- 3 -
I BÖLMƏ. BAŞLICA ARI XƏSTƏLİKLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ
TƏDBİRLƏRİ
SALEH MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
ARI XƏSTƏLİKLƏRİ VƏ PARAZİTLƏRİ, ONLARLA MÜBARİZƏ FORMALARI
Kənd təsərrüfatı heyvanlarının helmintozlarında epizootologiyanı və epizootik proseslərin
inkişaf xüsusiyyətlərini öyrəndikdə aşağıdakı məlumatlara baxmaq lazımdır. Helmintozlarda
epizootik vəziyyətin aydınlaşdırılması, onun dəyişilməsinə sistematik müşahidə edilməsi
helmintlərin növünün təyin edilməsindən başlayır. Təsərrüfat şəraitində heyvanların daha çox bir
neçə növ helmintlə yoluxmasına təsadüf edilir. Xəstələnmənin səbəbi definitiv sahib orqanizmində
bunlardan hansısa bir növünün inkişafı üçün daha çox əlverişli şəraitin olmasıdır. Buna görə də
müxtəlif təsərrüfat, sosial şərait və heyvandarlığa tətbiq edilən texnologiya hesabı ilə müəyyən
iqlim geoqrafik zonada yerləşən heyvanların helmintofaunasının aydınlaşdırılması epizootik
müayinənin aparılmasnda vacib göstəricilərdəndir.
Helmintlərin yayılması sahibin yaşından, qidalanmasından, həyat tərzindən, onun
miqrasiyasından və onların bir-biriləri ilə əlaqəsindən, görüşmə tərzindən, geoqrafik amillərdən
asılıdır. Bütün bu amillərə görə zonalar arasında helmintofauna mübadiləsi mümkündür. Bu isə
sahib orqanizmlərin yaşayış yerlərini dəyişməsi - miqrasiya ilə əlaqədardır. Sahibin uzaq
miqrasiyası onun orqanizmində lokalizasiya edən helmintin ətraf mühit şəraitinə uyğunlaşma
bilməməsi ilə nəticələnə bilir. Eyni zamanda miqrasiya sahibin fiziologiyasınа təsir edir ки, bu da
daxili mühitin helmintə təsir edə biləcək həddə dəyişilməsinə səbəb olur [2].
Müəyyən zonada və ərazilərdə heyvanların helmintofaunası haqda bilik olmadan epizootik
prosesin baş vermə proqnoz və inkişafını bilmək mümkün deyil. Buna görə də bu və ya digər
sahibdə hansı helmintlərin parazitlik etməsi və heyvanların hansı dərəcədə yoluxmasının hesaba
alınması zəruridir, eyni zamanda kəsilmiş, yaxud ölmüş heyvanların orqan və toxumalarından
götürülən helmintlərin laboratoriyada növ hesabı aparılmalıdır [4].
Heyvanlarının helmintofaunası antropogen amillərin təsirindən də nəzərə çarpacaq dərəcədə
dəyişilir. Arılarda girdə qurdlar sinfinə aid helmintlər – nematodlar parazitlik edir. Onların sürfələri
arıların bağırsaqlarının divarından keçir və qarın boşluqları arası toxumalarda inkişaf edir. Bəzən
ana arıda yumurtalıqların degenerasiyaya uğraması hesabına yumurta istehsalı kəsilir. Onları
yardıqda nematodları arxa bağırsaqla vagina arasında tapmaq olur.
Parazitlər
arıların yem bazasını pozur, balın, vərəmumun, tozcuğun keyfiyyətini və istehsalını
azaldır, yeşiklərin ağac hissəsini zədələyir. Parazitlər müvəqqəti və daimi olurlar. Onlar, öz
növbəsində arı orqanizminə təsadüf düşüb, ondan kənarda yaşaya bilənlərə və arı orqanizminə və
arı ailəsinə uyğunlaşıb artıq onlarsız yaşaya bilməyənlərə bölünürlər. Orqanizmin hansı hissəsini
zədələməsindən asılı olaraq onları daxili və xarici parazitlərə bölürlər. Buna görə də parazitlərin
harda yaşamasından asılı olaraq – orqanizmdə, yaxud arı pətəklərində onları arı və arı ailəsi
parazitlərinə ayırırlar.
Gənələr yaşlı arıların parazitləridir, təhlükəli akarapidoz xəstəliyini törədir, adi gözlə
görünməyən arxalı gənələri arılar üçün daha çox təhlükəlidir.
Arıların həşərat – parazitləri ikiqanadlıların (milçəklər), sərtqanadlılar, pulcuqqanadlılar və
zarqanadlılar nümayəndələridir. Bu həşəratlar arıların çoxlu xəstəliklərinin keçiriciləridir.
Həşəratlar (milçəklər) arılarda və vəhşi həşəratlarda sürfə mərhələsində parazitlik edirlər və miaza
xəstəliyini törədirlər. Arılarda hətta inkişafları arı ailəsində keçən milçəklər də parazitlik edir. Yaşlı
milçəklər işçi, yaxud ana arılarda, sürfələr isə şanlarda inkişaf edirlər.
Sərtqanadlılardan may böcəklərinin sürfələri arılarda parazitlik edir. Pulcuqqanadlılardan – mum
kəpənəkləri mumla qidalanaraq, yeşiklərdə mumu dağıdır. Bəzi növ gənələr ehtiyat tozcuğu
dağıdır, çox tez çoxalırlar və heç bir zərər vurmadan arının bədənində yerləşə bilirlər. Arı
- 4 -
yeşiklərində yaşayan qarınlı, arxalı gənələr insanlara hücum edib qaşınma, istilik və qovuqvari
törəmə ilə əhatə olunan kiçik qırmızımtıl düyünlə xarakterizə olunan xəstəlik əmələ gətirirlər [5].
Nematodların yumurta və sürfələri bal verən bitkilərdə də ola bilir. Bal arıları helmintin
yumurta və sürfələrini su ilə udmaqla da yoluxurlar. Arıların yoluxmasının qarşısını almaq üçün
həmişə pətəkdə suyu
dəyişmək, yeşikdə təmizliyi saxlamaq lazımdır [3].
Arıçı hər bir ailənin zəifləmə, inkişafdan qalma, dölün, ananın, işçi arıların, yaxud bütün ailənin
ölmə səbəbini araşdırmalıdır. Xəstəliyin diaqnozunu təyin etdikdə o yaxınlıqdakı laboratoriyaya
material göndərməli, qeyri-sağlam pətəkləri müəyyənləşdirməli və xəstəliyi aradan qaldırmaq üçün
tədbirlər görməlidir. Arı xəstəliklərinə qarşı profilaktik tədbirlər pətəkdə sistematik və planlı
aparılmalıdır. Ilkin yaz uçuşunda arıçı arıların davranışına diqqətlə nəzarət etməlidir. Bu zaman
ocaq xarakterdə olan nəzarətdəki təhlükəli xəstəliklərdən biri – akarapidoz müəyyən edilir. Arıçı 2-
3, daha çox zərər çəkmiş ailədən 50 diri və ölü arı götürüb onları ayrılıqda paketləməli və yaxındakı
laboratoriyaya göndərməlidir. Əgər hər bir arıçı belə qaydaya əməl etsə, yalnız akarapidozun yox,
təhlükəli xəstəliklərdən paratifin, nozematozun, septisemiyanın və b. təxmini ocaqlarını təyin etmək
olar. İyunda pətəklərin ikinci müayinəsi aparılır. Bu yoxlama amerika və avropa çürümələrini,
mikozları təyin etməyə imkan verir. Arı parazitləri və zərərvericiləri ilə mübarizəyə yeşiklərin,
pətək ləvazimatlarının, invertarların onlarla qəbul edilən formada profilaktik dezinfeksiyası da daxil
edilir [1, s. 9-19].
ƏDƏBİYYAT
1. Məhərrəmov S.H., Əsədov E.S., Hüseynov H.T., Tahirov Ə.S., Rüstəmli Y.M. Bal arısının
xəstəlikləri və zərərvericiləri. Naxçıvan, “Əcəmi”, 2014, 240 s.
2. Məhərrəmov S.H. Helmintofaunanın sahib orqanizmin miqrasiyasından asılılığı// Regionda
arıçılığın inkişaf perspektivləri. Beyn. elmi-prakt. Konfr. Mater. Naxçıvan, Qeyrət, 2014, s. 4-8
3.Гельминты–Медовый Все о меде и пчеловодстве pda.medoviy.ru/?razdel=glav&type=slo-
var&idn=1049
4.Зооинженерный факультете МСХА Источник:http://www.activestudy.info/ gelmintofauna-
zhivotnyx/@
5. Паразиты пчел. na-uroke.in.ua/567-3.html