2 avqust, 2006 Avrasiya Fondu, Bakı Ofisi Qısa müddətli Məsləhətçi üçün işin təsviri



Yüklə 22,11 Kb.
tarix27.03.2018
ölçüsü22,11 Kb.
#34888


2 avqust, 2006
Avrasiya Fondu,

Bakı Ofisi
Qısa müddətli Məsləhətçi üçün işin təsviri

Bələdiyyə İdarəçiliyi və Büdcə Şəffaflığı” proqramı


Avrasiya Fondunun Azərbaycandakı nümayəndəliyinə “Bələdiyyə İdarəçiliyi və Büdcə Şəffaflığı” proqramı çərçivəsində iki aylıq işi (müddətin uzadılması mümkündür) yerinə yetirmək üçün məsləhətçi tələb olunur. Məsləhətçi, özünüidarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və özünüidarəetmədə planlaşdırma prosesinin gücləndirilməsi üçün istifadə ediləcək inkişaf göstəricilərinin işlənib hazırlanması ilə əlaqədar Avrasiya Fondunun proqram rəhbəri, yerli və beynəlxalq tərəfdaşlarla sıx əlaqədə işləyəcəkdir. Məsləhətçi, işlənib hazırlanmış inkişaf göstəriciləri haqqında məlumat əldə etməyə yardım edəcək kompüter proqramının hazırlanması sahəsində informasiya texnologiyaları üzrə mütəxəssislər qrupunu mütəxəssis məsləhəti ilə təmin edəcəkdir.
Bələdiyyə İdarəçiliyi və Büdcə Şəffaflığı” Proqramı
Altı ildən artıq müddət ərzində mövcud olmalarına baxmayaraq, bələdiyyələr hələ də məhdud daxili imkanlarından, özünüidarənin həyata keçirilməsində vətəndaşların iştirak səviyyəsinin aşağı olmasından və özünüidarəetmə orqanlarının rolu və öhdəlikləri haqqında kifayət qədər məlumatın olmamasından bir sıra problemlərlə üzləşirlər. Özünüidarəetmədə planlaşdırma və bələdiyyə büdcəsi ilə əlaqədar məsələlər də bələdiyyələrin fəaliyyətinin problematik aspektləri olmaqda davam edir.
Avrasiya Fondunun “Bələdiyyə İdarəçiliyi və Budcə Şəffaflığı” Proqramı treninqlər və təlimlər təşkil etmək, texniki yardım göstərmək yolu ilə Azərbaycanın seçilmiş ərazilərindəki bələdiyyələrdə büdcə şəffaflığının təmin edilməsi təcrübəsinin başlanmasına və bələdiyyələrin təşkilati imkanlarının artırılmasına yönəlmişdir. Proqram aşağıdakı hissələrdən ibarətdir:

  1. Bələdiyyə büdcələrində şəffaflığın təmin edilməsinə və bələdiyyə büdcələrinin formalaşdırılmasında vətəndaşların iştirakının artırılmasına yardım məqsədilə qeyri-hökumət təşkilatları arasında qrant müsabiqəsi: müsabiqə yolu ilə dəstək almış layihələr bələdiyyə idarəçiliyi və strateji planlaşdırma sahəsində bacarıqları inkişaf etdirəcəkdir.




  1. Bələdiyyələrə fəaliyyətlərinin səmərəliliyini qiymətləndirməyə yardım edəcək və planlaşdırma aləti kimi çıxış edəcək inkişaf göstəricilərinin işlənib hazırlanması.

AF bu elanla yuxarıda qeyd olunan proqramın ikinci hissəsinin həyata keçirilməsi üçün mütəxəssis tələb olunduğunu bildirir.


İnkişafın ölçülməsi prosesi keyfiyyətli xidmət göstərilməsi, güclü liderliyin və təşkilati sistemin inkişaf etdirilməsi yolu ilə gələcəkdə bələdiyyələri proqramlaşdırılmış və institusional davamlılığa istiqamətləndirəcəkdir. Bundan əlavə, inkişaf göstəriciləri fəaliyyət göstərdikləri xarici mühiti (siyasi, iqtisadi və sosial) başa düşməkdə və yerli özünüidarəetmə strategiyalarını formalaşdırmaqda bələdiyyələrə yardım edəcəkdir. Bələdiyyələrin inkişaf göstəriciləri yerli və milli səviyyədə fəaliyyət göstərən səlahiyyətli orqanlar, digər donorlar və QHT-lərlə, həmçinin yarandıqları təqdirdə, Azərbaycan bələdiyyələrinin milli və ya regional Assosiasiyaları ilə sıx əməkdaşlıq şəraitində işlənib hazırlanacaqdır.
Məsləhətçinin üzərinə düşən vəzifələr
Məsləhətçi, AF-nun proqram meneceri ilə sıx əməkdaşlıq etmək şərtilə aşağıda sadalanan, lakin bununla məhdudlaşmayan vəzifələr daşıyır:


  1. Bələdiyyələrin inkişafının qiymətləndirilməsi/yaxşılaşdırılması məqsədilə tələb olunan məlumatların kateqoriyalarını müəyyən etmək və uyğun olduqda məlumatların əldə edilməsi prosedurunu təklif etmək;




  1. Azərbaycanda bələdiyyələrin səmərəli fəaliyyətinə tətbiq edilə biləcək inkişafın qiymətləndirilməsi üçün göstəriciləri işləyib hazırlamaq;




  1. Bələdiyyələr üçün strateji planlaşdırmanın Azərbaycanda hazırlanmış (İFES, OXFAM və digər təşkilatlar tərəfindən) müxtəlif formatlarının müqayisəli analizini aparmaq, şəhər və kənd yerlərində müxtəlif ölçülü bələdiyyələr üçün belə planların işlənib hazırlanması məqsədilə ən səmərəli prosedurları təklif etmək;




  1. AF-nun gələcək proqramları üçün AF-un proqram heyəti ilə məsləhətləşməklə bələdiyyələr tərəfindən göstərilən xidmətlərin səmərəliliyini artıracaq tövsiyyələr hazırlamaq;




  1. İnkişaf göstəriciləri haqqında məlumatın əldə edilməsinə yardım edəcək kompüter proqramının hazırlanmasında AF tərərfindən təyin olunmuş proqramçılar qrupu ilə işləmək.


Tələb olunan keyfiyyətlər
Bu vəzifə üçün müraciət edən şəxslər aşağıdakı bacarıqlara mütləq şəkildə malik olmalıdırlar:


  1. Təşkilati imkanların ölçülməsi və proqram/layihə planlaşdırılması sahəsində təcrübə;




  1. Yaxşı idarəçilik, bacarıqların inkişaf etdirilməsi, davamlı inkişaf, vətəndaş iştirakı və ya digər uyğun sahədə anlayışın olması;




  1. Azərbaycanın bələdiyyə sistemini dərindən bilmək;




  1. İnformasiya ilə iş (məlumatın yığılması, saxlanması, analizi, dövriyyəsi) sahəsində keçmiş təcrübənin olması;




  1. Kompüter proqramları sahəsində biliklərin olması;




  1. Sadalanan dillərdən ən azı ikisini sərbəst bilmək: Azərbaycan, İngilis və Rus dilləri.



Müraciətlərə baxılma qaydası
Müraciətlərin qəbul edilməsi üçün son tarix 10 avqust, 2006-cı il Bakı vaxtı ilə saat 17:00-dır.
Bütün maraqlı şəxslərdən tərcümeyi-hal (CV) ilə birlikdə onların müvafiq təcrübəyə malik olduqlarını, təklif olunan iş planı və metodologiyanı, həmçinin ödəniş tələblərini əks etdirən müraciət məktubunu aşağıda göstərilən ünvana təqdim etmələri tələb olunur.
Avrasiya Fondu – Azərbaycan

Fizuli küç. 67, 5-ci mərtəbə

Bakı, Azərbaycan, 370014

Tel: 994-12-4991285

Fax: 994-12-4991082

E-mail: Naila@efazerbaijan.org


Əlavə məlumat əldə etmək istəyənlərin Avrasiya Fondunun “Bələdiyyə İdarəçiliyi və Büdcə Şəffaflığı” proqramı üçün proqram rəhbəri Nailə Haşımova ilə əlaqə saxlamaları xahiş olunur.




Avrasiya Fondu ABŞ hökuməti və digər ictimai və özəl donorlar tərəfindən maliyyələşdirilən və özəl şəkildə idarə olunan qeyri-kommersiya təşkilatıdır. 1992-cı ildən etibarən Avrasiya Fondu Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxistan, Qirğız Respublikası, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda 7700 grant və texniki yardım proqramına təqribən 335 milyon ABŞ dolları sərmayə yatırmışdır. Avrasiya Fondunun təşəbbüsləri və Avrasiya Fondunun müstəqil Məşvərət Şurasının üzvləri haqqında məlumat əldə etmək üçün Avrasiya Fondunun internet səhifəsinə daxil ola bilərsiniz: www.erasia.org

Bu proqram Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə göstərdiyi dəstək sayəsində mümkün olmuşdur. Elanın məzmuna görə Avrasiya Fondu məsuliyyət daşıyır və bu məzmun ABŞ Hokumətinin və ya ABŞ BİA-nin mövqeyini əks etdirmir. www.usaid.gov







Yüklə 22,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə