dininə etiqad etmək, işgəncəyə 

məruz qalmamaq, qanunsuz təqib olunmamaq,öz fikrini azad sürətdə ifadə 

etmək, dövlət idarəçiliyində iştirak etmək və digər hüquqlar  istənilən 

cəmiyyətdə məqbul sayılır.Doğrudan da, elmi təhlillər göstərir ki, 

universalistlərin nəzəriyyəsi daha obyektiv və elmidir.İnsan hüquqlarının 

yaranmasının özünü də üç mərhələyə bölürlər: 

     Birinci mərhələyə 18 -ci əsrdə Avropada baş vermiş burj ua inqilabları 

nəticəsində yarana mülki və siyasi hüquqlar (yaşamaq hüququ, köləliyin 

ləğvi, işgəncənin ləğv edilməsi, şəxsi toxunulmazlıq hüququ və digər 

hüquqlar) daxildir. 

    İkinci mərhələyə 19 -cu əsrdə sosialist və kommunist ideyaların təsiri ilə 

yaranan sosial və iqtisadi hüquqları (əmək hüququ, təhsil hüququ, sosial 

təminat hüququ və digərləri) aid etmək olar.  

    Üçüncü mərhələyə isə, 20 -ci əsrdə yaranmış kollektiv hüquqları aid edə 

bilərik.Bunlar əsasən ətraf mühitin mühafizəsi, xalqın öz müqəddərat ını təyin 

etmək hüququ və digər hüquqlardan ibarətdir.Bu hüquqlar 1955 -ci ildə 

Yüklə 70,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə