2 mart 2017-ci il, cümə axşamı 9



Yüklə 87,28 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü87,28 Kb.
#49108


2 mart 2017-ci il, cümə axşamı

9

 

ˆ

Dövlət başçısı İlham  Əliyevin regionların inkişafına 



göstərdiyi davamlı diqqət və qayğı Ağdaş rayonunda da ötən 

il sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan 

vermişdir. Bunu 2016-cı ilin yekunları da təsdiqləyir.

Bu günlərdə rayonda olarkən 

ötən ilin hesabat göstəriciləri ilə 

ətraflı tanış olduq, mütəxəssislərin 

mülahizələrini dinlədik. Ayrı-ay-

rı kollektivlərdə, ictimai yerlərdə 

əhalinin müxtəlif təbəqələrinin 

nümayəndələri ilə görüşlərdə də ötən il 

qazanılmış uğurlar diqqət mərkəzində 

oldu. Nailiyyətləri artırmaq üçün cari 

ildə nəzərdə tutulan tədbirlər, həllini 

gözləyən problemlər də nəzərdən 

qaçmadı. Beləliklə, Ağdaşa son 

səfərimizin təəssürat və qənaətlərini 

oxucularımıza  çatdırırıq.

Rayonda keçən il iqtisadiyyatın 

əsas sahələri üzrə məhsul buraxı-

lışının və göstərilən xidmətlərin 

həcmi 257 milyon manatlıq olmuş, 

adambaşına düşən məhsul istehsalı 

2 min 383 manat təşkil etmişdir. Bu 

dövrdə sənayedə 8,2 milyon manatlıq 

və ya ümumi daxili məhsulun 3,2 

faizi qədər, kənd təsərrüfatında 103,2 

milyon mantlıq (40,1 faiz) məhsul 

istehsal edilmiş, tikintidə 47,6 milyon 

manatlıq (18,5 faiz) abadlıq-qurucu-

luq işləri görülmüşdür. Ticarətdə 92,4 

milyon manatlıq (36 faiz), nəqliyyat 

və rabitədə 5,6 milyon manatlıq (2,2 

faiz) xidmətlər göstərilmişdir. Sənaye 

istehsalı 6,9 faiz, ticarət  və rabitə 

xidmətinin həcmi isə 3,6 faiz artmış-

dır.


Prezident İlham Əliyevin sahib-

karlığın inkişaf etdirilməsi, əhalinin 

məşğulluğunun artırılması, iqtisadiy-

yata yeni sərmayələrin  cəlb edilməsi 

ilə bağlı tapşırıqlarının icrasını təmin 

etmək məqsədilə Ağdaş RİH-də xüsusi 

qərargah yaradılmışdır. Qərargah ciddi 

təhlillər əsasında rayonun sosial-iqti-

sadi inkişafı ilə bağlı proqnozlar ha-

zırlamış, sahibkarların, vətəndaşların 

təkliflərini nəzərə almaqla yeni 

iş yerləri yaradılması üçün zəruri 

tədbirlər həyata keçirmişdir. 

Dövlət başçısının regionların 

özünü maliyyələşdirməsi, iqti-

sadi potensialdan daha səmərəli 

istifadə olunması, idxalı əvəz edən 

və ixracyönümlü istehsal, emal və 

infrastruktur müəssisələrinin yaradıl-

ması  istiqamətində verdiyi tapşırıq-

lara əsasən Ağdaşda da bir sıra işlər 

görülməkdədir. Rayonda yaradılan 

yeni sənaye sahələrindən Meyvə emalı 

zavodunda və Yem emalı fabrikində 

ötən il istehsal prosesinə başlanıl-

mışdır. Biyan istehsalı və emalı 

müəssisəsində isə tikinti-quraşdırma 

işləri davam etdirilmişdir. 

Ötən il İqtisadiyyat Nazirliyinin 

Sahibkarlığa Kömək Milli Fondu 20 

sahibkara 9 milyon 250 min manat 

güzəştli kredit vermişdir. Bu önəmli 

dəstəkdən bacarıqla faydalanan 

iş adamları il ərzində 50-dən çox 

xidmət və istehsal sahəsi yaratmış-

lar. Rayonda əhalinin məşğulluğuna 

köməklik göstərilməsi üçün keçirilən 

əmək yarmarkasında 153 boş  yer 

üzrə vətəndaşlara iş təklif olunmuş-

dur. Çoxmənzilli yaşayış binalarının 

təmiri, eləcə də, abadlıq-yaşıllaşdırma 

sahəsində əlavə iş yerləri açılmışdır. 

Bu məqsədlə dövlət büdcəsindən 

xüsusi vəsait ayrılmış və tədbir bu 

il də davam etdirilir. Ümumiyyətlə, 

görülmüş tədbirlər nəticəsində ötən il 

Ağdaşda 829-u daimi olmaqla, 4847  

yeni iş yeri yaradılmışdır. 

Ötən il rayonda xidmət infrastruk-

turunun təkmilləşdirilməsi və əhaliyə 

göstərilən xidmətlərin səviyyəsinin 

yüksəldilməsi sahəsində də müəyyən 

tədbirlər görülmüşdür. Əvvəlki 

illərdə olduğu kimi, rayonda əhalinin 

elektrik enerjisi, təbii qaz və içməli 

su təchizatının daha da yaxşılaşdırıl-

ması diqqət mərkəzində olmuş, bu 

xidmət sahələrində zəruri işlər davam 

etdirilmişdir. 

Ağdaş Elektrik Şəbəkəsi 2016-cı 

ilin fevralından “Azərişıq” ASC-

nin tərkibinə verilmişdir. Bu da 

şəbəkənin yeniləşdirilməsinə, xidmətin 

yüksəldilməsinə daha üstün şərait  

yaratmışdır. Ağdaş şəhərində elektrik 

yarımstansiyası, rayon ərazisində 

15 transformator istifadəyə veril-

miş, 3 yeni transformatorda isə son 

tamamlama işləri görülür. Yaşa-

yış məntəqələrində 47 kilometrlik 

müxtəlif gərginlikli elektrik xətləri 

əsaslı və cari, 58 transformator yarım-

stansiyaları əsaslı təmir edilmişdir.

Rayonda təbii qaz təchizatının 

yaxşılaşdırılması sahəsində də 

müəyyən işlər görülmüşdür. Ağdaş 

şəhərində və təbii qazla təmin olunan 

kəndlərdə 3 min metr uzunluğunda 

müxtəlif ölçülü qaz xətləri yenisi ilə 

əvəz olunmuş, 22 qaztənzimləyici şkaf 

qoyulmuşdur. 2016-cı ildə Pirkəkə, 

Ərəbocağı, Aşağı Ləki və Hapıtlı 

kəndlərində tikinti-quraşdırma işləri 

başa çatdırılmış, sakinlərə qaz verilişi 

bərpa edilmişdir. 

Rabitə və informasiya 

xidmətlərinin yaxşılaşdırılması 

sahəsində də işlər davam etdirilmişdir. 

Rabitə müəssisələri gəlir proqnozu-

nu tam yerinə yetirmiş, əhaliyə və 

müəssisələrə 538,4 min  manatlıq 

xidmət göstərilmişdir. 138 abonentə 

yeni telefon çəkilmiş, internet 

istifadəçilərinin sayı 455 abonent artı-

rılmışdır. Ağdaş Poçt filialı üzrə gəlir 

proqnozu 105,4 faiz yerinə yetirilmiş-

dir ki, bu da 2015-ci illə müqayisədə 

29 min 481 manat artıqdır.

Ağdaş şəhərinin su və kanalizasi-

ya sistemlərinin yeniləşməsi layihəsi 

çərçivəsində Türyançay  su  anbarı  

ərazisində hər  birinin məhsuldarlığı 

saniyədə 25 litr olmaqla 4 yeni 

subartezian quyusu qazılıb istifadəyə 

verilmişdir. Türyançay  su  anbarı  

ərazisində 5 min kubmetrlik yeni su  

anbarının  tikintisində son tamamlama 

işləri getməkdədir. 6,5 min metr 560 

millimetrlik diametrli  yeni  magistral  

su  xətti çəkilərək  istismara verilmiş-

dir.

Dövlət proqramı çərçivəsində ra-



yonun içməli su problemi olan yaşayış 

məntəqələri müəyyənləşdirilmiş, həmin 

ərazilərə modul tipli sutəmizləyici 

qurğuların quraşdırılması üçün lazımi 

sənədlər hazırlanaraq aidiyyatı orqan-

lara təqdim olunmuşdur. Hazırda ilkin 

olaraq 4 yaşayış məntəqəsində Aşağı 

və Yuxarı Nemətabad, Güvəkənd və 

Əmirarx kəndlərində layihələndirmə 

işləri başa çatdırılmış və bu günlərdə 

tikinti-quraşdırma işlərinə başlanması 

nəzərdə tutulur.

Prezident İlham Əliyevin ənənəvi 

təsərrüfat sahələrinin, xüsusən pambıq-

çılığın kənd əhalisinin məşğulluğunun 

təmin olunmasında rolunun artırılması 

ilə bağlı verdiyi  tapşırıqlar rayonda 

böyük razılıqla qarşılanmışdır. 2016-cı 

ildə 6345 nəfər məhsul istehsalçısına 

1 milyon 122 min  manat  əkin üçün  

subsidiya  hesablanıb  verilmişdir.

Ötən il pambığın alış qiymətinin 

artırılması bu sahənin Ağdaşda da 

yenidən inkişafı üçün zəmin yarat-

mışdır. Fermerlər rayonda pambıq-

çılığın inkişaf etdirilməsində yüksək 

nəticələrin əldə olunması üçün zəngin 

təcrübə və imkanlardan səmərəli 

istifadə etmişlər. Kəndlərdə ənənəvi 

məşğulluq sahələrinin dirçəldilməsi 

işsizliyin aradan qaldırılmasına kömək 

etmiş, mövsüm ərzində 3 min nəfərdən 

çox kənd sakini haqqı ödənilən işlə 

təmin edilmişdir.

Pambıq əkininin dəfələrlə 

artması bu gəlirli sahənin geniş 

perspektivlərindən xəbər verir. Belə 

ki, ötən il Ağdaş rayonunda 1134 

hektar ərazidə çiyid səpini aparılmış 

və sahələrə aqrotexniki qulluq edilərək 

bol məhsul əldə edilmişdir. Bu, 

2015-ci ilə nisbətədən 38 dəfə çoxdur. 

Ağdaşlı fermerlər dövlətin yardımın-

dan bəhrələnərək gələn il rayonda 2 

min 500  hektardan çox sahədə pambıq 

əkini aparmağı planlaşdırırlar. Bunun 

üçün hazırlıq işləri görülür, istifadəsiz 

torpaq sahələrində əkin aparılması 

nəzərdə tutulur.

Mütəxəssislər bildirdilər ki, bu il 

rayonda ənənəvi sahələrdən olan bara-

maçılığın inkişafı üçün də kəndlərdə 

geniş izahat işləri aparılmışdır. Qax 

Damazlıq İpəkçilik Stansiyasından 

50 qutu toxum gətirilərək Ağdaşda 

kümçülərə paylanmışdır. İlk addım 

olaraq, ötən mövsümdə gözlənilən 

1 ton barama əvəzinə, 2 ton məhsul 

tədarük olunaraq “Şəki İpək” ASC-yə 

təhvil verilmişdir. Ayrı-ayrı ailələr ba-

ramaçılıqdan 5-6 həftə ərzində 1000-

-1500 manat qazanc əldə etmişlər. Bu 

nəticələr 2017-ci ildə baramaçılığı 

daha da inkişaf etdirmək üçün yüksək 

stimul yaratmışdır. Daxili imkanlar və 

dövlətin dəstəyi hesabına rayonda 65 

min tut tingi əkilmişdir. 

Keçən mövsümdə 11 min 93 

hektar taxıl sahəsində  lazımi aqro-

texniki qulluq işləri aparılmış, biçin 

dövründə mövcud kombaynların 

gücündən səmərəli istifadə edilmiş və  

34 min ton taxıl istehsal olunmuşdur. 

Dənli və dənli paxlalılarda ötən ilə 

nisbətən məhsuldarlıq 1847 ton artaraq 

38 min 335  ton olmuşdur. Yazlıq və 

payızlıq dənlilərin istehsalı 2 min 566 

ton, çəltik istehsalı 925 ton artmışdır. 

Hektardan məhsuldarlıq payızlıq və 

yazlıq buğda üzrə 2,6 sentner artaraq 

33,4, dənli və dənli paxlalılarda 0,6 

sentner artaraq 30,7 olmuşdur. Ağdaş-

da çəltikçiliyin inkişaf etdirilməsi üçün 

əlverişli imkan var. 1311 hektarda 

çəltik əkilmiş və bol məhsul əldə 

edilmişdir.

Rayonda 1263 hektar kartof, 

bostan və tərəvəz sahələrindən 21 min 

850 ton məhsul istehsal olunmuşdur. İl 

ərzində 347 hektardan 1607 ton dənlik 

qarğıdalı, 253 hektardan 3 min 896 

ton bostan məhsulları götürülmüşdür. 

2017-ci ilin məhsulu üçün 13 min 

911 hektar sahədə şum aparılmışdır. 

12 min 312 hektar sahədə  payızlıq 

taxıl əkilmişdir. İxtisaslaşmış  və  

toxum  istehsalı  ilə  məşğul  olan  

3   təsərrüfatda istehsal olunmuş  

arpa və buğda rayonda və kənarda  

taxıl  əkənlərə satılmışdır. 1 hektar 

günəbaxan, 114 hektar lobya, 3 hektar 

vələmir, 231 hektar biyan əkilmişdir. 

1642 hektar meyvə bağlarından 20 

min tondan yuxarı  məhsul əldə olun-

muşdur. Bakı şəhərində keçirilən satış 

yarmarkasına fermerlər 200 tondan 

yuxarı müxtəlif növ yüksək keyfiyyətli 

kənd təsərrüfatı məhsulları çıxarmışlar.

Heyvandarlığın inkişafı ilə bağlı 

zəruri tədbirlər də yüksək səviyyədə 

həyata keçirilmişdir. Hazırda rayonun 

təsərrüfatlarında 35 min 733 baş inək 

və çamış, 95 min 737 baş qoyun və 

keçi var. 2016-cı il ərzində 12 min 271 

ton diri çəkidə ət, 55 min 998 ton  süd, 

196,2 ton yun istehsal olunmuşdur. 

Melioratorlar bildirdilər ki, 

Ağdaş rayonunun ümumi sahəsi 102 

min 305 hektardır  və onların da 34 

min hektardan  çoxu əkin yerləridir. 

Həmin torpaqlar Türyançay və Kür 

çayları, həmçinin Yuxarı Şirvan 

kanalı vasitəsilə suvarılır. Rayonun 

ərazisindən keçən Yuxarı Şirvan 

kollektoru qrunt və digər şoranlaş-

mış suların axıdılmasını təmin edir. 

Rayonun torpaqlarından 73,9 faizini 

Suvarma Sistemləri  İdarəsi  öz axını 

ilə, 26,1 faizini isə Pirəzə Mexaniki 

Suvarma İdarəsi mexaniki  üsulla  su 

ilə təmin edir. 

Suvarma Sistemləri İdarəsi 2016-

cı il ərzində 25 min 230 hektar əkin 

sahələrini suvarma suyu ilə təmin 

etmişdir. 2016-cı ildə 9 min 60 hektar 

dənli bitkilər sahəsində 3 dəfə, 787 

hektar bostan tərəvəz sahəsində 6 dəfə, 

410 hektar biyan sahəsində 2 dəfə, 9 

min 487 hektar yem bitkiləri sahəsində 

4 dəfə, 1709 hektar çoxillik bitkilər 

sahəsində 4 dəfə, 3 min 642 hektar 

həyətyanı sahədə 7 dəfə vegetasiya 

suvarması aparılmışdır. 10 yaşayış 

məntəqəsini, 9 min 650 hektar sahəni 

mexaniki yolla suvarma suyu ilə 

təmin edən Pirəzə Mexaniki Suvarma 

İdarəsi isə Kür və Türyançay çayları-

nın mənbəyindən 37,4 min kubmetr 

su qaldırmış, təkrar ötürmə  üçün 51,6 

min kubmetr su vermişdir. 

Ölkə başçısının tapşırığı və Pre-

zident Administrasiyasının rəhbərliyi 

ilə yaradılmış işçi qrupu 2016-cı ildə  

respublikada torpaqlardan səmərəli 

istifadə edilməsi və kənd təsərrüfatı 

istehsalında yüksək nəticə əldə olun-

ması məqsədi ilə Ağdaş rayonunda da 

15 min 800 hektar əkinə yararlı, lakin 

suvarılmayan torpaq sahələrinin əkin 

dövriyyəsinə cəlb olunması üçün la-

zımi sənədlər və təkliflər hazırlayaraq 

aidiyyatı orqanlara təqdim etmiş  və 

bu istiqamətdə konkret işlərə başlanıl-

mışdır.


Ağdaş  Meşə  Mühafizəsi  və  

Bərpası  Müəssisəsi  meşə əkini və 

ting səpini üçün  84,8 hektar sahədə 

torpaq hazırlığı işləri aparmış, ondan 

77,8 hektar sahədə mədəni meşə 

əkini əkilərək akasiya, nar və tut  

cinslərindən ibarət, ümumilikdə, 134 

min 820 ədəd ting sərf edilmişdir. 3 

hektar sahədə səpin,  baramaçılığın 

inkişafı üçün 3 hektar sahədə 120 

min  ədəd toxmacar əkilmiş, 1 hektar 

sahədə isə 50 min ədəd çilik basdı-

rılmaqla kökləndirmə işi aparılmış-

dır. Qış mövsümündə məktəblərin, 

uşaq baxçalarının, xəstəxanaların və 

əhalinin istiliklə təmin olunması üçün 

sanitar qırıntıdan 545 kubmetr odun-

caq sahəsi ayrılmışdır. 

Rayonda olarkən yol inşaatçıları 

ilə də görüşdük. Bildirildi ki, son illər 

yol infrastrukturunun yaradılması 

ilə bağlı mühüm tədbirlər görülür. 

11700 nəfər əhalisi olan 10 yaşayış 

məntəqəsini birləşdirən, 33 kilometr 

uzunluğunda Qolqəti-Dəhnəxəlil-

Qoşaqovaq-Ərəbocağı yolunun qurul-

ması məqsədi ilə işçi qrupu yaradılmış, 

ilkin sənədləşdirmə işləri aparıla-

raq Prezident Administrasiyasına 

təqdim olunmuşdur. Hazırda bununla 

əlaqədar “Azəravtoyol” layihə-smeta 

sənədlərinin hazırlanmasına start ver-

miş və konkret işlərə başlamışdır. 

Ağdaş Yol İstismarı MMC xidmət 

etdiyi avtomobil yollarında 206 min 

manatlıq  saxlanma və təmir  işlərini 

yerinə yetirərək nəqliyyat vasitələrinin 

təhlükəsiz və fasiləsiz hərəkətini 

təmin etmişdir. Asfalt-beton örtüklü 

avtomobil yollarında çökmələr və 

çalalar asfalt-betonla doldurularaq 

təmir olunmuş, 14,7 min kvadratmetr  

sahədə xırda dənəli asfalt-betonla çala 

təmiri işləri aparılmışdır.

Yerli əhəmiyyətli avtomobil 

yollarında da il ərzində təmir işləri 

görülmüşdür. Qumlax, Kükəl-

Ərəb, Kotanarx-Cardam, Qoşaqo-

vaq, Qulbəndə-Bəylik, Şordəhnə, 

Nehrəxəlil, Yenicə, Şıxlı çınqıl örtüklü 

kənd avtomobil yolları çınqıl materialı 

əlavə olunaraq avtoqreyderlə hamar-

lanmış, Şəmsabad-Tofiqi, Gürcuva, 

Dovudlu, Qaradeyin çınqıl örtüklü 

kənd avtomobil yollarında isə hamar-

lama işləri aparılmışdır.

Humanitar sahənin fəaliyyəti də 

son illərdə uğurlarla müşayiət olun-

muşdur. Heydər Əliyev Fondu rayo-

nun Pirkəkə kəndində 200 yerlik yeni 

məktəb binası və Habil Əliyev adına 

Musiqi məktəbi üçün yeni bina inşa 

etdirmiş, Maqsud Şeyxzadə adına gim-

naziyanın binası əsaslı təmir edilərək, 

ən müasir avadanlıqlarla təchiz 

olunmuşdur. Keçən il ölkədə tikilib 

istifadəyə veilmiş 29 yeni məktəbin 

4-ü Ağdaş rayonunun payına düşür. 

Qarağanşıxlar, Qülbəndə, Ərəbşəki, 

Tofiqi kəndlərində  660 şagird yerlik 

1 tam orta, 3 ümumi orta məktəbin 

tikintisi başa çatdırılaraq istifadəyə 

verilmişdir. Yeni dərs ilinə hazırlıq-

la əlaqədar Xosrov kənd tam orta 

məktəbin dam örtüyü təmir edilmiş, 

Bəkir Nəbiyev adına 3 nömrəli, Tofiq 

İsmayılov adına  8  nömrəli şəhər tam 

orta, Hapıtlı kənd ümumi orta, Binələr 

kənd ibtidai məktəblərində və Təhsil 

Şöbəsinin inzibati binasında  dövlət 

vəsaiti hesabına təmir işləri aparılmış-

dır.


Son 12 ildə dövlət büdcəsi və 

Heydər Əliyev Fondunun vəsaiti 

hesabına  rayonda 17 yeni məktəb ti-

kilmiş, 7 məktəbdə əlavə sinif otaqları 

inşa edilmiş, 7 ümumtəhsil məktəbi 

əsaslı təmir olunmuşdur. Bütövlükdə, 

8 min nəfərdən artıq şagirdin təhsil 

şəraiti yaxşılaşdırılmışdır. Bütün 

bunlar təhsil uğurlarını artırmaq üçün 

mötəbər zəmin yaratmışdır. Ötən 

il məzunlardan 268 nəfəri  tələbə 

adına layiq görülmüş, ali məktəblərə 

keçirilən qəbul imtahanlarında ixtisas 

qrupları üzrə 36 nəfər 500-dən, 9 nəfər 

isə 600-dən artıq bal toplamışdır.

Rayonun icra qurumlarında 

apardığımız söhbətlərdən məlum oldu 

ki, yuxarıda sadalanan irəliləyişlərlə 

bərabər, rayonda həllivacib problemlər 

də qalmaqdadır. Şəhərdaxili və 

kəndarası yolların əsaslı təmiri (as-

faltlaşdırılması), rayonun 74 yaşa-

yış məntəqəsindən 21-nə təbii qaz 

verilişinin bərpa olunması, təbii qazla 

təmin olunan 53 yaşayış məntəqəsinin 

qaz təsərrüfatında təmir-bərpa işlərinin 

aparılması və təbii qaz çəkilişinə 

başlanılmış  yaşayış məntəqələrinin 

qazlaşdırılmasının sürətləndirilməsi 

qarşıda duran mühüm məsələlər sıra-

sındadır.  Enerji təsərrüfatının yenidən 

qurulmasına, istismar müddəti başa 

çatmış elektrik transformatorlarının, 

naqil və dirəklərinin əsaslı təmirinə 

və ya yenisi  ilə əvəz edilməsinə də 

ehtiyac var.

“Modul” tipli sutəmizləyici 

qurğuların quraşdırılmasının 

sürətləndirilməsi, su layları olan 

yaşayış məntəqələrində artezian və 

subartezian quyularının qazılması ilə 

bağlı işlər də həllini gözləyir. Yataq-

xanalarda, ümumtəhsil məktəblərində, 

uşaq bağçalarında və digər sosial 

obyektlərdə məskunlaşmış qaçqın 

və məcburi köçkünlər üçün Qarabağ 

müharibəsi, Çernobıl, Böyük Vətən 

Müharibəsi əlilləri və şəhid ailələri 

üçün yaşayış binalarının tikintisi, 

şəhər ərazisində qəzalı vəziyyətdə olan 

çoxmənzilli binalarda yaşayanlar üçün 

yeni binaların inşası qarşıda duran 

vəzifələrdəndir. 

Ağdaş şəhərinin su-kanalizasiya 

sisteminin yenidən qurulması 

layihəsinin başa çatdırılması və şəhər 

ərazisinin 2 dəfə genişləndirilməsi 

nəzərə alınmaqla küçələrin asfalt-

laşdırılması, Ləki qəsəbəsinin su-

kanalizasiya sisteminin  yenidən qurul-

ması, 68 ümumtəhsil məktəbindən 

qəzalı vəziyyətdə olan 14-ü üçün yeni 

modul tipli məktəblərin quraşdırılması 

və 27-nin yerləşdiyi binaların əsaslı 

təmiri, 30 uşaq bağçasından qəzalı 

vəziyyətdə olan 8-i üçün yeni binaların 

tikintisi və 15-nin yerləşdiyi binaların 

əsaslı təmiri, səhiyyə və mədəniyyət 

müəssisələri üçün yeni binaların 

tikintisi və mövcud binaların əsaslı 

təmiri məqsədilə ardıcıl və sistemli iş 

aparılmalıdır. 

Göründüyü kimi, ağdaşlıları qar-

şıda daha məsul işlər, ciddi vəzifələr 

gözləyir. İnanırıq ki, dövlətin fəal 

dəstəyi və yerli ehtiyatların hərəkətə 

gətirilməsi bütün bu hədəflərin 

gerçəkləşdirilməsini təmin edəcəkdir. 



Ziyəddin SULTANOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 

ˆ

“….Atamın üz-gözü sıyrılmış halda, yaralı və kol 



tikanları içində gəlməsinə  adət etmişdik. Hər kəşfiyyatdan 

qayıdanda bədənini tikanlardan bir-bir təmizləyirdim.  

Ermənilərin hücumları başlayan gündən  atam  “Qarabağı 

müdafiə şahinləri” özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən 

idi,  torpaqlarımızı müdafiə edirdi.

Yaşadığımız yerlərin hər daşına, 

qayasına bələd idi.  Xocalının işğal 

edildiyi gün də atam döyüş dostları 

ilə  o dəhşətli soyqırımından canlarını 

götürüb qaçan insanlara kömək edirdi.  

Erməni silahlılarına girov düşmüş bir 

çox qız-gəlini və uşağı azad edən  atam 

yaralansa da, ölümü mərdi-mərdanə, 

gülüşlə qarşılayıb.  Son anında atam 

yaxın döyüş dostu olan “Malış” ləqəbli 

patrondaşıyanına  üz tutaraq, bərkdən 

qəhqəhə çəkib…Təəssüf ki, adını 

unutmuşam…” – Xocalı soyqırımı 

zamanı dinc əhalini  xilas edərkən 

qəhrəmanlıqla şəhid olan, ölümündən 

sonra “Azərbaycan bayrağı” ordeninə 

layiq görülmüş cəsur döyüşçü  Xosrov 

Məmmədovun qızı Səyyad Baxışova   

25 il əvvəl baş verənləri xatırlayır.

…Müharibə onun yeniyetməlik 

illərinə təsadüf etsə də, hər il fevralın 

26-da  atası ilə bağlı xatirələri,  döyüş 

dostlarının  Xosrov Məmmədov barədə 

söhbətləri, o ağrılı-acılı günlərdə 

Xocalıdan sağ çıxan camaatın Ağda-

ma, daha dəqiqi Şelli kəndinə  pənah 

gətirməsi, insanların təşviş içində 

olması  hafizəsində kino lenti kimi 

canlanır. Səyyad xanımla söhbətdə 

hiss edirəm ki,  atası vətənpərvər və 

cəsur döyüşçü Xosrov Məmmədovun 

igidliyi, mübarizliyi, şəxsi keyfiyyətləri  

haqqında bu illər ərzində dostlarından, 

xüsusilə də ən son günlərində yanın-

da olan Vətənin müdafiəsinə qalxmış 

özünümüdafiə batalyonu üzvlərindən, 

Xocalı sakinlərindən eşitdiyi ən xırda 

detallar belə onun üçün qürur mənbəyi 

ilə yanaşı, həm də təsəllidir.

Xosrov Bilal oğlu Məmmədov 

1949-cu il yanvarın 20-də Ağdamın 

Qurdlar kəndində anadan  olmuşdu.  Nə 

biləydi ki, vaxt gələcək, onun dünyaya 

göz açdığı gün bütün xalq tərəfindən 

qeyd ediləcək. Ancaq Ümumxalq Hüzn 

Günü kimi.

Hələ o günə çox vardı və Xos-

rov Məmmədov  Ağdam Suvarma 

Sistemləri İdarəsində mirab vəzifəsində 

çalışırdı. Doğma yurda bağlı olan 

Xosrov Qarabağın hər qarışına, hər 

yerinə yaxşı bələd idi. Qarqar çayının 

kükrəyib  əkin sahələrinə, kəndlərlə 

gediş-gəlişi təmin edən körpüləri yuyub 

apardığı vaxtlarda onun işi və qayğıları 

da artırdı. Çətinliklərə baxmayaraq, o,  

işinin öhdəsindən layiqincə gəlirdi. Xi-

laskarlıq sanki onun taleyinə  yazılmış 

bir missiya idi. Hələ suvarma idarəsində 

işlədiyi vaxt, daha dəqiq 1976-cı ilin 

yazında Qarqar çayında selin apardığı iş 

yoldaşının həyatını xilas edəndə ağlına 

da gəlməzdi ki, illər sonra bu missiyanı 

Qarabağ səmasını qara buludlar alanda  

da  daşımalı olacaq.

Erməni hərbi təcavüzü başlayan 

günlərdən silaha sarılaraq, çoxları kimi 

o da Vətənin müdafiəsinə qalxmışdı. O 

əraziləri ovcunun içi kimi tanıdığından 

Ağdamın özünümüdafiə dəstəsində 

kəşfiyyatçı kimi iştirak edər, ən çətin 

tapşırıqlara gedərdi.

Səyyad xanım atası ilə son 

görüşlərini  belə xatırlayır: “ …Həmişə 

gecə evə gələr, hal-əhval tutub, qayı-

dardı.  Gedəndə anamın bişirdiyi təndir  

çörəyindən və evdə olan yavanlıqdan 

da aparardı döyüş dostlarına. Sonuncu 

dəfə evdən çıxanda bir az dayandı. 

Sevdiyi “Ay Şəhrəbanu, gedirəm mən” 

misralarını zümzümə edə-edə getdi. 

İndi də anam o mahnını eşidəndə atamı 

xatırlayır, kövrəlir. Qohum-əqrəbanın 

toyunda atamın xatirəsinə o mahnını 

oxudurlar”.

1992-ci il fevralın 25-dən 26-na 

keçən gecə əksəriyyəti erməni silahlı-

larından ibarət keçmiş 366-cı motoatıcı 

alayın  mühasirəsində olan Xocalıya 

təcavüzü  ilə neçə-neçə günahsız insan 

qətlə yetirildi, girov götürüldü, itkin 

düşdü.  Faciədən xəbər tutan kimi  

Xosrov başda olmaqla, bir çox könüllü 

döyüşçü irəli atıldı. Qətliamdan sağ 

çıxanların  çoxu  meşədə pərən-pərən 

düşmüşdü.  Əsas məqsəd mümkün 

qədər irəliləyərək  qarlı meşədə donub 

qalmış həmin insanlara kömək etmək, 

onları xilas etmək idi. Çünki Qaraqaya 

tərəfdən erməni silahlıları atəş açdı-

ğından meşəyə sığınan camaat Ağdam 

tərəfə gələ bilmirdi.

Səyyad xanım deyir ki, ata-

sının həmin faciə günü göstərdiyi 

qəhrəmanlıq, son nəfəsinəcən  

döyüşməsi, erməni silahlılarının  girov 

götürüb donuz pəyəsinə saldığı  bir çox 

insanın həyatını xilas etməsi bu gün də  

qürurla danışılır.

Cəsur döyüşçünün üzərinə düşən 

növbəti xilaskarlıq missiyası Xocalıda 

yazıldı. Onun həmin gecə göstərdiyi 

qəhrəmanlıq barədə onun Malış ləqəbli 

döyüş dostunun sözlərini  Səyyad 

xanım belə xatırlayır: “ …Atam erməni 

silahlılarının girov götürdüyü bir çox 

insanı  xilas edib.  Yaşlı bir kişidən 

eşidəndə ki, ermənilər adamları donuz 

pəyəsinə salıb, o istiqamətə yolla-

nıb. Qapının qıfılını atəşlə qırıb açıb.  

İçəridə yüzə yaxın arvad-uşaq varmış, 

onları  Şelli istiqamətinə yönəldiblər. 

Bu vaxt yaxınlıqda qadın naləsi 

eşidilib. Atam  ermənilərin üç qadına 

işgəncə verdiyini görüb.  Elə ayaq üstə  

erməninin ikisini  yerə sərib. Sinəsindən 

bərk yaralansa da, qaçan ermənini 

diri tutmaq məqsədilə  onu qovmağa 

başlayıb. “Malış”  yaralı komandiri  

geri çağırsa da, atam irəli gedib. Atılan 

atəş onu dayandıra bilməyib. Dostu 

deyirdi ki,  atam son nəfəsində qəhqəhə 

çəkib, gülərək bunları deyib: “Kişi belə 

məqamda ağlamaz, bala! Gülər, eşitdin, 

gülər!”. Bu sözləri deyəndə  Səyyad 

xanımın gözləri dolur.

Xosrov Məmmədov 1997-ci il 

fevralın 25-də Xocalı sakinlərinin xilas 

edilməsində göstərdiyi igidliyə görə 

ulu öndər Heydər Əliyevin fərmanına 

əsasən   “Azərbaycan bayrağı” ordeninə 

layiq görülüb. Bu, onun qəhrəmanlıq 

və Vətən sevgisinə verilən qiymətin 

göstəricisidir.  1999-cu il il fevralın 

26-da ulu öndər Heydər Əliyevin  

şəhid ailələrini qəbul edərkən şəhidin 

ömür-gün yoldaşı Gülbəniz müəllimə 

ilə də görüşməsi bu ailə üçün həmişə 

əlamətdar bir tarix kimi qalacaq.

Hər il şəhidin ailəsi, nəvələri 

Xocalı soyqırımı günündə “Ana ha-

rayı” abidəsini ziyarət edirlər. Xocalı 

şəhidlərinin bu abidədə həkk olunmuş 

siyahısında   Xosrov Məmmədovun adı 

onlar üçün bir  təsəllidir.

 … Ölümün gözünə gülərək baxan 

Xosrov Məmmədovun məzarı bu gün 

Ağdamda  yol gözləyir. Xocalı kimi, 

Şuşa kimi, Qarabağ kimi. Xilaskarlıq 

missiyası indi növbəti nəslin üzərinə 

düşür….


Əfsanə BAYRAMQIZI, 

“Xalq qəzeti”

qazanılmış uğurlar 

problemlərin həllinə 

təminat yaradır 

AĞDAŞ:

İgid ölər, adı qalar...

Yüklə 87,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə