2. Muasir dövrün sosial qlobal problemləri



Yüklə 21,19 Kb.
tarix16.05.2023
ölçüsü21,19 Kb.
#110578
Fəlsəfə Kol2


1.Cəmiyyət:
Cəmiyyət müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyətin üzvləri olan insanlar, onların birlikləri cəmiyyətin subyektləri, onların fəaliyyəti isə cəmiyyətin ümumi canlılığıdır. Bu aspektdə cəmiyyət nəbzi olan, orqanları olan və hərəkətə gətirən elementləri olan bir quruluşdur. Bu anlayışın funksiyası insanları müəyyən bir məkanda cəmləşdirməkdən, bir araya toplamaqdan ibarətdir. Cəmiyyət bütövdür, lakin tərkiblərdən ibarətdir. Cəmiyyət təbəqələrə bölünür. Bu təbəqələr insanların tutduqları peşələrə müvafiq olaraq yaranır. Həm də yaş amili burada əsas rol oynayır. Cəmiyyət bu aspektdə dairələrə, qruplara bölünür. Məsələn, yaş kateqoriyasına görə- uşaqların dairəsi, məktəblilərin dairəsi, əhatəsi, yaşlı insanların dairəsi; həkimlərin dairəsi, müəllimlərin dairəsi, memarlar qrupu, mütəxəssislər qrupu və s. Cəmiyyət formaca dövlət daxilində formalaşan bir strukturdur. Cəmiyyət və dövlət bir-birinə qarışmış bir bütövdür. Cəmiyyət xalqın mədəniyyət məskənidir. Xalq yaradıcılığı özünü cəmiyyətdə təsdiqləyir. Cəmiyyət dövlətin güclənməsi üçün potensial mənbə rolunu oynayır. Dövlət cəmiyyətə arxlanır. Cəmiyyətdə yaşayış tərzi formalaşır. Adət-ənənələr öz təsdiqini cəmiyyətdə tapır. Cəmiyyətdə qaydalar, məişət qaydaları formalaşır. Cəmiyyət qaydaları həm də hüquq normaları ilə formalaşır. Cəmiyyətdə əxlaq qaydaları da mövcud olur.
Cəmiyyət mənəviyyat mənbəyidir. Hər bir şəxs cəmiyyətə nəzərən özünün mənəvi keyfiyyətlərini formalaşdırır. Mənəvi keyfiyyətlər cəmiyyətlə əlaqələr vəhdətində formalaşır. Cəmiyyət həm də yaşayış tərzini irsən ötürür. Məsələn, evlərdə, mənzillərdə yaşamaq, alış-veriş və istehsalat mərkəzlərini cəmiyyət tarixi vərdiş kimi irsən ötürür.
Cəmiyyətin təbəqələri vərdiş irsini yaradır. Məsələn, uşaqlar üçün yaşlı nəsilin həyatı bir gələcək örnək rolunu oynayır.
2.Muasir dövrün sosial qlobal problemləri:
Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:
a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;
b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;
c) ümumbəşəri, beynəlxalq səciyyə daşıyan.
İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:
a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;
b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;
c) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar;
q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.
Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar:
a) bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: - müharibə və sülh probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.
b) planetar təbii təhlükə doğuran qlobal problemlər: - təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi;
v) əhali artımı və mənəvi tənəzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: - əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi.
3.Dialektika:
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.
Dialektika inkişafı anlamağın universal metodudur.
Dialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir.
Dialektika:

  1. təbiətinsan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.

  2. təbiət, insan cəmiyyəti və təfəkkürünün hərəkəti və inkişafı prosesidir.

  3. təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim olmaqla prosesin daxili mənbəyini ziddiyyətlərin mübarizəsində görür.

  4. təbiətin, insan cəmiyyətinin, təfəkkürün hərəkət və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlim; bir keyfiyyətdən digərinə sıçrayışla keçidə gətirib çıxaran daxili ziddiyyətlərin və əksliklərin mübarizəsinin açılması yolu ilə, daim hərəkətdə olan və dəyişən təbiət və cəmiyyət hadisələrinin dərk edilməsinin elmi metodu. Qısa olaraq dialektikanı əksliklərin birliyi haqqında təlimdir.

  5. bir şeyin onun ziddiyyətliliyi fonunda hərəkət və inkişaf prosesidir (məsələn, hadisələrin dialektikası, tarixin dialektikası).

  6. rəqibin müddəalarında daxili ziddiyyəti aşkar etməklə söhbət, fikir mübadiləsi, mübahisə aparmaq incəsənətinin köhnəlmiş adı; mübahisədə məntiqi əsasları tətbiq etmək bacarığıdır.



NN

Yüklə 21,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə