№2 Sosial-siyasi elmlər seriyası 2010



Yüklə 90,87 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü90,87 Kb.
#10566


 90

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                              Sosial-siyasi elmlər seriyası                             2010 

 

 

 

 

İQTİSADİYYAT 

 

 

MÜASİR DÖVRDƏ BEYNƏLXALQ İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ 

İNTEQRASİYA PROBLEMLƏRİ 

 

A.M.MƏHƏRRƏMOV 



Bakı Dövlət Universiteti 

amagerramov@gmail.com 

 

Bu məqalə olduqca aktual problemə  həsr olunub. Məqalənin müəllifi iqtisadi 

inteqrasiya və əməkdaşlıq probleminə  diqqət yetirib və hər tərəfli təhlil edib. Məqalədə elmi 

ədəbiyyat və internet mənbəyi istifadə olunub. Əsas diqqət BTT-nın fəaliyyətinə ayrılıb. 

Həmçinin iqtisadi inteqrasiya və  əməkdaşlıq kontekstində qloballaşma məsələlərinə 

toxunulub. O cümlədə, yekunda problemin hüquqi aspektləri öyrənilib. 

 

Ümumiyyətlə, bəşəriyyətin mövcudluğunun və inkişafının  əsas element-



lərindən biri dövlətlərin iqtisadi əməkdaşlığıdır. Bu əməkdaşlığın  əsasında bir çox 

elementlər dayanır. Dövlətlərin iqtisadi və sosial maraqları, ticarət münasibətlərinin 

genişlənməsi, dövlətlərin iqtisadiyyatlarının inkişaf etməsi nəticəsində bir-birlərindən 

asılılıqlarının, yəni qarşılıqlığın güclənməsi və s. Lakin müvafiq münasibətlərin 

hüquqi  əsası, bu münasibətlərin  əsaslandığı  rəhbər müddəaların mövcudluğu zəruri 

amildir. Dövlətlərarası iqtisadi əməkdaşlığın əsasını beynəlxalq hüququn əsas rəhbər 

başlanğıclarından biri olan əməkdaşlıq prinsipi təşkil edir. Ona görə də, ilk növbədə 

əməkdaşlıq prinsipinin hüquqi məzmununu təhlil etmək zəruridir.  

Dövlətlərin iqtisadi əməkdaşlığının  əsasları BMT Nizamnaməsində  təsbit 

edilmişdir. Nizamnamənin 1-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq, BMT-nin 

əsas məqsədlərindən biri, beynəlxalq  əməkdaşlığın həyata keçirilməsi və iqtisadi, 

sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsidir [3, 

197]. Bütövlükdə əməkdaşlıq prinsipi beynəlxalq hüququn bütün digər prinsiplərinin 

praktiki realizəsi forması kimi 1970-ci il tarixli Beynəlxalq hüququn prinsipləri 

haqqında Bəyannamədə, 1975-ci il tarixli ATƏM-in Helsinki Yekun Aktında təsbit 

edilmişdir. Bu sənədlərdə dövlətlərin BMT Nizamnaməsinə müvafiq surətdə bir-biri 

ilə müxtəlif sferalarda əməkdaşlığı  nəzərdə tutulur. Məsələn, 1970-ci il tarixli 

Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə beynəlxalq iqtisadi sabitlik və 

inkişaf, xalqların ümumi rifahına yardım məqsədilə bir-birləri ilə əməkdaşlıq öhdəliyi 

prinsipini beynəlxalq hüququn əsas prinsiplərindən biri elan etmişdir. Dövlətlər bütün 

dünyada iqtisadi inkişafa yardım işində əməkdaşlıq etməlidirlər [7, 9]. 

Dövlətlərin iqtisadi sferada əməkdaşlıq öhdəliyi 12 dekabr 1974-cü il tarixli 

Dövlətlərin iqtisadi hüquq və  vəzifələri haqqında Xartiyada da bəyan edilmişdir. 



 91

Xartiyanın 8-9-cu maddələrinə  əsasən dövlətlərin bu öhdəliyi daha səmərəli və 

ədalətli beynəlxalq iqtisadi münasibətlərə yardım göstərilməsi və bütün dünya 

dövlətlərinin iqtisadi və sosial inkişafına nail olması ilə  şərtlənir. Hər bir dövlət öz 

xalqının iqtisadi, sosial və mədəni inkişafında əsas məsuliyyət daşıyır. Bu məqsədlə 

hər bir dövlətin öz ehtiyatlarından istifadə, proqressiv iqtisadi və sosial islahatların 

həyata keçirilməsi, inkişaf vasitələri və məqsədlərini seçmək hüququ var. Xartiyanın 

7-ci maddəsində qeyd edilir ki, ehtiyatlardan istifadəyə mane olan vasitələrin aradan 

qaldırılmasında bütün dövlətlər fərdi və birgə şəkildə əməkdaşlıq etməlidir [7, 9-10]. 

Regional təşkilatlar, xüsusilə də ATƏT çərçivəsində iqtisadi dəyişikliklərə və 

müvafiq sferada əməkdaşlığa mübahisələrin qarşısının alınmasında və ilkin xəbər-

darlıq edilməsi yolunda mühüm bir vasitə kimi diqqət ayrılır. Yuxarıda qeyd etdi-

yimiz beynəlxalq-hüquqi aktların təhlili dövlətlərin əməkdaşlığı prinsinin mahiyyətini 

aşağıdakı elementlərdən ibarət olması haqqında fikir yürütməyə imkan verir. Bütöv-

lükdə əməkdaşlıq prinsipi dövlətlərin aşağıdakı hüquq və vəzifələrini müəyyən edir: 

 



Beynəlxalq iqtisadi münasibətlərdə  tərəfdaş seçimində  və iqtisadi əməkdaşlığın 

forma və metodlarının seçimində sərbəstlik. 

 

Beynəlxalq iqtisadi, maliyyə və valyuta problemlərinin tənzimlənməsi üçün qərar 



qəbulu prosesində iştirak hüququ. 

 



Beynəlxalq əmək bölgüsü və beynəlxalq ticarətdən mənfəət əldə etmək hüququ. 

 



İnkişaf etməkdə olan dövlətlərin (İEOÖ) iqtisadi yardım almaq hüququ. 

 



Üçüncü dövlətlərə, xüsusilə də İEOÖ-ə münasibətdə onların qanuni maraqlarının 

nəzərə alınması üzrə dövlətlərin öhdəliyi. 

 

Xarici iqtisadi əlaqələrdə suveren hüquqlar və qanuni maraqları zəiflədən iqtisadi 



və digər vasitələrdən istifadə etməmək öhdəliyi. 

 



Daha rasional və  ədalətli beynəlxalq iqtisadi münasibətlərin inkişafına yardım 

göstərilməsi öhdəliyi.[7, s. 10] 

Beynəlxalq iqtisadi əməkdaşlıq beynəlxalq  əməkdaşlığın  əsas istiqamət-

lərindən birini təşkil edir. Bununla belə, beynəlxalq iqtisadi hüquq anlayışında  əks 

olunan beynəlxalq iqtisadi əməkdaşlıq anlayışının müəyyən edilməsi hələ  də 

mübahisəli olaraq qalmaqdadır. Bir tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlıq – 

dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq iqtisadi münasibətlərin sabitliyinin 

möhkəmləndirilməsinə, milli maraqların təmin edilməsinə və qarşılıqlı faydalı hüquqi 

mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş razılaşdırılmış  fəaliyyət sistemidir. 

Dövlətlərin, beynəlxalq təşkilatların və beynəlxalq hüququn digər subyektlərinin öz 

aralarındakı beynəlxalq iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi hüququn tənzimetmə 

predmetinə daxildir. Digər tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlıq – müstəqillik, 

dövlətlərin milli suverenliyi və  iştirakçıların qarşılıqlı iqtisadi fayda prinsiplərinə 

əsaslanmış, dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin ayrıca subyektlərin iştirakı 

ilə dinamik, dərinləşdirici, siyasi və təsərrüfat əlaqələrinin kompleksidir  [4, 98]. 

Beynəlxalq iqtisadi əməkdaşlığa verilən bu anlayışdan belə bir nəticəyə 

gəlmək olar ki, onun subyekt tərkibi yalnız beynəlxalq ümumi hüququn subyektləri 

ilə  məhdudlaşmır. Dövlətlərlə yanaşı, beynəlxalq  əməkdaşlığın iştirakçıları dövlətin 

inzibati-ərazi qurumları, hüquqi və fiziki şəxslər ola bilər. Digər sözlərlə desək, 

beynəlxalq iqtisadi əməkdaşlıq anlayışına dövlətin təsərrüfat subyektlərinin xarici 

iqtisadi fəaliyyəti də daxildir [7, 11]. 

Beləliklə, beynəlxalq iqtisadi əməkdaşlıq sabit qarşılıqlı iqtisadi inkişafın 




 92

təmin edilməsinə  və iqtisadi fayda əldə edilməsinə yönəlmiş beynəlxalq sistemin 

bütün subyektləri arasında beynəlxalq qarşılıqlı iqtisadi münasibətlərin qlobal çoxsə-

viyyəli sistemidir. Beynəlxalq iqtisadi əməkdaşlıq hakimiyyət xarakterli ümumi-

hüquqi fəaliyyəti özündə əks etdirir. Bununla yanaşı, beynəlxalq iqtisadi əməkdaşlıq 

sistemi 4 səviyyədə əlaqə və münasibətləri təsbit edir. Birinci səviyyəli münasibətlərə 

beynəlxalq ümumi hüququn sahəsi kimi beynəlxalq iqtisadi hüququn tənzimetmə 

predmetinə daxil olan beynəlxalq dövlətlərarası münasibətlər daxildir. Dövlətlər və 

beynəlxalq təşkilatlar beynəlxalq iqtisadi münasibətlərin hüquqi əsasını, rejimini 

müəyyən etməklə, xarici iqtisadi fəaliyyətin vahid hüquqi tənzimləmə mexanizmini 

formalaşdırır. İkinci səviyyəli münasibətlərə xarici tərəfdaşlarla (federasiya subyekt-

ləri, inzibati-ərazi qurumları, fiziki və hüquqi şəxslər) yaradılan münasibətlər daxildir. 

Üçüncü səviyyəli münasibətlərə federativ dövlətlərin xarici iqtisadi əlaqələri daxildir. 

Bu  əlaqələrin  əsas məqsədi federativ dövlətlərin ayrıca subyektlərinin iqtisadi inki-

şafını stimullaşdırmaqdır. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri arasındakı mü-

nasibətlər dördüncü səviyyəli münasibətlərə daxildir. Bu tip münasibətlər xarici iqti-

sadi  əqdlərin bağlanması yolu ilə sistematik olaraq gəlir  əldə edilməsinə istiqamət-

lənmişdir. Məhz belə münasibətlər xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində 

həlledici rola malikdir. Birinci, ikinci və üçüncü səviyyəli münasibətlər ümumi-hü-

quqi, dördüncü səviyyəli münasibətlər isə xüsusi-hüquqi xarakter daşıyır [10, 14-57]. 

Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq iqtisadi əməkdaşlıq, ilk növbədə 

sabitliyin möhkəmləndirilməsinə  və beynəlxalq iqtisadi münasibətlərin hüquqi 

tənziminin təmin edilməsinə yönəlmişdir. Müasir beynəlxalq iqtisadi münasibətlər – 

ayrı-ayrı dövlətlərin milli iqtisadiyyatları arasında təsərrüfat  əlaqələri sistemidir. 

Beynəlxalq  əmək bölgüsünə  əsaslanan beynəlxalq iqtisadi münasibətlər  əmtəə  və 

xidmətlərlə ticarətdə öz praktiki həllini tapır. Beynəlxalq iqtisadi münasibətlərin 

qurulması  və inkişafı dövlətlərin iqtisadiyyatlarının qarşılıqlı asılılığı  və  əlaqəsinin 

güclənməsi ilə müəyyən olunur. Bütövlükdə, beynəlxalq iqtisadi münasibətlər dünya 

təsərrüfatı fəaliyyətinin aşağıdakı sferalarını əhatə edir: 

 



Beynəlxalq ticarət. 

 



dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətləri. 

 



Beynəlxalq investisiya münasibətləri. 

 



Maliyyə və əmək resurslarının hərəkəti. 

 



Beynəlxalq iqtisadi təşkilatların fəaliyyəti. 

 



Beynəlxalq iqtisadi yardım münasibətləri.  

Beynəlxalq iqtisadi münasibətlərin  əsas formalarından biri olan beynəlxalq 

ticarət ölkələrarası  əmtəə  və xidmət axınını özündə  əks etdirir. Bu zaman alqı-satqı 

üzrə  əməliyyatların həyata keçirildiyi beynəlxalq  əmtəə  və xidmət bazarları 

formalaşır.  Əmək resursları ilə  təminatda ölkələrarası  fərqlər və  əhalinin məşğulluq 

şəraiti dövlətlərarası işçi qüvvəsi axınlarının yaranmasına və inkişafına gətirib çıxarır. 

Nəticədə beynəlxalq əmək bazarı formalaşır. 

Beynəlxalq iqtisadi münasibətlər dünya təsərrüfatının ayrılmaz tərkib hissə-

sidir. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər öz növbəsində bu münasibətlərin 

xarakter və dinamikasına da təsir göstərir. Beynəlxalq iqtisadi münasibətlər daha 

yaradıcı xarakter almaqla müasir çoxqütblü dünyanın yoxsulluq, iqlim dəyişkənliyi, 

enerji ehtiyatları ilə təminat kimi qlobal problemlərin həllinə yönəlmişdir. 

İstehsalın inkişaf qanunauyğunluğu və beynəlxalq əmək bölgüsü bütün dünya 



 93

dövlətlərinin obyektiv şəkildə beynəlxalq iqtisadi münasibətlərin əhatə dairəsinə daxil 

olmasına səbəb olmuşdur. Müasir istehsalın beynəlxalq xarakteri qlobal iqtisadiyyat 

təzahürünə  gətirib çıxarır.  İkitərəfli münasibətlər artıq öz yerini çoxtərəfli münasi-

bətlərə vermişdir. Əgər əvvəllər dünya dövlətlərinin təsnifatında siyasi meyarlar əsas 

götürülürdüsə, müasir bazar iqtisadiyyatı  şəraitində dövlətlərin iqtisadi şəraiti  əsas 

meyardır. Müasir qloballaşma və inteqrasiya şəraitində beynəlxalq iqtisadi münasibət-

lərin və dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafına aşağıdakı amillər təsir göstərir: 

 

Elmi-texniki inkişafın intensivliyi, rabitə, nəqliyyat və silahlanma sferalarında 



yeni texnologiyaların genişlənməsi. 

 



Sənayenin inkişafı və ekoloji bazanın istismarı ilə ətraf mühitə ciddi təsir. 

 



Əhalinin artımı və daimi yerdəyişməsi. 

 



Dövlətlərarası iqtisadi artımın fərqliliyi, daha dəqiq desək kasıb və varlı dövlətlər 

arasında fərqin azalmaması. 

 

Dövlətlərarası iqtisadi asılılığın inkişafı. Bu amil hüquq normalarının, həyat 



tərzinin və davranış qaydalarının unifikasiyasına gətirib çıxarır. 

 



Federasiya subyektlərinin beynəlxalq iqtisadiyyatda rolunun genişlənməsi və daha 

fəal iştirakı [7, 15-17]. 

Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilə paralel olaraq, əmtəə, xidmət, 

maliyyə  və  əmək resurslarının sərbəst hərəkət edə biləcəyi vahid iqtisadi məkanın 

yaradılması  məqsədilə suveren dövlətlərin birliyini özündə təcəssüm etdirən iqtisadi 

inteqrasiya prosesi də geniş vüsət almışdır. Hüquqi tənzimetmə metodu qismində iq-

tisadi  əməkdaşlıq üçün əlaqələndirmə metodu daha xarakterikdirsə, iqtisadi inteq-

rasiya üçün subordinasiya (milli tənzimetmə) metodu daha uyğundur [9, 53-56]. 

Fikrimizcə, beynəlxalq iqtisadi inteqrasiyanın məzmununa nəzər salmaq 

məqsədəmüvafiq olardı. Müasir dünya təsərrüfatı milli iqtisadiyyatların məcmusu və 

qarşılıqlı  əlaqəsi ilə yanaşı, həmçinin bir neçə dövlətin milli təsərrüfatlarını özündə 

birləşdirən inteqrasiya kompleksidir. Hazırda dünyada dünya ticarətinin 60%-dən 

çoxunu tənzimləyən 85 regional ticari-iqtisadi saziş  və razılaşma fəaliyyətdədir. 

İnteqrasiya birliklərinin  əsas formaları - azad ticarət zonası, ümumi bazar, gömrük 

ittifaqı və iqtisadi ittifaqdır [6, 20]. 

Azad ticarət zonası - qarşılıqlı ticarətdə rüsum və digər məhdudlaşdırıcı 

tədbirlərin ləğv olunduğu iki və daha çox dövlətlər qrupunu özündə  əks etdirir. 

Zonadan kənar dövlətlərə münasibətdə isə saziş iştirakçısı olan hər bir dövlət ayrıca 

ticarət siyasəti həyata keçirir. Gömrük ittifaqı - azad ticarət zonasında olduğu kimi 

burada da qarşılıqlı ticarətdə vergi, rüsum və digər məhdudlaşdırıcı tədbirlər aradan 

qaldırılır. Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqında iştirakçı-dövlətlər 

üçüncü dövlətlərə münasibətdə vahid gömrük siyasəti həyata keçirirlər. Ümumi bazar 

– gömrük ittifaqı dövlətlərarası qarşılıqlı ticarət, işçi qüvvəsi və kapitalın hərəkətində 

maneələrin aradan qaldırılması ilə tamamlandıqda formalaşır.  İqtisadi ittifaq – yu-

xarıda qeyd etdiyimiz inteqrasiya birliklərinə  əlavə olaraq iştirakçı-dövlətlər 

tərəfindən vahid iqtisadi siyasətin həyata keçirilməsini, sosial-iqtisadi proseslərin 

tənzimlənməsinin dövlətlərarası sisteminin yaradılmasını nəzərdə tutur. 

Ən mühüm və intensiv iqtisadi inteqrasiya prosesləri 1957-ci ildə Avropa 

İqtisadi Birliyi, Avropa kömür və polad Birliyi və Atom enerjisi üzrə Avropa 

Birliyinin yaradılmasını  nəzərdə tutan Roma Müqavilələrinin imzalanması ilə  Qərbi 

Avropada baş vermişdir. 1 noyabr 1993-cü ildə Maastrixt Müqaviləsinin qüvvəyə 



 94

minməsindən sonra Avropa Birliyi rəsmi olaraq Avropa İttifaqı adlanmağa başladı. 

Avropa  İttifaqı dünyanın  əksər dövlətləri ilə xüsusi ticari-iqtisadi sazişlər 

bağlamışdır. Məsələn, Lome Konvensiyalarına (bu konvensiyalardan birincisi 1975-ci 

ildə imzalanmışdır) müvafiq olaraq, Afrika, Karib Hövzəsi və Sakit Okean zonasının 

70-dən çox dövlətindən gətirilən  əmtəə  və xidmətlər Avropa İttifaqı bazarlarında 

rüsumsuz rejim əldə etmişdir. Analoji sazişlər Aralıq dənizi sahilinin 12 dövləti ilə də 

mövcuddur. Bununla yanaşı, Türkiyə  və Kiprlə gömrük ittifaqı da var. 1991-95-ci 

illərdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə 9 belə saziş imzalanmışdır [6,  20-25]. 

Roma Müqaviləsində Avropa Birliyi çərçivəsində  əmtəə, xidmət, kapital və 

işçi qüvvəsinin azad hərəkətini nəzərdə tutan ümumi bazarın yaradılması haqqında 

müddəa da təsbit edilmişdi. Hazırda Avropa İttifaqı çərçivəsində regional siyasət və 

elmi-texniki sferada əməkdaşlıq məsələləri geniş yayılmışdır. Regional siyasət  İtti-

faqın zəif inkişaf etmiş regionlarına (İttifaq üçün orta göstərici olan Ümum Daxili 

Məhsulun adambaşına 75%-dən az olan regionlar) yardım göstərilməsini nəzərdə 

tutur. Bu ərazilərə Yunanıstan, Portuqaliya, İrlandiya, Şimali Şotlandiya və s. Region-

lar daxildir.  

80-ci illərin sonlarından başlayaraq, Avropada elmi-texniki yeniliklər və 

müvafiq sferada əməkdaşlıq geniş vüsət aldı. Bu vaxt Avropa İqtisadi Birliyinin 

yaradılması haqqında Roma Müqaviləsinə elmi-texniki sahədə  əməkdaşlıq haqqında 

xüsusi fəsil daxil edildi. Müvafiq sferada əməkdaşlığın əsasını informasiya texnologi-

yaları, rabitə sahəsində texnoloji vasitələr, biotexnologiya, energetika sahəsində 

İttifaqın rəqabət qabiliyyətinin gücləndirilməsi təşkil edir. 

Avropa iqtisadi inteqrasiyasının  ən mühüm nailiyyətlərindən biri də vahid 

valyutanın (AVRO) yaradılması oldu. 1979-cu ilin mart ayından valyuta məzənnə-

lərinin sabitliyinin saxlanılması  və inteqrasiya proseslərinin stimullaşdırılması  məq-

sədilə Avropa Valyuta Sistemi yaradılmışdı. Sistem çərçivəsində Birliyin üzv-döv-

lətlərinin valyuta səbəti əsasında Avropa valyuta-hesablaşma vahidi (EKYU) forma-

laşdırılmışdı. AVRO hesablaşma valyutası kimi dünya maliyyə bazarlarına 1999-cu 

ildə  təqdim olunmuşdur. 1 yanvar 2002-ci ildən isə dövriyyəyə buraxılmışdır. Avro 

1979-1998-ci illərdə Avropa Valyuta Sistemində istifadə olunan EKYU-nu əvəz etdi. 

Hazırda AVRO Avrozonanın 16 dövlətində rəsmi valyutadır. 

Avropa  İttifaqı  Qərbi Avropada yeganə inteqrasiya birliyi deyil. 1959-60-cı 

illərdə Böyük Britaniya və Skandinaviya dövlətlərinin təşəbbüsü ilə Avropa Azad 

Ticarət Assosiasiyası təsis edilmişdi. Əvvəllər üzv-dövlətlər bu quruma Avropa İqti-

sadi Birliyinə daxil olma üzrə aparılan danışıqlarda mövqelərinin möhkəmləndi-

rilməsi vasitəsi kimi baxırdılar. Doğurdan da, 1972-ci ildə Böyük Britaniya və Dani-

marka, 1985-ci ildə Portuqaliya, 1995-ci ildə Avstriya, İsveç və Finlandiya Təşkilatı 

tərk etmişdir. Hazırda Təşkilatın üzvləri Norveç, İsveçrə,  İslandiya və assosiasi-

yalaşmış üzv olan Lixtenşteyndir. Avropa İttifaqından fərqli olaraq, bu Təşkilat üzv-

dövlətlərin suveren hüquqlarının saxlanılması  və qanunvericilik səlahiyyətinə malik 

millətüstü orqanların olmadığı regional iqtisadi qruplaşmadır. Assosiasiya – üzv-

dövlətlər arasında sənaye məhsullarının sərbəst rüsumsuz ticarətini təmin edən azad 

ticarət zonasıdır. Üçüncü dövlətlərlə münasibətlərdə isə  hər bir üzv-dövlət müstəqil 

xarici ticarət siyasəti həyata keçirir və öz gömrük rüsumlarını qoruyub saxlayır. 

Dünya bazarında ABŞ  və Yaponiyanın mövqelərinin və  rəqabət qabiliyyə-

tinin daha da güclənməsi Avropa İttifaqı  və Azad Ticarət Assosiasiyası arasında 

yaxınlaşma zərurətini meydana çıxardı. Nəticədə Avropa İqtisadi Məkanının yara-




 95

dılması haqqında 2 may 1992-ci il tarixli Porto Müqaviləsi imzalandı. 

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra keçmiş sosialist dövlətləri 

arasında da inteqrasiya prosesləri meydana çıxdı. 1992-ci ilin dekabr ayında Polşa, 

Çexiya, Slovakiya və Macarıstan arasında Azad ticarət haqqında Mərkəzi Avropa 

Sazişi imzalandı. Saziş sənaye məhsulları ilə ticarət üzrə azad ticarət zonasının yara-

dılmasını müəyyən edirdi. Kənd təsərrüfatı məhsullarına münasibətdə isə liberallaşma 

məhdudlaşdırıcı xarakter daşıyırdı. Bir qədər sonra bu inteqrasiya birliyinə Sloveniya, 

Rumıniya və Bolqarıstan da qoşuldu. 

Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında iki əsas inteqrasiya sazişi 

imzalanmışdır. 1996-cı ilin yanvar ayında Rusiya, Belarus və Qazaxıstan Gömrük 

ittifaqının yaradılması haqqında Saziş imzaladılar. Gömrük ittifaqı üçüncü dövlətlərə 

münasibətdə vahid ticarət rejimi və gömrük ərazisinin birliyini nəzərdə tuturdu. Hə-

min ilin aprel ayında isə Rusiya və Belarus Rusiya-Belarus Birliyinin yaradılması 

haqqında Müqavilə imzaladılar. Müqavilə  hər iki dövlətin iqtisadi və siyasi inteq-

rasiyasını müəyyən etməklə,  əmtəə, xidmət, kapital və  işçi qüvvəsinin azad hərəkət 

etdiyi vahid iqtisadi məkanın yaradılmasını nəzərdə tuturdu.[6, s. 30] 

İqtisadi inteqrasiya proseslərinin intensiv şəkildə inkişaf etdiyi əsas region-

lardan biri Şimali Amerikadır. 1989-cu ilin yanvar ayında Azad ticarət haqqında 

Amerikan-Kanada Sazişi qüvvəyə mindi. Nəticədə ildə  təqribən 200 mlrd. dollarlıq 

(ABŞ Dolları) ikitərəfli ticarəti əhatə edən azad ticarət zonası təsis edilmişdi. Növbəti 

10 il ərzində ABŞ  və Kanada arasında qalmaqda olan bütün tarif və qeyri-tarif 

məhdudiyyətləri aradan qaldırılmalı idi. Bununla belə, üçüncü dövlətlərlə ticarətdə 

hər iki tərəf öz ticarət siyasətini müəyyən edirdi. 1991-ci ilin iyun ayında Meksikanın 

təşəbbüsü ilə başlanmış üçtərəfli danışıqlar 17 dekabr 1992-ci ildə  Şimali Amerika 

Azad Ticarət Zonasının (NAFTA) yaradılması ilə nəticələnən Sazişin imzalanması ilə 

tamamlandı. Saziş dövlətlərin ratifikasiyasından sonra 1 yanvar 1994-cü ildə qüvvəyə 

mindi. Sazişin müəyyən etdiyi əsas müddəalar aşağıdakılardır: 

 

2010-cu ilə qədər qarşılıqlı ticarətdə bütün gömrük rüsumlarının aradan qaldırıl-



ması. 

 



əmtəə  və xidmətlərlə qarşılıqlı ticarətdə çoxsaylı qeyri-tarif maneələrinin mər-

hələli şəkildə qaydaya salınması. 

 

Meksikaya Amerikan-Kanada kapital qoyuluşu rejiminin yüngülləşdirilməsi. 



 

Amerikan-Kanada banklarının Meksika bazarlarında fəaliyyət  şərtlərinin libe-



rallaşdırılması. 

 



Amerikan-Kanada-Meksikan Arbitraj Komissiyasının yaradılması. 

Əldə edilmiş razılaşmaların realizəsi  əhalisi 378 mln., ümumdaxili məhsulu 

10 trln. Dollar olan dünyanın ən nəhəng ticarət blokunun yaradılmasına gətirib çıxara-

caq. NAFTA ABŞ-ın iqtisadi gücünü, Kanadanın təbii ehtiyatlarını  və Meksikanın 

ucuz işçi qüvvəsini özündə birləşdirir. Hazırda NAFTA və Avropa İttifaqını birləş-

dirən Atlantik Azad Ticarət Zonasının yaradılması ideyası  ətrafında qızğın müza-

kirələr aparılır [15, 18]. 

Asiya-Sakit okean regionunda isə əsas iqtisadi inteqrasiya birliyi Asiya-Sakit 

okean  İqtisadi  Əməkdaşlığıdır. NAFTA və Avropa İttifaqından fərqli olaraq, bu 

Birlik daha amorf (qarışıq formalı) və çoxtəbəqəli təsisatdır. Birliyin əsas fəaliyyəti 

özəl sektorun inkişaf etdirilməsinə yönəlmişdir [5, 154].  

Hazırda dünyada İEOÖ arasında müxtəlif səviyyəli inteqrasiya qruplaşmaları 




 96

da mövcuddur. Məsələn, And Qrupu (Boliviya, Venesuela, Kolumbiya, Peru, Ekva-

dor), Cənub Konusunun Ümumi Bazarı (Braziliya, Argentina, Paraqvay, Uruqvay), 

ASEAN (İndoneziya, Malayziya, Tayland, Vyetnam, Laos, Kamboca, Myanma), 

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi və s. 

Hazırda dünya iqtisadiyyatında  əsas proses qloballaşma ilə bağlıdır. Bü-

tövlükdə dünya iqtisadiyyatının qloballaşmasına istiqamətlənmiş meyar və amilləri 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

 

İqtisadi amil – kapitalın təmərküzləşməsi, öz fəaliyyətində milli sərhədləri aşan və 



dünya iqtisadi məkanını  mənimsəyən iri korporasiyaların, firma və maliyyə 

qruplaşmalarının artması. 

 

Siyasi amil – dövlət sərhədləri get-gedə öz əhəmiyyətini itirir və bütün növ 



ehtiyatların azad hərəkətinə şərait yaradır. 

 



Beynəlxalq amil – qloballaşmanın dinamikası mühüm beynəlxalq hadisələrin ta-

rixləri ilə  əlaqələnir. Bu məsələdə xüsusilə, 3 hadisəni – Avropa Birliklərinin 

1985-ci ildə Lüksemburqda keçirilmiş  və Kapital, əmtəə, xidmət və  işçi qüv-

vəsinin azad hərəkətini müəyyən edən Avropa Aktının qəbul edilməsi, 1986-ci il 

tarixli Uruqvay Raundu və 1990-cı ildə Almaniyanın birləşməsi, Qarşılıqlı 

İqtisadi Yardım Şurası və Varşava Müqaviləsi Təşkilatının süqutunu qeyd edirlər. 

Belə ki, «soyuq müharibə»nin başa çatması, Qərblə Şərq arasında ideoloji müha-

ribənin sona çatması iqtisadiyyatın qloballaşmasında mühüm addım olmuşdur. 

 

Texniki amil – rabitə  və  nəqliyyat vasitələri  əmtəə, maliyyə ehtiyatları  və xid-



mətlərin tez bir zamanda yayılması, mübadiləsi üçün imkanlar yaradır. 

 



İctimai amil – adət-ənənələrin, ictimai münasibətlərin zəifləməsi, ruhi və emosio-

nal anlamda insanların coğrafi hərəkətliliyinə (mobilliyinə) səbəb olur [2, 20-32].  

Əmtəə və kapital bazarlarının liberallaşması iqtisadi fəaliyyətin beynəlmiləl-

ləşməsini gücləndirmişdir. Qloballaşmanın  əsasını mübadilənin deyil, istehsalın 

beynəlmiləlləşməsi təşkil etməyə başlamışdır. Bu prosesin təşkilati forması Transmilli 

Korporasiyalardır. Dünya iqtisadiyyatında ticarət və istehsala mühüm təsir göstərən 

maliyyə bazarlarının inkişafı müasir qloballaşma prosesi üçün xarakterikdir. 

Hazırda beynəlxalq ticarətin dinamik şəkildə inkişafı müvafiq münasibətlərin 

tənzimlənməsində yeni və daha qənaətbəxş vasitələrdən istifadə  zərurətini meydana 

çıxarır. Beynəlxalq ticarət daha çox çoxtərəfli  əsasda tənzimlənir. Müasir şəraitdə 

dünya ticarətinin çoxtərəfli  əsasda tənzimlənməsinin  əsas istiqamətləri aşağıdakılar-

dır: 


 

Maraqlı dövlətlər tərəfindən ticari-iqtisadi münasibətlərin  əsas prinsip və nor-



maların daxil olduğu müqaviləvi-hüquqi əsasının yaradılması. 

 



Dünya təsərrüfatı  əlaqələrinə  təsir göstərən ticari-siyasi vasitələr kompleksinin 

milli səviyyədə  tətbiqinə münasibətdə razılaşmaların  əldə olunması, ticarət 

siyasətinin ayrıca istifadəsi imkanları və çərçivələrinin müəyyən olunması. 

 



dövlətlərarası ticari-iqtisadi mübahisələrin həllində beynəlxalq institutların ya-

radılması. 

 

Ticari-iqtisadi əlaqələrin təşkili üzrə təcrübə və informasiya mübadiləsi [9, 59]. 



XXI əsrin başlanğıcı müasir dünya iqtisadiyyatında, ilk növbədə onun inkişaf 

edən qloballaşması ilə bağlı yeni tendensiyaları özündə əks etdirir. Dünya iqtisadiy-

yatının qloballaşması prosesi beynəlxalq ticari-iqtisadi münasibətləri tənzimləyən 

beynəlxalq təşkilatlar sisteminə keyfiyyət baxımından yeni tələblər təqdim edir. 




 97

Dünya iqtisadiyyatının qloballaşmasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) əhə-

miyyətli rola malikdir. 2001-ci ilin noyabr ayında ÜTT-nin Doha şəhərində keçirilmiş 

Konfransında Çin və Tayvanın Təşkilata üzv qəbul edilməsindən sonra ÜTT üzv-

dövlətlərinin dünya ticarətindəki payı 95%-ə çatmışdır [11, 5]. 

Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq tica-

rətdə hökmranlıq edən proteksionizm siyasətinin zəifləməsi baş vermişdir. Nəticədə 

1948-2000-ci illər arasında dünya ticarəti dinamik şəkildə inkişaf etmiş,  əmtəələrin 

ixracı 346 mlrd. Dollardan 6,3 trln. Dollara (yəni, 18 dəfədən çox) qalxmışdır [11, 5]. 

Hazırda beynəlxalq ticarətin liberallaşdırılması  əleyhinə olan ideyalar da 

formalaşmışdır. Bu ideyanı dəstəkləyən, alim və mütəxəssislər hesab edirlər ki, bey-

nəlxalq ticarətin liberallaşdırılması İEOÖ-də kasıb təbəqədən olan əhalinin vəziyyə-

tini daha da pisləşdirir, yoxsulluğu artırır. Nəticədə isə çoxlu varlılar və çoxlu ka-

sıbların meydana gəlməsinə şərait yaradır. Bu ideya əsassız və izahsız deyil, belə ki, 

müasir ticari-iqtisadi münasibətlərin liberallaşdırılması bütün təsərrüfat subyektlərinin 

bərabər şəkildə rəqabətini istisna edir. 

Yuxarıda qeyd etdiyimiz fikri Çinin ÜTT-yə daxil olması üzərində izah edək. 

Çin 2001-ci ildə 15 ildən çox aparılan danışıqlardan sonra 200 qeyd-şərtlə Təşkilata 

üzv qəbul edilmişdir. Xüsusilə  də, Çin öz daxili sığorta bazarını xarici investorlar 

üçün tam şəkildə açıq elan etməli və xüsusi iqtisadi zonalarda investisiyalaşmanın 

xüsusi  şərtlərini ləğv etməlidir. Onu da qeyd edək ki, məhz bu şərtlər ölkə iqtisa-

diyyatının intensiv inkişafında həlledici amillərdən olmuşdur. Bununla yanaşı, Çin 15 

il müddətinə bazar iqtisadiyyatlı ölkə olmayacaq, bu isə o deməkdir ki, Çin antid-

empinq prosedurları tətbiq edə və ÜTT-nin Kvaziarbitraj Məhkəməsinə (Roster) mü-

raciət edə bilməz. Çinin iqtisadi sferada qanunvericiliyi üzərində ÜTT-nin 

monitorinqi aparılmalı, kənd təsərrüfatı  məhsulları üzərində idxal gömrük rüsumları 

aşağı salınmalıdır. Bütün bu amillərin Çin iqtisadiyyatına mənfi təsir göstərməməsi 

isə qeyri-mümkündür [8, 12]. 

Bütün bunlarla yanaşı, ÜTT-nin dünya iqtisadiyyatında rolu böyükdür, 

hazırda ÜTT-nin 153 üzvü və 30 müşahidəçi statuslu üzv-dövləti var [12]. Bununla 

yanaşı, 60-dan çox beynəlxalq təşkilat (BMT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq 

Yenidənqurma və İnkişaf Bankı, FAO və s.) ÜTT-də müşahidəçi statusuna malikdir, 

dünya ticarət dövriyyəsinin 95%-ni məhz bu Təşkilat tənzimləyir. 

Son zamanlar ÜTT üzvləri arasında Təşkilatın statusunun və bütövlükdə 

fəaliyyətinin dəyişdirilməsi ilə bağlı ideyalar da formalaşmışdır. Müvafiq sferada 

əsasən iki istiqamət özünü daha aydın biruzə verir. Birincisi, dövlətlərin milli maraq 

və  mənafelərinin Təşkilatın normaları üzərində üstünlüyü, ikincisi, əqli mülkiyyət 

hüququnun tənzimlənməsi məsələsinin elmin biznesə çevrilməsinə  gətirib çıxarması 

ilə bağlıdır.  İkinci ideyanın tərəfdarları hesab edirlər ki, hazırda dünyada tropik 

xəstəliklərin müalicəsinə nisbətən kosmetik vasitələrin hazırlanmasına daha çox 

vəsait sərf olunur. Lakin onu da qeyd edək ki, bu məsələlər hələ hüquqi əsası olma-

yan, lakin müzakirə obyekti olan məsələlərdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Авдокушин  Е.Ф.  Международные  экономические  отношения.  М.:  Юристь, 2001, 

366 с. 


2.

 

Бандурин В.В., Рацич Б.Г., Чатич М. Глобализация мировой экономики и Россия. 



М.: Буквица, 1999, 279 с. 


 98

3.

 



Блатова Н.Т. Международное право в документах. М.: Юридическая литература, 

1982, 853 с.  

4.

 

Бублик В.А. Публично- и частно-правовые начала в гражданско-правовом регули-



ровании внешнеэкономической деятельности. Дисс. на соиск. уч. ст. д.ю.н. Екате-

ринбург, 2000, 329 с. 

5.

 

Герчикова И.Н. Международные экономические организации: регулирование миро-



хозяйственных связей и предпринимательской деятельности. М.: АО «Консалтбан-

кир», 2000, 621 с. 

6.

 

Зверев Ю.М. Мировая экономика и международные экономические отношения: 



Учебное пособие. Калининград: Калинингр. Ун-т, 2000, 81 c. 

7.

 



Ковалев А.А. Международное экономическое право и правовое регулирование эко-

номической деятельности. М.: Научная Книга, 2007, 424 с. 

8.

 

Смитиенко Б.М. Всемирная торговая организация в мировой экономике и перспек-



тивы вступления России в ВТО. М., Финансовая академия, 2002, 385 с. 

9.

 



Шреплер Х.А. Международные экономические организации. Справочник. М.: Меж-

дународные отношения, 1998, 456 с. 

10.

 

Шумилов В.М. Международное экономическое право в эпоху глобализации. М.: ИМО, 



2003, 272 с. 

11.


 

World Trade Slows Sharply in 2001 Amid the Uncertain International Situation. WTO 

News: 2001 Press Releases. Press. 249. 19 October, www.wto.org. 2001. 

12.


 

www.wto.org/english/news_e/pres01_e/pr249_e.htm 

 

 

ПРОБЛЕМЫ МЕЖДУНАРОДНОЙ ИНТЕГРАЦИИ  

И ЭКОНОМИЧЕСКОГО СОТРУДНИЧЕСТВА 

 

А.М.МАГЕРРАМОВ 

 

РЕЗЮМЕ 

 

Данная статья посвящена весьма актуальной проблеме. Автор статьи обратился к 



проблеме  экономической  интеграции  и  сотрудничества.  Анализировал  проблему  с  ее 

различными составными частями. В статье использована научная литература и интернет 

ресурс. Особое внимание уделено деятельности ВТО. В том числе затронуты вопросы 

глобализации  в  контексте  экономической  интеграции  и  сотрудничества.  Также  подве-

дены итоги и изучены правовые аспекты проблемы. 

 

PROBLEMS OF THE INTERNATIONAL INTEGRATION  



AND ECONOMIC COOPERATION 

 

A.M.MAHARRAMOV 

 

SUMMARY 

 

The article deals with the problem of economic integration and cooperation, one of the 

most actual problems of nowadays. The problem is investigated with its constituent parts. The 

author refers to scientific literature and internet resources, and focuses on the illustration of the 

activity of WTO. Issues of globalization in the context of economic integration and 

cooperation and the legal aspects of the problem are elucidated and summarized in the article 



as well. 

 

Yüklə 90,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə