№2 Humanitar elml



Yüklə 249,44 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü249,44 Kb.
#68365


 

155 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

UOT 94 (479.25) 

 

AXC VƏ TÜRKİYƏ ARASINDA MALİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ 

(1918-1920-ci ill

ər)  

 

İSA ARSLAN İBRAHİM OĞLU 

Bakı Dövlət Universiteti 

isabaklı1@hotmail.com 

 

 

Az



ərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət maliyyə vəziyyətini qay-

daya salmaq, pul-kredit siyas

ətinin əsaslarını yaratmaq üçün Osmanlı dövlətindən çeşidli yardım-

lar  aldı. Bu  yardımlar dövriyyədə  olan pul qıtlığını aradan qaldırmaq üçün Osmanlı dövlətinin 

d

ərhal nəğd pul göndərməsi, əlverişli şərtlərlə kredit verməsi, gənc Azərbaycan hökumətinə maliy-

y

ə məsələləri üzrə məsləhətçi ayırması, İstanbulda Azərbaycan pullarının və digər qiymətli kağız-

la

rın çap edilməsi və s. sahələrə aid idi. 

AXC hökum

əti maliyyə vəziyyətini qismən nizama saldıqdan sonra Türkiyədən ölkəmizə iş-

l

əmək üçün dəvət edilən hərbçilərə, müəllimlərə və digər mütəxəssislərə yüksək əmək haqqı ödə-

m

əyə  başladı. 1920-ci  ilin mart  ayında isə  Mustafa  Kamal Paşanın başçılıq etdiyi milli-azadlıq 

h

ərəkatına maliyyə yardımı göstərdi.  

 

Ачар сюзляр: Османлы дювляти, АХЪ, maliyy

ə, pul, bon, kredit, müşavir, yardım 



 

Az

ərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət qarşısında 



duran 

ən mühüm vəzifələrdən biri maliyyə  vəziyyətinin, pul-kredit siyasətinin 

nizama  salınması  idi.  Bu  istiqamətdə  Osmanlı  dövlətinin  yardımları  böyük 

əhəmiyyətə malik idi. Bu yardımlar Azərbaycan hökumətinə nağd pul verilməsi, 

maliyy

ə  məsələləri üzrə  məsləhətçi  ayrılması,  Azərbaycan  pullarının  və  digər 



qiym

ətli kağızların İstanbulda kəsilməsi və s. sahələrə aid idi.  

1918-ci il iyunun 

əvvəlində Batum şəhərində Osmanlı dövləti ilə sülh danı-

şıqları aparıldığı zaman Azərbaycan nümayəndələri Osmanlı nümayəndə heyəti-

nin başçısı, Ədliyyə naziri Xəlil bəydən xahiş etdilər ki, yeni yaranmış Azərbay-

can hökum

ətinə maliyyə məsələləri və xarici işlər üzrə müşavirlər göndərsin. Tür-

kiy

ənin  paytaxtında  keçirilməsi nəzərdə  tutulan beynəlxalq  konfransda  iştirak 



etm

ək üçün göndərilmiş, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan nümayən-

d

ə  heyəti 1918-ci il iyunun 24-də  İstanbula  çatdıqdan  dərhal sonra Xəlil bəylə 



görüşdə  yenidən  müşavirlər göndərilməsi məsələsini  qaldırdı.  Osmanlı  tərəfi 

maliyy


ə məsələləri üzrə aparıcı mütəxəssis olan Xalid bəyi 2 aylığa müşavir kimi 


 

156 


ezam etm

əyə razılıq verdi. Lakin Xalid bəy dərhal Azərbaycana yola düşməyin iki 

s

əbəbdən: müharibə getdiyi və hökumətin paytaxtdan kənarda fəaliyyət göstərdiyi 



üçün faydasız olacağını bildirdi. Ona görə də, Xalid bəy belə bir vəziyyətin davam 

etdiyi müdd

ətdə İstanbuldan tövsiyələrini bildirməyi daha münasib saydı [1, 38].  

Az

ərbaycan hökumətinin  başçısı  Fətəli  xan  Xoyski  M.Ə.Rəsulzadəyə  ün-



van

ladığı  11  iyul  1918-ci il tarixli direktivində  bildirdi ki, Azərbaycan Cüm-

huriyy

əti çox kəskin  şəkildə  maliyyə  vəsaiti  sıxıntısı  yaşayır.  Hazırda  ölkədə 



dövriyy

ədə olan Cənubi Qafqaz bonları azdır və yeni bon buraxılması haqqında 

gürcü v

ə  erməni nümayəndələri ilə  aparılan  danışıqlar  hələlik bir nəticə  vermə-



mişdir. Ona görə də, Azərbaycan hökuməti adından təcili surətdə Türkiyədən 1,5-

3 milyon lir

ə  həcmində  borc  alınması  məsələsini  qaldırdı.  Azərbaycan tərəfi 

h

əmin vəsaiti 1-1,5 il ərzində geri qaytarmağı öhdəsinə götürdü [1, 30].  



B

əhs olunan dövrdə dövriyyədə olan pul kütləsi çatışmırdı. Bununla əlaqə-

dar olaraq F

ətəli xan Xoyski Azərbaycan nümayəndə heyətinin başçısına göstəriş 

verdi ki, daxili t

ələbatı  ödəmək  üçün  İstanbulda  100  milyon  manat  miqdarında 

Az

ərbaycan bonu buraxılmasını təmin etsin. Azərbaycan bonları 500, 100, 50, 25, 



10,  5,  3,  1  manatlıqlar  şəklində  buraxılmalı  idi. Azərbaycan hökuməti  bonların 

for


ması,  ölçüsü  və  digər məsələləri yerində  tənzimləmək  üçün  iyul  ayının 

əvvəlində Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Səlim bəy Behbudo-

vu v

ə Azərbaycan Ticarət və Sənaye Nazirliyinin səlahiyyətli nümayəndəsi Əsəd 



b

əy Rüstəmbəyovu İstanbula ezamiyyətə göndərdi [1, 30].   

Az

ərbaycan hökumətinin  başçısı  Fətəli  xan  Xoyski  M.Ə.Rəsulzadəyə 



ünvan

ladığı  31  iyul  1918-ci il tarixli məktubunda  bir  daha  qeyd  etmişdi  ki, 

Az

ərbaycan hökumətinin böyük qayğısı pul qıtlığıdır: “Siz bu istiqamətdə təcili və 



t

əsirli tədbirlər görməsəniz, 2 həftədən  sonra  tamam  pulsuz  qalacağıq.  İlk  növ-

b

ədə, 1 milyon Türkiyə lirəsi borc verilməsinə çalışın, sonra isə öz bonlarımızın 



buraxılmasına və göndərilməsinə başlayın” [1, 43].  

Az

ərbaycanın  Gürcüstandakı  diplomatik  nümayəndəsi M.Y.Cəfərovun 



Az

ərbaycan hökumətinə  ünvanladığı  17  iyul  1918-ci il tarixli məxfi məlumatda 

bildirilirdi ki, Gürcüstan hökum

əti köhnə bonların (Cənubi Qafqaz Komissarlığı 

dövründ

ə  buraxılan  bonlar  nəzərdə  tutulur  –  İ.A.)  nümunəsində  pul çap etməyə 



başlamışdır. Məlumatda daha sonra qeyd edilirdi ki, Gürcüstan və Ermənistanın 

m

əsuliyyət daşıması şərti ilə həmin pulların dövriyyəyə buraxılması üçün gürcü 



v

ə erməni nümayəndələri danışıqlar aparırlar [2, siy. 1, iş 18, v.66]. 

Doğrudan da, 1918-ci il iyul ayının 20-də Gürcüstan və Ermənistan höku-

m

ətləri, Azərbaycan hökumətinə  xəbər vermədən, 200 milyon Cənubi Qafqaz 



Komissarlığı  bonu  buraxılması  haqqında  müqavilə  imzaladılar.  Rusiya  Dövlət 

bankının  Tiflis  kontoru  tərəfindən  buraxılmış  200  milyon  bonu  öz  aralarında 

bölüşdürdülər. Azərbaycan hökuməti buna qəti etirazını bildirdi [2, siy. 1, iş 18, 

v.141]. Etiraz notasının bir surətini də İstanbula göndərdi ki, burada keçirilməsi 

n

əzərdə tutulan sülh konfransında elan edilsin [1, 43].  



Osmanlı  dövləti gənc Azərbaycan  Respublikasının  maliyyə  çətinliklərini 

yoluna qoymaq üçün t

əcili  addımlar  atdı.  Hərbi Nazirliyin müstəşarı,  Osmanlı 



 

157 


H

ərbi Dəmir Yolları və Limanları Baş İdarəsinin rəisi İsmayıl Haqqı paşa 1918-ci 

il iyulun orta

larında  Gəncədə  Azərbaycan hökuməti üzvləri ilə  görüşündə  qısa 

müdd

ət ərzində yarım milyon Türkiyə lirəsi göndərməyi öhdəsinə götürdü [1, 45]. 



İsmayıl  Haqqı  paşanın  Azərbaycana səfəri  zamanı,  iyulun  14-də  Azərbaycan 

hökum


əti ilə Türkiyə Hərbi Dəmir Yolları və Limanları Baş İdarəsi ilə bağlanmış 

müqavil


əyə  görə  Azərbaycan dəmir  yolları  bütün  vaqon  və  parovozları,  bütün 

dig


ər əmlakı ilə birlikdə 5 illiyə Osmanlı dövlətinin sərəncamına verildi. Müqavi-

l

ənin 4-cü bəndinə görə Osmanlı tərəfi yolun istismar xərcləri çıxıldıqdan sonra 



qalan xalis illik g

əlirin 75 faizini Azərbaycan hökumətinə verməyi öhdəsinə gö-

türdü [1, 31].  

Osmanlı  tərəfi həmçinin  yeni  yaranmış  Azərbaycan hökumətinin maliyyə 

sıxıntılarını  nəzərə  alaraq bu ölkədən gələn nümayəndələrin maliyyə  xərclərini 

öd

əyirdi. 1918-ci  ilin  iyun  ayında  Türkiyə  tərəfi  İstanbula  gələn Azərbaycan 



nümay

əndələrinə 1000 lirə vermişdi [2, siy. 1, iş 18, v. 66]. Bundan başqa, özünü 

Az

ərbaycan  xalqının  nümayəndəsi kimi təqdim edən  Rövşən bəy  İstanbulda 



m

ehribanlıqla  qarşılanmış  və  bahalı  «Pera-Palas» otelində  yerləşdirilmişdi.  Ona 

Osmanlı dövlətinin qonağı kimi hər gün üçün 10 lirə xərclik ayrılmışdı [1, 39].  

Az

ərbaycan hökuməti Osmanlı dövlətinin maliyyə yardımlarını minnətdar-



lıqla qəbul etməklə  bərabər,  İstanbuldakı  Azərbaycan nümayəndə  heyətindən 

xahiş etdi ki, çox qısa bir zaman ərzində İstanbulda Azərbaycan bonu buraxılma-

sına nail olsun. Çünki 1918-ci ilin iyun-iyul aylarında gürcü və erməni hökumət-

l

əri birgə  razılıq  əsasında  Tiflisdə  Cənubi Qafqaz bonu  buraxılmasını  davam 



etdirm

əklə  öz maliyyə  problemlərini qismən yoluna qoymuşdular. Azərbaycan 

hökum

əti isə tezliklə Bakını tutmaq və orada öz milli pulunun buraxılmasını təşkil 



etm

əyi  planlaşdırırdı.  Lakin  Bakının  azad  edilməsinin yubanması,  həmçinin pul 

k

əsilməsi üçün gərəkli kağız, rəng və dəzgahların yoxluğu, Azərbaycan hökumə-



tini vadar etdi ki, öz milli val

yutasının  təcili surətdə  İstanbulda  buraxılmasına 

q

ərar versin. İstanbuldakı Azərbaycan nümayəndə heyətinə tövsiyə edildi ki, pul 



k

əsilməsi işini qaydaya salmaq üçün yerli mütəxəssisləri, o cümlədən Türkiyədən 

Az

ərbaycana maliyyə müşaviri kimi ezam edilməsi nəzərdə tutulan nümayəndəni 



c

əlb etsin [1, 45].  

M.Ə.Rəsulzadənin 1918-ci il avqustun 4-də  M.H.Hacınskiyə  göndərdiyi 

m

əlumatda maliyyə  məsələlərinin  artıq  yoluna  qoyulduğu  bildirilirdi.  Həmin 



m

əlumata görə Türkiyə hökuməti Azərbaycana 2 milyon lirə borc verməyi qərara 

almışdı. Altı ay ərzində Azərbaycan hökumətinə çatdırılmalı olan bu borcun 10 il 

müdd


ətində geri qaytarılması nəzərdə tutulurdu. Bundan əlavə Türkiyə hökuməti 

İstanbulda  «Azəri»  adlı  Azərbaycan bonu buraxılmasına  yardım  göstərməyə  də 

q

ərar vermişdi [1, 47]. İşi sürətləndirmək üçün həmin vaxt Almaniyada olan Tür-



kiy

ə Maliyyə Naziri Cavad bəyin bu məsələ üzrə razılığı teleqraf vasitəsilə alın-

mışdı. 

M.Ə.Rəsulzadə 1918-ci il sentyabrın 2-də İstanbuldan M.H.Hacınskiyə ün-



vanladığı  məktubda maliyyə  məsələsi ilə  əlaqədar məlumat  vermişdi  ki,  Azər-

baycan hökum

əti  adından  o,  Azərbaycan  Xarici  İşlər Nazirliyinin səlahiyyətli 



 

158 


nümay

əndəsi Səlim bəy Behbudov və Azərbaycan Ticarət və Sənaye Nazirliyinin 

s

əlahiyyətli nümayəndəsi  Əsəd bəy Rüstəmbəyov  Osmanlı  Hərbi Dəmir  Yolları 



v

ə Limanları Baş İdarəsinin rəisi Feriq İsmayıl Haqqı bəylə müqavilə bağlamışlar. 

Müqavil

əyə  görə, Azərbaycan hökuməti özünəməxsus  olan  yun,  pambıq,  neft, 



ərzaq, biyan kökü və s. mallardan 2 milyon türk lirəsi dəyərində məhsulu Osmanlı 

dövl


ətinə  satacaq,  satdıqca  da  pulunu  alacaqdır.  Mallar  satıldıqdan  sonra  onun 

mühafiz


əsi, daşınması və digər xərcləri alan tərəf qarşılayacaqdır [1, 59, 83-85]. 

Bu müqavil

ənin  davamı  kimi  ikinci  bir  müqavilə  də  bağlanmışdı  ki,  Osmanlı 

h

ərbi dəmir yolları və limanları baş idarəsi birinci müqavilənin hesabına Azərbay-



can hökum

ətinə 500 min türk lirəsi avans verir. Bu avans 2 milyon lirə dəyərində 

mallar satıldığı əsnada hissə-hissə qaytarılacaqdır [1, 59-60, 85-87].   

M.Ə.Rəsulzadə  həmin məktubunda Azərbaycan  bonlarının  –  qaimələrin 

İstanbulda buraxılmasına hazırlıq haqqında da ətraflı məlumat vermişdi. «Azəri» 

adlanan 1-3-5-10-25-50-100-500 manat d

əyərində  pulların  rəsmlərinin rəssam 

t

ərəfindən çəkildiyi və  onların  üzərinə  rəsmi bayrağımızın  üzərindəki ay və 



s

əkkizguşəli ulduzun bənzərinin qoyulduğunu bildirmişdi. Bundan başqa poçt və 

gerb markaları çapı üçün də tədarük görüldüyünü qeyd etmişdi [1, 60]. Bütün bu 

işlərdə  Azərbaycan nümayəndə  heyətinə  Osmanlı  bankının  müdiri,  namuslu  və 

etibarı ilə məşhur olan Həmid bəy yardım göstərmiş, gərəkli məsləhətlər vermişdi. 

M.Ə.Rəsulzadə  1918-ci  il  sentyabrın  6-da M.H.Hacinskiyə  göndərdiyi 

növb

əti məktubda Ənvər paşa ilə görüşməsi haqqında məlumat vermişdi. Həmin 



görüşdə qeyd edilmişdi ki, Türkiyə tərəfi Azərbaycana verəcəyi avansı artıq Nuru 

paşaya göndərmişdir [3, siy.10, iş 31, v.28-29].  

M.Ə.Rəsulzadənin 1918-ci il sentyabrın sonunda Azərbaycan hökumətinin 

başçısı Fətəli xan Xoyskiyə göndərdiyi məktubda maliyyə müşaviri Həmid bəyin 

bel

ə bir məsləhətini çatdırmışdı ki, Azərbaycan hökuməti tezliklə belə bir qanun 



elan etsin: heç k

əs yeni qanun və göstərişlər verilincəyə qədər mədənləri, ticarət 

əssisələrini, gəmiləri sata və ya uzun müddətə icarəyə verə bilməz. Həmid bəy 



ehtiyat edirdi ki, xarici t

əbəələr qəsdən  yaranmış  vəziyyətdən istifadə  edib 

m

ədənləri, ticarət müəssisələrini, gəmiləri dəyər-dəyməzinə  satın  alıb,  sonra  da 



Az

ərbaycan hökumətinin bu sahədə  istədiyi qanun-qayda  yaratmasına  mane  ola 

bil

ərlər [1, 80].  



H

əmin məktubda maliyyə məsələsi ilə bağlı qeyd edilmişdi ki, 2 milyon lirə 

d

əyərində  alqı-satqı  müqaviləsi  artıq  imzalanmışdır  və  500 min lirə  avans 



verilm

əsi tamamilə həll edilmişdir. Həmin 500 min lirədən 225 min lirə gəmi ilə 

indi Az

ərbaycan hökuməti başçısına göndərilir, 25 min lirə isə Ə.Topçubaşovun 



s

ərəncamında  qalırdı  ki,  İstanbulda  «qaimə» (bon) çap edilməsinə  xərcləsin. 

Qalan 250 min lir

ə isə bir həftə sonra gedəcək gəmi ilə yola salınmalı idi. Pullarla 

b

ərabər, bu məsələ ilə əlaqədar İstanbula ezam edilmiş Əsəd bəy Rüstəmbəyov və 



S

əlim bəy Behbudovun da həmin gəmi ilə yola düşdüyü bildirilirdi [1, 80].   

M

əktubda daha sonra Azərbaycan pullarının – bonların çap edilməsinə ha-



zırlıq işləri haqqında bilgi verilirdi. Bildirilirdi ki, pulların klişeləri hazırlanır, 20 

günd


ən sonra pulların çapına başlanacaqdır [1, 80].  Lakin 1918-ci ilin oktyabrın-


 

159 


da T

ələt paşanın başçılıq etdiyi hökumətin istefa verməsi, Bolqarıstanın təslim ol-

masından sonra Almaniya ilə birbaşa əlaqələrin kəsilməsi, cəbhələrdə məğlubiy-

y

ətlər Osmanlı dövlətinin Azərbaycana ayırdığı 500 min lirə kreditin qalan hissə-



sinin gönd

ərilməsini və İstanbulda Azərbaycan pullarının kəsilməsini təxirə saldı.  

Bel

ə  bir  şəraitdə  AXC hökuməti 1918-ci  il  noyabrın  15-də  Gürcüstanla 



maliyy

ə məsələləri üzrə müqavilə bağladı. Bu müqavilə Gürcüstanla Ermənistan 

arasında 1918-ci il iyulun 20-də imzalanmış və birlikdə Cənubi Qafqaz Respubli-

ka

sı bonlarını buraxmaq haqqında müqaviləyə əlavə kimi imzalanırdı. Razılaşma-



ya gör

ə, Dövlət  Bankının  Tiflis  kontoru  həmin  ilin  25  noyabrına  kimi,  hər bir 

respublika üçün 80 milyon rubl olmaqla, c

əmisi 160 milyon rubl dəyərində bon 

buraxmalı idi [1, 99].  

Az

ərbaycanın Osmanlı dövlətinə təyin etdiyi fövqəladə elçisi və səlahiyyətli 



nazir  Ə.Topçubaşov  da  Türkiyəyə  gəldiyi ilk günlərdən maliyyə  məsələləri ilə 

ciddi m


əşğul olmağa başlamışdı. O, 1918-ci il oktyabrın 2-də Türkiyənin Xarici 

İşlər Naziri Əhməd Nəsimi bəylə görüşündə minnətdarlıqla bildirmişdi ki, Azər-

baycan hökum

əti maliyyə  məsələsi üzrə  təcrübəli mütəxəssislərə  ehtiyac yaran-

dıqda, ilk növbədə Türkiyəyə müraciət etmişdir [4, 13].   

Ə.Topçubaşovun 1918-ci  il  noyabrın  25-də  Türkiyə  Maliyyə  Naziri  Əb-

dür

əhman bəylə görüşündə Türkiyədə Azərbaycan pulunun çap edilməsi və 500 



min lir

ə  kreditin qalan hissəsinin  ayrılması  məsələləri müzakirə  edildi.  Görüş 

zamanı  Türkiyə  tərəfi Azərbaycan  pulunun  çapı  üçün  klişelərin  artıq  hazır  ol-

duğunu və Almaniyadan 2 vaqon kağız gətirildiyini qeyd etdi [4, 75].  Lakin kağı-

zın qalan hissəsinin gətirilməsi beynəlxalq vəziyyətin dəyişməsi – Birinci dünya 

müharib


əsində  Almaniya və  Osmanlı  imperiyalarının  məğlub  olması,  həmçinin 

Almaniyada inqilab baş verməsi nəticəsində mümkün olmadığı bildirildi.  

Türkiy

ə  Maliyyə  Naziri Azərbaycan hökumətinə  ayrılmış  500  min  lirəlik 



kreditin 250 min lir

əsinin artıq verildiyini qeyd etdi. Həmin vəsaitdən 25 min lirə 

İstanbuldakı  Azərbaycan nümayəndələrinin xərcləri üçün  ayrılmış,  yerdə  qalan 

225 min lir

ə  isə  Osmanlı  hökuməti Hərbi  Nazirinin  keçmiş  müstəşarı  İsmayıl 

Haqqı paşa tərəfindən yola salınmışdı. Həmin vəsaiti Batuma, oradan da Gəncəyə 

v

ə ya Bakıya çatdırmaq üçün İsmayıl Haqqı paşa yüzbaşı Arif bəyi iki zabit və bir 



neç

ə  əsgərlə  göndərmişdi.  İsmayıl  Haqqı  paşa  həmçinin Arif bəyə  əlavə  olaraq 

450 min lir

ə  də  vermişdi  ki,  Azərbaycandan  pambıq  alıb  Osmanlı  dövlətinə 

gönd

ərsin [4, 76].   



Ə.Topçubaşov Türkiyə Maliyyə Naziri ilə həmin görüşündə ayrılmış kredi-

tin yerd


ə qalan hissəsinin – 250 min lirə vəsaitin qısa müddətdə Azərbaycan Na-

zirl


ər  Şurasının  sədri F.Xoyskiyə  və  ya Maliyyə  Naziri  Ə.Əmircanova  çatdırıl-

masını təmin etməyi xahiş etmişdi. Azərbaycanın diplomatik nümayəndəsi həmçi-

nin qeyd etmişdi ki, əgər indiki vəziyyətdə Türkiyə hökuməti həmin vəsaiti gön-

d

ərməyə çətinlik çəkirsə, o özü şəxsən və ya köməkçisi Mustafa bəy Vəkilov bunu 



yerin

ə yetirə bilərlər [4, 78].  Görüşdə Əbdürəhman bəy vəzifəyə yeni təyin edil-

diyini bildir

ərək Azərbaycan tərəfinin qaldırdığı məsələlərlə bağlı Türkiyə höku-

m

əti başçısına məruzə edəcəyini vəd etdi. 




 

160 


1918-

ci  ilin  yayında  Osmanlı  dövlətinin Azərbaycana maliyyə  yardımı 

göst

ərməsi və göndərdiyi hərbi qüvvələrin xərcləri üçün vəsait ayırması nəticəsin-



d

ə ölkədə türk lirəsinin dövriyyəsi geniş miqyas aldı. Ona görə də, Azərbaycan 

hökum

əti Türkiyə  lirəsinin Cənubi  Qafqaz  Komissarlığı  bonu  ilə  dəyişdirilməsi 



m

əzənnəsini müəyyən etmək zərurəti ilə üzləşdi. Milli hökumət 1918-ci il iyunun 

30-da q

ərar verdi ki, müvəqqəti olaraq 1 Türkiyə lirəsi 20 manata bərabər tutulsun 



[5, 208].   

Lakin bir neç

ə ay ərzində ölkədə dövriyyədə olan pul kütləsi içərisində türk 

lir


əsinin həcmi kəskin surətdə  çoxaldığı  üçün  Azərbaycan hökuməti 3 sentyabr 

1918-ci il tarixd

ə Bakı bonlarının Türkiyə lirəsinə dəyişdirilməsi üçün aşağıdakı 

m

əzənnəni qəbul etdi: 1 Türkiyə lirəsi 40 manat dəyərindəki Bakı bonuna bərabər 



tutulsun  [5,  227].    Oktyabrın  9-da isə  respublikada dövriyyədə  olan bütün pul 

nişanları: II Nikolayın və Kerenskinin dövründə kəsilmiş olanlar, həmçinin Bakı 

v

ə Cənubi Qafqaz bonları eyni dəyərə malik olan edildi. Onların hamısı üçün 20 



manatın 1 Türkiyə kağız lirəsinə bərabər tutulması qərara alındı [5, 367-368]. 

1920-


ci il martın 8-də Azərbaycan hökuməti Bakıda pul və digər qiymətli 

kağızlar  buraxılmasını  qaydaya  salmaq  üçün  növbəti  addım  atanda  türk  iş 

adamının yardımından bəhrələndi. Hökumət başçısı Maliyyə Nazirinə tapşırdı ki, 

Türkiy


ə təbəəsi Əhməd Cövdət bəylə müqavilə bağlasın. Müqaviləyə görə Əhməd 

Cövd


ət bəy xaricdən Azərbaycana  dövlət  kağızları  hazırlamaq  üçün  zəruri olan 

kağız, mətbəə maşınları, rəng alınıb gətirilməsini təmin etməli idi [5, 410].    

Az

ərbaycan hökumətinin  uğurlu  pul-kredit siyasəti həm  Bakı  bonlarının, 



h

əm də Cənubi Qafqaz bonlarının məzənnəsinin möhkəmlənməsinə müsbət təsir 

göst

ərdi. Bunun nəticəsi idi ki, 1919-cu ilin yayında Tiflis birjasında xarici valyu-



ta

ların qiymətdən düşməsi fonunda Cənubi Qafqaz bonunun kursunun yüksəlməsi 

müşahidə edilirdi [6, 2 iyul, 1919, №136].  

1919-


cu ilin iyul ayında Ərzurumdan korpus komandanı Kazım Qarabəkir 

paşanın  əmrilə  Naxçıvan  əhalisinin erməni  hücumlarından  müdafiəsini təşkil 

etm

ək üçün piyada qoşun yüzbaşısı Xəlil əfəndi 4 zabit və 7 əsgərlə Bəyazitdən 



yola salındı. Türk zabitləri naxçıvanlılardan bir alay yaradıb, onlara təlim verməyə 

başladılar.  Bu  alay  erməni dəstələrinin qətl və  qarətlər törətmələrinin  qarşısının 

alınmasında misilsiz rol oynadı. Azərbaycan hökuməti də həmin türk zabitlərinə 

münt


əzəm şəkildə müavinat ödəyirdi [7, 69, 83, 360]. 1920-ci il yanvarın 19-da 

Dövl


ət Müdafiə Komitəsinin qərarı ilə İrəvandakı Azərbaycan diplomatik nüma-

y

əndəsinə 2 milyon manat vəsait göndərildi ki, Zəngəzur qaçqınlarına yardım gös-



t

ərsin və bu regiona göndərilmiş təlimatçı – zabitlərə məvacib ödəsin [2, siy.1, iş 

22, v.154].  

B

əhs edilən dövrdə Azərbaycan, dağılmaqda olan Osmanlı ordusu zabit və 



əsgərlərinin, vətəndaşlarının  bir  qisminin  əminliklə  sığındığı  bir  ölkə  idi. Hər 

g

ələn türk zabiti istər Azərbaycan xalqı, istərsə də hökuməti tərəfindən xoş rəftar-



la qarşılanırdı. Hətta hökumət türk zabitlərinin bir qisminə, orduya alınmamaları-

na baxmayaraq, pulla müavin

ət ödəməkdə  davam edirdi [8, 269]. Belə  xoş 

münasib


ətin nəticəsi idi ki, İstanbuldan, Şərqi Anadoludan çoxlu sayda türk zabiti 


 

161 


Az

ərbaycana gəlmişdi [7, 56].    

Az

ərbaycan hökuməti həmçinin Xalq Maarif Nazirliyinə 1920-ci ilin yanvar 



ayında  icazə  verdi ki, Türkiyədən dəvət edilən müəllimlərə  əmək  haqqının 

verilm


əsi  işə  təyin edildikləri gündən  deyil,  onların  öz  ölkələrini tərk etdikləri 

günd


ən hesablansın. Nazirlər Şurasının qərarına görə Türkiyədən gəlmiş müəllim 

v

ə  müəllimələrə  xidmətə  başladıqları  zamana  qədər orta məktəb müəlliminin 



m

əvacibi həcmində yəni ayda 3200 manat ödənilməsinə başlandı [6, №7].   

AXC hökum

əti  Anadoluda  başlanmış  İstiqlal  savaşına 1920-ci ilin mart 

ayında  maddi  yardım  göndərmişdi.  AXC  hökumətində  Əksinqilab  ilə  mübarizə 

t

əşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlı bununla bağlı xatirələrində məlu-



mat vermişdir. Həmin məlumata görə, Azərbaycan hökumətinin başçısı Nəsib bəy 

Yusifb


əyov Ankara hökumətinə  çatdırılması  üçün  20  min  Türkiyə  lirəsi və  1 

milyon Fransa frankı göndərmişdi. Həmin vəsaiti aparan nümayəndə aprel işğalın-

dan sonra AXC hökum

əti üzvlərinin Gürcüstana mühacirət etməsi ilə  əlaqədar 

1000 lir

ə vəsaiti Tiflisə göndərmiş, pulun qalan hissəsini isə 1920-ci ilin oktyabr 

ayında Ankarada hökumət nümayəndələrinə təhvil vermişdi [9, 232-233].   

AXC dövrün

ə dair qiymətli tədqiqat əsərinin müəllifi Mirzə Bala Məmməd-

zad


ə də belə yardım göstərdiyini qeyd etmişdir: «Mərhum Yusif bəyin (Nəsib bəy 

Yusifb


əyov nəzərdə tutulur – İ.A.) əmri ilə Məmməd Əli Əhmədzadə tərəfindən 

1920-


ci il oktyabrın 2-də Ankaraya təhvil verilən 19 min Osmanlı lirəsi, 1 milyon 

fransız frankı və 8 neft vekselinin o zamankı Xarici işlər naziri Əhməd Muxtar 

b

əyin imzası ilə təsdiq edilmiş qəbzi əlimizdədir» [10, 119].   



Bütün bu faktlar aydın göstərir ki, Türkiyə və Azərbaycan arasında 1918-

1920-ci ill

ərdə digər sahələrdə olduğu kimi maliyyə üzrə də sıx əməkdaşlıq möv-

cud ol


muşdur.  1918-ci  ilin  yayında  və  payızında  Osmanlı  hökuməti gənc Azər-

baycan Cümhuriyy

ətinə  maliyyə  çətinliklərini  aradan  qaldırmaq  üçün  yardımlar 

etmiş, 1919-cu ilin yayından etibarən Azərbaycan tərəfi də maliyyə sıxıntısı çəkən 

Türkiy

ə vətəndaşlarına işə götürmək, müavinət ayırmaqla dəstək vermişdir. Ayrı-



ca AXC r

əhbərliyi 1920-ci  ilin  mart  ayında  Anadoluda  Mustafa  Kamal  paşanın 

başçılıq etdiyi milli-azadlıq mübarizəsinə maliyyə yardımı göstərmişdi. 

 

ƏDƏBİYYAT



 

1.

 



Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Внешняя  политика  (До-

кументы и материалы). Баку: Азербайджан, 1998, 632 с. 

2.

 

Az



ərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı – AXC Xarici İşlər Nazirliyinin fondu 

3.

 



Az

ərbaycan Respublikası Dövlət Arxivinin 894 saylı – AXC Daxili İşlər Nazirliyinin fondu 

4.

 

Дипломатические  беседы  А.А.Топчубашева  в  Стамбуле  (записи  чрезвычайного  пос-



ланника и полномоченного министра Азербайджанской Республики). 1918-1919 гг. Ба-

ку: Эргюн, 1994, 164 с. 

5.

 

Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Законодательные  акты 



(Сборник документов) Баку: Азербайджан, 1998, 560 с. 

6.

 



Газ. «Азербайджан», 1919-1920  гг. 

7.

 



Kazım  Karabekir.  İstiklal  Harbimiz.  C.1,  İstanbul:  2008, 660 s.  Nağı  Şeyxzamanlının 

xatir


ələri. Bakı: Qartal, 1997, 305 s. 

8.

 



Hüseyn Baykara. Az

ərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992, 276 s. 




 

162 


9.

 

Nağı Şeyxzamanlının xatirələri. Bakı: Qartal, 1997, 305 s. 



10.

 

Mirz



ə Bala Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 247 s. 

 

СОТРУДНИЧЕСТВО В ОБЛАСТИ ФИНАНСОВ МЕЖДУ АДР И ТУРЦИЕЙ 

(1918-1920 

гг.) 

 

Иса Арслан Ибрагим 

 

РЕЗЮМЕ 

 

После  образования  Азербайджанской  Демократической  Республики  национальное 



правительство начало приводить в порядок финансовое положение, предпринимал щаги по 

созданию основы денежно-кредитной политики. В этом деле большую помощь оказало Ос-

манское  государство:  посылал  немедленно  наличные  деньги  для  ликвидации  недостатка 

денежных масс в обороте, предоставлял кредиты с выгодными условиями, посылало совет-

ников по вопросам финансов, начал печатать в Стамбуле деньги и другие ценные бумаги 

Азербайджана  и т.д.  

Правительство AДР после того, как провел в порядок финансовую сферу, начал пла-

тить высокую заработную плату военным, учителям и другим специалистам, приглашенные 

из Турции для работы. А в марте 1920 г. оказал финансовую помощь национальному осво-

бодительному движению, возглавляемому Мустафа Камаль пашой.  



 

Ключевые слова: Турция, АДР, финансы, деньги, боны, кредит, советник, помощь 

 

THE COOPERATION OF ADR AND TURKEY IN THE FIELD OF FINANCE  



(THE 1918-1920 YEARS) 

 

Isa Arslan Ibrahim 

 

SUMMARY 

 

After the establishment of the Azerbaijan Democratic Republic, the national government 

got enough assistance by the Ottoman State to put the financial condition in order and create main 

bases of the credit and monetary policy. This assistance contributed to the elimination of financial 

shortage, immediate cash money by the Ottoman state, giving credits under suitable conditions, 

appointing of adviser for young Azerbaijan government on financial problems and printing Azer-

baijan money and other valuable papers in Istanbul.  

After resolving the financial problems ADR government increased salaries of teachers, mi-

litants  and  other specialists invited to our country from Turkey, and in March 1920 financially 

supported the national liberation movement under the leadership of Mustafa Kamal Pasha. 



 

Key words: Turkey, ADR, finance, money, cheques, credit, adviser, assist 

Yüklə 249,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə