№2 Humanitar elml



Yüklə 264,77 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü264,77 Kb.
#76143


83 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 82.0; 82-94 

 

OSMANLI ŞAİRLƏRİNƏ DAİR ARAŞDIRILMAMIŞ  

BİR TƏZKİRƏ 

 

V.A.MUSALI 

Bakı Dövlət Universiteti 

tezkireshinas@gmail.com 

 

Osmanlı ədəbiyyatında təzkirəçilik ənənəsi Herat təzkirəçilik məktəbinin təsiri ilə XVI 



əsrdən inkişaf etməyə başlamışdır. XVI əsrdə Səhi bəy, Qəribi, Lətifi, Aşiq Çələbi, Qınalızadə 

Həsən Çələbi, Bəyani, XVII əsrdə isə Riyazi, Qafzadə Faizi, Rza Zəhrimarzadə, Asim, Yümni 

və Güfti şairlərin həyat və yaradıcılığından bəhs edib, əsərlərindən örnəkləri əhatə edən şair 

təzkirələri qələmə almışlar. XX əsrin əvvəllərinə qədər davam edən Osmanlı təzkirəçiliyinə bu 

janrda 30-

dan artıq töhfə verilmişdir. Amma Sadiqi “Külliyyat”ı içərisində rast gəldiyimiz və 

bu günə kimi tədqiqata cəlb olunmamış XVI-XVII əsr Osmanlı və bəzi Azərbaycan şairlərini 

əhatə  edən  antologiya  xarakterli  təzkirə  Osmanlı  təzkirəçiliyinin  araşdırılmamış  bir 

səhifəsidir.  

  

Açar sözlər: Osmanlı, şair, anonim, təzkirə 

 

Türk təzkirəçiliyinə nəzər salsaq görərik ki, bəzi təzkirəçilər həqiqətən 



təzkirə  yazmış,  bəziləri  isə  yazılan  təzkirələr  əsasında  təzkirə  tərtibləmişlər. 

Məsələn,  XVI  əsr  türk  təzkirəçisi  Qınalızadə  Həsən  Çələbi  təzkirə  qələmə 

almış, həmin əsrin digər təzkirəçisi Bəyani isə bu təzkirədəki şairlər haqqında-

kı məlumatı qısaldaraq bir təzkirə tərtibləmişdir. Qeyd olunan bu fərqi nəzərə 

al

maq və «yazılmışdır» və «tərtiblənmişdir» ifadələrini fərqləndirmək lazımdır 



(10, 28).  

Bəzən təzkirələrə zeyl də yazılmışdır. «Zeyl» ərəb sözü olub, «artırma, 

qeyd, əlavə» mənasını ifadə edir. Məsələn, Bursalı İsmayıl Bəliğ  «Nuxbətül-

əsar  li  zeyli  zübdətül-əşar»  (h.1139/1727)  adlı  əsərini  Qafzadə  Faizinin 

«Zübdətül-əşar»ına (h.1031/1622) zeyl yazmışdır.   

 

AMEA Əlyazmalar İnstitutunda Sadiqi Əfşarın “Külliyyat”ının Təbriz 



nüsxəsinin  fotosurəti  mühafizə  olunur  (14).  Külliyyata  daxil  olan  əsərlərdən 

biri  də  “Məcməül-xəvas”  təzkirəsidir.  Təzkirənin  külliyyata  “Bəqiyyeyi-təz-

kireyi-

şüəra”  adı  ilə  daxil  edilmiş  qismində,  altıncı  məcmənin sonunda, Mir 



Sədrəddin Məhəmmədin həyat və yaradıcılığının təsvirindən sonra və Mövla-

na  Təbi  Yəzdinin  bioqrafiyasından  öncə,  “Məcməül-xəvas”a  aidiyyatı  olma-




84 

yan 138 türk-

Osmanlı şairi haqqında qısa məlumat və əsərlərindən nümunələri 

əhatə edən anonim bir təzkirə vardır. Bu təzkirə indiyə kimi tədqiq olunmamış 

və nəşr edilməmişdir. 

Bu əsər haqqında ilk məlumatı hələ 1961-ci ildə Hacı Hüseynağa Naxçı-

vani

1

 



vermişdir. Daha sonra fil. e. n. Məntiqə Muradova bu təzkirədən bəhs 

etmiş, “türkoloqların bu qiymətli əsərdən istifadə etmədiklərini” qeyd etmişdir 

və orada əksini tapmış bir neçə şairin adını sadalamışdır (9, 51). Qəribədir ki, 

“Məcməül-xəvas”ın 2008-ci ildə işıq üzü görmüş Azərbaycan dilindəki nəşrin-

də  naşir  bu  haqda  məlumatı  ilk  dəfə  məhz  özünün  təqdim  etdiyini  yazır  və 

anonim  təzkirədəki  şairlərin  sadəcə  siyahısını  təqdim  edir:  “Külliyyatı  gör-

mədən fikir yürütmüş və ya yürüdülmüş fikri təkrarlamış tədqiqatçıları pərişan 

edə biləcək bir məqam da budur ki, təzkirənin altıncı məcməsinin sonunda – 

peyğəmbərlər  nəslindən  olan  şairlər  fəslində  bu  fəslə  aidiyyatı  olmayan  138 

orta  əsr  türk-Osmanlı  şairinin  adı  sadalanır...”  (13,  9). Halbuki Osmanlı 

şairlərindən  bəhs  edən  həmin  təzkirənin  mövcudluğu  yarım  əsrdir  ki,  elmi 

ictimaiyyətə  bəllidir.  Lakin  bu  əsərin  Osmanlı  ədəbiyyatı  tədqiqatçıları  və 

təzkirəşünaslar  tərəfindən  ciddi  müqayisə  və  təhlil  əsasında  öyrənilməsi,  bu 

yolla onun elmi dəyərinin ortaya çıxarılması zəruridir. 

Tədqiqatçılar  “Bəqiyyeyi-Təzkireyi-Şüəra”  daxilində  yer  almış  anonim 

təzkirənin  Sadiqiyə  aid  olub-olmaması  mövzusunun müqayisəli  tədqiqata 

ehtiyacı olduğunu bildirirdilər (13, 9). Tərəfimizdən aparılan araşdırmalar nə-

ti

cəsində deyə bilərik ki, Osmanlı şairlərindən bəhs edən bu təzkirə Sadiq bəy 



Əfşarın qələminin məhsulu deyildir. Biz bu əsəri Osmanlı təzkirələri və Əhdi 

Bağdadi təzkirəsi ilə də bir-bir müqayisə etdik və onun bu təzkirələrin heç biri 

ilə tamamilə üst-üstə düşmədiyi məlumumuz oldu. Bundan əlavə, təzkirədə elə 

şairlərin  adlarına  rast  gəlirik  ki,  onların  vəfat  və  doğum  tarixləri  bu  əsərin 

Sadıq bəyə aid edilməsinin mümkünsüz olduğunu isbatlayır. 

Sadiq  bəy  Sadiqi  Əfşarın  Təbriz  əlyazma  külliyyatına  əlavə  olunmuş 

türk-

Osmanlı şairlərin siyahısı tərtib edilərkən ciddi yanlışlara yol verilmişdir 



(13, 359-360) 

. Bu qüsurları görmək üçün siyahıya nəzər salmamız kifayətdir: 

Təzkirə  struktur  baxımından  da  müəyyən  qədər  Osmanlı  təzkirələrinə 

yaxındır.  Belə  ki,  əsərdə  şairlər  əlifba  prinsipi  əsasında  təqdim  olunmuşdur. 

Amma  Azərbaycan  təzkirəçilərinin  əsərlərinin  böyük  bir  qismi  şairlərin 

çıxdıqları  təbəqələrə  görə  “təbəqə”  üsulu  ilə  və  ya  coğrafi  prinsip  əsasında 

tərtib olunmuşdur (10, 29). Lakin əsərin dili Osmanlı təzkirələri ilə eyni deyil. 

                                                 

1

 

Hacı Hüseynağa Naxçıvani. Məhəmməd Naxçıvani və şərhi-bəzi əz kətəbi-xətti və asari-



vey 

// Nəşriyyeyi-məxsusiyi-kitabxaneyi-milliyi-Təbriz. H.1341, N 2, s. 490.   




85 

 

yanlış 



doğru 

mənbə 

Ahi Qaraqəryəli, 

Qarafəryəli 

Səhi, Lətifi 

Əhli Qəltəli 

Qalatalı 

Əhdi, Aşiq Çələbi, Qınalızadə, Bəyani 

Behişti Çurlu 

Çorlu 

Lətifi, Əhdi, Qınalızadə 



Bəğayi Əzniki 

Bəqai İzniki 

Əhdi, Qınalızadə, Rza 

Bürqi Əndəruni 

Bərqi Əndəruni 

Qınalızadə 

Hüsami Tərəli 

Tirəli 


F.Kılıç 

Xəlili Amədli 

Amidi 

Səhi, Lətifi, Aşiq Çələbi, Bəyani 



Səmai Gəmiçəri 

Yeniçəri 

Əhdi, Aşiq Çələbi, Riyazi 

Rumi Bağdadi 

Ruhi Bağdadi 

Əhdi 


Şəme Paşa 

Şəmsi Paşa 

Aşiq Çələbi, Qınalızadə, Bəyani 

Süni Gülbüvili 

Gelibolulu 

Səhi, Lətifi, Bəyani, Aşiq Çələbi 

Səbri Qəltəli 

Qalatalı 

Qınalızadə 

Səbuhi Həmidi 

Hamidi 

F.Kılıç 


Safi Bəzəməli 

Berqamalı 

Faizi 

Tüfeyli Amədi 



Amidi 

Əhdi 


Əmidi 

Ümidi 


Faizi 

Ələvi 


Ülvi 

Aşiq Çələbi 

Əzmi Kəduzi 

Geduzi 


Qınalızadə 

Əbdi Tərqani 

Tokati 

F.Kılıç 


Aşiqi Üskülü 

Üsküplü 


Faizi 

Füruği Rəduscikli 

Rodoscuklu 

Faizi, Riyazi 

Qələndər Tövqatlı 

Tokati 


F.Kılıç 

Vüsuli Busənəli 

Bosnəvi 

Faizi 


Haşimi İskəndəri 

Üsküdari 

Faizi, Riyazi 

 

Mətnşünaslıq nəzəriyyəsinə nəzər salsaq, görərik ki, hər hansı bir ixtisasa 



dair mənbələr məhz həmin sahənin mütəxəssisi tərəfindən nəşrə hazırlanması 

tövsi


yə  olunur.  Bəzən  təzkirələrdə  katib  xətalarına  rast  gəlinir.  Əsəri  nəşrə 

hazırlayan mətnşünas mütləq bunları nəzərə almalı, müqayisəli tədqiqat apar-

malı, katib səhvini təshih etməli, əsəri müəllif iradəsinə uyğun, dürüst şəkildə 

elmi auditoriyaya təqdim etməyi bacarmalıdır. Bu yanlışlıqların bəziləri katib 

qüsur

larından irəli gəlsə də, bir sıra səhvlər məhz oxunuş xətasından qaynaq-



lan

mışdır.  İstanbulun  məşhur  məkanlarından  olan  Qalata  bölgəsinin  adını 

Qəltə,  Türkiyənin  məşhur  şəhəri  İznikin  adını  Əznik,  Diyarbəkrin  tarixi  adı 

olan Amid (Ha

mid)  ifadəsini  Aməd,  Avropanın  tanınmış  ölkələrindən  olan 

Bosna 


(Bosniya) diyarının adını “Busənə” kimi oxumaq, qədim Troya şəhəri-

nin  yerləşdiyi  və  1915-ci  il  Çanaqqala  zəfərinin  yaşandığını  bölgə  olması 

səbəbindən  bütün  dünyada  dillər  əzbəri  olan  Gelibolu  yarımadasının  adını 

Gül


büvili  şəklində  təqdim  etmək,  “Koroğlu”  dastanında  dönə-dönə  xatırlan-

ması  üzündən  Azərbaycanda  yaxşı  tanınan  Tokat  (Toqat)  şəhərinin  adını 

Tövqat kimi transfoneliterasiya etmək məhz mətni nəşrə hazırlayan ədəbiyyat-

şünasın xətalarıdır.  

 



86 

Anonim mü

əllif tərəfindən qələmə alınmış bu təzkirə antologiya xarak-

ter


lidir. Çünki burada şairlər haqqında  məlumat çox qısadır. Təzkirəçi şairin 

t

əxəllüsünü qeyd edir, adını vermir. Bundan sonra isə hansı şəhərdən olduğu 



göst

ərilmiş, sənəti, ixtisası qeyd olunmuşdur. Məsələn, Agahi – Vardardandır, 

qüzzatdandır;  Əhli  –  qalatalıdır,  qazidir;  İshaq  Əfəndi  –  üsküplüdür, üləma-

dan


dır,  Şamda  qazı  olmuşdur;  Cəmali  –  istanbulludur,  nişançı  olmuşdur; 

Hökmi – Rumidür, divan katibl

ərindəndir və s.  

XVII əsr Osmanlı təzkirələri XVI əsrdə bu janrda tərtiblənmiş əsərlərdən 

müəyyən cəhətlərinə görə fərqlənmişdir. Belə ki, XVI əsr təzkirəçiləri öz dövr-

lərindən əvvəl yaşayan şairləri əsərlərində xatırlamışdılar. Bu səbəbdən təzki-

rələrdəki bio-biblioqrafik məlumat da çox geniş olurdu və bu təzkirələrin həc-

mi

nə  də  təsir  etmişdir.  XVII  əsr  təzkirəçiləri  isə  daha  çox  öz  dövrlərində 



yaşayıb-yaradan şairlərdən bəhs edir və bioqrafik informasiyanı çox qısa verir-

dilər. Əvəzində isə şeirlərdən nümunələr artırılırdı. Beləliklə, qeyd olunan bu 

dəyişikliklər nəticəsində XVII əsrdən etibarən Osmanlı təzkirəçiliyi tarixində 

antologiya xa

rakterli  təzkirələr  tərtiblənməyə  başladı.  Faizi  təzkirəsi  də 

antologiya xarakterlidir. Bu əsərdə XV əsrin ortalarından yazıldığı 1621-ci ilə 

qədər yaşamış 14-ü qadın olmaqla 515 nəfər şair əlifba sırası ilə verilmişdir 

(10, 130)

. Şairlərin həyatı haqqında məlumat bir-iki cümlədən ibarətdir. Faizi 

təzkirəsinə  daxil  etdiyi  şairlərin  vəfat  tarixini  verməyə  səy  göstərmişdir. 

Anonim təzkirədə bəhs olunan şairlərdən 112-sinin adına Faizi təzkirəsində də 

rast gəlirik. Amma şair bioqrafiyaları  fərqlidir və şeirlərdən nümunələr isə heç 

də tam üst-üstə düşməməkdədir.  

Bu t


əzkirədə iki maddeyi-tarix istisna olmaqla şairlərin vəfat tarixlərini, 

h

əmçinin şairlərin əsərləri haqqında dəyərləndirmələri də görmürük. 



Təzkirədən  şairlərin  vəzifə,  peşə  və  məsləkləri  haqqında  da  məlumat 

alırıq. Onların arasında divan katibi, danişmənd, dəftərdar, yeniçəri, qazısgər, 

qazi, nədim-i padşah, mülazim-i padşah, mütəvəlli, müdərris, mülazim, nişan-

çı, sipahi və s. rast gəlirik. 

Şairlərin əsərlərindən nümunələr isə 2 – 10 beyt arasında dəyişir. Ən çox 

Baqi v


ə  Xəyalinin  şeirlərindən nümunələr  verilmişdir  (10  beyt).  Osmanlı 

t

əzkirələrində  fars dilində  şeir  nümunələrinə  təsadüf etsək də,   bu təzkirədə 



farsça örn

əklərlə rastlaşmadıq.  

Araşdırdığımız bu əsərə ön söz və xatimə yazılmamışdır. Türk təzkirəçi-

liyin


ə nəzər saldıqda məlum olur ki, təzkirəçilər əsərlərinə ön sözlə başlayırlar. 

Burada t


əzkirəçi Allaha həmd, peyğəmbərə dua etdikdən sonra, sözün əhəmiy-

y

ətinə diqqət yetirir, şairlik haqqındakı fikirlərini, şairliyin uca mərtəbə oldu-



ğunu isbat etməyə çalışır. Bəzən təzkirəçilər ön sözdə əsərlərini hansı mənbə-

l

ərdən istifadə edərək yazdıqlarını və oraya daxil etdikləri şairləri necə seçdik-



l

ərini də  qeyd  edirdilər. Təzkirəçilər onlara qədər  yazılmış  təzkirələri də  ön 

sözd

ə xatırlayırlar. Bu anonim mənbədə isə bu məlumatlardan heç birinə rast 



g

əlmirik.  




87 

Ön söz


dən sonra təzkirənin əsas hissəsi, yəni, bio-biblioqrafik məlumatları 

əhatə edən mətn verilir. Burada şairin adı, ləqəbi, təxəllüsü, doğulduğu, yetiş-

di

yi, vəfat etdiyi yer, təhsili, görünüşü, əsərləri, şairin əsərini kimə ithaf etmə-



si, həcmi, janrı və başqa məlumatlar verilir.    

Təzkirələrin sonunda isə əsərin yekun bölməsi olan “xatimə” verilir. Xati-

mədə təzkirəçi əsərini yazarkən qarşılaşdığı çətinliklərdən bəhs edir və əsəri-

nin uğur qazanması, bəyənilməsi üçün Allaha yalvarır. Anonim müəllif əsərinə 

xa

timə də yazmamışdır. 



Tədqiqat obyektinə çevirdiyimiz bu təzkirə əsasən XVI-XVII əsr şairlərini 

əhatə  etməkdədir.  Burada  haqqında  məlumat  verilmiş  Fəthi  təxəllüslü  şairin 

vəfat tarixi 1107/1695-ci ildir (3, 142). Digər şairlərin vəfat tarixləri isə daha 

əvvəllərə  təsadüf  edir.  Osmanlı  təzkirələrindən  fərqli  olaraq,  burada  qadın 

şairlər xatırlanmamışlar.  

Təzkirədə  haqlarında  məlumat  verilən  şairlərdən  33  nəfərinin  doğulduğu 

şəhər göstərilməmişdir. Şairlərdən 19-u istanbullu, 14-ü vardarlı, 12-si ədirnə-

li, 9-


u bursalı, 6-sı amidli, 4 sarıxanlı, 3-ü üsküplü, 2-i bağdadlı, 2-si aydınlı, 

2-

si gedzdən, 2-i qaramanlı, 1-i manisalı, 1-i berqamalı, 1-i rodoslu, 1-i trab-



zonlu, 1-

i  balıkəsirlidir.  Təzkirədə  adlarına  rast  gəldiyimiz  şairlərdən  23-ü 

Rumi kimi təqdim olunmuşdur. Şairlərin təqdim olunma şəkli də Osmanlı təz-

kirələrindən  fərqlidir.  Heç  bir  Osmanlı  təzkirəçisi  şairi  təqdim  edərkən 

“Rumidür” ifa

dəsindən istifadə etməmişdir. Osmanlı təzkirələrində isə bu şair-

lərin doğum yeri olaraq Rum toponiminə rast gəlmədik. Çünki zatən hamının 

“Rumi” olduğu Rum torpağında öz əsərini qələmə alan Osmanlı təzkirəçisinin 

şairləri “Rumi” nisbəsi ilə fərqləndirməsi məqsədəuyğun deyildi. Ona görə də 

Os

manlı təzkirəçiləri heç bir zaman şairlərin fərqləndirici əlaməti kimi onun 



Rumi olduğunu vurğulamamış, şairin doğulduğu, yaşadığı konkret bölgəni ön 

pla


na çıxarmışlar. “Sadiqi külliyyatı”ndakı anonim təzkirədə isə bir çox şairlə-

rin Rumi kimi təqdim olunması, həmin təzkirənin Rumdan (Anadoludan) kə-

nar

da yazıldığı ehtimalını yaradır. Amma anonim müəllif Osmanlı ədəbiyya-



tının  bilicisi  olmuş,  digər  təzkirələrlə  tanış  olub  onlardan  bəhrələnsə  də,  bir 

çox hal


larda tamamilə orijinal məlumatlar və nümunələr təqdim etmişdir. 

Araşdırdığımız  bu  anonim  təzkirədə  maraqlı  məqamlar  vardır  ki,  elmi 

auditoriya üçün önəm kəsb edəcəyini nəzərə alaraq onları ilk dəfə müqayisəli 

şəkildə verməyi məqsədəuyğun hesab edirik. 

O

smanlı  şairlərini  əhatə  edən  bu  təzkirədəki  məlumat  və  nümunələri 



dörd başlıq altında sistemləşdirmişik:  

1.

 



Digər  Osmanlı  təzkirələri  ilə  üst-üstə  düşən  şair  bioqrafiyaları  və 

örnək beytlər; 

2.

 

Bioqrafiyaların və nümunələrin qismən uyğun olduğu maddələr; 



3.

 

Digər  təzkirələrdən  məlum  olan,  ancaq  anonim  təzkirədə  orijinal 



beytləri təqdim olunan şairlər; 

4.

 



Başqa təzkirələrdə xatırlanmayan şairlər.  

Bu şəkildə sistemləşdirdiyimiz məlumatlardan nümunələrə nəzər salaq. 




88 

Tədqiq etdiyimiz bu əsərdə elə şairlər də vardır ki, onlar haqqındakı mə-

lu

mat və nümunələr müqayisə etdiyimiz təzkirələrlə üst-üstə düşür. Məsələn, 



Behiştinin nümunə kimi verilən 5 beytinə Əhdi Bağdadi təzkirəsində (1, 226) 

də rast gəlirik: 

Sarardup şirə döndürdi qəmün mən zərdsimayı, 

R

əqib-i gavi göstər gəl bəri seyr et təmaşayı. 



 

B

əzmə gəl bu gecə, ey aləm-i hüsnün mahi



Yoxsa yerd

ən gögədək incinürüz vallahi. 

 

S

əg-i kuyunladur bənüm cəngüm, 



Bilm

əzəm taşlarun niyə fırlar. 

 

 

T



ənə durna diyü məclisdə sürur itsən sən, 

Başlar ey ruh-i rəvan titrəməgə dir-dir tən. 

İkinci və üçüncü beytlər Qınalızadə təzkirəsində də vardır (7, 187). 

Əhməd Paşa haqqında məlumat verən naməlum müəllif onun “müsahibi-

padşah” olduğunu yazır və üç beytini örnək olaraq verir. Beytlərdən biri Səhi 

(16, 55)


, Qınalızadə (7, 113) və Bəyani (2, 16) təzkirələrində verilmişdir: 

Çini-


zülfün miskə bənzətdim xətasın bilmədim, 

Key pərişan söylədim bu yüz qərasın bilmədim. 

İkinci beyt isə heç bir Osmanlı təzkirəsində öz əksini tapmamışdır: 

Sərvi-qədin dügməsidir şaxi-güli-gülzardə. 

Əşkimin pərvərdəsidir lalə gər kühsardə. 

Üçüncü beyt 

Ənvəri təxəllüslü şairin Əhməd Paşanın “Kərəm” qəsidəsi-

nə  yazdığı  təxmisdir.  Təzkirəçi  bu  beyti  yanlış  olaraq  Əhmədinin  şeiri  kimi 

təqdim etmişdir: 

İki dəstim dolu dəstimi sındırma bənim, 

Tutalum iki əlüm qanda imiş, qanı kərəm? 

Əhdi Bağdadi “Gülşəni-şüəra”nın Ənvəri maddəsində eyniylə bu təxmisi 

verir və bununla bağlı əhvalatı nəql edir: “İttifaqən bir gün iki dəsti şərab ilə ol 

rind xan


ə-yi xaraba gedərkən subaşıya rast gəlür. Ənva-yi itab u ikaba müstə-

haq olduqda h

əman bədihə bu beyti okıyı virür. Bu əşar-i abdarun yüzi suyına 

halas bulur. M

əzkur beytin bir mısrai Əhməd Paşanun Kərəm qəsidəsindəndür. 

T

əzmin-i  has  vaqi  olmışdur” (1, 221).  Qınalızadə  də  təzkirəsində  “mərhum 



Əhməd Paşanun bu mısrasını xub təzmin itdi”yini bildirir. Lətifi isə Ənvərinin 

bu təxmisinin birinci misrasını fərqli şəkildə təqdim edir: 

İki dəsti mey əlümdə sığma dəstümi urup, 

Tutalum iki əlüm qanda imiş, qanı kərəm (8, 181). 

Əslində Əhməd Paşaya aid beytə (təxmis olunan) isə Qınalızadə (7, 112) 

və Bəyani (2,16) təzkirəsində rast gəlirik və aşağıdakı kimidir: 

Qul günah ets

ə nola əfv-i şahənşah qanı, 

Tutalum iki əlüm qanda imiş, qanı kərəm. 



89 

Üsküplü  İshaq  Çələbi  (?-944/1537-948/1541)  haqqındakı  məlumat  da 

çox  qısadır.  Sadəcə  Şamda  qazı  və  üləmadan  olduğu  qeyd  edilmişdir. Bu 

təzkirədə İshaq Əfəndinin Şama qazı olması münasibəti ilə qələmə aldığı tarixi 

beytə rast gəlirik. Qeyd edək ki, bu beyti Lətifi, Aşiq Çələbi, Qınalızadə (7, 

129)


, Bəyaninin (2, 18) əsərlərində də görürük: 

Şəhr-i Zilhiccədə əzmüm səfər-i Şam oldı 

Başladum yazmaga tarixini axşam oldı (h.942).    

İshaq Çələbinin təzkirədə təqdim olunan ikinci beytini isə digər Osmanlı 

təzkirələrində tapa bilmədik. 

Sirişki-didə  demişlər bəzmlə həmdəm ola, 

Yetimdir hələ gəlsün ölüncə gözləyəlim. 

Əmri  təxəllüslü  XVI  əsr  şairinin  təzkirədə  dörd  beyti  yazılmışdır.  Bu 

beytlərdən biri Əhdi təzkirəsində vardır (1, 195).  

Gördüm ey dil minn

ət istər verməyə dünya murad

Ana minn


ət etmədən qurtuldum, oldum namurad. 

Digər üç beytə isə Osmanlı təzkirələrində rast gəlmədik.  

Xallı Həsən kimi tanınan Ahi məxləsli şairi anonim müəllif Qarafəryəli 

kimi təqdim edir. Qarafəryə Aliakmon çayının şimal sahilinə yaxın, Selanikin 

cənub-qərbində  Osmanlı  dönəmində  Selanik  sancağının  bir  qəzası  olmuşdur 

(6, 65). 

Digər təzkirəçilər isə Ahinin Niğboluda anadan olduğunu, Qarafəryədə 

müdərrislik etdiyini yazırlar. Bu şairin təzkirədəki şeirlərini Osmanlı təzkirəçi-

lərinin əsərlərində görmədik. 

Dillərin kəssin bənim dərdi-dilimdən xamələr, 

Bən qara yazıya hərf etməsinlər namələr. 

D

ərdilə yaxsın bəni bu qanlı-qanlı dağlər, 



Qarşumə qucsun səni altun niklü camələr. 

   Darül-

hədis  mədrəsəsində  mütəvəlli  olan  Bali  təxəllüslü  şairdən  bəhs 

edən anonim müəllif, yanlış olaraq Rumelində Gevgeli Kösteriye şəhərindən 

olan digər bir Bali təxəllüslü şairin şeirlərini nümunə vermişdir (7, 172). Bunu 

təzkirələr üzərində apardığımız müqayisəli tədqiqatlar üzə çıxardı. 

Bağın güli və sünbüli, sərv ü bənövşəsi, 

Yari g


əlür, diyü kodılar gözci nərgisi. 

 

Aldı xəbər səbadan və döndi, göz eylədi



Y

əni, gəlir o gözləri ahu kəsün səsi. 

 

Müştaq imiş bənövşə ki, payinə yüz sürə, 



Miskinün uymuş çəmən içində bikəsi. 

Bu t


əzkirədəki  şairlər Qafzadə  Faizinin “Zübdətül-əşar”ı  ilə  müəyyən 

q

ədər üst-üstə  düşür.  Anacaq  şairlərin həyatı,  yaradıcılığı  və  təqdim olunan 



nümun

ələrdə fərqliliklər var.  




90 

M

əsələn, Safi təxəllüslü XVII əsr şairi haqqında məlumatı yalnız Faizi 



t

əzkirəsindən  alırıq.  Faizi  yazır:  “Qaraca  Əhmədzadə  qazı  Əhməd Safi 

Bergamavi” (3, 410)

. Burada şairin bir beyti örnək olaraq verilmişdir:  

Didim eglenmezmi hiç yolunda canlar verdigüm, 

 

Naz ile güldi, didi varın viren yad olmasun. 



T

ədqiqata cəlb etdiyimiz bu anonim təzkirədə də çox qısa bilgi verilmiş-

dir: “Safi – 

qazİdır”. Təzkirədə yer alan beyt isə yuxarıdakı beytlə eyni deyil. 

İstəməm zərrəcə damanına toz qonduğunu, 

Pakliklə səni sevərsəm əfəndiligə bən. 

T

ədqiq etdiyimiz bu təzkirədə Bərqi adlı İstanbullu şairin əndərundan və 



sipahi  şairlərdən  olduğu  qeyd  olunmuşdur.  Şairin  üç  beyti  nümunə  olaraq 

verilir: 

Padşahım, bənim əqranım olan bəndələrin, 

Kimi b


əglərbəgi oldu, kimi əlan bəgdir. 

 

Qələyi-təndə çalır noubətini nalələrim, 



Çağırır bürci-bədəndən könül Allah yekdir. 

 

Gözüm yaşı gibi onlar çəməndə cüstücu eylər, 



Kənar etmək dilər var isə ol sərvi-xuramanı. 

Maraqlıdır ki, Bərqi barədə Osmanlı təzkirəçilərindən yalnız Qınalızadə 

H

əsən Çələbi məlumat verir: “Vücud-i pür-ləm-ü bərqi şəhr-i İstanbuldan lami 



ü bariq olduqdan sonra zümr

ə-yi sipah-i zəfər-pənahına  laiq  olmışdur”  (7, 

173). B

ərqinin şeirlərindən örnəklər isə yuxarıdakı beytlərdən fərqlidir: 



Saqi bahar 

əyyamıdur gülzara əzm et subhdem, 

Zövq ü s

əfa həngamıdur eyşi-müdam et dəm-bə-dəm. 

 

Eyl


ər səfada dəb-bə-dəm qismət bana dərd ü ələm,  

Əl-hükmülillah ey sənəm çün böylədür cəffəl-qələm. 

 

Zülfün bana sünbül yet



ər, rəngin yanağun gül yetər, 

Nal


əm sana bülbül yetər, ey sərv-qamət gönçə-fəm. 

 

Bir d


əm içində qərbi vü şərqi, 

Seyr ed


ər yıldırım gibi Bərqi  

 

XVI əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Bəsiri gəncliyində Ağqo-



yunlu 

Uğurlu Məhəmməd və Sultan Yaqubun yanında olmuş, onlara qəsidələr 

təqdim etmişdir. H.892 /1487-ci ildə Heratda Əlişir Nəvai, Cami, Mirzə Hü-

seyn Bayqara 

ilə görüşmüşdür. Nəvai, Bəsirinin adına müəmma yazaraq, onu 

yeni 


mühitdə tanıtmışdır (11, 120). Bəsiri Azərbaycan şairi olduğu halda, bu 

təzkirədə Rumi kimi təqdim olunmuşdur. Belə ki, bütün Osmanlı təzkirəçiləri 

Bəsirinin  əcəmli  olduğunu  qeyd  edirlər.  Bəsirinin  nümunə  verilmiş  bu  beyti 



91 

Səhi (16, 201) və Aşiq Çələbi (5, 194) təzkirələrində təqdim olunmuş beytlə 

eynidir:  

Kiprigin sehr oxları, əbrulərindir yay ona, 

Bir b

ənim kibi bəlakeş uğrar isə, vay ona. 



Katib Mehmed (?-

1008/1599)  kimi  tanınan  Təliqizadə  məşhur  Molla 

F

ənarinin ailəsindəndir.  Şahnaməçi  olmuşdur.  “Rəvaniyyə”, “Təbriziyyə” və 



“Şahname-yi  Humayun”  adlı  əsərlər qələmə  almışdır.  Anonim  müəllif  şairi 

T

əliqi təxəllüsü ilə təqdim edir, Tirəli olduğunu qeyd edir. Ancaq Təliqizadə 



haqqında məlumat verən Osmanlı təzkirəçilərindən Riyazi, Qafzadə Faizi və 

Rza Z


əhrimarzadə  şairi  Lazkiyədən  olduğunu  yazırlar  (3, 280). Təzkirədəki 

örn


ək beyt də sözügedən əsərlərdə yoxdur. 

Dilbərani-cəhani-siməndam,  

Bibəqadır, nitəkim mali-həram. 

Anonim təzkirədə Cəzmi təxəllüslü dərviş şairin bir beyti verilmişdir.  

Mey üçün rəhnə qomağ canıma minnətdir, ey sufi, 

Gerü alsa əgər, piri-muğan təsbihü səccadə. 

Divan  ədəbiyyatına  nəzər  salsa  görərik  ki,  Cəzmi  təxəllüsü  (?-

1103/1694) ilə şeir deyən sadəcə bir şair var (3, 92). Müdərris və qazı olmuş-

dur.  Haqqında  məlumatı  XVIII  əsr  təzkirəçilərindən  –  Salim,  Səfayi 

təzkirələrindən  almaq  mümkündür  (12, 148; 15, 270-271).  Amma  təqdim 

olunan beytə təzkirələrdə rast gəlmədik.  

Təzkirədə  Xəyali  Vardarinin  (?-964/1557)  10  beyti  və  vəfatına  Ərşi 

tərəfindən söylənmiş tarixi misrası verilmişdir.  

Sözü  


dildə, Xəyali gözdə qaldı (h. 964). 

Bu tarixi misra 

Qınalızadə Həsən Çələbi, Aşiq Çələbi, Bəyani təzkirəsin-

d

ə də vardır. Qınalızadə bu mövzuda yazır: “Vəfatına şuara çok tarix dimişdür. 



Cüml

ədən Ərşi nam şair ü müvərrix dimişdür” (7, 295). 

Osmanlı  təzkirəçiləri  bu  misradan  əlavə,  şairin  vəfatına  yazılmış  başqa 

beytləri də vermişlər. Məsələn, Günahi onun vəfatına  

Aləm-i həsəddən Xəyali gitdi ah. 

misrasını söyləmişdir.  

Şiri Ali Çələbinin söylədiyi maddeyi-tarix aşağıdakı şəkildədir: 

Xəyali oldı hayfü’l-hükmü’lillah. 

Osmanlı təzkirələrdə Xülusi təxəllüsü ilə yazan iki şairin adı çəkilir (3, 

215).  Bunlardan bi

ri  XVI  əsr,  digəri  isə  XVIII  əsrdə  yaşayıb-yaratmışdır. 

Anonim  müəllif  Xülusinin  dərviş  və  namurad  olduğunu  qeyd  edir.  Nümunə 

olaraq 3 beytini verir: 

Pak edə aləmi ta zülmət səbəbidən xavər, 

Aldı  carub şüa`ın əlinə vəqti-səhər. 

  

Bamdan v



əqti-səhər uçdi əsafiri-nücum, 

Çıxdı  şahini-üfüq çü nuk açıb zərrin pər. 

  



92 

Var is


ə könlünü almaq dilədi bir mahin, 

Kim s


əhər vəqti üfüq göstərər ağzından zər (14). 

 

İkinci beyt Əhdi Bağdadi təzkirəsindəki beytlə eynidir (1, 293). Deməli, 



bu XVI 

əsrdə yaşamış Xülusidir. Amma dərviş olması haqqında Əhdi heç bir 

bilgi vermir. 

Maraqlıdır,  Xülusinin  dərviş  olmasını  anonim  müəllif  hansı 

m

ənbəyə əsasən yazmışdır?  



Manastırlı Səbayi haqqında yeganə məlumatı Əhdi verir (1, 388). Amma 

Əhdinin verdiyi məlumat və beytlərlə bu təzkirədəkilər eyni deyil. Manastırlı 

S

əbayinin dəftərdar  olduğunu  qeyd  edən anonim müəllif, nümunə  olaraq 



şeirlərindən bir beyti yazmışdır. 

Şəbi-möhnətdə olan macərayi-çeşmi-giryanı, 

Sənə  iki gözüm düşməzdimi, kim, ağlayım bir gün. 

XVI  əsr  şairlərindən  olan  Tüfeyli  Diyarbəkirdə  anadan  olmuşdur. 

H.1000/1592-

ci  ildə  Bağdad  bəylərbəyi  Xızır  Paşa  ilə  Bağdada  getmiş  və 

orada şairlərlə münasibət yaratmışdır. Tüfeylidən sadəcə Əhdi bəhs etmiş və 

bir qəzəl, bir beytini örnək olaraq vermişdir (1, 402). Araşdırdığımız təzkirədə 

isə  Tüfeylinin  Amiddən  olduğu  yazılmış  və  1  beyti  yer  almışdır  ki,  bu  beyt 

Əhdidə yoxdur.  

Qəbqəbin çahi, əsirinə gəhi ərz et rüxin, 

Xeyirdir, şahim, dirləmək sakini-rindanə şəm (14). 

 

Əsl adı Əbdülkərim olub, Bülbülçüzadə kimi tanınan və şeirlərini Fəthi 



t

əxəllüsü ilə yazan XVII əsr şairi haqqında məlumatın yer aldığı bu təzkirədə 

onun i

stanbullu olduğu və müdərrislik etdiyi qeyd olunmuşdur.  



Fəramuş  etməsin deyüb vəfavü əhd-ü peymanı, 

Sərəngüşttə sordum o mahin rişteyi-canı. 

S

əfayi  şairin  h.1107/1695-ci ildə, Salim isə  h. 1107/1695-ci ildə  vəfat 



etdiyini  yazırlar  (12, 461; 15, 541).  Osmanlı  təzkirəçiləri isə  şairin  başqa 

şeirlərinə yer vermişlər.  

T

əzkirədə Qınalızadə təxəllüslü şairdən bəhs olunarkən onun istanbullu 



o

lduğu (əslində Qınalızadə istanbullu deyil) və qazılıq etdiyi qeyd olunmuş və 

iki beyti nümun

ə verilmişdir: 

Hər dilbər üçün sinədə bir yarəmi olsun? 

Nitsün dili-

sevdazədə, bin parəmi olsun? 

 

Tişrə  çıxsın, mədəd, ol yarilə vardır sözümüz, 



Halmıza ağlaşalım, çıxsın ol iki gözümüz. 

Ancaq Bəyani təzkirəsində yuxarıda qeyd etdiyimiz ilk beytlər Hüdayi 

Oxçuzadəyə aid edilir (2, 56). Digər təzkirlərdə isə bu beytlərə rastlamadıq.    

Adına  Səhi bəyin “Həşt-behişt”ində  rast gəldiyimiz Sevdai təxəllüslü 

şairin müdərris olduğu və Kırıkkilsə qazısı olarkən vəfat etdiyi qeyd olunmuş-

dur  (16, 161). T

ədqiq etdiyimiz bu təzkirədə  isə  Sevdainin sadəcə  Rumi 

olduğu yazılmışdır və örnək şeirlər Səhi təzkirəsindəki nümunələr deyil.   




93 

Osmanlı  təzkirəçilərinin  əsərlərində  xatırlamadıqları  bəzi  şairləri bu 

əsərdə görürük. Bunlardan biri Hələbli Əhməd Paşadır (14). Anonim müəllif 

onun H


ələb paşası olduğunu qeyd edir və bir beytini nümunə verir: 

Uğramaz dayirəmə, dəvətim əsla tutmaz, 

Bənzər, ey dil, o pəri-peykəri əsma tutmaz. 

Ayaz 


Paşanın  oğlu  Fərhad bəy  haqqında  da  verilən məlumatı  başqa 

t

əzkirələrdə görmədik. Burada qısaca olaraq onun üməradan olduğu yazılmış 



v

ə bir beyti verilmişdir (14): 

Asitanın məskən etməzsə, nigara, gül kibi, 

Bağü-rağə meyl edərsə, bülbüli-şeyda quş əst. 

Süleyman b

əy Vardari, Sirəti kimi şairlər haqqında da ilk məlumat məhz 

bu t

əzkirədədir. Təzkirədə  bəhs olunan XVI əsr  şairi  Həlimi, Hüsami və 



Hilminin d

ə şeirlərinə digər təzkirələrdə rast gəlmədik. 

Araşdırdığımız bu təzkirədə şairlərin şeirlərindən 288 beyt və iki madde-

yi-tarix nümun

ə  verimişdir.  Bu  beytlərdən 69-u müqayisə  apardığımız 

t

əzkirələrdəki beytlərlə üst-üstə düşür.  



Bu t

əzkirəni Osmanlı təzkirələri və Əhdi Bağdadi təzkirəsi ilə müqayisə 

etdik v

ə  bunu cədvəl  şəklində  hazırladıq.  Bu  cədvəlin məqalədə  təqdim 



etm

əyimiz mümkün olmadaığı üçün aldığımız nəticələri təqdim edirik. 

Bel

ə  ki, bu əsərdə  bəhs  olunan şairlərdən 17-si Səhi, 34-ü Lətifi, 69-u 



Aşiq Çələbi, 55-i Əhdi Bağdadi, 77-si Qınalızadə Həsən Çələbi, 56-sı Bəyani, 

87-si Riyazi, 112-si Faizi t

əzkirəsində yer almışdır. Amma şairlərin təqdimin-

d

ə, tərcümeyi-halında  və  şeirlərindən təqdim olunan nümunələrdə  eynilik 



müşahidə etmədik. Deməli, anonim müəllifin tərtib etdiyi bu əsər natamam ol-

sa da orijinaldır və Osmanlı ədəbiyyatı tarixinin mənbələrindəndir. 

 

ƏDƏBİYYAT 

1.

 



Ahdi  ve  Gülşen-i  şuarası  (İnceleme-metin)  /  hazır.:  S.  Solmaz. Ankara: Atatürk Kültür 

Merkezi Başkanlığı, 2005, IX+ 626 s.  

2.

 

Beyani - 



Tezkiretü’ş-şu’arâ. / haz.: A.Eyduran. (e-kitap), Ankara: T.C. Kültür ve Turizm 

Bakanlığı Yay., 2008, 245 s. 

3.

 

İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı  isimler 



sözlüğü. Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 1988, 579 s. 

4.

 



İsen M., Kılıc F., Aksoyak İ., Eyduran A. Şair tezkireleri. Ankara: Akçağ yayınları, 2002, 372 s. 

5.

 



Kılıç F. Meşairüş-şuara. İnceleme-tenkitli metin. Basılmamış Doktora Tezi. Gazi Üniver-

sitesi, SBE. Ankara, 1994, CLXXIX + 1095 s. 

6.

 

Kılıç F. XVII yüzyıl tezkirelerinde şair ve eser üzerine değerlendirmeler. Ankara: Akçağ, 



1998, 400 s. 

7.

 



Kınalızade  Hasan  Çelebi.  Tezkiretü’ş-Şu’arâ  / haz.: A.Eyduran. (e-kitap), Ankara: T.C. 

Kültür ve Turizm Bakanlığı Yay., 455 s. 

8.

 

Latifi.    Tezkiretü’ş-Şu‘arâ  ve  Tabsıratü’n-Nuzamâ / haz.: R. Canım.  Ankara:  Atatürk 



Kültür Merkezi, 2002,  IX+920 s. 

9.

 



Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı: Elm, 1999, 139 s. 

10.


 

Musalı (Səmədova) V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: Nurlan, 2007, 270 s. 

11.

 

Musalı (Səmədova) V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı: Nurlan, 2009, 369 s.  



12.

 

Mustafa Safai Efendi. Tezkire-



i Safayi / hazır.: P. Çapan. Ankara: AKMBY, 2005, 750 s. 


94 

13.


 

Sadiq bəy Əfşar. Məcməül-xəvas / müqayisəli mətnin tərtibi, tərcümə, ön sözün müəllifi 

Ə.Bağırov. Bakı: Elm, 2008,  412 s.  

14.


 

Sadiq  bəy  Sadiqi.  Külliyyat.  Təbriz  nüsxəsinin  fotosurəti.  AMEA  Əlyazmalar  İnstitutu, 

FS– 412, 413. 

15.


 

Salim Efendi. 

Tezkiretüş-şüara. İnceleme-metin / hazır.: A.İnce. Ankara: AKMY, 2005, 756 s.  

16.


 

Sehi Bey. Tezkire «Heşt-bihişt» / hazır.: Doç. Dr. M. İsen. İstanbul: Tercüman qazetesi, 

1980, 260 s. 

17.


 

Zavotçu 


G. Rıza tezkiresi (inceleme-metin). – İstanbul: Sahhaflar Kitap Sarayı, 2009, 560 s. 

 

НЕИЗУЧЕННОЕ ТЕЗКИРЕ ОБ ОСМАНСКИХ ПОЭТАХ 



 

В.А.МУСАЛЫ 

 

РЕЗЮМЕ 

 

Традиция  составления  тезкире  в  османской  литературе  возникла  в  XVI  в.  под 



влиянием  гератской  школы  тезкире.  В  XVI  в.  сочинения  этого  жанра,  посвященные 

жизни и творчеству поэтов вместе с образцами из их сочинений, были созданы Гариби, 

Сехи-бей, Лятифи, Ашиг Челеби, Кыналы-заде Хасан Челеби и Беяни, в XVII в. - Риязи, 

Каф-заде Фаизи, Рза Зехримар-заде, Асим и Юмни. К XX веку в османской литературе 

было создано более 30 произведений этого жанра. Большинство этих сочинений хорошо 

известны  в  научном  мире  и  тщательно  изучены.  Но  в  тебризской  рукописи  сборника 

Садиги было найдено уникальное тезкире, до сих пор не подвергавшееся научному ана-

лизу. В нем можно встретить сведения о 138 поэтах, которые жили и творили в Осман-

ской империи в XVI-XVII вв. Это анонимное тезкире носит антологический характер и 

имеет как общие, так и отличительные особенности при сравнении с другими сочине-

ниями этого типа, написанными османскими авторами.     

 

Ключевые слова: неизученное, Османские, тезкире, поэт 

 

AN UNSTUDIED 

TADHKİRA ABOUT OTTOMAN POETS 

 

V.A.MUSALI 

 

SUMMARY 

 

The Ottoman literary tradition of tadhkira writing began in the XVI century under the 

influence of Herat tadhkira school. In the XVI century, Garibi, Sehi Bai, Latifi, Ashig Chelebi, 

Ginalizadeh Hasan Chelebi and Beyani, and in the XVII century, Riyazi, Gafzadeh Faizi, Riza 

Zehrimarzadeh, Asim and Yumni wrote tadhkiras, devoted to the lives  and creativity  of  the 

poets and which included some examples of their poetries. Until the beginning of the XX cen-

tury,  the  Ottoman literature held  more than 30 works of this  genre.  The  majority  of these 

works are well known in science and have been deeply studied. Yet, in Tabriz manuscript of 

Sadiqi’s collection there is a  unique tadhkira, which up today has not  been subjected  to any 

scientific criticism. Here, we find information about 138 poets, who lived and created in Ot-

toman Empire in the XVI-XVII centuries. This tadhkira, written by an anonymous author is of 

anthological character, and has similar and distinctive features with  other Ottoman works of 



this type.  

 

Key words: tadhkira, Ottoman, poets 

Yüklə 264,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə