№2 Humanitar elml



Yüklə 251,15 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü251,15 Kb.
#58450


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2014 

 

 



 

 

UOT 002.2 (479.24)



 

 

AZƏRBAYCAN ƏLYAZMA KİTABI TARİXİNƏ QISA BİR NƏZƏR 

 

G.İ.BAXŞƏLİYEVA  

Bakı Dövlət Universiteti 

baxshaliyeva@rambler.ru  

 

M

əqalədə  kitab tarixinin mühüm tərkib hissəsi olan Azərbaycan  əlyazma  kitabının 

tarixin

ə qısa bir nəzər salınır. Qeyd edilir ki, əlyazma kitablarının tarixini geniş şəkildə araş-

dırmadan mədəniyyət və kitab tarixini tədqiq etmək mümkün deyildir. Məqalədə vurğulanır ki, 

qiym

ətli tarixi mənbə olan əlyazma kitabları kitab işinin tədqiqində mühüm rol oynayır. 

 

Açar sözl

ər: əlyazma kitabı, kitab tarixi, çap işi, Bakuvi  

 

Əlyazma  kitablarının  yaranması,  yayılması  və  inkişafı  kitab  mədəniy-



y

ətinin  inkişafında  mühüm  bir  mərhələdir. Bu qiymətli mənbələrin, ilkin 

nümun

ələrinin meydana gəlməsinə qədər olan Azərbaycan yazıları, əsasən, gil 



lövh

ələrdə, papirus, perqament üzərində  yaranaraq, dövrümüzə  qədər gəlib 

çatmışlar. Görkəmli kitabşünas alim, professor Əziz Mirəhmədov “Azərbaycan 

kitabı”  biblioqrafiyasının  I  cildinə  yazdığı  müqəddimədə  bu barədə  yazır: 

“Az

ərbaycan mədəniyyətinin ən qədim kitaba qədərki yazılı abidələri... qaya-



üstü yazı və rəsmlərdən, qəbir kitabələrindən, müxtəlif memarlıq abidələrinin, 

habel


ə ev əşyalarının, zinət şeylərinin epiqrafik ünsürlərindən ibarət olmuşdur” 

[1, 13].  

İslamaqədərki yazılı ədəbiyyat nümunəsi Azərbaycan ərazisində yaranan 

qiym


ətli tarixi abidə  “Avesta”dır.  Məhz  ərazimizdə  yaranması  nöqteyi-

n

əzərindən, görkəmli tədqiqatçı Məhəmmədəli Tərbiyətin də iddia etdiyi kimi 



(9) yazılı abidənin müəllifi Zərdüşt, kitabın özü  isə  ilk Azərbaycan kitabıdır. 

Qaynaqlar VI yüzilliyin yadigarı olan “Oğuznamə” haqqında da məlumat verir.  

Az

ərbaycan  əlyazma  kitabı  anlayışında  təsəvvür  etdiyimiz  kitabların 



meydana g

əlməsi islam dininin Azərbaycanda yayıldığı ilk yüzilliklərə təsadüf 

edir. VII yüzillikd

ə Ərəbistanda meydana gələn və az bir müddət ərzində qonşu 

regionlara v

ə bütün Şərq aləminə yayılan İslam dini nəinki ərəblərin, həm də 

bu dini q

əbul edən digər xalqların mənəvi mədəniyyətlərinin zənginləşməsində 

başlıca  rol  oynadı.  “Qurani-Kərim”in çoxlu sayda nüsxələrinin  ən məşhur 

209 



katibl

ər tərəfindən üzünün köçürülməsi,  tanınmış  ilahiyyatçı  alimlərin ona 

t

əfsirlər  yazması  xətt sənətinin,  kitab  yaradıcılığının  inkişafına  güclü  təkan 



verm

əklə, ümumilikdə İslam mədəniyyətinin formalaşmasına xidmət göstərdi. 

Haqlı olaraq Avropa və rus şərqşünasları da İslamın və onun müqəddəs kitabı 

“Quran”ın bu sahədəki xidmətini qiymətləndirərək qeyd edirlər ki, “ərəb mədə-

niyy

ətinin  qazandığı  nailiyyətlər  bir  xalqın  deyil,  bir  sıra  xalqların  yaratdığı 



ölm

əz abidədir” [11, 5]. 

Orta yüzillikl

ərdə,  qonşu  dövlətlərdə  olduğu  kimi,  Azərbaycanda da 

“Qurani-K

ərim”in üzü ustad katib və  xəttatlar tərəfindən dəfələrlə  köçü-

rülmüşdür. Quranı geniş əhali arasında daha çox yaymaq və təbliğ etmək üçün 

onun t


ərcüməsi də  zərurətə  çevrilirdi.  “Quran”ın  türk  dilinə  ilk sətiraltı 

t

ərcümələri XI yüzillikdə  həyata keçirilməyə  başlamışdır.  “Son  dövrlər  əldə 



edilmiş  materiallar  və  onların  üzərində  aparılmış  tədqiqatlar nəticəsində 

Qurandan türkc

əyə edilmiş tərcümələrin tarixi daha qədim dövrlərə gedib çıxır. 

Quranın  ayrı  -  ayrı  surələrinin alim və  müəllimlər tərəfindən tərcüməsi və 

t

əfsiri ilə  yanaşı,  həmin surələrin tərcümələri bədii  ədəbiyyatda da öz əksini 



tapmağa başlamışdır. İslam dinindən və onun müqəddəs kitabı Qurandan ilham 

alaraq onun b

əzi  surələrini  şairlər bədii söz sənətinin  imkanları  ılə  dilə 

g

ətirərək onların poetik tərcümələrini vermişlər. Bu da bədii tərcümə tariximi-



zin ilkin qaynaqları kimi dəyərləndirilə bilər” [8, 161]. Ümumiyyətlə, orta çağ 

əlyazma kitab sənətinin tarixini öyrənmək üçün tərcümə  ədəbiyyatının 

öyr

ənilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlətçilik tariximizdə  mövcud 



olmuş  hökmdarların  çoxu  mədəniyyətə, sənətə  və  sənətkarlara böyük önəm 

vermiş şəxsiyyətlər olmuşlar. Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsən öz 

hakimiyy

əti dövründə (1453-1478) Təbrizdə Nəsriyyə və Məqsudiyyə mədrə-

s

ələrini  tikdirmişdi.  Burada gənclərə  savad, bilik öyrədilməklə  bərabər, elmi 



söhb

ətlər edilər və  yeni  yaradılan  əlyazma  kitablarının  üzünün  köçürülərək 

daha da çoxaldılması müzakirə mövzusu olardı. Bu mədrəsələrdə tərcümə işinə 

xüsusi diqq

ət yetirilmişdir. “Uzun Həsən... ”Qurani-Kərim”i türk dilinə tərcü-

m

ə etdirmiş və onu hüzurunda oxudardı. Onun əqidəsinə görə müqəddəs kitabı 



türkc

ə oxumaq da bir ibadətdir və onunla savab qazanılır” [4, 116]. 

Xilaf

ət  qoşunları  VII  yüzillikdə  Orta Asiyaya qədəm qoyarkən, onlara 



burada  kağızın  istehsal  olunduğu  məlum olur. Sonralar ərəblər  kağızın 

hazırlanma  texnologiyasını  xilafətin mərkəzi  şəhərlərində  -  Bağdad,  Dəməşq 

v

ə  s.  şəhərlərdə  tətbiq  etmişlər. Mənbələrin verdiyi məlumata görə,  IX 



yüzillikd

ə Güney Azərbaycanın Xunəc şəhərində ilk dəfə kağız müəssisəsi işə 

düşəndən sonra burada kağız istehsal olunmağa başlanmış və kağız istehsalında 

böyük  şöhrət  qazandığına  görə  Xunəc  daha  sonralar  Kağızkunən  adlandı-

rılmışdır. Həmin məkan elə bu gün də Kağızkunən adlanmaqdadır. Elə həmin 

yüzillikd

ə  Həmədanda  əlyazma  kitabları  ilə  zəngin  olan  Əbu  -l-  Vəfa Ibn 

S

ələmənin kitab kolleksiyası olmuşdur. Bu kitabxanada uzun müddət çalışmış 



ərəb şairi Əbu Təmmamın (796-848) yazdığı, IV-IX yüzilliklərdə yaşamış 570 

ərəb  şairinin  həyatını  və  bədii  yaradıcılığını  özündə  əks etdirən 5 kitabdan 

210 



ibar

ət  “Əl-Həmasə”  antologiyası  və  bu kitaba XI yüzilin görkəmli  ədəbiy-

yatşünas  alimi  Xətib Təbrizinin (1030-1109)  yazdığı  “Şərhi-Həmasə”  əsəri 

ədəbiyyat və  kitab tariximizin qədim  qaynaqları  haqqında  bizdə  ilkin,  geniş 

t

əsəvvür yaradır [10].  



Q

ədim, möhtəşəm  yazılı epos abidəsi “Kitabi-Dədə Qorqud” dastanının 

da Az

ərbaycan kitabşünaslığı tarixində müstəsna yeri vardır. İki yüz ildən artıq 



t

ədqiq tarixi olan “Kitabi-Dədə Qorqud” Azərbaycan şifahi xalq ədəbiyyatının 

ən qədim və ən dəyərli  yazılı  abidəsidir. İki  nüsxəsi dövrümüzə gəlib çatmış 

(Drezden  –müq

əddimə, 12 boy və  Vatikan  –  müqəddimə, 6 boy) və  XIX 

yüzilliyin 

əvvəllərindən tədqiqatçıların tədqiqat obyekti olan bu abidə  XVI 

yüzild


ə  yazıya  alınsa  da,  dastanın  yaranma  tarixinin  daha  qədim  –  1300 il 

əvvələ, bəzən də İslamın yaranmasından xeyli qabağa aid olduğunu söyləyirlər. 

40 ild

ən yuxarı bu abidə üzərində araşdırma aparmış folklorşünas alim Şamil 



C

əmşidov  dastanın  tədqiq  tarixi  haqqında  yazır:  “Abidəni ilk dəfə  Drezden 

kitabxanasından  əlyazmaları  arasında  görüb  qeydə  alan məşhur  alman 

ərəbşünası Yakob Reyske (1716-1774) onu 1512-ci ildə ölmüş Türk şahzadəsi 

Qorqudun  adı  ilə  bağlı  bir  əlyazması  kimi  qeydə  almışdır.  XIX  əsrin ilk 

ill


ərində həmin kitabxanadakı əlyazmaların kataloqunu tərtib edən Fleyşer isə 

əlyazmanın  ilk  vərəqində  “Vəfati-Osman  paşa  993”  maddeyi-tarixinə  əsasən 

onu XVI 

əsr əlyazmaları kataloquna daxil etmişdir. Nəhayət, bu böyük abidəni 

ilk d

əfə  dünyaya  tanıtdıran  digər  bir  alman  şərqşünası  Henrix  fon  Dits 



olmuşdur.  Şərq  ədəbiyyatına  yaxından  bələd olan H.f.Dits abidəni Drezden 

kitabxanasında  görüb,  oxumuş,  üzünü  köçürmüş,  1815-ci ildə  haqqında 

m

əlumat verməklə  “Basatın  Təpəgözü öldürdüyü boyu”nu alman dilinə 



t

ərcümə edərək nəşr etdirmişdir. Mətnin surətini isə Berlin Kral kitabxanasına 

vermişdir”  [3,  14].  O  vaxtdan  başlayaraq,  Avropada,  Rusiyada,  Türkiyədə, 

Az

ərbaycanda və  digər ölkələrdə  bir  sıra  görkəmli türkoloqlar bu abidənin 



t

ədqiqi ilə məşğul olmuşlar. 

IX-XII yüzillikl

ər Azərbaycan mədəniyyətinin intibah dövrüdür. Bu 

yüzillikl

ərdə  təkcə  ədəbiyyat sahəsində  deyil, digər elm sahələrini də  əhatə 

ed

ən  əlyazma  kitabları  yaranmışdır.  Əbül-Üla Gəncəvi, Məsud ibn Namdar, 



Eyn

əlqüzat Həmədani (Miyanəçi), Fələki  Şirvani,  Əbunnəcib Sührəvərdi, 

İzəddin  Şirvani,  Şihabəddin Yəhya Sührəvərdi, Mücirəddin Beyləqani, Xətib 

T

əbrizi, Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və 



başqa  mütəfəkkirlərin elmin, ədəbiyyatın,  kitab  tarixinin  inkişafında  əvəzsiz 

xidm


ətləri  vardır.  Qeyd  etməliyik ki, əlyazma  əsərlərinin nəfis  şəkildə  ustad 

x

əttatların  dəst-xəttilə  köçürülməsinə, dünya kitab xəzinələrində  yayılmasına, 



ümumb

əşəri  mövzuları  ifadə  edən  əsərləri  ilə  Azərbaycan  kitabının  bütün 

dünyada  böyük  şöhrət  tapmasında  misilsiz  rol  oynamış  dahi  şair  Nizami 

G

əncəvinin və onun yaradıcılığının oynadığı rolu xüsusi qeyd etmək lazımdır. 



Nizami “X

əmsə”si ilk növbədə Azərbaycan, İran, İraq, Türkiyə və s. müsəlman 

ölk

ələrində köçürülmüş və bu ölkələrdən də dünyaya yayılmışdır. Mənbələrin 



verdiyi m

əlumata görə  dünya kitabxana və  muzeylərində  Nizaminin 900-ə 

211 



q

ədər cildlənmiş  əlyazma  əsəri  vardır.  Prof.  Cahangir  Qəhrəmanov Nizami 

G

əncəvi  əsərlərinin  böyük  şöhrət  tapması  ilə  əlaqədar məqalələrinin birində 



bel

ə  yazır:  “Naməlum orta əsr müəllifinin “Xülasətül-Xəmsə”  əsərinin 

müq

əddiməsində  qeyd  edilmişdir  ki,  “Quran”dan  sonra  oxumaq  üçün  ən 



görk

əmli kitab “Xəmsə” dir [5]. 

Prof. Əziz Mirəhmədov “Azərbaycan kitabı” biblioqrafiyasının I cildinin 

müq


əddiməsində  yazır:  “...təkcə  Azərbaycan  EA  Respublika  Əlyazmaları 

Fondunda Nizami “X

əmsə”sinin 20 əlyazması...,  Leninqradda  (Sankt-Pe-

terburq - G.B.) 20-d

ən artıq, Tehranda isə 30-a qədər əlyazması vardır” [1, 22; 

24]. Dünyanın ən məşhur kitabxana  və  muzeylərindən Londonun “Britaniya” 

muzeyi kitabxanasında, Paris Milli Kitabxanasında, İsveçin Upsala Universiteti 

kitabxanasında  və  digər yerlərdə  də  “Xəmsə”nin nüsxələri  saxlanılır.  Bu 

nüsx

ələrdən  ən qədimi 1345-ci ilə  aid olub, Moskvada Rusiya Dövlət 



Kitabxa

nasındadır. “Xəmsə”nin bu əlyazması 817 səhifədir və buraya şairin 4 

poeması daxil edilmişdir: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” 

v

ə “İskəndərnamə”. Nüsxənin sonunda əlyazmanın tamamlanma tarixi və xət-



tatın adı göstərilmişdir: “Fəzilət, kamal və ədalət sahibi Şeyx Nizaminin (Allah 

ona r


əhmət eləsin) mənzumələrindən uğurlu “Xəmsə” kitabı 746 (1345)-cı ilin 

r

əbiül-əvvəl (iyul) ayında başa çatdı. Onu yazıya aldı Allahın rəhminə möhtac 



olan Dost M

əhəmməd bin Dərviş Məhəmməd Dərəxçi” [1, 41].  

Professor  Möhsün  Nağısoylu  Çexiyanın  Dövlət Kitabxanasında  olarkən 

orada indiy

ədək heç bir mütəxəssisin  araşdırmadığı  əlyazma nüsxələrinə  rast 

g

əlmişdir.  Burada  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəviyə  və  digər orta əsr 



klassikl

ərimizə məxsus əlyazmaların saxlanıldığının şahidi olmuş alim yazır ki, 

sözüged

ən kitabxanada Nizaminin “Xəmsə”sinin və şairin ayrı-ayrı poemaları-



nın 9 nüsxə qədim və nəfis əlyazması saxlanılır. Həmin əlyazmalar içərisində 

tarix etibaril

ə ən qədimi “Xəmsə”nin dördüncü poeması olan “Həft peykər”in 

(“Yeddi göz

əl”in) 1389-cu ildə  köçürülmüş  nüsxəsidir. 50 vərəqlik bu 

əlyazma, ümumiyyətlə, “Yeddi gözəl”in ayrıca köçürülmüş nüsxələri sırasında 

tarix baxımından üçüncü yeri tutur. Qeyd edək ki, əlyazma kataloqlarına əsasən 

əyyən  edilmişdir ki, “Yeddi gözəl”in dünyada ən qədim nüsxəsi 1371-ci 



ild

ə köçürülmüşdür. Poemanın ikinci bir qədim nüsxəsi isə 1386-cı ilə aiddir. 

Göründüyü kimi, “Yeddi göz

əl”in Praqa nüsxəsi də  XIV yüzilə  aiddir və 

poemanın ən qədim nüsxəsindən cəmi 18 il sonra yazıya alınmışdır [7].  

Əlyazma kitabi tarixindən  danışarkən XV yüzil təsəvvüf  ədəbiyyatının 

görk

əmli nümayəndəsi Seyid Yəhya Bakuvidən danışmamaq olmaz. Görkəmli 



sufi  şairi  iyirmidən çox əsərin müəllifidir. Onun bu əsərləri  dünyanın  on  iki 

kitabxana v

ə  muzeyində  saxlanılır.  Bu  kitablar  Azərbaycan  əlyazma kitab 

s

ənətinin ölməz yadigarlarıdır. XVII yüzil Azərbaycan şairi Qövsi Təbrizi belə 



əlliflərdən olub, əsərlərinin əlyazmaları müxtəlif ölkələrin kitabxanalarında 

saxlanılaraq, tədqiqatçıların daim diqqət  mərkəzində olmuşdur. Məhəmmədəli 

T

ərbiyət  “Danişmandane-Azərbaycan” əsərində  şairin  altı  min  beytdən ibarət 



fars v

ə  türk dillərində  “Divan”ının  onun  özündə  olmasını  yazmışdır  [9,  71]. 

212 



Orta  çağ  ədəbi mənbələri,  klassik  şairləri  haqqında  ətraflı  məlumat verən 

t

əzkirələr də Azərbaycan kitab yaradıcılığında böyük rola malik olmuşdur. Əbu 



T

əmmamın IX yüzillikdə Həmədanda tərtib etdiyi “Həmasə”dən (88) başlamış 

son dövrl

ərədək çoxlu sayda təzkirələri  yaranmışdır.  Qəribinin “Təzkireyi-

Q

əribi”  (1524),  Şah  İsmayıl  Xətainin  oğlu  Sam  Mirzənin “Töhfeyi-Sami” 



(1561), XVI yüzil Az

ərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan 

Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”,  Şah  İsmayıl  Xətainin nəvəsi  İbrahim 

Mirz


ənin “Fərhəngi-İbrahim”,  XVIII  əsrdə  Səfəvilər sülaləsinə  mənsub olan 

Əliqulu xan Valeh Dağıstaninin “Riyazüş-şüəra” (1747), şair, alim Lütfəli bəy 

Az

ər Bəydilinin “Atəşkədə” (1760-1779), XIX yüzildə  görkəmli  şair  Seyid 



Əzim Şirvaninin “Təzkirə” (1882), Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” 

(1891), M

əhəmməd ağa Müctəhidzadənin İstanbulda çap olunmuş  “ Riyazül-

aşiqin”,  XX  yüzildə  İbrahim  Tahir  Musayevin  “Riyazül-arifin” (1918), 

M

əhəmmədəli Tərbiyətin Tehranda çap olunmuş “Danişməndani-Azərbaycan” 



(1935), Qulam M

əmmədlinin “Təzkirə”si kimi məxəzlər kitab tariximizin 

keçdiy

i inkişaf yoluna nəzər salmaq üçün ən mötəbər mənbələrdir.  



XVIII yüzillikd

ə Azərbaycan əlyazma kitabının yaranmasında Molla Vəli 

Vidadi (1709-1809), Molla P

ənah Vaqif (1717-1797), şifahi xalq ədəbiyyatının 

t

əsirilə  yazan  şairlərin  yaradıcılığı,  eləcə  də  yazıya  alınmış  folklor  abidələri, 



müxt

əlif elmi əsərlərin meydana gəlməsində başlıca rol oynamışdır. Molla Vəli 

Vidadi v

ə Molla Pənah Vaqifin klassik poetik irsə sadiq qalmaları ilə yanaşı, el 

ədəbiyyatından  bəhrələnərək, sadə,  canlı  xalq  danışığında  əsərlər  yazması 

onların yaradıcılığında əsas göstərici olmuşdur. 1856-cı ildə “Məcmueyi-Vaqif 

v

ə  müasirini digər”  adı  ilə  Teymurxanşurada  (Dağıstanın  indiki  Buynaqsk 



şəhərində) nəşr etdirmişdir. M.Y.Qarabaği təzkirənin meydana gəlmə səbəbini 

kitaba yazdığı müqəddimədə belə göstərir: “...Vaqif və müasirlərinin şeirlərin-

d

ən ibarət bir məcmuə yazmaq fikrində olum və onların seçmə şeirlərini yazıya 



g

ətirim” [6, 6].  

Az

ərbaycan əlyazma kitabının XIX  yüzilə qədər  keçdiyi  inkişaf  yoluna 



baxış göstərir ki, o, zaman etibarilə təxminən min illik tarixə malik olmuşdur. 

Bu kitablar forma v

ə  məzmun cəhətdən ötən yüzilliklər  ərzində  öz milli 

paleoqrafik xüsusiyy

ətlərini qoruyub saxlayaraq, yeni-yeni bədii tərtibat, 

kalliqrafik formalar k

əsb etməklə təkmilləşmiş, şərəfli inkişaf yolu keçmiş və 

yazılı  mənəvi sərvətimizi özündə  yaşatmışdır.  Bu  dəyərli abidələr zaman - 

zaman h

ələ  çox tədqiqat  işlərinin  mövzusu  olacaq,  sanballı  elmi  əsərlər 



yaranacaqdır.  

 

213 



ƏDƏBİYYAT 

1.

 



Allahyarov K. Q

ədim əlyazması //Kitablar aləmində. 1989, №2, s.41. 

2.

 

Az



ərbaycan kitabı (Biblioqrafiya). I cild (1780-1920). Bakı: Azərb. Kitab Palatası, 1963, 

219 s. 


3.

 

C



əmşidov  Ş.  Kitabi-Dədə  Qorqud  (Tarixi,  coğrafi,  tekstoloji  tədqiq və  Drezden 

əlyazmasının dürüstləşdirilmiş elmi mətni). Bakı: Elm, 1999, 680 s.  

4.

 

Hey



ət C. Türklərin tarix və  mədəniyyətinə  bir  baxış  (İslamdan  əvvəl və  islam dövrü. 

Başlanğıcdan XVI əsrə qədər). Bakı: Azərnəşr, 1993, 176 s. 

5.

 

Q



əhrəmanov C. Nizami əsərlərinin  əlyazmaları  dünya  kitabxanaları  və  muzeylərində  // 

“Ədəbiyyat və incəsənət” qəzeti, 1983, 23 sentyabr. 

6.

 

Mirz



ə Y. Məcmueyi-Vaqif və müasirini-digər. Bakı: Şuşa, 1999, 152 s. 

7.

 



Nağısoylu  M.  Azərbaycan  əlyazmaları  sorağında  10  gün  Praqada  //  Ədəbiyyat qəzeti, 

2012, 12 oktyabr, №38.  

8.

 

Şərifli K. Mətnşünaslığın nəzəri əsasları. Bakı: Nurlan, 2011, 345 s. 



9.

 

T



ərbiyət M. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987, 433 s. 

10.


 

Z

əkiyev İ. Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər). 



B

akı: “Azərbaycan Ensiklopediyası”, NPB, 2000, 388 s. 

11.

 

Гибб  Х.А.Р.  Арабская  литература  (классический  период)  /Пер.:  Ф.А.Б.Халидов, 



П.А.Грязневич. М.: Восточная литература, 1960, 185 с. 

 

КРАТКИЙ ВЗГЛЯД ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ РУКОПИСНОЙ КНИГИ 

 

Г.И.БАХШАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Рассмотрена  история  азербайджанской  рукописной  книги,  как  важная  часть 

книжной истории. Отмечается, что без широкого изучения азербайджанской рукописной 

книги,  не  возможно  исследование  истории  книги.  В  статье  указанo,  что  рукописные 

книги,  как  ценные  источники,  имеют  очень  важную  роль  в  исследовании  книжной 

работы. 


 

Ключевые слова: рукописная книга, книжная история, издательское дело, Бакуви 

 

SHORT GLANCE TO HISTORY OF AZERBAIJAN MANUSCRIPT BOOK 

 

G.I.BAKHSHALIEVA 

 

SUMMARY 

 

There is the history of the Azerbaijan manuscript book, as the important part of book 

history is considered in this article. It is noticed, that without wide studying of the Azerbaijan 

manuscript book, the research of history of the book is not possible. In the article it is 

specified, that manuscript books as valuable sources, have very important a role in research of 

book art. 

 

Key words: manuscript book, book art, publishing, Bakuvi 

 

214 



Yüklə 251,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə